Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xoş niyyət
Xoşniyyət (lat. bona fides) — nəticəsindən asılı olmayaraq, ictimai münasibətlərdə qarşılıqlı əlaqənin ədalətli, açıq və dürüst olması üçün səmimi bir niyyət kimi ifadə olunur. Baxmayaraq ki, bir çox latın ifadələri əsrlər boyu öz aktuallığını itirmişdir, lakin "bona fide" ifadəsi qəbul edildiyi məzmunda geniş istifadə edilərək müasir ingilis dilində "xoş niyyət" (ing. good faith) adlandırılmış və ümümi qəbul edilmiş məzmununu saxlamışdır. Xoş niyyət anlayışı hüquq və biznes sahələrində mühüm anlayışdır. Ona əks olan anlayışlar isə pis niyyət, "mala fides" (riyakarlıq) və xainlikdir. Müasir ingilis dilində bəzən "bona fide" ifadəsinin istifadəsi imtiyazlılıq və şəxsiyyətin ifadəsi ilə eyniləşdirilir. Bu ifadə bəzən iş elanlarında istifadə olunur və aşağıda göstərildiyi kimi vicdanlı peşə keyfiyyətləri və ya işəgötürənin vicdanlı səyi ilə oxşarlıq təşkil edir, lakin eyniləşdirilməməlidir. == Bona fides == Latınca: "yaxşı niyyət" və ya "vicdanlı" mənasını verən bir ifadədir. Anlayışın çıxışlıq halda ifadəsi "bona fide" kimidir və bu adətən sifət kimi "həqiqi" mənasında işlənilir.
Xoş (Xudabəndə)
Xoş (fars. خوش‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 799 nəfər yaşayır (171 ailə).
Xoş-niyyət
Xoşniyyət (lat. bona fides) — nəticəsindən asılı olmayaraq, ictimai münasibətlərdə qarşılıqlı əlaqənin ədalətli, açıq və dürüst olması üçün səmimi bir niyyət kimi ifadə olunur. Baxmayaraq ki, bir çox latın ifadələri əsrlər boyu öz aktuallığını itirmişdir, lakin "bona fide" ifadəsi qəbul edildiyi məzmunda geniş istifadə edilərək müasir ingilis dilində "xoş niyyət" (ing. good faith) adlandırılmış və ümümi qəbul edilmiş məzmununu saxlamışdır. Xoş niyyət anlayışı hüquq və biznes sahələrində mühüm anlayışdır. Ona əks olan anlayışlar isə pis niyyət, "mala fides" (riyakarlıq) və xainlikdir. Müasir ingilis dilində bəzən "bona fide" ifadəsinin istifadəsi imtiyazlılıq və şəxsiyyətin ifadəsi ilə eyniləşdirilir. Bu ifadə bəzən iş elanlarında istifadə olunur və aşağıda göstərildiyi kimi vicdanlı peşə keyfiyyətləri və ya işəgötürənin vicdanlı səyi ilə oxşarlıq təşkil edir, lakin eyniləşdirilməməlidir. == Bona fides == Latınca: "yaxşı niyyət" və ya "vicdanlı" mənasını verən bir ifadədir. Anlayışın çıxışlıq halda ifadəsi "bona fide" kimidir və bu adətən sifət kimi "həqiqi" mənasında işlənilir.
Xoş-niyət
Xoşniyyət (lat. bona fides) — nəticəsindən asılı olmayaraq, ictimai münasibətlərdə qarşılıqlı əlaqənin ədalətli, açıq və dürüst olması üçün səmimi bir niyyət kimi ifadə olunur. Baxmayaraq ki, bir çox latın ifadələri əsrlər boyu öz aktuallığını itirmişdir, lakin "bona fide" ifadəsi qəbul edildiyi məzmunda geniş istifadə edilərək müasir ingilis dilində "xoş niyyət" (ing. good faith) adlandırılmış və ümümi qəbul edilmiş məzmununu saxlamışdır. Xoş niyyət anlayışı hüquq və biznes sahələrində mühüm anlayışdır. Ona əks olan anlayışlar isə pis niyyət, "mala fides" (riyakarlıq) və xainlikdir. Müasir ingilis dilində bəzən "bona fide" ifadəsinin istifadəsi imtiyazlılıq və şəxsiyyətin ifadəsi ilə eyniləşdirilir. Bu ifadə bəzən iş elanlarında istifadə olunur və aşağıda göstərildiyi kimi vicdanlı peşə keyfiyyətləri və ya işəgötürənin vicdanlı səyi ilə oxşarlıq təşkil edir, lakin eyniləşdirilməməlidir. == Bona fides == Latınca: "yaxşı niyyət" və ya "vicdanlı" mənasını verən bir ifadədir. Anlayışın çıxışlıq halda ifadəsi "bona fide" kimidir və bu adətən sifət kimi "həqiqi" mənasında işlənilir.
Xoş niyət
Xoşniyyət (lat. bona fides) — nəticəsindən asılı olmayaraq, ictimai münasibətlərdə qarşılıqlı əlaqənin ədalətli, açıq və dürüst olması üçün səmimi bir niyyət kimi ifadə olunur. Baxmayaraq ki, bir çox latın ifadələri əsrlər boyu öz aktuallığını itirmişdir, lakin "bona fide" ifadəsi qəbul edildiyi məzmunda geniş istifadə edilərək müasir ingilis dilində "xoş niyyət" (ing. good faith) adlandırılmış və ümümi qəbul edilmiş məzmununu saxlamışdır. Xoş niyyət anlayışı hüquq və biznes sahələrində mühüm anlayışdır. Ona əks olan anlayışlar isə pis niyyət, "mala fides" (riyakarlıq) və xainlikdir. Müasir ingilis dilində bəzən "bona fide" ifadəsinin istifadəsi imtiyazlılıq və şəxsiyyətin ifadəsi ilə eyniləşdirilir. Bu ifadə bəzən iş elanlarında istifadə olunur və aşağıda göstərildiyi kimi vicdanlı peşə keyfiyyətləri və ya işəgötürənin vicdanlı səyi ilə oxşarlıq təşkil edir, lakin eyniləşdirilməməlidir. == Bona fides == Latınca: "yaxşı niyyət" və ya "vicdanlı" mənasını verən bir ifadədir. Anlayışın çıxışlıq halda ifadəsi "bona fide" kimidir və bu adətən sifət kimi "həqiqi" mənasında işlənilir.
Xoş gəlişlər ola
Xoş gəlişlər ola Mahnının bəstəkarı Tağı Oşenyüzen və sözlərinin müəllifi Mehmet Türkeldir.
Xoş iyli dovşanalması
Xoş Gördük, Tovuz (1992)
Azərbaycana xoş gəlmisiniz! (film, 2004)
Azərbaycana xoş gəlmisiniz! qısametrajlı sənədli televiziya filmi rejissor Akif Arifoğlu tərəfindən 2004-cü ildə çəkilmişdir. Lider televiziyasında istehsal edilmişdir. Filmdə Azərbaycanın gəzməli, görməli bölgələri əks etdirilir. == Məzmun == Filmdə Azərbaycanın gəzməli, görməli bölgələri əks etdirilir.
Bakıya xoş gəlmisiniz (film, 1965)
Bakıya xoş gəlmisiniz qısametrajlı sənədli televiziya filmi rejissor Kamil Rüstəmbəyov tərəfindən 1965-ci ildə çəkilmişdir. Bakı Televiziya Studiyasında istehsal edilmişdir. Film-konsertdir. Burada 1965-ci ildə Bakıda qastrol səfərində olmuş aktyorların çıxışlarından danışılır. == Məzmun == Film-konsertdir. Burada 1965-ci ildə Bakıda qastrol səfərində olmuş aktyorların çıxışlarından danışılır.
Xoş gördük, Tovuz (film, 1992)
Koş
Koş (isp. Cox) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 45,90 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 6957 nəfərə çatmışdır.
