Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Karano
Karano- İtaliyanın şimalında Trentino-Alto Adige/Südtirol regionunda bir bələdiyyə. Trentonun təxminən 35 kilomter şimal-şərqində yerləşir. == Ədəbiyyat == All demographics and other statistics: Italian statistical institute Istat.
Marado
Marado (kor. 마라도) — Koreya boğazında yerləşən, Cənubi Koreya aid olan ada. Çecudo adasından 8 km cənubda qərarlaşır. Soqvipxo şəhərinin ərazinə daxildir. Cənubi Koreyanın cənub nöqtəsini təşkil edir. Adada ibtidai məktəb, polis idarəsi, kilsə və mayak vardır. == Coğrafiyası == Adanın sahəsi 0,3 km², sahil xəttinin uzunluğu 4,2 km təşkil edir. Ərazisində hündürlüyü 30-35 metr qayalıqlar mövcuddur. Maksimal hündürlüyü 39 metrdir. İqlimi subtropikdir.
Marajo
Мarajo (port. Marajó) — Braziliyanın ən iri adası. 40,100 km² əraziyə malik olaraq Adaların dünyada sahəsinə görə sıralamasında 34-cü yerdədir. Marajonu bəzən çay yatağında yerləşən ən iri ada adlandırırlar. Bu yalnışdır, çünki, adanın Atlantik okeanına bir başa çıxışı vardır. Ən iri Çay adası isə elə Braziliyada yerləşən Bananal adasıdır. Ada inzibati cəhətdən Para ştatına daxildir. == Coğrafiya == Ada çokmə suxurlarla örtülüdür və əsasən Amazon çayının gətirdiyi suxurlar burada toplanmışdır. Ada bütünlüklə Ekvatorda yerləşir. Şimaldan Amazon estuarisi ilə hüdudlanır.
Qarasol
Qarasol (lat. Vimba vimba) — Şüaüzgəclilər yarımsinfinə, Çəkikimilər fəsiləsinə daxil olan balıq növü. Növün daxilinə aşağıdakı növlər daxildir: Vimba vimba carinata (Pallas, 1814) — Kiçikqaradəniz qarasolu, Azov və Qara dəniz sularında yaşayır. Vimba vimba persa (Pallas, 1814) — Xəzər qarasolu, Xəzər dənizində yayılmışdır. Vimba vimba tenella (Nordmann, 1840) — Kiçik qarasol, Qara dəniz sularında yaşayır Vimba vimba vimba (Linnaeus, 1758), Şimal və Baltik dənizi sularında yayılmışdır. 60 sm uzunluğa, 3 kq çəkiyə sahib olur. Maksimal yaşam müdddəti 17 ildir. Əti ağ rəngdə olur və olduqca dadlıdır. Bu səbəbdən qiymətli sənaye balığı hesab edilir. Sürüləmə dövrü may-iyun ayları baş tutur.
Qarasu
Qarasu (Hacıqabul) — Hacıqabul rayonunda kənd. Qarasu (Kürdəmir) — Kürdəmir rayonunda kənd. Qarasu — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında qışlaq. Qarasu — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonu ərazisində yaşayış məntəqəsi - qışlaq. Qarasu — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda bulaq. Qarasu — Xəzər dənizində, Baki arxipelaqinda ada. Uzunluğu təqr.
Varasyo
Varasyö (fr. Varacieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Süd-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38523. Kommunanın 2012-ci il üçün əhalisi 854 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 326 ilə 704 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 75 km cənubda, Qrenobldan 31 km şimal-qərbdə yerləşir.
