Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kilt
Kilt — Şotlandiyanın ənənəvi kişi geyimidir. Kiltlər ənənəvi olaraq tartan naxışları ilə bəzənir. Şotlandiyada toy və ya xüsusi günlərdə geyilən bu ətəklər əslində milli qürurun və ailə / klan əlaqələrinin əhəmiyyətli bir simvoludur. Şotland kişilərinin geydiyi kilt 500 illik keçmişində olduqca çox dəyişikliyə məruz qalsa da, hal-hazırda da şotlandların ənənəvi simvollarının başında gəlməkdədir. Kilt geyinmə adəti təxmini 1500-cü illərə söykənir, şotlandlar əvvəllər bu geyimi ov üçün istifadə edirdilər. İngiltərənin müstəmləkəsi olan Şotlandiyada 1747-ci ildə o dövrdə hökm sürən İngiltərə kralı II Qeorqun (George) əmri ilə kilt geyilməsi qadağan edildi. Ancaq şotlandlar və bütün xalq Kralı etiraz edərək kilt geyməyə və ənənələrini qorumağa davam etdilər. Kilt geyiminə qoyulmuş qadağa 1782-ci ildə ləğv edildi, ancaq kilt Şotlandiya sosializminin əhəmiyyətli bir simvolu vəziyyətinə gəldi. Şotland kişilər zamanımızda da xüsusi günlərdə və mərasimlərdə kilt geyinməyə davam edirlər. Kilt tərcümədə “vücuda dolanan geyim” deməkdir.
XSLT
XSLT (Extensible Stylesheet Language Transformations) – XML əsasında yaradılan və XML sənədlərin çevrilməsi üçün istifadə olunur. XSLT əsasən iki müxtəlif XML schemanın çevrilməsində və ya XML verilənlərin HTML və PDF-ə çevrilməsində istifadə olunur. XSLT W3C tərəfindən yaradılıb, son versiyası XSLT 2.0 olsa da, XSLT 1.0 bu gün də geniş istifadə olunur.
Xili
Xili – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Xili kəndi «„Xili-Pənceh kənd sovetliyinə“» daxildir. Milli tərkibi: Azərbaycanlılar. Mono etnik kənddir. Dini baxımdan islam dininin şiə məzhəbində etiqad edirlər. 2002-ci ildə əhalisi 511, 2010-cu ildə isə 575 nəfər təşkil etmişdir.
Xilə
Əmircan — Bakının Suraxanı rayonunda şəhər tipli qəsəbə. Hazırda Əmircan kəndində 53 küçə, 6 məktəb, 10 uşaq bağçası, 3 xəstəxana, 1 internat məktəbi, park, Səttar Bəhlulzadə adına mədəniyyət sarayı, Tofiq İsmayılov adına qəsəbə stadionu (Azərsun Arena), Məşədi Əzizbəyov adına klub, A.Bakıxanov adına və Neftçilər kitabxanaları var. Əmircan Bakının şərqində, Bülbülə gölünün sahilində yerləşir. Bakının Suraxanı rayonunun mərkəzi sayılır.1936-cı ildə qəsəbə statusu almışdır. Abşeronun ən qədim kəndlərindən biri olan Əmircanın köhnə adı Xilə olmuşdur. Təsadüfi deyil ki, Abşeronun əksər kəndləri və Bakını birləşdirən ticarət yolları buradan keçdiyi üçün bura Dərxilə,yəni Xilə qapısı deyirdilər. Maştağaya gedən yol isə Xiləlan adlanırdı. XIV əsrdə Əmir Nizaməddin hacıların ziyarətinə başçılıq etdiyi üçün onun əmirhac titulu kəndə verilir. Əmircan əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə və hətta XVIII əsrdə də bu kəndin əhalisi dəfələrlə çox olmuşdur. Əmircanda evlərin sayı 1849-cu ildə 277, 1886-cı ildə 379 və 1921-ci ildə 615 idi.
