Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yezdanizm
Yəzdanizm (kürd. Yezdanîtî) — Yezidilərin inandığı, İslam dini ilə geniş əlaqəsi olmayan əsasən İraq və Suriya kimi ərazilərdə ardıcıllarının olduğu din. Yəzdanizm sözünün kökü Avesta dilində olan Yazata sözündən yarandığı ehtimal edilir. Sözün kürd dilində olan qarşılığı sitayiş edilməyə dəyər mənasını verir. Yəzdanizm dinin konkret yaranmağa tarixi məlum deyil. Dinin müasir halının VIII–XII əsr aralığında İraqda yaşayan kürd tayfaların arasında yarandığı təxmin edilir. Yəzdanizmə inan yezidilər isə onların ardıcılı olduqları dinin qədim tarixə malik olduğunu və tarixin Qədim Mesopotamiya dininin yarandığı dövrdə qədər uzandığını iddia edirlər. Yəzdanizmdə konkret dini ədəbiyyat yoxdur. Bunun əsas səbəbi dinin daşıyıcısı olan şəxslərin ritual və əfsanələri nəsildən-nəsilə şifahi şəkildə ötürməsi olmuşdur. Yəzdanizm dini mövcud olduğu dövrdən etibarən, səmavi dinlər və əsasəndə İslam dinin ardıcılları tərəfindən mənfi qarşılanmışdır.
Əhməd Ümid Yəzdani
Əhməd Ümid Yəzdani — azərbaycanlı sosioloq, tarixçi, dilçi alim. Azərbaycan-Almaniya Akademiklər Cəmiyyətinin sədri və Almanca-Azərbaycan türkcəsində iki cildlik lüğətin müəllifi. == Həyatı == Əhməd Ümid Yəzdani 1947-ci ilin sentyabr ayının 3-də Təbriz şəhərinin Əmirəqız məhəlləsində anadan olmuşdur. İbtidai məktəb və gimnaziyanı Təbriz şəhərində bitirəndən sonra, 18 ay Bocnurd şəhərinin kəndlərində müəllimliklə məşğul olmuşdur. 1969-ci ilin sonunda ali təhsil almaq üçün Almaniyaya getmişdir. Haydelberq, Mainz, Triyer və Berlin şəhərlərində yaşamışdır. Mainz şəhərində universitetə giriş imtahanı qazanandan sonra burada iqtisadiyyat bölməsində təhsil alır. 1972-ci ildə Triyer Universitetində siyasi elmlər, sosiologiya və istisadiyyat sahələrində təhsilini davam etdirir. 1979-cu ildə magistr dərəcəsini alandan sonra Azad Berlin Universitetində doktorantura üzrə təhsilini davam etdirir. 1984-ci ildən Sosial-Pedaqoji İnstitutda və sonralar Əcnəbi ailələrin və gənclərin peşə və sosial inteqrasiya məsələləri təşkilatında layihə rəhbəri olmuşdur.
Yəzdanizm
Yəzdanizm (kürd. Yezdanîtî) — Yezidilərin inandığı, İslam dini ilə geniş əlaqəsi olmayan əsasən İraq və Suriya kimi ərazilərdə ardıcıllarının olduğu din. Yəzdanizm sözünün kökü Avesta dilində olan Yazata sözündən yarandığı ehtimal edilir. Sözün kürd dilində olan qarşılığı sitayiş edilməyə dəyər mənasını verir. Yəzdanizm dinin konkret yaranmağa tarixi məlum deyil. Dinin müasir halının VIII–XII əsr aralığında İraqda yaşayan kürd tayfaların arasında yarandığı təxmin edilir. Yəzdanizmə inan yezidilər isə onların ardıcılı olduqları dinin qədim tarixə malik olduğunu və tarixin Qədim Mesopotamiya dininin yarandığı dövrdə qədər uzandığını iddia edirlər. Yəzdanizmdə konkret dini ədəbiyyat yoxdur. Bunun əsas səbəbi dinin daşıyıcısı olan şəxslərin ritual və əfsanələri nəsildən-nəsilə şifahi şəkildə ötürməsi olmuşdur. Yəzdanizm dini mövcud olduğu dövrdən etibarən, səmavi dinlər və əsasəndə İslam dinin ardıcılları tərəfindən mənfi qarşılanmışdır.
