Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dözmək
Dözmək — Davam gətirmək, tab gətirmək, səbirlə keçirmək, qatlaşmaq. Ağrıya dözmək. Əziyyətə dözmək. Misal: Səbir etmək, təhəmmül etmək, səbirlə gözləmək. Dözürsən döz bu ayrılıq dağına; Mən dayannam, amma sən dayanmazsan! M. P. Vaqif. Razılaşmaq, barışmaq, keçirmək, yol vermək. Misal: Belə şeylərə dözmək olmaz. – Yox, sən buna dözməzsən, elin vuran qolusan; Sən namus aşiqisən, şərəflisən, ulusan. M. Rahim.
Dürmək
Dürmək — Azərbaycan milli mətbəxinə daxil olan qəlyanaltı növlərindən biri. Adətən səhər yeyilir. Tez və asan hazırlanması ilə seçilən yeməkdir. == Haqqında == Dürməyin iki forması məlumdur: bükmə dürmək və cibli dürmək. Bükmə dürməkdə yaxma ərzaq (pendir, göyərti, qızardılmış ət, yumurta və s.) yuxanın bir qırağına qoyulur, yuxanı alt tərəfdən bir az içliyin üzərinə büküb dürməkləyirlər. Alt tərəfi də qatlandığı üçün içlik tökülmür. Silindr şəklində bükülmüş, bürmələnmiş bu yemək çox ləzzətli olur. Çox vaxt quymaq, halva, eləcə də pendir, yağ, şor və s. ağartı məhsulları bu qayda ilə dürmək edilərək yeyilir. Azərbaycanın bir çox bölgələrində yas üçün bişirilən halvalar yuxaya bükülərək süfrəyə qoyulur.
Gülmək
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Güzdək
Güzdək — Azərbaycan Respublikasının Abşeron rayonunun Güzdək qəsəbə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə. Qəsəbə 1959-cu ildə neft yataqlarının istismar edilməsi ilə əlaqədar olaraq salınmışdır. Qəsəbənin ərazisi Abşeron kəndlərinin qışda qoyun saxladıqları yer olmuşdur. Buradakı ağıllar (yerli əhali arasında xəmbək adlanır) indi də qalmaqdadır. Oykonim türk dillərində geniş yayılmış guz/kuz (payız) sözündən və məkan bildirən -dək/lək şəkilçisindən ibarət olub, "payız otlağı, payız binəsi, payızlıq" deməkdir. == Əhalisi == Əhalisi 2400 nəfərdir. (2008).
Güzlək
Aşağı Güzlək
Örüzmək
Sümək
Əlçim — yuyulub didilərək təmizlənmiş yunu daranmış yunun asan əyirmək məqsədilə hazırlanan əl içi boyda yun. Yunu daramaq üçün xüsusi daraqdan (yun darağından) istifadə edirdilər. Didilib hazırlanmış yunu yun darağı ilə darıyır, daranma zamanı yun sümək və ya əlçim (əlçək, əlçin) şəklinə salınır.
Süzmə
Süzmə - suyunu süzərək qatılaşdırılmış qatıq. Süzməni qurudaraq qurut hazırlamaq olar.
Yemək
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. == Üzvi maddələr == === Zülallar === Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Gəzmək gəzmək (film, 2003)
"Sevgi yolları ilə" (hind. चलते चलते) — 2003-cü ildə baş rolda Şahrux Xan və Rani Mukhercinin yer aldığı Bollivud filmidir. Əziz Mirzənin rejissorluq etdiyi bu film Kasablanka Film Festivalında nümayiş etdirilib. == Musiqi == Filmin musiqiləri Jatin-Lalit və Adeş Şrivastava tərəfindən bəstələnib. == Məzmun == Filmin başlanğıcında bir qrup dost boulinq xiyabanına yığışıb Səlimi gözləyirlər. Şitalın müasir dövrdə olan əsl sevgi hekayətlərindən ibarət kitabı var. O, dostlara Rac və Priyanın hekayətini danışmağa başlayır. Rac Malhotra "Rac Transport" şirkətində işləyir. Rac qayğısız, dərd-qəmsiz, olduqca nizamsız, tənbəl və bu zaman üçün gecikmiş adamdır. Amma varlı olmadığına baxmayaraq çox xoşbəxtdir.