Xaraba
Xaraba Gilan (film, 1991)
Xaracu
Xəracu
Xarare
Harare (ing. Harare, 1982-dək Solsberi) — Zimbabvenin paytaxtı və ən böyük şəhəri. Əhalisi 2006-cı ilin hesablamalarına görə 1 600 000 nəfər, şəhərətrafı ilə birlikdə 2 800 000 nəfərdir. Şəhərin əsası 1890-cı ildə ingilislər tərəfindən hərbi istehkam kimi qoyulmuş və sonradan Böyük Britaniyanın baş naziri olan 3-cü Solsberi markizinin şərəfinə Fort Solsberi adlandırılmış və daha sonra sadəcə Solsberi adlanmağa başlamışdır. 1923-cü ildə şəhər Britaniya Cənubi Rodeziyasının paytaxtı olmuşdur. 1965-ci ildə müstəqilliyin elanından sonra Zimbabvenin paytaxtı olmuş və 1982-ci ildə isə şəhərin adı dəyişdirilərək Harare adlandırılmışdır. == İqtisadiyyatı == Şəhər, iqtisadi həyatın olduqca canlı olduğu bir şəhərdir. Bu ölkədən bütün dünyaya, tütün, qarğıdalı, pambıq və.s. satılır. Ölkədə tekstil sənayesi inkişaf etmişdir.
Xaraton
Qaradon (yun. Χαράτων; IV əsr – V əsr) — hunların xanı.
Xıçaso
Xıçaso — Azərbaycan Respublikasının Astara rayonunun Kijəbə qəsəbə inzibati ərazi dairəsində kənd. Xıçaso Astara rayonunun Kijoba qəsəbə inzibati ərazi vahidində kənd. Təngərud çayının sahilində, Lənkəran ovalığındadır. Yerli əhalinin dilində Xıçəso kimi tələffüz edilir. Oykonimi Talış dilindəki xıç (armud), -ə (bitişdirici sait) və sə (həyət) komponentlərinin birləşməsindən ibarət "armudluq", "armud bağı" və ya xıçə (budaq) və sə (baş) komponentlərindən ibarət "budaq başı" mənasını bildirən soz kimi izah edirlər. == Etimologiyası == Yaşayış məntəqəsinin düzgün adı Xıçəsə olmalıdır. Oykonimin tərkibindəki xıç talış dilində "cır armud", "ə" bitişdirici sait və "sə" "həyat", "yaşayış yeri" topoformantından ibarətdir (Cır armudlu kəndi).
Yarasa
Yarasa (lat. Microchiroptera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinə aid heyvan yarımdəstəsi.
Tarako
Tarako (たらこ, 17 dekabr 1960, Ota[d], Qunma prefekturası, Yaponiya – 4 mart 2024[…]) – Yaponiya seyyusu, aktrisası və müğənnisi. 1990–2024-cü illər ərzində "Chibi Maruko-chan" anime serialının baş qəhrəmanı olan Momoko Sakura personajını səsləndirməsinə görə tanınır. == Həyatı == 17 dekabr 1960-cı ildə Yaponiyanın Qunma prefekturasında doğulmuşdur. Seyyu karyerasına 1981-ci ildə başlamışdır. "Urusei Yatsura" onun seyyu kimi iştirak etdiyi ilk anime olmuşdur. 1990-cı ildə yayımlanmağa başlayan "Chibi Maruko-chan" animesinin yaradıcısı Momoko Sakura tərəfindən baş qəhrəmanı səsləndirmək üçün seçilmişdir. Sakura onu seçməsinin səbəbi kimi səsinin onun səsinə oxşamasını göstərmişdir. Tarako 34 il boyunca Maruko-çanı səsləndirmişdir. Tarako "Hunter x Hunter", "Inuyasha" kimi anime seriallarında, "Nausicaä of the Valley of the Wind", "My Neighbor Totoro" və "Castle in the Sky" kimi anime filmlərində personajlar səsləndirmişdir. 2016-cı ildə "Danganronpa" franşizinin talismanı olan Monokumanı səsləndirmək üçün seçilmişdir.
