Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Krasnı Xutar
Şıxlı (əvvəlki adı: Krasnı Xutor) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xaçmaz rayonunun Uzunoba kənd inzibati ərazi dairəsi tərkibindəki Krasnı Xutor kəndi Şıxlı kəndi adlandırılmışdır.
Xudkar Məhəllə (Talış)
Xudkar (fars. خودكارمحله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 103 nəfər yaşayır (21 ailə).
Xunkar-Paşa İsrapilov
Xunkar-Paşa Germanoviç İsrapilov (digər adları Xunkar, Xunkarpaşa, Xunker, Xunkerpaşa) (rus. Хункар-Паша Германович Исрапилов, 13 noyabr 1967, Alleroy – 1 fevral 2000, Qroznı) — Tanınmamış Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrində yüksək vəzifələr tutmuş, 1990-2000-ci illərdə Çeçen münaqişəsinin fəal iştirakçısı, 1995-ci ildəki Qızılyar teraktının əsas liderlərindən biri. Çeçen İçkeriya Respublikasının səhra komandiri. Şamil Basayevin yaxın tərəfdarlarından biri. 13 noyabr 1967-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Kurçaloyevski rayonunun Alleroy kəndində anadan olub. Orconikidze Piyada Məktəbini bitirib. 1984-1986-cı illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunları sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 1992-1993-cü illərdə Qafqaz Xalqları Konfederasiyasının tərkibində Abxaziyadakı hərbi əməliyyatlarda, həmçinin Azərbaycanın tərəfində Qarabağ müharibəsində iştirak etmişdir. 1992-ci ilin noyabrında İsrapilov Abxaziyaya müstəqilliyini özü elan etmiş respublikanın tərəfində hərbi əməliyyatlarda iştirak etmək üçün gəldi. İlk Şromskaya əməliyyatında iştirak etdi, burada özünü qəddar və cəsarətli bir döyüşçü olduğunu sübut etdi.
Qutlar
Qutlar və ya qotlandlılar (isv. Guta, Gutar) — e.ə. II əsrdən I və II minilliyin sonlarına qədər Baltik dənizindəki Qotland adasında məskunlaşmış qədim german tayfası. Qutlar qədim qutniş dilində danışırdılar, lakin bu dil XVII–XVIII əsrlərdə İsveç dilinə assimilyasiya olunmuşdur. Qutlar haqqında məlumat "Qutasaqa"da yazılmışdır. Qutlara çox vaxt qotlar deyilirdi. Qotlandın əhalisinə istinad etmək üçün istifadə edilən "qut" etnonimi ilə qədim İslandiya dilinin şərq və qərb dialektlərində qot etnonimi eyni səslənir. Bütün german tayfaları arasında bu etnonim yalnız qotlara və qutlara aiddir.
Tuzkar
Tuzkar — Əfqanıstanda şəhər.
Xaçkar
Xaçkar – Erməni mədəniyyətinin ayrılmaz hissələrindən biri olan xaçkarlar vəfat etmiş adamların xatirəsinə ucaldılırdı. Ermənilərin tarixən bir millət kimi formalaşmalarında və varlıqlarını qorumalarında kilsə mühüm rol oynadığından erməni mədəniyyətində xaçqarların ağırlığı hiss edilməkdədir. Xaçkarların tarixi bədii inkişaf xüsusiyyətlərini araşdıran mütəxəssislərin gəldikləri qənaətə görə xaçkarların tarixi inkişaf prosesini üç qrupda cəmləşdirmək mümkündür. Bu dövrə aid edilən xaçkarlar əsasən sadə tərtibatlı və o qədər də böyük ölçüyə malik deyil. Qeyd etmək lazımdır ki, əksər erməni alimləri erkən dövr xaçkarlara Alban xaç daşlarını da qatmaqla xaçkarların tarixini daha qədimə aparmaq istəmişlər. Belə ki, Ermənistanda erkən dövr xaçkarların yaradılmasına başlanılarkən, artıq xristianlığı ermənilərdən 227 il əvvəl qəbul etmiş albanlarda formalaşmış və alban fəlsəfi-mifik dünyagörüşünü əks etdirən xaçdaş qoyma ənənəsi var idi. Lakin əksər erməni alimləri Alban mədəniyyətini məhv etmək üçün Alban xaç daşlarını da erkən dövr xaçkarları kimi təqdim etməyə çalışmışlar. Buna qarşılıq olaraq tanınmış ingilis alimi A. Van yazır: "Qafqaz albanlarının qədimdən riayət etdikləri və hələ o zamanlar mərhumun xatirəsini yad etmək kimi saxlanmış adətə görə ucaldılan adsız qəbir daşları – xaç daşları vardı". (A. Van – Geaner the rites of passage) Qafqaz Albaniyasında ilk dövrlərdə, yəni apostolluq dövründə xristianlığın qəbulu Ermənistan və İberiyadan daha uğurlu olmuşdur. Bunu yazılı mənbələr (Moisey Kalankatlı, Moisey Xorenli, Koryun və s.) və o dövrün gerçəkliklərinin öyrənilməsi də sübut edir (F. Məmmədova, Alban katolikosluğu və Alban Arşakiləri.
