Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Axar-Baxar
Axar-baxar — suayrıcı. Axarbaxar (dağ) — Kəlbəcər rayonunun qərb hissəsində, Qarabağ vulkanik yaylasında yerləşən vulkanik dağ. Axarbaxar — Abşeron rayonunda aşırım; Axarbaxar — Sumqayıt ərazisində dağ. Axarbaxar — Şəki yaylası ilə Mingəçevir su anbarı arasında dağ silsiləsi. Axarbaxar — Yevlax rayonunda aşırım.
Balvar
Balvar (əvvəlki adı: Balvarı) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Surra kənd inzibati ərazi dairəsi tərkibindəki Balvarı kəndi Balvar kəndi adlandırılmışdır.
Xalvar
Xalvar— çəki ölçü vahidi. Daha böyük çəkiləri ölçmək üçün xalvardan istifadə olunmuşdur. 1 xalvar 25 puda bərabərdir ki, bu da təxminən 400 kq deməkdir. "Hesab var dinarla, bəxşiş var xalvarla" – atalar sözü də xalvarın böyük ölçü vahidi olmağıyla bağlı yaranmışdır. Məişətimizdə xalvar kimi işlənən bu söz əslində xərvardır və "bir uzunqulaq yükü" mənasını verir (farsca "xər" – uzunqulaq deməkdir). Belə çıxır ki, bir eşşək yükü 400 kq-a bərabərdi.
Yalvaç
Peyğəmbər — İslam dinin ənənəsinə görə Allahın elçisi, digər dinlərin ənənələrinə görə Allahın göstərişlərini, buyruqlarını, vəhylərini insanlara çatdıran mömin şəxs, vaiz, gələcəyi öncədən xəbər verən şəxs. Qədim yəhudi dinində nəvi (ərəb dilində nəbi) adlandırmışlar. Qədim Fələstində ekstatik vəziyyətdə Allahın adından danışan vaizə, VIII əsrdən isə belə dini natiqlərə və vaizlərə Peyğəməbər deyilirdi. İsrail-Yəhudi cəmiyyətində sosial-siyasi ziddiyyətlərin kəskinləşməsi nəticəsində baş vermiş hərəkat Peyğəmbərlər hərəkatı adlandırılmışdır. “Peyğəmbər” sözü fars dilindən çevrilmişdir. Peyam xəbər, peyğəmbər “elçi” deməkdir. Peyğəmbər ərəbcə rəsul sözünün qarşılığıdır. Ərəbcə “Rəsul” (رسول) oxşar məna daşır .“Nəbi” (نبي) sözü də “nəbə” kökündən törəmiş, xəbər verən, “elçi” mənasını verən sözdür. Ərəbcə Nebi sözünün mənşəyinin Nabuya əsaslandığı güman edilir. Bundan əlavə yalvaç sözü peyğəmbər deməkdir.
Yanvar
Yanvar — Qriqorian təqvimində ilin birinci ayı, 31 gündən ibarətdir. Bu ad latın sözü olan januarius sözündən götürülmüş və Roma tanrısı Yanusun şərəfinə belə adlandırılmışdır. Antik dövrdə bu ay Roma təqviminin on birinci ayı, Yuli Sezarın təqvim islahatından sonra isə ilin birinci ayı olmuşdur. Psixoloqlara görə bu ay ilin ağır ayı hesab edilir. Braziliyanın Rio de Janeyro şəhərinin adının mənası "Yanvar çayı"deməkdir. Bu adın etimologiyasında portuqalların Quanabara buxtasını məhz yanvar ayında kəşf etmələri durur. Yanvar sözünün ilkin mənası qapı deməkdir. Yanvar ayı başlanğıc,zaman tanrısı olan Yunusun adından götürülmüşdür. Yanus şəkillərdə əks istiqamətlərə baxan ikisifətli insan kimi təsvir olunurdu. Üzünün biri qabağa yəni gələcəyə baxırdısa,digəri arxaya,yəni keçmişə nəzər salırdı.
