Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yəhudilər
Yəhudilər ya da Cuhudlar (köhnə mənbələrdə Ebrəçilər) (ivr. ‏יהודים‏‎) — qədim İsrail çarlığında yaşamış əhalidən yaranan xalq. Faktiki olaraq dünyanın bütün ölkələrində yaşayırlar. 1948-ci ildən yəhudi dövləti — İsrail də mövcuddur. Sayı təqribən 14 mln. nəfər (2006-cı il rəqəmi), onlardan 40%-i İsraildə, 35%-i isə ABŞ-də yaşayır. Ənənəvi dini iudaizmdir. İsraildə rəsmi dövlət dili ivritdir. Ayrı-ayrı ölkələrdə spesifik yəhudi dilləri var. Onlardan ən çoxsaylısı alman dil qrupuna daxil olan idişdir.
Yəhudiyyə
İudeya (ivr. ‏יְהוּדָה‏‎ [Yehuda]; yun. Ἰουδαία, [İoudaya]; lat. Iūdaea), həmçinin Yəhud, Yəhuda (ərəb. يهودا‎) və ya Yəhudiyyə — İsrail torpağında, müasir Fələstin və İsrail dövlətləri ərazisində tarixi vilayət. Şimaldan Samariya, qərbdən Aralıq dənizi, cənubdan Negev, şərqdən Ölü dəniz və qismən də İordan çayı ilə həmsərhəddir. Regionun tarixinin müxtəlif dövrlərində İudeyanın sərhədləri fərqli şəkildə müəyyən edilmişdir. İudeya çarlığının mərkəzi olan region kral İrodun hakimiyyəti dövründə Romanın vassal dövlətinə çevrilmişdir. B.e. 6-cı ilindən etibarən burada Roma imperiyasına bağlı İudeya vilayəti qurulmuşdur.
Yəhudi
Yəhudilər ya da Cuhudlar (köhnə mənbələrdə Ebrəçilər) (ivr. ‏יהודים‏‎) — qədim İsrail çarlığında yaşamış əhalidən yaranan xalq. Faktiki olaraq dünyanın bütün ölkələrində yaşayırlar. 1948-ci ildən yəhudi dövləti — İsrail də mövcuddur. Sayı təqribən 14 mln. nəfər (2006-cı il rəqəmi), onlardan 40%-i İsraildə, 35%-i isə ABŞ-də yaşayır. Ənənəvi dini iudaizmdir. İsraildə rəsmi dövlət dili ivritdir. Ayrı-ayrı ölkələrdə spesifik yəhudi dilləri var. Onlardan ən çoxsaylısı alman dil qrupuna daxil olan idişdir.
Aşkenazi yəhudisi
Aşkenazi yəhudiləri (ivr. ‏אשכנזים‏‎, aşkenazim; təkdə: aşkenazi) — Mərkəzi Avropada formalaşmış yəhudi subetnik qrupu. Bu mədəni icma üçün bu terminin işlənilməsinə ilk dəfə XIV əsr mənbələrində rast gəlinir. Tarixən əşkinazi yəhudilərinin böyük əksəriyyət üçün danışıq dili idiş olmuşdur. Orta əsr yəhudi ədəbiyyatında "aşkenazi" adı altında Reyn çayının sahilində, daha sonra isə alman torpaqlarında yaşayan yəhudilər nəzərdə tutulurdu. Bu termin orta əsrlərdə yəhudilərin Almaniyaya verdikləri addan törəmişdir. Yəhudi ənənəsinə görə, Yasəfin (Nuh peyğəmbərin oğlu) nəvəsi, əfsanəvi Aşkenazanın nəsli Almaniya torpaqlarında məskunlaşmışlar. Ona görə də yəhudilər həmin ölkəyə bu adı vermişlər. Zaman keçdikcə bu termin subetnik anlayış kimi təkcə Almaniyadakı yəhudilərə deyil, onların nəslindən olan və digər Avropa ölkələrinə köçən yəhudilərə də şamil edilmişdir. Aşkenazilərin ana dili idişdir.
