1. zərf Yavaş-yavaş, ahəstə-ahəstə, ağır-ağır, aramla.
[Qız] hala gəlib, xırda-xırda yataqdan qalxıb yerində oturdu və yemək istədi. ( ).
Qıraq tərəfdəki qazmada balaca şam xırda-xırda yanır, kiçik alov burula-burula qalxırdı.
Basdı qədəmlərini qum üstə xırda-xırda.
2. sif. Kiçik-kiçik, balaca-balaca (çoxluq bildirir). Xırda-xırda ağaclar. Xırda-xırda komalar.
– Çox əziyyət ilə saqqalından xırda-xırda kağız parçalarını qoparırdı.
Gülərüzlü bir qadın tez; Qarşıladı qonaqları; Vardı onun bir-birindən; Xırda-xırda uşaqları.
Mamırlı daşları üzə çıxan çay qolunda, xırda-xırda gölməçələrdə parlaşan qızıl balıqları gördükdə Qoşqar dünyada hər şeyi unudardı.