Qoş
Qoş (Karbi) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Qoş (Qaraqoyunlu) — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhərinin tabeliyində kənd.
Xaş
Xaş ya Kəllə paça — Orta Şərq və Cənubi Qafqaz mətbəxinin yeməklərindən biri. Iran, Bosniya və Herseqovina va Türkiyədə Kəllə paça adlanır (fars. کله پاچه‎) , (türk. Kelle paça), (bosn. Pače). Xaş malın (dana) imkan daxilində qabaq ayaqlarından (dırnaqlarından) hazırlanır. Çox vaxt xaşa qarın nahiyyəsinin hissələri əlavə olunur. Sirkə-sarımsaq və ya abqora ilə yeyilir. Xaş yeməyi zamanı lavaş, təndir çörəyindən və müxtəlif növlü turşu (tutmalardan) da istifadə olunur. == Hazırlanması == Malın ayaqlarını tükdən təmizləmək üçün oda tutmaq lazımdır.
Xoa
Koa — Hindistan yarımqitəsinə məxsus süd məhsulu. Əsasən Hindistan, Nepal, Banqladeş və Pakistanda tədarük olunur. Qurudulmuş yağlı süddən və ya ağzı açıq dəmir tavada isidilərək qatılaşdırılmış süddən hazırlanır. Sululuq səviyyəsi tipik təzə pendirlərdən (məsələn, rikottadan) daha aşağıdır. == Hazırlanması == Koa istehsalında südün qatılığının 1/5 miqdarda olması kifayətdir. Koa bir sıra Hindistan şirniyyatlarının hazırlanması zamanı təməl inqrediyent kimi isifadə olunur. Hindistanda hər il təxminən 600,000 metrik ton koa istehsal olunur. Koa həm inək, həm də camış südündən hazırlanır. Koa tam yağlı südün böyük və dayaz dəmir qazanda bir neçə saat orta dərəcədə qaz üzərində qaynadılması ilə əldə edilir. Tərkibindəki suyun tədricən buxarlanması bərkimiş süd qalıqlarının qalması ilə nəticələnir.
Xok
Xok — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. == Toponimikası == Arazboyu düzənlikdədir. Qədim yaşayış məntəqələrindəndir. Bəzi tədqiqatçılara görə, oykonim türk dillərindəki "çəmən, otlaq" mənasında işlənən xok/xak sözü ilə əlaqədardır. Toponimin İran dillərindəki xak (torpaq) sözündən olmasını da güman etmək olar.Qıvraq və Yeni Kərki arasında yerləşən bu kənd füsunkar gözəllikləri ilə insanların marağını cəlb edir. == Əhalisi == Əhalisi 5234 nəfərdir.
Xor
Xor (yun. χορός yığıncaq, camaat) — Vokal musiqinin kollektiv ifası. == Tarixçə == Yəhudilik, xristianlıq və islam oxumalarının əsasını birsəsli oxuma tərzi tutur. Bu həm şərq xalqlarının musiqi təfəkkürü ilə, həm də monoteizmin ideologiyası ilə əlaqədardır: Allah tərəfindən verilən səs ən mükəmməldir əqidəsi vokal ifanı. "Allah tərəfindən bəxş olunan səs, insan əməlinin nəticəsi olan alətlərdən mükəmməldir" əqidəsi instrumental müşayətsiz ifanı. Təksəsli oxuma, hətta xor (kollektiv) oxumaların unison ifası allahın vahidlik rəmzi ilə bağlı olub islam dini oxumalarının ifa qanunlarının əsasını qoyur.Təksəsli oxuma tərzi barəsində ədəbiyyatda belə yanlış fikirlərə rast gəlmək olur ki, təksəslilik musiqini çoxsəslinin o biri səslərlə birləşib çətinlik yaratmasından azad edib. Beləliklə, çoxsəslilik təksəslinin mürəkkəb forması kimi tarixin inkişaf mərhələsində meydana gəlməsi fikri ortaya atılır. M. Xarlap qeyd edir ki, musiqişünasları düşündürən "çoxsəslinin nə vaxt yaranması" problemini, təksəslinin nə vaxt yaranması ilə əvəz etsələr, daha düzgün olar. Belə ki, musiqi əvvəlcə çoxsəsli yaranmışdır". Skrebkov isə yazır: "Təksəsli oxuma çoxsəsli oxumanın bir növ monodik təkrarıdır.
Xot
Xotanan, Xot — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. == Tarixi == Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim xotan türk tayfa adına cəmlik bildirən -an şəkilçisinin artırılması ilə düzəlmişdir və «xotan tayfasının (Xotanların) yaşadığı yer» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 53 nəfər, 1886-cı ildə 58 nəfər, 1897-ci ildə 74 nəfər, 1904 - cü ildə 91 nəfər, 1914 - cü ildə 81 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünün qurbanı olmuş, sakinləri tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. 1920-ci ildə ləğv edilmişdir. İndi xaraba kənddir.
Xoy
Xoy (azərb. Xoy‎; fars. خوی‎) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanındakı Xoy şəhristanının inzibati mərkəzi. Şəhər ərazisi 30 km².-dir.2012-ci ildə aparılmış siyahıya almanın yekunlarına əsasən əhalisi 200,985 & 354,309 nəfərdir. == Tarixi == Xoy şəhərinin tarixi e.ə. 3000–4000-ci illərdən başlayır. Şumer mənbələrində adı çəkilən Arrata adlı bölgənin bu günkü Urmiya ilə Van şəhərləri arasındakı bölgə olduğu tarixçilər tərəfindən təsdiqlənmişdir. O illərdə bu bölgədə məskunlaşmanın olması da öz təsdiqi tapmışdır. Əvvəlcə Xoy şəhəri Azərbaycan ərazisində qurulan Manna dövlətinin sərhədləri içində olmuş, sonra Van və onun ətrafını özündə birləşdirən Urartu dövlətinin ərazisinə qatılmışdır. İslam dininin yayılması və xilafətin bu bölgəni ələ keçirməsi ilə şəhər müsəlmanların idarəsi altına keçmiş və uzun illər müxtəlif bəyliklərin tərkibində olmuşdur.
Xış
Xış — şumlamada istifadə olunan kənd təsərrüfatınin aləti. Torpağın asan şumlanmasını təmin edən, dəmir xışın ucu, bir qayda olaraq küt üçbucaq formasında olub, burnu nazik və ensiz, küpü isə enli və qalın olurdu, lakin hansı növ torpaq sahəsinin şumlanmasından, yaxud hansı bitki növü üçün şum ediləcəyindən asılı olaraq, xış gavahınları böyük və ya kiçik olurdu. Bundan əlavə, gavahınların ucunun oval və yaxud iti olması ilə də onlar bir-birindən seçilirdi.Bir qayda olaraq gavahın sifarişlə yerli dəmirçilərə düzəltdirilirdi. == Azərbaycanda xış növləri == Azərbaycanda istifadə olunmuş xışlar quruluş və formalarına görə, bir sıra məhəlli xüsusiyyətlərə malik olmuşlar. Bunların ən təkmil növü "ulamalı xış", "qollu xış", "çatma xış", "işkilli xış" və s. adlarla tanınmışdır. Xışın bu növlərinə Azərbaycanın, demək olar ki, əksər etnoqrafik bölgələrində rast gəlinirdi. Ulamalı xış Şəki-Zaqatala, Qarabağ, Naxçıvan bölgələrində, xüsusilə, geniş yayılmışdır. Ulamalı xışın qolu, adətən, onun bazısına calaq əlavə etməklə düzəldilirdi. Bazı calağı Azərbaycanın ayrı-ayrı bölgələrində "ulama", "çilə", "çatma", "məsənə", "uzatma" və s.
Abati (Xoy)
Abati — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Rəhal bölgəsinin Nazlı kəndistanında, Xoy şəhərindən 16,5 km cənubda, Xoy-Şahpur avtomobil yolunun 5,5 kilometrliyindədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (22 ailə).