Şalvar
Şalvar — Orta Asiyada yaranan, beldən ayaq biləyinə qədər geyilən, hər iki ayağı ayrıca örtən bir geyimdir. Avropanın əksəriyyətində şalvar qədim dövrlərdən bəri, Orta əsrlər dövrü boyu və müasir dünyada yetkin kişilər üçün ən geniş yayılmış alt bədən geyimi formasına çevrilmişdir. 20-ci əsrin ortalarından bəri şalvar getdikcə qadınlar tərəfindən də daha geniş şəkildə geyilməkdədir. Cins şalvarlar, hər iki cins tərəfindən bütün dünyada geyilən gündəlik geyim formasıdır. İsti havalarda və ya bəzi idman növləri üçün, xüsusən uşaqlar və yeniyetmələr tərəfindən şortlara üstünlük verilir. Ən qədim bilinən şalvarlar, Tarim hövzəsinin insanlarına aid olan Çin, Sincan, Qərbi Turpandakı mumiyalardan çıxarılan Yanghai qəbiristanlığında tapıldı. E.ə XIII və X əsr arasındakı dövrə aid və yundan hazırlanmış şalvarın düz ayaqları və enli paçası vardı və çox güman ki, at sürmək üçün hazırlanmışdı. Avropada orta əsrlər boyunca xüsusən kişilər tərəfindən müxtəlif dizaynlı şalvarlar geyildi. Geniş ölçülü şalvarlar Bizansda uzun tuniklər altında geyilmiş və bir çox qəbilə, məsələn, Qədim Qərbi Roma İmperatorluğuna köçmüş Alman qəbilələri tərəfindən geyildiyi sübut edilmişdir. VIII əsrdə Avropada, xüsusən də yuxarı sinif kişilər arasında iki qat şalvarın geyilməsinə dair sübutlar var.
Daxar
Dahar — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dahar kəndi Girdiman çayının sahilində, dağətəyi ərazidə yerləşir. Keçmiş tam adı Dahar Mulux olub. Həmin ərazidə Mulux kəndindən çıxmış ailələrin Dahar adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Tat dilində dahar "qaya" deməkdir. == Əhalisi == Kənddə cəmi 5 nəfər yaşayır. ki onunda 3 nəfəri kişi, 2 nəfəri qadındır.
Laxar
Laxar (rus. лахар, ing. lahar) — vulkan materiallarının yağış suyu, kreyter gölünün suyu, yaxud vulkan yamacında qarın, və ya buzun ərinti suyu ilə qarışması nəticəsində əmələ gələn palçıq axını. İsti və soyuq L. ayrılır: isti L.-qaynar piroklastik məhsullardan əmələ gəlir, soyuq L.-püskürmə ilə bilavasitə əlaqəsi olma-yan kövrək vulkanik məhsullardan təşkil olunur.
Yazar
Yazıçı və ya yazar — ideyaları çatdırmaq üçün fərqli üslublar və texnikalarla yazılı sözlərdən istifadə edən insan. Yazıçılar ədəbi sənətin fərqli formlarını və romanlar, hekayələr, kitablar, poeziyalar, səfərnamələr, pyeslər, ssenarilər, teleskriptlər, mahnılar və esselər kimi kreativ yazı işləri, habelə ictimaiyyət üçün maraqlı ola biləcək hesabatlar və məqalələr ərsəyə gətirirlər. Yazıçıların işləri medianın böyük bir hissəsində yayımlanmaqdadır. İdeyaları yaxşı bir şəkildə çatdırmaq məqsədilə dildən məharətlə istifadə edə bilən yazıçılar çox vaxt bir cəmiyyətin mədəniyyətinə önəmli töhfələr verir. Əksər hallarda yazıçı sözü əsərlərini nəsr, şair isə əsərlərini nəzm ilə yazan müəlliflərə ithaf edilir. Yazıçılar uydurma və uydurma olmayan bir çox janrda əsərlər yazıb-yarada bilər. Bəzi yazıçılar isə öz fikirlərini multimedia — qrafika, illüstrasiya və s. ilə zənginləşdirirlər. Öz fikirlərini çatdırmaq üçün onlar nadir hallarda hətta musiqidən də faydalana bilərlər. Bunlardan başqa, şifahi ənənədən istifadə edən bir sıra yazıçılar da mövcuddur.
Alvar
Toponimlər
0 yanvar
0 yanvar (sıfır yanvar; alternativ adı: 31 dekabr) — bir çox astronomik və texniki materiallarda qeyd olunan mövcud olmayan təqvim tarixidir.
10 yanvar
10 yanvar — Qriqorian təqvimində ilin 10-cu günü. Bu tarixdə ilin sonuna 355 gün (uzun ildə 356 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 28 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === E.ə. 49 — Qay Yuli Sezar Rubikon çayını keçərək, Qədim Roma vətəndaş müharibəsini başlayıb. 1072 — Robert Qviskar Palermonu işğal edib. === 1601–1900 === 1863 — Londonda Paddinqton və Farrinqton stansiyaları arasında dünyada ilk metro xətti istifadəyə verilmişdir. === 1901–cari === 1946 — Londonda 51 millətin nümayəndəsinin iştirakı ilə BMT-nin ilk Baş Assambleyasının açılışı olmuşdur. === Azərbaycana aid hadisələr === 1954 — Mingəçevir Su Elektrik Stansiyası işə salınıb. 1992 — Azərbaycan Beynəlxalq Bankı yaradılmışdır.
