Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qızıl ehtiyatı
Qızıl ehtiyatı — Ölkənin xəzinəsinə və ya Mərkəzi Emissiya Bankına məxsus olan, külçə və kəsilmiş pul şəklində saxlanılan ehtiyat qızıl fondu. Bir ton qızıl təxminən 32150.75 unsiyaya bərabərdir.
Su ehtiyatı
Su ehtiyatları – İstifadəyə yararlı sular: çay, göl, kanal, su anbarı, dəniz və okean suları, yeraltı sular, torpaqdakı rütubət, buzlaq suları (buz), atmosferdəki su buxarları daxildir. == Ümumi məlumat == Su ehtiyatlarının 2%-ə qədəri şirin sulardır ki, bunun da yalnız 0,3%-indən istifadə etmək mümkündür. Şirin su ehtiyatlarından təsərrüfatda (sutəchizatı, suvarma, hidroenergetika, daxili gəmiçilik, balıqçılıq və s.) geniş istifadə olunur. Çayların, göllərin və dənizlərin çirkab sularla xeyli dərəcə çirkləndirilməsi Su ehtiyatlarının keyfiyyətinin azalması təhlükəsini yaradır (1 m³ çirkab su 40-50 m³ təbii çay suyunu çirkləndirir və yararsız hala salır). Azərbaycan respublikasında Su ehtiyatlarının əsas hissəsini çay suları, 10,3 km3 -i yerli çayların suları) təşkil edir.
Selus ov ehtiyatı
Selus ov ehtiyatı — Tanzaniyanın cənubunda qorunan ərazidir. Ümumi 50 00 kvadrat kilometr ərazini əhatə edir. Ərazi 1982-ci ildə vəhşi təbiət müxtəlifliyinə və toxunulmamış təbiətinə görə UNESCO-nun Ümumdünya irsi təyin edilmişdir. Qoruqda Afrika savanna fili, qara kərgədan, begemot, şir, Şərqi Afrika vəhşi iti, Afrika kəli, Masai zürafəsi, düzənlik zebri və Nil timsahı kimi heyvanlar yaşayır. Qoruq daxilində daimi insan məskunlaşmasına icazə verilmir. İnsanların bütün girişi və çıxışı Tanzaniya Təbii Ehtiyatlar və Turizm Nazirliyinin vəhşi təbiət bölməsi tərəfindən idarə olunur. == Tarix == Ərazi ilk dəfə 1896-cı ildə, alman Tanqanika qubernatoru Herman fon Visman tərəfindən qorunan bir bölgə olaraq təyin edilmiş və 1905-ci ildə ov ehtiyatına çevrilmişdir. Qoruq, 1917-ci ildə Birinci Dünya müharibəsi zamanı almanlara qarşı döyüşərkən həyatını itirən məşhur ovçu və erkən konservant Frederik Selusun adını daşıyır. Ərazi 2005-ci ildən etibarən Aslan Qoruma Birliyi hesab olunur.Qoruqun sərhədləri Uran yataqlarından istifadəyə icazə verilməsi üçün dəyişdirilib. Sərhəd dəyişikliyinin təsdiqlənməsi UNESCO tərəfindən verilmiş və ekoloqlar və təşkilatlar tərəfindən ciddi tənqid olunmuşdur.
ABŞ Strateji Neft Ehtiyatı
ABŞ Strateji Neft Ehtiyatı - (ingilis. Strategic Petroleum Reserve, SPR) ABŞ-də Meksika körfəzi boyunca Texas və Luiziana ştatlarının ərazisindəki dörd təbii yeraltı anbarda (duz qübbələri) saxlanılan neft ehtiyatı. Meksika körfəzinə yaxınlıq həm neft nəqlini asanlaşdırır (idxal və dənizdə), həm də inkişaf etdirilmiş neft boru kəmərləri sistemi və tankerlərdən istifadə imkanları səbəbindən bir çox neft emalı zavodlarına göndərilmənin məsrəfini xeyli azaldır. 1975-ci ildə ABŞ Konqresinin qərarı ilə, 1973-cü il neft böhranından sonra yaradılıb. Neft ehtiyatı ilk dəfə 1991-ci ildə, Fars körfəzi müharibəsi dövründə istismar edilmişdir. ABŞ neft ehtiyatları dünyada bu qəbildən ən böyüyüdür. == Ehtiyat tarixi == 2004-cü ilin mayı - 659,5 milyon barel. 2007-2008-ci illərdə ehtiyatlar orta hesabla gündə 70 min barel artırıldı . 2008-ci il 16 may - 702,7 milyon barel. 2009-cu il 11 may - 725.1 milyon barel .