Aşağı Güzdək
Aşağı Güzdək — Azərbaycan Respublikasının Abşeron rayonunun Aşağı Güzdək qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi Ceyranbatan qəsəbə Sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Aşağı Güzdək qəsəbə Soveti yaradılmışdır. == Tarixi == Əvvəllər Güzdək dəmir yol stansiyası yanında qəsəbə adlandırılmışdır. 1965-ci ildən qəsəbənin adı indiki kimi rəsmiləşdirilmişdir. Oykonim yaşayış məntəqəsinin coğrafi movqeyi ilə bağlı yaranmışdır. Oykonimin ikinci komponenti güzlək (payız otlağı) sözünun tələffüz formasıdır. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 8 km şimal-qərbdə, Güzdək dəmiryolu stansiyasından 600 m aralıdır.
Aşağı Güzlək
Aşağı Güzlək — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati-ərazi vahidində kənd. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Kənd həmin rayondakı Yuxarı Küzlək kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1922-ci ilə aid mənbədə Gəncəsər monastırına məxsus kəndlər sırasında Güzlək də çəkilir. Türk dillərində küz "payız otlağı", "göy otlu yer", " quzular üçün payız otlağı" sözündən və məkan bildirən -lək şəkilçisindən ibarətdir. Mənaca Küzdək kənd adı ilə eynidir. Kənd Qozluçay dərəsində, Pirəhmədli və Qarakollu kəndləri arasında yerləşir. Aşağı Güzlək kəndi 1993-cü ilin avqust ayının 23 də erməni qəsbkarları tərəfindən işğal olunmuşdur. 2020-ci ilin noyabr ayının 9-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrdə Güzdək (indiki Yuxarı Güzlək) kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. "Güzlək yaşayış məntəqəsinin aşağı hissəsi" deməkdir.
Güzdək bələdiyyəsi
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Piyada gəzmək
Piyada gəzmək — Piyada gəzmək, yürüşə çıxmaq təkcə bədən üçün deyil, zehin üçün də faydalıdır. Yürüşə çıxarkən beynin ifraz etdiyi maddə qayğı və narahatlığı azaldır. Yaradıcılıq qabiliyyətinizi inkişaf etdirər. == Haqqında == Müasir dövrdə sağlamlıq üçün ən böyük təhlükə oturaq həyat tərzidir. Xüsusilə idmanla məşğul olmağa vaxtı və həvəsi olmayanlar üçün piyada gəzmək həm sağlamlıq, həm də artıq çəkidən xilas olmaq baxımından çox faydalıdır. Sürətli və cəld gəzinti əzələləri möhkəmləndirir, bədən quruluşunu normal saxlayır, artıq çəkinin nisbətən azalmasına imkan yaradır. Piyada gəzmək ürək-damar sistemi üçün olduqca faydalıdır. Gəzinti zamanı qan dövranı yaxşılaşır, beyin və digər orqanlar oksigenlə daha yaxşı təchiz olunur, təmiz havada gəzmək əhvalın xoş olması, stress və gərginliyin aradan qaldırılması üçün əvəzsiz vasitədir. Gündəlik gəzinti, həmçinin insanı cavan və gümrah saxlayır, qocalma prosesini ləngidir, tənəffüs yollarını açır, həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, görmə qabiliyyətinə müsbət təsir edir. Hər gün bir neçə saat gəzmək orqanizmin immun sistemini gücləndirir, müqaviməti artırır və bu da xəstəliklərə qarşı mübarizədə ən səmərəli vasitələrdən biri sayılır.
Yuxarı Güzlək
Yuxarı Güzlək — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 9 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmən işğalından azad edilmişdir. == Toponimikası == Yuxarı Güzlək oyk. Füzuli r-nunun Qarakollu i.ə.v.-da kənd. Qozluçayın sahilində, dağətayi ərazidədir. Keçmiş adı Güzlək olmuşdur. XIX əsrdə ondan əmələ gəlmiş eyniadlı məntəqə Aşağı Güzlək, əvvəlki kənd isə Yuxarı Güzlək adlandırılmışdır. Giizlək komponenti qəd. türk dillərində "payız otlağı" mənasındadır.
