Xilə-buta xalçaları

Xilə-buta xalçalarıAbşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar.

Xalça
Xilə-buta
Xilə-buta xalçaları
Xilə-buta xalçaları
Xalça haqqında məlumatlar
Tam adı Xilə-buta xalçaları
Digər adı Qızqarıdan.
Məktəbi Abşeron xalçaçılıq məktəbi
Növü Xovlu xalça
Ölkə Azərbaycan
Şəhər Bakı şəhəri
Kənd Əmircan kəndi
Digər məlumatlar
Material Yun
Düyünlərin sayı Hər kvadrat desimetrdə 40x40 ilmədən 45x45 ilməyə qədər

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Belə naxışlı xalçalar Bakı qrupunun bütün xalçaçılıq məntəqələrində istehsal olunurdu. Xarici mənbələr bu xalçanı səhvən "Şirvan xalçaları" və ya "Dağıstan xalçaları" adı altında göstərirlər. Toxucu ustalar isə onu "Qızqarıdan xalçaları" adlandırıblar. Buna səbəb xalçanın hazırlanma prosesinin mürəkkəbliyi və uzun müddət vaxt aparması ilə bağlıdır.

Əslində isə Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan "Xilə-buta xalçaları"nın adı Bakı şəhərinin 15 km məsafəsində yerləşən Xilə (Əmircanın keçmiş adı) kəndinin adından adlandırılmışdır.

Adətən "Xilə-buta xalçaları"nın orta sahəsi butalarla bəzədilir. "Xilə-buta xalçaları"nı üç qrupa bölmək mümkündür: Sadə quruluşlu xalçalar, künclü xalçalar, Mürəkkəb qruluşlu xalçalar.

Sadə quruluşlu xalçalar

[redaktə | mənbəni redaktə et]

Orta sahədə sıraya düzülmüş və enli üfüqi zolaqlar əmələ gətirən butalardan toxunmuş sadə quruluşlu "Xilə-buta xalçalar"ının orta sahəsinin bəzəyindəki zolaqların fərqi oradakı butaların müxtəlif tərəflərə dönməsindən ibarətdir. Zolaqların nizami addımı ardıcıl surətdə dəyişərək naxışın monotonluğunu aradan qaldırır. Bəzi "Xilə-buta" xalçalarının kompozisiyası şaquli istiqamətdə bir-birinin üstündə yerləşmiş butalardan ibarət olur.

Künclü xalçalar

[redaktə | mənbəni redaktə et]

Orta sahəsinin dörd küncündə (bəzən iki küncündə) düzbucaqlılar, xalçanın mərkəzində isə gül xonça yerləşməsi künclü "Xilə-buta xalçaları"nın sadə quruluşlu "Xilə-buta xalçaları"ndan fərqini qabarıq şəkildə göstərir. Bu düzbucaqlıların çoxu forma etibarilə dişli və ya zolaqlı olur. Künclərində düzbucaqlılar olan, lakin ara sahəsində xonçası olmayan kompozisiyaya nadir hallarda rast gəlmək olar. Göllərin və düzbucaqlıların səthi doldurucu elementlərlə bəzənir. Kiçik və orta ölçülü bu elementlər "Xilə-Suraxanı" xalçası üçün xarakterikdir.

Mürəkkəb quruluş

[redaktə | mənbəni redaktə et]

Mürəkkəb quruluşlu "Xilə buta xalçaları"nın quruluşu əvvəlki iki tiplə müqayisədə çox mürəkkəbdir. Mürəkkəblik ondan ibarətdir ki, bir neçə buta medalyonun daxilində olur.

Sadə quruluşlu "Xilə buta xalçaları"nın ümumi köbə haşiyəsi onların ölçülərindən asılı olmayaraq üç zolaqdan (ara haşiyə və iki zəncirə, yaxud iki kiçik haşiyə), bəzən isə dörd zolaqdan ibrətdir. Mürəkkəb quruluşlu xalçaların ümumi köbə haşiyəsindəki zolaqların sayı xalçanın ölçüsündən asılı olaraq artır.

"Xilə-buta" xalçalarında müxtəlif ara haşiyələrdən istifadə olunur, lakin ara haşiyənin yalnız bu xalçalara xas olan müstəqil kompozisiyası var — "Kaşı", "Şarlama" və "Qədim heykəl". "Xilə-buta" üçün xarakterik olan zolaqları həm də Quba, TəbrizŞirvan qrupundan olan xalçalarda görmək mümkündür.

Mürəkkəb quruluşlu "Xilə-buta" xalçalarında gətəbə formalı ara haşiyələrə də rast gəlmək mümkündür.[1]

Texniki xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

"Xilə-buta xalçaları"nın ölçüsü 120x190 sm-dən 150x250 sm-ə qədər ola bilər. Bu xalçaçılıq məntəqələrində əksər hallarda uzunsov xalçalar istehsal olunurdu.

"Xilə-buta xalçaları"nda bir kvadrat desimetrdə ilmələrin sıxlığı 40x40 ilmədən 45x45 ilməyə qədər olur. Bir kvadrat metrdə olan ilmələrin sayı 160 min ilmədən 200 min ilmə arasında dəyişir.

"Xilə-buta xalçaları"nın xovunun hündürlüyü 5–7 mm-dir.

  1. "Xilə-buta xalçaları". 2011-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-16.