Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xartum
Xartum (ərəb. الخرطوم‎, Əl-Xartum) — Sudanın paytaxtı və ən böyük şəhəri. Şəhər Ağ Nil və Mavi Nil çaylarının qovuşmasında yerləşir. Əhalisi 2008-ci ilin hesablamalarına görə 639 598 nəfər, şəhərətrafı ilə birlikdə 5 274 321 nəfərdir. Şəhərin əsası 1821-ci ildə Misir hakimi Məhəmməd Əli Paşanın oğlu İbrahim Paşa tərəfindən qoyulmuşdur. Şəhərin arxitekturasında ərəb, şərq xarakteri üstünlük təşkil edir. Şəhərin mərkəzi hissəsi Mavi Nilin vadisi boyunca yerləşir. Burada, çayın sahilində dövlət başçısının iqamətgahı yerləşən Respublika sarayı ilə yanaşı, müxtəlif nazirliklərin və idarələrin binaları yerləşir. Bir qədər aralıda şəhərin ticarət — maliyyə mərkəzi hesab olunan Xartum Siti yerləşir. Mavi Nil üzərindəki müasir körpü vasitəsilə universitet şəhərciyinə, təbiət tarixi və etnoqrafiya muzeyinə getmək mümkündür.
Xortum
Xortum —uzun uzunsov, hərəkətli burun hissəsi. Bəzi sürünənlərdə (yumşaqbədənli tısbağalarda) və məməlilərdə (cücüyeyənlərdə, fillərdə və s.) xortumun uçunda burun dəlikləri olur. Tənəffüs, qoxu və toxunma duyğusu vəzifəsi daşıyır. Xortum fillərdə xüsusilə yaxşı inkişaf etmişdir. Xortum qidanı tutmaq, əşyaları yoxlamaq və saxlamaq üçündür. Fil suyu xortumuna yığır və onu ağzına ötürür. Fillərin xortumu burunun üst dodaqla bitişməsi nəticəsində əmələ gəlmişdir. Onurğasız heyvanlarda bədənin hiss orqanı funksiyasını daşıyan və qida hissəcikləri toplayan xortuma oxşar ən uzun hissəsi xortumcuq adlanır. Xortumcuğun müxtəlif vəzifələri və formaları var. Turbellarlar arasında gövdənin ön tərəfdə yerləşdiyi, ehtimal ki, toxunma orqanı olan bütöv bir ailə var.
Xün Xürtü
«Huun-Huur-Tu» (tıva Хүн Хүртү, translit. Khün Khürtü; rus. Хуун-Хуур-Ту; çin. sadə. 恒哈图, pinyin: Hénghātú; azərb. Xün Xürtü‎) — ənənəvi musiqi ifa edən Tıva musiqi qrupu. Musiqi qrupunun ən fərqləndirici xüsusiyyəti Tıva qırtlaq musiqisindən (xoomey) istifadə etməsidir. Musiqi qrupu adətən iqil, demir-xomus (Tıva ağız qopuzu), doşpuluur, tunqur (şaman bubeni) kimi ənənəvi Tıva musiqi alətlərindən istifadə edir. Buna baxmayaraq, qrup son illərdə gitara kimi qərb musiqi alətlərindən daha çox istifadə etməyə başlamışdır. "Huun-Huur-Tu" qrupunun əsas üslubu folk olsa da, bəzən müasir qərb musiqi alətlərindən, eləcə də elektronik musiqidən istifadə edirlər.
