Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yemişan
Yemişan (lat. Crataegus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. ASE və bəzi başqa qaynaqlarda cinsin adı səhvən Grataegus kimi verilmişdir. Ağac və ya iri kol bitkisi olub, növbə ilə düzülmüş yumurtaşəkilli yarpaqları vardır. Yarpaqlarının kənarı mişarvaridir. Ağ rəngli ətirli çiçəkləri, uzunsov kürəvari giləmeyvəyəoxşar lətli və şirəli meyvəsi olur. Meyvəsi yetişən vaxt qırmızı, qara, şabalıdı və s. rəngə boyanır. Meyvəsinin içərisində açıq-sarı rəngli toxumları yerləşir. Bitki may-iyun aylarında çiçək açır, sentyabr-oktyabr aylarında meyvələri yetişir.[mənbə göstərin] == Növləri == Azarol yemişan (Crataegus azarolus L.) Korolkov yemişanı (Crataegus korolkowii L. Henry) Birdişicikli yemişan (Crataegus monogyna Jacq.) Beşdişicikli yemişan (Crataegus pentagyna Waldst.
Azarol yemişan
Azarol yemişan (lat. Crataegus azarolus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Fransanın cənubunu və İtaliyanı əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 6 m-ə çatan, cavan zoğları bozumtul tükcüklü, yayın axırlarında təxminən çılpaqlaşan ağac və ya koldur.Tikanları çox və ya azsaylı, bəzən isə tikansızdır, uzunluğu 0,5-1,5 sm-dir. Yarpaqları tünd yaşıl, uzunluğu 3-7 sm, eni 2,5- 6,5 sm, çılpaq və ya üstü sıx olmayan yapışıq tükcüklüdür, əks-yumurtavaridən rombvariyədək dəyişir, kənarları bütöv və ya ucunda bir-üç dişli pərlidir. Çiçək qrupunun diametri 3-5 sm çoxçiçəklidir, çiçək saplağı yaxşı inkişaf etmiş tükcüklüdür. Çiçəklərin diametri 1,5 sm, kasayarpaqları enli-üçkünc, tükcüklüdür; sütüncuqları iki, bəzən bir-üçdür. Mayda çiçəkləyir. Meyvələri təxminən şarşəkilli, diametri 12–15 mm, açıq qırmızı, yeməlidir. Çəyirdəkləri iri, bəzən bir, uzunluğu təxminən 10 mm, diametri 8 mm, arxa tərəfdən çox qabarıq və şırımlı, ön tərəfdən hamar və bir az batıqdır.
Beşdişicikli yemişan
Beşdişicikli yemişan (lat. Crataegus pentagyna) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Sinonimləri == Azarolus oliveriana (Dum.Cours.) M.Roem. Azarolus platyphylla (Lindl.) M.Roem. Crataegus colchica Grossh. Crataegus elbursensis Rech.f. Crataegus melanocarpa M.Bieb. Crataegus melanocarpa var. atrofusca (Steven ex K.Koch) Boiss. Crataegus melanocarpa subsp.
Beşyuvalı yemişan
Beşdişicikli yemişan (lat. Crataegus pentagyna) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Sinonimləri == Azarolus oliveriana (Dum.Cours.) M.Roem. Azarolus platyphylla (Lindl.) M.Roem. Crataegus colchica Grossh. Crataegus elbursensis Rech.f. Crataegus melanocarpa M.Bieb. Crataegus melanocarpa var. atrofusca (Steven ex K.Koch) Boiss. Crataegus melanocarpa subsp.
