Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yarpaqsız akasiya
Yarpaqsız akasiya (lat. Acacia aphylla) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. Avstraliya üçün endemik növdür.
Yarpaqsız cuzqun
Yarpaqsız cuzqun (lat. Calligonum aphyllum) — qırxbuğumkimilər fəsiləsinin cuzqun cinsinə aid bitki növü. Şərqi Türküstan, Şərqi Çin və Aşağı Volqa sahillərindən təsvir edilmişdir. Hündürlüyü 2 m-ə qədər olan koldur. Yaşıl budaqlarının qabığı qırmızımtıl və ya alabəzək-qonur, mərciməkli, otvarı budaqları en kəsikdə dairəvi, nazik, yaşıl və ya açıq yaşıl, hamar, 2-6-ya qədər topa halında budaqların buğumlarından çıxır. Buğumarası hissələrin üst tərəfi ağ, pərdəvari, kənarlı, kütuclu, sonralar isə iki dilimə bölünən, qınvarı yarpaqaltlığı borusu ilə nəhayətlənir. Yarpaqları xırda, 2–3 mm uzunluqda, asan tökülən, yarımdairəvi, uc hissədən azca genişlənmişdir. Zoğları otvari, düz buğumlu, yarpaqsızdır. Çiçəklərin 2-si (1-3) birlikdə yarpaq qoltuğundan çıxaraq, uzunluğu 4–5 mm olan, çılpaq və aşağı yarısı buğumlu olan çiçək saplaqlarında yerləşir. Çiçək yanlığının hissələri qeyri-bərabər, xaricdəkilər enli-yumurtavari, uzunluğu 3 mm, arxa tərəfdən yaşıl, kənarlardan geniş, ağ bürüncəkli, daxildəkilər nisbətən ensiz, qısa və ağ, arxa tərəfdən çəhrayıdır.
Yarpaqsız öldürgən
Yarpaqsız öldürgən (lat. Anabasis aphylla) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin öldürgən cinsinə aid bitki növü. Rusiya, Orta Asiya və İranda yayılmışdır. Xəzər dənizi sahillərində təsvir edilmişdir. Hündürlüyü 30-80 sm olan kolcuqdur. Oducaqlaşmış gövdələri və budaqları bozumtul qabıqla örtülüdür. Cavan zoğları şaxələnmiş, buğumlu, şirəli, çılpaq, yaşıl və ya göyümsov-yaşıldır. Yarpaqları pulcuqşəkilli, az gözə çarpandır. Çiçəkləri sümbülvari çiçək qrupunda tək-tək yerləşir. Çiçəkyanlığının uc yarpaqları meyvəvermə zamanı inkişaf edərək, sarımtıl və ya qırmızımtıl rəngli böyrəkvari qanadlara çevrilir, iki yarpaqcığı qanadsızdır.
Yaraqsız nemertinlər
Yarpasız öldürgən
Barmaqsız
Salka, Barmaqsız — Gürcüstan Respublikasının Aşağı Kartli ölkəsində şəhər. Salka bələdiyyəsinin inzibati mərkəzi. Tsalka su anbarı yaxınlığında, dəniz səviyyəsindən 1569 metr hündürlükdə, Aşağı Kartlinin ikinci ən iri şəhəri olan Marneulidən 84 km uzaqlıqda yerləşir. == Tarixi == 22 dekabr 1932-ci ildə Başkeçid rayonu tərkibindəki Barmaqsız kəndinin adı dəyişdirilərək Tsalka qəsəbəsi adlandırılmışdır. 3 aprel 1984-cü ildə Tsalka rayonunun inzibati mərkəzi Tsalka qəsəbəsi rayon tabeli şəhər statusu almışdır. == Əhalisi == === Milli tərkibi === 17 yanvar 1939-cu il Ümumsovet əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun inzibati mərkəzi Tsalka kəndində 4.875 nəfər əhali yaşayırdı, onlardan 3.444 nəfərini və ya 70.65 %-ni urumlar, 171 nəfərini və ya 3.51 %-ni ermənilər, 166 nəfərini və ya 3.41 %-ni gürcülər, 43 nəfərini və ya 0.88 %-ni azərbaycanlılar, 1.051 nəfərini və ya 21.55 %-ni isə digərləri təşkil edirdi. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun Tsalka şəhərində, Bediani və Trialeti qəsəbələrində yaşayan toplam şəhər əhalisi 2.411 nəfər olmuşdur. Tsalka rayonunun toplam şəhər əhalisinin 59 %-ni urumlar, 23 %-ni gürcülər, 11 %-ni ermənilər, 2 %-ni ruslar, 1 %-ni isə azərbaycanlılar təşkil edir. 2006-cı ilin yanvar-fevral aylarına olan rəsmi təxminə əsasən Tsalka şəhərinin 1.8 min nəfər əhalisnin 70 %-ni gürcülər, 15 %-ni urumlar, 10 %-ni azərbaycanlılar, 5 %-ni isə ermənilər təşkil edir.
