Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Uydurma
Fiksiya – uydurma, yalan. həqiqətin məğzindən asılı olmayaraq bir fakt kimi ehtimalın fərziyyəsi. Bədii ədəbiyyat xəyali və ya icad edilən bir şeyi təsvir edir. Bədii ədəbiyyat termini kimi fiksiya ümumiyyətlə nəsrdə və ya şeirdə olduğu kimi adi dildə yazılan yaradıcı əsərlərdə də istifadə olunur. Bədii ədəbiyyat yazılı əsərlərə, pyeslərə və kinoya aid edilə bilər, lakin ən çox yazılı yaradıcılıqla əlaqələndirilir.Mürəkkəb süjet xətti və personajları özündə əks etdirən və qabaqcıl bədii üslub üsullarından istifadə edən bədii nəsr fantastika kimi tanınır. Ədəbi fantastika əsərləri fantaziya, elmi fantastika, macəra, tarixi, romantika və sirr kimi janrlara şaxələnə bilər.[1] R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Yumurta
Yumurta – qida məhsulu və həyat mənbəyi. Dünyanın heç bir mətbəxi qədim zamanlardan yumurtasız deyildir. İnsanlar yumurta ilə qidalanmağa o qədər qədimdən başlayıblar ki, bəlkə də bu onların ilk qida məhsullarından biri olmuşdur. Qədim insanlar bir çox quşların iri və xırda yumurtalarını oğurlayaraq istifadə edirdilər. Qədim Misirdə insanlar qutanın yumurtasını Tanrı yolunda qurban edirdilər. Orta əsr xristianlarında isə növbətçi durduğun müddətdə yumurta yemək qadağan edilmişdir. Çində indiki dövrümüzə qədər qıcqırdılmış yumurtaların resepti saxlanılır, hansı ki, bu qərb insanlarına açıqlanmır. Beləliklə yüz illik, yaxud min illik yumurtalar gilin, duzun, samanın və başqa inqridentlərin də tərkibində uzun müddət qalmaq bacarığına malikdir. Yüz illik yumurtaların sarı hissəsi qara–yaşıl rəngə boyanır, ağı isə qəhvəyi rəngə çevrilir. Bütün bu qarışım ammonyak kimi iy verməsinə baxmayaraq Çinlilər bunu sevir.
Bəradər (uydurma)
Köməkçi, bəradər və ya saydkik (ing. sidekick) — qeyri-mütləq halda adətən uydurmada, birlikdə səyahət etdiyi şəxsin tabeliyində olan və ya elə qiymətləndirilən yaxın yoldaş və ya həmkar. Tanınmış bəradərlərə Don Kixotun Saço Pansası, Şerlok Holmsun Doktor Uatsonu, Harri Potterin Ron Uizlisi, Şrekin Eşşəyi, Marionun Luicisi, Sonikin Teylzi və Betmenin Robini daxildir. == Mənşə == Köməkçi sözünün kökü olan "Kömək" qədim türk dilindən törəmişdir. Əlavə olaraq, bəradər sözü isə fars dilindən törəmişdir (برادر) və "qardaş" deməkdir. "Saydkik" termini əsrin XIX əsrin axırları və XX əsrin əvvəllərində cibgirlik slenqindən törəmişdir. "Kik" şalvar cibinin ön hissəsinə deyilirdi və ən təhlükəsiz hissə hesab edilirdi. Beləliklə, analoqiyaya görə, "sayd-kik" şəxsin ən yaxın yoldaşı olmuşdu. Tarixdə qeydə alınmış ilk köməkçilərdən biri Gilqameşin müttəfiqi olan Enkidudur. Digər erkən nümunələrə İliada dastanındakı Patrokl və Əhdi-Ətiqdəki Harun daxildir.