Kripto yəhudilər
Kriptoiudaizm və ya Gizli yəhudilik — gizlincə yəhudiliyi tətbiq edərək, lakin cəmiyyətdə fərqli bir dini tətbiq edirmiş kimi görünməkdir. XV əsrin sonunda inkvizisiya tərəfindən İspaniyadan qovulan minlərlə yəhudi Portuqaliyaya sığındı. Kral I Manuel onları müdafiə edəcəyinə dair söz verdi. Ancaq bir müddət sonra yəhudilər burada da təqiblərə məruz qalmağa başladılar. Ölüm təhdidi ilə Xristianlığı qəbul etməyə məcbur oldular, balaca uşaqlar ailələrinin əlindən alındı. Təxminən iki mini öldürüldü, yüzlərlə yəhudi isə ölkədən qovuldu. Təqib və ölümdən qurtulmaq üçün çoxu formal olaraq katolikliyi qəbul etdi, ancaq gizli şəkildə İudaizmə etiqad bəsləyirdilər. Onları kriptoyəhudilər (gizli yəhudilər) adlandırırlar. Uzun müddət hesab olunurdu ki, Portuqaliyada artıq yəhudi qalmayıb. Yalnız XX əsrin sonunda Belmonte şəhərciyində öz ənənələrinə sadiq qalan yəhudilərin gizli icması aşkarlandı.
Yaponiyada yəhudilər
Yaponiyada yəhudilər (日本のユダヤ人, Nihon no yudayacin) say baxımından ölkənin ən kiçik etnik qruplarından biridir. Yaponiyaya yəhudilərin ilk axını XIX əsrin ortalarında baş verib. Naqasaki və Yokohama icmaları ölkədəki ilk yəhudi icmaları olsa da, daha sonra bu icmalar yox olmuşdur. Hazırda Tokio və Kobe icmaları Yaponiyadakı yeganə yəhudi icmalarıdır. 2016-cı ilin statistikasına əsasən Yaponiyada cəmi 1000–1400 yəhudi yaşayır. Hər il minlərlə İsrail yəhudisi Yaponiyanı ziyarət etməyə gəlir. ABŞ-nin Okinavada yerləşən hərbi bazasında mütəmadi olaraq 200–300 yəhudi əsilli hərbçi saxlanılır. Yaponiyada yəhudilər üçün üç sinaqoq, ivrit dili məktəbi, mikva fəaliyyət göstərir, eləcə də, mədəni proqramlar təşkil olunur. Tokio və Kobedə yəhudilər üçün koşer qidalar satan yerlər mövcuddur. Orta əsrlərin əvvəllərində bəzi Avropa və Orta Şərq yəhudilərinin İpək yolu vasitəsilə Yaponiya ilə ticarət əlaqələri saxladığı ehtimal olunur.
Yəhudi-yunanlar
Romaniotlar (yun. Ρωμανιῶτες) — Əhəmənilər, Selevkilər və Roma imperiyalarından Bizans İmperiyası ərazilərinə (indiki Türkiyə, Yunanıstan və ətraf ərazilər) miqrasiya etmiş yəhudi etnik qrup. Öz aralarında işlətdikləri dil yunan dilinin bir ləhçəsi olan və içində ivrit dilindən də sözlər olan yevanikdir (yevanca, yəhudi yunancası da deyilir). Əsasən yaşadıqları şəhərlər Yunanıstanın Afina, Saloniki, Yanya şəhərləri olmuşdur. 1900-cü ildə Saloniki şəhərinin 173 000 əhalisinin 80 000-ə yaxını romaniotlar idi. İkinci dünya müharibəsi zamanı nasistlər 1941-ci ilin 9 aprelində Saloniki şəhərini tuturlar. 1943-cü ildə bütün şəhər yəhudiləri ölkədən deportasiya edilir. O zaman burada yaşayan 77 377 romaniotdan yalnız 10 000-i holokostdan xilas ola bilir.