Yarpaqlı
Yarpaqlı — Culfa rayonunda, Teyvaz kəndi yaxınlığında yerləşən yüksəklikdir. Əhali tərəfindən yaylaq kimi istifadə olunur. Həmçinin Yarpaqlı yaxınlığından keçən kəsə yol Teyvaz kəndini Qazançı kəndi ilə birləşdirir. [mənbə göstərin] Yarpaqlı GEOnet Names Server-də.
Barmaqsız (şəhər)
Salka, Barmaqsız — Gürcüstan Respublikasının Aşağı Kartli ölkəsində şəhər. Salka bələdiyyəsinin inzibati mərkəzi. Tsalka su anbarı yaxınlığında, dəniz səviyyəsindən 1569 metr hündürlükdə, Aşağı Kartlinin ikinci ən iri şəhəri olan Marneulidən 84 km uzaqlıqda yerləşir. == Tarixi == 22 dekabr 1932-ci ildə Başkeçid rayonu tərkibindəki Barmaqsız kəndinin adı dəyişdirilərək Tsalka qəsəbəsi adlandırılmışdır. 3 aprel 1984-cü ildə Tsalka rayonunun inzibati mərkəzi Tsalka qəsəbəsi rayon tabeli şəhər statusu almışdır. == Əhalisi == === Milli tərkibi === 17 yanvar 1939-cu il Ümumsovet əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun inzibati mərkəzi Tsalka kəndində 4.875 nəfər əhali yaşayırdı, onlardan 3.444 nəfərini və ya 70.65 %-ni urumlar, 171 nəfərini və ya 3.51 %-ni ermənilər, 166 nəfərini və ya 3.41 %-ni gürcülər, 43 nəfərini və ya 0.88 %-ni azərbaycanlılar, 1.051 nəfərini və ya 21.55 %-ni isə digərləri təşkil edirdi. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun Tsalka şəhərində, Bediani və Trialeti qəsəbələrində yaşayan toplam şəhər əhalisi 2.411 nəfər olmuşdur. Tsalka rayonunun toplam şəhər əhalisinin 59 %-ni urumlar, 23 %-ni gürcülər, 11 %-ni ermənilər, 2 %-ni ruslar, 1 %-ni isə azərbaycanlılar təşkil edir. 2006-cı ilin yanvar-fevral aylarına olan rəsmi təxminə əsasən Tsalka şəhərinin 1.8 min nəfər əhalisnin 70 %-ni gürcülər, 15 %-ni urumlar, 10 %-ni azərbaycanlılar, 5 %-ni isə ermənilər təşkil edir.
