Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xoda
Tanrı — Bir çox dinlərdə (xüsusilə monoteist dinlərdə) Ali Qüvvə və yaradıcı olaraq qəbul edilən varlıq. == Anlam == Fövqəlbəşər və insanlar üzərində suverenliyi olan varlıq. Yaradıcı, ilah. Müxtəlif türk birliklərində Tənri, Tənqri Tanqrı, Tənqəre, Tanqara, Teneqere, Tinqir şəklində istifadə olunur. Monqollar Tənqir ve ya Tenqər deyirlər. Ulu Tanrı, Xan Tenqri kimi ifadələr tez-tez keçər. Bəzi türk boylarında qoruyucu ruhlar üçün də istifadə edilər; Su Teyrisi, Yer Teyrisi kimi. Əslində kainatın hər yanındakı bu ruhlar bir bütündür və bir-birinə bağlıdır. Tanrıçılıq sistemli bir quruluşa sahib olaraq bütün ictimai həyata işləmişdir. Türklər tanrıların adlarının sonuna Toyun və ya Bator sifətlərini gətirərkən, monqollar daha çox Saqan (Saqağan) "ağ", Ulan (Ulağan) "qırmızı" sifətini istifadə edərlər.
Aleksandr Xodzko
Xodzko Aleksandr Leonardoviç (belar. Аляксандр Ходзька, pol. Aleksander Chodźko; 30 avqust 1804, Kriviçi[d], Minsk quberniyası[d], Rusiya imperiyası – 27 dekabr 1891 və ya 1891, Nuazi-le-Sek[d], Fransa) — Polşa-Belarusiya şairi, şərqşünası, diplomat. == Həyatı == Peterburqda Mirzə Cəfər Topçubaşovdan Şərq dillərini öyrənmişdir. 1842-ci ildə "Koroğlu" dastanının Cənubi Azərbaycan aşıqlarından topladığı variantını tərcümə edib Londonda ingilis dilində nəşr etdirmişdir.
Kamal Xodov
Kamal Xodov (26 yanvar 1941, Batako[d], Şimali Osetiya MSSR – 24 iyun 2021) — Sovet şairi, tərcüməçi və ədəbiyyatşünas. Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasının xalq şairi. == Bioqrafiyası == 1970-ci ildə Kamal Xodov M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirir. Regional qəzetlərin redaksiyaları ilə əməkdaşlıq edir, Şimali Osetiya televiziya studiyasının baş redaktoru, on ildən çox Max duq jurnalının tənqid və jurnalistika şöbəsinə rəhbəri, sonra redaktor vəzifələrində çalışır. "İr" kitab nəşriyyatının müdiri işləyir. 1985-ci ildən Kamal Xodovv Şimali Osetiya Dövlət Dram Teatrının direktoru, eyni zamanda ədəbi Osetiya almanaxının baş redaktoru olur. 1989-1990-cı illərdə Kamal Xodov Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikası Dövlət Nəşriyyat, Çap və Kitab Ticarəti Komitəsinin sədri işləyir. 1990-cı ildə Şimali Osetiya MSSR Yazıçılar Birliyinin sədri olur. 1966-cı ildən Sovet İttifaqı Kommunist Partiyası, 1972-ci ildən isə SSRİ Yazıçılar Birliyinin üzvü olur 1962-ci ildə Kamal Xodovun şeirlərindən ibarət "Səhər ulduzu" adlı gənc müəlliflər toplusu nəşr olunur və 1966-cı ildə "Çörək və duz" adlı ilk poetik kitabı işıq üzü görür. 1970-ci ildə Xodovun "Osetin mahnısı eşidilir" adlı ikinci şeirlər toplusu dərc olunur.