Birdişicikli yemişan
Birdişicikli yemişan (lat. Crataegus monogyna) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Rusiyanın Avropa hissəsinin mərkəzi və cənub rayonlarında, Qafqazda, Orta Asiyada yabanı halda bitir. == Botaniki təsviri == Bioloji xüsusiyyətlərinə görə iynəli yemişana bənzəyir, lakin nisbətən tez böyüməsi, çəhrayı rəngli çiçəkləri və s. xüsusiyyətləri ilə fərqlənir. Hündürlüyü 3-6 m-ə, əlverişli şəraitdə isə 8-12 m-ə çatan, simmetrik yumru çətirli, çoxillik budaqları qonur-boz rəngdə olan ağacdır. Yarpaqları yumurta və ya rombşəkilli, 3,5-sm, eni 2,5 sm-dir. Çiçəkləri 10-18 ədəd olmaqla çətir çiçək qrupuna yığılmışdır. Meyvələri yumru, uzunluğu 0,7-sm olan çəyirdəkmeyvədir, 6 yaşından meyvə verir. == Ekologiyası == İstiyə, soyuğa və rütubətə davamlıdır.
Mahmızlı yemişan
Mahmızlı yemişan (lat. Crataegus crus-galli) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Amerikanın Şərq hissəsidir. Yemişanın bu növü 1656-cı ildən Rusiyada mədəni halda becərilir. == Botaniki təsviri == Hündürlüyü 6-10 m-ə, eni 6-8 m-ə çatan, sallaq budaqlı, xoruzun mahmızına bənzər tikanları, enli-yumru, əyri, şaxəli çətiri olan kol və ya balaca ağacdır. Yarpaqları uzunsov, yumurtaşəkilli, uzunluğu 8-10 sm, eni 4-5 sm-ə qədərdir, ayanın üst səthi parlaq tünd-yaşıl, alt səthi açıq-yaşıl, kənarı sivridişlidir. Çiçəkləri ağ, diametri 2 sm-ə qədərdir, 15-20 ədəd olmaqla qalxan çiçək qrupuna yığılmışdır. Meyvələri al-qırmızı, çəyirdək meyvədir, sentyabrın üçüncü ongünlüyündə yetişir, bütün qış dövründə budaqların üzərində qalır. Payızda al-qırmızı şarşəkilli meyvələri və qırmızı, sarı yarpaqları bitkiyə çox dekorativ görünüş verir. == Ekologiyası == Bitki quraqlığa, şəhər şəraitinə yaxşı dözür, soyuğa davamlı deyil.
Pazşəkilli yemişan
Pazşəkilli yemişan (lat. Crataegus cuneata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Çin, Yaponiya və Tayvunda geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5 m, çətrinin diamеtri 3 m olan ağacdır. Çətiri kürəvi və ya yumurtavari formada olur. Budaqlarında nazik tikanlar yеrləşir. Yarpaqların kənarı tam, yumurtavaridir, üstü çılpaq, parlaqdır. Çiçəkləri ağ rənglidir, sıх, çətirvari çiçək qrupuna toplanmışdır. Kasa yarpaqcıqları və ləçəkləri 5-dir. Yumurtalıq 1-5 mеyvə yarpaqcığından əmələ gəlmişdir.
Qarameyvəli yemişan
Qarameyvəli yemişan (lat. Crataegus nigra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii şəraitdə Qərbi Avropada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 7 m-ə çatan dəyirmi çətirli ağacdır.Cavan zoğları aşağıya doğru sallanır, üzərində qısa tikanlar vardır. Yarpaqları yumurtavari və ya dəyirmi-yumurtavaridir, iti uclu, üstdən tünd yaşıl, alt hissəsi isə açıq yaşıl rəngli, zəif tükcüklüdür, uzunluğu 4-9 sm, еni isə 3-6 sm-dir. Qaidəsi еnli pazvari və ya bölümlüdür. Yarpaq saplağı ayadan 2-3 dəfə qısadır. Kənarları qеyri bərabər dişlidir. Çiçəkləri ağ və ya çəhrayı rəngli, diamеtri 15 mm-ə qədərdir, sıх, tüklü hamaşçiçək qrupuna yığılmışdır. Çiçək saplağı qısadır, еrkəkcikləri sarı tozcuqlarla örtülmüşdür.