Krossover (uydurma)
Krossover (ing. crossover) — bir çox müstəqil uydurma kainatın elementlərini və/yaxud personajlarını birləşdirən bədii əsər. Krossover və spin-off anlayışları qarışdırmamalıdır, spin-off əsas əsərin qəhrəmanlarının iştirak edə biləcəyi əlavə əsərə deyilir. Ədəbiyyatda krossover iki və ya daha çox janrda yazılmış əsərdir (məsələn, fantastika detektivi, fantastika romanı, siyasi-məhəbbət trilleri). == Nümunələr == "Frankenşteyn canavarla görüşür" (1943) adlı "Universal"ın klassik qorxu filmi iki hekayə xəttinin kəsişməsindən açıq şəkildə istifadə edən ilk müasir elmi-fantastik filmidir. "Qarağac küçəsində qarabasma" və "Cümə, ayın 13-ü" qorxu filmləri seriyasından olan iki manyak "Freddi Ceysona qarşı" filmində baş-başa gəlirlər, "Yabancı" və "Yırtıcı" ekşn-horror fantastika filmləri seriyasının yadplanetliləri isə "Yabancı Yırtıcıya qarşı" filmində qarşılaşırlar.
Uçurtma qalxanı
Uçurtma qalxanı uçurtma şəklində olan orta əsr qalxanıdır. Uçurtma qalxanı bir çox cəngavər və insanlar tərəfindən qorunmaq üçün istifadə edildi, lakin iki əlli silahlar və daha çox hərəkətlilik üçün imtina edildi. Uçurtma qalxanlarının qalxan formasının səmərəliliyi süvari döyüşü baş verən zaman işə düşdü, bədənin çox hissəsini çiyinlərdən ayaqlara qədər qorumaq üçün faydalıdır və cəngavərə döyüşdə daha çox seçim imkanı verir.
Yumurta (anatomiya)
Yumurta və ya yumurta hüceyrə — döllənmə və ya partenogenez nəticəsində yeni bir orqanizm kimi inkişaf edən dişi reproduktiv hüceyrə. Yumurtaların ölçüsü çox fərqli ola bilər: siçan yumurtasının diametri təxminən 0,06 mm olduğu halda, Afrika dəvəquşusu yumurtasının diametri 15,5 sm-ə çata bilər. Yumurtalar ümumiyyətlə sferik və ya oval şəklindədir, lakin onlar da uzanır, məsələn həşəratlarda, miksin və ya mul balığı. Oologiya — heyvanların, əsasən də quşların yumurtalarının öyrənilməsinə həsr olunmuş zoologiya şöbəsidir.
Yumurta (dəqiqləşdirmə)
Yumurta – qida məhsulu və həyat mənbəyi.
Yumurta (hüceyrə)
Yumurta hüceyrə (lat. ovum (ovulum BNA)) — heyvanlarda, ali bitkilərdə və bir çox canlılarda dişi qameti, insanda qadın cinsiyyət hüceyrəsi, spermatozoidlə mayalanaraq ziqota əmələ gətirir. İnsan yumurta hüceyrəsinin diametri təqribən 150 mkm-dir. Yumurta hüceyrə sitoplazması — ooplazma qidalı maddə yumurta sarısı ilə zəngindir. Yumurta hüceyrə ovogenez nəticəsində yaranır. Mayalanmış yumurta hüceyrəsindən — ziqotadan rüşeym inkişaf edir. Yumurta hüceyrə spermatozoidlərdən formaca böyükdür. Yeni doğulmuş qızların hər yumurtalığında 400000-ə qədər yetişməmiş yumurta hüceyrə olur. Onlardan ancaq 350–500 ədədi yetişə bilir.