Mixail Xodorkovski
Mixail Borisoviç Xodorkovski (26 iyun 1963, Moskva) — rusiyalı sahibkar, ictimai xadim, publisist. Hal-hazırda Segejada (Kareliya Respublikası) ümumi rejimli koloniyada 11 illik azadlıqdan məhrum edilmə cəzasını çəkib, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 20 dekabr 2013-cü il tarixli sərəncamı ilə o əfv olunaraq azadlığa çıxıb . == Həyatı == 1997—2004-cü illərdə "YUKOS" neft şirkətinin əsas sahibi və rəhbəri olmuşdur. 2003-cü ildə həbs olunub. Həbs olunduğu zaman dünyanın ən zəngin insanlarından biri olmuşdur. 2005-ci ildə məhkəmə barəsində hökm çıxararaq dələduzluq və başqa cinayətlərin törədilməsində təqdirli bilmişdir. "YUKOS" şirkəti müflis elan edilmişdir. 2010-2011-ci illərdə Xodorkovski barəsində yeni hallara görə yeni hökm verilmişdir. Xodorkovskinin cinayət təqibi Rusiya və beynəlxalq ictimaiyyət tərəfindən ziddiyyətli qiymət aldı: bəziləri Xodorkovskinin ədalətli şəkildə məhkum olunduğunu, digəriləri siyasi motivlərlə təqib olunan vicdan məhbusu hesab edirlər."Beynəlxalq amnistiya" Xodorkovski və onun həmkarı Platon Lebedevə "Vicdan məhbusu" statusu vermişdir.. Avropa insan haqları məhkəməsi 2011-ci ilin mayında çıxardığı qərarında həbs zamanı prosedur pozuntularının olduğunu, ibtidai istintaq və məhkəmə baxışı, həbsdə saxlanılmaya dair şikayətlərə baxılma zamanı insan ləyaqətini alçaldan faktların mövcudluğunu müəyyən etmiş..
Rza Xodadadi
Rza Xodadadi (Reza Khodadadi - fars. رضا خدادادی) — İranın ünlü və tanınmış müasir sənətkar, rəssam, heykəltaraş, akademik və tədqiqatçı, Tehran İncəsənət Universitetinin professoru və fakültə üzvü. 26 fevral 1961 İran Azərbaycanında Ərdəbil şəhərində anadan olub və indi Tehranda yaşayır və işləyir. Dr. Xodadadi uşaqligdan rəsm və heykəltaraşlıqi başladı. Sonra digər sənətlərdə o cümlədən divar Rəsmi (mural), Model edilməsi və daxili dizayn sahələrində aktiv oldu. == Universitetlər və ali təhsil müəssisələrində tədris təcrübəsi == Shahid Recai Universiteti. Azad İslami Universiteti. Ali təhsil Sooreh İnstitutu (Sooreh Universiteti) İncəsənət Al-Zahra Fakültəsini İncəsənət Universiteti(Tehran), 1991-ci ildən. == Bəzi Rekordlar və vəzifələri == İran rəsmi Mütəxəssislər sertifikatlı üzrə ədalət mühakimə Assosiasiyasının İncəsənət işlərinə üzvü.
Svetlana Xodçenkova
Svetlana Viktorovna Xodçenkova (rus. Светла́на Ви́кторовна Хо́дченкова; 21 yanvar 1983, Moskva) — Rusiya teatr, film və televiziya aktrisası.
Valentin Xodukin
Valentin Xodukin (ukr. Валентин Ходукин; 17 avqust 1939, Xarkov – 16 dekabr 2020) — ukraynalı futbolçu. == Həyatı == Futbolçu kimi "Neftyanik" (Droqobıç, Ukrayna), "Dvina" (Vitebsk, Belorus), "Avanqard" (Ternopol, Ukrayna), "Selmaş" və "Karpatı" (hər ikisi Lvov, Ukrayna) komandalarında oynaylb. Lvov Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib və orada pedaqoji fəaliyyət göstərib. 8 il futbol kafedrasına rəhbərlik edib. Kiyev Dövlət Bədən Tərbiyəsi İnstitutunun aspiranturasını bitirib. V. Xodukin zəngin məşqçilik karyerasına malikdir. 1990-cı ildən Ukrayna çempionatının II, I və yüksək liqalarında yarışan bir sıra klubların məşqçisi və baş məşqçisi olub, güclülər dəstəsində oynayan "Karpatı" (Lvov) və "Krivbass" (Krivoy Roq) kimi komandalarda baş məşqçi işləyib. Ukrayna kuboku uğrunda mübarizənin finalçısı, UEFA Kuboku yarışlarının iştirakçısı olub. V.Xodukin 13-cü Azərbaycan çempionatından Bakının "İnter" komandasında işləyir.