Qaraqaşlı yemişan
Qaraqaşlı yemişan (lat. Crataegus atrofusca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3-5 m-ə qədər olan koldur. Gövdə qabığı qəhvəyi və ya bozdur. Çətiri kürəvi və ya yumurtavari, tikanlıdır. Yarpaqları növbəli, adətən dilimlidir. Çiçəkləri mürəkkəb qalxanvarı çiçək qrupuna toplanmaqla budaqların ucunda yerləşmişdir. Kasayarpaqcıqları və ləçəkləri 5-dir. Yumurtalıq 1-2-5 meyvə yarpaqcığından əmələ gəlmişdir.
Qırmızımeyvəli yemişan
Qırmızımeyvəli yemişan (lat. Crataegus sanguinea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Avropanın şərqindən başlayaraq Orta Asiya daхil olmaqla Qərbi və Şərqi Sibirə qədər gеniş arеalı əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 4-6 m-ə çatan, parlaq al-qırmızı,qonur budaqları üzərində 2-4 sm uzunluqda sivri tikanları olan kol və ya balaca ağacdır. Yarpaqları yumurtaşəkilli, 3-7 dilimli, uzunluğu 6 sm, еni 4-5 sm-dir. Çiçəkləri ağdır, diamеtri 5 sm olan qalхan çiçək qrupuna yığılmışdır, mayın aхırında çiçəkləyir. Mеyvələri al qırmızı, şarşəkilli, 3-4 toхumlu çəyirdəkmеyvədir, avqust-sеntyabr aylarında yеtişir. Yеddi yaşından еtibarən mеyvə vеrməyə başlayır. == Ekologiyası == İstiyə, soyuğa, qışa davamlıdır, torpağa tələbkar dеyil. == Azərbaycanda yayılması == Naxçıvan MR təbii halda rast gəlinir.
Tüklü yemişan
Meyer yemişanı (lat. Crataegus meyeri) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Balkan, Kiçik Asiya, İran və Qafqazda bitir. == Botaniki təsviri == Hündürlüyü 3-4 m-ə qədər olan tikanlı ağac və ya koldur. Cavan zoğu al qırmızıdır. Yarpaqları hər iki tərəfdən tükcüklü, 5-7 bölümlüdür. Yarpaq saplağı sıx tükcüklüdür. Meyvəsi ovalşəkilli tünd qırmızıdır. İki və ya bir çəyirdəklidir. Budağlarının qabığı boz, qırmızı qonurdur.
Tüklüçiçək yemişan
Meyer yemişanı (lat. Crataegus meyeri) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Balkan, Kiçik Asiya, İran və Qafqazda bitir. == Botaniki təsviri == Hündürlüyü 3-4 m-ə qədər olan tikanlı ağac və ya koldur. Cavan zoğu al qırmızıdır. Yarpaqları hər iki tərəfdən tükcüklü, 5-7 bölümlüdür. Yarpaq saplağı sıx tükcüklüdür. Meyvəsi ovalşəkilli tünd qırmızıdır. İki və ya bir çəyirdəklidir. Budağlarının qabığı boz, qırmızı qonurdur.
Tündqırmızı yemişan
Yalançı yemişan (lat. Crataegus ambigua) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == İran, Türkiyə və Gürcüstanda yayılıb. == Botaniki təsviri == Hündürlüyü 10-12 m, gövdəsinin diametri 20 sm, yarpağı tökülən ağacdır. Oduncağı ağır, bərk, cod və möhkəmdir. Budaqları bozdur, cavan budaqları çılpaq olub, tünd qırmızıdır, üzərində 1, 5 sm uzunluğunda tikanlar yerləşir. Yarpaqları parlaq, açıq yaşıl rəngdədir, cavan yarpaqları azca tüklü, yaşlı yarpaqları isə çılpaqdır. Çiçəkləyən budaqların alt yarpaqları pazşəkilli, qısa saplaqlı, üç bölümlü, kənarları dişli, yuxarı hissəsi enli yumurtavari, uzunluğu 5-8 sm-dir. Çiçəkləməyən budaqların yarpaqları daha iri, əsas hissəsindən geniş pazşəkilli olub, 5-7 bölümlüdür. Çiçək qrupu 7-13 mm uzunluğunda, çiçək sapalğının üzərində yerləşir, çılpaqdır, diametri 8 sm-dir.
