Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Meymə
Meymə — İranın İsfahan ostanının Şahinşəhr və Meymə şəhristanının Meymə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,733 nəfər və 1,790 ailədən ibarət idi.
Meymə (İlam)
Meymə — İranın İlam ostanının Dehluran şəhristanının Sərab Meymə bəxşində şəhər və onun mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,277 nəfər və 437 ailədən ibarət idi.
Qəm yemə!
"Qəm yemə!" (gürc. არ იდარდო!) — rejissor Georgi Daneliyanın 1968 çəkdiyi sovet komediya-dram bədii filmi. Film fransız yazıçısı Klod Tilierin "Dayım Benjamin" tragikomediya romanının adaptasiyasıdır. Gürcüstan, 19-cu əsrin sonu. Benjamin Qlonti (Vaxtanq Kikabidze) Sankt-Peterburqda həkim ixtisası üzrə təhsil alır və doğma şəhərinə qayıdır. O, təhsil borclarını ödəməyə və xəstələri müalicə etməyə hec tələsmir, dostları, Benjaminin yeznəsi olan katib Luka və vəkil Dodo ilə əylənmək üçün vaxt keçirir. Benjaminin bacısı Sofiko (Sofiko Çiaureli) onu və böyük ailəsini saxlamalıdır. Qardaşını evləndirməyə çalışaraq, onu yerli loğman həkim Tsintsadzenin varlı ailəsindən olan və poruçik İşxnelini sevən qızı Meri (Məryəm) ilə bir araya gətirir və tanış edir. Benjaminin qayğısız həyatı birdən-birə çox mürəkkəbləşir. O, evlənməkdə maraqlı deyil, daha çox meyxanəçi arvadı Marqo ilə görüşməyə üstünlük verir, lakin Sankt-Peterburqda təhsil almaq üçün Benjaminə borc verən və indi borcunu tələb edən Abesalom Şalvoviç gəldiyindən və Qlontini həbslə hədələdiyindən Benjamin Sofikonun qərarına tabe olur.
Yeycə yaşayış yeri
Yeycə yaşayış yeri - Naxçıvan Muxtar Respublikasında arxeoloji abidə Yeycə yaşayış yeri Naxçıvan MR Culfa rayonunun Saltaq kəndindən şimal-şərqdə, Əlincə çayın sahilində yerləşir. Yaşayış yeri qərb-şərq istiqamətində yerləşən təpə formasında olub qərbdə Əlincə çayı, şimal və cənubda dərin dərə ilə hüdudlanır, şərq tərəfdə isə alçaq təpələrlə birləşərək ümumi relyefə qovuşur. Abidənin qərb tərəfində torpaq işləri görülərkən mədəni təbəqə qismən dağıdılmış, şimal-qərb tərəfdə mədəni təbəqə yatımının aydın müşahidə olunduğu kəsik əmələ gəlmişdir. Məlum olmuşdur ki, mədəni təbəqə yatımı ümumi qalınlığı 5 m-ə çatan üç inşaat qatından ibarətdir. Mədəni təbəqədə möhrədən və daşdan hörülmüş divarların qalıqları aşkarlanmışdır. Yeycə yaşayış yerindən aşkarlanmış arxeoloji materiallar əsasən IX-XVIII əsrlər üçün səciyyəvidir. Müvafiq olaraq abidə də həmin dövrə aid edilir Abidənin ərazisi şimal-şərqində Əlincə çayla, şimal və cənubda dərin dərə ilə məhdudlaşır. Şərq tərəfdə alçaq təpələrlə birləşərək ümumi relyeflə əlaqələnir. Sahəsi 1850 m²-dir. Yaşayış yeri 1991-ci ildə V.B.Baxşəliyev və Ə.İ.Novruzlu tərəfindən qeydə alnmışdır.
Şübra əl-Xeymə
Şübra əl-Xeymə (ərəb. شبرا الخيمة‎) — Misirdə şəhər, əl-Qəlyubiyyə mühafəzəsinin inzibati mərkəzi. Əhalisi təxminən 1.025.569 nəfərdir (2006).
Şahinşəhr və Meymə şəhristanı
Şahinşəhr və Meymə şəhristanı — İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Şahinşəhr şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 182,394 nəfər və 49,364 ailədən ibarət idi.
