Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Köhnə Xanqızı kanalı
Köhnə Xanqızı kanalı (Orconokidze kanalı) - 1933-cü ildə istifadəyə verilən əkin sahələrini suvarmaq məqsədilə çəkilmiş magistral kanal. == Tikilmə tarixi == Köhnə Xanqızı suvarma sistemi şimaldan Qarqarçay, cənubdan Araz çayı ilə həmsərhəd olan Mil düzünün orta hissəsində yerləşirdi. Köhnə Xanqızı kanalının IV-VI əsrlərdə tikildiyi güman olunur. Tarixi mənbələrdə bu kanalın adı Borlos kimi də çəkilirdi. Sonrakı illərdə Gavurarx adlandırılmışdır. Araz çayından təxminən eyni hissədə su götürməklə, çayın sağ sahili boyunca İranın Muğan düzündə əkin sahələrini suvarmaq məqsədilə çəkilmiş magistral kanalın adı da Gavurarx olmuşdur. Yararsız hala düşmüş kanal XIV əsrdə Teymurləng tərəfindən bərpa olunmuş, qarabağlı Əhməd bəy Cavanşir tərəfindən 1866-cı ildə Araz çayından 8 km uzunluğunda olan dağılmış hissə tikinti-bərpa işlərindən sonra Gavurarx adıyla kanal yenidən istifadəyə verilmişdir. Sonrakı illərdə suvarma sistemini bərpa etmək üçün təşəbbüslər olsa da, tikinti-bərpa işləri 1927-1933-cü illərdə görülmüşdür. Kanal istifadəyə veriləndə dövrünün tanınmış bolşeviklərindən biri, gürcü millətindən olan Qriqori Konstantinoviç Orconikidzenin şərəfinə Orconikidze kanalı adlandırılmışdır. Torpaq məcrada tikilmiş kanalın uzunluğu 64,5 km, su nəqletdirmə qabiliyyəti 33 m³/san idi.
Kür altağızı
Kür altağızı (lat. Chondrostoma cyri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin altağız cinsinə aid heyvan növü. Az saylı, yerli (aborigen) növdür. == Xarakterik morfoloji əlamətləri == Ağızı aypara şəklindədir. Alt çənəsinin arxasında dəliklər yoxdur. Azərbaycan sularından ovlanmış fərdlərinin uzunluğu 25.0 sm-ə, kütləsi 160.0 q-a qədər olur. Cinsi dimorfizmi zəif inkişaf etmişdir. == Yaşayış yeri və həyat tərzi == Şirin su balığı olub, dibi daşlı olan sularda yaşayır. Dib həyatı keçirir. Əksər fərdləri 4 ilə qədər yaşayır.
Qalaqazi (Bostanabad)
Qalaqazi (fars. قلعه قاضي‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 474 nəfər yaşayır (93 ailə).
Terek altağızı
Terek altağızı (lat. Chondrostoma oxyrhynchum) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin altağız cinsinə aid heyvan növü. Az saylı, yerli (aborigen) növdür. Pulcuqları xırdadır. Alının eni azdır, quyruq gövdəsinin uzunluğu nisbətən çoxdur. Bədənin uzunluğu 25 sm-ə, kütləsi 270 q-a qədər olur. Cinsi dimorfizmi zəif inkişaf etmişdir. Şirin su balığı olub, dibi qumlu-daşlı olan axar sularda yaşayır. Əsasən, çayların orta hissələrində rast gəlinir. Orta ömrün uzunluğu 4 il olub, cinsi yetkinliyə 2 yaşında çatır.