Adıyaman (Xoy)
Adıyaman (fars. كشك زر‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2020-ci il məlumatına görə kənddə 478 nəfər yaşayır (65 ailə).
Arıqlı (Xoy)
Arıqlı (fars. اريگلو‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Azab (Xoy)
Azab (fars. عذاب‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Ağtorpaq (Xoy)
Ağtorpaq (fars. ‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə nə qədər əhalinin yaşaması haqqda məlumat yoxdur.
Ağışlı (Xoy)
Ağışlı - İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Ətraf bölgəsinin Eloğlu kəndistanında, Xoyindən 9 km şimal-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 673 nəfər yaşayır (129 ailə).
Babəkan (Xoy)
Babəkan (fars. بابكان‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Balaban (Xoy)
Balaban (fars. بلبان‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 306 nəfər. yaşayır (63 ailə).
Xose Eduardo dos Santos
Joze Eduardu duş Santuş (port. José Eduardo dos Santos; 28 avqust 1942[…], Luanda, Portuqaliya Qərbi Afrikası[d] – 8 iyul 2022, Barselona) — Anqolanın ikinci prezidenti (1979–2017). == Həyatı == Eduardu San-Tome və Prinsipidən olan fəhlə-inşaatçı ailəsində doğulub. 1954-cü ildə hələ məktəb vaxtlarında, Xose Eduardo MPLA partiyasına üzv olmaqla öz siyasi karyerasına qədəm qoyur. 1961-ci ildə müstəmləkə hökumətinin repressiyaları nəticəsində o könüllü şəkildə sürgünü Fransada keçirir, daha sonra isə Konqoya köçür və burada MPLA ilə əməkdaşlıq etməyə başlayır. Tezliklə dos Santos prezident müavini vəzifəsini icra etməyə başlayır və təhsilini davam etmək üçün SSRİ-yə yollanır. Burada o Azərbaycan Neft və Kimya İnstitutunu bitirir. 1979-cu ildə Anqolanın ilk prezidenti Aqostinyo Netonun vəfatından sonra bu vəzifəyə seçilən Xose Eduardo 2017-ci ilədək 38 il Anqola Prezidenti vəzifəsini icra etmişdir. Ölkənin ikinci prezidenti 1992-ci və 2001-ci illərdə keçirilən seçkilərdə də qalib gəlib. Sonuncu seçkilərdən sonra bir daha namizədliyini irəli sürməyib.
Bos
Əsl öküz (lat. Bos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
DOS
Fərdi kompüterlərın (PC) inkişafında xüsusi xidməti olan DOS əməliyyat sistemi bu gün də öz əhəmiyyətini itirməmişdir. DOS-un Windows və Linux kimi müasir əməliyyat sistemləri ilə müqayisədə bir çox çatışmazlıqlarına baxmayaraq hələ də istifadə olunmasının bir neçə səbəbi var. DOS çox sadədir və buna baxmayaraq çox səmərəlıdır. O, kompüter resurslarına qarşı çox qənaətcildir. Belə ki, DOS-u sərt disk olmadıqda, disketdən belə yükləmək mümkündür. Bununla yanaşı DOS üçün yazılmış tətbiqi proqramlar kiçik olur və çevik işləyirlər. DOS-un qeyd olunan müsbət cəhətləri ilə yanaşı, müasir əməliyyat sistemləri ilə rəqabətə davamlı etməyən bir sıra çatışmazlıqları da var: DOS birtapşırıqlı əməliyyat sistemidir. O, eyni vaxtda yalnız bir proqramın icrasını təmin edə bilər; DOS təkprosessorlu əməliyyat sistemidir; O, mukroprosessoru real zaman rejimində (və ya real ünvanlama rejimində) işlədir. DOS tətbiqi proqramı yaddaşa yüklədikdən sonra idarəetməni ona verir. DOS əməliyyat sisteminin nüvəsi monolit arxitekturaya mənsub olduğundan o, istifadəçi (tətbiqi) proqramı ilə eyni ünvan məkanında yerləşir.
Eos
Eos (yunanca: Ηώς, yaxud Έως) – Yunan mifologiyasında dan şəfəqi ilahəsi, titan Hiperion və Teyanın qızı, Astreyanın həyat yoldaşı və Anem (külək) və Astrın (ulduz) anasıdır. Roma mifologiyasında Avrora adlanır. Astreyin arvadı, dörd külək tanrısının: Evr (cənub-şərq küləyi), Zefir (qərb küləyi), Not (cənub küləyi), Boreyin (şimal küləyi) anası. Rəvayətə görə dan şəfəqi ilahəsi Eos Areslə yatdığına görə Afroditanın qəzəbinə tuş gələrək sevgi düşgününə çevrilir. Mifologiyaya görə məhz səhər tezdən dan şəfəqinin qırmızımtıl rəngi Eosun keçirdiyi gecəyə görə utanmasına işarədir. Onun sevgililəri Klit və Kefal olmuşdur. O, öz sevgililərini xoşluqla olmadıqda zorla özünə tabe etdirirmiş. Yaraşıqlı Tifona vurulan Eos Zevsdən sevgilisini ölməz etməyi xahiş edir. Lakin, onun daim cavan qalmasını xahiş etməyi unudur. Lakin illər keçdikcə yaşlaşan Tifonun qayğısına qalsa da yatağı onunla bölüşməkdən çəkinir.
IOS
iOS (24 iyun 2010 ci ilə qədər iPhone OS) — Amerika şirkəti olan Apple tərəfindən hazırlanan mobil əməliyyat sistemi. 2007-ci ildən buraxılır; ilk buraxılış — iPhone və iPod touch üçün, sonrakı buraxılışlar — iPad və Apple TV və bu tip qurğular üçün istifadəyə verilmişdir. Windows Phone-dən və Google Android-dən fərqli olaraq, yalnız Apple firması tərəfinfən istehsal edilən qurğular tərəfindən dəstəklənir. iOS istifadəçi interfeysi multitouch (multitaç) jestlərindən istifadə edərək düz manipulyasiya konsepsiyasına əsaslanmışdır. İdarəetmə elementləri interfeysə toxunma və ya hərəkət, çeviricilər və düymələrdən ibarətdir. iOS ƏS-i OS X əsasında yaradılmışdır və POSIX standartına uyğun olan Darwin əsas komponentlər dəstindən istifadə edir. iOS-da dörd yayım qatı var: Core OS qatı, Core Services qatı, Media Layer qatı və Cocoa Touch qatı. Əməliyyat sisteminin cari versiyasının (iOS 7.0.4) sitem bölməsi üçün qurğununun 1,4 - 2 Qb fleş-yaddaşı mövcuddur və təxminən 800 MB boş yerə malikdir (modeldən asılı olaraq dəyişilir). İlk vaxlar sadəcə 500 ədəd proqramla fəaliyyətə başlayan App Store 2015-ci il statistikasına əsasən iOS-da 1.5 milyon proqram və bu proqramlarin ümumi yüklənmə sayı 100 milyarddan artıqdır.. == Yaradılma tarixi == iPhone OS əməliyyat sistemi 9 yanvar 2007-ci ildə keçirilən Macworld Conference & Expo sərgi-konfransında iPhone mobil telefonu ilə birlikdə Stiv Cobs tərəfindən şəxsən təqdim edilmişdi və həmin ilin iyununda buraxılışa başlanmışdır.