Təpəcikli yemişan
Təpəcikli yemişan (lat. Crataegus collina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Şimali Amerikada çayların kənarındakı təpəciklərdə, quru yamaclarda və seyrək meşələrdə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5-8 m olan ağacdır. Budaqlarının üzərində seyrək halda 3-7 sm uzunluğunda tikanlar yerləşir. Yarpaqları tərs yumurtavari və ya ellipsvaridir. Uzunluğu 3-9 sm, eni isə 2-5 sm-dir, iti uclu və ya kütdür. Budaqlarının hər iki tərəfi zəif tükcüklüdür. Meyvəsi dairəvi, qəhvəyi-qırmızı rəngdədir. Toxumla çoxaldılır.
Xırdayarpaq yemişan
Xırdayarpaq yemişan (lat. Crataegus microphylla) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Krım, Qafqaz, Kiçik Asiya və İranı əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 1-1,5 m-dək olan kiçik ağacdır. Budaqları açıq boz, kiçik budaqları al qırmızı qonurdur, zoğları nazik, əsasən çılpaq və ya ancaq cavan budaqlarda tükcüklüdür. İynələri çox vaxt çoxsaylı, uzunluğu 5-12 mm, nazikdir. Yarpaqları nazik, uzunluğu 1,2-3 sm, eni 1-2,8 sm (uzunluğu 5,5 sm-dək və eni 3,5 sm), uzunsov-yumurtavari, bəzən enli-yumurtavari, 5-7 yerə bölümlü və ya dərin pərli, hissələri yumurtavari, küt, bəzən ucu biz, bünövrədən dişlidir. Çiçək qrupu sadə, çətirvari, 4-10 çiçəkli, çiçək saplağı çılpaq, uzunluğu 2-3.5 sm-dir. Çiçəklərin diametri 13-16 mm, ağ ləçəkli, kasayarpaqları uzun ucu-biz, meyvə yumurtalığı bəzən tüklüdür; erkəkcikləri 20; sütuncuğu 1, düzdür. Meyvələri uzunsov-ellipsvari, yumurtavari və armudvari, bəzən təxminən şarşəkilli, uzunluğu 9-12 mm, al qırmızıdır.
Yalançı yemişan
Yalançı yemişan (lat. Crataegus ambigua) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == İran, Türkiyə və Gürcüstanda yayılıb. == Botaniki təsviri == Hündürlüyü 10-12 m, gövdəsinin diametri 20 sm, yarpağı tökülən ağacdır. Oduncağı ağır, bərk, cod və möhkəmdir. Budaqları bozdur, cavan budaqları çılpaq olub, tünd qırmızıdır, üzərində 1, 5 sm uzunluğunda tikanlar yerləşir. Yarpaqları parlaq, açıq yaşıl rəngdədir, cavan yarpaqları azca tüklü, yaşlı yarpaqları isə çılpaqdır. Çiçəkləyən budaqların alt yarpaqları pazşəkilli, qısa saplaqlı, üç bölümlü, kənarları dişli, yuxarı hissəsi enli yumurtavari, uzunluğu 5-8 sm-dir. Çiçəkləməyən budaqların yarpaqları daha iri, əsas hissəsindən geniş pazşəkilli olub, 5-7 bölümlüdür. Çiçək qrupu 7-13 mm uzunluğunda, çiçək sapalğının üzərində yerləşir, çılpaqdır, diametri 8 sm-dir.
