Xoş-beşdən sonra qonaq Ataşın əmisinin adını çəkib ondan gətirdiyi kağızı verdi.
[Hacı Ağakərim:] Bəs sənin dayına salamın, xoş-beşin hanı, ədəbsiz!
[Vahidov Şeydaya:] Xoş-beşin sonraya qalsın.
□ Xoş-beş etmək (eləmək) – salamlaşmaq, kef-əhval soruşmaq.
[Qoca nəvəsinə:] Ta onda nə durub üzümə baxırsan, xoş-beş elədik, bəsdir, get işində ol, çünki bu dünyada hər şeydən birinci işdir…
Ağsaqqal həkim tez otağa girdi, Nənəqız ayağa qalxdı və ona xoş-beş elədi.
[Müəllim] Büləndlə xoş-beş etdikdən sonra yenə qayıdıb öz işinə məşğul oldu.