Viktor Xodukin
Viktor Xodukin OİK(Lvov) futbol məktəbinin yetirməsidir. 1965-1967-ci illərdə OİK(Lvov),"Neftyannik"(Droqobiç), "Karpatı"(Lvov) komandalarında oynamışdır. Məşqçilik karyerası 1971-ci ildən başlanmışdır. Uzun illər(1975-ci ildən 1990-cu ilədək) "Karpatı" Olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbində işləmiş və məktəbin baş məşqçisi olmuşdur. 1991-cu ildən Ukraynanın 2-ci dəstəsində oynayan "Avanqard" (Jidakov), "Qazovik"(Komarno) və "Sementik" (Nikolayev) komandalarına baş məşqçilik etmişdir. 1996-cı ildən 2005-ci ilin yanvar ayınadək Lvov "Karpatı"sının 2-ci komandasında (Ukrayna çempionatı, 1-ci və 2-ci liqalar) baş məşqçi vəzifəsində çalışmışdır.
Xoda Afərin su anbarı
Xudafərin SES — İran və Azərbaycan arasındakı beynəlxalq sərhəddə yerləşən Araz çayı üzərindəki torpaqla doldurulmuş bir bənddir. İranın Şərqi Azərbaycan ostanına daxil olan Xumarlı kəndindən 8 kilometr (5,0 mil) qərbdə və Azərbaycanın Cəbrayıl rayonundakı Xudafərin kəndindən 1 km şimal-qərbdə yerləşir. 1993-cü ildən 2020-ci ilin 18 oktyabr tarixinə qədər Ermənistan Respublikasının nəzarəti altında olmuşdur.[mənbə göstərin]SES Araz çayı üzərində İranla Azərbaycan arasında imzalanmış razılaşmaya uyğun olaraq inşa edilir. Stansiyanın gücü 102 və ya 200 meqavata bərabərdir. Su anbarı vastəsi ilə 75.000 hektar ərazinin suvarılması nəzərdə tutulmuşdur. == Tarixi == Bəndin məqsədi hidroelektrik enerji istehsalı və suvarmadır. Sovet İttifaqı ilə iran arasında 1977-ci ilin oktyabrında baş tutan razılaşması ilə layihəsi hazırlanmışdır. Layihələndirmə 1982-ci ildə sona çatmış, 1990-cı illərin əvvəllərində yenidən işlənmiş və 1999-cu ildə inşaat işlərinə başlamışdır. Ermənistan KİV-lərinin verdiyi məlumata görə, İran Ermənistanla layihəni başa çatdırmaq üçün gizli bir razılaşma imzalanmışdır. Bəndin tamamlanması 2008-ci ildə baş tutmuşdur.