Burzum
Burzum — 1991-ci ildə Norveçdə qurulan blək-metal musiqi qrupu. Hazırda fəaliyyətini elektronik və embient janrlarında davam etdirir. == Haqqında == Varq Vikernes (Qraf Grishnackh) tərəfindən qurulan və hələ də tək fərd proyekti olaraq davam edən Burzum, 1991-ci ildə Bergen, Norveçdə qurulmuş və Norveç black metalının ilk illərində gözə batmağı bacarmışdır. 1992 və 1993 illəri boyunca Burzum dörd albom yayımlamışdır; lakin Vikernes, gitarist Öysteyn "Yuronimus" Orşeti öldürməsi və bir neçə kilsə yandırma hadisəsinə qarışdığı üçün həbs olunmuşdur. Həbsdə iki albom daha yayımlayan Vikernes; bass gitara, gitara və bateriya kimi alətlər olmadığı üçün sintezator istifadə edərək dark ambient tərzində iki albom daha yayımlamışdır. Burzum, black metal tarixində ən əhəmiyyətli qruplardan biri olmuşdur. == Üzvləri == Varq Vikernes – Bergen şəhərində anadan olub. 1991-ci ildə qurduğu fərdi musiqi proyekti Burzum, erkən Norveç black metal səhnəsində sürətlə yüksəlişə keçdi. 1992-ci ildə Mayhemə qoşulan Vikernes, Count Grishnackh olaraq tanınmağa başladı. Bu vaxt ərzində musiqiçi, paqanizm ilə yaxınlaşdı və German neopaqanizmi ilə əlaqədar yazılar nəşr etdirdi.
Curium
Kürium (Cm, Curium) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 96-cı element. Element 1944-cü ildə Siborqun rəhbərlik etdiyi amerika fizikləri qrupu tərəfindən plutoniumu helium nüvələri ilə bombardman edərkən alınmışdır. Onu Per və Mariya Kürinin şərəfinə Kürium adlandırdılar. Alimlər yeni elementə ad fikirləşərkən güman ki, bu analogiyanı da nəzərdə tutublar. Elementin simvolunda (Cm) birinci hərf Kürinin soy adını, ikinci Mariyanın adını ifadə edir (və elementin latınca adının Curium son hərfini).
Xurcun
Xurcun - Bu məişət əşyası əsasən müxtəlif rəngli yun ipdən (bəzən iplikdən) xalça texnikası ilə toxunur, qotazlarla bəzədilir. İki gözdən və şol hissədən ibarət olur. Ağız hissəsinə gözək salınır, gözəyin içərisindən keçən qotazlı bağ dartılarkən xurcunun ağzı bağlanır. Xurcun müxtəlif olçüdə olur. Əsasən kənd təsərrüfatı məhsulları və sair daşımaq üçün istifadə olunur. Qədim dövrlərdən qonşu Şərq və Qafqaz xalqlarının, o cümlədən azərbaycanlıların məişətində mühüm yer tutmuşdur.
Xurmuc
Xurmuc— İranın Buşehr ostanının şəhərlərindən və Dəşti şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 31,667 nəfər və 6,966 ailədən ibarət idi.
Xurzuk
Xurzuk (Qaraç-balk:Хурзук эл(ь)) — Qaraçay-Çərkəz Respublikasıda Qaraçayevsk rayonunda kənd. Kəndin yaxınlığında XIV əsrə aid "Mamiya qala" döyüş qalası yerləşir.
Xurşud
Xurşud — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Xurşud Salyan rayonunun Arbatan inzibati ərazi vahidində kənd. Salyan düzündədir. XIX əsrdə balıq vətəgəsinin adı olub. Vətəgənin adı Xurşud Şəxs adı ilə bağlıdır. Yaşayış məntəqəsinin ilk sakinləri Cənubi Azərbaycandan gəlib balıq vətəgəsində muzdla işləyən ailələr olmuşdur. Kənddə Xurşud kənd məscidi dini icması fəaliyyət göstərir.
Xustup
Xustup — Qafan rayonu ərazisində yerləşən zirvə. Kiçik Qafqaz dağlarının Zəngəzur silsiləsində yerləşir. Hündürlüyü 3206 metrdir. Zəngəzurun Türk-Azərbaycan mənşəli toponimiyasında diqqəti çəkən coğrafi adlardan biri də Xustup dağıdır. Bu dağ Qafan/Qapan rayonunun Naxçıvanla həmsərhəd olduğu ərazisidir. "Oğuz təpə"si mənasını ifadə edən bu söz müəyyən morfoloji dəyişikliyə uğrayaraq Xustup şəklinə düşüb. Bunu da əlavə edək ki, lap qədim zamanlardan oğuzlarda dağ, təpə, hündür yerə tapınma olub. Təpəciklərə, təpə qəbirlərə "Oğuz kurqanı", "Oğuz təpəsi" deyilib. Bir çox əski türkdilli xalqlarda dağ, təpə ən böyük inamlardan biri olub. Hətta böyük dağları, təpələri bu və ya digər türkdilli xalq əcdad kimi qəbul edib.
