Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zöhrəvi xəstəliklər
Zöhrəvi xəstəliklər, bəzən cinsi yolla keçən xəstəliklər (CYBX) kimi qeyd olunur — cinsi fəaliyyət, xüsusən vaginal əlaqə, anal seks və oral seks yolu ilə keçən infeksiya. Bu cür xəstəliklər başlanğıcda simptomlara səbəb olmur, bu da infeksiyanın başqalarına keçmə ehtimalını artırır. CYBX-ın simptomlarına və əlamətlərinə vaginal axıntı, penis boşalması, cinsiyyət orqanlarında və ya ətrafında yaralar və çanaq ağrısı daxildir. Otuzdan çox müxtəlif bakteriya, virus və parazit cinsi fəaliyyətlə yoluxa bilər. Bakterial CYBX-lərə xlamidiya, qonoreya və sifilis daxildir. Viruslu CYBX-lərə genital herpes, QİÇS və cinsiyyət orqanlarının siğilləri daxildir. Parazitik CYBX-lərə trixomonoz daxildir. Bəzi CYBX-lər donor toxuması, qan, doğuş zamanı və ya ana südü yolu ilə yayıla bilər.CYBX-lərin qarşısını almağın ən təsirli yolu cinsi əlaqədə olmamaqdır. Bəzi vaksinasiyalar, hepatit B və bəzi HPV növləri daxil olmaqla, infeksiyaların riskini azalda bilər. Əksər zöhrəvi xəstəlikləri tam sağaltmaq və ya müalicə etmək olur.
Zöhrəmi
Zöhramı — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == İnfrastruktur == Kənd 19 iyul 2013-cü ildə ölkə Prezidentinin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir. == Əhalisi == === Tanınmışları === Sərdar Zülfüqarov — Azərbaycan alimi.
Zöhrə
Zöhrə— İranın Xuzistan ostanının Hindican şəhristanının Çəm Xələf İsa bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,282 nəfər və 267 ailədən ibarət idi.
Əbülqasım əz-Zəhravi
Əbülqasım Həlaf ibn Abbas əz-Zəhravi,və ya Əbulqasıs (ərəb. أبو القاسم الزهراوي‎; 936[…], Mədinə əz-Zəhra, Əndəlüs – 1013[…], Kordova, Əndəlüs) — Əndəlusdan olan ərəb həkim və alim (müasir İspaniya ərazisində). Kordova xəlifəsi II Əl-Hakamın saray həkimi olmuşdur. Əbulqasıs cərrahiyyə, tibb, oftalmologiya, ortopediya, farmakologiya, odontologiya, qidalanma və s. fəsillərindən ibarət 30 cildlik "əl-Təsrif" əsərini yazdı. XII əsrdə "əl-Təsrif" latın dilinə tərcümə edildi və Kremonyalı Qerard tərəfindən illüstrasiya edilmişdir. XIV əsrdə fransız həkim Qi de Şoliak 200 dəfədən çox sitat gətirdi. Əbulqasıs sidik kanalını araşdırmaq, yemək borusundan yad cisimləri çıxarmaq, qulağı araşdırmaq üçün xüsusi bir alət icad etdi. == İstinadlar == == Ədəbiyyat == Usamah Demeisi: Zur Geschichte der Erforschung von Leben und Werk des Abu l-Qāsim az-Zahrāwī (um 936 — um 1013) : unter besonderer Berücksichtigung der Zahnheilkunde. Berlin 1999.
Zöhrə Abdullayeva
Zöhrə Abdulla qızı Abdullayeva (18 dekabr 1952, Şuşa, DQMV – 26 may 2021, Bakı) — Azərbaycanlı müğənni, Azərbaycan Respublikasının Əməkdar Artisti (2007). == Həyatı və fəaliyyəti == Zöhrə Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub. Azərbaycan Dövlət Texnologiya Universitetini bitirib. Sara Qədimova, Əbülfət Əliyev, Münəvvər Kələntərli kimi sənətkarlardan fərdi muğam dərsləri alıb. İlk müəllimi Rəhilə Həsənova olub. Peşəkar səhnəyə isə İslam Rzayev gətirib.Əvvəl "Lalə qızlar anasmblının", sonralar isə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərmişdir. Zöhrə Abdullayeva daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınmışdır. Bundan başqa, xalq və bəstəkar mahnıları, muğamlar da ifa etmişdir. Dünyanın otuz ölkəsində Azərbaycan musiqisini tərənnüm edib. 1985-ci ildə "İstedadlar axtarılır" konsert müsabiqəsinin qalibi olub.
