Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xornabuci
Xornabuci (gürc. ხორნაბუჯი; keçmiş Sitelskaro və Nasariani) — Gürcüstanda kənd. Kaxetiya ölkəsinin Dedoplissqaro bələdiyyəsi ərazisindədir. Dəniz səviyyəsindən 800 m yüksəklikdə yerləşir. Tbilisidən 115 km şərqdə, Dedoplisskaro şəhərindən 2 km məsafədə yerləşir. Orta əsrlərə aid Xornabuci qalası bu kəndin adı ilə bağlıdır.
Xornabuci qalası
Xornabuci qalası (Georgian: ხორნაბუჯი), yaxud Tamara qalası, Gürcüstanın Kaxeti ölkəsindəki Dedoplissqaro şəhərindən 2 km şimalda Orta əsrlər qalası.
Morna
Waitzia (lat. Waitzia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Leptorhynchos sect. Viraya (Gaudich.) DC. ex Pfeiff. Helichrysum sect. Waitzia (J.C.Wendl.) Baill. Aphanorrhynchus sect. Morna' (Lindl.) Rchb. ex Pfeiff. Leptorhynchos sect.
Torna
Torna metalların və süni materialların kəsmə ilə hazırlanmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Torna əməliyyatı kəskilərin tətbiqi ilə torna dəzgahlarında aparılır. Başqa əməliyyatlardan fərqli olaraq burada əsas hərkəti pəstah, köməkçi hərkəti isə alət yerinə yetirir. Pəstah fırlanır, kəski isə supportun köməyi pəstah boyunca hərəkət etdirilərək veriş hərəkətini alır. Bu zaman kəskiyə verilən eninə veriş kəsmə dərinliyini yaradır, bunun nəticəsində də emal zamanı yonqar əmələ gəlir. Xüsusi hallarda alət də baş hərkətin alınmasında iştirak edir. Klassik torna əməliyyatında fırlanan səthlər emal olunmuşlar. Hal-hazırda müasir CNC idraəetmə sistemi ilə təchiz olunmuş dəzgahlar daha mürəkkəb səthlərin emalına imkan yaradırlar. Verişin istiqamətindən asılı olaraq uzununa və eninə torna əməliyyatları mövcuddur. Alətin pəstaha nisbətən vəziyyəti isə xaric və daxili yonma ilə səciyyələnir.
Xornu
Xornu — Naxçıvan Muxtar Respublikası Culfa rayonununda yaşayış yeri. Xornu yaşayış yeri Culfa rayonunun Göynük kəndindən şimalda, Xornu çayının vadisində yerləşir. Abidə V. B. Baxşəliyev tərəfindən qeydə alınmışdır. Qədim maldar tayfaların yurd yeri olan yaşayış yeri üç tərəfdən dərin dərə, şimal-şərqdə isə hündür təpə ilə məhdudlaşır. Yaşayış yerinin ərazisi hazırda qalın peyin qatı və bitki örtüyü ilə qapanmışdır. Dərin yarğanlarda maddi-mədəniyyət qalıqlarına və mədəni təbəqənin izlərinə rastlanmamışdır. Yaşayış yerini onun yaxınlığında yerləşən nekropoldan aşkar olunan keramika məmulatına əsasən e. ə. 4–3-cü minilliklərə aid etmək olar.