Xullar
Xullar (lat. Gobiidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinə aid heyvan fəsiləsi. Bunların əsas xüsusiyyəti qarın üzgəclərinin yaxınlaşması və hətta sorucu disk əmələ gətirərək qovuşmasıdır. Bu suyun güclü hərəkəti zamanı balığa bir yerdə durmağa imkan verir.Birinci bel üzgəci adətən kiçik olur,şaxələnməyən şüalardan ibarətdir. Xırda balıqlardır.İri növlərin maksimal ölçüsü 300-350,kiçik növlərin ölçüsü isə 50 mm-ə çatır. Dünya okeanında aşkar edilmiş 1800 növ xulkimilər 200 cinsə aiddir. Xəzər dənizində indiyə qədər qeydə alınmış 36 növ və yarımnövdən 28-i endemik hesab edilir. Sistematik baxımdan onlar dünya okeanının az öyrənilmiş balıqları sayılır. Bu səbəbdən hər il yeni növlər aşkar edilir, ya da əksinə, əvvəllər təsvir edilmiş formalar birləşdirilir. Bu hər şeydən əvvəl həmin fəsilənin sistematikasında istifadə edilən zahiri əlamətlərin böyük dəyişkənliyi və ayırd edilməsinin çətinliyi ilə bağlıdır.
Xuzdar
Xuzdar — Pakistanın Bəlucistan əyalətində şəhər. Şəhər Pakistanın ən böyük 45-ci şəhəridir. 1952-ci ilin oktyabr ayından 1955-ci ilədək Bəlucistan Ştatının paytaxtı, 1955-ci ildə isə Bəlucistanın inzibati mərkəzi olub. Brahui dilinin ən çox yayıldığı şəhərdir.
Yutlar
Yutlar — Eramızın əvvəllərində, sonralar onların şərəfinə adlandırılmış Yutlandiya (Latın dilində: Cimbria, Iutia, Iutlandia) yarımadasında məskunlaşmış qədim alman tayfası..b' Eramızın V əsrində Yutlandiya yarımadası danlar tərəfindən işğal edildikdən sonra yutların bir hissəsi qədim Danimarka xalqları ilə qaynayıb qarışdılar, bir hissəsi anqlar və frizlərlə birlikdə Britaniyaya köç etdilər və Kentdə, Xempşirin cənubunda və Vayt adasında məskunlaşdılar. Yutlar IX əsrdə xristianlığı qəbul etmişlər. Yutlar qədim ingilis dilinə də böyük töhfələr vermişlər, onlar ingilis dilinin kent dialektində danışırlar. Шор Т. У. Глава IV. Юты, готы и норманны // Происхождение англо-саксонской расы = Origin of the Anglo-Saxon Race: A Study of the Settlement of England and the Tribal Origin of the Old English People. — Лондон, 1906. — С. 49–65. Юты // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
Sutka
Gün və ya sutka – zaman ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Kütburun xullar
Kütburun xulları (lat. Proterorhinus) — Xulkimilər fəsiləsinə daxil olan cins. Cins nümayəndələrinin xarakterik xüsusiyyətləri yuxarı dodaq üzərində asılı uzun anten şəklində olan bığcıqdır. == Növləri == Mərmər xul (Proterorhinus marmoratus) — Qara dənizin duzlu sularında yaşayır. Proterorhinus nasalis — Xəzər dənizinin cənubunda yayılmışdır. Proterorhinus semilunaris — Qara dənizin qərb hissəsinə tökülən çaylarda yaşayır. Proterorhinus semipellucidus. Xəzər dənizinin hövzəsinə aid şirin sularda yayılmışdır. Proterorhinus tataricus — Krımın Çornaya çayında yayılmışdır. == İstinadlar == == Xarici keçidlər == Stepien C. A., Tumeo M. A. (2006) Invasion genetics of Ponto-Caspian gobies in the Great Lakes: a "cryptic" species, absence of founder effects, and comparative risk analysis.