Rzaqulu xan Yekani
Rzaqulu xan Zal xan oğlu Yekani (fars. رضاقلی خان یکانی‎(?-?) — Mərənd hakimi. == Həyatı == Rzaqulu xan Zal xan oğlu Yekani Mərənd şəhərində anadan olmuşdu. Mükəmməl hərbi təhsil almışdı. Nasirəddin şah və Müzəffərəddin şah Qacara xidmət etmişdi. Naib rütbəsindən sərtib rütbəsinədək yüksəlmişdi. Bir müddət Mərənd hakimi olmuşdu. Səttar Hacı Həsən oğlu ilə dost idi. Səttar zindandan azad olandan sonra Rzaqulu xan Sərtibin yanına gəlir. Rzaqulu xan Mərənd-Xoy-Salmas yolunun qarasoran rəisi idi.
Abay meydanı
Abay Meydanı (qaz. Абай алаңы) Qazaxıstanın Almatı şəhərindəki bir meydandır. Meydan Abay Kunanbayevin adını daşıyır. Meydanda ümumi bir bağ və fəvvarələr var. Meydan Respublika Sarayının qarşısında yerləşir. Ətrafında Qazaxıstan oteli, Arman kinoteatrı və Kök Töbe Parkına birləşdirən kanat dayanacağı var.Abay meydanında tez-tez xalq yığıncaqları, mərasimlər və konsertlər keçirilir. == Tarixi == Meydan 19-cu əsrin sonunda yaradılmışdır. Abay və Lenin Küçələrinin küncündə 1960-cı ildə Abay Kunanbayevə abidə qoyulmuşdur. Sonrakı illərdə "Arman" kinoteatrı və Kök Töbe kanat stansiyası ilə birlikdə binalar tikildi. 1970-ci ildə Lenin Sarayı (indiki Respublika Sarayı), ardından Qazaxıstan oteli və fəvvarələrlə təchiz olunmuş hovuz tikildi.Meydana adı verilən Abay Kunanbayev, 19-cu əsrin sonlarında yaşamış bir Qazax türkü idi.
Azadi meydanı
Azadi meydanı (fars. میدان آزادی; Meydane Azadi‎) — Azadlıq meydanı mənasını daşıyan meydan, İranın paytaxtı Tehranın simvollarından biridir. 50 m hündürlüyü olan Azadi qülləsi meydanın mərkəzində yerləşir. İran İslam İnqilabından əvvəl Şahyad meydanı (fars. شهیاد‎) "Şahın yadı" meydanı adlandırılırdı.
Azadlıq meydanı
Azadlıq meydanı (Bakı) — Bakının ən böyük və mərkəzi meydanı.
Azneft meydanı
Azneft meydanı – Bakı şəhərinin Səbail rayonunda meydan. == Tikililəri == === Seyid Mirbabayevin sarayı === Azneft meydanında yerləşən və vaxtilə Azərbaycanın neft milyonçularından biri olan Mirtağı Babayevə məxsus olmuş saraydır. === Four Seasons Hotel Baku === Azneft meydanında yerləşən və gözəl memarlıq üslubuna malik tikililərdən biri də dəbdəbəli Four Seasons otelidir. === Heydər Əliyev Fondu === === Bakı bulvarı === Azneft meydanının cənub hissəsi Bakı bulvarına açılır.
Babək meydanı
Babək meydanı — Naxçıvan şəhərində dəmiryolu vağzalının qarşısında, Əliqulu Qəmküsar küçəsi və Əlincə məhəlləsinin kəsişdiyi ərazidə yerləşir == Haqqında == 1989-cu ildən Babək meydanı adlandırılmışdır. Meydanda Babəkin at üstündə abidəsi ucaldılmışdır (heykəltaraş Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi E.Cəfərovdur). Babək meydanında dəmiryol işçiləri parkı, məişət, iaşə, ticarət və s.xidmət obyektləri var. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 54-55. ISBN 5-8066-1468-9.