Ehtiyat fondu
Ehtiyat qiymət
Reserve price ~ резервированная цена ~ en düşük fiyat ~ ehtiyat qiymət – hərraclarda: gizli tutulan minimal qiymət təklifi (BID). Adətən, minimal qiymət (satıcının razı olacağı ən aşağı qiymət) potensial alıcılara elan olunur, ancaq onlayn hərraclar (məsələn, eBay) satıcılara ehtiyat qiymət adlandırılan və gizli saxlanılan minimal qiymətini göstərməyə icazə verir. Ehtiyat qiymət açıqlanmır və ondan aşağı qiymət təklifi son satış qiyməti kimi qəbul olunmur. Bax: AUCTION, EBAY. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Toxunulmaz ehtiyat
Toxunulmaz ehtiyat — fövqəladə hallarda istifadə edilməsi üçün saxlanan ərzaq, yanacaq və s.ehtiyat mallar. Toxunulmaz ehtiyat həm dövlət,həm şəxsi səviyyədə yaradıla bilər. TE silahlı qüvvələrdə, uzunmüddətli ekspedisiyalarda mütləq yaradılır. Adi hallarda toxunulmaz ehtiyat istifadə edilmir. Ancaq TE -ni yenisi ilə əvəzləmək lazım gəldikdə köhnə TE istifadə edilir. Şəxsi TE kimi avtomobillərdəki yanacağı və təkərləri, evlərdə pul vəsaitini göstərmək olar.
Artımlı ehtiyat kopyalama
Artımlı ehtiyat nüsxələmə (ing. incremental backup) — sonuncu tam ehtiyat nüsxələmədən (ing. full backup) sonra dəyişikliyə uğramış faylların ehtiyat nüsxələnməsi prosesidir. == Həmçinin bax == Yedəkləmə == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Artımlı ehtiyat nüsxələmə
Artımlı ehtiyat nüsxələmə (ing. incremental backup) — sonuncu tam ehtiyat nüsxələmədən (ing. full backup) sonra dəyişikliyə uğramış faylların ehtiyat nüsxələnməsi prosesidir. == Həmçinin bax == Yedəkləmə == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Federal Ehtiyat Sistemi
Federal Ehtiyat Sistemi (FES) (daha çox FED olaraq da adlandırılır) — 1913-cü il dekabrın 23-də Federal Ehtiyat haqqında qanuna əsasən məxsusi olaraq yaradılan və ABŞ-nin Mərkəzi Bankı səlahiyyətində olan maliyyə strukturu. FES-in kapital formasının şəxsi olmasına baxmayaraq (aksiyaları xüsusi statusa malikdir) onun idarə olunmasında dövlət xüsusi rol oynayır. Mərkəzi bank funksiyasını icra edən müstəqil maliyyəiqtisad institutu. == Ümumi məlumat == 23 dekabr 1913 ildə "Federal ehtiyatlar haqqında" (Federal Reserve Act) qanuna əsasən yaradılmışdır. Federal Ehtiyat Sistemi ABŞ dollarının rəsmi emissiyasını həyata keçirə bilir; milli pul siyasətini (iqtisadi artımı əks etdirən pul və kredit aqreqatlarının uzunmüddətli artımını qoruyub saxlamaq və maksimum məşğulluğ, qiymət stabilliyinə nail olmaq və uzunmüddətli orta faiz dərəcələrini saxlama məqsədilə) müəyyən edir; özəl kommersiya bank institutlarının fəaliyyətinin nəzarət və tənzimlənməsini həyata keçirir; depozit institutlarına, ABŞ hökumətinə maliyyə xidmətləri göstərir. Federal Ehtiyat Sisteminin strukturu (1935 ildən): federal hökumət agentliyi – Direktorlar şurası (7 üzvünü ABŞ prezidenti seçir, senat təsdiq edir); 12 regional federal ehtiyat bankı (Atlanta, Boston, Dallas, Kanzas-Siti, Klivlend, Minneapolis, Nyu-York, Riçmond, San-Fransisko, Sent-Luis, Filadelfiya, Çikaqo). FES == FES-in strukturu == on iki regional federal rezerv bankı — ABŞ xəzinədarlığının fiskal nümayəndələri verdikləri rezerv kapitala görə Federal Ehtiyat Banklarının aksiyalarından gəlir götürən çoxsaylı özəl banklarFES-in idarəetmə sistemi : ABŞ Prezidenti tərəfindən təsdiq edilən və 7 nəfərdən ibarət İdarəetmə Şurası. Hər bir üzv 14 illiyə təyin edilir. ABŞ Prezidentinin Qanuna əsasən İdarəetmə Şurası sədrini vaxtından əvvəl vəzifədən azad etmək hüququ vardır (indiyə qədər bu maddədən istifadə edilməyib). Açıq bazar üzrə federal komitə müxtəlif məsləhət şuralarıfevral 2018-ci ildən FES İdarəetmə Şurasının sədri Cerom Pauel dir.