Yəhudi Agentliyi
İsrail üçün Yəhudi Agentliyi (ivr. ‏הסוכנות היהודית לארץ ישראל‏‎) — Dünyanın ən böyük yəhudi qeyri-kommersiya təşkilatıdır. 1929-cu ildə Dünya Sionist Təşkilatının operativ şöbəsi olaraq quruldu.
Yəhudi Ensiklopediyası
Yəhudi Ensiklopediyası (ing. Jewish Encyclopedia)-orijinal olaraq Fank və Vaqnallz tərəfindən 1901 və 1906-cı illər arasında Nyu-Yorkda nəşr olunan elmi opus (əsər). Ensiklopediya 1901-ci ildə Yəhudilik və Yəhudilər tarixi və həmin mövcud vəziyyəti üzərində 12 cildlik 15.000 məqaləni ehtiva edirdi. İndi bir ictimai varidat mənbədir.
Yəhudi Krallığı
Yəhudi Krallığı (ivr. ‏מַלְכוּת יְהוּדָה‏‎) və ya İudeya (ivr. ‏יְהוּדָה‏‎) — paytaxtı Qüds olan iki iudaist dövlətindən biri (digəri Cənubi Krallıq). Eramızdan əvvəl X əsrdə, Davud və Süleyman İsrail padşahlığının süqutundan sonra meydana gəlmişdir. Buraya Yəhuda qəbiləsinin torpaqları, Şimon qəbiləsi və Binyamin qəbiləsinin yarısı daxil idi. Hökmdar Süleymanın (Solomon) ölümündən sonra (e.ə. 932-928) krallıq bölündü. On qəbilə (tayfa) əvvəl Tirzdə, sonra Samariyada paytaxtı ilə İsrail adını alan Şimali Krallığı qurdu. İlk padşahı Süleymanın rejiminə qarşı çıxan I Yarovam idi. Miladdan əvvəl 730-cu illərdə.
Yəhudi dili
İvrit dili, həmçinin ibri dili və ya ibrani dili (ivr.: עִבְרִית, ʿĪvrīt, tələffüzü [ivˈʁit] ( dinlə) və ya [ʕivˈrit] ( dinlə); səm.: ࠏࠁࠓࠉࠕ) — sami dillərinin Kənan dilləri qrupuna daxil olan dil. 1948-ci ildən İsrailin rəsmi dilidir. E.ə. II–I minilliklərdə Fələstin yəhudiləri bu dildə danışırdılar. Qədim yəhudi dilinin mühüm abidəsi olan "Əhdi-ətiq"in ən qədim hissəsi e.ə. XIII–XII əsrlərə aiddir. Eramızın əvvəlindən arami dilinin sıxışdırdığı ivrit dili mədəniyyət və din dili kimi qalmışdı. Orta əsrlərdən bədii, fəlsəfi, elmi və dini ədəbiyyat dilidir. XIX əsrin sonundan XX əsrin əvvəlindən yenidən danışıq dili kimi istifadə olunur. Müasir ivrit dili qədim yəhudi dilinin morfoloji xüsusiyyətlərini saxlamaqla, semantik və sintaktik cəhətdən idiş və digər german, Habelə slavyan dillərinin təsirinə məruz qalmışdır.
Yəhudi dini
İudaizm (q.yun. Ἰουδαϊσμός), yaxud musəvilik və ya yəhudilik — e.ə. I minillikdə Fələstində yaranmış monoteist ibrahimi din. İudaizm qədim yəhudi qəbilələrinin politeizmindən yaranmış, e.ə VII əsrdən başlayaraq moneteist din olmuşdur. Vahid Allah Yəhvaya, Tövratın müqəddəsliyinə etiqad; axirətə, qiyamət gününə, o dünyada əcr veriləcəyinə inam; ölülərin diriləcəyinə və Məsihanın zühr edəcəyinə etiqad; ruhun varlığına və taleyinə inam və s. iudaizmin əsas etiqad ehkamlarıdır. Müqəddəs kitabları Tanax və Talmuddur. Musa peyğəmbərin adıyla bağlı olaraq bu dinə "Musəvilik" də deyilir. Yəhudilər demək olar ki, dünyanın hər yerinə yayılıblar. Dünyanın əksər ölkərində yəhudilər yaşayır.