Bayraq Meydanı
Dövlət Bayrağı Meydanı
Bazar Meydanı
Sıratağlı dini-memarlıq kompleksi, Bazar meydanı və ya Xanəgah kompleksi — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan sıratağlı dini-memarlıq kompleksi. Qız Qalasının şimаl tərəfində 1964-cü ildə aparılan arxeoloji qazıntı işləri zаmаnı mаrаqlı quruluşа mаlik sıratağlı аbidə аşkаr оlunmuşdur. == Quruluşu == Abidənin hər tərəfdən səki və sütunlu tağlarla əhatə olunması Məscidül-Həramı xatırladır. Aparılan arxeoloji qazıntılar nəticəsində bu ərazidən 52 qəbir aşkar olunmuşdur. Qəbirlərin əksəriyyəti "əmanət meyitlər"dir. Abidə ərazisində və tağlar altında olan qəbirlər yəqin ki, başqa yerdən gətirilən "əmanət meyitlər"ə məxsus olmuşdur. Müsəlman adətlərinə görə bəzi şəxslər öldükdən sonra müqəddəs yerlərdə basdırılmalarını vəsiyyət edirdilər. Nəzərdə tutulmuş müqəddəs yer çox uzaq olduqda meyiti əmanət olaraq yaxın yerlərdə basdırırdılar. Həyətin ortasında, qəbirlərin yanında silindrik formalı bir quyu və ondan bir qədər aralı cənub-şərq tərəfdə səkkizguşəli böyük bir sütun aşkar olunmuşdur. Sütün daşla hörülmüş səkkizguşəli, üç pilləli səki üzərində dayanmışdır.
Corc meydanı
Corc meydanı (ing. George Square) — Qlazqonun mərkəzində yerləşən meydan.
Cıdır meydanı
Cıdır meydanı, və ya ippodrom (yun. ἱππόδρομος) — at yarışları və araba yarışları üçün qədim yunan stadionu. == Tarixi == Yunan ippodromu Roma sirkinə bənzər idi.
Dakar meydanı
Dakar meydanı və ya Dakar dairəsi — Bakı şəhərində yerləşən meydanlardan biri. "Neftçilər" metrostansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsi və Qara Qarayev prospektinin kəsişməsində yerləşir. Bakı sakinləri onu daha çox "Neftçilər dairəsi" kimi tanıyırlar. Meydan, Bakı ilə qardaşlaşmış şəhər olan Seneqalın paytaxtı, Dakar şəhərinin şərəfinə adlandırılmışdır. İki şəhər 1967-ci ildə qardaşlaşmışlar. 1987-ci ilin sentyabrında Dakar şəhərinin əsasının qoyulmasının 100 illiyi münasibətilə Dakar şəhər bələdiyyəsinin nümayəndə heyəti Bakıda səfərdə olmuş və Dakar meydanına baş çəkmişdir. Meydanın mərkəzində mozaikalarla, göyərçin və salamlaşma təsvirləri ilə bəzədilmiş türbəşəkilli abidə, şərq tərəfində isə iki şəhərin gerblərini əks etdirən və fransızca "Cités Unies" (azərb. "Qardaşlaşmış şəhərlər"‎) sözləri yazılmış mozaikalı panno yerləşir.
Füzuli meydanı
Füzuli meydanı — Bakının mərkəzi meydanlarından biri. Meydan Dram Teatrının önündə, Şıxəli Qurbanov küçəsinin Mirzəağa Əliyev küçəsi ilə kəsişdiyi yerdə yerləşir. Meydanın mərkəzini Füzulinin heykəl kompozisiyası bəzəyir. Meydan ön tərəfdən Qış Bulvarına açılır, arxası isə Dram Teatrına söykənir.
