Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şəhidlər Xiyabanı
Şəhidlər Xiyabanı — Bakı şəhərində əsasən Qara Yanvar və Qarabağ müharibəsi şəhidlərinin dəfn olunduğu kütləvi məzarlıq. Şəhidlər Xiyabanı müxtəlif dövrlər ərzində Çəmbərəkənd qəbiristanlığı, Dağüstü Park və Kirov Parkı kimi fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründən 1939-cu ilə qədər Şəhidlər Xiyabanı Çəmbərəkənd qəbiristanlığı olub. Qəbiristanlıqda bir sıra şəxslər, o cümlədən Azərbaycan tarixində görkəmli olan şəxslərdən Əlirza Rasizadə, Səməd bəy Mehmandarov, Cəlil Məmmədquluzadə, Midhət Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Hüseyn Ərəblinski, Ağa Musa Nağıyev, Süleyman Sani Axundov, Cabbar Qaryağdıoğlu, Rüstəm Mustafayev və digərləri dəfn edilmişdi. Bakının baş memarı vəzifəsində çalışan Zivər bəy Əhmədbəyov şəhərin daşnaklar və eser-menşeviklərdən ibarət Sentrokaspi Diktaturasından azad olunması zamanı şəhid olmuş azərbaycanlı və türk əsgərlərinin xatirəsini əbədiləşdirmək üçün Çəmbərəkənd qəbiristanlığında ucaldılacaq abidə kompleksinin layihəsini hazırlamışdı. Altıbucaqlı türbə görünüşündə olan həmin layihədə orta əsr Azərbaycan memarlıq incilərindən məharətlə istifadə olunmuşdu. 1934-cü ildə Sergey Kirov öldürüldükdən sonra onun xatirəsini əbədiləşdirmək üçün qəbiristanlıq yerlə-yeksan edilib və Çəmbərəkənd qəbiristanlığının yerində istirahət parkı salındı və Kirovun abidəsi ucaldıldı. Sovet hakimiyyəti Kirov parkı salınanda daş çatışmazlığı ilə üzləşdiklərindən baş daşlarından da istifadə etməli olublar. Azərbaycan SSRİ-dən müstəqillikdən qazandıqdan sonra isə Kirovun Şəhidlər Xiyabanında ucalan abidəsi uçuruldu. 1990-cı ildə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş insanların indiki Şəhidlər Xiyabanında dəfn olunması üçün ictimaiyyət tərəfindən yaradılmış dəfn komissyasının adından çıxış edən elmlər doktoru Azər Nəbiyevin Respublika və şəhər rəhbərliyinə etdiyi müraciətə müsbət cavab verilməmişdir.
Şöhrət xiyabanı
Şöhrət Xiyabanı (Qroznı)
Qala xiyabanı
Qala xiyabanı və ya Həzi Aslanov xiyabanı – Lənkəran şəhərinin Həzi Aslanov, Məhəmməd Əmin Rəsulzadə və Fikrət Məmmədov küçələrinin kəsişməsində yerləşən xiyaban. Xiyaban 2008-ci ilin oktyabrın 8-də yenidənqurma işlərindən sonra yenidən açılmışdır. Ətrafdakı küçələr abadlaşdırılaraq müasir görkəmə salınmışdır. Suda fırlanan qlobuslar buraya xüsusi yaraşıq verir. Fəvvarələrin quraşdırıldığı xiyabanda Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyev adına Dostluq Parkı da salınmışdır. Ümumi sahəsi 1,6 hektardan çox olan parkda ölkəmizin bütün iqtisadi zonalarının göstəricilərini, eləcə də təbiətini, coğrafiyasını əks etdirən guşələr yaradılmışdır. Xiyabanda hər bölgə üzrə milli memarlıq abidələrindən ibarət maket də nümayiş etdirilir. Bu, təkcə lənkəranlıların deyil, həm də şəhərə gələn qonaqların Azərbaycan haqqında geniş məlumat almasına imkan yaradır. Xiyabanda, əməkdar müəllim, Prezident təqaüdçüsü Mirhaşım Talışlı və Lənkəran Veteranlar Şurasının sədri Kamal Kələntərlinin heykəlləri də maraq doğurur.
"Şəhidlər Xiyabanı" stansiyası
Bakı funikulyoru — Azərbaycanda yeganə funikulyor. == Tarixi == Bakı funikulyoru Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilmişdir. 1960-cı il mayın 5-də istifadəyə verilmişdir. SSRİ zamanında funikulyorun qatarları xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilmişdir. == Stansiyaları == "Bəhram Gur" və "Şəhidlər Xiyabanı" adlı iki stansiyası mövcuddur. Stansiyalar arası məsafə 455 metrdir. Cəmi 2 vaqonu olan bu funikulyorda vaqonlar saniyədə 2,5 metr sürətlə hərəkət edərək bir stansiyadan digərinə 4 dəqiqəyə çatırdı. Vaqonlararası interval 10 dəqiqə, gediş haqqı isə 20 qəpik olmuşdur (hal-hazırda gediş haqqı 1 manatdır.). 2012-ci ildə 4il müddətinə pulsuz fəaliyyət göstərmişdir. Funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik idi.