Barmaqsız bələdiyyəsi
Salka bələdiyyəsi, Barmaqsız bələdiyyəsi — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresində inzibati-ərazi vahidi. İnzibati mərkəzi Salka şəhəridir. == Tarixi == Tsalka rayoyu 1930-cu ildə təşkil edilmişdir. Buna qədər əraziləri 1921-1929-cu illərdə Tiflis qəzasına daxil idi. 1 yanvar 1931-ci il tarixinə olan inzibati-ərazi bölgüsünə əsasən Tsalka rayonu 1.060 km² ərazini, bu ərazidə yerləşən 7 kənd sovetliyinə daxil olan toplam 44 kəndi və bu kəndlərdə yaşayan 35.163 nəfər əhalini əhatə edirdi, rayonun inzibati mərkəzi Güney Qala kəndi idi. 22 dekabr 1932-ci ildə Barmaqsız kəndinin adı dəyişdirilərək Tsalka qəsəbəsi adlandırıldı. Yeni inzibati bölgüyə əsasən Tsalka qəsəbəsi Tsalka rayonunun inzibati mərkəzi oldu. == Coğrafiyası == Barmaqsız bələdiyyəsi sıx hidroşəbəkəyə malikdir. Bələdiyyə ərazisində çoxlu sayda iri və xırda çaylar axır. Ən böyük çayı Borjomi ərazisində mənbəyini götürən Anaxatır çayıdır.
Başköy (Barmaqsız)
Başköy- Gürcüstanda, Aşağı Kartli diyarının Barmaqsız bələdiyyəsində kənd. Tiflis quberniyasının Borçalı qəzasının Dağ bölgəsinin sabiq Barmaksız (indiki Zalqa) rayonunda kənd adıdır. Bu oyoknim türk köklü «baş» sözü ilə peçeneqlərin «kov» tayfa adının birləşməsindən yaranıb. Ümumi mənası «Başkov» deməkdir. Şifahi danışıqda «Başköy» adlanır. Kənd camaatı həm də bu toponimin «baş» və «köy» (kənd) sözlərinin birləşməsi kimi də söyləyir.
Beşdaş (Barmaqsız)
Beşdaş- Gürcüstanda, Aşağı Kartli diyarının Barmaqsız bələdiyyəsində kənd. Keçmiş Tiflis quberniyasının Borçalı qəzasının Dağ bölgəsinin sabiq Barmaqsız (indiki Tsalka) rayonunda kənd adıdır. Bu oykonim türk köklü «beş» və «daş» sözlərinin birləşməsindən yaranıb.
Qızılhacılı (Barmaqsız)
Torpaqsız İoann
I Con və ya Torpaqsız Con (ing. John, King of England; ing. John Lackland) (d. 24 dekabr 1166 – ö. 19 oktyabr 1216) — İngiltərə kralı. Onun Normandiya hersoqluğu və Fransadakı digər ingilis mülklərini itirməsi, İngiltərə və Fransanın bir hissəsini özündə birləşdirən Plantagenet imperiyasının süqutu və Kapetinqlər sülaləsinin Fransada güclənməsinə səbəb oldu. Səltənətinin sonlarında çıxan baron üsyanı nəticəsində imzalanan Maqna Karta xartiyası, bu gün Birləşmiş Krallığın konstitusiya tarixinin başlanğıcı olaraq qəbul edilir. Con, İngiltərə kralı II Henri və Akvitaniya hersoqinası Eleonoranın dörd oğlundan ən kiçiyi idi. Bu səbəblə taxt və monarx mülkiyyətindən miras alması gözlənilmədiyi üçün Torpaqsız Con olaraq anılırdı. Qardaşları Gənc kral Henri, Riçard və Cefrinin 1173-1174-cü ildə krala qarşı üsyan çıxarmasının ardından atasının ən sevimli oğlu oldu.
Daşbaşı (Barmaqsız)
Daşbaşı (gürc. დაშბაში) — Gürcüstanın Tsalka bələdiyyəsinin Trialeti Sadabo icması kənd. Çoçiani yaylasında, dəniz səviyyəsindən 1,500 metr yüksəklikdə, Tsalkadan 2,5 km məsafədə yerləşir. 2014-cü ilin məlumatına görə, kəndin əhalisi 295 nəfərdir. == Tarixi == Kəndin tarixi adı Axalkalakidir. Bu ərazi eneolit dövrünə aid silahların kəşfi əsasında məlum olmuşdur ki, qədim zamanlardan insanlar tərəfindən məskunlanmışdır. Yaxınlıqdakı kanyonda e.ə. VI–V əsrlərə aid mağaralar var. Bu regionun urbanizasiyası Gürcüstanda "yeni şəhərləşmə" dövründə, IX–X əsrlərdə baş vermişdir və buradan keçən yolun inkişafı ilə sıx bağlıdır. 1392-ci ilə aid qeydlərdə katolik mülklərində Axalkalakinin adı çəkilir.