Kallao meydanı
Kallao meydanı — (İspanca: plaza del Callao) İspaniyanın paytaxtı Madrid şəhərinin mərkəzində yerləşir. Meydan Kalle del Karmen küçəsinin sonunda yerləşir. Digər küçə, Kaller Prekiados, bu meydanın kəsişməsindən sonra açılır. Meydanı əhatə edən üçüncü küçə isə Qran Viyadır. == Tarixi == 1861-ci ildə salınmış meydan, 1866-cı ildə rəsmi olaraq açıldı. Onun adı 1866-cı ilin mayında Casta Méndez Nunez və Peru ordusu altındakı İspan donanması arasında baş vermiş Kallao döyüşünü xatırladır. Meydan 21-ci əsrdə əsaslı və təcavüzkar bir şəkildə islah edildi. İslahat, metro stansiyasına giriş və böyük ağaclar istisna olmaqla, o dövrdə mövcud olan bütün elementləri sökdü, meydanı piyada və homojen bir məkana çevirdi, məhdud sayda şəhər mebeli əlavə etdi.
Kızılay Meydanı
Qızılay meydanı və ya 15 Temmuz Kızılay Milli İrade Meydanı (türk. Kızılay Meydanı) — Ankaranın mərkəzində yerləşən meydan. == Tarixi == Əvvəllər Taşhan meydanı olaraq adlandırılan meydan 1920-ci illərdən sonra bugünkü adıyla xatırlanmağa başlanmışdır. 15 iyul 2016-cı ildə hərbi çevriliş cəhdindən sonra, Ankara Bələdiyyəsinin verdiyi qərarla meydanın adı 15 İyul Qızılay Milli İradə Meydanı (15 Temmuz Kızılay Milli İrade Meydanı) olaraq rəsmi şəkildə dəyişdirilmişdir. == Xüsusiyyətləri == Şərqdən Ziya Göyalp Prospekti (Kollec, Qurtuluş), qərbdən Qazi Mustafa Kamal Bulvarı (Qısaca GMK Bulvarı) (Demirtəpə, Maltəpə, Tandoğan), şimal-cənub oxunda isə Atatürk Bulvarı (Sıhhiyə, Ulus, Bakanlıklar, Kavaklıdərə) yollarının kesişimindedir.
Lenin meydanı
Lenin meydanı — Vladimir İliç Leninin adı verilmiş meydanlar. Lenin meydanı (İşimbay) — İşimbay şəhərində meydan. == Adı dəyişdirilənlər == Lenin meydanı — Bakı şəhərindəki Azadlıq meydanı. Lenin meydanı — Tbilisi şəhərindəki Azadlıq meydanı.
Oktoqon meydanı
Oktoqon meydanı (mac. Oktogon tér) — Budapeştdə Böyük Bulvar dairəsi ilə Andraşi prospektinin kəsişməsində yerləşir. Meydanın adı onun forması ilə verilmişdir (Oktogon - "səkkizbucaq"). 1870-ci illərdə meydanda inşa edilən binalar, Antal Skalnitskinın dizaynına görə, sekkizbucaqdır. Budapeşt metrosunun 1-ci "kiçik" xəttinin Oktoqon stansiyası meydanın altında yerləşir. 1936-1945-ci illərdə meydan Mussolini adını daşıyırdı və müharibədən sonrakı dövrdə 7 noyabr meydanı adlandırıldı. 1990-cı ildə meydan orijinal adını geri qaytardı. == Ədəbiyyat == Венгрия. Издательство «Вокруг света», 2009 ISBN 978-5-98652-226-5 Михаэль Херл. Будапешт.
Pikadilli meydanı
Pikadilli meydanı (ing. Piccadilly Circus) — Londonun mərkəzində yerləşən meydan. Şəhərin mərkəzində yerləşdiyi üçün turistlərin sevimli məkanlarından və Böyük Britaniyanın, həmçinin dünyanın ən məşhur meydanlarından biridir.
Qalxınış meydanı
Qalxınış meydanı (türkm. Galkynysh meýdany) — Türkmənistanın Aşqabad şəhərində yerləşən meydandır. Türkmənbaşı və Qalxınış prospektlərinin birləşməsində yerləşir.
Qarabağ meydanı
Qarabağ meydanı — Naxçıvan şəhərində 1980-81-ci illərdə inşa edilmiş mövcud meydanın yerində salınmışdır. == Tarixi == 1988-ci ilin əvvəllərindən Azərbaycanın əzəli torpağı olan Qarabağa qarşı ərazi iddialarını açıq şəkildə irəli sürən erməni millətçilərinin separatçılıq əməlləri ilə əlaqədar olaraq 1989-cu ildə yenidən qurulmuş,ətrafında xidmət obyektləri, mərkəzində fəvvarəli hovuz yaradılmışdır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 257. ISBN 5-8066-1468-9.