Ağdam Şəhidlər Xiyabanı
Ağdam Şəhidlər Xiyabanı — Ağdam şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Xiyaban 1992-ci ildə Ağdam şəhərində yaradılıb.
Gəncə Şəhidlər Xiyabanı
Gəncə Şəhidlər Xiyabanı — Gəncə şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. == Tarixi == Gəncənin 4 saylı qəbiristanlığında yerləşir. 2012-ci ilə qədər Gəncə şəhəri Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda 468 şəhid verib və 367 şəhid burda dəfn olunub. Xiyabanın 1000 kvadratmetrə yaxın ərazisində Gəncə şəhidlərinin xatirəsinə ucaldılan abidə kompleksinin hündürlüyü 18 metrdir 2020-ci il əvvəində Şəhidlər Xiyabanında 376 şəhidin, həmçinin 5 nəfər Azərbaycanın Milli Qəhrəmanının (Ənvər Arazov, Elbrus Allahverdiyev, Şahlar Hüseynov, İqor Makeyev, Pərviz Səmədov) və Gəncənin ilk qadın şəhidi Sevda Cabbarovanın məzarları var.
Hacıqabul Şəhidlər Xiyabanı
Hacıqabul Şəhidlər Xiyabanı — Hacıqabul şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Xiyaban 1992-ci ildə Hacıqabul şəhərində yaradılıb.
II Şəhidlər Xiyabanı
II Şəhidlər Xiyabanı (rəsmi adı: 2 saylı Şəhidlər Xiyabanı) — 2018-ci ildə əsası qoyulan və Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında və bərpa edilməsində xüsusi xidmətlərinə görə şəhid olan Azərbaycan Silahlı Qüvvələri hərbi qulluqçularının dəfn olunduğu xiyabandır. Məzarlıq 2 saylı Fəxri Xiyabanın ərazisində yerləşir. == Tarixi == II Şəhidlər Xiyabanı Yasamal rayonunun ərazisində, Maşın Bazarı və Yasamal qəbiristanlığının "Qurd Qapısı" adlandırılan hissəsinin arasında yerləşir. 2019-cu ilin avqust ayında sosial mediada şəhər ərazisində yeni qəbiristanlığın salındığı iddia edilən video yayıldı. Videoda özünü qəbiristanlıq işçisi olaraq təqdim edən bir nəfər buranın növbəti illərdə baş verməsi gözlənilən müharibə zamanı şəhid olanların dəfn olunacağı Şəhidlər Xiyabanının olacağını bildirdi. Xiyaban üç bölmədən ibarətdir və ümumi olaraq 630 qəbir var. Uzun müddət ərzində həmin ərazi barədə ictimaiyyətə rəsmi məlumat verilmədi. 2020-ci ilin 12–16 iyulunda Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində törətdiyi təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 8-i zabit olmaqla 12 hərbi qulluqçusu şəhid oldu. Şəhid olanlardan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev iyulun 15-də II Şəhidlər Xiyabanında dəfn olundu. Dəfn mərasimi ictimaiyyətə qapalı oldu.
Mingəçevir Şəhidlər Xiyabanı
Mingəçevir Şəhidlər Xiyabanı — Mingəçevir şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Xiyaban 1992-ci ildə Mingəçevir şəhərində yaradılıb.
Oğuz Şəhidlər Xiyabanı
Oğuz Şəhidlər Xiyabanı — Oğuz şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Xiyaban 1992-ci ildə Oğuz şəhərində yaradılıb. Abdullayev Emin Novruz oğlu (1975 – 1994) Ağakişiyev Qüdrət Mikayıl oğlu (1965 – 1994) Babayev Elman Telman oğlu (1994 – 2020) Babayev Elşad Saməddin oğlu (1960 – 1993) Babayev Tale Eynulla oğlu (1964 – 1992) Abdullayev Emin Novruz oğlu (1975 – 1994) Əhmədli Elşən Elbrus oğlu (1997 – 2020) Əliyev Anar Talıb oğlu (1991 – 2020) Xudumov Vidadi İmanqulu oğlu (1969 – 1994) İbrahimov Vüqar Rauf oğlu (1973 – 1992) Məmmədov Elvin Yaşar oğlu (1987 – 2006) Paşayev Məhəbbət Vaqif oğlu (1999 – 2020) Ramazanov Süleyman Nəriman oğlu (1977 – 1995) Yunusov Xanqara Allahverdi oğlu (1970 – 1993) Zaməddinov Fərid İmran oğlu (1986 – 2020) Şəhidlər Xiyabanının qarşısında Oğuz rayonunda doğulmuş, yaşamış və itkin düşmüş 76 şəhidin barelyefi yerləşdirilmişdir: 2021-ci ildə Oğuz şəhərində yerləşən "Şəhidlər xiyabanı" abidə kompleksində Oğuz rayon İcra hakimiyyətinin təşkilatçılığı və sahibkar Hafiz Mustafayevin maddi dəstəyi ilə əsaslı yenidənqurma və abadlıq işləri aparılmışdır. Xiyabanın girişində sol divarında Oğuz rayonunda və kəndlərində doğulmuş, yaşamış şəhidlərin şərəfinə xatirə lövhəsi yerləşdirilib. Sağ tərəfdə isə işğaldan azad olunmuş rayonlar haqqında qısa məlumat lövhəsi yerləşdirilmişdir.