Xodacu
Xodacu və ya Xaracu — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanının Səracu / Saracu bəxşində yerləşən şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,458 nəfər və 361 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Xodaşirin Cəbiyev
Xodaşirin Oğlan oğlu Cəbiyev (Cabbarlı) - Azərbaycan provizoru, homotoksikoloqu, yazıçı-publisisti, jurnalist-araşdırıcı, tərcüməçisi, bəstəçisi == Həyatı == Xo­da­şi­rin Oğ­lan oğ­lu Cə­bi­yev (Cab­bar­lı) 15 de­kabr 1954 -cü il­də Azər­bay­can SSR Masal­lı ra­yo­nu­nun Bö­yük Ko­la­tan kən­din­də kol­xoz­çu ailə­sin­də ana­dan ol­muş­dur. 1961-ci il­də Bö­yük Ko­la­tan kənd 7 il­lik mək­tə­bi­nin 1- ci sin­fi­nə da­xil ol­muş, 1971 -ci il­də hə­min or­ta mək­tə­bin 10 il­lik tam kur­su­nu fərq­lən­mə ilə bi­tir­miş­dir. 1971-ci il­də N. Nə­ri­ma­nov adı­na Azər­bay­can Döv­lət Tibb İns­ti­tu­tu­nun əc­za­çı­lıq fa­kül­tə­sinə da­xil ol­muş, 1976-cı il­də hə­min ins­ti­tu­tu bi­ti­rə­rək pro­vi­zor ix­ti­sa­sı­nı al­mış­dır. 28.12.1978-ci il­dən 11.04.1997-ci ilə­dək (20 ilə ya­xın) 595 say­lı Ma­sal­lı ra­yon Mər­kə­zi Ap­te­ki­nin mü­di­ri və­zi­fə­sin­də iş­lə­miş­dir. Ma­sal­lı ra­yo­nun­da sə­hiy­yə­nin, əc­za­çı­lıq işi­nin tə­rəq­qi­si və in­ki­şa­fın­da, ap­tek xid­mə­ti­nin ib­ti­dailikdən ən ye­ni ava­dan­lıq və qur­ğu­lar­la təc­hiz olun­ma­sı­na qə­dər, bir sı­ra uğur­lu ad­dım­lar at­mış, pe­şə­kar əc­za­çı kadr­la­rın ha­zır­lan­ma­sı sa­hə­sin­də gər­gin əmək sərf et­miş­dir. O, iş­lə­di­yi müd­dət ərzin­də Ma­sal­lı ra­yo­nun­da 14 ye­ni tip­li ap­tek bi­na­la­rı­nın in­şa­sı­na na­il ol­muş­dur. 1978 - 1997 -ci il­lər ər­zin­də onun ar­dı­cıl və yo­rul­maz səy­lə­ri nə­ti­cə­sin­də ra­yon­da ap­tek şə­bə­kə­si­nin sa­yı dis­lo­ka­si­ya üz­rə yük­sək temp­lə in­ki­şaf edə­rək 11-dən 60 -a qə­dər yük­səl­miş­dir. 1997-ci il­dən 2007 -ci ilə ki­mi Ru­si­ya Fe­de­ra­si­ya­sı­nın Tol­yat­ti, Ul­ya­novsk şə­hər­lə­rin­də sa­hib­kar­lıq fəa­liy­yə­ti ilə məş­ğul ol­muş, ”İRAY” MMC -nin baş di­rek­to­ru və­zi­fə­sin­də ça­lış­mış­dır. 2019/2020-ci illərdə Masallı şəhərindəki “OZON” klinikasında tibbi xidmətin təşkili üzrə menecer vəzifəsində çalışmışdır. Po­liq­lot­dur - azər­bay­can, ta­lış, rus, fars, la­tın dil­lə­ri­ni bi­lir və sər­bəst da­nı­şır.