11 yanvar
11 yanvar — Qriqorian təqvimində ilin 11-ci günü. Bu tarixdə ilin sonuna 354 gün (uzun ildə 355 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 29 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1569 — İngiltərədə ilk dəfə lotereya qeyd olunub. === 1601–1900 === 1861 — ABŞ-də vətəndaş müharibəsi: Alabama ştatı ABŞ-dən ayrılmışdır. === 1901–cari === 1935 — Ameliya Erhart Havaydan Kaliforniyaya təkbaşına uçan ilk şəxs olmuşdur. 1985 — Rio-de-Janeyroda ilk dəfə Rock in Rio musiqi festivalı keçirilib. === Azərbaycana aid hadisələr === 1963 — Azərbaycan Kinematoqrafçılar İttifaqı təsis edilib. 1991 — "Səs" qəzeti ilk dəfə nəşr olunub. 1994 — Azərbaycan və Latviya arasında diplomatik əlaqələr qurulmuşdur.
12 yanvar
12 yanvar — Qriqorian təqvimində ilin 12-ci günü. Bu tarixdə ilin sonuna 353 gün (uzun ildə 354 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 30 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === E.ə. 49 — Yuli Sezar 13-cü Legionun rəhbəri kimi Rubikonu keçir. Keçmiş müttəfiqlər olan Sezar və Pompey arasında vətəndaş müharibəsi qaçılmaz olur. === 1601–1900 === === 1901–cari === 1967 — Ceyms Bedford ilk krionik dondurulan şəxs olur. 1991 — Körfəz müharibəsi: ABŞ Konqresi İraqı Küveytdən çıxarmaq üçün Amerika hərbi gücündən istifadəsinin lehinə səs verir. 2015 — Gümrüdə kütləvi qətl baş verib. 2016 — İstanbulun Sultanəhməd meydanında terror aktı törədilib.
13 yanvar
13 yanvar — Qriqorian təqvimində ilin 13-cü günü. Bu tarixdə ilin sonuna 352 gün (uzun ildə 353 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 31 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === E.ə. 27 — Oktavian Avqust dövləti Senatın və xalqın sərbəst sərəncamına verib. O, on il müddətinə İspaniya, Qaul və Suriyanı öz əyaləti kimi idarə edib. === 1601–1900 === 1900 — Çex millətçiliyinə qarşı mübarizə aparmaq üçün, imperator I Frans İosif Almaniyanın imperiya ordusunda alman dilini rəsmi edib. === 1901–cari === 1968 — Conni Keş Folsom Dövlət Həbsxanasında çıxış edib. 2020 — ABŞ-də ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1813 — Rusiya imperiyasının əsgərləri Talış xanlığının paytaxtı Lənkəran şəhərini işğal edib.
14 yanvar
14 yanvar — Qriqorian təqvimində ilin 14-cü günü. Bu tarixdə ilin sonuna 351 gün (uzun ildə 352 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 1 yanvar tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1900 — Cakomo Puççininin "Toska" operası Romada səhnəyə qoyulub. === 1901–cari === 1939 — Norveç Kraliça Mod Torpağına Antarktidada iddia edib. 1953 — İosip Broz Tito Yuqoslaviyanın ilk prezidenti seçilib. === Azərbaycana aid hadisələr === 1982 — Şuşada Vaqif türbəsinin açılış mərasimi olub. 1992 Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələr qurulmuşdur. Bolqarıstan Azərbaycanın müstəqilliyini tanımışdır. == Doğumlar == === 1600-cü ildən əvvəl === E.ə.
15 yanvar
15 yanvar — Qriqorian təqvimində ilin 15-ci günü. Bu tarixdə ilin sonuna 350 gün (uzun ildə 351 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 2 yanvar tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1559 — I Elizabet Vestminster abbatlığında İngiltərənin şahzadəsi olub. === 1601–1900 === 1759 — Britaniya muzeyi xalqa açılıb. 1892 — Ceyms Neysmit basketbolun qaydalarını nəşr edib. === 1901–cari === 2001 — Vikipediya fəaliyyətə başlayıb. === Azərbaycana aid hadisələr === 1990 — Dağlıq Qarabağda fövqəladə vəziyyət tətbiq edilib. 1992 — Avstriya Azərbaycanın müstəqilliyini tanımışdır. 1997 — Azərbaycan və Kosta-Rika arasında diplomatik əlaqələr qurulmuşdur.
