Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rəhimli
Rəhimli — Azərbaycanda daha çox işlədilən soyad. Rəhim Rəhimli — Azərbaycan musiqiçisi İlham Rəhimli — Azərbaycan teatrşünas-tənqidçisi, jurnalist, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoruKəndlər Rəhimli (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Rəhimli (Şabran) — Azərbaycanın Şabran rayonunda kənd. Rəhimli (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Rəhimli (Goranboy) — Azərbaycanın Goranboy rayonunda kənd. Rəhimli (Germi) Rəhimli-i Muran (Germi)DağlarRəhimli — İsmayıllı rayonu ərazisində dağ. Hündürlüyü 2085 m.
Baxış Rəhimli
Baxış İlqar oğlu Rəhimli (19 fevral 1996, Bala Qacar, Bərdə rayonu – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Baxış Rəhimli 19 fevral 1996-cı ildə Bərdə rayonunun Bala Qacar kəndində anadan olmuşdur. 2002-ci ildə Bərdə rayon H.Xəliloğlu adına Qullar kənd tam orta məktəbinə daxil olmuş, 2004-cü ildən təhsilini Bərdə rayon Akademik Z. Əliyeva adına məktəb-liseydə davam etdirmişdir. 2013-cü ildə həmin məktəbin məzunu olan Baxış 2014-cü ildə Türkiyənin Kastamonu Universitetinə qəbul olmuş, 2019-cu ildə "İktisadi və İdari Bilimler" fakültəsindən həmin universitetin məzunu olmuşdur. == Hərbi xidməti == 2019-cu ildə ali təhsilini bitirən Baxış Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Baxış Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Baxış Rəhimli noyabrın 9-da, saat 17:00 radələrində Şuşanın azad edilməsi zamanı döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Baxış Rəhimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Baxış Rəhimli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Baxış Rəhimli ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Baxış Rəhimli Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Bəxtiyar Rəhimli
Bəxtiyar Nəsimi oğlu Rəhimli (18 mart 2001, Tərtər, Azərbaycan — 5 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəxtiyar Rəhimli 18 mart 2001-ci il tarixdə Tərtər şəhərində anadan olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Səfa Qaraxanov Füzuli və Hadrutun azad edilməsində savaşıb. 5 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 7 oktyabr 2020-ci ildə Bərdə rayonunun Qəhrəmanlı kəndində dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar Rəhimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar Rəhimli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elcan Rəhimli
Elcan Ədalət oğlu Rəhimli (26 avqust 1992; Alpout, Bərdə, Azərbaycan — 16 oktyabr 2020; Tapqaraqoyunlu, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elcan Rəhimli 1992-ci ildə Bərdə rayonunda dünyaya gəlib. Məktəbi bitirdikdən sonra 2010–2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Daha sonra yenidən müddətdən artıq həqiqi hərbi xidmətə başlamışdır. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elcan Rəhimli Ağdərə və Madagizin azad edilməsində savaşıb. O, 2020-ci il oktyabrın 16-da Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhidlik zirvəsinə ucalıb. Bərdədə dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elcan Rəhimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elcan Rəhimli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elcan Rəhimli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. == Təltifləri == (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (5. noyabr 2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.
Hüseyn Rəhimli
Hüseyn Natiq oğlu Rəhimli (10 iyul 1995) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. == Həyatı == Hüseyn Rəhimli 1995-ci il iyulun 10-da anadan olub. == Karyerası == Hüseyn Rəhimli 2015-ci ildə Kvanju şəhərində (Cənubi Koreya) baş tutan tələbələr arasında Universiada Oyunlarının bürünc medalına sahib oldu. Daha sonra Uolsoll şəhərində (Birləşmiş Krallıq) baş tutan Avropa Çempionatında çıxış edən Hüseyn Rəhimli, turniri bürünc medalla başa vurdu. Hüseyn Rəhimli 2018-ci ildə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Dünya Çempionatında fərdi turnirdə final görüşündə məğlub oldu və gümüş medala sahib oldu. Komanda turnirini isə Hüseyn Rəhimli bürünc medalla başa vurdu. 2019-cu ildə Hüseyn Rəhimli Genuya şəhərində (İtaliya) baş tutan Avropa Çempionatının final görüşündə qalib gəldi və qızıl medala sahib oldu. Komanda turnirində də Hüseyn Rəhimli qızıl medala sahib oldu. Hüseyn Rəhimli 2021-ci il ərzində beynəlxalq turnirlərdə topladığı reytinq xalları hesabına Paralimpiya Oyunlarına vəsiqə qazandı.Hüseyn Rəhimli XVI Yay Paralimpiya Oyunlarının 1/4 final mərhələsi çərçivəsində Birləşmiş Krallıq nümayəndəsi Daniel Povell ilə üz-üzə gəldi.