Yatağan dəmirtikan
Yatağan dəmirtikan (lat. Tribulus terrestris) — dəmirtikan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası: == Birillik ot bitkisi olub, nazik, düz kökləri olur. Gövdəsi budaqlanan olub, uzunluğu 10-60 (120) sm-dir. Yarpaqları qarşı-qarşıya, cüt-cüt, mürəkkəb lələkvari, 6-8 olmaqla, cüt-cüt yerləşən uzunsov yarpaqcıqdan ibarət, uzunluğu 3-8 sm, eni isə 1,5-2 sm-dir. Çiçəkləri qoltuq yarpaqlarından ibarət, qısa ayaqcıqlı, tək, azsaylı, kiçık, 1,2 sm diametrində çiçək tacından ibarətdir. İkiqat çiçək yanlığı, düzgün, beşüzvlü olmaqla, 10 erkəkcikdən ibarətdir. Yetişən zaman meyvələri 5 ulduzşəkilli künclü və 4 ədəd uzun və sərt tikan və çoxsaylı qabarcıqlardan ibarətdir. Çiçəkləri yaşıl-sarı, yarpaqları yaşıl, meyvələri isə açıq-yaşıldır. Özünəməxsus zəif iylidir.
Yatağan ilanlar
Yatağ ilanlar, və ya Qum yatağan ilanları (lat. Eryx) – Yatağanlar fəsiləsinə aid ilan cinsi. == Xüsusiyyətləri == Bu cinsə daxil olan ilan növlərinin yalnız az qismi qumda yuxa qururlar. Digər qismi isə gilli, çınqıllı və daşlıqlı ərazilərdə yuxa qurur. Bədəni silindirik formaya malik olur və əzələ sistemi yaxşı inkişaf etmişdir. Quyruğu isə çox qısadır. Gözləri xırda olub yuxarı istiqamətlənmiş formadadır. Ön dişləri arxa dişlərinə nisbətən uzundur. Onlar əsasən öz ovunu əzələli bədəni ilə sıxaraq öldürürlər. Əsasən kərtənkələlərlə qodalanır.
Abşeron yatağı
Abşeron — qaz-kondensat yatağı Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng yataqlardan biridir. Yataq Azəri-Çıraq-Günəşli neft-qaz yatağından cənub qərbdə dənizin 500 meter dərinliyində yerləşir. Yatağın sahəsi 260 kvadrat kilometr təşkil edir. Yataqda neftlilik-qazlılıq Təbaşir yaşlı çöküntülərlə əlaqədardır. Yataqda suyun dərinliyi 250-650 metr arasında dəyişir. Məhsuldar laylar isə 6500-6700 metr dərinlikdə yatır. İlkin qaz ehtiyatları 1 trilyon kub metr, kondensat ehtiyatları isə 945 milyon barel və ya 150 milyon ton təşkil edir. Abşeron layihəsində pay bölgüsü aşağıdakı qaydada bölünmüşdür: Total (operator, 40%), ARDNŞ (40%) və Engie (20%). SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln.