Xişt
Xeşt – İranın Fars ostanının Kazirun şəhristanının Xişt bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,332 nəfər və 2,257 ailədən ibarət idi.
Samanta Xill
Samanta Xill (d. 8 iyun 1992) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Samanta Xill, ABŞ yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasını 12:5 hesabı ilə məğlub edən ABŞ yığması, Rio-de-Janeyro Olimpiadasının qızıl medalına sahib oldu.
Xilə Mirzəli
Xilə Mirzəli— Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Xilə (Hacıqabul)
Xilə — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində əvvəllər mövcud olmuş kənd. Hacıqabul rayon Xilə kənd ümumi orta məktəbi şəhid F. Kərimovun adını daşıyır.
Xilə (dəqiqləşdirmə)
Xilə — Suraxanı rayonundakı Əmircan qəsəbəsinin əvvəlki adı. Xilə (Hacıqabul) — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində əvvəllər mövcud olmuş kənd.
Lusiya Xil
Lusiya Xil Santiaqo (isp. Lucía Gil Santiago; 29 may 1998, Madrid) — İspaniya müğənnisi və aktrisası.
Xilə-buta xalçaları
Xilə-buta xalçaları — Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar. Belə naxışlı xalçalar Bakı qrupunun bütün xalçaçılıq məntəqələrində istehsal olunurdu. Xarici mənbələr bu xalçanı səhvən "Şirvan xalçaları" və ya "Dağıstan xalçaları" adı altında göstərirlər. Toxucu ustalar isə onu "Qızqarıdan xalçaları" adlandırıblar. Buna səbəb xalçanın hazırlanma prosesinin mürəkkəbliyi və uzun müddət vaxt aparması ilə bağlıdır. Əslində isə Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan "Xilə-buta xalçaları"nın adı Bakı şəhərinin 15 km məsafəsində yerləşən Xilə (Əmircanın keçmiş adı) kəndinin adından adlandırılmışdır. Adətən "Xilə-buta xalçaları"nın orta sahəsi butalarla bəzədilir. "Xilə-buta xalçaları"nı üç qrupa bölmək mümkündür: Sadə quruluşlu xalçalar, künclü xalçalar, Mürəkkəb qruluşlu xalçalar. Orta sahədə sıraya düzülmüş və enli üfüqi zolaqlar əmələ gətirən butalardan toxunmuş sadə quruluşlu "Xilə-buta xalçalar"ının orta sahəsinin bəzəyindəki zolaqların fərqi oradakı butaların müxtəlif tərəflərə dönməsindən ibarətdir. Zolaqların nizami addımı ardıcıl surətdə dəyişərək naxışın monotonluğunu aradan qaldırır.
Xilə-əfşan xalçaları
Xilə–əfşan xalçaları — Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar. "Xilə-əfşan" xalçaları öz adını Bakı şəhərindən 15 km-lik məsafədə yerləşən Abşeron yarımadasının inzibati ərazi vahidindəki Xilə indiki Əmircan kəndinin adından götürmüşdür. "Əfşan" sözünün lüğəti mənası – səpmək, xırdalamaq, rəngbərəng deməkdir. Bu xalçalar sonrakı dövrlərdə Bülbülə və Suraxanı xalçaçılıq məntəqələrində də istehsal edilməyə başlamışdır. Xalq arasında "Sacayağı" adı ilə daha çox tanınan bu xalçaları bəzi xarici müəlliflər öz əsərlərində bir çox halda "Şirvan", bəziləri isə səhvən "Dərbənd" adlandırırlar. "Xilə-əfşan" xalçasının ara sahəsinin kompozisiyası "Qədim Əfşan" və "Güllü Əfşan" xalçaları adlanan iki növə ayrılır. "Qədim Əfşan" xalçaları — ara sahənin kompozisiyası enli şəbəkə prinsipi ilə qurulmuşdur. Bu şəbəkədə açıq fonlu xonçalar sxemyaradıcı funksiyanı yerinə yetirirlər. Xonçalar kontur və daxili tərtibat etibarilə nəbati mənşəlidir. Mərkəzin sərbəst yerləri də başqa formada və ölçüdə olan xonçalarla doldurulmuşdur.