Murtu
Murtu — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (İndi Ermənistanın İcevan rayonunda) kənd adı. XIX əsrdə Yelizavetpol qəzasında Mürut, İndi Ağsu rayonunda Murtı kənd adları ilə mənşəcə eynidir. XIX əsrin II yarısında Mil- Qarabağ düzlərində yaşamış Təklə tayfasının Murtulu qolunun adı ilə eynidir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur.
Urjum
Urjum — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Qurum
Təşkilat (yun. ὄργανον alət) — konkret şəxsin rəhbərliyi altında konkret vəzifəni həyata keçirən və birgə fəaliyyət göstərən insanlar qrupu. Bu resursların məqsədli birliyidir. Təşkilat daxilində insan özü aktiv resurs rolunu oynayır. Təşkilat daha böyük təşkilatın daxilində fəaliyyət göstərərsə təşkilatın özü resurs rolunu oynayır. Təşkilatın mütləq məqsədi və fəaliyyət planı olmalıdır.
Geracium aureum
Crepis aurea (lat. Crepis aurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === == Yarımnövləri == Crepis aurea subsp. aurea Crepis aurea subsp. glabrescens (Caruel) Arcang. Crepis aurea subsp.
Geum hirtum
Şəhər çınqılotu (lat. Geum urbanum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü. == Sinonimləri == Caryophyllata officinalis Moench Caryophyllata urbana (L.) Scop. Caryophyllata vulgaris Lam. Geum caryophyllata Gilib. Geum hederifolium C.C.Gmel. Geum hirtum Wahlb. Geum hyrcanum C.A.Mey. Geum ibericum Besser ex Boiss. Geum klettianum Peterm.
Hieracioides aureum
Hieracium aureum
Hieracium aureum (lat. Hieracium aureum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qırğıotu cinsinə aid bitki növü.
Huttum acutangulum
Barringtonia acutangula (lat. Barringtonia acutangula) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin lecythidaceae fəsiləsinin barrinqtoniya cinsinə aid bitki növü. == Arealı == Əfqanıstandan Avstraliyaya qədər yayılmışdır.
Kuzinellus sursum
Kuzinellus sursum (lat. Kuzinellus sursum) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kuzinellus cinsinə aid heyvan növü.
Murtuz (roman)
Murtuz — Orxan Kamalın 1952-ci ildə nəşr olunan məşhur romanı. Türk ədəbiyyatının önəmli əsərlərindən olan roman yazıldığı gündən bəri dəfələrlə kino və tamaşalara mövzu olan Gözətçi Murtuz obrazından qara yumorla yüklənmiş bir dillə bəhs edir. Hadisələr 1941–1947-ci illər arasında Adananın kasıb fəhlə məhəlləsində baş verir. Roman, ixtiyar və həqiqət anlayışı arasında ilişib qalan, öz doğruluğuna güzəştə getməməyə çalışdıqca daha həll olunmaz vəziyyətlərə düşən, bu arada insanlara deməkdən uzaqlaşan və müdafiə edən bir fərdin başına gələnlərin kədərli komediyasıdır. Murtuz ilk dəfə 1952-ci ildə "Vətən" qəzetində felyetona çevrilib. Bu, Orxan Kamalın seriallaşdırılmış ilk romanıdır. Əsər elə həmin il Varlık Nəşriyyatı tərəfindən 180 səhifəlik kitab olaraq nəşr edilmiş və böyük diqqət çəkmişdir. İkinci nəşri 1957-ci ildə Varlık Nəşrləri, üçüncü nəşri isə 1964-cü ildə Cem Nəşrləri tərəfindən nəşr edilmişdir. Orxan Kamal 180 səhifəlik kitabın roman deyil, ancaq "böyük hekayə" kimi qəbul edilə biləcəyini düşünürdü. Ona görə də əsərin birinci və üçüncü hissələrini genişləndirdi.