Xora
Xora xəstəliyi, mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi — bütün orqanizmin xronik xəstəliyi. Mədənin və ya onikibarmaq bağırsağın selikli qişasında xora qüsurunun əmələ gəlməsi ilə xarakterizə olunur. Xəstəlik tsiklik gedişli olub, müxtəlif müddətli kəskinləşmə (residivlə) və remissiyalarla keçir. 1829-cu ildə fransız həkimi J. Kryuvel xora xəstəliyini müstəqil nozoloji forma kimi ayırmışdı. Xora xəstəliyi Geniş yayılmış xəstəliklərdəndir. Bu xəstəliyə kişilər qadınlara nisbətən 3–10 dəfə çox tutulur. Xora xəstəliyinin etiolokiyasında ümumi sinir sistemi və hormonal tənzimedici mexanizmlərdəki pozğunluqlara, həmçinin mədənin özündə baş verən dəyişikliklərə (turşuluğun artması, selik ifrazının azalması) böyük əhəmiyyət verilir. Xora xəstəliyinə tutulanlarda mədə şirəsinin miqdarı və turşuluğu çoxalır, mədə şirəsini tənzimləyən azan sinirin tonusu artır. Xora xəstəliyi, irsi xüsusiyyətlərdən, qidalanma rejiminin pozulmasından, kəskin qidalar yedikdə, spirtli içkilər içdikdə, siqaret çəkdikdə və sinir-psixi gərginlikdən baş verə bilər. Etioloji amillərin sırasına təkrar olunan və sürəkli mənfi emossiyalar, sinir-hormonal nizamlanma və qidaianma rejıminin pozutması.
Kartin Xorni
Karen Horni (16 sentyabr 1885[…] – 4 dekabr 1952[…], Nyu-York, Nyu-York ştatı) — alman əsilli Amerikalı psixoanalist. Neo-Freydizmə bağlı bir cərəyan olan "eqo psixologiyası"nın təmsilçilərindəndir. Z.Freyddən fərqli olaraq şəxsiyyətin və nevrozun formalaşmasında fizioloji və impulsiv güclərin təsirlərindən daha çox ərtaf mühitin təsirlərindən bəhs etmişdir. == Həyatı == K.Horninin atası kişilərin qadınlardan üstün olduğunu düşünən dindar və sərt xasiyyətli Norveç əsilli bir gəmi kapitanı idi. Atası ona peşəsinə görə rastlaşdığı fərqli mədəniyyətlər haqqında danışardı. Bu isə K.Horniyə gələcəkdə böyük təsir göstərəcəkdir. Bədbəxt bir evliliyi olan anası isə bu halından daim Karenə danışardı. Karenin uşaqlığı ailəsinin ona olan qatı münasibəti səbəbilə yaxşı keçməmişdir. Valideynləri övladları arasında ayrı seçkiliyə yol verərək qardaşını ondan üstün tuturdu. Bu səbəbdən kiçik yaşlı Karen özünə qarşı dəyərsizlik, alçaqlıq və düşmənçilik duyğuları hiss edirdi.
Torna maşınları
Xoana İasoi
Xoana İasoi (3 iyun 1992, Buenos-Ayres) — Argentinanı təmsil edən həndbolçu. Xoana İasoi Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Xornu nekropolları
Xornu nekropolu I — Culfa rayonunun Göynük kəndindən ş.-də, Xornu çayının vadisində arxeoloji abidə. Nekropol yaşayış yerinin yuxarısında hündür təpənin yamacındadır. Nekropoldakı qəbirlərin yerüstü əlamətləri itmişdir. Qəbirlərin ikisi kiçik həcmli kurqan tipində olduğundan diqqəti cəlb etmiş və dağıdılmışdır. Dağıdılmış qəbir abidələrinin tədqiqi onların kromlexlə əhatə edildiyini göstərir. Kromlexlərin mərkəzi hissəsində daş qutu tipli qəbirlər olmuşdur. Dəfndən sonra qəbirlərin üzərində torpaq kurqan düzəldilmişdir. Ətrafa səpələnmiş insan skeletinin qalıqları qəbirlərdə inqumasiya üsulu ilə dəfn aparıldığını təsdiq edir. Nekropol V. B. Baxşəliyev tərəfindən qeydə alınmışdır. Dağıdılmış qəbirlərin biri 2006 ildə V. B. Baxşəliyev və S. H. Aşurov tərəfindən araşdırılmışdır.