Zöhrə Ağamirova
Zöhrə Ağamirova (d. 8 avqust 2001; Bakı, Azərbaycan) — Azərbaycanlı bədii gimnast. Zöhrə Ağamirova IV İslam Həmrəyliyi Oyunlarının çempionudur. == Həyatı == Zöhrə Ağamirova 2001-ci il avqustun 8-də anadan olub. 2007-2018-ci illərdə Nizami rayonu 277 nömrəli tam orta məjtəbdə təhsil alıb. 2018-2022-ci illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. Subaydır. == Karyerası == Zöhrə Ağamirova 2011-ci ilin mayında Portuqaliyada baş tutan beynəlxalq turnirin qalibi oldu. Həmin ilin noybarında isə Zöhrə Ağamirova 2001-ci il təvəllüdlü gimnastlar arasında Azərbaycan Çempionatının bürünc medalına sahib oldu. 2011-ci ilin son turnirində isə Zöhrə Ağamirova Polşada baş tutan beynəlxalq turnirin qalibi oldu.2012-ci ilin fevralında Zöhrə Ağamirova 2001-ci il təvəllüdlü gimnastlar arasında şəhər çempionatını gümüş medalla başa vurdu.
Zöhrə Cuya
Zöhrə Cuya(fars. زهره جویا‎)—İran müğənnisi. == Həyatı == Zöhrə Cuya İranın Xorasan ostanının Məşhəd şəhərində anadan olub. Atası əslən Əfqanıstanın Herat şəhərindəndir. Anası isə İranlıdır. Ulu babaları Azərbaycan türklərindəndir. Azərbaycanca "Ay işığında", "Dağları duman alanda" mahnılarını oxuyur.
Zöhrə Rəhmətullina
Zöhrə Yıhanur qızı Rəhmətullina (doğ. 26 avqust 1961, BMSSR. Aşağı Lemez kəndi) — fəlsəfə elmləri doktoru, professor; Başqırdıstan Respublikası Təhsil Naziri (2004-2006); Rusiya Federasiyasının VI çağırış Dövlət Dumasının (2011-2016-cı illər); Rusiya Federasiyası VII çağırış Dövlət Dumasının deputatı (2016-cı ildən). == Bioqrafiyası == 1985—1986 illər. laborat, baş laborant, Başqırd Dövlət Universitetinin oktyabr inqilabınbın 40-cı ildönümü mühəndisi. 1986—1991 illər. Başqırd Dövlət Universitetinin Oktyabr inqilabının 40-cı ildönümü aspiranturasında təhsil almışdır. 1991—1996 illər. Başqırd Dövlət Universitetinin oktyabr inqilabınbın 40-cı ildönümü kafedrasının asistenti, baş müəllim, dosent. 1996—1999 illər. Başqırd Dövlət Universitetinin Oktyabr inqilabının 40-cı ildönümü doktoranturasında təhsil almışdır.