Yaşıl yemişan
Yaşıl yemişan (lat. Crataegus viridis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Yelpikvari yemişan
Yelpikvari yemişan (lat. Crataegus flabellata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Şimali Amerikanın şimal-şərqi rayonlarını - Kvebekdən Pensilvaniyayadək olan əraziləri əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 6 m-dək olan, çoxgövdəli ağacdır. Budaqları yuxarı qalxan, qonur, zoğları çılpaq, bozumtuldur, kiçik budaqları isə əyridir. İynələri çoxsaylı, möhkəm, biraz əyilmişdir, uzunluğu 3-10 sm-dir. Yarpaqları enli- yumurtavari və ya rombvari, ucu biz, bünövrəsi enli və ya ensiz, xırda dişli, 4-6 cüt yelpikvari yayılan, dərin olmayan pərli, cüt dişciklidir. Uzunluğu 3-7 sm, eni 2,5-6 sm, bəzi zoğlarda uzunluğu 9 sm, eni 8 sm, üstü yapışıq tükcüklü, sonradan çıxıntılı və ya çılpaq olub, alt tərəfi də çılpaqdır. Saplaqların uzunluğu 1-4 sm, yalançı zoğları xətvari-lansetvari, vəzicikli-tükcüklü, tez töküləndir. Çiçək qrupları 8-12 çiçəkli, oxu zəif tükcüklüdür.
Yemişan kəpənəyi
Yemişan kəpənəyi (lat. Aporia crataegi) — buğumayaqlılar tipinin kəpənəklər və ya pulcuqluqanadlılar dəstəsinin baramasarıyanlar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Yemişan kəpənəyinin qanadları ağ, onun damarları isə qonur-qəhvəyi rənglidir. Yumurtaları qırmızı-sarı rəngli, saplaqlı, 1,5 mm uzunluqda olur. Tırtılın bədəni uzun tüklü olmaqla qaramtıldır. Bel hissəsində narıncı-qəhvəyi rəngli üç qara zolaq uzanır. == Həyat tərzi == 2 və 3-cü yaş tırtılları sapla bir- birinə bağlanan, yarpaqlardan düzəldilmiş yuvalarda qışlayırlar. Belə yuvalar ağacın kiçik budaqlarından sapla asılmış olur. Hər yuvada 25-30 ədəd tırtıl qışlayır. Yazın əvvəllərində, qış yuvasından çıxan tırtıllar, ağacların tumurcuqlarının içərisini, sonra isə çiçək, qönçə və yarpaqları ilə qidalanırlar.
Əyrikasacıq yemişan
Crataegus rhipidophylla (lat. Crataegus rhipidophylla) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Əyriyumurtalıqlı yemişan
=== Crataegus kyrtostyla Fingerh. = C. curvisepala Lindm. === Hündürlüyü 6 (8) m-ə çatan balaca ağac və ya 1,5-3 (4) m-ə çatan koldur. Budaqların qabığı qonurtəhər-boz rəngdədir. Cavan zoğları qırmızımtıl-qəhvəyi, azsaylı qısa tikanları vardır və yaxud az hallarda tikansızdır. == Yarpaq == Yarpaqlarının uzunluğu 5 sm-ə qədərdir, parlaq yaşıl rənglidir, üst hissədən demək olar ki, çılpaq, alt hissədən dağınıq basıq tüklüdür və yaxud damarların künc tərəfində saqqalcıqlıdır, görünüşünə görə demək olar ki, rombşəkilli və ya əksinəyumurtaşəkillidir, qaidə hissəsi pazşəkilli, bəzən dairəvidir, adətən 5-7 bölümlü olub, kənarları sivri,mişarvari dişli bölümlüdür; saplağı yarpaq ayasından 1,5 dəfə uzundur. == Çiçək == Qalxanı enlidir, adətən çılpaqdır, üzərində 1-3 ədəd çiçək daşıyan 3-6 ədəd budaqcıqdan ibarətdir. Çiçəkləri ağ rəngdədir, diametri 11-15 mm-dir. 1 sütuncuğu (nadir halda 2) vardır. == Meyvə == Meyvələri qırmızı, uzunsov-ellipsvari və ya slindrikdir, uzunluğu 12-14 mm, birtoxumludur.