Murtuz Abbasov
Murtuz Carçıyev
Murtuz Carçıyev — Sosialist Əməyi Qəhrəmanı. Carçıyev Murtuz Zeynal oğlu 1910-cu ildə Çaylı kəndində anadan olmuşdur. 1935-ci ildə kolxozda təsrrüfat briqadiri, ilk komsomol təşkilatının katibi olmuşdur. 1938-39-cu illərdə Qazax rayon partiya komitəsinin birinci katibi işləmişdir.Böyük Vətən müharibəsi zamanı cəbhəyə yollanan Murtuz Carçıyev 1942-45-ci illərdən sonra əmək fəaliyyətinə qayıtmışdır.1952-ci ildə yağ-pendir zavodunun direktoru, 1958-ci ildə kənd təsərrüfatı idarəsinin rəisi vəzifələrində çalışmışdır. İşlədiyi dövrlərdə “ Sosialist Əməyi Qəhrəmanı”, “Lenin Ordeni” , “ Kənd təsərrüfatı əlaçısı” kimi fəxri mükafatlalarla mükafatlandırılmışdır. Murtuz Carçıyev Zeynal oğlu 1985-ci ildə oktyabr ayında vəfat etmişdir.
Murtuz Muxtarov
Murtuza Muxtarov (1855, Əmircan, Bakı qəzası – aprel 1920, Səadət Sarayı, Bakı) — multi-milyonçu, neft sahibkarı, messenat. Bakı real məktəbinin, Temirxan-Şuranın qadın gimnaziyasının hamisi; Şimali Qafqaz xalqları arasında savadın və texniki biliklərin yayılması cəmiyyətinin, həmçinin Peterburq müsəlman xeyriyyə cəmiyyətinin fəxri üzvü; Ali və orta ixtisas məktəblərinin tələbələri üçün 40 təqaüdün təsisçisi. Murtuza Muxtarov 1857-ci ildə Bakının Əmircan kəndində arabaçı ailəsində anadan olmuşdur. O, təkcə ibtidai mollaxanada təhsil almışdır. Uşaqlıqdan qardaşı Bala Əhmədlə birgə araba karvanı ilə müxtəlif yüklər, habelə Bakıdan Tiflisə xam neft daşıyırdı. Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyevdən sonra milli Azərbəycan burjuaziyasının və neft sənayesinin görkəmli nümayəndəsi Murtuza Muxtarovdur. Muxtarovun adı daha çox Bakıda neft çıxarılma texnologiyasının inkişafı ilə bağlıdır. Ali texniki təhsili olmasa da, neft maqnatları içərisində neft yataqlarının sirrini və qazma işlərini onun kimi dərindən bilən ikinci bir sahibkar çətin ki tapılardı. Murtuza Muxtarov 1874-cü ildə arabasını sataraq Balaxanı Zabrat kəndləri ətrafında salınan qazma kontorunda fəhləliyə başlayır. O, tezliklə buruq ustası olur.
Murtuz Quliyev
Murtuz Quliyev (tam adı: Murtuz Heydər oğlu Quliyev) — Azərbaycan general-mayoru, Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputat. Murtuz Heydər oğlu Quliyev 1920-ci il fevralın 6-da Ağdam rayonunun Gülablı kəndində anadan olmuşdur. O, orta təhsildən sonra 1937-ci ildə Xarkov Hərbi Rabitə Məktəbinə daxil olmuşdur. Həmin Məktəbi bitirəndən sonra 1939-cu ilin dekabrında 9-cu Ordunun Əlahiddə Tank Taborunda rabitə rəisi vəzifəsinə təyin edilmişdir. Murtuz Quliyev Hərbi Məktəbi bitirəndən sonra 9-cu Ordunun Əlahiddə Tank Taborunda rabitə rəisi vəzifəsində işləyidi dövrdə 1939–40-cı illərdə Sovet-Fin müharibəsində ilk dəfə real döyüşlərdə iştirak etmişdir. İxtisaslı hərbçi leytenant olan M. Quliyev 1941–45-ci illər Böyük Vətən Müharibəsi başlananda 18-ci Tank Diviziyasının 2-ci taborunun (batalyonunun) İdarəetmə bölüyünün komandiri kimi müharibədə iştirak etmiş, sonra xidmətini Qərb cəbhəsində tank taborunun rabitə rəisi vəzifəsində davam etdirmişdi. Sovet Ordusunda verilən xasiyyətnaməyə əsasən onun rəhbərliyi altında rabitə bölmələrinin Döyüş şəraitində rolu xeyli artırmış, müharibənin əvvəllindən etibarən sərəncamında olan rabitə vasitələrinin döyüş vəziyyətində etibarlı və səmərəli idarə edilməsi təmin olunmuşdur. Belə ki, qeyd olunan vasitələrin sayı məhdud, istehsal texnologiyası isə düşmənin istifadə etdiyi texnika ilə müqayisədə, mənəvi köhnəlməyə məruz qalmışdır. Misal üçün, radio cihazlarının məftilləri qırılanda qoşunları effektiv yönəltmək mümkün olmurmuş. Bu şəraitdə rabitə rəisi MQuliyev yüksək peşəkarlıqla yanaşı, fövqəladə sücaət nümayiş etdirmiş, qoşnların idarə edilməsini bərpa etmişdir.