Quba Şəhidlər Xiyabanı
Quba Şəhidlər Xiyabanı — Quba şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Quba rayonu ümumilikdə Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı uğrunda gedən döyüşlərdə 277 nəfər şəhid verib, 62 nəfər Quba sakini isə itkin düşüb. “Qanlı Yanvar” faciəsində 4 nəfər qubalı Azərbaycanın suverenliyi uğrunda həlak olmuşdur. Xiyabanda uyuyan 32 nəfər isə Birinci Qarabağ müharibəsində şəhid olmuşdur. İkinci Qarabağ müharibəsində şəhid olan 57 qubalı şəhid də xiyabanda dəfn edilib.
Sumqayıt Şəhidlər Xiyabanı
Sumqayıt Şəhidlər Xiyabanı — Sumqayıt şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Xiyaban 1992-ci ildə Sumqayıt şəhərində yaradılıb. 1992-ci il fevralın 4-də Rəhman Sadiq oğlu Qəhrəmanov xiyabanda dəfn olunan ilk şəhiddir. Abbasov Faiq Yaqub oğlu (1970–1994) Abbasov Mustafa Babalar oğlu (1953–1995) Abbasov Şəmşir Şahmar oğlu (1967–1992) Abdullayev Eynur Sahib oğlu (1966–1993) Abdullayev Faiq Mehdi oğlu (1972–1992) Ağayev Cavanşir Cəmil oğlu (1965–1992) Ağayev Fazil Cəlil oğlu (1969–1992) Axundov Əbdülməcid Nadirşah oğlu (1993–2016) Aslanov İslam Xanış oğlu (1973–1994) Atakişiyev Şahin Şiraslan oğlu (1970–1994) Abbaslı Elgin Ağayar oğlu (1991–2020) Allahverdizadə Elnur Əli oğlu (1995–2020) Allahverdiyev Vüsal Tahir oğlu (1988–2020) Babayev Rahib Bəxtiyar oğlu (1985–2020) Baxşəliyev Rəşid Əliağa oğlu (1996–2016) Baxışov Seymur Qulamhüseyn oğlu (1987–2016) Bayramov Ruslan Bayram oğlu (1996–2016) Bayramov Şulan Bayram oğlu (1996–2016) Cabbarov Cavanşir Hacif oğlu (1967–1992) Cabbarov Elnur Zakir oğlu (1973–1994) Cabbarov Taleh Cəmil oğlu (1971–1994) Camalzadə Asim Knyaz oğlu (1994–2023) Cəfərov Şirin Allahverdi oğlu (1962–1994) Dadaşov Rəhim Möhübbət oğlu (2003–2021) Eyvazov Qorxmaz Abış oğlu (1967–1994) Əbibov Əli İlham oğlu (1994–2013) Əliyev Əlövsət Əbülfət oğlu (1957–1992) Əhmədov Yaqub Aqali oğlu (1966–1992) Əhmədov Nəcəf Hikmət oğlu (1967–1994) Əliyev Millət Söhbətəli oğlu (1961–1994) Ələsgərli Zaur Mübariz oğlu (1995–2020) Əhmədzadə Rüfət Əbülfət oğlu (2001–2020) Əbdürəhmanlı Sabir Faiq oğlu (1998–2020) Əliyev Səmid Xoşbəxt oğlu (1998–2020) Əliyev Eltun Elnur oğlu (2001–2020) Əliyev Emil Əziz oğlu (1993–2020) Əliyev Fərhad İlham oğlu (1993–2020) Fərəcov Ceyhun. Fətullayev Tərlan Amanşah oğlu (1989–2020) Hacıyev Bəxtiyar Oqtay oğlu (1974–1993) Haqverdiyev Şahin Nüslət oğlu (1959–1994) Hümbətov Azər Rəsul oğlu (1971–1994) Hümbətov Əhməd Məhəmməd oğlu (1965–1994) Hümbətov Rizvan Humay oğlu (1954–1992) Hüseynov Ehtiram Aydın oğlu (1970–1992) Hüseynov Elçin Zamin oğlu (1992–2020) Hüseynov Məcid Məmməd oglu (1969–1993) Həmidov İzzət Rövşən oğlu (2000–2020) Həsənzadə Məhəmmədəli Hörmət oğlu (1999–2020) İmanov Ənvər Emil oğlu (1999–2020) İsmayılov Məzahir Sədi oğlu (1961–1994) İsfəndiyarov Müşfiq Kamil oğlu (1976–1995) İsmayılov Yavər İsmayıl oğlu (1969–1994) Kərimov Müşfiq Bəhmən oğlu (1971–1994) Kərimov Taleh Adil oğlu (1985–2020) Qorçuyev Əfqan Xanış oğlu (1970–1994) Qəhrəmanov