Yəhudi fəlsəfəsi
Yəhudi fəlsəfəsi (Hebrew: פילוסופיה יהודית) (Ərəbcə: الفلسفة اليهودية‎) (İvritcə: ייִדיש פֿילאָסאָפֿיע) — Yəhudilər və ya İudaistlər tərəfindən yerinə yetirilən bütün fəlsəfəni özündə saxlayır.
Yəhudi mafiyası
Yəhudi mafiyası (ivr. ‏פשע מאורגן בישראל‏‎) — Yəhudi əsilli mafiya qruplaşması. Yəhudi mafiyasının fəaliyyətinə narkotik və bədən alveri aiddir. Dövran dəyişdikcə Yəhudi mafiyasının da işləmə tərzi dəyişmiş və onlar təvazökar himayədarlıq fəaliyyətindən, amansız və tərəddüd etmədən qan tökən bir dəstəyə çevrilmişdir. Rus-Yəhudi mafiyası ABŞ siyasi aləminə elə yaxşı daxil olmuşlar ki, Amerika hüquq sistemi son illər onların qarşısını almaqda heç bir irəliləyiş göstərə bilməmişdir.
Yəhudi mifologiyası
Yəhudi mifologiyası - Yəhudi mədəniyyətində geniş yayılmış mifoloji anlayışlardır. Eramızdan əvvəl I minillikdə, ümumi Qərbi Semit mifologiyasına əsaslanan qədim yəhudilər arasında formalaşmağa başlamışdır. Yəhudiliyin müqəddəs mətnlərini təsir edən Yəhudi folklorunun əsas elementidir. Yəhudi mifologiyası xristian və islam mifologiyasına və ümumiyyətlə dünya mədəniyyətinə dərin təsir etmişdir. Öz növbəsində, yəhudi mifologiyası da inkişaf dövründə digər mədəniyyətlərin mifologiyasından təsirlənmişdir. Yəhudi mifologiyası inkişafının ilk mərhələsində Qərbi Semit mifologiyasının təkallahlığın inkişafı istiqamətində yenidən işlənməsi idi. Pentateuçun əfsanələrinin əhəmiyyətli bir hissəsi proto-yəhudi miflərinə aiddir. Tövratın bir hissəsi olduqdan sonra da, xalq əfsanələrinin formalaşmasına təsir göstərməyə davam etdilər, baxmayaraq ki, normativ Yəhudiliyin inkişafında miflərin etioloji elementləri əvəz olundu. Yəhudi mifologiyası tarixin müxtəlif dövrlərində Misir, Şumer-Akkad və xüsusilə İran, xüsusən Zərdüştlük, mifologiyalar və daha sonra qnostik mistisizmdən təsirlənmişdir. İlk dövrdə, köçəri bir həyat şəraitində, Yahve qəbilə xalqının önündə gəzib dolaşan və müharibələrini aparan qəbilə tanrısı kimi qəbul edildi.
Yəhudi müharibəsi
Yəhudilərin romalılara qarşı müharibəsinin tarixi (yun. Φλαυίου Ἰωσήπου ἱστορία Ἰουδαϊκοῦ πολέμου πρὸς Ῥωμαίους βιβλία) və ya qısaca Yəhudi müharibəsi — yəhudi tarixçisi İosif Flavinin ​​yeddi cildlik kitabı. Bu, onun yunan dilində yazılmış ilk əsəri idi. Kitab b.e. 75-ci ilində, Birinci Yəhudi müharibəsinin bitməsindən dörd il sonra yazılmışdır. Kitab iki versiyada – arami və yunan dillərində mövcud idi. «История Иудейской войны» Иосифа Флавия. Древнерусский перевод. Языки славянской культуры. I. Москва.