Yaşılmeyvə yemişan
Yaşılmeyvə yemişan (lat. Crataegus chlorocarpa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropa və ABŞ-da 1880-ci ildən becərilir. Təbiətdə növün arealı Kamçatka, Primorye, Saxalın və Yaponiya əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 4 m, sıx, piramidal çətirli iri koldur. Gövdə və budaqların qabığı boz və sarımtıl-qonurdur; iynələri qısa, uzunluğu 1-1,5 sm-dir. Tumurcuqları qaradır. Yarpaqları yumurtavari və ya enli yumurtavari, ucu biz və pazşəkilli bünövrəli, dərin olmayan 9-11 hissəli və ya dişli, hər tərəfdən çılpaq və ya üstü seyrək tükcüklü, alt tərəfi tükcüklü, daha açıq, qısa zoğlarda uzunluğu 4,5 sm, eni 3,5 sm, uzun zoğlarda uzunluğu 13 sm-dək, eni 10 sm-dir. Saplağın uzunluğu 1-2,5 sm-dir. Yalançı zoğları enli, oraqvari əyilmiş, iri dişlidir.
Yumruyarpaq yemişan
Yumruyarpaq yemişan (lat. Crataegus rotundifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Amerikadır. == Botaniki təsviri == Hündürlüyü 6 m-ə çatan çoxgövdəli, sıxçətirli iri kol və ya ağacdır. Yarpaqları yumurtavari, kənarları iri dişlidir. Çiçəkləri ağ, diametri 2 sm-dir. 8-10 ədədi çətir çiçək qrupuna yığılmışdır. İyun ayında çıçəkləyir, meyvələri qırmızı, yumru çəyirdəkmeyvədir, sentyabrda yetişir. == Ekologiyası == Yumru yarpaqlı yemişan qışa, quraqlığa, şəhər şəraitinə digər yemişan növlərinə nisbətən daha çox davamlıdır. == Azərbaycanda yayılması == Respublikanın bəzi bölgələrində mədəni şəraitdə becərilir.
Lələkvari-kəsikyarpaq yemişan
Lələkvari-kəsikyarpaq yemişan (lat. Crataegus pinnatifida) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Yalançı müxtəlifyarpaq yemişan
Yalançı müxtəlifyarpaq yemişan (lat. Crataegus pseudoheterophylla) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == İran, Qafqaz, İraq, Əfqanistanda təbii halda yayılmışdır. == Botaniki təsviri == Açıq-qırmızı, boz rəngli budaqları olan kiçik ağac və ya koldur. Yarpaqları lələkvari, üst tərəfi parlaq açıq-yaşıl, alt tərəfi göyümtüldür. Meyvəsi yumurtavari formalı, qəhvəyi-qırmızı rənglidir. == Ekologiyası == Dəniz səviyyəsindən 1200-2000 m hündürlükdə daşlı qayalıqlarda bitir. İstiyə, soyuyğa davamlı olub, torpağa təlabkar deyildir. == Azərbaycanda yayılması == Böyük və Kiçik Qafqaz, Naxçıvan MR-da təbii halda rast gəlinir. == İstifadəsi == Dekorativ görünüşə malikdir.