Qudiaşvili meydanı
Qudiaşvili meydanı (gürc. ლადო გუდიაშვილის მოედანი) — Tbilisi şəhərinin tarixi rayonu Sololakidə yerləşən meydan. Meydan Lermontov, Beqlar Axospireli və Cibladze küçələri ilə kəsişir. == Tarixi == Şahzadə Vaksuşti (1735) tərəfindən Tiflisin ön hissəsində göstərilmişdir, burada "Bezhan bağı" yerləşirdi. Müqəddəs Corc olan Muqninskaya Kilsəsinin yaxınlığında yerləşirdi. 1827-ci ildə Abbas-Abad fars qülləsinin başçısı İ.F. Paşkeviçin ələ keçirilməsi şərəfinə, meydan Abbas-Abad adlandırıldı. Sovet dövründə (1923-cü ildən) Rusiyanın inqilabi Stepan Alaverdov şərəfinə Alaverdskaya meydanı adlandırmışdır. Müasir ad 1988-ci ildə qəbul edilmiş, Lado Qudiaşvili (1886-1980) — məşhur gürcü rəssamı — adlandırılmışdır. 2015-ci ilin mart ayında Qudiaşvili Meydanının tarixi binalarının qorunması planının işlənməsinə başlanmışdır. == Maraqlı faktlar == Qudiaşvili meydanı, eyni zamanda, sənətkar Niko Pirosmani sevdiyi Fransız aktrisa Marqarita de Sevrinin şərəfinə çiçəklərlə doldurduğu meydan olmuşdur.
Qızılay Meydanı
Qızılay meydanı və ya 15 Temmuz Kızılay Milli İrade Meydanı (türk. Kızılay Meydanı) — Ankaranın mərkəzində yerləşən meydan. == Tarixi == Əvvəllər Taşhan meydanı olaraq adlandırılan meydan 1920-ci illərdən sonra bugünkü adıyla xatırlanmağa başlanmışdır. 15 iyul 2016-cı ildə hərbi çevriliş cəhdindən sonra, Ankara Bələdiyyəsinin verdiyi qərarla meydanın adı 15 İyul Qızılay Milli İradə Meydanı (15 Temmuz Kızılay Milli İrade Meydanı) olaraq rəsmi şəkildə dəyişdirilmişdir. == Xüsusiyyətləri == Şərqdən Ziya Göyalp Prospekti (Kollec, Qurtuluş), qərbdən Qazi Mustafa Kamal Bulvarı (Qısaca GMK Bulvarı) (Demirtəpə, Maltəpə, Tandoğan), şimal-cənub oxunda isə Atatürk Bulvarı (Sıhhiyə, Ulus, Bakanlıklar, Kavaklıdərə) yollarının kesişimindedir.
Sultanəhməd meydanı
Sultanəhməd meydanı — İstanbulun ən mühüm meydanlarından biridir. Bizans dövründə Cıdır meydanı kimi tanınırdı. "Cıdır meydanı" at minən, atların meydanı mənasına gəlir. Osmanlı dövründə buraya At meydanı denyilirdi. == Tarixi == Günümüzə çox az qalıqları qalan Bizans dövrü əhəmiyyətli tikililəri və abidələri Cıdır meydanı ətrafında inşa edilmişdir. "Böyük saray" — deyə məşhur olan İmperiya sarayı Cıdır meydanının yanından başlayır, aşağılara, dəniz kənarına qədər uzanardı. Bu saraydan dövrümüzə bir böyük zalın yer mozaika lövhəsi gəlib. Şəhərin ən əhəmiyyətli meydanı Agusteion və bura ilə küçə arasında Milerium qələbə sırğa olardı. Prospekt, Romaya qədər uzanan yolun başlanğıcı idi və ilk kilometr daşı da burada. Hamamlar, məbədlər, dini, mədəni, idarə və ictimai mərkəzlər bu yaxınlığa yerləşmişdir.