Yararsız torpaqlar
Bedlend (ing. badlands - pis (yararsız) torpaqlar) — alçaq dağlıq ərazidə kəskin və mürəkkəb parçalanmış relyef. Əkinçilik üçün yararsız hesab olunur. Azərbaycan Respublikasında Bozqır yaylaq ərazisində daha çox rast gəlinir. İstifadəsi mümkün olmayan torpaqlar Bedlendlər adlanır. Badlands sözündən götürülüb Burada Bad-pis Land torpaq anlamındadır. Azərbaycanda belə torpaqlara Bozqır ərazilərində rast gəlinir. ASE, V cild, Bakı, 1981, səh.
Yarpaqlı (Xoy)
Yarpaqlı (fars. يارپاقلو‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 460 nəfər yaşayır (89 ailə).
Yarpaqlı (Çankırı)
Yarpaqlı Çanqırı ilinin bir ilçəsidir. Mərkəz bələdiyyəsi xaricində 3 diyar, 39 kənd və 3 məhəllədən ibarətdir.
Yarpaqlı (Çanqırı)
Yarpaqlı Çanqırı ilinin bir ilçəsidir. Mərkəz bələdiyyəsi xaricində 3 diyar, 39 kənd və 3 məhəllədən ibarətdir.
Yarpaqlı mamırlar
Yarpaqlı mamırlar (lat. Bryopsida) — mamırkimilər şöbəsinə aid bitki sinfi. Yarpaqlı mamırlar sinfi mamırların 95 %-ni əhatə edən böyük sinfidir. Bu sinfə demək olar ki, dünyanın hər yerində bitən 11500-ə yaxın növ daxildir. Əvvəllər Bryopsida qrupuna bütün mamırlar aid edilirdi. Hazırda bu, bir qədər məhdudlaşdırılıb.
Yarpaqlı mərcanotu
Yarpaqlı sarıbaş
Yarpaqlı sarıbaş (lat. Kalidium foliatum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sarıbaş (bitki) cinsinə aid bitki növü. Şərqi Qafqazda, Qərbi Monqolustanda, Altayda, Avropada, Orta Asiyada yayılmışdır. Nazik, birillik zoğları olan, alçaq, möhkəm çinli kolcuqdur. Yarpaqları xırda, xətvari, oraqvari əyilmiş, göyümtül, çılpaq, sulu, alt tərəfi qabarıq, ucu əyilmiş, oturaqdır. Sünbülləri uzunsov-silindrikdir. Meyvələrində çiçəkyanlığı qalxanvari, 4-5 bucaqlı, sarımtıl və ya qırmızı, kənarları yuxarıya burulmuş və mərkəzində kiçik qabarcıqlı qalxan əmələ gətirir. Toxumları şaquli, yumru, diametri təxminən 1 mm-dir. Şoran torpaqlarda bitir. İstiyə, quraqlığa davamlıdır.
Yarpaqlı öküzotü
Şamisso öküzotu (lat. Arnica chamissonis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin öküzotu cinsinə aid bitki növü.