Yumurta döyüşdürmə
Yumurta döyüşdürmə — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. ==Yalan məlumat Yumrta döyüşdürmə oyunu Novruz bayramının çərşənbələrindən başlamış oğlan uşaqları və cavanlar tərəfindən icra olunan oyun-əyləncələrdən biridir. Bəzi bölgələrdə hətta Böyük Çillənin gəlişi ilə bu oyun oynanılmağa başlayır. Yumurta döyüşdürmə oyununda həm çiy-bişməmiş, həm də bişmiş, rənglərlə ala-bəzək boyanmış yumurtalardan istifadə olunur. Döyüşmədən əvvəl tərəflərin razılığı ilə yumurtalar dəyişdirilərək dişə vurub bərk-boşluğu yoxlanılır. Bu, "yumurtanı dadma" adlanır. Bilinəndə ki, döyüşdürülən yumurtalardan biri diğərininkindən bərkdir, boş olan yumurtanın sahibi, ona: — Əy, vurum, — deyir. "Əy, vurum" yumurtanın sivri tərəfindən azca aşağı nişan qoymaq deməkdir. Uşaqların daha çox sevdiyi, bu günlərdə yaşayan həmin adət əyləncəli bir səhnəyə çevrilir: Kimin oyun yumurtası çox sınarsa, o da sınıqları yır-yığış eləyir, qalib qəhrəmanlar kimi sevinir. Bu oyunda hiylə və məharət qalib gəlir: "Sən tut, mən vurum", "Bunu mən tuturam, onu sən tut", "Gəl yumurtaları dəyişib, vuraq", "Gəl dadışaq", "Yox, sənin yumurtan ziyilidir" və s.
Yumurta qoyan
Yumurta qoyan — çoxalma növü olaraq, embrion əmələ gəlməsi ana bətnindən kənarda yumurta daxilində əmələ gəlirlər. Mayalanmış yumurtalardan balalar yumurta daxilində gedən proseslər nəticəsində əmələ gəlir. Yeni balalar yumurta qabığını yararaq oradan çıxırlar. Yumurta qoymaqla çoxalan canlılara misal: cücülər, balıqlar, molyusklar, sürünənlər (böyük əksəriyyəti) və bütün quşlar yumurta ilə çoxalır. Məməlilərdən isə birdəliklilərə aid iki növ yumurta ilə çoxalır. Dinozavrlarda yumurta qoymaqla çoxalırmışlar.
Yumurta salatı
Yumurta salatı (ing. Egg salad) — göyərti, baharat və yumurtanın mayonezlə qarışdırılması ilə hazırlanan salat. Yumurta salatı doğranmış qatı qaynadılmış yumurta, mayonez, xardal, xırtıldayan kərəviz və soğan, duz, qara bibər və bibərdən hazırlanan bir salat növüdür. Soyuq qidalar əlavə etməklə salatı zənginləşdirmək olar. Donuz basdırması, bibər, pendir, xiyar və soğan kimi qida məhsullarını əlavə etmək olar. Rusiya və SSRİ zamanı oliviye salatı olaraq da bilinirdi.
Yumurta yazmaq
Yumurta yazmaq — Azərbaycan folklorunda bir dəbdir. Azərbaycanda bayram süfrəsinə boyanmış yumurtanı yazıb qoyma dəbi vardır. Belə ki, yumurtanı soğan qabığında qaynadarlar, qırmızı-qovur (qırmızı-qəhvəyi) boyanar. Sonra isə boyanmış yumurtanın qabığını bıçaq ucu ilə cızıb üstündə şəkil çəkərlər. Bunun adı yumurta yazmadır. Yazmağın mənası, əslində, üzdən yarmaqdır. Yazı sözü də oradan qalıbdır. Bu yazılmış yumurtalar Nasir Mənzurinin yazdığı yumurtalardan dırlar. Çərşənbə Xatın Bayram Yeli AVAVA (roman), Nasir Mənzuri.
Yuqurta müharibəsi
Yuqurta müharibəsi(e.ə 111–105) — E.ə 118-ci ildə Numidiya çarı Masinissa ölür. Romalıların vasitəçiliyi ilə onun mirası, qardaşı oğlu Yuqurta da daxil olmaqla iki oğlu arasında bölüşdürülür. Ancaq bir neçə ildən sonra Yuqurta, Romanın arbitrajına məhəl qoymayaraq və hər iki rəqibini aradan götürərək Numidiyanı ələ keçirir. Yuqurta romalı səfirləri satın aldığına görə senat vaxtında tədbir görə bilmir və Yuqurta Tsirta şəhərini ələ keçirərək, romalılar da daxil onun əhalisini qətl edir. Hiddətlənən Roma atlılarının təzyiqi ilə Yuqurtaya müharibə elan olunur. E.ə 111-ci ildə romalılar uğurla hucuma keçirlər, lakin Yuqurta satın alma yolu ilə özünə sərf edən sülh müqaviləsinə nail olur. E.ə 109-cu ildə müharibə yenidən başlayır. Roma oliqarşisinin nümayəndələrindən biri olan Avl Postuminin başçılığı altında romalı ordu rüsvayçı məğlubiyətə uğrayır. История Древнего Мира Упадок Древних Обществ Главная редакция восточной литературы Москва 1989 səh.
