MILT

n balığın toxumu / kürüsü

MILLIONTH
MIME
OBASTAN VİKİ
Con Milton
Con Milton (ing. John Milton; 9 dekabr 1608 – 8 noyabr 1674) — İngiltərə şairi. == Həyatı == XVII əsr ingilis ədəbiyyatının ən parlaq siması Miltondur. Mütəfəkkir və inqilabçı şair olan Milton döyüşən, irəliyə doğru hərəkət edən, iztirablar və səhvlər arasından keçərək həqiqət axtaran insana himn yaradır. Onun əsərlərində XVII əsrin ən mühüm hadisələri əks olunmuş, baş verən hadisələr təhlil edilərək ümumbəşəri nəticələr çıxarılmışdır. Onun poeziyasında müşahidə olunan barokko romantizmi də, vətəndaşlıq ideyaları ilə aşılanmış klassisizm də cəmiyyətin həyatında cərəyan edən nəhəng hadisələrin təzahürü, onların dərk olunması cəhdinin ifadəsi idi. Con Milton Londonda notarius ailəsində anadan olmuşdur. Şairin atası sadiq, möhkəm əqidəli bir puritan idi, oğlunu da puritanlıq ənənələri ruhunda tərbiyə edir. Milton ilk təhsilini Müqəddəs Pavel kilsəsinin nəzdindəki məktəbdə alır. Bu məktəb ən qatı puritanlar olan Cillərin əlində idi.
Con Milton Qreqori
Con Milton Qreqori (ing. John Milton Gregory; d. 6 iyul 1822 — ö. 19 oktyabr 1898) — Urbana-Şampeyn İllinoys Universitetinin yaradıcısı və ilk prezidenti (1867–1880). == Təhsil sahəsində == Urbana-Şampeyn İllinoys Universitetinin yaranmasını və əsas fənlərarası ali məktəb kimi formalaşmasını Con Milton Qreqorinin adı ilə əlaqələndirirlər. Belə ki, İllinoys ştatının bir sıra şəhərləri arasında sərt qiymət təklifi (auksion) müharibəsindən sonra 1867-ci ildə yeni yaradılacaq ali məktəbin ərazisi kimi Urbana şəhəri seçilir. Ali təhsil müəssisəsi İllinoys Sənaye Universiteti adlandırılır və ilk prezidenti Con Milton Qreqori təyin edilir. C. M. Qreqori humanitar ənənələrə söykənən universitet yaratmaq niyyətində idi, lakin İllinoys Sənaye Liqası, ştat sakinləri və Morill Qanununu qəbul edən şəxslər ali məktəbin yalnız "sənaye yönümlü" olmasını istəyirdilər. Bu məsələ ilə bağlı C. M. Qreqori və həmin şəxslər arasında mübahisələr yaranır. Nəhayət, 1868-ci il martın 2-də iki müəllim və kiçik tələbə qrupu ilə universitetdə dərslər başlanır.
Kim Milton Nilsen
Kim Milton Nilsen (dan. Kim Milton Nielsen; 3 avqust 1960, Kopenhagen, Danimarka) — danimarkalı keçmiş beynəlxalq futbol hakimi. == Hakimlik karyerası == Kim Milton Nilsen 1976-cı ildən, 15 yaşından hakimliyə başlayıb. 1986-cı ildən Danimarka çempionatının oyunlarına təyinat alıb, 1988-ci ildən isə beynəlxalq oyunları idarə etmək hüququ qazanıb. 1993-cü ildə Almaniyanın "Verder" və İspaniyanın "Barselona" komandaları arasında oynanan UEFA Superkuboku matçını idarə etdikdən sonra tanınmağa başlanıb. Bir il sonra, 1994-cü ildə UEFA Kubokunun final matçı Kim Milton Nilsenin rəhbərlik etdiyi Danimarkalı hakimlər briqadasına etibar edilib. 1996-cı ildə o, ilk dəfə böyük beynəlxalq turnirə — Avropa çempionatına təyinat alıb. Ümumiyyətlə, Kim Milton Nilsen 1996-cı ildən 2004-cü ilədək yığma komandalar səviyyəsində keçirilmiş mötəbər turnirlərin hamısına təyinat alıb. Kim Milton Nilsen Çempionlar Liqasında 59 matç idarə edib. O, 2004-cü ildə Fransanın "Monako" və Portuqaliyanın "Porto" komandaları arasında keçirilmiş qitənin ən nüfuzlu klub turnirinin final oyununu idarə edib.