Karlos Kastanyo Xil
Karlos Kastanyo Xil (16 may 1965 – 16 aprel 2004) – Kolumbiyada sağçı paramilitar təşkilat olan Kordoba və Uraba Kəndlilərinin Özünümüdafiə Qüvvələrinin (ACCU) qurucusu. Qrup, ataları Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARK) tərəfindən əsir götürülüb öldürüldükdən sonra Karlos ilə qardaşları Fidel və Visente tərəfindən quruldu. ACCU daha sonra Kolumbiya Birləşmiş Özünümüdafiə Qüvvələrinin (AUC) qurucu üzvlərindən biri oldu. == İlk illəri == Karlos 1965-ci ildə Amalfidə heyvandarlıqla məşğul olan bir ailənin oğlu olaraq dünyaya gəldi. 1981-ci ildə atası İesus Kastanyo, FARK partizanları tərəfindən qaçırıldı və azad edilməsi üçün 50 milyon peso tələb edildi. Kastanyolar sadəcə 16 milyon toplaya bildilər. Nağd ödənişə baxmayaraq, atalarını ölümcül vəziyyətdə bir ağaca bağlanmış şəkildə tapdılar. Atalarının ölümü ilə Fidel, Visente və Karlos başda FARK kimi solçu partizanlara qarşı mübarizə aparmaq fikri ilə Kordobada bir çox silahlı paramilitar qrupun yaradılmasında fəal iştirak etməyə başladı. Özünümüdafiə qüvvələri olaraq adlandırılan bu qruplar, ilk başda yerli torpaq və ferma sahibləri ilə biznesmenlər tərəfindən maliyyələşdirildi, daha sonra isə narkotik ticarəti və fidyələrdən gəlir əldə etməyə başladı. Karlosa qardaşı, ordu zabitləri və paramilitar qrupun əməkdaşları, həmçinin, İsrailli Yair Klein tərəfindən döyüş təlimi keçildi.
Xuan Xil Navarro
Xuan Xil Navarro (isp. Juan Gil Navarro) (15 avqust 1973, Buenos-Ayres) — Argentinalı aktyor,Verano del '98, Floricienta, Qaraçı qanı və Lalola telenovellalarında çəkilib. Juan öz təhsilinə Rudolf Ştayner Şul alman məktəbində başlamışdır və məhz aktyorluq sənətini də (teatr)orada başlamışdır.
Emilio Portes Xil
Emilio Kandido Portes Xil (isp. Emilio Cándido Portes Gil, İspanca tələffüz: [eˈmiljo ˈpoɾtes xil]; 3 oktyabr 1890, Syudad-Viktoriya[d], Tamaulipas[d] – 10 dekabr 1978, Mexiko) — Meksika dövlət xadimi, İnstitusional İnqilab Partiyasının sədri və 1928–1930-ci illərdə Meksika Prezidenti. == Həyatı == Portes Xil 1914-cü ilin sonundan Venustiano Karransanın rəhbərliyi altında inqilabi hərəkatda iştirak etmişdir. 1920-ci il prezident seçkilərində Karransaya qarşı Alvaro Obreqonu dəstəkləmişdir. Obreqon prezident seçildikdən sonra Portes Xil Tamaulipas ştatının müvəqqəti qubernatoru olmuşdur. O, həmçinin Plutarko Elias Kalyesin prezidentliyi dövründə, 1925–1928-ci illərdə Tamaulipas qubernatoru vəzifəsində çalışmışdır. Meksikanın müvəqqəti prezidenti kimi o, dövrün dominant siyasi qüvvəsi olan eks-prezident Kalyesin təsiri səbəbindən prezident səlahiyyətlərini sərbəst şəkildə həyata keçirə bilməmişdir. Portes Xil 1930–1931-ci illərdə Meksikanın yeganə siyasi partiyası olan İnstitusional İnqilab Partiyasının sədri olmuşdur. Daha sonra o, Meksikanın Fransadakı səfiri və 1931–1932-ci illərdə Millətlər Liqasının nümayəndəsi, baş prokuror və xarici işlər naziri olmuşdur. 1936-cı ildə siyasətdən təqaüdə çıxmışdır.