Yumurta maşını
Yumurta maşını — Braziliyada sahibkarlıq növüdür və aşağı gəlirli məhəllələrdə çoxlu miqdarda yumurtanın aşağı qiymətə, adətən Kombi tipli səsgücləndirici ilə təchiz edilmiş avtomobil vasitəsilə satışı ilə xarakterizə olunur.
Yumurta (film)
Yumurta — 2003-cü ildə Ramiz Həsənoğlunun rejisorluğu ilə çəkilmiş komediya filmi.
Təyyarə uçurtma sistemi
Uydurma azərbaycanlıların siyahısı
Aşağıda uydurma və ya bədii ədəbiyyatda olan azərbaycanlıların siyahısıdır. Cazibə Abbasova — "Yaxşı Cazibə" televiziya serialında obraz. Dronqo — Gizli agent, yazıçı Çingiz Abdullayevin romanlarının əsas qəhrəmanı. Əli xan Şirvanşir — Yazıçı Qurban Səidin "Əli və Nino" romanında rus məktəbində təhsil alan əsilzadə müsəlman gəncidir. Əliş Kərəmli — Yazıçı Sergey Borodinin "Dmitriy Donskoy" tarixi romanında (1941) əsas personajlarından biri; XIV əsrin sonunda Moskva kremilinin ilk daş divarlarının tikilməsinə rəhbərlik edən şamaxılı memar-inşaatçı kimi təsvir edilir. Ferdinand Kərimov və ya Mr. K — Televiziya ustası, "Grand Theft Auto V" video oyununda personaj. Koroğlu — Koroğlu dastanının mistik xalq qəhrəmanı. Qara Qasım — Yazıçı Boris Akuninin "Erast Fandorin" romanında Fandorinin yol yoldaşı. Qurd Cəbrayıl — "Arxadan vurulan zərbə" bədii filminin əsas personajlarından biri.
Yumurta (film, 2003)
Yumurta — 2003-cü ildə Ramiz Həsənoğlunun rejisorluğu ilə çəkilmiş komediya filmi.
Yumurta (qida məhsulu)
Yumurta – qida məhsulu və həyat mənbəyi. Dünyanın heç bir mətbəxi qədim zamanlardan yumurtasız deyildir. İnsanlar yumurta ilə qidalanmağa o qədər qədimdən başlayıblar ki, bəlkə də bu onların ilk qida məhsullarından biri olmuşdur. Qədim insanlar bir çox quşların iri və xırda yumurtalarını oğurlayaraq istifadə edirdilər. Qədim Misirdə insanlar qutanın yumurtasını Tanrı yolunda qurban edirdilər. Orta əsr xristianlarında isə növbətçi durduğun müddətdə yumurta yemək qadağan edilmişdir. Çində indiki dövrümüzə qədər qıcqırdılmış yumurtaların resepti saxlanılır, hansı ki, bu qərb insanlarına açıqlanmır. Beləliklə yüz illik, yaxud min illik yumurtalar gilin, duzun, samanın və başqa inqridentlərin də tərkibində uzun müddət qalmaq bacarığına malikdir. Yüz illik yumurtaların sarı hissəsi qara–yaşıl rəngə boyanır, ağı isə qəhvəyi rəngə çevrilir. Bütün bu qarışım ammonyak kimi iy verməsinə baxmayaraq Çinlilər bunu sevir.