Torna dəzgahı
Torna maşınları — Torna hamarlama, mişarlama, qazma, yonma kimi müxtəlif əməliyyatlar aparmaq üçün iş parçası dönmə oxu ətrafında döndərək işləyən bir simmetrik obyektdir. Tornalar ağacın yonulması metal işləmə, metal iplik, termik püskürtmə, qismən parçaların kəsilməsi və şüşə işləmində istifadə olunur. Torna qədim qurğudur . Qədim Misirdə istifadə olunan bir vasitə olub. Məlum olduğu kimi, miladdan öncə III əsrə aid olmuşdur. Hökumət aid əsərlərin açıq dəlilləri e.ə. 6. əsrdə tapılmışdır: Şimali İtaliyadakı Etrüsk məzarındaki taxta bir kasanın hissələri və Türkiyədə dekorativ torna ağızlı iki düz taxta qab,. Asuriya və Hindistanda da istifadə sübutları var. Torna Sənayi İnqilabı üçün çox əhəmiyyətli idi.
Ağac torna dəzgahı
Ağac torna dəzgahı — fırlanma səthinə malik ağac hissələrinin istehsalına xidmət edən dəzgah. Bu dəzgahın funksiyası öz oxu ətrafında fırlanan pəstah və onun oxuna paralel və perpendikulyar olaraq verişalabilən alətlə müəyyən olunur. Emal üçün frezləmədən fərqli olaraq fırlanmayan kəski və fasonlu alətlər tətbiq olunur. Bu məqsədlə tətbiq olunan bütün dəzgah konstruksiyaları oxşardırlar: kobud yonulmuş və çoxlu tillərə malik oduncaq yonularaq hazır məhsul alınır. Prinsipindən asılı olaraq aşağıdakı yonma dəzgahları fərqlənirlər: Adi ağac torna dəzgahı. Kəski aləti əl ilə dayağa söykəndirilərək pəstaha doğru veriş verilir. Şablon ağac torna dəzgahı. Bu dəzgahlarda dəzgahın supportunda bərkidilmiş diyircək gövdədə oturdulmuş ağacdan və ya metaldan hazırlanmış şablon boyu hərəkət edir. Şablon alətin uzununa hərəkəti zamanı onun eninə verişini idarə edir. Beləliklə, şablonun profili ağacın üzərinə köçürülür.
Vane Xorn-Miller
Vane Xorn-Miller (d. 30 noyabr 1975) — Kanadanı təmsil edən su poloçusu. Vane Xorn-Miller, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu.
Aorta
Aorta — (yun. άορτή – qaldırmaq) – Böyük qan dövranının ən böyük qoşa olmayan arterial damarları. Onurğalılarda qan-damar sisteminin əsas arteriyası. Aorta divarlarının elastikliyi qan cərəyanının fasiləsizliyini və bədənin bütün orqan və toxumalarının arterial qanla təchiz olunmasını təmin edir. Quşlarda və məməlilərdə Aorta qan dövranının əsas damarıdır. O, ürəyin sol mədəciyindən başlayır, lap başlanğıc hissədə genişlənmə əmələ gətirərək (Aorta soğanağı), yuxarı qalxır (qalxan Aorta), arxaya və sola (məməlilərdə), yaxud arxaya və sağa (quşlarda) dönür (Aorta qövsü) və bədənin aşağı hissəsinə doğru istiqamətlənir (enən və ya onurğa Aortası). Sürünənlərdə Aortanın 2 qövsü var: ürəyin sol mədəciyindən çıxan – sağ arterial və sağ mədəcikdən çıxan sol – venoz. Onlar birləşərək, qarışıq qanı olan ümumi onurğa Aortasını əmələ gətirir. Suda-quruda yaşayanlarda ürəyin yeganə mədəciyindən sərbəst yığıla bilmək qabiliyyətinə malik arterial konus, ondan isə bir (quyruqsuzlarda) və ya iki (quyruqlularda) cüt Aorta qövsü çıxır və birləşərək onurğa Aortasını əmələ gətirir. Balıqlarda və girdəağızlılarda mədəcikdən, yaxud ürəyin arterial konusundan arterial qövs sistemindən venoz qanı qəlsəmələrə (balıqlarda) və ya qəlsəmə kisəciklərinə (girdəağızlılarda) daşıyan qarın Aortası çıxır.