Xırt
Xırt — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Güləzi bələdiyyəsinin tərkibindədir. Xırt oyk., sadə. Quba r-nunun Güləzi i.ə.v.-də kənd. Yan silsiləsinin ətəyindədir. Tədqiqatçılara görə, oykonimin əsli Sırtdır. Qədim türk dillərində sırt "sıra dağlar", "yal", "yayla", "qaya", "yüksək sıldırım sahil" və s. mənaları bildirir. Bu coğrafi termin Orta Asiya, Qazaxıstan, Sibir, Volqaboyu, Ural, Qafqaz, Kiçik Asiya, Balkan toponimiyasında da işlənir. Xırt tat dilinin Qonaqkənd ləhcəsində "sıldırım qaya, dağ" mənasını bildirir.
Xıl
Xıl — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Hazırda kənd əhalisi 4312 nəfərdir.
Ailə (film)
Ailə — filmi rejissorlar Rüstəm İbrahimbəyov və Ramiz Həsənoğlu tərəfindən 1998-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Sosial dram sosialist cəmiyyətinin "özəyi" kimi, bir Bakı ailəsinin dağılması tarixçəsinə həsr olunmuşdur. Filmdə əsas rolları Həsənağa Turabov, Səyavuş Kərimi, Svetlana Metkina, Rafiq Əliyev, Təhminə Məmmədova, Nataliya Tağıyeva və Mehriban Zəki ifa edirlər. == Məzmun == XX əsrin 80-ci illərinin axırı sovet epoxasının sonunun başlanğıcı oldu. İlk "odu" erməni millətçiləri "yandırdılar". Onlar Dağlıq Qarabağa öz ərazi iddialarını irəli sürdülər. Kreml elitası bu məsələyə öz münasibətini bildirmək əvəzinə susmağı üstün tutdu. Beləliklə də, azərbaycanlılar Ermənistandan, öz dədə-baba yurdlarından zorla qovuldular… Filmdəki hadisələr bu fonda cərəyan edir. Film sosialist cəmiyyətinin "özəyi" kimi, bir Bakı ailəsinin dağılması tarixçəsinə həsr olunmuşdur.
Ailə (film, 1998)
Bolt (film, 2008)
Bolt - "Volt Disney" animasiya studiyası tərəfindən istehsal edilən komediya filminin kompüter verisiyasıdır. Bu animasiya filmi 2008-ci ildə Amerikada çəkilmişdir. Bu Kris Vilyams Mulan animasiya filmindən sonra çəkdiyi ikinci filimdir və Byron Hovardla birgə hazırlayırlar. Filmi səsləndirən kinoulduzlar Con Travolta, Miley Cyrus, Molkom Makdovel, Diedrich Pis, Nik Swordos, Qreq German, Suzi Essman və Mark Voltodur. Bu animasiya filmidə CGI Disney-in əvvəlki animasiya filmləri Kiçik Cücə (ing. Chicken Little) və Robinzonlarla görüş (ing. Meet the Robinsons) animasiya filimlərində olduğu kimi Bolt-da teatrlarda üç ölçülü 3d animasiya filmi kimi yayıldı.Animasiya filmi bir çox filim mükafatlarına o cümlədən "ən yaxşı animasiya filmi" mükafatına namizəd olmasına baxmayaraq o, Divare-yə uduzdu. == Məzmun == Bu animasiya filmində Boltu-super güclərə sahib olan it sahibi Peni adlı qız Doktor Kalikonun pis planları ilə mübarizə aparır. Əslində Boltun super gücləri yoxdu, bu adi bir televiziya filmidi. Lakin Bolt elə bilir ki, bunların hamısı həqiqətən baş verir və onun super gücləri var.