Rəhman Sadiq oğlu (1966–1992) Quliyev Namiq Natiq oğlu (2001–2020) Quliyev Şəhriyar Nəsib oğlu (1990–2020) Mahmudov Mehman Paşa oğlu (1963–1994) Məhərrəmov Əli Səməd oğlu (1957–1992) Məmmədov Eylaz Əli oğlu (1968–1992) Məmmədov Əfqan Əhməd oğlu (1967–1994) Məmmədov Faiq Nəriman oğlu (1973–1994) Məmmədov Gəray Azad oğlu (1969–1993) Məmmədov Murad Vaqif oğlu (1989–2016) Məmmədov Şərif Tahir oğlu (1970–1994) Mərdanlı Alay Bayram oğlu (1969–1994) Mirzəyev Teymur İsmayıl oğlu (1967–1996) Mustafayev Rüfət Zöhrab oğlu (1996–2020) Məmmədov Murad Yusif oğlu (1995–2020) Məmmədov Rəhman Natiq oğlu Natiq (1997–2020) Məmmədov Ruslan Ramiz oğlu (1997–2020) Məmmədzadə İlkin Əzizağa oğlu (1991–2020) Mütəllimov Qəzənfər Ədalət oğlu (1992–2020) Mərdanov Rəhman Ramiz oğlu (1975–1994) Nəzərov İlham Allahverdi oğlu (1963–1994) Niftəliyev Mehrab Söhrab oğlu (1985–2020) Orucov Raquf Cahangir oğlu (1972–2016) Piriyev Faiq Həbib oğlu Rüstəmov Etibar Cavanşir oğlu (1968–1992) Rzayev Zahid Canəli oğlu Rəhimli Orxan Elxan oğlu (1992–2021) Rzayev Məhəmməd-Nadir İlqar oğlu (1994–2020) Şərifov Səxavət Əsəd oğlu (1965–1994) Şahhüseynov Mirzə Telman oğlu (1973–1994) Şirinov Ramil Arif oğlu (1987–2023) Vahabov Ceyhun Sabir oğlu (1973–1993) Veysov Rövşən Saməddin oğlu (1971–1992) Vəliyev Əhməd Vəli oğlu (1968–1992) Vəliyev Elxan Səməd oğlu (1958–1995) Yusifov Elman Qüdrət oğlu (1970–1994) Yusifov Sahib Əli oğlu (1975–1994) Zeynalov Kərəm Əyyub oğlu (1967–1992) Zeynalov Salman Əyyub oğlu (1965–1994) Zeynalov Şeyda Qaçaq oğlu (1970–1994) Zeynalov Ramiz Nağı oğlu (1975–1994) Zeynallı Coşqun Çingiz oğlu (1993–2021) Şəhidlər Xiyabanında dəfn olunan şəhidlərdən başqa, Qarabağ müharibəsində itkin düşmüş şəxslərin adlarının yazıldığı xatirə lövhəsi də ucaldılıb.
Tovuz Şəhidlər Xiyabanı
Tovuz Şəhidlər Xiyabanı — Tovuz şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Xiyaban 1992-ci ildə Tovuz şəhərində yaradılıb. Abbasov Qoşqar Asim oğlu 1975 Yuxarı Öysüzlü, Çənlibel bölgəsi Abbasov Kərim Musa oğlu 1971 Yuxarı Öysüzlü, Çənlibel bölgəsi Abdullayev Ayaz İsmayıl oğlu 1972 Bozalqanı kəndi, Kəlbəcər rayonu Abdullayev Nəriman Abdulla oğlu 1969 Abulbəyli kəndi, Ağdərə rayonu Abulov Rəfael Qəzənfər oğlu 1972 Bayramlı kənd, Ağdərə kəndi Axundov Zaur Valeh Oğlu 1971 Tovuz şəhəri, Sulutəpə zirvəsi Bayramov Eyvaz Cəmşid oğlu 1971 Tovuz şəhəri, Füzuli bölgəsi Bədəlov Oktay Ələddin oğlu 27.10.1984 Tovuz şəhəri, Qubadlı bölgəsində şəhid olmuşdur Cəfərov Akif Vəli oğlu 1954 Aşağı öysüzlü kəndi, Sulutəpə zirvəsi Eminov Emin Qəzənfər oğlu 1971 Azaflı kəndi, Füzuli rayonu Əliyev Həmid Fərhad oğlu 1971 Azaflı kəndi, Muncuqlu kəndi Əliyev Müşviq Abbas oğlu 1974 Yuxarı Öysüzlü, Ağdam rayonu Əliyev Elman Nəriman oğlu 1969 Bozalqanlı, Ağdam rayonu Əliyev Ceyhun Ramiz oğlu 1967 Tovuz Şəhəri, Ağdam rayonu Əliyev Hafiz Mustafa oğlu 1973 Bozalqanlı kəndi, Kəlbəcər rayonu Əliyev İlham Cəbrayıl oğlu 1955 Tovuz şəhəri, Kəlbəcər rayonu Əmiraslanov Nağı Həsən oğlu (1973-1993) Həsənov Hafiz Əsgər