Marso
Marso — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Toponimiyası == Xəzər dənizi sahilində yerləşir. Yaşayış məntəqəsi 1960-cı illərdə salınmışdır. Bəzi tədqiqatlara görə oykonim fars dillərindəki mersa “liman, port, gəmilərin dayanacaq yeri” mənasında işlənən sözlə bağlıdır. Ərəb dilində marso sözü “körpü (gəmilərin yan alması üçün)” mənası daşıyır. Eyni zamanda oykonimi bəzi tədqiqatçılar rus dilindəki mors sözünün yerli tələffüz forması hesab edirlər. Bu ərazi keçmişdə Murdov (talış, “ölü, zığlı su”) adlanırdı. Murdar variantında da qeydə alınmışdır. Zənnimizcə, oykonimin mənası fars dilindəki izaha əsasən açıqlanır.
Xaran
Xaran (urdu خاران) — səhra Pakistanın Bəlucistan vilayətinin Xaran dairəsi ərazisinə daxildir. Dyunlarla zəngin olan səhrada daim hərəkət edirlər. Burada dyunların hündürlüyü 15-30 metr təşkil edir. Səhra Elburs silsiləsi ilə əhatələnir. Şimal hissədə səhranın hündürlüyü 1000 m, cənub-şərqdə isə 250 metrdir. Orta illik yağıntının miqdarı 100 mm azdır. Xaran səhrasında 28 may 1998-ci ildə Pakistan tərəfindən Atom sınağı həyata keçirilmişdir.
Kamal Xarazi
Kamal Xarazi-20 Avqust 1997 - 24 Avqust 2005-ci il tarixləri arasında İranın Xarici İşlər Naziri olan islahatçı siyasətçi və diplomatdır.
Laura Marano
Lora Marano (29 noyabr 1995, Los-Anceles, Kaliforniya) — Amerikan yeniyetmə aktrisası.Without a Trace və Back to You adlı iki serialda də baş rolu qızı olaraq iştirak etdi. Ulduzunun daha çox parlamasına səbəb olan serial isə hələ də davam edən Disney Channel serialı Ostin və Ellidir. Eyni zamanda bacısı Vanessa Marano da aktrisadır. Anası Ellen Marano bir aktrisadır, atası isə xüsusi bir universitetdə profesordu. == Həyatı == Lora Marano ilk rolunu beş yaşındaykən boynuna götürdü. Karierində saysız reklam aktyorluğu və boynuna götürdüyü kiçik rollar var. Daha böyük rollar əldə Without a Trace serialı ilə birlikdə başlamışdır. FOXun oyun şousu olan Are You Smarter "Than a 5th Grader?"də yer almışdır və FOX'un "Back to You" adlı "sitcom" serialında Gracie Carr rolunu oynamışdır. Star işığını ən çox göstərməsini təmin edən Ostin və Elli serialındaki Elli rolu.