Əhməd Al-i Neymə
Əhməd Alinemə (20 oktyabr 1982, Əhvaz) — İran futbolçusu, müdafiəçi. Cərimə zərbələrinin mahir icraçısı kimi tanınır. Alinemə 2011-ci ilin iyun ayında Təbrizin Traktor Sazi klubuna transfer olunub. Bundan öncə o Əhvazın İstiqlal və Fulad klublarında, Sipahan və Şahin komandalarında oynayıb.
Ceyms
Ceyms — Kişi adı. Ceyms Monro — Amerika Birləşmiş Ştatlarının 5-ci prezidenti Ceyms Byukenen — Amerika Birləşmiş Ştatlarının 17-ci prezidenti Ceyms Coys — irland yazıçı Ceyms Qarfild — Amerika Birləşmiş Ştatlarının 20-ci prezidenti Ceyms Eyveri — aktyor Ceyms Cozef Silvester — Əslən yəhudi olan İngiltərə riyaziyyatçısı Ceyms Naçvey — ABŞ fotojurnalisti və hərbi fotoqrafı. Ceyms Rey — Amerika Birləşmiş Ştatları ordusunun polkovniki. Ceyms Hekman — amerikalı iqtisadçı. Ceyms Mirrlis — şotland iqtisadçı. Ceyms Mid — məşhur ingilis iqtisadçısı. Ceyms Tobin — amerikalı iqtisadçı.
Düymə
Düymə (geyim)— geyim aksesuarı. Düymə (tumurcuq) — qönçə, puçur, tumurcuq. Düymə (ölçü vahidi) — ölçü vaidi.
Heybə
Heybə – kənd və dağlıq rayonlarda məişətdə istifadə edilir. Formasına görə xurcuna bənzəyir. Lakin ondan iki dəfə kiçikdir. Əsasən xovsuz xalça texnikasında toxunur. Cecimdən tikilmiş heybə də olur. Belə ki, heybənin ağız hissəsi bədii tikmələr, bafta və s. ilə bəzədilir. Onunla xırda əşyalar daşınır. Heybə türk dilli xalqlar arasında geniş yayılmışdır. Torba kimi dirək deyilən dəzgahlarda toxunar, vəsaitləri eynidir.
Leylə
Nilaq (fars. نیلق‎ / Neyləq ) — İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Nilaq Kosar şəhristanının Mərkəzi bəxşinin Qərbi Səncəbəd kəndistanında yerləşir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 709 nəfər (kişilər: 358 nəfər - qadınlar: 351 nəfər) olmuşdur. Kənddə 143 ailə yaşayır.Kəndin əhalisi Azərbaycan türkləri dir və Azərbaycan türkçəsində danışırlar. == Coğrafiyası == Ərdəbildən 85 km cənub-qərbdə, Givi şəhərindən 17 km qərbdə, 37° 42' 10.18" şimal enində və 48° 11' 57.10" şərq uzunluğunda, dəniz səviyyəsindən 1395 m yüksəklikdə yerləşir. Şimaldan Nəsrava, Şimal-şərqdən Gəncah, Şimal-qərbdən Təbrizək, cənub-şərqdən Hiris, qərbdən isə Üçbulaq, Bağçacıq, Pirbidağ və Pərdəsti kəndləri ilə əhatə olunub. == Əhali == Kəndin əhalisi azərbaycanlılardır və azərbaycanca danışırlar. == İqtisadiyyatı == Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olmuşdur. == Təhsilin vəziyyəti == Kənddə ibtidai və orta məktəb fəaliyyət göstərir.
Meyvə
Meyvə — bitkinin generativ orqanıdır. Fars köklü olan "meyvə" sözü əski türk dillərində yemiş adlanırmış. Hərçənd ki günümüzdə Azərbaycanın bəzi bölgələrində Qovuna və Türkiyənin bəzi bölgələrində Əncirə "yemiş" deyilir. Yemiş, adətən 2 bölümdən təşkil olunmuşdur: meyvəyanlığı toxumdan Meyvəyanlığı yumurtalığın divarından, toxum isə yumurtacıqdan yetkinləşir. Meyvəyanlığının quruluşuna görə meyvələr iki yerə ayrılır: şirəli quru. Yemişlər toxumun sayına görə birtoxumlu və çoxtoxumlu meyvələr qrupuna bölünür. Əsil meyvə dişiciyin yumurtalığından əmələ gəlir. Ancaq yemişlərin yaranmasında çiçək yatağı, erkəkciyin oturacağı, ləçəklər, kasayarpaqları, çox zaman isə çiçək yatağının genişlənmiş bölümü iştirak edə bilir. Bunlara yalançı meyvə deyilir (alma, armud, heyva, quşarmudu, yemişanın əmələ gətirdiyi yalançı meyvə — alma meyvə. Qida məhsulu kimi işlədir, mürəbbə, qatı şirələr (doşab və ya bəkməz) düzəldir.