Taksim Meydanı
Taksim meydanı — İstanbulun Bəyoğlu səmtində yerləşən Taksim Meydanı İstanbul şəhərinin ən məşhur məkanlarından biridir. Restoranları, mağazaları, otelləri, əyləncə və mədəniyyət məkanları ilə İstanbulun ən böyük turizm mərkəzlərindən biridir. Cümhuriyyət dövründə meydana çevrilən Taksim meydanı bir çox siyasi və ictimai tədbirlərə də ev sahibliyi etdi. Meydandakı trafiki qismən yerə endirən Taksim Piyadalaşma Layihəsi 2013-cü ildə qismən tamamlandı. İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən 2020-ci ilin fevral ayında başlayan beynəlxalq dizayn yarışmasında İstanbulluların səsverməsi ilə birinci olacaq layihəyə görə Taksim Meydanının yenidən təşkil edilməsinə qərar verilmişdir. == Meydanın xüsusiyyətləri == Taksimi bir istiqamət olaraq təyin etmək mümkün deyil. Onu daha çox meydan və onu əhatə edən tikililər toplusu kimi görmək daha düzgündür. Meydana çevrilməmişdən əvvəl köhnə evlər düzülmüş dar bir ərazi olan ərazi genişləndirilərək meydana çevrildikdən sonra zamanla indiki simasını aldı. Meydanın ortasındakı Cümhuriyyət Abidəsi milli günlərdə təkcə tədbir məkanı kimi istifadə edilmir, həm də İstiqlal küçəsi və ətraflarında vaxt keçirməyə gələnlərin görüş yeri kimi də xidmət edir. Taksim meydanının başlanğıcından Tünel meydanına qədər Nostalji tramvay hərəkət edir.
Mirzə Möhbəli xan Yekani
Möhbəli xan ibn Mirzə Məhəmmədtağı Yekani (1834-1890) — XIX əsr Azərbaycan şairi, Mərənd xanı. == Həyatı == Möhbəli xan ibn Mirzə Məhəmmədtağı 1834-ci ildə Mərənd bölgəsinin Yekan mahalında anadan olmuşdur. Mir Qılınc xan Babanın törəməsindəndir. Naziməddövlə ləqəbini daşıyırdı. İbtidai təhsilini atasından almışdı. Təbrizdə mədrəsə təhsili aldıqdan sonra Mərəndə qayıdıb, yaradıcılıqla məşğul olmuşdur. Divanı var. Mirzə Möhbəli xan Yekani 1890-cı ildə vəfat edib. == Ailəsi == Mirzə Möhbəli xanın Cahangir xan adlı oğlu vardı.
Mirzə Nurulla xan Yekani
Mirzə Nurulla xan Yekani (1873-?) — İran Məşrutə hərakatının fəal üzvü. == Həyatı == Mirzə Nurulla xan Ağa bəy oğlu 1873-cü ildə Yekan mahalının Yekan kəhrizi kəndində anadan olmuşdu. İbtidai təhsilini doğma kəndlərində almışdı. Şimali Azərbaycana gəlmiş burda bir müddət çalışmışdı. Mirzə Nurulla xan Məşrutə hərəkatına qoşulmuşdu. Qohumları Qoçəli xan, Baxşalı xan, Şirəli xan və başqaları ilə çiyin-çiyinə istibdada qarşı mübarizə aparmışdı. Mücahidlərə başçılıq etmişdi. Qaynaqlarda yazılır: “Qafqaz mücahidləri, beynəlmilçilərlə birlikdə Mirzə Nurulla xan Yekaninin və Qoçəli xanın başçılıq etdikləri mücahidlər Ələmdardan hərəkat edərək noyabrın 21-də Xoyun şimalında yerləşən Evoğlu kəndində toplandılar. Mücahidlərə qarşı göndərilmiş Maku qoşun hissələri bu kəndə yaxın olan Bilvar kəndində yerləşib mücahid dəstələrinin Xoya hərəkət etməsinə imkan verməli idilər. Lakin onlar mücahid dəstələrinin Xoya hücumunun qarşısını ala bilmədilər.