Yüksək Sədaqət
Yüksek Sadakat — Türkiyənin rok qrupudur. Onların musiqi alternativi rok musiqisinin sintezidir. Qrup beş musiqiçidən - Kenan Vural, Kutlu Özmakinacı, Sərkan Özgən, Uğur Onatkut, Alpay Şalt ibarətdir. Kenan Vural qrupun solistidir. TRT Türkiyəni “Eurovision”da “Yüksek Sadakat” Live It Up (Həyatını yaşa) adlı mahnı ilə təmsil etdi. Türkiyəni 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil etdi amma yarım finaldan keçə bilmədi.
Yüksək sahil
Yüksək Sahil (isv. Höga Kusten) — İsveçin şimal-şərqindəki Angermanland əyalətində, Kramfors, Harnosand və Örnsköldsvik bələdiyyələrinin ərazisində yerləşən İvaniya körfəzindəki İsveç sahillərinin bir hissəsi. Bu buzlaqların əriməsi nəticəsində torpaq yüksəlir, buzlaqdan sonrakı qalxma və izostasiya hadisəsi burada aydın nəzərə çarpır. Son buz dövründən bəri bölgə qeyri-adi hündür uçurumları əhatə edən 300 metr artmışdır. Yüksək sahil İsveç, Fin Şimali Kvarken boğazı Dünya İrsi Mirasının bir hissəsidir. == Tarixi == Bu gün Hoqa Kusten kimi tanınan ərazi tarixən Angermanland sahili kimi tanınmışdır. 1974-cü ildə Yüksək sahil termini ərazidə bir məlumat ilə əlaqələndirilmişdir. 2000-ci ildə YUNESKO bölgəni Dünya İrsi Mirasina daxil etmişdir. Yüksək sahil ərazisi, yer səthinin buzlu və quru sahələrini meydana gətirən mühüm proseslərin başa düşülməsi üçün əla fürsətlər verir. 2006-cı ildə Yüksək sahil Şimali Kvarken boğazı əraziləri ilə birləşdirildi.
Yüksək çözümlülük
Yüksək çözümlülük (high resolution) – rastr displeylərində və çapda: mətni və qrafikanı kifayət qədər dəqiq (incəliklə) əks etdirən ekranın və ya görüntünün keyfiyyət xarakteristikasıdır. Çözmə kəmiyyəti görüntünü yaratmaq üçün istifadə edilən piksellərin (nöqtələrin) sayı ilə müəyyən olunur: piksellər nə qədər çox olarsa, çözümlülük də bir o qədər yüksək olur. Məsələn, IBM Enhanced Graphics Adapter (640×350 piksel) adapteri ilə müqayisədə IBM Video Graphics Array (VGA) adapteri daha yüksək çözümlü (640×480 piksel) görüntü yaradir. Displeyin çözmə imkanını kifayət qədər, hətta meqapikselli displeylərin (1000×1000 piksel) göstəricilərini aşaraq, artırmaq olar (məsələn, 1600×1200 piksel). Çapa gəldikdə isə, yüksək çözümlülük anlayışından əsasən lazerli printerlərlə və fotoyığım avadanlıqları ilə bağlı istifadə olunur; bu halda çözmə imkanı bir düymdə çap olunan nöqtələrin sayı ilə ifadə olunur. Lazerli çapda çözümlülük təxminən bir düymdə 300-dən 1200 nöqtəyədək olur; sadə fotoyığım qurğularında çözümlülük təxminən bir düymdə 1000 nöqtə, sənaye keyfiyyətli qurğularda isə 1000-2000 və daha artıq nöqtəyə çatır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yüksək İntibah