İosif Yesman
İosif Qavriloviç Yesman (1 dekabr 1868, Vileyka[d], Vilen quberniyası[d] – 30 iyun 1955, Bakı) — Hidravlika sahəsində görkəmli sovet alimi, Azərbaycan SSR EA-nın akademiki (1945), Əmək Qəhrəmanı (1937), texnika elmləri doktoru (1933), professor (1933), Azərbaycan SSR Əməkdar elm xadimi (1927). == Həyatı == İosif Yesman 1 dekabr 1868-ci ildə Belarusiyanın Vileyka şəhərində anadan olmuşdur. Ali təhsilini 1892-ci ildə Sant-Peterburq Texnoloji İnstitutunun Mexanika şöbəsində almışdır. == Akademik fəaliyyəti == İosif Yesman adyunkt elmi dərəcəsini 1913-cü ildə, elmlər doktoru elmi dərəcəsini və professor elmi adını 1933-cü ildə almışdır. Azərbaycan EA-nın ilk 15 təsisçisindən biri olan İosif Yesman 1945-ci ildə Azərbaycan SSR EA-nın fizika-texnika elmləri və neft bölməsi üzrə həqiqi üzvü (akademik) seçilmişdir.Yesmanın elmi işləri, əsasən, hidravlika və hidromaşınqayırmaya, porşenli və mərkəzdənqaşma nasoslarının nəzəriyyə və hesablamalarına həsr olunmuşdur. Bir çox SES-lərin layihələndirilməsində iştirak etmişdir. Elmi kadrların hazırlanmasında xidməti olmuşdur. == Əmək fəaliyyəti == İosif Yesman 1914-1917-ci ildə Peterburq Politexnik İnstitunda professor, dekan, 1919–1922-ci illərdə Vladiqafqaz Politexnik İnstitunun rektoru vəzifəsini icra etmişdir. 1922-1924-cü illərdə Azərbaycan Politexnik İnstitutunda professor, kafedra müdiri olmuşdur.1924-1953-cü illərdə "Azneft"in məsləhətçisi olan İosif Yesman 1926-1929-cu illərdə Azərbaycan SSR Dövlət Elmi Şurasının üzvü, 1928-ci ildə isə Azərbaycan Politexnik İnstitutunun rektoru kimi fəaliyyət göstərmişdir. 1928-1932-ci illərdə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun üzvü, 1932-1935-ci illərdə SSRİ EA Zaqaf­qaziya filialının Azər­bay­can şöbəsinin sektorunun müdiri vəzifəsini icra etmişdir.İosif Yesman 1935-1945-ci illərdə SSRİ EA Azərbaycan filialın­da Energetika sek­to­runun müdiri, 1945–1955-ci illərdə Azərbaycan SSR EA-nın Energetika İnsti­tutunun direktoru, 1945-1950-ci illərdə AEA Fizika-Texnika elmləri və Neft bölmə­sinin sədri vəzi­fələrində çalışmışdır.1943-cü ildə Yesmanın 75 illiyi və elmi-texniki fəaliyyətinin 50 illiyi ilə bağlı olaraq Azərbaycan SSR EA Energetika İnstitutuna onun adı verilmişdir.
Yemişcan
Yemişcan — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qarakənd kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Yemişcan kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Yeqçan
Yeqçan (rus. Егчан, Егчан-Ёль) — Rusiya Federasiyası, Komi Respublikasının Priluzski rayonunda axan çay. Çayın mənsəbi Dyob çayının sol sahili boyunca 33 km-dir. Çayın uzunluğu 10 km-dir. Çayın mənsəbi Spasporub kəndindən 19 km şimal-şərqdə yerləşən Şimali Uvalı təpələri arasında yerləşir. Mənsəbi Yuq və Vıçeqda çaylarının axar-baxarında yerləşir, Bolşaya Vizinqa çayının yuxarı axarı yaxınlığda yerləşir. Cərəyanın ümumi istiqaməti qərbə tərəf yönəlmişdir, axın bütövlüklə məskun edilməmiş tayqa təpəli massivindən keçir. Spasporub kəndindən 17 km şimal-şərqdə Dyoba tökülür.
Heksan
Heksan (n-heksan) (C6H14) — Alkanlar sinfindən doymuş karbohidrogen. == Xassələri == Zəif iyli rəngsiz maye. Sındırma əmsalı p20D 1,37506-dir. Oktan ədədinin aşağı olması səbəbindən(25)heksan sintetik benzinin tərkibi üçün arzuolunmazdır.