Boran
Borxa
Borxa (isp. Borja) — İspaniyanın Araqon avtonom bölgəsinin Saraqosa vilayətində bələdiyyə. Bələdiyyə Kampo-de-Borxa kormakasında, Saraqosa şəhərindən 63 kilometr (39 mil) uzaqlıqda yerləşir. 2014-cü il əhali siyahıyaalmasına əsasən, bələdiyyədə 4.969 nəfər yaşayır. İntibah dövründə İtaliyada güc qazanmış Borciya ailəsi əslən Borxadandır. == Əhali == == Qardaş şəhərlər == == Qalereya == == İstinadlar == == Xarici keçdlər == Vikianbarda Borxa (İspaniya) ilə əlaqəli mediafayllar var.
Derna
Derna (ərəb. درنة‎) – Liviyanın şimalında, Aralıq dənizin sahilində yerləşən liman şəhəri. Tarixən ərəb dövlətlərinin paytaxtı rolunu oynamış Derna hər zaman mühüm liman şəhəri kimi tanınmışdır. Hələ ellinizm mədəniyyəti zamanında aktiv liman funksiyasını yerinə yetirən Dernada 1850-ci ildə 4.500 yaxın əhali yaşamaqda idi. Günümüzdə Derna bölgəsinin mərkəzi olan şəhər hal-hazırda İraq Şam İslam Dövlətinə bağlı terror birləşmələrinin nəzarəti altındadır. Sinay yarımadasında aktiv olan terror qrupları şəhəri ələ keçirdikdən sonra İraq Şam İslam Dövlətinə bağlılıq andı içərək şəhəri terror təşkilatının nəzarəti altına qatıblar.
Durna
Durna (lat. Grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinə aid heyvan cinsi.
Forma
Forma (yun. μορφή, lat. forma — qəbul edilmiş normativ xarici ölçü, görünüş. Forma (fəlsəfə) — materiyaya aid olan, məzmun anlayışına əks olan fəlsəfi kateqoriya. Forma (predmet) — predmetin konturlarının cizgisi. Forma (paltar), uniforma (lat. uniformis — ümumilik) — stilinə, tikilişinə, rənfinə, parçasına görə eyni olan vahid müəssisə geyimi. == Həmçinin bax == Format Formulyar Forma – [lat. forma – görünüş, forma] 1)əşyanın xarici görünüşü, şəkli; 2)hər hansı bir şeyin onun məzmunu ilə müəyyənləşən görünüşü, nümunəsi, tipi, quruluşu, qurulma sistemi; 3)məcazi mənada: zahirən görünən, formallıq; 4)hər hansı bir şeyin nümunəsi, şablonu, qaydası; 5)əşyalara müəyyən formanın verilməsi üçün vasitə; 6)müəyyən edilmiş nümunədə paltar; 7)bədii əsərin növü, janrı, təsvir vasitələri və üsulları; 8)dilçilikdə qrammatik mənanın ifadə edilməsi; 9)zahiri görünüş; 10)quruluş, struktur; 11)ülgü, biçim, şablon, nümunə; 12)riyaziyyatda bütün hədləri eyni dərəcəli olan çoxhədli, formalar nəzəriyyəsi, cəbri həndəsə, ədədlər nəzəriyyəsi, diferensial həndəsə, riyaziyyatın başqa sahələrində və mexanikada işlədilir; 13)tip, quruluş, təşkilat sistemi; struktur; 14)rənginə, biçiminə və başqa əlamətlərinə görə müxtəlif kateqoriyalara mənsub şəxslər üçün vahid paltar tipi; rəsmi paltar, geyim. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Goran
Goran (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində qəsəbə. Goran (Pəmbək) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Goranlı — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd.
Cornu
Cornu (lat. Cornu) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin stylommatophora dəstəsinin helicidae fəsiləsinə aid heyvan cinsi.
Doria
Othonna (lat. Othonna) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Aristotela Adans. Calthoides B.Juss. ex DC. Ceradia Lindl. Doria Thunb.