Murtuz Talıbzadə
Murtuza Heydər oğlu Talıbzadə (15 yanvar 1902, Qazax – 5 yanvar 1938, Bakı) — Polkovnik. Talıbzadə Murtuz 15 yanvar 1902-ci ildə Bakı şəhərində molla (ruhani) ailəsində dünyaya göz açmışdır. On beş yaşındaikən valideynsiz qalmışdır. 1915-ci ildə rus-tatar məktəbini bitirmişdir. Anası 1912-ci ildə vəfat edir. 1917-ci ildə ailəyə daha bir ağır itki üz verir, atası Heydər vəfat edir. Bundan sonra Murtuzanın himayəsində 12 yaşlı bacısı və 10 yaşlı qardaşı qalır. O, ailədəki vəziyyətilə əlaqədar ali ibtidai peşə məktəbində təhsilini ikinci sinifdən dayandırmağa məcbur olur. 1918-ci illərin ortalarına qədər kuryer vəzifəsində çalışmış, 1918-ci illərin sonundan isə Bakıda dəyirmanda işləyirdi. Azərbaycanın Sovetləşməsinin ilk günlərində könüllü kimi Fəhlə-Kəndli Qırmızı Ordusunun (P.K.K.A) sıralarına yazılmaqla bərabər Komandanlıq məktəbinə də qəbul edilir.
Murtuz qala
Murtuz qala — Balakən rayonunun Mahamalar kəndi ərazisində XVIII-XIX əsrə aid tarixi abidə. El arasında “Murtuz qala” adlandırılan tarixi abidə Balakən rayonunun Mahamalar kəndi ərazisindədir. Balakən çayın sağ sahilində, çox hündür olmayan sərt süxurlu qaya üzərində tikilən qala-ev hündür qala divarları ilə əhatə olunmuşdur. Ətraf ərazidən hündür olması ilə seçilən bu yer strateji cəhətdən çox əlverişli mövqeyə malikdir. Mühasirə zamanı bu qalada uzun müddət qorunmaq mümkün idi. “Murtuz qala”nın əhəmiyyətini daha aydın təsəvvür etmək üçün, qalanın sahibi və onun tikildiyi dövrlə bağlı qısa tarixi icmala ehtiyac vardır. XIX yüzilliyin ortalarında Qafqazda uzun müddət (əsrin 20-60-cı illərində) rus işğalçılarına qarşı müqavimət göstərmiş müsəlman əhalisinə təzyiq daha da artırılmışdır, bu isə yeni həyəcanlara və üsyanlara səbəb olmuşdu. Rusiya hakim dairələrinin Qafqaz əhalisini zorla xristianlaşdırma siyasəti vəziyyəti xeyli gərginləşdirmişdi. Azərbaycanın şimal-qərb bölgəsində mübariz insanlar silahlı dəstələr yaradır və çar məmurlarına qarşı uğurlu döyüşlər aparırdılar. Zorla xristianlaşdırmaya məruz qalmış insanlar yenidən islama qayıdırdılar.