Yumru yarpaqlı yemişan
Kələm yarpağı
Kələm (lat. Brassica) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. == Xalq təbabəti == Kələmin elmi cəhətdən təsdiqlənmiş digər faydası da mədə və on iki barmaq bağırsaqda əmələ gələn yaralara müsbət təsir etməsidir. Bunun üçün 4-5 həftə ağ kələm suyunu içmək lazımdır. Kələm suyunu əldə etmək üçün təzə kələm yarpaqları yaxşıca yuyulur, suyu süzülür, nazik şəkildə doğranır və mətbəx robotundan keçirilir. Mədədə yaranan yanma və ağrı hissləri kələm suyunu içdikdən sonra demək olar ki, yox olacaq. Gündə bir litr kələm suyu yeməkdən sonra içilməlidir. Amma kələm suyunun təzə olmasına diqqət yetirilməlidir ki, tərkibindəki maddələr organizmə müsbət təsir göstərsin. Bəzi insanlarda kələm suyu qarında şişmə və köp əmələ gətirir. Buna görə də 1 fincan qaynar suya 1 çay qaşığı zirə qatmaq, üstünə qapaq örtmək və 10 dəqiqədən sonra içmək lazımdır.
Üzüm yarpağı
Üzüm (lat. Vitis) — üzümkimilər fəsiləsinə aid bitki cinsi. Qiymətli bitki olaraq dünyanın bir sıra ölkələrində çox qədimdən becərilir. Üzümdən şərab, kişmiş, şərbət, doşab (bəkməz) hazırlanır. FAO-ya (BMT ərzaq və kənd təsərrüfatı təşkilatı) görə dünyada üzüm istehsalının təxminən 71% şərab üçün, 27% təzə meyvə olaraq, 2% isə quru üzüm (kişmiş) olaraq istifadə olunur. Azərbaycanın əksər rayonlarında üzüm becərilir. Kürdəmir rayonu məşhur Şirvanşahı üzüm növünün vətəni sayılır. Müəyyən edilmişdir ki, üzümün şirəsində bir sıra müalicə əhəmiyyətli olan maddələr vardır. Bunlardan şəkəri (qlükoza, fruktoza, saxaroza), dəmir duzlarını, kalium-permanqanatı, C və B qrupu vitaminləri, karotin, aşı, boyayıcı və pektin maddələrini və s. göstərmək olar.
Dəfnə yarpağı
Dəfnə yarpağı — yeməkdə ot kimi istifadə edilən aromatik yarpaq. Tam, qurudulmuş və ya təzə istifadə edilə bilər, bu zaman yarpaq istifadədən əvvəl qabdan çıxarılır və ya üyüdülmüş formada daha az istifadə olunur. Dəfnə yarpağının yeməyə verdiyi ləzzət hamılıqla razılaşdırılmayıb, lakin əksəriyyət bunun incə bir əlavə olduğunu qəbul edir.
Tarim hövzəsində yarpaqlı meşələr və çöl
Tarım hövzəsi yarpaqlı meşələr və çöl Qərbi Çinin Sincan Uyğur Muxtar Bölgəsində mülayim enli və qarışıq meşələr eko bölgəsidir. Ekoloji bölgəyə, əksinə quraq bir bölgədə bölgənin çayları tərəfindən davamlı yarpaqlı sahil meşələri və çöllər daxildir. Tarım hövzəsi Çinin ən qərbində yerləşən səhra hövzəsidir. Hövzə yüksək dağlarla əhatə olunmuşdur - cənubda Tibet yaylası, şimal kənarını təşkil edən Kunlun dağları ; qərbdə Pamir dağları; şimalda Tyan-Şan ilə. Hövzə qurudur, lakin ətraf dağlarda xeyli yağış və qar yağır. Çaylar hövzəyə dağlardan, o cümlədən qərbdəki Kunlun dağlarını qurudan, şimala doğru axan Hotan çayı, Pamiri axıdan Yarkənd çayı və qərb Tian Şan dağlarından axıdılan Aksu çayı daxil olur. Bu çaylar şimal və şərq hövzəsi boyunca bir qövs içində 1300 km axan Tarım çayını əmələ gətirir. Konqque çayı mərkəzi Tyan-Şandan cənub-şərqə axır. Aşağı Tarım çayı cənub- şərq hövzəsindəki Taitema gölünə cənub-şərqdən, Kongque isə şərqdən Lobnora tökülür. Qarqan çayı mərkəzi Kunlun dağlarında qalxır və eyni zamanda şimal-şərqə doğru Taitema gölünə tökülür.