Muktar Diakabi
Muktar Diakabi (19 dekabr 1996-cı ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Olimpik Lion klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Diakabi öz milli karyerasına Fransanın gənclərdən ibarət millilərindən olan Fransa U-19 millisində başlamışdır. Diakabi öz peşəkar karyerasında debütünü Lion klubu ilə Liqa 1-də 10 sentyabr 2016-cı ildə Bordo klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Diakabi 90 dəqiqə meydanda olmuş və komandası evdə 3-1 hesabı ilə məğlub olmuşdur. Diakabi ilk qolunu Nant klubuna qarşı oyunda vurmuşdur. Həmin görüşdə Lion səfərdə Nanta 6-0 hesabı ilə qalib gəlmişdir. Diakabi Fransada anadan olmuşdur. Valideynləri isə Qvineya vətəndaşlarıdır. Diakabi hal-hazırda Fransanın U-20 gənclər yığmasında çıxış edir. 16 Mart 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir.
Nutkan sərvpəri
Callitropsis nootkatensis (lat. Callitropsis nootkatensis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin callitropsis cinsinə aid bitki növü. Təbii halda Şimali Amerikada yayılmışdır. Krımda və Qafqazın Qara dəniz sahillərində təsadüf edilir. Boyu 40 m olan, konusvarı çətirə malik, ensiz-piramida formalı, şaxələnmiş qamətli ağacdır. Gövdəsinin qabığı qalın, bəzən nazik, dərin və ya zəif yarıqlı, əsasən qırmızı-qonur, bəzən qonur, uzun qatlarla açılır. Zoğları bir sahədə inkişaf etmiş, hamar, çox vaxt uzun, sallaqdır. İynəyarpaqları qabıqşəkilli, xaçşəkilli, zoğlara möhkəm yapışmış, kənarları bütöv və ya dişli, qabarıq, vəziciklidir. Yayda iynəyarpaqların rəngi yaşıl, mavi, qızılı, qızılı-alabəzək və gümüşü-alabəzək olur. Payızda iynəyarpaqların rəngi dəyişmir.
Onat Kutlar
Onat Kutlar (25 yanvar 1936, Alanya, Antalya ili – 11 yanvar 1995, İstanbul) — türkiyəli şair, yazıçı, düşüncə adamı. 1959-cu ildə nəşr olunan " İshak" ilə 1960-cı ildə Türk Dil Qurumu mükafatını qazandı. Fetih Naciye görə İshak dünya ədəbiyyatında sehrli gerçəklik axınının ilk nümayəndələrindən biri olaraq dəyərləndirilməlidir. İstanbul Universitetində Hüquq fakültəsini sonuncu imtahana girməyərək təhsilini yarımçıq qoydu və fəlsəfə təhsili almaq üçün Parisə getdi. Iki il sonra geri qayıtdı və "Doğan Kardeş" dərgisində işləməyə başladı. 1965-ci ildə Türk Sinamatek Dərnəyini və "Yeni Sinema" dərgisini yaratdı. 1965–1976-cı illərdə Türkiyəyə dünya kinosunun qapılarını açan Türk Sinamatek Dərnəyini idarə etdi. 1985-ci ildə Berlin Film Festivalında münsif oldu. 1994-cü ildə Fransa hökumətinin verdiyi "L'Ordre des Arts et des Lettres" mükafatına layiq görüldü. 30 dekabr 1994-cü ildə Mərmərə hotelində edilən bombalı hücum zamanı ağır yaralandı.