Ailə Arasında (film, 2017)
Ailə Arasında (türk. Aile Arasında) — Ozan Açıktanın rejissoru və Gülsə Birsəlin müəllifi olduğu komediya tipli bir türk filmi. Filmin baş rollarında Engin Günaydın, Demet Evqar, Ərdal Özyağcılar, Devrim Yaqut, Fateh Artman, Şövkət Çoruh, Gülsə Birsəl, Dərya Qaradaş, Su Kutlu və Ayta Sözeri yer alıb. Film 1 dekabr 2017-ci ildə yayımlanmışdır. == Məzmunu == Fikrət və Solmazın 21 illik münasibətləri eyni gündə bitir və ikisi bir-biri ilə görüşürlər. Solmazın qızı Zeynəb ailəsi haqqında yalan danışdığı Adanalı olan sevgilisi Əmirxanla evlənmək istəyir. Fikrətə Solmazın polis rəisinin atası kimi davranmağı təklif edir. Ailənin arasında keçiriləcəyi düşünülən toy, kürəkənin ailəsinin istəyi ilə böyüyür. Beləliklə, Fikrət əsl həyatının rolunu canlandırmaq məcburiyyətində qalır. == Rollarda == == İstehsal mərhələsi == === İnkişafı === Filmin müəllifi Gülsə Birsəl, ssenarinin 3-4 ayda ortaya çıxdığını bildirdi.
Ailə idman məktəbi (film)
Ailə idman məktəbi qısametrajlı sənədli televiziya filmi rejissor Əhməd Abdullayev tərəfindən çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycanda yeganə ailə idman məktəbi olan Qazıyevlər ailəsindən bəhs edir. == Məzmun == Film Azərbaycanda yeganə ailə idman məktəbi olan Qazıyevlər ailəsindən bəhs edir. Qubadlı rayonunun Qəzyan kəndində yaşayan bu ailə hər gün səhər idmanı edir, çay kənarında yuyunur, sonra oraqlarını götürüb taxıl biçirlər. Ailə başçısı bu çoxuşaqlı ailə üzvlərinin hər birinə idmana sevgini aşılaya bilib. Ailə üzvlərindən artıq yarışlarda nəticələr göstərənlər də var. Həmçinin, filmdə kənd toyu göstərilir. Bu toy münasibətilə kənddə at yarışları keçirilir, kəndirbaz gənclər öz məharətlərini göstərir, milli və klassik güləş üzrə yarışlar keçirilir. Bu yarışlarda Qazıyevlər ailəsi də iştirak edir.
Bir ailə (film, 1943)
Bir ailə — tammetrajlı bədii filmi rejissor Qriqori Aleksandrov tərəfindən 1943-cü ildə ekranlaşdırılmışdır. Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə II Dünya müharibəsi illərində müxtəlif millətlərdən olan adamların vətənpərvərliyindən və dostluğundan danışılır. Əsas rolları Xosrov Məlikov, Mərziyyə Davudova, Lyubov Orlova, M. Jarikov və Antonina Filipova ifa edirlər. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir. == Məzmun == Filmdə II Dünya müharibəsi illərində müxtəlif millətlərdən olan adamların vətənpərvərliyindən və dostluğundan danışılır. Azərbaycanlı döyüşçü bir günlük məzuniyyət vaxtı təsadüfən bir rus ailəsinə düşür. Bu ailənin üzvləri onu mehribanlıqla qarşılayırlar. Qəhrəmanların söhbəti filmin əsas süjet xəttini təşkil edir. == Film haqqında == Film vahid süjet xətti ilə bir-birinə bağlı olan üç novelladan ibarətdir.