Zöhrə ulduzu
Venera, köhnəlmiş adı Zöhrə — Günəş sistemində yerləşən ikinci planet. Günəş ətrafında hərəkətini 224,7 Yer gününə başa vurur. Günəş sistemində yerləşən digər planetlərə nisbətən ən uzun öz oxu ətrafında dönmə perioduna (243 gün) sahibdir və digər planetlərdən fərqli olaraq əks istiqamətdə fırlanır. Venera təbii peykə sahib deyildir. Onun adı Roma mifologiyasındakı sevgi və gözəllik ilahəsi olan Veneradan gəlir. Venera gecə səmasında Aydan sonra ən parlaq şəkildə görünən ikinci təbii göy cismidir və −4,6-ya çatan ulduz ölçüsü ilə kölgə yarada biləcək qədər parlaqdır və nadir hallarda aydın gündüzlərdə adi gözlə görülə bilər. Yerin orbiti daxilində dönən Venera daxili planetdir və heçvaxt Günəşdən çox uzaqlaşmır; Günəşdən maksimum bucaq uzaqlığı 47,8°-dır. Venera Yer tipli planetdir və bəzən Yerin bacı planeti olaraq adlandırılır. Oxşar ölçüləri, kütləsi, tərkibi və Günəşə yaxınlığı səbəbindən belədir. Digər tərəfdən Yerdən ciddi şəkildə fərqlənir.
Zöhrə Əsgərova
Zöhrə Əsgərova (tam adı: Zöhrə Qulamhüseyn qızı Əsgərova; 2 aprel 1951, Bakı) — nasir, publisist, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980). == Həyat və fəaliyyəti == Zöhrə Əsgərova 1951-ci il aprelin 2-də Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə 199 saylı şəhər orta məktəbini bitirmişdir. Bədii yaradıcılığa erkən başlamışdır. M. Ə. Sabir kitabxanası nəzdində ədəbiyyat dərnəyinin fəal üzvü olmuşdur. İlk qələm təcrübələri – məqalə və mənsur şeirləri "Azərbaycan gəncləri" qəzetinin 1969-cu il tarixli sayında dərc edilmişdir. 1971-ci ildə Zaqafqaziya komsomol məktəbinin 6 aylıq kursunda siyasi təhsil almışdır. 1969–1973-cü illərdə M. A. Əliyev adına İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsilini davam etdirmişdir. 1973-cü ildə Azərdövsulayihə İnstitutunda klub müdiri, 1974–1978-ci illərdə R. Mustafayev adına İncəsənət muzeyinin əməkdaşı olmuşdur. Azərbaycan ədəbi-gənclər birliyi yığıncaqlarında fəal iştirak etmişdir.
Milli Qadın Şöhrəti Zalı
ABŞ Milli Qadın Şöhrəti Zalı (ing. National Women's Hall of Fame) — ABŞ qadınları üçün ölkədə ən əhəmiyyətli seçki institutu. 1969-cu ildə yaradılıb. == Üzvləri == Anna Dadli Ella Fitscerald Eleanora Ruzvelt Hillari Klinton Qreys Mürrey Hopper Luiza Mey Alkott Marqaret Burk Vayt Qarriet Tabmen Opra Uinfri == Xarici keçidlər == Brief biographies of the women who will next be inducted National Women's Hall of Fame in Seneca Falls "Complete List of inductees". Official website. 2012-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.
Zöhrə xanım Qovanlı-Qacar
Zəhra Xanım Tacəssəltənə (14 fevral 1883, Tehran – 25 yanvar 1936, Tehran) — İran şahzadəsi və Qacarlar sülaləsinin memuaristi. Nasirəddin şah Qacarın Turan Əssəltənədən olan qızı. == Həyatı == Zəhra Xanım Tacəssəltənə 1884-cü (bəzi mənbələrdə 1883) ildə Nəsrəddin şah Qacarla onun həm də əmisi qızı olan həyat yoldaşı Məryəm Turan əl-Səltənənin qızı olaraq dünyaya gəlmişdir. Uşaqlıq illərinin böyük bir hissəsi onun təlim tərbiyəsi ilə məşğul olan tərbiyəçi qadın və tibb bacısı ilə keçmişdir. Belə ki, o anasını gün ərzində yalnız iki dəfə görürdü. Hər dəfə şah Tehrana gələndə onu gündə 1 dəfə də atasının yanına aparırdılar. Tacəssəltənə sonralar öz xatirələrində uşaqlıq illərini acı və tənqidi xatırlayır. Tacəssəltənə ibtidai təhsilinə 7 yaşında kral məktəbində başlasa da, 1893-cü ildə nişanlanması onun təhsilini yarımçıq qoymuşdur. Sonrakı illərdə onun bir neçə şəxsi tərbiyəçisi var idi. Onların bəziləri haqqında xatirələrində ətraflı məlumatlar vermişdir.