Qamçılı xullar
Qamçılı xullar (lat. Mesogobius) — Xulkimilər fəsiləsinə daxil olan cins. Cinsə daxil olan balıqlar əsasən Qara dəniz və Xəzər dənizlərində yayılmışdır. Cinsə aşağıdakı növlər daxildir: Mesogobius batrachocephalus (Pallas, 1814) Mesogobius nigronotatus (Kessler, 1877) (?
Riştə Xoşkar
Riştə Xoşkar (fars. رشته‌خشکار‎)‏ — Gilan ostanında hazırlanan ‎‏Ramazan ayına aid şirniyyat və desert.
Xubyar (Çaroymaq)
Xubyar (fars. خوبيار‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 24 nəfər yaşayır (4 ailə).
Xuzdar rayonu
Xuzdar rayonu — Pakistanın Bəlucistan əyalətində rayon. İnzibati-mərkəzi Xuzdar şəhəridir. Əsası 1974-cü ildə qoyulub.
Krasnı Xutor
Şıxlı (əvvəlki adı: Krasnı Xutor) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xaçmaz rayonunun Uzunoba kənd inzibati ərazi dairəsi tərkibindəki Krasnı Xutor kəndi Şıxlı kəndi adlandırılmışdır.
Uttar-Pradeş
Uttar-Pradeş ([hind. उत्तर प्रदेश; urdu. اتر پردیش) — Hindistanın əhalisinə görə ən böyük ştatıdır. Ərazisi 238.566 kvadrat kilometr, əhalisi isə 200 milyona yaxındır. Mərkəzi Lakhnau şəhəridir. Ən böyük şəhəri Kanpurdur. Ştatın adı hind dilindən tərcümədə "Şimal torpağı mənasını verir.
Uttar Pradeş
Uttar-Pradeş ([hind. उत्तर प्रदेश; urdu. اتر پردیش) — Hindistanın əhalisinə görə ən böyük ştatıdır. Ərazisi 238.566 kvadrat kilometr, əhalisi isə 200 milyona yaxındır. Mərkəzi Lakhnau şəhəridir. Ən böyük şəhəri Kanpurdur. Ştatın adı hind dilindən tərcümədə "Şimal torpağı mənasını verir.
Zukar adası
Zukar adası (ərəb. جزيرة زقر‎) — Qırmızı dəniz suları ilə əhatələnən ada. Haniş arxipelaqının ən iri adasıdır. Yəmənə məxsus olan ada Babül-Məndəb boğazında yerləşir. Afrika sahillərinə yaxın olmasına baxmayaraq Asiya qitəsinə aid edilir. Adanın sahəsi 100 km²-dir (digər mənbələrdə 120 km².). Zukarında daxil olduğu Haşim adaları Eritreya ilə Yəmən arasında ərazi mübahisəsinə səbəb olmuşdur. 1995-ci ildə Eriteriya adaları qaytarmağa cəhd göstərmişdir. Bu hadisə Haşım adaları böhranına səbəb olur. Beynəlxalq məhkəməyə çıxarılan məsələyə Abdul-Kərim Aleryani (Dr.
Nadejda (xutor)
Karpenko-Karı "Nadejda Xutoru" Dövlət Muzey-Qoruğu (ukr. Державний заповідник-музей Івана Карпенка-Карого (Тобілевича) „Хутір Надія“) — Ukraynada XIX əsrin sonu – XX əsrin əvvəllərində dramaturq və teatr aktyoru İvan Karpenko-Kariyə məxsus mülkün ərazisində yaradılmış milli tarixi muzey. Kompleks Kropivnitskidən (keçmiş Kirovoqrad) 29 kilometr (18 mil) qərbdə, Nikolayevka kəndində, E50 əsas Avropa yolundan uzaqda yerləşir. Mülk 1871-ci ildə dramaturq və teatr aktyoru İvan Karpenko-Karinin atası Karpo Tobileviç tərəfindən qurulmuş və həyat yoldaşı Nadejda Tarkovskanın adını daşıyır. Daha sonra Karpenko-Kari daimi yaşayış yeri olaraq bu mülkü seçmişdir. Tobileviç ailəsi ilk növbədə bu mülkü təvazökar bir şəxsi təsərrüfat kimi saxlamışdır. O vaxtdan "Ata daxması" və köhnə Çumaş quyusu qorunub saxlanılmışdır. 1887-ci ilin yazında üç illik siyasi sürgündən qayıtdıqdan sonra İvan Karpenko-Kari xutorda məskunlaşmışdır. Tobileviç 18 pyesdən 11-ni "Nadejda Xutoru"nda yazmışdır. Bunlara "Sto tısiyaç" ("Yüz min"), "Hazyain" ("Usta"), "Sava Çalı" tarixi dramı, "Qandzya" və s.