Dostluq dili (film, 1959)
Ailə: qan bağları (film, 2006)
Ailə: qan bağları (həmçinin Ailə kimi də tanınır) 2006-cı ildə Rajkumar Santoşinin rejissorluğu ilə çəkilmiş hind dilindəki triller filmidir. Filmdə baş rollarda Amitabh Bachchan, Akshay Kumar, Aryeman Ramsay və Bhumika Chawla yer almışdır. 13 yanvar 2006-cı ildə buraxılmışdır. Bu film, Aryeman Ramsinin filmdəki ilk baş rolu olmuşdur. == Süjet xətti == Filmdə kriminal hadisələr mürəkkəb ailədaxili münasibətlərdən bəhs edir. Məşhur Amitabh Baççan güclü mafioz dəstənin qəddar xaç atası Viren Sahai obrazındadır. Təsadüfi hadisələr nəticəsində o faciənin səbəbkarına çevrilir. İtki baş verən aşbazın ailəsi intiqam almaq arzusu ilə yaşayır. İnsan münasibətləri artıq qisas üzərində qurulacaq, qan su yerinə axıdılacaq, ailə bağları boşalacaq, inam itəcək. Bu itkilərlə dolu ağır yolda Viren Sahai anlayacaq ki, sevgi var-dövlətdən daha dəyərlidir.
Ailə və qanun (film, 1995)
Ailə və qanun (hind: हलचल; Rom: Hulchul) — rejissoru və ssenari müəllifi Anees Bazmi olan 1995-ci ildə hind dilində çəkilmiş döyüş dram filmidir. Baş rollarda Ronit Roy, Vinod Xanna, Ajay Devgn, Amrish Puri və Kajol çəkilmişdir. == Süjet xətti == Deva (Ajay Devgn) ACP Siddhant (Vinod Khanna) və həyat yoldaşı Puşpa (Navni Parihar) tərəfindən böyüdülmüşdür. Karan (Ronit Roy) onların bioloji oğludur və anasının Devaya olan məhəbbətini qısqanır. Deva məhəbbət dolu və məsuliyyətli bir oğuldur, Karan isə məsuliyyətsiz həyat tərzinə görə valideynləri üçün daimi olaraq stress mənbəyidir. Shobraj (Amrish Puri) oğlu ACP Siddhant tərəfindən təcavüz və qətl ittihamı ilə həbs edilmiş zəngin və güclü iş adamıdır. Şobrac oğlunu azad etmək üçün Siddhanta rüşvət verməyə çalışır, lakin buna nail ola bilmir. Bu arada Karan sevgilisini öldürməkdə ittiham edilərək həbs edilir. Pushpa oğlunu itirmək fikri ilə ürəyini parçalayır. Deva, ögey anasının xatirinə Karanın günahsız olduğunu sübut edəcəyinə söz verir.
Ailə və qanun (film, 2004)
Ailə və qanun (hind: हलचल; Rom: Hulchul) — Priyadarşanın rejissorluğu ilə 2004-cü ildə hind dilində çəkilmiş romantik komediya dram filmidir. Film 1991-ci ildə Malayalam dilində çəkilmiş olan “Xaç atası” filminin remeykidir. Filmdə baş rolları Akshaye Khanna, Kareena Kapoor, Sunil Shetty, Jackie Shroff, Arshad Warsi, Amrish Puri, Paresh Rawal, Arbaaz Khan, Shakti Kapoor, Farha Naaz və Laxmi canlandırmışdır. == Süjet xətti == Anqar Çand həyat yoldaşı və dörd oğlu ilə kiçik bir Hindistan şəhərində zəngin həyat tərzi keçirir. Böyük oğul Balram hisslərinə qarşılıq verən Dhaminiyə aşiq olur. Anası Lakşmi buna qarşı olsa da, Anqar onların toyunu istəyir. Dhamininin atası Sancev qəzəblənərək təsadüfən Anqarın arvadı Parvatini öldürür. Dhamini zorla Kashinath Pathak ilə evləndirilir. Qəzəblənən Anqar Sancevi öldürür və 14 il həbs edilir. === 14 il sonra === Girov müqabilində həbsdən azad olunan Anqar evə qayıdır və qadınların onun mülkündə olmayacağını bildirir, hətta bunu bildirən qapısının ağzına lövhə belə vurdurur və oğullarına həmişəlik olaraq evlənməyi qadağan edir.