Cəyirçay yatağı
Ştokverk tipli, mis-porfir kütləsinə malikdir. Yatağın sahəsi təxminən 0,2 km2 , orta qalınlığı isə 33,8 m. -dir. Burada misin orta miqdarı 0,36%-ə yaxındır. Yatağın ehtiyatı C2+P1 kateqoriyası üzrə 406,9 min. ton proqnoz resursları kimi hesablanmışdır.
Dostluq yatağı
Dostluq yatağı (azərb. Dostluq, Kəpəz‎, türkməncə:Dostluk, Sərdar) — Xəzər dənizində Azərbaycanla Türkmənistan sərhədində yerləşən neft-qaz yatağı. Yataq 1989-cu ildə SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. 2021-ci ilə qədər yataq Azərbaycanda “Kəpəz”, Türkmənistanda isə “Sərdar” adlandırılıb. Hər iki respublika müstəqillik əldə etdikdən sonra isə neft-qaz yatağı mübahisə peridmeti olub. 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nun imzalanması ilə bu mübahisə bitib. Memarandumla yatağın adı dəyişdirilərək "Dostluq" adlandırılıb. == Tarixi == Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı bu yataq Xəzər dənizində iki ölkə arasında sərhəddə yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb.SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün "Promejutoçnoe", yəni “Aralıq” adlandırılıb. Xəzərin Azərbaycan sektorunda ən iri neft yatağı olan Azəri-Çıraq-Günəşli və Türkmənistanın “Petronas 1” blokları arasında yerləşən “Dostluq” yatağı Xəzərin cənub hissəsində hər iki ölkənin sərhəd sularında yerləşən ən iri neft-qaz yataqlarından biridir.“Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb.
Dəniz yatağı
Okean yatağı- (rus. ложе океана, ing. floor of ocean, sea floor) Yerin nəhəng relyef elementlərindən biri. Yer səthinin ən aşağı səviyyəsini/ dərinliyi 6–7 min metrə qədər/ təşkil edib, materik yamacı ilə orta okean silsiləsi arasında yerləşir. Okean tipli yer qabığına malik olması ilə səciyyələnir. == Həmçinin bax == Laxar brekçiyaları Nohur Xionosfer == Geomorofloji termin == Okean dibi — (rus. дно океанское, ing. ocean bottom) litosferin Dünya okeanı suları ilə örtülmüş səthi; qitələr vasitəsilə iri okean çökəklərinə bölünür. Sonuncuların hüdudlarında Yerin dörd çox böyük relyef elementi (geotekturu) ayrılır: qitə dayazlığı, keçid zona (qitədən okeana), okean yatağı və aralıq okean sıra dağları. Qitə dayazlığı və qitə yamacı çox vaxt vahid sualtı qitə kənarı geotekturunda birləşdirilir.
Filizçay yatağı
Filizçay yatağı — kolçedan-polimetal filizlərinin sənaye ehtiyatlarına görə Avropada ikinci yataq sayılır. Hazırda Azərbaycan Respublikasının kolçedan-polimetal filizləri ehtiyatılarının 90%-i Böyük Qafqazın cənub yamacında yerləşən Balakən-Zaqatala filiz rayonunda cəmlənmişdir. Ən iri Filizçay yatağın­dan başqa, burada daha kiçik yataqlar olan Kasdağ, Katex, Saqator, Qarabçay və Mazımçay kolçedan-polimetal yataqlarını, həmçinin Gumbul­çay-Çeder kolçe­dan-mis-polimetal filiz təzahürləri qrupunu göstərmək olar ki, bunların tərkibi əsasən pirit, sfalerit, qalenit, xalkopirit, pirrotin, ikinci dərəcəli metallardan – arsenopirit, kobaltin, müxtəlif metal sulfoduzları və s. ilə təmsil olunmuşdur. Əsas faydalı komponentlər mis, sink, qurğuşun, gümüş, kükürd, müşayiət kom­po­nentləri isə qızıl, vismut, kobalt, kadmium, selen, tellur, indiumla təmsil olun­muşlar. Filizçay yatağının sənaye ehtiyatları əsasında xammal təminatı 50 ildən çox dövrə yetəcək yüksəkgəlirli mədən-metallurgiya kompleksini yaratmaq olar. == Mənbə == Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