Xumar (qala)
Xumar və ya Xumarinskoye qorodişe (rusca:Хумаринское городище) — dövrümüzə yalnız xarabalıqları gəlib çatmış orta əsrlər qalası. Qala Kalez dağının zirvəsində, Böyük Qafqazdakı Kuban çayının yuxarısında yerləşir. Qalanın yaxınlığında Xumara kəndi yerləşir. Qala inzibati baxımdan Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının Qaraçay rayonu ərazisinə aiddir. Qalanın qalıqları 1960–1962-ci illərdə V.A. Kuznetsov tərəfindən araşdırılmışdır. Araşdırılma zamanı runik əlyazmaları aşkar edilmişdir. Lakin bu ekspedisiya zamanı qazıntılar aparılmamışdır. 1963–1964-cü illərdə həyata keçirilmiş arxeologi qazıntılar zamanı isə artıq qazıntılar aparılmışdır. Bu ekspedisiya Qaraçay-çərkəz Respublikasının araşdırma inistitutunun əməkdaşı E.P. Alekseyeva tərəfindən həyata keçirilmişdir. O, üzə çıxarmışdır ki, orta əsrlərə aid qatların altında eradan əvvəl 8–6-cı əsrlərə aid qatlar yatmaqdadır.
Xumar Bağı
Xumar Bağı (fars. خمارباغي‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin Vəfs dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 258 ailədə 431 nəfəri kişilər və 458 nəfəri qadınlar olmaqla cəmi 889 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Şükar
Şükar kəndi — Qərbi Azərbaycanın Qarakilsə (indiki Sisian) rayonunda Ərikli dağının ətəyində yerləşirdi. Şükar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisian rayonu ərazisində kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1918-cı ildə Şükar ermənilər tərəfindən ermənilər tərəfindən darmadağın edilmiş, əhalisinin bir qismi Naxçıvana qaçmış, qalanları isə məhv edilmişdir. Kəndin yalnız xarabalıqları qalır.
Hünkar bəyəndi
Hünkar bəyəndi və ya sadəcə Bəyəndi ― Tarixən Osmanlı saray mətbəxinə aid, hazırda Türkiyə Respublikasında geniş istehlak olunan yeməklərdən biri. Hisə verilmiş və ədviyalı badımcanla hazırlanıb, qızardılır, sonra əzilir, süd, əridilmiş yağ və qovurulmuş unla qarışdırılır. Yekunda üzərinə quzu əti qoyulub yeyilir. == Tərkibi == Yemək doğranmış qırmızı ət, rəndələnmiş pendir, süd, un, soğan, badımcan, pomidor, yağ, duz, limon kimi inqredientlərdən ibarətdir. == Hazırlanması == Badımcanlar közlənib qabığından ayırd edilir, bir müddət limonlu, unlu su içində saxlanılır. Ətləri aşağı odda bişirilir, ardınca yağ əlavə edilib soğan və pomidor ilə birgə qovrulur. Bəyəndi hazırlamaq üçün yağ və un birlikdə qovrulur, içərisinə süd əlavə olunur. Sonra suda gözləyən badımcanları çəngəllə əzilib əlavə edilir, və rəndələnmiş pendir də əlavə edilərək bişirilir. Əldə olunan bəyəndinin üzərinə ətləri qoyularaq servis edilir.