Uydurma triksterlərin siyahısı
Hiyləgər folklorda və populyar mədəniyyətdə tanınmış bir xarakterdir. Ağıllı və nadinc olan bu şəxs və ya varlıq, məqsədinə çatmaq üçün hiylədən istifadə edir. Hiyləgər, başqalarını əyləncə üçün və ya təhlükəli dünyada sağ qalmaq üçün aldada bilər. Hiyləgər, dünyanın işləməsi üçün lazım olan xaosun simvolu ola bilər. == Xüsusiyyətlər == Hines və Doti 1997-ci ildə bərabər yazdıqları Əfsanəvi hiyləgər fiqurlar (ing. Mythical Trickster Figures) adlı əsərlərində bildirirlər ki, hər bir hiyləgər aşağıdakı altı xüsusiyyətdən bir neçəsinə malikdir: Onlar əsasən qeyri-müəyyən və anormaldırlar Aldadıcı və hiyləgərdirlər Forma dəyişdirə bilən və ya maskalanma bacarığına malikdirlər Vəziyyəti dəyişdirə bilirlər İlahların elçisi və təqlidçisidirlər Müqəddəs və əxlaqsız işlər görürlər == Xalq nağıllarında və mifologiyasında hiyləgərlər == Ajapa — Yoruba xalq nağıllarının hiyləgərlər tısbağasıdır Anansi — Afrika mənşəli hörümcek hiyləgəridir. Hər kəsi aldada biləcək qədər ağıllıdır, amma eyni zamanda qürurlu, tənbəl və impulsivdir. Azeban — Abenaki mifologiyasında "Rakun" adlandırılan hiyləgər ruhdur. Brer Rabbit — Afrika-Amerika mənşəli qul hiyləgəridir. Coyotlar — Şimali Amerika yerli mifologiyalarında rast gəlinir.
Toyuq və ya yumurta
Toyuq və ya yumurta — səbəbiyyət dilemması ki, adətən bu şəkildə ifadə olunur: "“toyuqmu, ya yumurtamı əvvəl olub?".Qədim filosoflara, ilk toyuqmu və ya yumurtamı sualı, ,ümumiyyətlə həyat və kainatın necə başlandığı suallarını doğurmuş.
Uydurma "Böyük Ermənistan" dövləti
Ermənistan krallığı — İran mənşəli Artaşes və Parfiya mənşəli Arşakilər sülalələrinin idarə etdikləri krallıq.
Mona Liza haqqında uydurma hekayələrin xronologiyası
Aşağıda, İtaliya intibahı dövründə Florensiyada Leonardo da Vinçi tərəfindən çəkilmiş Liza del Cakondonun "Mona Liza" adlı portretinə həsr edilmiş və ya qismən əsərdən bəhs edilən uyruma və yarım-uydurma hekayələrin (filmlər, teleserial seriyaları və ədəbi əsərlər də daxil olmaqla) siyahısı verilmişdir. Əsərlər çıxarıldığı dövrə uyğun olaraq xronoloji ardıcıllıqla göstərilmişdir. 1975 – İkinci xanım Cakonda (ing. The Second Mrs. Giaconda), Elayni Lobl Köniqsburq tərəfindən yazılmış və portretin çəkilməsindən bəhs edən roman. 1979 – "Ölüm şəhəri", "Doktor Kim" teleserialının seriyası, əsas süjet "Mona Liza"nın Luvrdan oğurlanmasından bəhs edir. 1985 – Granada Televiziyasının çəkdiyi "Şerlok Holms" teleseriyasının seriyalarından birində Artur Konan Doylun "Sonuncu problem" romanı əsasında "Mona Liza"nın Luvrdan oğurlanmasından bəhs edilir. Süjet ssenari müəlliflərinin ideyası olmaqla, Konan Doylun 1893-cü ilə aid hekayəsinə tam uyğun deyildir. 2003 – Da Vinçi şifrəsi, Den Braun tərəfindən yazılmış romandır. "Mona Liza" süjetin ayrılmaz hissəsidir və kitabın orijinal nəşrinin üz qabığında istifadə olunub.