Gədəbəy yatağı
Gədəbəy yatağı — Azərbaycanın Gədəbəy rayonu ərazisində dəniz səviyyəsindən orta hesabla 1500 metr yüksəklikdə Misdağ dağı ətrafında yerləşən qızıl-mis yatağıdır. == Tarixi == Yataqda mədənçiliyin tarixi 2000 il əvvələ gedib çıxır. Daha sonrakı 1849-cu ildə "Mextor Qardaşları", onun ardınca "Alman Simesn Qardaşları" tərəfindən başladılmışdır. 1917-ci ildə Rusiya inqilabı ilə mədəndəki fəaliyyət dayanmışdır. Yataqda açıq üsulla mədən fəaliyətinə 2008-ci ildə "Anglo Asian Mining"in törəmə müəssisəsi Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti (ing. Azerbaijan International Mining Company - AIMC) tərəfindən bərpa olundu. Filizlərdən qızıl, mis, sink əldə edilməsi məqsədi ilə "heap leach" tipli zavod quruldu. İlk qızıl istehsalı isə 2009-cu ilin may ayında olmuşdur. == Hasilatın Pay Bölgüsü == Yatağın qızıl ehtiyatı təxmini hesablamalara görə 22 000 t. dur.
Naxçıvan yatağı
Naxçıvan yatağı — Azərbaycanda, Xəzər dənizində neft və qaz yatağıdır. Bakıdan 90 km (56 mil) cənubda, 400-600 metr (1.300-2.000 ft) dərinlikdə yerləşir. Naxçıvan yatağı 1960-cı ildə aşkar edilmişdir. 1994-cü ildə qazma işlərinə hazırlanmışdır. 1997-ci ildə ExxonMobil və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) yatağın kəşfiyyatı ilə bağlı müqavilə imzalamışlar, lakin bu müqavilə əhəmiyyətli ehtiyatların olmaması səbəbindən sonradan dayandırılmışdır. 2010-cu il mart ayının 10-da Almaniyanın RWE Dea neft şirkəti ARDNŞ ilə bu sahəni inkişaf etdirmək üçün memorandum imzalamışdır. İlkin proqnozlara görə, Naxçıvan ərazisində 300 milyard kubmetr təbii qaz və 40 milyon ton təbii qaz kondensatını ehtiyatı ola bilər.
Neft yatağı
Neft yatağı - Neft və qazın yer qabığının məsaməli mühitindəki təbii yığımına neft və qaz yatağı deyilir. Belə yataqlar əsas etibarilə çökmə süxurların–qumların, qumdaşıların, dolomitlərin və s. məsamə və çatlarında neft-qazın toplanması nəticəsində əmələ gəlir. Qeyd etmək lazımdır ki, hər bir məsaməli çökmə süxurda neft toplana bilmir. Məsələn, çökmə mənşəli gil süxurları neft yatağı üşün münasib süxur hesab edilmədiyi halda (onların məsaməlik əmsalı 40-50%-ə çatır), qaz yatağı üçün daha əlverişli sayılır. məsamələrində neft-qaz toplana bilən və yatağın istismarı zamanı həmin nefti və qazı özündən buraxa bilən süxura kollektor süxur deyilir.. Dünyada ən böyük neft yataqlarından Səudiyyə Ərəbistanının Qavar yatağı və Küveytin Burqan yatağını göstərmək olar. Bu yataqların balan ehtiyatları 60 milyard barel (təxminən 8.2 milyard ton) həcmində qiymətləndirilir.
Okean yatağı
Okean yatağı- (rus. ложе океана, ing. floor of ocean, sea floor) Yerin nəhəng relyef elementlərindən biri. Yer səthinin ən aşağı səviyyəsini/ dərinliyi 6–7 min metrə qədər/ təşkil edib, materik yamacı ilə orta okean silsiləsi arasında yerləşir. Okean tipli yer qabığına malik olması ilə səciyyələnir. == Həmçinin bax == Laxar brekçiyaları Nohur Xionosfer == Geomorofloji termin == Okean dibi — (rus. дно океанское, ing. ocean bottom) litosferin Dünya okeanı suları ilə örtülmüş səthi; qitələr vasitəsilə iri okean çökəklərinə bölünür. Sonuncuların hüdudlarında Yerin dörd çox böyük relyef elementi (geotekturu) ayrılır: qitə dayazlığı, keçid zona (qitədən okeana), okean yatağı və aralıq okean sıra dağları. Qitə dayazlığı və qitə yamacı çox vaxt vahid sualtı qitə kənarı geotekturunda birləşdirilir.