Xodmezövaşarxey
Xodmezövaşarxey (mac. Hódmezővásárhely) — Macarıstanın cənub-şərqində, Böyük Macarıstan düzənliyində yerləşən şəhər. == Tarixi == === Qədim dövr === Müasir şəhərdə 6000 il bundan əvvəl insan məskunlaşmasına dair sübutlar var və arxeolojita tapıntılara əsasən qədim dövrlərdən başlayaraq fərqli mədəniyyətlərin nümayəndələri burada yerləşiblər. === 20-ci əsrdə === Şəhərin müasir forması əsrin sonlarında qurulmuşdur. Bu onilliklər ərzində şəhərdə dinamik dəyişikliklər baş vermiş və kanallar tikilmişdir. Əhalinin 70%-i əkinçilik və heyvandarlıq ilə məşğul olmuşdur. Bu gün şəhər xarici və daxili turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir. Muzeylər, kilsələr, heykəllər, parklar və termal üzgüçülük məkanları tez-tez ziyarət edilən turistik yerlərdir. == Beynəlxalq əlaqələri == === Qardaşlamış şəhərlər === Xodmezövaşarxey aşağıdakı şəhərlər ilə qardaşlaşmışdır: == Qalereya == == Həmçinin bax == Macarıstan şəhərləri == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Hódmezővásárhely haqqında səyahət məlumatları var.
Alexandro Xodorovski Prulyanski
Alexandro Codorovski (17 fevral 1929[…], Tokopilya[d]) — Çili əsilli fransız aktyor, komiks müəllifi, bəstəkar və kinorejissordur. Əsasən çəkmiş olduğu sürreal filmləri ilə tanınır. == Həyatı == == Təlimi == Alexandr Codorovski Prulyanski ezoterik, sürrealistik filmlərin rejissoru kimi tanınır. Bundan başqa nyu-eyc və dzen cərəyanlarının tərəfdarı, Taronun dünya iqyaslı tədqiqatçılarından biridir. 1990-cı illərin sonundan erkən yaşlarda alınan psixoloji fəsadların müalicəsinə yönəlmiş psixomagiya terapevtik metodikanı işləmişdir. Dəhşət, yumor və eynizamanlıq – yaratdığı "Panika" postsürealistik hərəkatının başlanğıclarıdır. Codorovski prinsipinin əsas qayəsi – insan öz varlığını dərk etməlidir. Gürciyevin ideyaları ilə səslənən rejisorun gənaətinə görə, "insan ömür boyu yuxulu vəziyyətdə qalmaq təhlükəsindədir. Bu vəziyyətdə o planeti belə məhv edə bilər. Oyaqkən ayıq, şüurlu olaraq əlbəttə ki, insan ətraf aləmi dəyişməyi bacarmaz, lakin daxili harmoniyaya nail ola bilər".
Kod
Kod – [lat. codex – qanunlar külliyatı] – şərti ixtisarlar sistemidir. Kod sözü digər mənalarda da işlənə bilər: Şərti siqnallar sistemi; Əmtəələrin, əşyaların onlar haqqında informasiyaya malik şərti, qısaldılmış işarəsi, adlanması, onların şifri, rəmzi təsviri Hesablama texnikasında informasiyanın qəbul olunmuş şərti işarələr sistemindəki təsviri (ifadəsi) İstənilən növ informasiyanı müəyyən məsafəyə ötürmək, yaxud da mexanikləşdirilmiş və avtomatlaşdırılmış əməliyyatlardan keçirmək üçün ona əlverişli forma vermək məqsədi ilə yaradılan şərti işarələr və ya siqnallar sistemi; Hərbidə texniki rabitə vasitələri ilə hərbi xarakterli məxfi məlumatları gizli şəkildə vermək üçün şərti işarələr sistemi. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Lod
Lod (ivr. ‏לוד‏‎; ərəb. اللد‎ əl-Lidd, əl-Ludd; latın: Lydda, Diospolis, qədim yunan dili: Λύδδα / Διόσπολις – Zevs şəhəri) — İsraildə şəhər, Tel-Əvivdən 20 km cənub-şərqdə yerləşir. Milli Aerokosmik Sənayesi Mərkəzi; onun yaxınlığında ölkənin ən böyük David Ben-Qurion adına hava limanı yerləşir. == Əhalisi == İsrail Mərkəzi Statistika Bürosunun məlumatına görə, 2018-ci ilin əvvəlində əhali sayı 74.604 nəfər idi.