Forma (predmet)
Forma, bir obyektin çevrəsi və səthi kimi xarici xüsusiyyətlərindən asılı olan ümumi bir tərifdir. Rəng, naxış və maddə kimi xüsusiyyətlər bir cismin formasında həlledici rol oynamır. Psixoloqlar düşünürlər ki, insanlar cisimləri mənalandırarkən onları zehinlərində geon adlanan formalara bölürlər. Konuslar və kürələr bu formaların nümunəsidir.
Força Sindical
Força Sindical (port. Força Sindical) və ya qısaca FS — Braziliyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Qurumun baş qərargahı San-Pauloda yerləşir. == Tarixi == Força Sindical 1991-ci ildə Latın Amerikası Əməkçiləri Birliyinin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirdiyi konqresdə təsis olunub. Həmin konqresdə qitənin aparıcı həmkarlar ittifaqlarının 2 500 nəfərə yaxın lideri və fəalı iştirak edirdi. FS qısa müddətdə ətrafına böyük sayda üzv toplayır. == Fəaliyyəti == Qurumun əhali arasında qazandığı nüfuz onun bütün aktual məsələləri hər zaman gündəmdə saxlaması ilə bağlıdır. İşçilərin bütün yaş qruplarının gündəlik həyatında baş verən sosial məsələlərə böyük diqqət göstərir; baş qaldıran problemlərin həlli istiqamətində bacardığını edir. Son zamanlar təşkilat öz siyasətində hüquqi resursların qorunması sahəsində fəaliyyyətini gücləndirib. Bununla yanaşı, iş yerlərində diskriminasiyanı aradan qaldırmaq məsələsi də təşkilatın gündəmindədir.
Goran (Goranboy)
Goran — Azərbaycan Respublikasının Goranboy rayonunun Boluslu kənd inzibati ərazi dairəsində qəsəbə. == Tarixi == Goran qəsəbəsi və dəmir yolu stansiyası düzənlikdədir. Yaşayış məntəqəsi öz adını dəmir yolu stansiyasından, stansiya isə yaxınlığındakı çaydan almışdır. == Əhalisi == 220 nəfər əhali mövcuddur. Qadınlar üstünlük təşkil edir.
Horan.
Pavel Qoryaninov (rus. Павел Федорович Горянинов 1796[…], Mogilyov – 1865[…], Sankt-Peterburq) — Rus təbiətşünası, botaniki, həkim.
Korea
Koreya yarımadası — Asiyanın şərqində yerləşən yarımada İkinci Dünya müharibəsi başa çatanadək Koreya yarımadası Yaponiyanın müstəmləkəsi olub. 1948-ci ildə ərazidə iki dövlət yaranıb – Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası. == Ölkələr == === Cənubi Koreya === Yarımadanın cənub hissəsində yerləşən Koreya Respublikasının sərhəd qonşuları Çin, Yaponiya və Şimali Koreyadır. Sahəsi 100 032 kvadrat kilometr, əhalisi 50 milyondan çoxdur. Paytaxtı Seul şəhəridir. Koreya Respublikası on altı inzibati dairədən ibarət prezident respublikasıdır. Hakimiyyət həm hüquqi, həm də faktiki baxımdan üç qol arasında - icraedici, məhkəmə və qanunverici hakimiyyətləri - bölünüb. Yerli hakimiyyət orqanları yarımmüstəqildirlər, onların da icraedici və qanunverici funksiyaları var. Yüksək həyat səviyyəsi ilə tanınan ölkələr sırasındadır. Asiyada dördüncü ən böyük iqtisadiyyata malik olan bu ölkə "Böyük 20-lər" (G20) qrupunun üzvüdür.
Goran (Pəmbək)
Goran (Qoqaran) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. == Toponimi == 1918–1919-cu illərdə kəndin azərbaycanlı əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Qoqaran adlandırılmışdır. Goran tayfasının adındandır.Toponim şahsevən türk tayfasından olan goran etnonimi əsasında əmələ gəlmişdir. N.Bəndəliyev goran tayfasını kolanı tayfasından olduğunu göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 26. IV. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Qoqaran qoyulmuşdur.
Goran (Xudabəndə)
Goran (fars. گوران‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 375 nəfər yaşayır (68 ailə).