Şöhrəti necə geri qaytarmalı (film, 1988)
== Məzmun == Bakı Soyuducular Zavodu hər il 400 minə yaxın "Çinar" soyuducusu buraxır (1988). Müəssisə öz işində dönüş yaratmış və bir neçə il bundan əvvəl(13 milyonu) keçmiş borclarını tamamilə ödəmişdir. İstehsalatın yenidən qurulması, yeni modelli soyuducuların buraxılışının qaydaya salınması, Minsk və Kiyev həmkarları ilə işgüzar əməkdaşlıq filmdə öz əksini tapmışdır.
Əbülqasim Zəhravi. “Əl-məqələtus-səlasim”-məqələtus-səlasim"
Əl-məqələtus-səlasim — X-XI əsrlərdə İspaniyada-Kordova xilafətində yaşamış böyük ərəb alimi Əbülqasim Zəhravinin tibbə dair “Əl-məqələtus-səlasim” (Cərrahiyyə və cərrahi alətlər haqqında) tibbə dair 30 cildlik əsərinin cərrahiyəyə aid XXX cildi bu ensiklopedik əsərin ən dəyərli və maraqlı hissəsidir. Kitabda 200-ə qədər cərrahiyyə alətinin şəkli verilmiş, onlardan istifadə qaydaları izah edilmişdir. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan bu əlyazma 2005-ci ildə YUNESKO-nun “Dünyanın Yaddaşı” Proqramının reyestrinə daxil edilmişdir. Bu qərarı təsdiqləyən Sertifikat Əlyazmalar İnstitutuna YUNESKO-nun baş katibi Koişiro Matsuura tərəfindən təqdim edilmişdir. “Dünya Yaddaşı” Proqramının məqsədi ayrıca xalqlar və olkələr üçün deyil, bütün bəşəriyyət üçün vacib və əvəzolunmaz olan yazılı abidələri aşkar etmək və qorumaqdır. 156 vərəqdən ibarət əsər nəsx xətti ilə, qara tuşla XII əsrdə köçürülüb.
Zöhramı
Zöhramı — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == İnfrastruktur == Kənd 19 iyul 2013-cü ildə ölkə Prezidentinin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir. == Əhalisi == === Tanınmışları === Sərdar Zülfüqarov — Azərbaycan alimi.
Zohreh Sefati
== Həyatı == Xanım Zöhrə Səfati qadın-Müctəhid. O, İranın Abadan şəhərində anadan olub və bu gün ölkənin ən güclü şəxsiyyətlərindən biri hesab olunur. Səfati İctimai-Mədəni Şuranın üzvü və Yüksək Mədəni İnqilab Şurasının nümayəndəsidir. Madam Səfati İranın Abadan şəhərində anadan olub və dindar ailədə böyüyüb. O, təqvalı, mehriban bir kişinin qızı idi və anası nəcib şəxsiyyəti və bütün Quranı əzbər bilməsi ilə məşhur idi. 1966-cı ildə ilahiyyat məktəbinə getməzdən əvvəl orta məktəb dərslərini evdə hazırlaşmışdır. Səfati Abadanda Fiqh, Ədəbiyyat və İslam elmləri üzrə ilkin kurslar alıb. 1970-ci ildə təhsilini davam etdirmək üçün Qum İlahiyyat Məktəbinə getdi. O, Ayətullah Şahidi, Ayətullah Həqqi, Ayətullah Əli Meşkini və Ayətullah Məhəmməd Həsən Əhmədi-Fakih (həyat yoldaşı) kimi məşhur alimlərin tələbəsi olub. Xanım Səfati ictihadın ən yüksək dərəcəsinə çatdı ki, bu da yalnız az sayda qadının əldə etdiyi nailiyyətdir.