Fila
Fila (q.yun. φυλή) — qədim Attikada icma. Daha sonra bu icmaların yaşadığı Attikanın ərazi vahidləri filalar adlanmağa başlandı. Ata-baba filaları adətən üç (dorilərdə dörd) fratriyaya bölünürdü. Fila kahin və hərbi bölmələrini (onlar da həmçinin fila adlanırdı) yaratdı. Bu hərbi bölmənin başında Filarx (φύλαρχος) dururdu. == Afina == Solon dövründə Afinada dörd fila var idi ki, onlardan 100 nəfər şəhər məclisinə nümayəndə kimi göndərilirdi. Miladdan əvvəl 508–507-ci illərdə Klisfen on yeni inzibati fila yaratdı və zadəgan nəsillərinin təsiri altında qalan köhnələrə yalnız dini funksiyaların yerinə yetirilməsini həvalə etdi. Yeni filalar tritiya (şəhər, sahil, dağlar) və demlərə bölünürdü. Hər yeni filanı şəhər məclisində (bule) 50 nəfər təmsil edirdi.
Film
Film, kino və ya kinofilm – hərəkətli təsvirlərdən istifadə etməklə hekayələri, fikirləri, hisləri, gözəlliyi və müxtəlif düşüncələri bizə çatdıran vizual sənət sahəsidir. Buradakı təsvirlər səslə, çox nadir hallarda isə, digər vasitələrlə müşayiət olunur. Kinematoqrafiya sahəsinin qısaldılmış adı olan "sinema" sözü, tez-tez film çəkilişi və ya film sənayesi sahələrinə istinadən işlədilir. Dünya kino tarixində ilk film 1896-cı ildə Lümyer qardaşları tərəfindən çəkilmişdir. Azərbaycanda isə ilk filmlər 1898-ci ildə fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmişdir. Hazırda filmlər kinoteatr və televiziyalarda ağ-qara, rəngli, səssiz, səsli və musiqili şəkildə nümayiş olunur. == Filmləri hazırlanması və yayımlanması == Filmdəki hərəkətli təsvirlər bəzi vizual effektlər və ya bu kimi tekniki proseslərin birləşməsi nəticəsində CGI, kompüter animasiyası vasitəsilə ənənəvi animasiya üsulundan istifadə edərək yaradılır. Hazırlanmış miniatür təsvirlər və ya kinokamera vasitəsilə çəkilmiş şəkillər ardıcıl olaraq birləşdirilir və nəticədə hərəkətli illüstrasiyalar yaratmaq mümkün olur. Rəqəmsal istehsalın tətbiqindən əvvəl, film saniyədə 24 kadr və ya təsvir sürətlə çəkilmiş canlı hərəkətin bir sıra statik və ya hərəkətsiz şəkillərindən ibarət fiziki bir hərəkət zolağı idi. Buradakı şəkillərin ardıcıl hərəkəti nəticəsində şəkil illüstrasiyası yaranır.
Gilg
Ernst Friedrich Gilg' (alm. Ernst Friedrich Gilg‎; 12 yanvar 1867, Şlingen, Baden-Vürtemberq — 11 oktyabr 1933, Berlin) — alman botaniki. == Elmi əsərləri == Pharmazeutische Warenkunde, 4. Auflage 1911 Grundzüge der Botanik für Pharmazeuten, 6. Auflage 1921 Lehrbuch der Pharmakognosie, 3.
Çili İspan dili
Çili İspan dili (isp. Español chileno) — Çilinın rəsmi dilidir.