Çeşmə
Çeşmə (İzmir)
Döymə (metallurgiya)
Döymə — qızdırılmış metalı çəkiclərin köməyi ilə döyərək lazımi fromaya salmaq üçün mexaniki emal üsuludur. Proses zamanı pəstah çəkicin qaırlığı altında "axaraq" formasını dəyişir. Bu üsulla böyük ölçülü hissələr hazırlanır. Çəkisi 250t olan metal hissələrin hazırlanması nadir hal deyil. Misal kimi gəmilərin və generator turbinlərinin dirsəkli vallarını göstərmək olar. Prosesin əvvəlində pəstah sobada qızdıırlır. Qızdırma temperaturu metalın asan emalolunma xarakteri ilə müəyyən olunur. Döymə ilə məşğul olanlara dəmirçi deyilir. == Döymə sənəti zərgərlikdə == Zərgərlikdə döymə ən qədim üsullardan biridir. VIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri əsas etibarı ilə döymə üsulu ilə hazırlanırdı.
Henri Ceyms
Henri Ceyms (15 aprel 1843 – 28 fevral 1916) Amerikada doğulmuş ingilis yazıçısıdır. O, 19-cu əsr ədəbi realizimin ən əsas fiqurlarından hesab edilir. O, Henri Ceyms, Sr. nın oğlu, filosof və psixoloq Uilyam Ceymsin və Alis Ceymsin qardaşı idi. Onun Amerika ilə Avropa və Avropalıların yarışını əks etdirən əsərləri onu tanidan ən əsas amildir. Ceyms bədii tənqidə əhəmiyyətli dərəcədə töhfə vermişdir. Ceyms hər hansı bir mətnin oxucular üçün aydın olması üçün ilk və ən önəmlisi real olmalı olduğunu və həyatı özündə əks etdirməli olduğu iddiasını irəli sürmüşdür. Ona görə yaxşı romanlar həyatı hadisələrdə göstərir və ən vacibi maraqlı olur. Onun məhsuldar bəddi yaradıcılığından əlavə o, məqalələr və səyahət kitabları, bioqrafiya, avtobioqrafiya, tənqidi məqalələr və pyeslər çap etdirmişdir. O, həyatının ilk iyirmi ilində Amerika və Avropa arasında tez-tez yer dəyişmişdir, lakin nəhayət 1915-ci ildə ölümündən bir il əvvəl ingilis vətəndaşlığını qəbul etməklə İngiltərəyə yerləşmişdir.
Neyzə
Neyzə-i Vusta (Sərdəşt)
Reyms
Reyms (fr. Reims [ʁɛ̃s] dinlə) — Fransanın şimal-şərqində, Qrand Est bölgəsindəki Marna departamentində yerləşən şəhər və kommuna. 2016-cı ilə qədər Fransadakı torpaq islahatının başladığı tarix, ən çox məskunlaşdığı şəhər olan Şampan-Arden bölgəsinə daxil olmuşdur. 2016-cı ildə 183,113 əhalisi olan Reyms Fransanın on ikinci böyük şəhəridir. Reyms "tacqoyma şəhəri" və ya "krallar şəhəri" adlandırıldı, çünki Reyms kafedralının sonradan inşa edildiyi yerdə, Frankların Həvarisi, Müqəddəs Remigiya, vəftiz edilmiş Kral I Xlodviq və bundan sonra, on əsrdən çox müddətə Fransanın bir çox kralları, I Lüdovikdən başlayaraq burada tacqoyma etdilər. Bundan əlavə, şəhər müxtəlif mədəniyyət tədbirləri ilə məşhurdur. Reyms Fransız İncəsənət və Tarix Şəhərlərinin milli siyahısındadır və onun ərazisində YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil etdiyi dörd obyekt var.
Yayma
Yayma (texnika) — mexaniki emal üsuludur. Yayma (qida) — çörək növü.
Yemək
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Yermo
Yermo (lat. Yermo) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Yeysk
Yeysk — Rusiya Federasiyasında yerləşən şəhər. Krasnodar diyarına daxildir.