Yəhudi məhəlləsi
Yəhudi məhəlləsi (ərəb. حارة اليهود‎‎; ivr. ‏הַרֹבַע הַיְהוּדִי‏‎) — Qüdsdə olan köhnə şəhərin dörd məhəlləsindən biri.
Yəhudi ratuşası
Yəhudi ratuşası (çex. Židovská radnice, alm. Jüdisches Rathaus‎) – Praqanın ən kiçik torpaq-kadastral vahidi olan Yozefov (çex. Josefov, ivr. ‏יוספוב‏‎, alm. Josephstadt‎) adlı qədim yəhudi məhəlləsində yerləşən barokko üslublu, mansardalı binadır. Praqanın yəhudi icmasının özünüidarəetmə orqanı, eləcə də şura iclaslarının keçirilmə mərkəzi kimi xidmət göstərmiş ikimərtəbəli bucaqlı bina, Praqa asanasiyası dövründə genişləndirilmiş Mayzelova (çex. Maiselova) və olduqca dar Çervena (çex. Červená) küçələrinin kəsişməsində yerləşməklə, qonşuluqda olan Vısoka və Staronova sinaqoqları ilə birlikdə Praqa yəhudiliyinin mərkəzini formalaşdırmışdır. Yəhudi Ratuşası Mayzelova 18 (Maiselova) döngəsində, yəni Köhnə-Yeni Sinaqoqanın qarşısında və keçmiş yəhudi məhəlləsinin mərkəzində yerləşir Yaxınlıqdakı Yüksək sinaqoqa keçmişdə onunla bitişik idi və məhz buna görə də çox əlverişli yerə sahib olduğu hesab olunurdu.
Yəhudi soyqırımı
Holokost (yunanca: holokauston), "holos" (bütün) və "kaustos" (yanmış, köz olmuş) sözlərinin birləşməsindən düzəlir və tamamilə yanmış, yanıb kül olmuş mənasını verir Yəhudi soyqırımı ya da Ha-Shoa (ivritcə: fəlakət) — Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon insanın sistemli şəkildə öldürüldüyü qətliama verilən addır. Holokost sözü həm də yəhudi dini mərasimləri zamanı yandırılaraq tanrıya təqdim edilən bir məhsulun adıdır. Yəhudilər başda olmaqla sintlər, romanlar və digər "qaraçı" qəbul edilən insanlar, faşizm əlehdarı almanlar, əlillər, homoseksuallar və döyüş əsirləri bu qətliamın qurbanı olmuşlar. Bir çox alim isə bu qrupları Holokosta daxil etməyərək, Holokostu yalnız Yəhudi Soyqırımı olaraq qəbul etmişlər. Faşistlər Holokostu "yəhudi probleminə son həll" olaraq görürdülər. Bütün Holokost qurbanları hesaba alınarsa həyatını itirənlərin sayı bəzi alimlərə görə 17 milyon insana qədər qalxa bilər. Bu insanların öldürülmə səbəbləri faşizm dövründə son həddə çatmış yəhudi nifrətinin və faşizm irqçiliyinə görə "yaşamaq haqqı olmayan aşağı irqlər" olaraq görülmələri idi. 1933-cü ildə yəhudilərin hüquqlarının azaldılması ilə addım-addım başlayan fəlakət sonda Faşist hökumətinin əlinə keçən bütün Avropa yəhudilərini öldürməsi ilə nəticələndi. Bu müddəti kobud şəkildə üç dövrə ayırmaq olar: Yəhudilərin hüquqlarının alınması və yüksək rütbələrdən uzaqlaşdırılmaları. Yəhudilərin mallarının və mülklərinin əllərindən alınması və Gettolarda yaşamağa məcbur olunmaqları.