Yüksək İntibah — ənənəvi olaraq 1490-cı illərdən etibarən İtaliya İntibah tarixində bir dövr, Leonardo da Vinçinin Son Şam yeməyi freskasının meydana çıxma vaxtı və Florensiyada Lorenzo de Medicinin ölümü, 1527-ci ildə Roma tərəfindən imperator Çarlzın qoşunları tərəfindən talan edilməsindən əvvəl adı ilk olaraq alman dilində ortaya çıxdı (Hochrenaissance) XIX əsrin əvvəllərində sənət tarixçisi İoqam İoahim Vinkelman tərəfindən təqdim olunan rəsm və heykəltəraşlıqda "yüksək üslub" anlayışından irəli gəlir. Hal-hazırda, "Yüksək İntibah" adı akademik ictimaiyyət tərəfindən bədii inkişafın təhlilini sadələşdirmək, tarixi kontekstə məhəl qoymamaq və yalnız bir neçə seçilmiş sənət əsərinə yönəltmək üzündən şübhə ilə qəbul edilir. Yüksək İntibah adətən, Roma Papası II Yuliyin dövründə İtaliya şəhərlərində, xüsusən Papa Dövlətlərinin paytaxtı Romada bədii yaradıcılığın müstəsna yüksəlişinin nisbətən qısa 30 illik dövrünə aiddir. Yüksək İntibah dövrünün başlanğıcı və sonu tarixləri bir-birindən fərqlənir və ümumiyyətlə ən məşhur nümayəndələrin — ilk növbədə Leonardo da Vinçi, erkən Mikelancelo və Rafael Santinin yaranma vaxtını başa düşürlər.Yüksək İntibah dövrünün təsviri sənəti klassik ənənəyə vurğunu yeniləmək, himayəçilik institutunu genişləndirmək və sonradan manyerizm üslubu adlandırılan təsvir texnikalarının tədricən ortaya çıxması ilə İntibah dövrünün ümumi mədəniyyətindən fərqlənir. Corco Vazarinin təklif etdiyi sənət tarixinin modelinə görə, Fra Bartolomeo və ya Mariotto Albertinelli kimi daha az əhəmiyyətli sənətkarlar kompozisiya və qüsursuz texnikanın harmoniyası üçün hələ də yüksək qiymətləndirilən sənət əsərlərini yaratdıqları zaman Yüksək İntibah yaradıcı dahinin partlayışı hesab edildi. Mikelancelo və Rafaelin vatikan əsərlərinin nümunəsində Yüksək İntibah dövrünün təsviri sənətinin əsas xüsusiyyətlərini — iddialı tərəzi yüksək kompozisiya mürəkkəbliyi, insan orqanizmini yaxından araşdırmaq, klassik antik dövrlərə aid ikonoqrafik və bədii istinadlar ilə birləşdirmək olar. Son illərdə sənət tarixçiləri Yüksək İntibah dövrünü bir dövr deyil, bir istiqamət olaraq xarakterizə etdilər — XV əsrin sonu — XVI əsrin əvvəllərinə aid sənətə bir neçə eksperimental yanaşmadan biri, bunları mühafizəkar kimi şərh etmək olar; gözəlliyin yeni qavrayışı kimi; dövrün ədəbi dəbi ilə əlaqəli eklektik təsvirlərin sintezi kimi; görüntülərin yeni şərhləri və mənaları kimi izah olunur. == İstinadlar == == Ədəbiyyat == Алпатов М. В. Высокое Возрождение // Всеобщая история искусств. II. Искусство эпохи Возрождения и Нового времени. М.—Л.: Искусство.
Vəzmək (Mahnişan)
Vəzmək (fars. وزمك‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 201 nəfər yaşayır (42 ailə).