Miltiad
Miltiad (q.yun. Μιλτιάδης; təq. e.ə. 554, Afina – e.ə. 489, Afina) — Afina dövlət xadimi, Yunan-İran müharibələri (e.ə. 500 – e.ə. 449-cu illər) zamanı sərkərdə, Frakiya Xersonesosun tiranı (təxminən e.ə. 520—e.ə. 493-cü illər), sərkərdə Kimonun atası. Miltiad qədim zadəgan nəslindən idi.
Miltiad (Roma papası)
Miltiad (Melxiad) (lat. Miltiades; bilinmir, Roma – 11 yanvar 314, Roma, Roma imperiyası) — 2 iyul 311-ci ildən 11 yanvar 314-cü ilədək Roma yepiskopu. Liber Pontificalis-ə görə, Miltiad afrikalı idi, Şimali Afrika mühaciri hesab olunur, daha dəqiq Berbera mənşəli ola bilərdi, baxmayaraq ki alim Riçard P. MakBrayn onun Romalı olduğunu iddia edir. Onun seçilməsi Sede Vacante dövrünün sona çatması ilə qeyd olunur; dövr İmperator Maksentsinin papa Yevsevini Siciliyaya sürgün etməsindən az bir müddətdən sonra, 17 avqust 310-cu il (bəzi mənbələrə görə 309) tarixində Yevsevinin vəfatı ilə başladı Miltiadın pontifikasiyası zamanı, 312-ci il oktyabr ayında I Konstantin Maksentsi məğlub edərək Romaya nəzarəti ələ keçirdi. Konstantin Lateran sarayını papaya təqdim etdi və bura papanın iqamətgahı və kilsənin hökumət mərkəzi oldu. 313-cü ilin əvvəlində Konstantin və onun hakimiyyət şəriki Lisini Milanda razılaşma əldə edərək, xristianlar və digər dinlərin nümayəndələri üçün din azadlığı və kilsə əmlakının bərpasını elan edən Milan ediktini (fərman) hazırladılar. Daha sonra, 313-cü ildə Miltiad Karfagenli Setsiliana bəraət verən və donatistləri qınayan Romada Lateran yığıncağına sədrlik etdi. O, Arelat yığıncağına dəvət olunsa da, keçirilməzdən əvvəl öldü. 5-ci əsrdən bəri hazırlanan Liber Pontificalis əsərində Miltiadın bir neçə yeni qanun tətbiq etdiyi yazılıb, o cümlədən cümə axşamı və bazar günlərində oruc tutmamaq adəti. 13-cü əsrdə müqəddəs Melxiad bayramı yanlış "məzlum" xülasəsi ilə "Baş Roma təqvimi"nə" əlavə olunmuşdur, qeyd olunduğu gün 10 dekabr oldu.
Miltiad (böyük)
Miltiad (q.yun. Μιλτιάδης; e. ə. VI əsr, Afina – e. ə. VI əsr, Gelibolu yarımadası, Mərmərə regionu) — Frakiya Xersonesosun tiranı və eyniadlı şəhərin banisi. Miltiad Afinada ən nüfuzlu sülalələrindən biri Filaidlər sülaləsindən idi. Onun atası Kipsel idi. E.ə. 559-cu ildə Afinada Pisistratın tiranlığı başlayanda, o, Frakiya Xersonesosun sakinlərinin çağırışına cavab verdi və şimaldan hücum edən düşmənə qarşı müharibədə müdafiə komandanlığını ələ aldı.