SOS
SOS — beynəlxalq fəlakət siqnallarından biri, əsasən Morze kodu ilə verilir, habelə işıq vasitəsilə (üç qısa, üç uzun, üç qısa işıq yanma ilə). CQD siqnalını əvəz etmiş, 1905 il aprelin 1-də Almaniyada qəbul edilmişdir, 1 iyul 1908-ci ildə Berlində keçirilmiş ikinci Beynəlxalq radioteleqraf konfransında, Morze əlifbası ilə ifadə edilən SOS ("Save Our Souls") abbreviaturasının beynəlxalq dəniz fəlakət siqnalı kimi istifadəsi ilə bağlı imzalanmış konvensiya qüvvəyə minmişdir. İngiliscə adətən "save our souls" ("bizim ruhlarımızı xilas edin") kimi şərh edilir. Çox adam "Save our Ship" gəmimizi qurtar; "Stop Other Signals" digər siqnalları dayandırın sözlərinin qısaldılmışı kimi də başa düşür. Halbuki heç biri deyil. Tamamilə telqraf zamanından qalma mors əlifbasıyla əlaqədardır. İmdad çağırışının çox asan tutula bilməsi üçün 1908-də üç nöqtə, üç xətt, üç nöqtə olan SOS seçildi . · · · — — — · · · SOS belə ifadə olunur(Morze əlifbası ilə) SOS vermiş məşhur gəmilər arasında "Titanik", "Britannik", "Luzitaniya" və "Andrea Doria"da var. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Tos
Tos - İrəvan quberniyasının Eçmiədzin qəzasında, kənd. İrəvan xanlığının Karpibasar mahalında kənd adı [159]. XIX əsrdə Eçmiadzin qəzasında Tos (133, 246), 1590-cı ilə aid türkcə mənbədə Tus kimdir (169, 79). 1728-ci ilə aid mənbədə də Tos çəkilir [170, 47] və onun Abdullah adlı mülkədara məxsus olması qeyd edilir. 1918-ci ildə kəndin əhalisi qovulmuş və kənd dağıdılmışdır. XIX əsrdə Kutais quberniyasının Şaropan qəzasında Tusi, Şimali Qafqazda Tus-Xoroy kənd adları (133, 249) ilə eynidir.
Xios
Xios(yun.Χίος) — Yunanıstan ərazisinin bir hissəsi kimi Kiçik Asiya yarımadasına yaxın Egey dənizində yerləşən ada. Əhali 50 388 (2001 il siyahıyaalma). Xios adası,eləcə də Psara yaxınlığında yerləşən adalar(14,2 km şimal-qərb) və Inusses (6.3 km şərq) Yunanıstan Respublikasında inzibati vahid yaradır. Ən böyük məskunlaşma :Aya-İrmioni,Volisos,Vrondados,, Kambos,Karfas,Kataraktis, Lillikas, Megas-Limionas,Flatsia və Xios adalarında qeyd alınıb. == Coğrafiya == Egey dənizinin suları ilə yuyulur. Xios adası Türkiyə Respublikası ilə su sərhədi mövcuddur. Adanın sahəsi — 842,289 кm² təşkil edir. Ada aypara formasına malikdir. Egey dənizində yerləşən digər adalar kimi, Xios tikanlı bitki örtüyü ilə, qayalıq ərazisi və hündür olmayan təpələri ilə xarakterizə olunur. Ən yüksək nöqtəsi — Pelineon zirvələri (1297 m / 4260 ft) və Oros zirvəsidir.(1188 m və ya 3900 ft).
Xoms
Hüms (ərəb. حمص‎) — Suriyada şəhər. Hüms mühafəzəsinin mərkəzidir. == Tarixi == Hüms bizim eradan əvvəl 2300-cü ilə aid salnamələrdə çəkilir. Şəhər Emesa adlanırdı. Bir müddət Roma imperiyasından asılı olmuşdu.
Xost
Xost vilayəti (puşt. خوست, fars. خوست‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.Mərkəzi Xost şəhəridir. == Coğrafiyası == Vilayətin sahəsi 4.152 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 520.2 min nəfər, inzibati mərkəzi Xost şəhəridir. == Əhalisinin etnik tərkibi == Əhalisinin əksəriyyətini puştunlar təşkil edir. Vilayət əhalisinin 99%-i puştun dilində, vilayətin 2 kəndində təxminən 1000 nəfər əhali daricə danışır.
Foto gəlini
Fotogəlin (写真花嫁, şaşin hanayome, ing. picture bride) və ya bəzən poçtla gələn gəlin (ing. mail-order bride) – XX əsrin əvvəllərində ABŞ-yə miqrasiya etmiş yapon kişilərin özlərinə Yaponiyadan gəlin tapmaq üçün istifadə etdikləri praktika. Yaponiyaya qayıtmaq istəməyən kişi miqrantlar ölkələrindəki əlaqələndirici şəxslərin vasitəsilə özlərinə uyğun gəlin tapırdılar. Bu zaman cütlük bir-birini ancaq fotoşəkillərdən tanıyırdı və fotogəlin ancaq ABŞ-yə gələndə əri ilə tanış ola bilirdi.Fotogəlinlər ABŞ-də yapon icmasının formalaşmasında vacib rol oynamışdırlar: ABŞ-də yapon kişilərlə qadınların sayında bərabərliyi təmin etmiş və ABŞ yaponları arasında ailə həyatını stabilləşdirmişdir. Onların uşaqları ABŞ vətəndaşı olmuş və yapon icmasının ABŞ cəmiyyətinə assimilasiyası üçün vasitəçi olmuşdurlar. == Arxa plan == ABŞ-yə miqrasiya etmiş birinci nəsil yaponların çox böyük qismi kişilər olmuşdur. 1905-ci ildən sonra ABŞ-də məskunlaşmağa qərar verən kişi miqrantlar evlənmək üçün fotogəlin praktikasından istifadə etməyə başlamışdırlar. Fotogəlin praktikasının mənşəyi Yaponiyadakı evlilik konsepsiyası ilə əlaqədardır. Belə ki, tarixən Yaponiyada evlilik üçün sevgi yox, ailə əlaqələri böyük əhəmiyyət kəsb etmişdir.
Fotoşəkil gəlini
Fotogəlin (写真花嫁, şaşin hanayome, ing. picture bride) və ya bəzən poçtla gələn gəlin (ing. mail-order bride) – XX əsrin əvvəllərində ABŞ-yə miqrasiya etmiş yapon kişilərin özlərinə Yaponiyadan gəlin tapmaq üçün istifadə etdikləri praktika. Yaponiyaya qayıtmaq istəməyən kişi miqrantlar ölkələrindəki əlaqələndirici şəxslərin vasitəsilə özlərinə uyğun gəlin tapırdılar. Bu zaman cütlük bir-birini ancaq fotoşəkillərdən tanıyırdı və fotogəlin ancaq ABŞ-yə gələndə əri ilə tanış ola bilirdi.Fotogəlinlər ABŞ-də yapon icmasının formalaşmasında vacib rol oynamışdırlar: ABŞ-də yapon kişilərlə qadınların sayında bərabərliyi təmin etmiş və ABŞ yaponları arasında ailə həyatını stabilləşdirmişdir. Onların uşaqları ABŞ vətəndaşı olmuş və yapon icmasının ABŞ cəmiyyətinə assimilasiyası üçün vasitəçi olmuşdurlar. == Arxa plan == ABŞ-yə miqrasiya etmiş birinci nəsil yaponların çox böyük qismi kişilər olmuşdur. 1905-ci ildən sonra ABŞ-də məskunlaşmağa qərar verən kişi miqrantlar evlənmək üçün fotogəlin praktikasından istifadə etməyə başlamışdırlar. Fotogəlin praktikasının mənşəyi Yaponiyadakı evlilik konsepsiyası ilə əlaqədardır. Belə ki, tarixən Yaponiyada evlilik üçün sevgi yox, ailə əlaqələri böyük əhəmiyyət kəsb etmişdir.
