Yəhudilik fəlsəfəsi
Dini mətnlər
Müqqədəs şəhərlər
Dini şəxsiyyətlər
Musəvilik həyat tərzi
Məktəblər
Dini rollar
Dini tikililər
Etnik bölünmələr
Musəvi məzhəbləri
Dini obyektlər
Digər dinlərlə əlaqələr
|
Aşkenazi yəhudiləri (ivr. אשכנזים, aşkenazim; təkdə: aşkenazi) — Mərkəzi Avropada formalaşmış yəhudi subetnik qrupu. Bu mədəni icma üçün bu terminin işlənilməsinə ilk dəfə XIV əsr mənbələrində rast gəlinir. Tarixən əşkinazi yəhudilərinin böyük əksəriyyət üçün danışıq dili idiş olmuşdur.
İkinci dünya müharibəsi zamanı baş verən holokostun qurbanlarının böyük əksəriyyəti əşkinazi yəhudisi olmuşdur. Yəhudilər bu gün dünyanın demək olar, bütün ölkələrində yaşayırlar. 1948-ci ildən yəhudi dövləti - İsrail mövcuddur. Ənənəvi dini iudaizmdir. Yəhudilərin çoxu yaşadıqları ölkənin dilində danışırlar. İsraildə isə rəsmi dövlət dili XIX əsrdə danışıq dili kimi dirçəldilmış ivritdir. Ayrı-ayrı ölkələrdə spesifik yəhudi dilləri var. Onlardan ən çoxsaylısı alman dil qrupuna daxil olan idişdir. Qədim özünü adlandırma bney-İsrael — İakov İsrailin oğulları, ulu baba İakov İsrailin nəslidir. İlk əvvəl yəhudi adı İuda nəslinə deyilirdi. Sonradan İuda çarlığında tayfasından asılı olmayaraq yaşayan hər kəsə deyildi. İuda çarlığı süquta uğradıqdan sonra yəhudi adı spesifik əhəmiyyətini itirdi və milli-dini bağlılığı göstərdi. Yəhudiliyin əlamətlərini müəyyənləşdirən ən qədim mənbə yəhudi hüququ olan Qalaxadır. O qanun Talmudun qərarları əsasında yaranıb. Qalaxa görə, "yəhudi o adamdır ki, anası yəhudidir, ya da yəhudi qaydalarına görə yəhudi adlanıb (qiyur)". Yəhudi diasporları tədricən ardıcıllıqla bir neçə əsas mərkəz şəklində formalaşıblar. Edot adlanan etnik yəhudilər dil və məişət cəhətcə fərqləniblər: • Bavli (Mesopotamiya, Cənubi Qafqaz) — V-XI əsrlər; • Sefardlar (Pireney yarımadası) — b.ə. əvvəli - 1492; • Aşkenazlar (Mərkəzi Almaniya, Şərqi Avropa) — X əsr-XX əsrin ortası. [1]
1912-ildə, qeyddə olan vəkil və həkimlərin üçdə biri Yəhudi idi.Çar və Sovet dövründə Azərbaycanda əksəriyyət köçəri kimi, Aşkenazların dilləri də ruslaşdı. Aşkenazların çoxu Rus dilini bilməklə bərabər, Azərbaycancan türkcəsindədə sərbəst danışmaqda xüsusi səygöstərirdilər.Yidiş dilini bilənlərin sayı məlum deyil. Hal hazırda aşkenaz yəhudiləri azərbaycanda dağ yəhudilərindən sonra ikinci ən böyük yəhudi icmasıdır. Aşkenaz yəhudilərinə ait bakıda bir sinaqoq fəaliyyət göstərir. [2]