Zeytə
Zeytə - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Rayon mərkəzindən 7 km cənub-qərbdə, Arpaçayın bir qolu olan Zeytədərəsi çayının sahilində yerləşir. Erməni mənbələrində kəndin adı həm də Çopma, Çomap, Zeta, Çapma, Zeyvə kimi göstərilir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Yuxarıda qeyd etdik ki, kəndin qədim adları çox olmuşdur və biri də «Zeyvə»dir. Onda bu qənaətə gəlirik ki, Zeytə, Zeyvə sözünün fonetik formasıdır. Deməli, ərəb dilində «künc», «bucaq» mənasında işlənən zaviyə (>zeyvə >zeytə) sözündən əmələ gəlib. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zedsa qoyulmuşdur. Kənddə 1831-ci ildə 67 nəfər, 1873 - cü ildə 224 nəfər, 1886-cı ildə 261 nəfər, 1897-ci ildə 324 nəfər, 1916-cı ildə 403 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuşdur.
Zeyvə
Zeyvə — bir sıra ölkədə kənd adı: Azərbaycanda Zeyvə (Şabran) — Şabran rayonunda kənd. Zeyvə (Goranboy) — Goranboy rayonunda kənd. Zeyvə (Laçın) — Laçın rayonunda kənd. Zeyvə (Şərur) — Şərur rayonunda kənd. Zeyvə (İsmayıllı) — İsmayıllı rayonunda kənd. Kələzeyvə — İsmayıllı rayonunda kənd. Ermənistanda Böyük Zeyvə və ya Erməni-Zeyvə — Armavir əyalətinə daxil Üçkilsə rayonunda kənd (indiki adı Arataşen) Kiçik Zeyvə və ya Türk-Zeyvə — Armavir əyalətinə daxil Üçkilsə rayonunda kənd (indiki adı Taronik) Zeyvə (Qafan) — Ermənistan Respublikasının Sünik mərzində (1930–1995-ci illər aralığında Qafan rayonu tərkibində) yerləşən kənd. (indiki adı Davitbekdir) Zeyvə körpüsü — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda Gığı çayının üstündə körpü. İranda Zeyvə (Xalxal) — Ərdəbil ostanının Xalxal bölgəsində kənd. Zeyvə (Soyuqbulaq) — Zeyvə (Urmiya) — Zeyvə (Mərgavar) — Zeyvə (Germi) Türkiyədə Zeyvə (Antalya) — Antalya ilində kənd.
Xeyrə
Xeyrə — Daşkəsən və Xanlar rayonları ərazisində çay. Qoşqar çayının sol qoludur. Keçmişdə dəyirmanların hərəkətə gətirilməsi üçün istifadə edilirdi. Türk dillərində xiyrə "tutqun, bulanıq", "arıq, nazik" mənalarında işlənir. Hidronimi fars dilindəki xərə (mərmər), Xeyrə şəxs adı və "xeyir verən, bərəkətli" mənası ilə də bağlayırlar.
Enmə
Enmə — uçan canlılar ilə hava və kosmik gəmilərin uçuş sonunda yerə, suya və ya digər səthə nəzarətli bir şəkildə enməsi. Təyyarələr əsasən asfalt, torpaq və ya otdan hazırlanmış xüsusi ərazilərə enirlər. Sabit qanadlı təyyarələr ümumiyyətlə uçuş-enmə zolaqlarına, fırlanan qanadlı aviavasitələr isə heliportlara və ya buna bənzər şəkildə hazırlanmış ərazilərə enirlər. Bəzi təyyarələr suyun üzərinə enə biləcək şəkildə hazırlanmışdır.
Hermə (Soyuqbulaq)
Hermə (fars. هرمه‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 86 nəfər yaşayır (8 ailə).
