EHTİYATLA

zərf
1. Qorxa-qorxa, çəkinəçəkinə, ehtiyat edərək, ehtiyat gözləyərək. Ehtiyatla danışmaq. Ehtiyatla yerimək.
– …Çox möminlər var ki, Molla Nəsrəddini ehtiyatla bükür kağıza və bir cavan adam tapıb deyir ki, al bunu, oxu görək, molla nə yazır… C.Məmmədquluzadə.
Hacı Qulu … ehtiyatla quyunun yanında uzanıb diqqətlə baxdı. A.Şaiq.

2. Yavaş, asta, səs salmadan, üsullu(ca), yavaşca.
[Molla Xəlil] çox ehtiyatla müəllimin qapısına gəldi. S.Hüseyn.
[Qaraş] Mayanı şirin səhər yuxusundan ayıltmaq istəməyərək ehtiyatla geyinib çölə çıxdı. M.İbrahimov.
Tahirzadə çustlarını geyib kimsəni oyatmamaq üçün ehtiyatla evdə gəzdi. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • EHTİYATLA qorxa-qorxa — çəkinə-çəkinə
  • EHTİYATLA yavaş — asta — üsulluca

Antonimlər (əks mənalı sözlər)

  • EHTİYATLA EHTİYATLA – CƏSARƏTLƏ Hacı Qulu... ehtiyatla quyunun yanında uzanıb diqqətlə baxdı (A.Şaiq); O cəsarətlə işə girişdi
EHTİYATKARLIQ
EHTİYATLANMA

Digər lüğətlərdə