Kürium
Kürium (Cm, Curium) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 96-cı element. Element 1944-cü ildə Siborqun rəhbərlik etdiyi amerika fizikləri qrupu tərəfindən plutoniumu helium nüvələri ilə bombardman edərkən alınmışdır. Onu Per və Mariya Kürinin şərəfinə Kürium adlandırdılar. Alimlər yeni elementə ad fikirləşərkən güman ki, bu analogiyanı da nəzərdə tutublar. Elementin simvolunda (Cm) birinci hərf Kürinin soy adını, ikinci Mariyanın adını ifadə edir (və elementin latınca adının Curium son hərfini).
Kürtün
Kürtün Gümüşxanə ilinin bir ilçesidir. Mərkəz ilçe əhalisi 3000-dən. Əhalisi köyleriyle birlikdə 12.500 adamdır. 1991-ci ildə ilçe olmuşdur. Xalqının əhəmiyyətli bir hissəsini Türkmen, Çepniler meydana gətirər.
Sürtük
Sürtük — Azərbaycan dilində şəxslərə qarşı istifadə edilən alçaldıcı ifadə, slenq. Bu ifadə azərbaycancada əsasən qadınlara qarşı cinsi mənada istifadə olunur. Bununla yanaşı, "sırtıq", "həyasız" və "abırsız" kimi mənaları da ifadə edir. Kişilər üçün "kişi qəhbəsi" ifadəsindən də istifadə olunur. Qadınlara qarşı təhqir olaraq istifadə olunan ifadədən çox vaxt onların cəmiyyətdə alçaldılmaları, pis hiss etmələri və peşmançılıq hissi keçirmələri üçün istifadə olunur. İfadə türk dilində də eyni mənaya gəlir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gəzi parkı etirazları zamanı bu ifadədən şəxslərə qarşı istifadə etmişdir. Hüquqçu, təqaüdçü məhkəmə hakimi və Türkiyə Hakimlər Birliyinin İdarə Heyətinin keçmiş üzvü İbrahim Fikri Talman bunun açıq-aşkar təhqir olduğunu bildirmiş və qeyd etmişdir ki, o, hətta bu ifadəyə görə məhkəməyə belə verilə və buna görə qadınlar tərəfindən ona qarşı təzminat işi də açıla bilər. İngilis dilində qarşılığı "slut" olan bu ifadə həmin dildə də eyni mənalarda istifadə olunur.
Kütüm
Kütüm və ya Ziyad balığı (lat. Rutilus frisii kutum) — Xəzər dənizində, duzsuz və az duzlu suda yaşayan balıqdır. Azərbaycanın və İranın Xəzər sahillərində tutulur. Balığın əti və kürüsü delikates hesab olunur. Azərbaycanda kütümdən Kütüm küküsü və Kütüm ləvəngisi hazırlanır. Sümüklü balıqdır. == Yayılması == Xəzərin cənubi-qərbində yaşayan əhalinin ən sevimli balığı olan kütüm yalnız Xəzər dənizində yayılmışdır. Ətindən təzə, hisə verilmiş və duzlanaraq qurudulmuş halda istifadə olunur. Kütümün Xəzər dənizi Xəzərdə arealı Terek çayından başlamış Qorqan körfəzinə qədər olan ərazini əhatə edir. İl ərzində Orta və Cənubi Xəzərin qərb sahili boyu 9–24 m dərinliklər kütümün ən çox yayıldığı zonalardır.
Mirzə Xürrəm
Mirzə Xürrəm (?-1825) — XVIII əsr Azərbaycan şairi. Mirzə Xürrəm Qaradağ vilayətinin Kürdəşt kəndində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Bir çox ünlü alimlərdən tibb elmini öyrənmişdi. Məhəmmədkazım xan Qaradağlının özəl həkimi və qohumu idi. Kazım xanın düşmənlərindənn biri yataqda ağır xəstə yatırdı. Ustünə gələn təbiblər dərdinin dərmanını tapa bilmirdilər. Əli yerdən, göydən üzüləndən sonra Kazım xana ismarış göndərib xahiş edir ki bəs Mirzə Xürrəmə icazə ver, məni sağaltsın. Ayağa durub xəcalətindən çıxaram. Kazım xan xəstəyə ağu verib öldürmək şərtiylə Mirzə Xürrəmə getmək izni verir.