16 yanvar
16 yanvar — Qriqorian təqvimində ilin 16-cı günü. Bu tarixdə ilin sonuna 349 gün (uzun ildə 350 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 3 yanvar tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === E.ə. 27 — Oktavian Avqusta Roma Senatı tərəfindən Roma imperiyasının başlanğıcını qeyd edən "Avqust" titulu verilib. 929 — III Əbdürrəhman Kordova xilafətini təsis edib. 1555 — II Filipp İspaniyanın kralı olub. === 1601–1900 === === 1901–cari === 1909 — Ernest Şeklton ekspedisiya zamanı Cənub maqnit qütbünü tapıb. 1979 — Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvi ailəsi ilə birlikdə İrandan birdəfəlik qaçaraq Misirə köçüb. 2020 — Yaponiyada ilk dəfə COVID-19 qeydə alınıb.
Qanlı Yanvar
Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da Sovet İttifaqı qoşunları SSRİ Ali Sovetinin Rəyasət Heyətinin "Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi haqqında" Fərmanına uyğun olaraq və siyasi müxalifət nümayəndələrinin təşkil etdiyi kütləvi iğtişaşların qarşısını almaq üçün SSRİ Konstitusiyasının 14-cü maddəsinin 119-cu bəndini rəhbər tutaraq Bakı şəhərinə daxil oldular. Respublikada vəziyyətin sabitliyinin pozulması dövrü ilk növbədə Ermənistanla Azərbaycan arasında Qarabağla bağlı ərazi mübahisəsi ilə bağlı olmuşdur. Bu, regionda idarəolunmaz vəziyyətlərin, o cümlədən etnofobiya təzahürlərinin yaranmasına səbəb olmuşdur. 1989-cu ilin iyulunda Azərbaycan Xalq Cəbhəsi siyasi təşkilatı Azərbaycan milli hərəkatının rəhbəri oldu. Bunun fonunda 1990-cı il yanvarın əvvəlində və ortalarında ermənilərlə azərbaycanlılar arasında toqquşmalara çevrilmiş Bakıda kommunist hökumətinə qarşı ölkədə kütləvi nümayişlər keçirildi. Azərbaycan SSR Nazirlər Sovetinin o vaxtkı sədri Ayaz Mütəllibovun 1989-cu il dekabrın 25-də yazdığı xatirələrə əsasən, respublika KP MK-nın birinci katibi Əbdürəhman Vəzirov onu çağırıb: "O dedi ki, fəlakət yaranır və biz Moskvadan kömək istəməliyik. Bizim Daxili İşlər Nazirliyinin dəbilqə və dəyənəklə təchiz olunmuş öz daxili qoşunlarımız yox idi. Onlar ancaq Moskvadan gələn əmrlərə əməl edirdilər. Biz Daxili İşlər Nazirliyinə və Nazirlər Şurasına qoşun göndərməyi xahiş etdik, əks halda böyük fəlakət baş verə bilər". SSRİ Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov və müdafiə naziri Dmitri Yazov Azərbaycan istiqlal hərəkatının Sovet Azərbaycanı hökumətini devirmək cəhdlərinin qarşısını almaq üçün hərbi vəziyyətin zəruri olduğunu müdafiə edirdilər.
Qara Yanvar
Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da Sovet İttifaqı qoşunları SSRİ Ali Sovetinin Rəyasət Heyətinin "Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi haqqında" Fərmanına uyğun olaraq və siyasi müxalifət nümayəndələrinin təşkil etdiyi kütləvi iğtişaşların qarşısını almaq üçün SSRİ Konstitusiyasının 14-cü maddəsinin 119-cu bəndini rəhbər tutaraq Bakı şəhərinə daxil oldular. Respublikada vəziyyətin sabitliyinin pozulması dövrü ilk növbədə Ermənistanla Azərbaycan arasında Qarabağla bağlı ərazi mübahisəsi ilə bağlı olmuşdur. Bu, regionda idarəolunmaz vəziyyətlərin, o cümlədən etnofobiya təzahürlərinin yaranmasına səbəb olmuşdur. 1989-cu ilin iyulunda Azərbaycan Xalq Cəbhəsi siyasi təşkilatı Azərbaycan milli hərəkatının rəhbəri oldu. Bunun fonunda 1990-cı il yanvarın əvvəlində və ortalarında ermənilərlə azərbaycanlılar arasında toqquşmalara çevrilmiş Bakıda kommunist hökumətinə qarşı ölkədə kütləvi nümayişlər keçirildi. Azərbaycan SSR Nazirlər Sovetinin o vaxtkı sədri Ayaz Mütəllibovun 1989-cu il dekabrın 25-də yazdığı xatirələrə əsasən, respublika KP MK-nın birinci katibi Əbdürəhman Vəzirov onu çağırıb: "O dedi ki, fəlakət yaranır və biz Moskvadan kömək istəməliyik. Bizim Daxili İşlər Nazirliyinin dəbilqə və dəyənəklə təchiz olunmuş öz daxili qoşunlarımız yox idi. Onlar ancaq Moskvadan gələn əmrlərə əməl edirdilər. Biz Daxili İşlər Nazirliyinə və Nazirlər Şurasına qoşun göndərməyi xahiş etdik, əks halda böyük fəlakət baş verə bilər". SSRİ Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov və müdafiə naziri Dmitri Yazov Azərbaycan istiqlal hərəkatının Sovet Azərbaycanı hökumətini devirmək cəhdlərinin qarşısını almaq üçün hərbi vəziyyətin zəruri olduğunu müdafiə edirdilər.