Od gəlini
Od gəlini — Azərbaycan dramaturqu Cəfər Cabbarlının 1927-ci ildə yazılmış 18 pərdəli tarixi faciəsi. Cabbarlının yeni dövrün ilk sanballı əsəridir. Faciə Ərəb əsarətinə qarşı Babək üsyanına həsr edilmişdir. Əsər ilk dəfə 1928-ci ildə Bakıda səhnəyə qoyulub. == Tarixi == "Od gəlini" faciəsi IX əsrin aktual hadisələrinə və ərəb işğalçılarına qarşı ümumxalq azadlıq hərəkatına rəhbərlik etmiş sərkərdə Babəkin mübarizəsinə həsr edilib. Babək tamaşanın baş qəhrəmanı Elxan üçün prototip rolunu oynayıb.Əvvəlcə tamaşa "Babək" adlanırdı, lakin Cəfər Cabbarlı əsərin ideya-tematik çərçivəsini konkret tarixi hadisə ilə məhdudlaşdırmaq istəməmiş, ona daha geniş məzmun verməyə çalışmışdır. Tamaşanın üzərində iş hələ 1925-ci ildə, Cabbarlı bitirib onun ilk variantını teatra təqdim edəndən sonra başlayıb. Həcmi ağır, ideya-bədii cəhətdən natamam olan bu variant nə müəllifin özünü, nə də teatrı qane etmirdi. Ona görə də Cəfər Cabbarlı pyes üzərində işləməyə davam edərək onu xeyli sıxışdıraraq əsərin bədii keyfiyyətlərində ciddi təkmilləşməyə nail olub. Rejissor Aleksandr Tuqanov xatirələrində yazır: Aleksandr Tuqanovun xatirələrində qeyd etdiyi kimi, Cabarlının üç illik gərgin zəhməti ərzində o, orijinal variantdan 38 pərdəli əsərini 18-ə qədər qısaldıb.
Şəkil gəlini
Fotogəlin (写真花嫁, şaşin hanayome, ing. picture bride) və ya bəzən poçtla gələn gəlin (ing. mail-order bride) – XX əsrin əvvəllərində ABŞ-yə miqrasiya etmiş yapon kişilərin özlərinə Yaponiyadan gəlin tapmaq üçün istifadə etdikləri praktika. Yaponiyaya qayıtmaq istəməyən kişi miqrantlar ölkələrindəki əlaqələndirici şəxslərin vasitəsilə özlərinə uyğun gəlin tapırdılar. Bu zaman cütlük bir-birini ancaq fotoşəkillərdən tanıyırdı və fotogəlin ancaq ABŞ-yə gələndə əri ilə tanış ola bilirdi.Fotogəlinlər ABŞ-də yapon icmasının formalaşmasında vacib rol oynamışdırlar: ABŞ-də yapon kişilərlə qadınların sayında bərabərliyi təmin etmiş və ABŞ yaponları arasında ailə həyatını stabilləşdirmişdir. Onların uşaqları ABŞ vətəndaşı olmuş və yapon icmasının ABŞ cəmiyyətinə assimilasiyası üçün vasitəçi olmuşdurlar. == Arxa plan == ABŞ-yə miqrasiya etmiş birinci nəsil yaponların çox böyük qismi kişilər olmuşdur. 1905-ci ildən sonra ABŞ-də məskunlaşmağa qərar verən kişi miqrantlar evlənmək üçün fotogəlin praktikasından istifadə etməyə başlamışdırlar. Fotogəlin praktikasının mənşəyi Yaponiyadakı evlilik konsepsiyası ilə əlaqədardır. Belə ki, tarixən Yaponiyada evlilik üçün sevgi yox, ailə əlaqələri böyük əhəmiyyət kəsb etmişdir.
Yəhudi gəlini (tablo)
Yəhudi gəlini (nid. Het Joodse Bruidje) — Rembrandtın həyatının sonlarında çəkdiyi ən sirli rəsmlərindən biri. Qırmızı və qızılı-qəhvəyi tonlarda işlənmiş bu rəsm Rembrandtın son dövrlərinə aiddir və 1665-ci ildə çəkildiyi güman edilir. Rembrandtın bioqrafı Kristofer Vayt yazır ki, bu rəsm incəsənət tarixində “mənəvi və fiziki məhəbbətin qovuşmasının ən böyük ifadələrindən biri kimi qalmışdır”. == Rəsmin tarixi və ad problemi == Rəsmdə hansı süjetin təsvir edildiyi barədə vahid fikir yoxdur. “Artakserks və Zefir”, “Yakov və Rahil”, “Avraam və Sarra”, “Booz və Ruf” kimi versiyalar (ən azı 12 versiya) irəli sürülürdü. “Yəhudi gəlini” adını rəsmə 1825-ci ildə amsterdamlı kolleksiyaçı Van der Noor vermişdir. O səhvən güman edirdi ki, rəsmdə qızına toy hədiyyəsi qismində boyunbağı verən yəhudi ata təsvir edilmişdir. Rembrandtın yəhudi icması ilə sıx münasibətlər qurması və tez-tez yəhudilər üçün sifarişli rəsmlər çəkməsi də bu gümanın xeyrinə idi. Lakin ən inandırıcı görünən versiya odur ki, bu rəsmdə İsaak və Rebekka təsvir edilmişlər, çünki Rembrandtın belə adlanan və oxşar kompozisiyası olan təsviri var (1662-ci il, Nyü-York, Özəl kolleksiya).
Ağ Baş (Xoy)
Ağ Baş (fars. اغ باش‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 413 nəfər yaşayır (61 ailə).
Bollivudlu gəlinim (film, 2006)
Bollivudlu gəlinim 2006-cı ildə ingilis və hind dillərində çəkilmiş, 2007-ci ildə kinoteatrlarda nümayiş etdirilmiş və 2008-ci ildə Showtime və Starzda premyerası olmuş, həmçinin 2008-ci ilin avqustunda “Mənim Uzaq Gəlinim” adı ilə DVD (Vivendi/Universal) formatında nümayiş etdirilmiş, süjet xətti Riçard Martini və Kaşmera Şah tərəfindən yazılmış, prodüseri Bred Listerman və rejissoru isə Rajeev Virani olan, baş rollarında Ceyson Lyuis və Kaşmera Şah oynamış filmdir. Filmdəki süjet xəttinin böyük hissəsinin Hindistanda baş verməsinə və filmin Hindistanın əsas kino sənayelərindən biri olan Bollivudun ulduzunun hekayəsindən danışmasına baxmayaraq, film Hind kinolarında məşhur olan kifayət qədər yer verilən ifa və rəqs nömrələri ilə zəngin deyildir. Eyni zamanda da, filmin əsas dili hind dili ilə birlikdə ingilis dilidir. == Süjet == Venice Beachdə yaşayan Aleks (Jason Lewis) həyatda mübarizə aparmağı sevən bir yazıçıdır. Bir gün o, sahildə Reena (Kaşmera Şah) ilə qarşılaşır. Birlikdə vaxt keçirirlər və Aleks ona aşiq olmağa başlayır. Lakin bir neçə gündən sonra Reena LAX-da yoxa çıxır. Aleksin onun haqqında bildiyi yeganə şey Hindistanın Mumbay əyalətinin Thakur kəndindən olmasıdır - ona görə də onu orada axtarmağa başlayır. Hindistanda o, yeni sürücüsü Priyadın (Ash Chandler) köməyi ilə Reenanın Bollivudun ən böyük kino ulduzlarından biri olduğunu və Bollivudun nüfuzlu kino prodüseri olan Şekarla nişanlı olduğunu öyrənir. Aleks Reenanın dostu və özü də böyük Bollivud aktyoru olan Bobbi K. (Sanjay Suri) ilə birlikdə qalır - Aleks öz romantikası ilə mübarizə apararkən, Bobbi də xoreoqrafı və eyni zamanda da köhnə dostu olan Alişaya (Neha Dubey) aşiq olmağa başlayır.
Drakulanın gəlini (film, 1960)
Drakulanın gəlini (ing. The Brides of Dracula) — 1960-cı ildə istehsal olunmuş Böyük Britaniya filmidir. == Xarici keçidlər == Drakulanın gəlini — Internet Movie Database saytında.