Mədə xorası
Mədə xorası — insan xəstəlikləri arasında ən "qoca"sı == Tarixi == Bu xəstəliyə ilk dəfə təxminən 100 min il əvvəl rast gəlinib. Bundan 40 min il sonra bu xəstəlik Afrika, Avropa və Yaxın Şərqdə geniş yayılıb. Bütün digər xəstəlik bakteriyaları xeyli sonra – təxminən 10 min əvvəl yaranıb. Mədə xorası mədənin normal daxili örtüyünün, başqa sözlə selikli qişasının tamlığının pozulmasıdır. Qeyri-şiş mənşəli mədə xorasının yaranmasının əsas səbəbi mədə daxilində olan turşu-qələvi müvazinətinin pozulmasıdır. Mədədə turşunun (pepsin) ifraz edilməsi həzm prosesi üçün vacib şərtlərdən biridir. Normada qida və mədənin daxili müdafiə imkanları turşunun selikli qişaya zədələyici təsirini aradan qaldırır. Amma turşu-qələvi müvazinəti pozulan hallarda mədənin zədələnmə ehtimalını artırır və.s. == Səbəbləri == Aşağıda sadalanan faktorlar mədə xorasının əmələ gəlmə ehtimalını artırır: Qeyri-steriod ağrıkəsicilərin (asprin, ibuprofen) qəbulu Helicobacter pylori (H. pylori) infeksiyası Xroniki qastrit Siqaret çəkmə Spirtli içki qəbulu Artan yaş Qanın laxtalanma sistemində bəzi problemlər == Əlamətləri == Qarında ağrı (bu ağrı gecə oyanmaya səbəb ola bilər); Antiasid dərmanların qəbulu və ya süd içməklə ağrılar keçə bilər; yeməkdən 2–3 saat sonra başlaya bilər; Ac qalarsınızsa ağrılar daha kəskin ola bilər; Ürəkbulanma; Qusma; Qanlı qusuntu xoradan qanaxmaya dəlalət edir; Nəcisin qara rəngdə olması xoranın qanamasının digər göstəricisi ola bilər; Son zamanlar çəkinin azalması; Ümumi zəiflik və s. == İstinadlar == == Mənbə == Ağayev B. Cərrahlıq, 2008 Glyn G. Jamieson.
Məhəmməd Xarrasov
Məhəmməd Xarrasov (18 sentyabr 1948, Sermenevo[d], Başqırd MSSR – 9 mart 2024, Ufa) — fizik, Başqırdıstan Respublikası Elmlər Akademiyasının müxbir üzvü (2002), fizika-riyaziyyat elmləri doktoru (1995), professor (1996), Başqırdıstan Dövlət Universitetinin rektoru (2000–2010), Rusiyanın (2008) və BR Əməkdar elm xadimi (1997), Rusiya Federasiyasının ali peşə təhsili fəxri işçısı (2002), Rusiya Federasiyasının Təhsil Nazirliyinin əlaçısı (2003). == Bioqrafiyası == Məhəmməd Xadis oğlu Xarrasov 18 sentyabr 1948-ci ildə Başqırdıstan MSSR Belores rayonu, Sermenovo kəndində anadan olmuşdur. 1971-ci illdə Məhəmməd Xarrasov Başqırdıstan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. 1971–1972-ci illərdə elə həmin universitetdə lobarant işləmişdir. 1972–1975-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində aspirant olmuşdur. 1975–1991-ci illərdə Başqırdıstan Dövlət Universitetində asistent, nəzəri və eksperimental fizikası kafedrasının dosenti işləmişdir 1980–1984-cü illərdə isə Əlcəzairdə müəllim kimi (işgüzar səfərdə) fəaliyyət göstərmişdir. 1991–1994-cü illərdə MDU doktoranturada təhsil almışdır. Doktorluq dissertasiyasının mövzusu Moskva Dövlət Universitetində "Boqolyubovun Dinamik Sistemlərin Bazı Modellərində Asimptotik Metodları" olur. 1994-cü ildən 1999-cu ilədək BDU-də professor, dosent, Fizika fakültəsinin dekanı kimi vəzifələrdə çalışır. 1999–2000-ci illərdə Başqırdıstan Respublikasının Elm, Ali və Orta ixtisas təhsili üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsnin icraçısı kimi çalışmışdır.
Narast (Sərdəşt)
Narast (fars. نارست‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 115 nəfər yaşayır (20 ailə).