oğlu 1972 Tovuz Şəhəri, Ağdərə rayonu Hüseynov Fariz Əsəd oğlu 1974 Tovuz rayonu, Qaraxanlı kəndi. Ağdərə rayonu Qasımov İlham Qurban oğlu 1975 Tovuz şəhəri, Tərtər rayonu Məmmədov Vüqar Allahverdi oğlu 1970 Tovuz şəhəri, Goranboy rayonu Məmmədov Rövşən Əjdər oğlu 1966 Tovuz Şəhəri, Ağdam rayonu Məmmədov Zəki Ibrahim oğlu 1965 Tovuz şəhəri, Əlibəyli kəndi Musayev Çingiz Binnət oğlu 1967 Tovuz rayonu Böyük Qışlaq kəndi-21.09.1992 Tovuz rayonu Qaralar kəndi.
Xaçmaz Şəhidlər Xiyabanı
Xaçmaz Şəhidlər Xiyabanı — Xaçmaz şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Ümumilikdə ərazisi 3000 m2 olan xiyabanda 700 m2-ə yaxın yeni yaşıllıq qaz, 1500 m2 keyfiyyətli beton tavalar (tamet daşları) döşəmədir. Xiyabanda Azərbaycan Respublikasının Milli Qəhrərmanı Yavər Şahbazovun büstü qoyulmuş, I Qarabağ müharibəsində şəhid olmuş 226 nəfərin, II Qarabağ müharibəsində şəhid olmuş 48 nəfərin və 20 yanvar 1990-cı ildə şəhid olmuş 1 nəfərin xatirə lövhədən ibarətdir. 2019-2021 Xiyaban yenidən əsaslı təmir – tikinti və yenidənqurma işləri aparılmışdır.
İkinci Şəhidlər Xiyabanı
II Şəhidlər Xiyabanı (rəsmi adı: 2 saylı Şəhidlər Xiyabanı) — 2018-ci ildə əsası qoyulan və Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında və bərpa edilməsində xüsusi xidmətlərinə görə şəhid olan Azərbaycan Silahlı Qüvvələri hərbi qulluqçularının dəfn olunduğu xiyabandır. Məzarlıq 2 saylı Fəxri Xiyabanın ərazisində yerləşir. II Şəhidlər Xiyabanı Yasamal rayonunun ərazisində, Maşın Bazarı və Yasamal qəbiristanlığının "Qurd Qapısı" adlandırılan hissəsinin arasında yerləşir. 2019-cu ilin avqust ayında sosial mediada şəhər ərazisində yeni qəbiristanlığın salındığı iddia edilən video yayıldı. Videoda özünü qəbiristanlıq işçisi olaraq təqdim edən bir nəfər buranın növbəti illərdə baş verməsi gözlənilən müharibə zamanı şəhid olanların dəfn olunacağı Şəhidlər Xiyabanının olacağını bildirdi. Xiyaban üç bölmədən ibarətdir və ümumi olaraq 630 qəbir var. Uzun müddət ərzində həmin ərazi barədə ictimaiyyətə rəsmi məlumat verilmədi. 2020-ci ilin 12–16 iyulunda Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində törətdiyi təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 8-i zabit olmaqla 12 hərbi qulluqçusu şəhid oldu. Şəhid olanlardan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev iyulun 15-də II Şəhidlər Xiyabanında dəfn olundu. Dəfn mərasimi ictimaiyyətə qapalı oldu.
İtalyanski xiyabanı (Taqanroq)
İtalyanski xiyabanı (rus. Итальянский переулок) — Taqanroq şəhərində yerləşən xiyaban. Şəhərin qədim hissəsində yerləşir. Xiyaban Qreçeskaya küçəsindən balayaraq Şevçenko küçəsinə qədər uzanır. Xiyaban Bannı enişimdə bitir. Uzunluğu 1860 metr təşkil edir. Əvvəlki adları — İtalyanski, İspolkomski. İspolkomski xiyabanı adı 1923-cü ildə şəhər sovetinin qərarı ilə verilmişdir. «İspolkomski» xiyabanı adı onun yaxınlığında yerləşən Şəhər fəhlə-deputatlar sovetinin ispolkomu yerləşdiyindən verilmişdir. «İtalyanski» xiyabanı yenidən 1990-cı ildə adlandırılmışdır.