Xoa
Koa — Hindistan yarımqitəsinə məxsus süd məhsulu. Əsasən Hindistan, Nepal, Banqladeş və Pakistanda tədarük olunur. Qurudulmuş yağlı süddən və ya ağzı açıq dəmir tavada isidilərək qatılaşdırılmış süddən hazırlanır. Sululuq səviyyəsi tipik təzə pendirlərdən (məsələn, rikottadan) daha aşağıdır. == Hazırlanması == Koa istehsalında südün qatılığının 1/5 miqdarda olması kifayətdir. Koa bir sıra Hindistan şirniyyatlarının hazırlanması zamanı təməl inqrediyent kimi isifadə olunur. Hindistanda hər il təxminən 600,000 metrik ton koa istehsal olunur. Koa həm inək, həm də camış südündən hazırlanır. Koa tam yağlı südün böyük və dayaz dəmir qazanda bir neçə saat orta dərəcədə qaz üzərində qaynadılması ilə əldə edilir. Tərkibindəki suyun tədricən buxarlanması bərkimiş süd qalıqlarının qalması ilə nəticələnir.
Xok
Xok — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. == Toponimikası == Arazboyu düzənlikdədir. Qədim yaşayış məntəqələrindəndir. Bəzi tədqiqatçılara görə, oykonim türk dillərindəki "çəmən, otlaq" mənasında işlənən xok/xak sözü ilə əlaqədardır. Toponimin İran dillərindəki xak (torpaq) sözündən olmasını da güman etmək olar.Qıvraq və Yeni Kərki arasında yerləşən bu kənd füsunkar gözəllikləri ilə insanların marağını cəlb edir. == Əhalisi == Əhalisi 5234 nəfərdir.
Xor
Xor (yun. χορός yığıncaq, camaat) — Vokal musiqinin kollektiv ifası. == Tarixçə == Yəhudilik, xristianlıq və islam oxumalarının əsasını birsəsli oxuma tərzi tutur. Bu həm şərq xalqlarının musiqi təfəkkürü ilə, həm də monoteizmin ideologiyası ilə əlaqədardır: Allah tərəfindən verilən səs ən mükəmməldir əqidəsi vokal ifanı. "Allah tərəfindən bəxş olunan səs, insan əməlinin nəticəsi olan alətlərdən mükəmməldir" əqidəsi instrumental müşayətsiz ifanı. Təksəsli oxuma, hətta xor (kollektiv) oxumaların unison ifası allahın vahidlik rəmzi ilə bağlı olub islam dini oxumalarının ifa qanunlarının əsasını qoyur.Təksəsli oxuma tərzi barəsində ədəbiyyatda belə yanlış fikirlərə rast gəlmək olur ki, təksəslilik musiqini çoxsəslinin o biri səslərlə birləşib çətinlik yaratmasından azad edib. Beləliklə, çoxsəslilik təksəslinin mürəkkəb forması kimi tarixin inkişaf mərhələsində meydana gəlməsi fikri ortaya atılır. M. Xarlap qeyd edir ki, musiqişünasları düşündürən "çoxsəslinin nə vaxt yaranması" problemini, təksəslinin nə vaxt yaranması ilə əvəz etsələr, daha düzgün olar. Belə ki, musiqi əvvəlcə çoxsəsli yaranmışdır". Skrebkov isə yazır: "Təksəsli oxuma çoxsəsli oxumanın bir növ monodik təkrarıdır.
Xot
Xotanan, Xot — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. == Tarixi == Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim xotan türk tayfa adına cəmlik bildirən -an şəkilçisinin artırılması ilə düzəlmişdir və «xotan tayfasının (Xotanların) yaşadığı yer» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 53 nəfər, 1886-cı ildə 58 nəfər, 1897-ci ildə 74 nəfər, 1904 - cü ildə 91 nəfər, 1914 - cü ildə 81 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünün qurbanı olmuş, sakinləri tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. 1920-ci ildə ləğv edilmişdir. İndi xaraba kənddir.