I Ceyms
I Ceyms (ing. I James of England; 19 iyun 1566, Edinburq qalası – 27 mart (6 aprel) 1625) — Şotlandiya, İngiltərə və İrlandiya kralı, Stüartlar sülaləsindən İngiltərə taxtına çıxan ilk kral. 24 mart 1603-cü ildən Şotlandiya və İngiltərə birləşdi; parlament, məhkəmə və qanunvericilik strukturu bütövlükdə I Ceymsin əlində cəmləndi. I Ceyms həm Şotlandiya kraliçası Mariya Stüartın oğlu, həm də İngiltərə və İrlandiya kralı VII Henrinin kötücəsi idi. Buna görə də hər üç taxtda pay sahibi idi. Hələ 13 aylıq bir körpə ikən anası taxtdan geri çəkilmiş və oğlunu Şotlandiya kralı elan etmişdir. 12 yaşınadək ölkəni 4 müxtəlif taxt naibi idarə etdi. 1578-ci ildə hakimiyyətə özü keçsə də, 1583-cü ilədək dövlət idarəsini tam olaraq ələ ala bilmədi. 1603-cü ildə ardında vəliəhd buraxmadan vəfat edən İngiltərənin son Tüdor hökmdarı olan I Elizabet vəfat etdi və I Ceyms onun taxtını da ələ keçirdi. Beləliklə, tarixdə Yakobin dövrü adlanan və hər 3 ölkənin birləşdiyi 22 illik bir dövr başladı.
Geymer
Geymer (ing. gamer) və ya oyunçu — müntəzəm olaraq kompüter oyunları oynayan şəxs. Geymerlər və onların sevdikləri oyun proqramları kompüterlərin aparat təminatının imkanlarının genişlənməsində başqa istifadəçilərin tələblərindən daha çox təsirli olur.
Gəlmə
Gəlmə — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı ilə Zərdab rayonunun Gəlmə kəndində 60 yerlik körpələr evi-uşaq bağçasının tikintisi üçün 963 000 manat vəsait ayrılmışdır.
Gərmə
Gərmə — İranın Şimali Xorasan ostanının şəhərlərindən və Gərmə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 24,368 nəfər və 6,332 ailədən ibarət idi.
Helme
Helme (est. Helme vald) — Estoniyanın cənubunda Valqa qraflığı tərkibində kənd bələdiyyəsi; əhalisi 2,525 nəfər (1 yanvar 2009-cu il tarixinə olan məlumata görə), ərazisi 312.73 km2. == Coğrafiya == === Yaşayış məntəqələri === Helme kiçik rayon (est. alevik) və 14 kənddən (est. küla) ibarətdir. Həmin kəndlər aşağıdakılardırː Ala, Holdre, Yıqeveste, Kyahu, Kalme, Karyatnurme, Kirikukyula, Koorkyula, Linna, Möldre, Patkula, Pilpa, Roobe və Taagepera. == Qalereya == == Xarici keçidlər == Helmenin rəsmi veb saytı Riigi teataja: Riigikogu, vabariigi presidendi ja vabariigi valitsuse õigusaktid. I osa, Issues 105-126.
Kəsmə
Kəsmə - Naxçıvanda və Gəncəbasarda geniş yayılmış ən qədim rəqslərdən biridir. Musiqisi sadə, lakin maraqlıdır. Komik rəqslər silsiləsinə daxildir. Onu ancaq kişilər ifa edirlər. Rəqs üçün atılma, tullanma, şıdırğı vurma, sıçrama hərəkətləri səciyyəvidir. İfaçı onu mümkün qədər məzəli tərzdə oynamağa çalışır. “Kəsmə” Naxçıvan Muxtar Respublikasının bütün rayonlarının toy şənliklərində ifa olunan qədim rəqslərdəndir.
Leyte
Leyte adası (ing. Leyte) — Filippin arxipelaqının mərkəzində, Mindanao adası adasından şimalda yerləşir. Əhalisi — 2 188 295 nəfərdir (2010). == Coğrafiya == Adanın uzunluğu (şimaldan cənuba) — 183 km, sahəsi — 7367,6 km² təşkil edir. Mərkəzdə və qərbdə alçaq dağlar yerləşir. Burada vulkan məşəlli Lobi dağı vardır (1349 m). Subekvatorial iqlimə malik olaraq, il ərzində 2000 mm yağıntı düşür. Ərazidə Musson meşələri geniş yayılmışdır. Maxaqnao-Volkano və Kuipnit-Balinsasayo parkları vardır. == Tarixi == Ada yaxınlığında dünya tarixində İkinci Dünya müharibəsinin Yaponiya və ABŞ hərbi donanmaları arasında ən qanlı dəniz döyüşü baş vermişdir.