Şuşa Şəhidlər Xiyabanı
Şuşa Şəhidlər Xiyabanı — Şuşa şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Mir Faseh qəbiristanlığı ilə Vaqif türbəsinin yaxınlığında yerləşir. Xiyabanda 1991-1992-ci illərdə Şuşanın erməni terrorçularının hücumlarından müdafiə olunması zamanı şəhid olmuş şuşalı gənclər, 26 dekabr 1991-ci ildə Daşaltı yolu üstündə qətlə yetirilmiş Abbasovlar ailəsi, 26 yanvar 1992-ci ildə baş vermiş Daşaltı əməliyyatı zamanı şəhid olmuş şuşalı gənclər, 28.01.1992-ci il tarixdə Şuşa üzərində partladılmış vertolyotda qətlə yetirilmiş mülki azərbaycanlılar və başqaları dəfn edilib. Şuşa şəhəri işğal ediləndən sonra xiyaban erməni terrorçuları tərəfindən dağıdılmış, qəbirlə uçurulmuş, cəsədləri qalıqları qəbirlərdən çıxarılmışdır. Şuşa Şəhidlər Xiyabanında dəfn olunanların siyahısı Vikianbarda Şuşa Şəhidlər Xiyabanı ilə əlaqəli mediafayllar var.
Şöhrət Xiyabanı (Qroznı)
Şöhrət Xiyabanı və ya Axmat Kadırov adına Şöhrət Memorial Kompleksi — Qroznı şəhərində Böyük Vətən müharibəsində Qələbəyə, eləcə də Çeçenistan Respublikasının ilk Prezidenti Əhməd Kadırova həsr olunmuş xatirə abidəsi. Kompleks Qroznının mərkəzində, Mayakovski küçəsində yerləşir. Memorialda muzey, park və bir sıra abidələr var. Memorialın sahəsi 5 hektardır, Rusiyada Sovet xalqının Böyük Vətən müharibəsində Qələbəsinin xatirəsinə tikilmiş üçüncü ən böyük obyektdir. Bayram günlərində kompleks 15 min nəfəri qəbul edə bilir. Memorial kompleksin tikintisinə 2009-cu ilin oktyabrında başlanılıb və təxminən 6 aya yaxın davam edib. Kompleksin təntənəli açılışı 2010-cu il mayın 8-də Qələbənin 65-ci ildönümü ərəfəsində olmuşdur. Memorial kompleksdə əsas yeri Əhməd Hacı Kadırov Muzeyinin iki mərtəbəli binası tutur. İnteryerin zənginliyi və gözəlliyi baxımından muzey dünya memarlığının məşhur abidələri ilə rəqabət apara bilər. Muzeyin mərkəzi zalında bədii pannonun yaradılması üçün mərmər İspaniyadan, ən yüksək standart-999 qızılla örtülmüş çilçıraq İrandan gətirilib.
Şöhrət xiyabanı (Hollivud)
Hollivudun "Şöhrət xiyabanı" (ing. Hollywood Walk of Fame) — Hollivud bulvarında və Vayn küçəsinin üç məhəlləsində küçənin hər iki trotuarı boyunca 15 məhəllədə yerləşən əyləncə sənayesinin nailiyyətlərinin daimi və ictimai abidəsi kimi çıxış edir. 2500-dən çox beşbucaqlı mis Ulduz trotuarın 6 futluq (1,8 m) plitələrində həkk edilmişdir. Burada aktyorlar, musiqiçilər, prodüserlər, musiqi və teatr turppalarının rəhbərlərinin, real və uydurulmuş personajların əyləncə və incəsənət sənayesinə verdikləri töhvələrinə görə ulduzları həkk olunmuşdur. "Şöhrət xiyabanını" Hollivud ticarət palatası idarə eləyir, Hollywood Historic Trust isə onu maliyyələşdirir. Aparılan tədqiqatlara görə, hər il Hollivudda yerləşən "Şöhrət xiyabanına" 10 milyondan çox insan baş çəkir. Bu həmçinin turizmin inkişafında çox böyük rol oynayır. Hər monument mərcan-çəhrayı rəngdə olan beşbucaqlı ulduzdan ibarətdir. Ulduzun yuxarı hissəsində misdən çap hərfləri ilə yazılmış laureatın adı göstərilir. Ulduzun aşağı hissəsində dairəvi mis emblem laureatın hansı sənət üzrə töhfə aldğını göstərir.