Miltiad (dəqiqləşdirmə)
Böyük Miltiad (q.yun. Μιλτιάδης) — Frakiya Xersonesosun tiranı və eyniadlı şəhərin banisi. Kiçik Miltiad (q.yun. Μιλτιάδης) — əvvəlkinin qohumu, e.ə. 490-cı ildə Marafon döyüşündə farsları məğlub edən Afinalı sərkərdə Miltiad (Roma papası) (lat. Miltiades) — 311-ci il iyunun 2-dən 314-cü il 11 yanvar ayına qədər Roma papası olmuşdur.
Milton-Kins
Milton Kins — Böyük Britaniyada, İngiltərədə şəhər.
Milton Berl
Milton Berl (Tam adı Mendel Berlinqer ; 12 iyul 1908[…], Nyu-York, Nyu-York ştatı – 27 mart 2002[…], Los-Anceles, Kaliforniya) — Amerikalı komediyaçı və aktyor.
Milton Fridman
Milton Fridmen (ing. Milton Friedman; 31 iyul 1912[…], Bruklin, Nyu-York ştatı – 16 noyabr 2006[…], San-Fransisko, Kaliforniya[…]) — amerikalı iqtisadçı, monetarizm nəzəriyyəsinin yaradıcısı. 1976-cı ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Milton Fridmen 31 iyul 1912-ci ildə Nyu Yorkda Avstriya-Macarıstan İmperiyasından yeni köçmüş bir yəhudi ailənin oğlu kimi anadan olub. Fridmen uşaq olarkən ailəsi Nyu Cersiyə köçdü. Fridmen burada 16 yaşında olarkən 1928-ci ildə məktəb-liseydən məzun oldu. 1932-ci ildə Ratqers Universitetinin riyaziyyat bölməsindən məzun olaraq diplom aldı. ABŞ-də baş verən iqtisadi böhran dövründə məzun olmuşdu. Fridmenin iqtisadi düşüncəsinin formalaşmasında ilk əvvəl bu böhran, sonra isə universitetdəki müəllimlər rol oynamışdı. Çikaqo Universitetində iqtisadiyyat üzrə magistr təhsili aldı və burada olan məşhur iqtisadçılardan, Ceykob Viner, Frenk Nayt və Henri Simonsdan təsirləndi.
Milton Fridmen
Milton Fridmen (ing. Milton Friedman; 31 iyul 1912[…], Bruklin, Nyu-York ştatı – 16 noyabr 2006[…], San-Fransisko, Kaliforniya[…]) — amerikalı iqtisadçı, monetarizm nəzəriyyəsinin yaradıcısı. 1976-cı ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Milton Fridmen 31 iyul 1912-ci ildə Nyu Yorkda Avstriya-Macarıstan İmperiyasından yeni köçmüş bir yəhudi ailənin oğlu kimi anadan olub. Fridmen uşaq olarkən ailəsi Nyu Cersiyə köçdü. Fridmen burada 16 yaşında olarkən 1928-ci ildə məktəb-liseydən məzun oldu. 1932-ci ildə Ratqers Universitetinin riyaziyyat bölməsindən məzun olaraq diplom aldı. ABŞ-də baş verən iqtisadi böhran dövründə məzun olmuşdu. Fridmenin iqtisadi düşüncəsinin formalaşmasında ilk əvvəl bu böhran, sonra isə universitetdəki müəllimlər rol oynamışdı. Çikaqo Universitetində iqtisadiyyat üzrə magistr təhsili aldı və burada olan məşhur iqtisadçılardan, Ceykob Viner, Frenk Nayt və Henri Simonsdan təsirləndi.
