SÜZMƏK

f.
1. Mayeni qatışıqdan, xıltdan və s.-dən təmizləmək, saflaşdırmaq üçün süzgəcdən keçirmək. Məhlulu süzmək. Nefti süzmək.
// Suyunu çıxarmaq, sudan ayırmaq. Düyünü süzmək. Qatığı süzmək.
[Göyçək] şoru torbaya töküb süzdü. Ə.Vəliyev.

2. Tökmək (ancaq içməli şeylər, xüsusən çay haqqında).
Miss Hanna… ikinci çayı süzməyə başladı. M.S.Ordubadi.
Nahardan sonra çayı Səkinə özü süzüb verdi. Ə.Abasquliyev.

3. məc. Oynamaq, rəqs etmək.
Nərgizi üzüm, lay-lay; Yaxana düzüm, lay-lay; Sən böyü, mən qocalım; Toyunda süzüm, laylay. (Bayatı).
[Cahan:] Toyunda da sənin, bala; Bax beləcə süzərəm. Ü.Hacıbəyov.
“Nazbarı” deyil ki, yeniyetmələr süzsün, Pərizad xala bacarmasın. Mir Cəlal.

4. Yarıqapalı gözlərlə baxıb nəzərdən keçirmək. Başdan-ayağa süzmək.
– Xəlil yuxusuzluqdan tutqunlaşmış qonur gözlərini qaldırıb, sərt və ağır baxışı ilə Şahmarı süzdü. M.Hüseyn.
Kərim Hüseynağanı başdanayağa süzdü. M.İbrahimov.
Nərgiz …acizanə bir baxışla oğlanı süzdü. B.Bayramov.

5. Qanad çalmadan sakit-sakit, səssiz uçmaq.
Təsbeh kimi qatarınız düzərsiz; Havalanıb ərş üzündə süzərsiz. M.V.Vidadi.
Bu yerlərə gəlmiş quşlar … çay üzərilə süzürdülər. S.Rəhimov.

◊ Gözlərini süzmək – bax göz.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SÜZMƏK süzmək bax 1. tökmək 1; 2. calamaq; 3. oynamaq 1; 4. uçmaq 1
  • SÜZMƏK tökmək
  • SÜZMƏK axmaq — sızmaq — dammaq
  • SÜZMƏK oynamaq

Omonimlər

  • SÜZMƏK SÜZMƏK I f. Oynamaq. Al fişənglər göy üzündə çal-çarpaz süzür (O.Sarıvəlli). SÜZMƏK II f. Baxmaq, tamaşa etmək

Etimologiya

  • SÜZMƏK Rus dilindəki течь feilinin mənasına uyğun anlamı əks etdirən öz feilimiz olub. Ondan özən (çay, arx) ismi də yaranıb, amma indi bizdə işlədilmir
SÜZMƏ₁
SÜZÜLMƏ

Digər lüğətlərdə

бенга́ли геле́ртерский кинематографи́ст ука́чиваться би́серинка изохро́нность колча́н отвари́ться прикла́дочный санда́л уведоми́тель хлестако́вский христиа́нский гной фортепьян(о) adjoining amenability careless coaxial motometer Oval Office shore leave siddhi григорианский наколоть