Şəhidlər Xiyabanı stansiyası
Bakı funikulyoru — Azərbaycanda yeganə funikulyor. Bakı funikulyoru Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilmişdir. 1960-cı il mayın 5-də istifadəyə verilmişdir. SSRİ zamanında funikulyorun qatarları xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilmişdir. "Bəhram Gur" və "Şəhidlər Xiyabanı" adlı iki stansiyası mövcuddur. Stansiyalar arası məsafə 455 metrdir. Cəmi 2 vaqonu olan bu funikulyorda vaqonlar saniyədə 2,5 metr sürətlə hərəkət edərək bir stansiyadan digərinə 4 dəqiqəyə çatırdı. Vaqonlararası interval 10 dəqiqə, gediş haqqı isə 20 qəpik olmuşdur (hal-hazırda gediş haqqı 1 manatdır.). 2012-ci ildə 4il müddətinə pulsuz fəaliyyət göstərmişdir. Funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik idi.
Yevlax Şəhidlər Xiyabanı
Yevlax Şəhidlər Xiyabanı — Yevlax şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Xiyaban 1992-ci ildə Yevlax şəhərində yaradılıb və 126 şəhid dəfn olunub.
Xocalı Şəhidlər Xiyabanı
Xocalı Şəhidlər Xiyabanı — Xocalı şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Xiyaban 2024-cü ildə Xocalı şəhərində yaradılıb. 2024-cü ilin martında Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin cənazəsi Xocalıda yeni salınan Şəhidlər Xiyabanında dəfn edilib. 2024-cü ilin iyulunda qalıqları Xocalı rayonu ərazisində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 5 nəfər dəfn ediliblər.
Ağcabədi Şəhidlər Xiyabanı
Ağcabədi Şəhidlər Xiyabanı — Ağcabədi şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların dəfn olunduğu məzarlıq. Xiyaban 1992-ci ildə Ağcabədi şəhərində yaradılıb.
Binə Şəhidlər Xiyabanı
Binə Şəhidlər Xiyabanı — 2020-ci ilin sentyabr ayında əsası qoyulan və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələri hərbi qulluqçusularının dəfn olunduğu xiyabandır. == Tarixi == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün Vətən müharibəsi başladı. Müharibə zamanı Binə qəsəbəsində yaşayan 21 hərbi qulluqçu şəhid oldu. Onların hamısı Binə qəsəbəsində salınan Binə Şəhidlər Xiyabanında dəfn olundu. Noyabrın 10-da müharibə bitəndən sonra Binə Şəhidlər Xiyabanında abadlıq işləri aparıldı. == Dəfn olunanlar == Binə Şəhidlər Xiyabanında dəfn olunanların 1 nəfəri baş leytenantdır, 2 nəfəri gizirdir, 1 nəfəri kiçik gizirdir, 1 nəfəri baş çavuşdur, 1 nəfəri çavuşdur, 14 nəfəri isə əsgərdir. |21. |İsa Məmmədov İsa Nazim oğlu.
Bərdə Şəhidlər Xiyabanı
Bərdə Şəhidlər Xiyabanı — Bərdə şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Xiyaban 1992-ci ildə Bərdə şəhərində yaradılıb.
Məhəmməd Xiyabani
Şeyx Məhəmməd Xiyabani (azərb. شئیخ محممد خیابانی‎) — Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının rəhbəri, mütəfəkkir və siyasətçi. Şeyx Məhəmməd Xiyabani 1880-ci ildə Təbriz şəhəri yaxınlığında yerləşən Xamnə qəsəbəsində anadan olmuşdur. O, Xamnədəki məktəbi bitirdikdən sonra Mahaçqalada ticarətlə məşğul olan atası Hacı Əbdülhəmidin yanına getmiş, az müddətdən sonra Təbrizə qayıdaraq din elmlərini öyrənməyə başlamışdır. Xiyabani Təbrizin tanınmış ruhanisi Əngəcinin yanında oxumuş, onun ən görkəmli tələbələrindən olaraq, müctəhidlik dərəcəsinə yüksəlmişdir. Bundan əlavə, Xiyabani nücum, heyət və hesab elmlərini məşhur münəccim Mirzə Əbdüləlinin yanında mənimsəmiş, kəlam — islam fəlsəfəsi və ədəbiyyat üzrə məşhur alim olmuşdur. Şeyx Məhəmməd Xiyabani fəsahətli və gözəl danışığı ilə Təbriz əhalisinin hüsn — rəğbətini qazanmış, Təbrizdə məşhur ruhani və inqilabçı Siqətülislamın tövsiyəsi ilə Xiyaban məhəlləsində Hacı Kərim xan məscidində imam və vaiz olmuşdur. Xiyabani öz çıxışlarında insan hüququndan və azadlıqdan danışaraq, Təbriz əhalisinin dünyagörüşünü inkişaf etdirir və həmişə deyirdi: "Haqqı verməzlər, haqqı almaq lazımdır". Həqiqətdə Xiyabani minbəri azadlıq və demokratiyanı yaymaq üçün təbliğat kürsüsünə çevirmişdir. 1907–1911-ci illərdə Xiyabani İran totalitar və şahlıq rejimi əleyhinə hərəkatda fəal iştirak etmiş və mücahidlər sırasında mübarizə aparmışdır.