Xovd
Xovd (şəhər) — Monqolustanın şəhəri. Xovd aymakı — Monqolustanın 21 aymakından biri.
Xoy
Xoy (azərb. Xoy‎; fars. خوی‎) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanındakı Xoy şəhristanının inzibati mərkəzi. Şəhər ərazisi 30 km².-dir.2012-ci ildə aparılmış siyahıya almanın yekunlarına əsasən əhalisi 200,985 & 354,309 nəfərdir. == Tarixi == Xoy şəhərinin tarixi e.ə. 3000–4000-ci illərdən başlayır. Şumer mənbələrində adı çəkilən Arrata adlı bölgənin bu günkü Urmiya ilə Van şəhərləri arasındakı bölgə olduğu tarixçilər tərəfindən təsdiqlənmişdir. O illərdə bu bölgədə məskunlaşmanın olması da öz təsdiqi tapmışdır. Əvvəlcə Xoy şəhəri Azərbaycan ərazisində qurulan Manna dövlətinin sərhədləri içində olmuş, sonra Van və onun ətrafını özündə birləşdirən Urartu dövlətinin ərazisinə qatılmışdır. İslam dininin yayılması və xilafətin bu bölgəni ələ keçirməsi ilə şəhər müsəlmanların idarəsi altına keçmiş və uzun illər müxtəlif bəyliklərin tərkibində olmuşdur.
Yod
Yod (I) — D. İ. Mendeleyevin elementlərin dövri sistemində 53-cü element. == Ətraflı məlumat == Yod (I) – 70 kq ağırlığında sağlam insanın orqanizmində təxminən 25 mq-dır. Bir gün ərzində qalxanabənzər vəzidən qana 100–300 mkq-a qədər hormonal yod keçir. İnsan qidasında yodun çatışmazlığı endemik ur (zob) xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Yod balıqda (5–8 mkq%), dəniz suyunda, feyxoada (390 mkq%), dəniz kələmində, balıq yağında vardır. Suyunda yod çatışmayan rayonların əhalisi üçün yodlaşdırılmış duz hazırlanır. 1 ton duza 25 q KJ əlavə edilir ki, həmin duz vasitəsilə insan sutkada 200 mkq yod qəbul edir. Sutkalıq tələbat insanın əməyindən və həyat tərzindən asılı olaraq 100–260 mkq-dır. Mikroelementlər yeyinti məhsullarında cüzi miqdarda vardır və bunların miqdarı mikroqram və ya qamma ilə göstərilir. Mikroelementlərin də orqanizm üçün çox böyük əhəmiyyəti vardır.
Zod
Zod/Sotk (erm. Սոթք) — Ermənistanın Geğarkunik mərzində, Məsrik düzənliyində kənd. Tarixi Qərbi Azərbaycanın Göyçə mahalında yerləşən Sotk kəndinin rəsmi adı 1995-ci ilə qədər Zod olmuşdur. == Tarixi == Bəzi açıqlamalara əsasən "Zod" qədim türk dillərində "sərt, keçilməz uca dağlıq yerdə məskunlaşmış el, oba yurd yeri" deməkdir. Bir digər açıqlamaya əsasən, Alban tarixçisi Musa Kalankatlı eranın birinci əsrinin ortalarından danışarkən Albaniyada yaşayan tayfalar içərisində ermənicə yazılışda Savdey / Tsavdey, V əsr erməni müəllifi Moisey Xorenasi Sod tayfasının adını çəkir və onun Alban çarı Ərənin nəslindən olduğunu qeyd edirlər. Bu etnonim/tayfa adı Göyçə mahalındakı Zod toponimində öz əksini tapmışdır. Yeri gəlmişkən, Kəlbəcər rayonu yaxınlığında, Dağlıq Qarabağın şimalından keçən silsilələrdən biri ermənicə Tsavdey silsiləsi adlanır. Kənd 1921-ci ildə Sovet rəhbərliyi tərəfindən tarixən ancaq azərbaycanlıların məskunlaşdığı bütöv Göyçə mahalı ilə birlikdə Ermənistana verilib. Kəndin ilk adı yarandığı ilk gündən 1988-ci ilə qədər 3 dəfə dəyişdirilmişdir. XX əsrin ortalarına kimi Zod kəndinin əhalisi əsasən Azərbaycan türklərindən ibarət olmuşdur.