Oğlanqala yatağı
Oğlanqala yatağı — mərmərləşmiş əhəng daşı Şərur rayonu ərazisində, Şərur d.y.st.-ından 8 km şimal-şərqindədir. == Geoloji quruluşu == Geoloji quruluşunda Üst Karbon yaşlı, tünd-boz və qara rəngli kristallik mərmərləşmiş əhəngdaşılar iştirak edir. == Tektonik cəhəti == Tektonik cəhətdən Dizə-Sədərək sinklinalının cənub-qərb qanadında yerləşir. Faydalı qat xırda və orta dənəli olub, müxtəlif istiqamətdə kalsit damarları ilə kəsilir. == Sıxlığı == Sıxlığı 2,53-2.72 t/m³-dir. == Tərkibi == Tərkibində CaO-nın miqdarı 51,8% təşkil edir. Əhəngdaşı yüksək keyfiyyətli üzlük daşı və dekorativ çınqıl kimi yararlıdır. Yatağın sənaye ehtiyatı 2299 min m³, blok çıxışı 35%-dir.
Qaradağ yatağı
Yataq ştokverk layvari morfologiyaya malik olub sahəsi təxminən 0,56 km2 , orta qalınlığı isə 29 m.-dir. Yataqda misin orta miqdarı təxminən 0,51% təşkil edir. Yataqda mis kütləsinin ehtiyatı C1+C2+P1 kateqoriyaları üzrə təxminən 976,6 tona qədər hesablanır.
Teymuruçandağ yatağı
== Yerləşdiyi ərazi == Sultanheydər-Qatardaşın antiklinalının şimal-qərb qanadında yerləşir. == Ümumi məlumat == Mineral tərkibindən asılı olaraq kvars damarları kvarsmolibden və kvars-polimetallara bölünürlər. Kvars-molibden damarları daha çox inkişaf etmişdir. Q. Q. Əliquliyev, A. M. Babayev və digər tədqiqatçılar 1962-ci ildə kvars-molibdenit damarlarını iki qrupa bölüblər: Kvars-pirit-molibdenitli və sulfidmolibdenit damarlar. Bu filiz yatağında aşağıdakı filiz mineralları müəyyən edilib: əsas minerallar –molibdenit, pirit, xalkopirit, ikinci dərəcəli minerallara isə sfalerit, qalenit, tutxun filizlər, kovellin, bornit, azurit, xalkozin, serussit və s. aiddir. Filiz əsas zolaqlı, brekçiyavari və kollomorf teksturaya malikdir. Yataq 41 kvars damarı və hidrotermal dəyişilmə zonaları ilə təmsil olunur. Filiz damarlarının qalınlığı 0,1-1,8 m, uzanmaları şimal-şərq istiqamətindədir. Damarlarda molibdenin miqdarı 0,01-0,2 %, misin miqdarı 0,001-1%, sinkin miqdarı isə 0,01- 0,74%-dir.