Nəğmə
Mahnı — musiqi ilə müşayiət olunan şeir, mətn. Azərbaycan musiqisinin, eləcə də digər xalq musiqiləri arasında ən çox işlənən və ən çox sevilən musiqi növü mahnıdır. Yəqin ki, mahnıların yaşı insanın, bəşər övladının yaşı ilə eynidir. Mahnının insanın danışmağa başlamasından əvvəl yaranması şübhə doğurmamalıdır: bu, sözsüz mahnılar, melodiyalar dövrü idi. Dilin, danışığın, sözün yaranmasından sonra isə sözlü mahnı, yəni şeiri müsiqi ilə ifa etməkdən yaranan söz-musiqi vəhdəti yarandı. Bu mahnıların müəllifləri həssas və istedadlı insanlar idilər. Musiqi alətləri meydana çıxdıqdan sonra mahnı üç ölçüyə malik oldu – səs, söz və çalğı (müşayiət). Bu dövrdə mahnı müəllifləri ya müğənnilər, ya çalğıçılar, ya da bu məclislərin istedadlı, musiqi duyumlu iştirakçıları arasından çıxırdı. Mahnılar ifa oluna-oluna cilalanır, yadda qalır, sevilir, nəsildən nəsilə yol gedirdi. Azərbaycan xalq mahnıları adlanan mahnıların müəllifi sözsüz ki "xalq" deyildi, bu mahnını ilk dəfə meydana çıxaran konkret adamlar idi.
Qeymer
Geymer (ing. gamer) və ya oyunçu — müntəzəm olaraq kompüter oyunları oynayan şəxs. Geymerlər və onların sevdikləri oyun proqramları kompüterlərin aparat təminatının imkanlarının genişlənməsində başqa istifadəçilərin tələblərindən daha çox təsirli olur.
Çeşme
Çeşmə (İzmir)
Çəkmə
Çəkmə — Kişi və qadınlara aid ayaq geyim forması Çəkmə — altlığı aşılı göndən, ayaqlığı kosaladan, "qunc" adlanan uzun boğazı xrom, tumac və ya müşküdən tikilən uzunboğaz çəkmə kişi və qadın geyim dəstinə daxildir. Çəkmənin ayaqlığı biçim etibarilə başmaqla tipoloji oxşarlıq təşkil edir. Çəkmənin boğazlığı arxa tərəfdən calandıqdan sonra topuğa və pəncəyə birləşdirilir. Çitməsi (uc hissəsi) geriyə doğru qatlanıb əyilmiş uzunboğaz çəkməni, əsasən, at belində gəzən kişilər geyərdilər. Uzaq yol gedən zaman atı mahmızlamaq üçün çox vaxt çəkmənin dabanına "mahmız" keçirərdilər. Varlı elat qadınları da çox vaxt səfərə atla çıxdıqlarından, ayaqlarına uzunboğaz çəkmə geyərdilər. XIX–XX əsrin əvvəllərində gəlin köçən qızların ayağında uzunboğaz çəkmənin olması vacib idi. Uzunboğaz çəkmə maldar elatların yuxarı təbəqələri arasında daha geniş yayılmışdır. Quncundan (boğazından) tutulub yuxarı "çəkmə" (dartma) üsulu ilə geyildiyi üçün ona "çəkmə" deyilirdi. Çəkmə tipli ayaq geyiminin Azərbaycanda qədim tarixi vardır.
Gərmə şəhristanı
Gərmə şəhristanı- İranın Şimali Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Gərmə şəhəridir.
Helme (Estoniya)
Helme,(est. alevik) Estoniyanın cənubunda Valqamaa əyalətindəki, Helme Paris qəsəbəsində kiçik bir bölgədir. Valqamaa -Pärnu yolu ilə (6-cı nömrəli) Tırva qəsəbəsindən cəmi 2 km (1 mil) şimal -qərbdə yerləşir. 2011-ci il siyahıyaalınmasında qəsəbənin əhalisi 167 nəfər idi. == Helme qəsri == Qəsbə ilk dəfə 1210-cu ildə Henry Livonian Chronicle də qeyd edilmişdir. Helme kilsəsi ilk dəfə 1329-cu ildə Litvalı basqın zamanı qeyd edilmişdir. XV–XVI əsrlərdə Qonşu torpaqların çoxu talan edilmişdir. Helmedəki Livonian Order qalası (Ordensburq Kaskası), ehtimal edilirki, 14-cü əsrin birinci yarısında inşa edilmişdir. Qədim Estoniyada Dik bir təpədəki yerin daha əvvəl Saqalyanlar tərəfindən qala olaraq istifadə edildiyinə inanılır.