Yəhudi səhrası
Yahudi səhrası (ivr. ‏מִדְבַּר יְהוּדָה‏‎ ərəb. صحراء يهودا‎) — Yaxın Şərqdə, İsrail ərazisində yerləşən səhra. Səhra Ölü dənizinin qərb sahilllərini əhatə edir. Öz adını Yahudi çarlığından almışdır. Qədim zamanlarda səhra üsyançıların burada gizlənirfilər. Hətta Çar Davud öz qudası Çar Sauldan məhz bu səhrada gizlənmişdir. Dini məlumatlar görə İordan çayının mənsəbinə yaxın İoann ilk fristianları xaç suyuna salırdı. İlkin xristianlar səhrada təmizlənirdilər. Səhra şərqdən Ölü dənizi, qərbdən Yahudi dağı və Qüds şəhəri əhatələnir.
Yəhudi təqvimi
İvrit təqvimi və ya Yəhudi təqvimi (ivr. ‏הלוח העברי‏‎, ing. Hebrew calendar) — yəhudilərin dini məqsədlərlə istifadə etdiyi təqvimdir. Aylar etibariylə qəməri, illər etibariylə Günəş əsaslı (Lunisolar) bir təqvimdir. Yəhudi bayramları və Matzevah mərasimləri kimi özəl günlərin tarixləri bu təqvimə görə müəyyən edilir. Təqvim Tanaxa görə dünyanın yaratıldığı gündə başlayır. Bilinən ilk Yəhudi təqvimi Süleyman Peyğəmbərin dövründə yaradılan Qezer təqvimidir. On iki qəməri əsaslı aydan ibarətdir. Kənd təsərrüfatı fəaliyyətinin planlaşdırılması məqsədilə yaradılmış olan təqvim qəməri əsasa sahib olmaqla birlikdə sonradan Günəş əsaslı təqvimə çevrildi. İsrail oğulları isə Babil təqvim quruluşuna istinadən yaratdıqları və qarışıq sistemə sahib olan bir quruluşdan istifadə etmişdir.
Yəhudi terrorizmi
Yəhudi çarlığı
Yəhudi çarlığı (ivr. ‏מַלְכוּת יְהוּדָה‏‎ — Malxut Yaxuda) və ya İudeya (ivr. ‏יְהוּדָה‏‎) — paytaxtı Qüds olan iki iudaist dövlətindən biri (digəri Cənub çarlığı). Eramızdan əvvəl X əsrdə, Davud və Süleyman İsrail padşahlığının süqutundan sonra meydana gəlmişdir. Buraya Yəhuda qəbiləsinin torpaqları, Şimon qəbiləsi və Binyamin qəbiləsinin yarısı daxil idi. == Cənub çarlığı dövrü == Hökmdar Süleymanın (Solomon) ölümündən sonra (e.ə. 932–928) çarlıq bölündü. On qəbilə (tayfa) əvvəl Tirzdə, sonra Samariyada paytaxtı ilə İsrail adını alan Şimal çarlığını qurdu. İlk padşahı Süleymanın rejiminə qarşı çıxan I Yarovam idi. Miladdan əvvəl 730-cu illərdə.
Qüds Yəhudi Universiteti
Yerusəlim Yəhudi Universiteti (ivr. ‏האוניברסיטה העברית בירושלים‏‎) — İsrailin ən böyük elm və təhsil mərkəzi, İsrailin ilk universiteti. yaranan gündən dərslər yəhudi dilində keçirilir. 1918-ci ildə yaranıb, dünyanın yüz ən yaxşı universitetlərindən sayılır. (2012-ci ildə 53-cü yer).
Qüdsdə Yəhudi Universiteti
Yerusəlim Yəhudi Universiteti (ivr. ‏האוניברסיטה העברית בירושלים‏‎) — İsrailin ən böyük elm və təhsil mərkəzi, İsrailin ilk universiteti. yaranan gündən dərslər yəhudi dilində keçirilir. 1918-ci ildə yaranıb, dünyanın yüz ən yaxşı universitetlərindən sayılır. (2012-ci ildə 53-cü yer).