SAYAQ

zərf Bənzərlik bildirir: cür, kimi, tərzdə, vəziyyətdə, qaydada.
Paltarlarının hamısını usta Ağabala topladı, dolma bükülü sayaq bir fitəyə büküb qoydu səkiyə. Çəmənzəminli.
[Nəcminin] on dörd yaşlı ikinci oğlu Şirin hələ bu yaşdan karikatura sayaq şəkillər çəkirdi. Ə.Əbülhəsən.

□ Ayrı (özgə) sayaq – başqa cür, ayrı cür.
Çünki qarı bildi bu keyfiyyəti; Özgə sayaq oldu onun niyyəti. A.Səhhət.
Məşədibəyin və atalarının hər dəqiqə halını-əhvalını soruşduğu bu qonaq, deyəsən, ayrı sayaq adamdı. M.Hüseyn.

Bir sayaq – birtəhər, bir cür, bir növlə.
Bunların hamısına [müxtəlif ağır işlərə] yenə bir sayaq tab gətirmək olar, bunlar demək olar ki, dərdin yarısıdır. F.Köçərli.

Bu sayaq – bu cür, bu təhər, bu qayda ilə.
[Əsgər:] Yox, mən bu sayaq evlənmək istəmirəm. Ü.Hacıbəyov.
İyirmi beş il bu sayaq bənnəlikdə çalışıb da, [Kərbəlayı Əzim] ad qazana bilmişdi. T.Ş.Simurq.

Qabaqkı (əvvəlki, köhnə) sayaq – əvvəllərdə (qabaqlarda, keçmişdə) olduğu kimi, keçmiş kimi.
…Həkim [Molla Abbasın da] üz-gözünə qabaqkı sayaq baxdıqda Molla Abbas birdən “pıqq” eləyib göyə tullanır… C.Məmmədquluzadə.
Hər tərəfdə durur işlər elə əvvəlki sayaq. Ə.Nəzmi.

Nə sayaq – necə, nə cür, nə təhər.
Kassio dəsmalı tapıb çox heyrətə düşür ki, bu dəsmal nə sayaq və haradan onun otağına düşübdür. F.Köçərli.
İndi mən bildim ki, qızların həyat məsələsi nə sayaq həll olunurmuş. T.Ş.Simurq.

SAYAĞI
SAYAQ
OBASTAN VİKİ
Sayaqan
Saya (və ya Sayaqan) - türk və altay xalq mədəniyyətində bərəkət mərasimi. Qoruyucu ruhu olan Saya xan adına təşkil edilər. Heyvandarlıqla məşğul olan cəmiyyətlərin bərəkəti artırmaq üçün təşkil etdikləri bir mərasimdir. Oyunu aparan adama "Sayacı" deyilir. Qoyunlar doğmağa başlayanda çobanlar kənd kənd ev ev gəzib saya toplayırlar. Sayacılar keçi dərisinə bürünərlər. Saya adı verilən qoşalar (maniler) oxuyarlar. Saya Xan ilə əlaqəli bir mərasimdir. Bundan başqa otlaq, mera kimi mənaları da vardır. Qoça, Saya, Payna, Paqta dördlü bir mərasim silsiləsi meydana gətirərlər.

Digər lüğətlərdə

аэромехани́ческий бутонье́рка грилья́ж запрева́ть лю́то моноти́пы наво́зец по-геростра́товски подсви́стывать старожи́лы баклажа́нный захлёстыванье неумы́шленность обслу́живаться переса́харить ред... гезель Adamesque albe bunk bed milk-and-water s/he дренаж по-зверски чабан