Qarasu (Hacıqabul)
Qarasu — Azərbaycan Respublikasının Hacıqabul rayonunun Qarasu kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd Şirvan düzündə yerləşir. Bu oykonim Hacıqabul gölünə tökülən bataqlıq-göl və bunları birləşdirən qolların (uz. 134 km.) ümumi adı olan Qarasuyun adı ilə bağlıdır. Keçən əsrdə Ukaynanın Krım vilayətində Karasu, Rusiyanın Nijni Novqorod vilayətində Karasulino, Karasulixa yaşayış məntəqələri qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2929 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === Ramiz Qasımov — Rusiya Federasiyasının əməkdar elm xadimi, Texnika Elmlər Doktoru, Professor, Rusiya təbiyyat elmləri akademiyasının, Dağ Elmləri Akademiyasının, Rusiya Təbiətşünaslıq Akademiyasının və Beynəlxalq İnformatizasiya Akademiyasının akademiki. Miryusif Mirnəsiroğlu — Azərbaycan yazıçısı və şairi. Talıbov Xalid — Bakı Şəhər İcra Hakimiyyətinin işçisi. İsgəndərov Əli — Azərbaycan Universiteti tələbə qəbulu üzrə komissiyanın sədri.
Qarasu (Kürdəmir)
Qarasu — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Azərbaycan Respublikasının Milli Məclisi 26 dekabr 2006-cı il tarixli 217-IIIQ saylı qərarı ilə Şilyan kənd inzibati ərazi dairəsi tərkibindəki Şilyan kəndinin bir hissəsi Qarasu kəndi adlandırılmış və rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. == Toponimikası == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 3888 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Din == Kənddə Qarasu kənd məscidi dini icması fəaliyyət göstərir.
Qarasu bələdiyyəsi
Hacıqabul bələdiyyələri — Hacıqabul rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qarasu qalası
== Ümumi məlumat == Naxçıvan MR,Şərur rayonu,Gümüşlü qəsəbəsi yaxınlığında e.ə. II minilliyə və I minilliyin əvvəllərinə aid qala.Sahəsi 5 ha-dır.Terraslarda salınmış möhtəşəm qala divarları ilə iki hisəyə ayrılır.Aşağı terraslardakı hissənin iri daşlardan tikilmiş divarı var.İçqala (Narınqala) 50-60 metr aralıda dağdadır.Divarı kiçik daşlarla tikilib.Qalanın daxilində yonulmuş daşdan tikilmiş bina qalıqları var.Qarasu qalası Azərbaycanın qədim siklopik tikililərinə daxildir.Qalanın daxilində qayalıqda bir neçə su hovuzu da qazılıb.Arxeoloji qazıntılar zamanı qaladan dən daşları,obsidian və çaxmaqdaşından lövhələr,gil qablar,tunc bilərziklər və Erkən Dəmir dövrünə aid ox ucluqları tapılıb. Boyalı Qablar mədəniyyəti üçün səciyyəvidir.
Renat Xarisov
Renat Xarisov (tatar. Ренат Мәгъсүм улы Харисов; 6 may 1941, Tsilninsk rayonu[d], Ulyanovsk vilayəti) — şair, Rusiya Federasiyası Dövlət Mükafatı laureatı (2005), Qabdulla Tukay adına Tatarıstan Respublikası Dövlət Mükafatı laureatı (1997), 40-a yaxın şeir toplusunun və poemanın, musiqi və səhnə əsərlərinin müəllifi (Leonid Lyubovskinin "Yusuf əfsanəsi" baletinin librettosu daxil olmaqla). Rusiya Yazıçılar Birliyinin katibi, "Naş Sovrimennik", "Tatarıstan", "İstoriçeskaya Gazeta" (Moskva) jurnallarının redaksiya heyətinin üzvüdür. == Bioqrafiyası == Renat Xarisov 6 may 1941-ci ildə Ulyanovsk vilayətinin Tsilninsk rayonunun Elxovoe Ozero kəndində kənd müəllimləri ailəsində anadan olmuşdur. O alı təhsilini Kazan Dövlət Pedaqoji Universitetində alır. 1963–1964-cü illərdə Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Arsk Pedaqoji Məktəbinin müəllimi işləyir. 1965–1971-cü illərdə Tatarıstan qəzetləri redaksiya heyətinin ədəbi əməkdaşı olur. 1971–1973-cü illrədə Tatarıstan MSSR Yazıçılar Birliyinin məsul katibi işləyir. 1973–1982-ci illərdə Tatarıstan MSSR Mədəniyyət nazirinin müavini olur. 1982–1989-cu illərdə "Kazan utları" ədəbi jurnalının baş redaktoru kimi fəaliyyət göstərir.