Milton Obote
Milton Obote (ing. Apollo Milton Obote) - Uqandanın müstəqillikdən sonrakı ilk Prezidenti (1962-1966) və Baş Naziri (1966-1971, 1980-1985). Ölkəsinin müstəqillik əldə etməsində önəmli rol oynamış, iki dəfə hərbi çevriliş nəticəsində hakimiyyətdən kənarlaşdırılmışdır. Əsil adı Apollo Milton Obote olan Milton Obote 1925-ci ilin 25 dekabr tarixində Uqandada dünyaya gəlib. 1948-1949-cu illərdə paytaxt Kampala şəhərində yerləşən Makerere Kollecində təhsil aldığı zaman, siyasi fəaliyyətləri səbəbindən təhsil kompleksindən kənarlaşdırılmışdır. Dönəmin hakimiyyəti Obotenin Amerika Birləşmiş Ştatları və Almaniyada ali təhsil almağa imkan verən təqaüd proqramlarındanda istifadə etməyə mane olduqdan sonra Obote, 1950-ci ildə Keniyaya yollanmışdır. Keniyada müxtəlif işlərdə işlədiyi dövrdə, Uqandanın azadlıq hərəkatına dəstək vermiş və Keniya Afrika İttifaqına üzv olmuşdur. 1957-ci ildə ölkəsinə qayıdaraq Uqanda Xalq Konqresi Partiyasına üzv olmuş; növbəti il parlamentdə təmsil olunmaq hüququ qazanmışdır. Uqanda Xalq Konqresi Partiyasının parçalanmasından sonra Uqanda Xalqının Birliyi təşkilatı ilə birləşərək Uqanda Xalq Partiyasını təsis etmişdir. Partiyanın əsas məqsədi, Kral II Mutesa rəhbərliyindəki Buqanda dövlətinin Uqandadakı varlığına son qoymaqdan ibarət idi.
Milton Sperlinq
Milton Sperlinq (ing. Milton Sperling) — Amerika kino prodüseri. Milton Sperlinq Nyu-York şəhər kollecini bitirdikdən sonra kino sahəsinə üz tutur və Paramountda klerk kimi çalışmağa başlayır. 1931-ci ildə məşhur Warner Bros. kino şirkətində Deril F. Zanuk və Hel Uallisin yanında katib işləyir. Bir qədər sonra Sperlinq, Edvard Smollun yanında assistent kimi müstəqil filmlərdə çalışır. Zanuk 20th Century Fox-da Milton Sperlinqi işə götürür. 20th Century Fox-da olan səmərəli fəaliyyəti zamanı Milton 1936-cı ildə Harri Uornerin (ing. Harry Warner) qızı Betti Uornerlə tanış olur. Onlar 1939-cu ildə ailə həyatı qururlar.
Miltoniopsis
Miltoniopsis ― Səhləbkimilər fəziləsinə aid bitki cinsi. Təbii halda Cənubi Amerika, Meksika və Şimali Amerikanın cənub hissəsində, And dağlarının şərqində, 900 metrə qədər yüksəkliklərdə rast gəlinir. Epifitdirlər (epifit bitkilər [1]), yəni ağacların gövdəsində, qaya yarıqlarında bitirlər. Təbii iqlimi sərin (15°-25 °C) və bol rütubətlidir (60%-80%). Həmçinin bol işıqlıdır. Sıx meşəliklər onları birbaşa günəş işığından qoruyur. Miltoniopsis növlərinin təsnif olunması tədqiqatçılar üçün problemli məsələlərdəndir. Ona görə də bu növlərin coğrafi mövqeyləndirilməsi hələ də tam olaraq təsdiqlənməyib. Miltoniopsislər sadə, ağımtıl, işığa ehtiyacı olmayan köklərə sahibdirlər. Kök sistemi saçaqlıdır.
Road to Revolution: Live at Milton Keynes
Road to Revolution: Live at Milton Keynes – Linkin Parkın 3-cü canlı albomudur. 21 Noyabr 2008 tarixinde çıxmışdır. Bu albom Green Day ile eyni yerde yazılmışdır. Bu albomda Collison Cource mahnıları üçün Jay-Z qonaq kimi çıxış etmişdir.
Salvia miltiorrhiza
Salvia miltiorrhiza (lat. Salvia miltiorrhiza) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Triticum aestivum var. milturum
Salvia miltiorrhiza var. australis
Salvia bowleyana (lat. Salvia bowleyana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Salvia miltiorrhiza var.
Salvia miltiorrhiza var. hupehensis
Salvia paramiltiorrhiza (lat. Salvia paramiltiorrhiza) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Salvia miltiorrhiza var. hupehensis E.Peter Salvia paramiltiorrhiza f.