Şeyx Məhəmməd Xiyabani
Şeyx Məhəmməd Xiyabani (azərb. شئیخ محممد خیابانی‎) — Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının rəhbəri, mütəfəkkir və siyasətçi. Şeyx Məhəmməd Xiyabani 1880-ci ildə Təbriz şəhəri yaxınlığında yerləşən Xamnə qəsəbəsində anadan olmuşdur. O, Xamnədəki məktəbi bitirdikdən sonra Mahaçqalada ticarətlə məşğul olan atası Hacı Əbdülhəmidin yanına getmiş, az müddətdən sonra Təbrizə qayıdaraq din elmlərini öyrənməyə başlamışdır. Xiyabani Təbrizin tanınmış ruhanisi Əngəcinin yanında oxumuş, onun ən görkəmli tələbələrindən olaraq, müctəhidlik dərəcəsinə yüksəlmişdir. Bundan əlavə, Xiyabani nücum, heyət və hesab elmlərini məşhur münəccim Mirzə Əbdüləlinin yanında mənimsəmiş, kəlam — islam fəlsəfəsi və ədəbiyyat üzrə məşhur alim olmuşdur. Şeyx Məhəmməd Xiyabani fəsahətli və gözəl danışığı ilə Təbriz əhalisinin hüsn — rəğbətini qazanmış, Təbrizdə məşhur ruhani və inqilabçı Siqətülislamın tövsiyəsi ilə Xiyaban məhəlləsində Hacı Kərim xan məscidində imam və vaiz olmuşdur. Xiyabani öz çıxışlarında insan hüququndan və azadlıqdan danışaraq, Təbriz əhalisinin dünyagörüşünü inkişaf etdirir və həmişə deyirdi: "Haqqı verməzlər, haqqı almaq lazımdır". Həqiqətdə Xiyabani minbəri azadlıq və demokratiyanı yaymaq üçün təbliğat kürsüsünə çevirmişdir. 1907–1911-ci illərdə Xiyabani İran totalitar və şahlıq rejimi əleyhinə hərəkatda fəal iştirak etmiş və mücahidlər sırasında mübarizə aparmışdır.
Məhəmməd Xiyabani üsyanı
Məhəmməd Xiyabani üsyanı — Qacarlar dövründə Cənubi Azərbaycanda mərkəzi hakimiyyətə qarşı Şeyx Məhəmməd Xiyabani tərəfindən başladılan liberal və demokratik üsyan. Üsyan 5 aprel 1920-ci ildə başladılmış və 14 sentyabr 1920-ci ildə Xiyabaninin öldürülməsi ilə sonlandırılmışdır. Üsyanda Azərbaycan əhalisinin mərkəzdən narazılığı, illərdir bitmək bilməyən dağınıqlıq və ölkədə hakim olan xarici təsirlərə qarşı mübarizə istəyi əsas rol oynamışdır. İran azərbaycanlıları məşrutə hərəkatı zamanı çox mühüm rol oynamışdılar. Nikki Keddie bu prosesi belə təsvir edir:75 Təbriz və onun ətrafındakı Azərbaycan əyaləti inqilabın inkişaf etmiş əsasını təşkil edirdilər, iqtisadi olaraq daha modernləşmiş, beynəlxalq ticarətlə geniş şəkildə məşğul olan, səyahətlərlə və miqrasiya ilə bənzər şəkildə türkdilli olan İstanbula və Rusiya Transqafqaziya (buraya hər il minlərlə insan ya müvəqqəti, ya da davamlı olaraq miqrasiya edirdi və buradan silahlar ixrac edilirdi) ilə əlaqədə olan Təbriz avanqard rolunu oynamaq üçün yerləşmişdi. Bəzi təbrizlilər və digər azərbaycanlılar hətta Qafqazda öyrəndiklıri sosialist ideyaları təbliğ edir, kiçik Sosial Demokrat Partiyası da qururdular. İran Məşrutə inqilabı, onun gedişatı, nəticəsinin uğursuzluğu zəlzələ və əsas zəlzələdən sonra da afterşok effekti formalaşdırdı. Zəlzələ inqilabın özü idisə, afterşoklar da Gilandakı Cəngəli, Xorasandakı polkovnik Pesyan və Məhəmməd Xiyabani üsyanarı idi. İranın bu dövrdəki sosio-siyasi vəziyyəti, ölkəyə Rusiya və Böyük Britaniya müdaxilələri, mərkəzi hökumətin zəifliyi, əsasən qısaömürlü və asılı şəxslərin rəhbərliyində müxtəlif lokal hökumətlərin qurulması ölkənin müxtəlif yerlərində üsyanların meydana çıxmasına yol açan faktorlar idi. 1919-cu il Anqlo-İran müqaviləsinin Vüsüq əd-Dövlə tərəfindən ratifikasiya edilməsi və Təbrizdə rusların öldürülməsi nəticəsində 1911-ci ildə İrana rus ultimatumunun verilməsi məşrutə hərəkatının əsas hədəflərinə vurulmuş son zərbə oldu.