Eldəniz
Eldəniz — Azərbaycan kişi adı. Eldəniz Məmmədov — azərbaycanlı müğənni Eldəniz Zeynalov — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2000) Eldəniz Səlimov ― Azərbaycan Respublikasının Milli Məclisinin V və VI çağırış deputatı. Eldəniz Əzizli — Azərbaycanın yunan-roma güləşçisi. Eldəniz Elgün — azərbaycanlı jurnalist, "Unikal" qəzetinin şef redaktoru. Eldəniz Rəsulov — Azərbaycanın kino və dublyaj aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2008). Eldəniz Verdiyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Eldəniz Quliyev — Azərbaycanlı ssenarist və kinodramaturq. Eldəniz Süleymanov — Azərbaycan futbolçusu.
Eldəniz Elgün
Eldəniz Elgün — tanınmış azərbaycanlı jurnalist, "Unikal" qəzetinin şef redaktoru. == Həyatı == 1974-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kəndində dünyaya gəlmişdir. 1988-ci ildə ermənilərin azərbaycanlıları öz doğma dədə-baba yurdlarından didərgin saldığı vaxtda o da Qərbi Azərbaycandan Şimali Azərbaycana üz tutmuşdur. 1981-ci ildə Basarkeçər rayonunun Qanlı kəndində orta məktəbə getmiş, 1988-ci ildən isə Sumqayıtda 23 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdir. 1998-ci ildə BMT-nin xətti ilə Göyçəyə getmiş, öz evlərində bir gün gecələmişdir. 2010-cu ildə tanınmış müstəqil jurnalist Eldəniz Elgünün sədri olduğu, Azərbaycanda türkçülük ideyalarını təbliğ edən yeni qurum — "Türk Evi" fəaliyyətə başlayıb. 13 mart 2012-ci ildə Eldəniz Elgünün təsisçi və baş redaktoru olduğu pat.az saytı fəaliyyətə başlamışdır. Yeni analitik-informasiya saytı əsasən analitik yazılara, proqnozların hazırlanmasına üstünlük verir. Eldəniz Elgün 2006-cı il aprelin 7-də "Speys" Müstəqil Teleradio Şirkətinin "Xəbərlər Departamenti"nin rəhbəri vəzifəsindən istefa vermişdir. 2006-cı il aprelin 25-də isə E.Elgün şirkətin icraçı direktorunun müavini təyin olunmuşdur.
Eldəniz Hüseynov
Eldəniz Tahir oğlu Hüseynov (17 sentyabr 1996, İmişli rayonu – 9 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eldəniz Hüseynov 17 sentyabr 1996-cı ildə İmişli rayonunda anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Eldəniz Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində sentyabrın 29-dan qismən səfərbərlikdən yararlanaraq, könüllü kimi iştirak etmişdir. Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Eldəniz Hüseynov 9 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eldəniz Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Eldəniz Hüseynov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Eldəniz Hüseynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Eldəniz Hüseynov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Eldəniz Həsənov
Eldəniz Həsənov (professor)
Eldəniz Məmmədov
Eldəniz Məmmədov (tam adı: Məmmədоv Eldəniz Kamran оğlu; 22 iyun 1975, Sərdarlı, Füzuli rayonu) — azərbaycanlı müğənni, "Xalq Ulduzu 1 (2007)" telemüsabiqəsinin qalibi. == Həyatı == Məmmədоv Eldəniz Kamran оğlu 22 iyun 1975-ci ildə Füzuli rayonunun Sərdərli kəndində anadan оlmuşdur. 1981-ci ildə Yal Pirəhmədli kənd оrta məktəbinin birinci sinifinə getmiş, 1991-ci ildə оrta məktəbi bitirmişdir. Оrta məktəbdə оxumaqla yanaşı musiqi məktəbində də musiqi təhsili almışdır. Ağabala Abdullayev adına Uşaq İncəsənət Məktəbinə ilk qəbul оlunan şagirdlərdən biri оlmuşdur. Оrta məktəbdə оxuyarkən о, bir sıra dövlət tədbirlərində iştirak etmiş, dəfələrlə "Xarıbülbül" festifalının laueratı оlmuş, bir sıra mükafatlara layiq görülmüş, dəfələrlə "Оcaq" Fоlklоr ansanblının müşayiəti ilə telekanallarda çıxış etmişdir. Eldəniz Məmmədоvun 14 yaşında Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Оrkestrinin müşayiəti ilə ifa etdiyi "Arazbarı" ritmik muğamı Azərbaycan radiоsunun "Qızıl Fоnd"una daxil edilmişdir. 1996-cı ildə Bakı Musiqi Akademiyasının muğam şöbəsinə daxil оlmuş, görkəmli xanəndə, xalq artisti, prоfessоr İslam Rzayevdən muğam dərsləri almışdır. 2000-ci ildə həmin akademiyada təhsilini başa vurmuşdur. Eldəniz Məmmədоvun ən böyük uğuru 2007-ci ildə "Sоy" prоdakşının və Azad Azərbaycan TV kanalının birgə layihəsi оlan "Xalq Ulduzu 1 (2007)" telemüsabiqəsinin qalibi оlmasıdır.
Eldəniz Nəzərov
Nəzərov Eldəniz Dəmir oğlu (6 yanvar 1970, Yeni Daşkənd, Bərdə rayonu – 25 avqust 1993, Bərdə) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nəzərov Eldəniz Dəmir oğlu 6 yanvar 1970-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. 1977–1987-ci illərdə Yeni Daşkənd kənd orta məktəbində oxumuşdur.Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. 10 noyabr 1992-ci ildə Bərdə RHK tərəfindən Milli Orduya çağırılmışdır. N saylı hərbi hissənin atıcısı olmuşdur. Müxtəlif silahlardan istifadə etməyi məharətlə bacarmış, Marağa, Marquşavan döyüşlərində 9 erməni silahlısını əsir götürərək hərbi hissəyə təhvil vermişdir. Ayrı-ayrı vaxtlarda xeyli sayda düşmənin canlı qüvvəsini də məhv etmişdir. Sıravi əsgər Eldəniz Nəzərov 25 avqust 1993-cü ildə Ağdam rayonundakı döyüşlərdə ağır yaralanmış, Bərdə rayon xəstəxanasına çatdırılsa da, şəhid olmuşdur.Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn olunmuşdur.Subay idi. == Xatirəsi == EL TV "Əsgər" verilişinin 2015-ci il tarixli "Qarabağ şəhidləri" rubrikasında Eldəniz Nəzərovun həyatı və döyüş yolu haqqında sənədli film yayımlamışdır.
Eldəniz Qasımov
Eldəniz Şahbaz oğlu Qasımov () — Azərbaycanlı şəhid. == Həyatı == Qasımov Eldəniz Şahbaz oğlu 26 mart 1973-cü ildə Gədəbəy rayonu, Slavyanka kəndi anadan olmuşdur. 1988-ci ildə Slavyanka kənd orta məktəbini bitirmişdir.1988-ci ildən 1991-ci ilədək Gədəbəy rayonu, peşə məktə-bində oxuyub geniş profilli traktorçu peşəsi üzrə tam kursu bitirmişdir. == Hərbi xidməti == 1991-ci ildə ordu sıralarına çağrılmışdır. Əvvəlcə Bakı şəhərində qulluq etmiş, sonra isə könüllü olaraq Gədəbəy bölgəsinə gəlmişdir. 18 iyun 1992-ci ildə Gədəbəy bölgəsində Azərbaycan Respublikasının Suverenliyi uğrunda gedən döyüşlərdə həlak olmuşdur.