Xaruşa
Xaruşa — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Xaruşə oyk, mür. Quba r-nunun Talabı i.ə.v.-də kənd. Vəlvələ çayının sahilində, Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi XIX əsrin birinci yarısında Talabı kəndindən çıxmış ailələrin Xarüşə adlı qışlaqda məskunlaşması nəticəsində yaranmışdır. Oykonim tat dilindəki xar (düzən yer, güneyin ətəyi) və üşə (meşə) sözlərindən düzəlib, "düzənlikdə meşə" və ya "meşənin düzən yeri" mənalarındadır. Kənd üç tərəfdən meşə ilə əhatə olunmuşdur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 776 nəfər əhali yaşayır. Kənd əhalisinin etnik tərkibini tatlar təşkil edir.
Varasyö
Varasyö (fr. Varacieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Süd-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38523. Kommunanın 2012-ci il üçün əhalisi 854 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 326 ilə 704 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 75 km cənubda, Qrenobldan 31 km şimal-qərbdə yerləşir.
Araşa
Araşa, Barreyru — d i — Araşa (Araxa, Barreiro de Araxa) – Braziliyada, Minas-Jerays ştatında niobium-nadir torpaq elementləri yatağı. Niobiumun ehtiyatına görə dünyada ən iri yataqdır. 1954-cü ildə kəşf edilmişdir. 1960-cı ildən açıq üsulla istismar olunur. Nb2O5-in ehtiyatı 17 mln. ton (filizdəki orta miqdarı 2,5%), nadir torpaq filizlərinin ehtiyatı isə təqribən 500 mln. tondur (nadir torpaq elementləri oksidlərinin filizdəki miqdarı 2,8%). Yataq Minas-Jerays nadir metal əyalətində yerləşir və karbonatitlər massivinin zənginləşmiş laterit aşınma qabığı ilə əlaqədardır. Yan süxurlarını kembriyəqədərki kvarsitlər və muskovitli şistlər təşkil edir. Aşınma qabığının qalınlığı 100–200 m, bəzən daha çoxdur.
Maraş
Qəhrəmanmaraş — köhnə və xalq arasındakı adıyla Maraş Türkiyənin bir şəhəri və ən sıxlıq on səkkizinci şəhəri. 2016 etibarilə 1.112.634 əhaliyə malikdir. Qurtuluş savaşında işğala müqaviməti səbəbi ilə TBMM tərəfindən 5 aprel 1925-ci ildə şəhərə İstiqlal Medalı verildi. Onun adı 7 fevral 1973-cü ildə Qəhrəmanmaraşa dəyişdirildi. Osmanlı səyyahı Evliya Çələbi, isə Seyahatnamesinde Maraş xalqı haqqında "Kelimatları lisanı Türkiyə" əsərində Maraşın əhalisinin əksəriyyətinin Türkmən olduğunu qeyd edib. Maraş və ətraf ərazilər, xüsusilə Oğuz, Avşar, Bayat və Beydilinin əksəriyyətində 24 Oğuz boynu mövcuddur. Qəhrəmanmaraş Dondurma dəzgahı ilə məşhurdur. Bu dondurma dəzgahı dünyanın hər yerində məşhur olmaqla, dondurma filiallarının qatqılarıyla dünyanın bir çox şəhərlərində açıldı. Yaponiyadan ABŞ-a, Avstraliyadan Dubaya qədər bir çox ölkələrdə dondurma yerli firmalar tərəfindən istehsal olunurdu. Eyni zamanda Qəhrəmanmaraş Türkiyənin elektrik ehtiyacının 14 faizini qarşılamaqdadır.