Yüksək fentezi
Epiz fentezi və ya yüksək fentezi — fentezinin quruluşunun epik təbiəti və ya personajlarının, mövzularının və ya süjetinin epik boyu ilə xarakterizə olunan altjanrı. "Yüksək fentezi" termini 1971-ci ildə yazdığı "Yüksək fentezi və qəhrəman romantikası" adlı essesində ortaya çıxmışdır. == Mövzular == Epik fentezi adətən mövzuları və verdiyi mesajları ilə müəyyən edilir. Xeyir və şər epik fentezidə ortaq amildir və şərin xarakterini müəyyən etmək çox vaxt epik fentezi əsərində vacib mövzudur. Xeyir və şər məfhumunun əhəmiyyəti epik fentezi ilə qılınc və sehr arasında fərqləndirici əlamət kimi qəbul edilir. == İstinadlar == == Xarici keçidlər == "Fantasy Genre Lecture"—A paper by Michael Joseph discussing high fantasy and referencing Alexander's theories, via Rutgers' School of Communication and Information.
Eşqə düşmək
Eşqə düşmə, vurulmaq, aşiq olmaq adətən başqa bir insana qarşı güclü bağlılıq və sevgi hisslərinin inkişafıdır. İngilis dilində bu termin (ing. falling in love) metaforik xarakter daşıyır, prosesin fiziki "yıxılma" aktı kimi ani, idarəolunmaz olduğunu və sevgilini “xəstəliyə düşmək” və ya “tələyə düşmək” kimi həssas vəziyyətdə buraxdığını vurğulayır. Bu, həm də prosesdə aşağı beyin mərkəzlərinin əhəmiyyətini əks etdirə bilər, bu, rasional beyni (Con Klizin sözləri ilə desək) “bu aşiq olmaq çox qəribədir...” nəticəsinə gətirə bilər. O, okkultizmlə həmsərhəddir”. == Faktorlar == === Psixoloji === “Aşiq olana güclü töhfə verən məlum faktorlara yaxınlıq, oxşarlıq, qarşılıqlılıq və fiziki cəlbedicilik daxildir”, eyni zamanda, proses köhnə uşaqlıq bağlılıq nümunələrinin yenidən aktivləşdirilməsini nəzərdə tutur. İki insan arasında dərin qurulmuş psixoloji paralellər də onların cütləşmə-bağlanmasının əsasını təşkil edə bilər ki, bu da sadəcə narsisistik identifikasiyası ilə həmsərhəd ola bilər. Yunqçular eşqə düşmək prosesini anima və ya animusun digər insana proyeksiyası kimi baxırlar və bunun daxil ola biləcəyi anlaşılmazlıq potensialı var. === Kimyəvi === Eşqə düşmə zamanı iki kimyəvi reaksiya baş verir ki, bu da oksitosin və vazopressinin artmasıdır; və Elisabeth Young-Bruehl göstərir ki, "biz aşiq olduğumuz zaman öz beynimizin emosional mərkəzlərindən keçən təbii amfetamin axınına düşürük". Sosiobiologiyaya gəlincə, vurğulanır ki, həyat yoldaşlarının seçimi yalnız başın öhdəsinə buraxıla bilməz və kompleks neyrokimyəvi dəstək tələb olunmalıdır.
Yüksək texnologiya
Yüksək texnologiya — qabaqcıl olan, mövcud texnologiyanın ən yüksək forması olan texnologiya. Yüksək texnologiya hesablama texnikası və elektronika daxil olmaqla tətbiqi elm və texnika, geniş anlamda yüksək mürəkkəbliyə malik xüsusi texniki yeniliyə deyilir. O, bazarda ən mürəkkəb və ya ən yeni texnologiya kimi müəyyən edilə bilər. Yüksək texnologiyanın əksi sadə, çox vaxt ənənəvi və ya mexaniki texnologiya mənasını daşıyan aşağı texnologiyadır. Məsələn, loqarifmik xətkeş aşağı texnologiyalı hesablama alətidir. Yüksək texnologiya köhnələndə artıq aşağı texnologiyaya çevrilir. Bundan əlavə, yüksək texnologiya orta texnologiya anlayışı ilə bağlıdır, yəni aşağı texnologiyalı və yüksək texnologiyalı iki əks ekstremal keyfiyyət arasında tarazlıqdır. Orta texnologiya rəqəmsal/avtomatlaşdırılmış texnologiyanın səmərəliliyini və çoxyönlülüyünü aşağı texnologiyanın muxtariyyət və davamlılıq potensialı ilə birləşdirən inklüziv kimi başa düşülə bilər. Yüksək texnologiyalar üzərində işləyən (və ya yeni yüksək texnologiyalar inkişaf etdirən) startaplara bəzən dərin texnologiya deyilir. Termin həm də pozucu yeniliklərə və ya elmi kəşflərə əsaslananlara da aid ola bilər.