Eldəniz Quliyev
Quliyev Eldəniz Cümşüd oğlu — Azərbaycanlı ssenarist və kinodramaturq. == Həyatı == Eldəniz Quliyev 20 aprel 1952-ci ildə Lənkəranda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra (1974), Moskvada Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində təhsil alıb (A. Tarkovski, V. Yejov və O. İoselianinin yaradıcılıq emalatxanası, 1979–1981)."Mosfilm", M.Qorki adına kinostudiyalarda, Ostankino Televiziya Mərkəzində təcrübə keçib. "Azərbaycanfilm" kinostudiyasında redaktor, redaksiya kollegiyasının, bədii şurasının, dövlət film qəbulu komissiyasının üzvü (1981–1987), "Debüt" studiyasının baş redaktoru (1987–1992), "Azərkinovideo" İstehsalat birliyinin baş redaktoru (1993–1996), ABA televiziya şirkətinin baş redaktoru (1999) vəzifələrində işləyib.2006-cı ildə Beynəlxalq Sülh Federasiyası tərəfindən "Sülh səfiri" fəxri adına layiq görülüb.Rus və Azərbaycan dilində nəşr edilən "Ziyalı-İntelligensiya" qəzetinin təsisçisidir. Hazırda Azərbaycan Ziyalı Hərəkatının sədridir. "Üçatılan", "Tilsimli dairə", "Təpəgöz" (Rolşa Respublikasında tamaşaya qoyulub), "Mürşüd kişi niyə susur?", "İstək" və s. dram əsərləri Azərbaycan teatrlarında tamaşaya qoyulub. "Ağ yuxu" hekayələr toplusu (1985), "Kölgəsiz adam" hekayə və povestlər kitabı (1998), "Rasim Balayev" (1999) kitabı nəşr olunub. == Filmoqrafiya == 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) Abşeronda subtropik bitkilər (film, 1991) (qısametrajlı sənədli film) Afroditanın qolları (film, 1987) (qısametrajlı bədii film) Belə bir kənd var (film, 1981) Bəxtəvər (film, 1990) Bircəciyim (film, 1986) Biz deməkdən yorulduq... (film, 1991) Cansıxıcı əhvalat (film, 1988) Cin mikrorayonda (film, 1985) Dəvətnamə (film, 1989) Dəyirman öz işindədir...
Eldəniz Rüstəmov
Rüstəmov Eldəniz Nəsir oğlu — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eldəniz Rüstəmov. 1977 ci ildə İmişli rayonu,Yalavac kəndində anadan olmuşdur. Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən "Vəlixan" döyüş mövqeyində öz vəzifə borcunu yerinə yetirərkən mina patlayışı zamanı həlak olmuşdur.
Eldəniz Rəsulov
Eldəniz Qeybulla oğlu Rəsulov (30 aprel 1952, Qax rayonu)— Azərbaycanın kino və dublyaj aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2008). == Həyatı == Rəsulov Eldəniz Qeybulla oğlu 30 aprel 1952-ci ildə Qaxda anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kinoaktyorluğu şöbəsini bitirmişdir. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır. 1971-ci ildən bədii filmlərə çəkilir: "Sevinc buxtası" (Seyidov), "Babək" (Azin), "Anlamaq istəyirəm" (Zeynal), "Nizami" (Maxan, Bəşir), "Gümüşgöl əfsanəsi" (Fərid), "Şeytan göz qabağında" (Zeynal), "Ovsunçu" (kəndxuda) və s. Azərbaycan Televiziyası və Lider TV-də çoxseriyalı bədii televiziya və sənədli filmlərin dublyajı prosesində fəal iştirak edir. Dramaturq Qeybulla Rəsulovun oğludur. 2008-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. == Filmoqrafiya == == İstinadlar == == Mənbə == Eldəniz Rəsulov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Eldəniz Süleymanov
Süleymanov El­də­niz Ni­za­mi oğ­lu (29 avqust 1975, Naxçıvan) — Azərbaycan futbolçusu. == Həyatı == Eldəniz Süleymanov 29 avqust 1975-ci ildə Naxçıvanda anadan olmuşdur. == Karyera == Əv­vəl­ki klub­la­rı: Azəri Bakı, Arsenal Tula, Stro­itel Ufa|, Jemçu­jina Soçi, Kəpəz Gəncə, Araz Naxçıvan, AMMK Bakı. 2005-ci ilin əvvə­lindən Qəbələdə çı­xış edir. 1993-cü il­də Azərbaycan milli futbol komandası­nın he­yə­ti­nə cəlb edi­lib.
Eldəniz Səlimov
Eldəniz Adil oğlu Səlimov (2 noyabr 1976, Xaçmaz) ― Azərbaycan Respublikasının Milli Məclisinin V və VI çağırış deputatı. == Həyatı == Eldəniz Səlimov 1976-cı il oktyabrın 2-də Xaçmaz şəhərində anadan olub. Eldəniz Səlimovun atası – Adil Səlimov dəmiryolçu olub. 1983-cü ildə Xaçmaz şəhəri 45 №-li tam orta məktəbin birinci sinfinə gedən Eldəniz Səlimov, 1993-cü ildə həmin məktəbi bitirdi. Eldəniz Səlimov 2000–2002-ci illərdə Vergi Nazirliyinin Xaçmaz rayonu üzrə Vergilər şöbəsində dövlət vergi müfəttişi, 2002-ci ildə 1 saylı Ərazi Vergi İdarəsində, 2002–2010-cu illərdə isə 3 saylı Ərazi Vergi İdarəsində dövlət vergi müfəttişi və baş dövlət vergi müfəttişi kimi çalışmışdır. 1993–1998-ci illərdə Dağıstan Dövlət Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alan Eldəniz Səlimov, rus dilini bilir.2011–2012-ci illərdə "TexnikaBank" ASC-nin Xaçmaz filialının müdirinin müavini vəzifəsində fəaliyyət göstərmiş, 2013–2014-cü illərdə Müdafiə Nazirliyinin "Üfuq" İstehsalat Birliyinin Xaçmaz Kondensator Zavodunda mühəndis-iqtisadçı, 2014–2015-ci illərdə Xaçmaz rayon İcra hakimiyyətinin başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışmışdır. === Ailəsi === Eldəniz Səlimov ailəlidir, bir oğlu və bir qızı var. == Siyasi fəaliyyəti == Eldəniz Səlimov 2015 və 2020-ci il parlament seçkilərində 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyası namizədi olaraq Azərbaycan Milli Məclisinə deputat seçilmişdir.O, 2010–2015-ci illərdə Milli Məclisin Aqrar siyasət Komitəsinin üzvü olmuşdur. Eldəniz Səlimov, həm də, Avstraliya, Yeni Zelandiya, Belarus, BƏƏ, Çin, İtaliya, Qazaxıstan və Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qruplarınında üzvü olub.2015–2021-ci illərdə isə Milli Məclisin Aqrar siyasət, Gənclər və İdman Komitələrinin üzvü olub. === Həbsi === Eldəniz Səlimov haqqında 2021-ci ilin iyul ayının 29-da Xaçmaz şəhəri ərazisində polis işçisini döydüyü iddiası ilə polis orqanları müraciət edilmiş, Daxili İşlər Nazirliyi işi Baş Prokurorluğa göndərmişdir.
Eldəniz Verdiyev
Eldəniz Rabil oğlu Verdiyev (4 oktyabr 1999, Xanlar – 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eldəniz Verdiyev 1999-cu il oktyabrın 4-də Göygöl şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Eldəniz Verdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Eldəniz Verdiyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itgin düşüb. 2021-ci il iyunun 4-ü Eldəniz Verdiyevin Murovdağ istiqamətində nəşi tapılır və ailəsinə təhvil verilir. İyunun 5-də Göygöl şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Eldəniz Zeynalov
Eldəniz Məmməd oğlu Zeynalov (1 yanvar 1937, Bakı – 5 noyabr 2001, Bakı) — görkəmli Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2000). == Həyatı == Eldəniz Zeynalov 1 yanvar 1937-ci ildə anadan olub. Hələ məktəbli ikən dayısı Həsənağa Salayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Dram Tеatrında uşaq rоllarında çıхış еdib. Teatr İnstitutunda aktyorluq təhsili alıb (1956-1962). Tələbə ikən Eldar Quliyevin "Bir Cənub Şəhərində" filmində baş rollardan birinə çəkilib. Məzun olduqdan sonra Akademik Dram Teatrında işə başlayıb. İlk dəfə "Sevil" tamaşasında Gündüz rolunu oynayıb. Sоnralar tеatr və kinоda, tеlеviziya və radiо tamaşalarında, "Mоzalan" satirik kinojurnalının bir çох süjеtlərində yadda qalan оbrazlar yaradıb. Xarici film istehsalçılarının "Dulsineya Tobosskaya" (Mosfilm), "Təyyarələr Enmədi" (Özbəkfilm) filmlərində çəkilib. "Humay" mükafatı laureatı (1999), əməkdar artist (1974), xalq artisti Eldəniz Zeynalov 2001-ci il noyabrın 5-də dünyasını dəyişib, Yasamal qəbiristanlığında dəfn edilmişdir.