Zəfər yatağı
Zəfər yatağı – Gədəbəy rayonunda yerləşən sənaye əhəmiyyətli mis-qızıl yatağı. == Adlandırılması == Yataq “Anglo Asian Mining PLC”nin törəmə müəssisəsi olan Azərbaycan Beynəxalq Mədən Əməliyyat Sirkətinin (ing. Azerbaijan Interntional Mining Company - AIMC) yerli geoloqları tərəfindən 2020-ci ilin oktyabr-noyabr aylarında kəşf olunub. Əsas filiz kütləsi 44 günlük Vətən Müharibəsi günlərinə rast gəlindiyi üçün qazanılan qələbələrin şərəfinə yataq "Zəfər" adlandırılıb. == Coğrafi mövqeyi == Yataq inzibati cəhətdən Gədəbəy rayonunda yerləşir və rayon mərkəzindən təxminən 5 km Şimal-Qərbdə, Gədəbəy yatağından 3.8 km Şimal-Qərbdə və Uğur yatağından 2.5 km Cənub-Qərbdədir. Ərazi müəyyən yerlərdə hətta 2000 m-i keçən yüksək dağlıq relyefə və ot örtüyünə sahibdir. == Kəşfiyyatı == Həmin sahədə kəşfiyyat işlərinə 2016-cı ildən başlanılmışdır. Aparılan kompleks axtarış-kəşfiyyat işlərinin – çöl sınaqlaşdırması, geokimyəvi sınaqlaşdırma, xəritəalma, geofiziki tədqiatlar nəticəsində kəşf olunub. Əsas filiz kütləsi 2020-ci ilin oktyabr-noyabr aylarında quyularla kəsilmişdir. Yatağın kəşfi ilə bağlı rəsmi elan isə 2021-ci ilin yanvar ayında verilib.
"Günəşli" neft yatağında yanğın (2015)
"Günəşli" neft yatağında yanğın — 2015-ci ilin 4 dekabr tarixində baş verib. Hadisə "Günəşli" neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermişdir. Hadisə nəticəsində 63 nəfər zərər çəkmişdir. Onlardan 16 nəfər dünyasını dəyişmişdir. 17 nəfər itkin düşmüşdür. Bu hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr matəm günü elan olunmuşdur. == Hadisə haqqında == Günəşli neft yatağında yanğın 4 dekabr 2015-ci ildə 17ː40 radələrində başlamışdır. Hadisəyə ilkin səbəb olaraq o göstərilir ki saat 17ː40 radələrində nəhəng dalğalar Dövlət Neft Şirkətinin "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırmış, nəticədə boru kəmərini zədələmiş və şiddətli yanğın baş vermişdir. Yarana biləcək fəsadların qarşısını almaq məqsədilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılmış, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılmışdır. == Xilas etmə işləri == 4 dekabr Təlimata və təxliyə planına uyğun olaraq, yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədilə işçilər özüldəki iki xilasedici qayığa minmiş və qayıqları aşağı buraxmışlar.
Günəşli neft yatağında yanğın (2015)
"Günəşli" neft yatağında yanğın — 2015-ci ilin 4 dekabr tarixində baş verib. Hadisə "Günəşli" neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermişdir. Hadisə nəticəsində 63 nəfər zərər çəkmişdir. Onlardan 16 nəfər dünyasını dəyişmişdir. 17 nəfər itkin düşmüşdür. Bu hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr matəm günü elan olunmuşdur. == Hadisə haqqında == Günəşli neft yatağında yanğın 4 dekabr 2015-ci ildə 17ː40 radələrində başlamışdır. Hadisəyə ilkin səbəb olaraq o göstərilir ki saat 17ː40 radələrində nəhəng dalğalar Dövlət Neft Şirkətinin "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırmış, nəticədə boru kəmərini zədələmiş və şiddətli yanğın baş vermişdir. Yarana biləcək fəsadların qarşısını almaq məqsədilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılmış, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılmışdır. == Xilas etmə işləri == 4 dekabr Təlimata və təxliyə planına uyğun olaraq, yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədilə işçilər özüldəki iki xilasedici qayığa minmiş və qayıqları aşağı buraxmışlar.
Yamağan
Yamağan (fars. یمقان‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 151 nəfər yaşayır (55 ailə).
Yatuğan
Yatuğan (qaz. jetıgen, xakasca çatxan, monq. yatqa, çin. qujeng) — qədim türk simli aləti. Azərbaycanda Orta Çağlarda istifadə olunsa da, hazırda unudulub. == Tarixçə == Yatuğan Azərbaycana Orta Asiyadan, Çindən gətirilib. Onun adına Əbdülqədir Marağayinin (XIV əsr) əsərlərində rast gəlinir. 17 simli yatuğan bir növ qanun kimi səsləndirilirdi. Türkiyəli alim B. Ögel yatuğanın türk xalqlarına məxsus olduğunu bildirir. Daha mükəmməl olan qanun alətinin inkişafı ona qohum olan yatuğanı Azərbaycanda sıradan çıxarmış ola bilərdi.