Yüksək texnologiyalar
Yüksək texnologiya — qabaqcıl olan, mövcud texnologiyanın ən yüksək forması olan texnologiya. Yüksək texnologiya hesablama texnikası və elektronika daxil olmaqla tətbiqi elm və texnika, geniş anlamda yüksək mürəkkəbliyə malik xüsusi texniki yeniliyə deyilir. O, bazarda ən mürəkkəb və ya ən yeni texnologiya kimi müəyyən edilə bilər. Yüksək texnologiyanın əksi sadə, çox vaxt ənənəvi və ya mexaniki texnologiya mənasını daşıyan aşağı texnologiyadır. Məsələn, loqarifmik xətkeş aşağı texnologiyalı hesablama alətidir. Yüksək texnologiya köhnələndə artıq aşağı texnologiyaya çevrilir. Bundan əlavə, yüksək texnologiya orta texnologiya anlayışı ilə bağlıdır, yəni aşağı texnologiyalı və yüksək texnologiyalı iki əks ekstremal keyfiyyət arasında tarazlıqdır. Orta texnologiya rəqəmsal/avtomatlaşdırılmış texnologiyanın səmərəliliyini və çoxyönlülüyünü aşağı texnologiyanın muxtariyyət və davamlılıq potensialı ilə birləşdirən inklüziv kimi başa düşülə bilər. Yüksək texnologiyalar üzərində işləyən (və ya yeni yüksək texnologiyalar inkişaf etdirən) startaplara bəzən dərin texnologiya deyilir. Termin həm də pozucu yeniliklərə və ya elmi kəşflərə əsaslananlara da aid ola bilər.
Külçə (yemək)
Külçə — un məmulatı. Azərbaycanın milli mətbəxindən. == Hazırlanması == Bunun üçün bizə 8 stəkan un, 4 ədəd yumurta, 3 stəkan süd, 8 stəkan şəkər tozu, 2 paket vanel lazımdır. Birinci şəkərlə yumurtanı qarışdırırıq. Sonra isə vaneli tökürük. Ən son olaraq unu və südü əlavə edirik. Acımağa qoyuruq. Acıdıqdan sonra xəmiri kiçik-kiçik kündələr halına gətiririk. Onları yuxa kimi yayırıq. Uyğun bir qab götürüb yaydığımız yuxanı tək-tək qabın içinə qoyuruq.
Örüzmek
Buzdək rayonu
Buzdək rayonu (başq. Бүздәк районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Buzdək kəndidir. Kənd Ufa şəhərindən 112 km aralıda yerləşir. == Coğrafi yerləşməsi == Buzdək rayonu Başqırdıstanın qərbində yerləşir. Rayonun ərazisi 1710 km² təşkil edir. Ərazisi şimaldan cənuba uzanmış formaya malikdir. Çermasan çayının şimal qolları rayon ərazisindən axır. Ərazisində əsasən qara torpaqlar yayılsa da cənub hissədə bəzən talalar şəklində boz meşə torpaqlarına rast gəlmək olar. Meşələrində şam, palıd ağacları üstünlük təşkil edir.
Yermek Omirtay
Yüksek Sadakat
Yüksek Sadakat — Türkiyənin rok qrupudur. Onların musiqi alternativi rok musiqisinin sintezidir. Qrup beş musiqiçidən - Kenan Vural, Kutlu Özmakinacı, Sərkan Özgən, Uğur Onatkut, Alpay Şalt ibarətdir. Kenan Vural qrupun solistidir. TRT Türkiyəni “Eurovision”da “Yüksek Sadakat” Live It Up (Həyatını yaşa) adlı mahnı ilə təmsil etdi. Türkiyəni 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil etdi amma yarım finaldan keçə bilmədi.