Eldəniz Əzizli
Eldəniz Yəmən oğlu Əzizli (20 aprel 1992, Beyləqan rayonu) — Azərbaycanın yunan-roma güləşçisi. Üçqat dünya və ikiqat Avropa çempionu. == Karyerası == Eldəniz Əzizli güləşlə 2000-ci ildən məşğul olmağa başlayıb. 2007, 2008 və 2009-cu illərdə kadetlər arasında, 2010 və 2011-ci illərdə isə yeniyetmələr arasında Avropa çempionu olub. 2010 və 2012-ci illərdə yeniyetmələr arasında dünya çempionu adını qazanıb. 2013-cü ildə Kazanda təşkil olunmuş Ümumdünya Yay Universiadasında üçüncü olub.2018-ci ildə 55 kq çəki dərəcəsində dünya və Avropa çempionu olub. == Şəxsi həyatı == Eldəniz Əzizli futbol mütəxəssisi Şahin Diniyevin bacısı oğlu, yazıçı və publisist Akif Şahverdiyevin isə kürəkənidir.
Naci Eldəniz
Əbdüllətif Naci Eldəniz (türk. Abdüllâtif Naci Eldeniz) (1875, Bitola – 20 mart 1948, Ankara) — Türk əsgər və siyasətçi. Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edən ən yüksək dərəcəli komandirlərdən biridir. Müharibədən sonra millət vəkili vəzifəsində xidmət etmişdir. == Hərbi fəaliyyəti == 1893-cü ildə hərbi məktəbi bitirmişdir. 1893–1895-ci illər arasında Almaniya Hərbi Akademiyasında təhsil almışdır. Müxtəlif məktəb komandanlıqlarında və heyətlərində xidmət göstərmişdir. 1895-ci ildə baş leytenant, 1897-ci ildə kapiyan, 1902-ci ildə mayor, 1907-ci ildə qubernator oldu, lakin 1908-ci ildə polkovnik rütbəsinə yüksəlsə də, 1908-ci ildə II Məşrutiyyətin elan edilməsindən sonra 1909-cu ildə çıxarılan Tasfiye-i Rüteb qanunu ilə kapitan dərəcəsinə endirildi. 1914-cü ildə leytenant polkovnik , 1917-ci ildə polkovnik rütbəsinə yüksəldi. 1918–1920-ci illərdə şahzadələrin hərbi müəllimi və eyni zamanda da Sultanın baş yavəri idi.
Özbək (Eldəniz)
Özbək (Özbəy) Müzəffərəddin (? — v. 1225, Culfa rayonu) — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210–1225). 1225-ci il Xarəzmşah Cəlaləddinin hücumu zamanı həm sülalə hakimiyyətdən getmiş, həm də dövlət süquta uğramışdır. == Hakimiyyəti == === Gürcülərin hücumları === Məhəmməd Cahan Pəhləvanın kənizdən olan oğlu. Atabir qardaşı Əbu Bəkrin ölümündən sonra onun tabeliyində olan mülkləri idarə etməyə başlamış, hakimiyyətə gələnədək bölgənin siyasi həyatında fəal iştirak etmişdir. Hakimiyyətinın ilk ilində (1210–1211) gürcülərin Azərbaycana ən böyük hərbi yürüşlərindən biri baş verir. Naxçıvana hücum edən gürcülər şəhəri ələ keçirə bilməyərək, Culfaya doğru yönəlir, Dərədüz dərəsini keçib cənuba – Mərəndə, Təbrizə, Miyanəyə, Zəncana, Qəzvinə, Ərdəbilə və s. hücüm edir, talan və qarətlər törədirlər. Dövrün müəllifinin yazdığına görə, gürcülər geri qayıdarkən bir çox qalaları ələ keçirir, Naxçıvan və Beyləqan şəhərləri üzərinə xərac qoyurlar.
Şəmsəddin Eldəniz
Şəmsəddin Eldəniz (tam adı: Şəms əl-Din Eldəniz, az.-əbcəd شمس الدین الدنیز‎, fars. اتابک شمس‌الدین ایلدگز‎; bilinmir – oktyabr 1175, Naxçıvan) — Azərbaycanın I böyük atabəyi, İraq Səlcuq Sultanlığının sərkərdəsi, Səlcuqlu şahzadəsi və sonradan Sultanı olan Sultan Arslan şahın atabəyi.Mənşəcə qıpçaqlardan olan Şəmsəddin Eldəniz Azərbaycan Atabəylər dövlətinin və Eldənizlər sülaləsinin yaradıcısı, siyasi xadim və sərkərdədir. 1136-cı ildə Səlcuqlu hökmdarı Sultan Məsuddan Aranı iqta olaraq alan Atabəy Eldəniz yerli xırda feodalları özünə tabe edə bilmiş, 1141-ci ildə isə Səlcuqluların Azərbaycandakı canişini Qara Sunqurun ölümündən sonra bütün Azərbaycanın idarəçiliyini tədricən ələ keçirmişdir.Azərbaycanın bir hissəsini iqta olaraq aldıqdan sonra mərkəzi hakimiyyətdəki saray çəkişmələrində aktiv iştirak etmiş, bununla bərabər Azərbaycan ərazisindəki digər canişinləri kənarlaşdıraraq onların torpaqlarını da özünə tabe etmişdir. Hətta bir müddət heç bir İraq Səlcuq Sultanlığının hökmdarına tabe olmamış, birbaşa Böyük Səlcuq imperiyasının hökmdarı Sultan Səncərin adına xütbə oxutmuş və pul zərb etdirmişdir. 1160-cı ildə Sultan Süleyman sui-qəsd nəticəsində öldürülür. Bundan sonra Şəmsəddin Eldəniz bir sıra Səlcuqlu sərkərdələrinin dəvəti ilə Arslan şahı taxta çıxarmaq və hakimiyyəti möhkəmləndirmək, eləcə də İraq Səlcuq sultanlığının idarəsini öz əlində saxlamaq üçün 1160-cı ildə 20 minlik ordu ilə Həmədana gəlir. Tacqoyma mərasimindən sonra oğulluğu Arslan şahı sultan elan edir. Həmin gündən Şəmsəddin Eldəniz "Böyük Atabəy" adlanır. Onun böyük oğlu Məhəmməd Cahan Pəhləvan əmirlərin böyüyü (əmir hacib), kiçik oğlu Qızıl Arslan isə, ordunun ali baş komandanı təyin edilir. Eldəniz özünün bütün əmirlərini mühüm dövlət vəzifələrinə təyin etdirir.
Eldəniz (ad)
Eldəniz — Azərbaycan kişi adı. Eldəniz Məmmədov — azərbaycanlı müğənni Eldəniz Zeynalov — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2000) Eldəniz Səlimov ― Azərbaycan Respublikasının Milli Məclisinin V və VI çağırış deputatı. Eldəniz Əzizli — Azərbaycanın yunan-roma güləşçisi. Eldəniz Elgün — azərbaycanlı jurnalist, "Unikal" qəzetinin şef redaktoru. Eldəniz Rəsulov — Azərbaycanın kino və dublyaj aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2008). Eldəniz Verdiyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Eldəniz Quliyev — Azərbaycanlı ssenarist və kinodramaturq. Eldəniz Süleymanov — Azərbaycan futbolçusu.