Abati (Xoy)
Abati — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Rəhal bölgəsinin Nazlı kəndistanında, Xoy şəhərindən 16,5 km cənubda, Xoy-Şahpur avtomobil yolunun 5,5 kilometrliyindədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (22 ailə).
Adıyaman (Xoy)
Adıyaman (fars. كشك زر‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2020-ci il məlumatına görə kənddə 478 nəfər yaşayır (65 ailə).
Almadı (Xoy)
Almadı (fars. امينه ده‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Arıqlı (Xoy)
Arıqlı (fars. اريگلو‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Azab (Xoy)
Azab (fars. عذاب‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Ağtorpaq (Xoy)
Ağtorpaq (fars. ‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə nə qədər əhalinin yaşaması haqqda məlumat yoxdur.
Ağışlı (Xoy)
Ağışlı - İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Ətraf bölgəsinin Eloğlu kəndistanında, Xoyindən 9 km şimal-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 673 nəfər yaşayır (129 ailə).
Babəkan (Xoy)
Babəkan (fars. بابكان‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Balaban (Xoy)
Balaban (fars. بلبان‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 306 nəfər. yaşayır (63 ailə).
Balacıq (Xoy)
Balacıq (fars. بلجوك‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Batçı (Xoy)
Batçı (fars. بطچي‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Bayramkənd (Xoy)
Bayramkənd (fars. بايرام كندي‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 209 nəfər. yaşayır (50 ailə).
Almalı (Xoy)
Almalı (fars. المالو‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 930 nəfər. yaşayır (203 ailə).
Alsürmə (Xoy)
Alsürmə (fars. ‎‎السرمه‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
2009 год
== Hadisələr == Azərbaycan Respublikasında "Uşaq ili". 1 aprel - Xorvatiya və Albaniyanın NATO-ya qəbul edilməsi. 21 iyun — Danimarkanın keçmiş müstəmləkəsi Qrenlandiyanın öz müstəqilliyini elan etməsi. A-Team adlı rep-qrupu yaradılmışdır. 18 fevral - "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirlərinin təntənəli açılışı . 18 mart - Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi. 18-24 mart - Bakıda "Muğam aləmi" Beynəlxalq musiqi festivalının keçirilməsi. 30 aprel — Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi 4 may - Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın imzalanması. 9 sentyabr — Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanması. 6 dekabr — Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşünün keçirilməsi.
2011 год
== Hadisələr == Azərbaycan Respublikasında "Turizm ili". 1 yanvar Estoniya avro pul vahidinə keçir, Avro Bölgəsinin 17-ci üzvü olur. Macarıstan Avropa Birliyi Şurasının sədri oldu. 3 yanvar Arnold Şvartsenegger Kaliforniya ştatın qubernator yerini buraxıb. 4 aprel — Cartoon Network (Türkiyə) Loqosunu dəyişmişdir. 11 fevral – Misirdə uzun sürən etirazlardan sonra ölkə prezidenti Hüsnü Mübarək istefa verir. 11 mart – Yaponiyada 8.9 bal gücündə dağıdıcı zəlzələ baş verir. Zəlzələ nəticəsində sunami fəlakəti yaşanır, Fukusima atom stansiyasında qəza baş verir. 15 sentyabr — Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur 24 oktyabr — Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. 31 oktyabr — Dünya əhalisinin sayı 7 milyard olmuşdur.