Rus dilindəki течь feilinin mənasına uyğun anlamı əks etdirən öz feilimiz olub. Ondan özən (çay, arx) ismi də yaranıb, amma indi bizdə işlədilmir. Sızmaq, süzmək kimi sözlər isə həmin öz kəlməsi ilə qohumdur. Öz və su mənaca qohum sözlər olduğundan süz və sız sözlərinin su ilə bağlı olması haqqında fikir söyləmək mümkündür. Mədəaltı vəziyə özdən demişik. Ehtimal ki, bu da öz feili ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)