Qısa şalvar
Qısa şalvarlar (ing. Capri pants) — şortdan daha uzun olan, lakin şalvar qədər uzun deyil.
Rameş Talvar
Rameş Talvar – hind kino, teatr, televiziya rejissoru, prodüseri və aktyorudur. 27 sentyabr 1944-cü ildə Pakistanda anadan olub. Məşhur kinorejissor, yazıçı və dramaturq Saqar Sərhadinin qardaşı oğludur. O 1969–1979 illər ərzində rejissor Yaş Çopranın assistenti olub. 1977-ci ildən başlayaraq rejissor kimi fəaliyyətə başlayıb. Rameş Talvar Doosara Aadmi (1977), Baseraa (1981), Sawaal (1982), Duniya (1984), Zamana (1985), Sahibaan (1993) filmlərinin rejissoru olub. Onun Baseraa adlı filmi ona ən yaxşı rejissor işinə görə Filmfare və Doosra Aadmi mükafatlarını qazandırmışdır.
Salvar Qamiz
Şalvar-qamiz — qadınlar tərəfindən geyilən və bəzi bölgələrdə, Cənubi Asiyada, eləcə də Orta Asiyada kişilər tərəfindən geyilən ənənəvi birləşmə paltarıdır. Şalvarlar, beldə atipik olaraq geniş, lakin əyri bir dibə qədər dar olan şalvarlardır. Belləri və ya elastik bir kəmərlə tutulur, bu da onların bel ətrafında ləkələnməsinə səbəb olur. Şalvar geniş və çantalı ola bilər, ya da qərəzdə olduqca dar ola bilər. Şalvarlar ənənəvi olaraq Şərqi Avropa, Qərbi Asiya, Orta Asiya və Cənubi Asiyanı əhatə edən geniş bir bölgədə geyindilər. Kameez uzun bir köynək və ya tunikdir. Yan tikişlər bel xəttinin altında açıq qalmışdır. Kameez ümumiyyətlə düz və düz kəsilir; yaşlı kameez ənənəvi kəsiklərdən istifadə edir; müasir kameezlərin Avropadan ilhamlanmış dəstləri daha çoxdur. Kameez Avropa tərzində yaxası, Mandarin yaxası ola bilər və ya yaxası ola bilməz; ikinci vəziyyətdə, qadın paltarı kimi dizaynı bir kurta bənzəyir. Qarışıq geyim bəzən salwar kurta, salwar kostyum və ya Punjabi kostyumu adlanır.
Yalmar Syoqren
Yalmar Syoqren (isv. Hjalmar Sjögren; 13 iyun 1856 – 23 mart 1922) — isveçli geoloq və mineroloq. Sten Anders Yalmar Syoqren 1882–84-cü illərdə Uppsala Universitetində mineralogiya və geologiya üzrə dosent kimi çalışıb. 1883-cü ildə Almaniyada və Avstriya-Macarıstanda təhsil alıb. 1885–89-cu illərdə Bakıdakı Branobel şirkətində baş geoloq kimi çalışıb. Bu illərdə o, Qafqazda, Ermənistana və İrana səyahət edib. 1888-ci ildə Uppsalada mineralogiya və geologiya üzrə tam professor təyin edilib, lakin 1894-cü ildə istefa verib.
Yalmar Şaxt
Horace Greeley Yalmar Şaxt (22 yanvar 1877[…] – 3 iyun 1970, Münxen) — alman bankir. Reyxsbankın sədri və nasist Almaniyasının iqtisadiyyat naziri.