Kamil Rəhimli
Kamil Vəli oğlu Rəhimli (19 aprel 1993, Yasamal rayonu – 27 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamil Rəhimli 1993-cü il aprelin 19-da Bakı şəhəri Yasamal rayonunda anadan olmuşdu. Təhsilinə 175 saylı orta məktəbdə başlamış və sonra Cəmşid Naxçıvanski adına hərbi məktəbdə davam etmişdir. Məktəb illərində hərbiyə maraq göstərən Rəhimli Kamil, məktəb illəri dövründə hərbi yarışlarda iştirak etmiş və yüksək nailiyyətlər əldə etmişdir. Gənc vaxtlarından idmana çox böyük maraq göstərirdi və bunun əyani sübutu olaraq, seçilmiş zabitlərdən olmuşdur. Heydər Əliyəv adına hərbi akademiyanı bitirdikdən sonra xidmətə Füzuli rayonun N saylı hərbi hissəsində başlamışdır.2016-cı ildə aprel döyüşlərində belə iştirak etmişdir. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Kamil Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamil Rəhimli sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Yasamal rayonunda II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Rəhimli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Kamil Rəhimli ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Mikayıl Rəhimli
Mikayıl Rəhman oğlu Rəhimov (1962, Sirab, Naxçıvan rayonu) — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sabiq sədri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq deputatı, Babək Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin sədri == Həyatı == Mikayıl Rəhman oğlu Rəhimov 1962-ci ildə Naxçıvan rayonunun Sirab kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. Təyinatla 4 nömrəli Naxçıvan Yol İstismar İdarəsində çalışmışdır. Bir müddət sonra həmin idarənin Birləşmiş Həmkarlar İttifaqı Təşkilatının sədri olmuşdur. İqtisad üzrə fəlsəfə doktorudur. == Siyasi fəaliyyəti == Mikayıl Rəhimov 1991-ci ildən 1994-cü ilədək Babək Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır.Mikayıl Rəhimov 1990-cı illərdən aktiv siyasi fəaliyyətə başlamışdır. O, 1990-cı il tarixində keçirilmiş Naxçıvan MSSR Ali Sovetinə seçkilərdə Azərbaycan Xalq Cəbhəsi sıralarından 36 nömrəli Sirab seçki dairəsi üzrə deputatlığa namizəd olmuş və seçilmişdir. O, 1995-ci ilədək deputat kimi fəaliyyət göstərmiş, eyni zamanda Ali Məclisin Rəyasət Heyətinin üzvü seçilmişdir. === Mərkəzi Seçki Komissiyasında === Mikayıl Rəhimov 8 oktyabr 2010-cu ildə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin təqdimatı ilə Mərkəzi Seçki Komissiyası üzvlüyünə namizədi olmuşdur. Müsavat Partiyasının namizədi Gülağa Aslanlı və bitərəflərin namizədi Arifə Muxtarova ilə birlikdə Mikayıl Rəhimovun namizədliyi Milli Məslisdə səsə qoyulmuş və keçirilən səsvermədə iştirak edən 95 deputatdan 93-nün lehinə, 1-nin əleyhinə səs verməsi ilə onlar Mərkəzi Seçki Komissiyasının həlledici səs hüquqlu üzvü seçilmişdirlər.Mikayıl Rəhimov 24 fevral 2011-ci il tarixində Mərkəzi Seçki Komissiyasının katibi seçilmişdir.Mikayıl Rəhimov 15 aprel 2016-cı il tarixində növbəti dəfə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təqdimatı ilə Mərkəzi Seçki Komissiyası üzvlüyünə namizədi olmuş, namizədliyi digər namizədlərlə bərabər səsverməyə qoyulmuş və keçirilən səsvermədə iştirak edən 104 deputat yekdilliklə lehinə səs verməsi ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir.
Murad Rəhimli
Murad İlqar oğlu Rəhimli (azərb. Rəhimli Murad İlqar oğlu‎; 31 oktyabr 1991, Sumqayıt – 7 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəhimli Murad İlqar oğlu 1991-ci ilin 31 oktyabrında Sumqayıt şəhərində anadan olub. 1998-ci ildə Sumqayıt şəhəri Mikayıl Müşfiq adına 34 nömrəli məktəbin 1-ci sinfinə gedib. 2009-cu ildə ADPU-nun ekologiya fakültəsinə daxil olub. SOCARda atıcı işləyib. Dövlət qulluğuna hazırlaşıb, müsabiqə və müsahibədən keçib. 2020-ci ilin fevralında Millət vəkili olmaq üçün Sumqayıt şəhəri 41 sayli seçki məntəqəsinə namizədliyini verib. === Ailəsi === Ailəli idi, 2 oğul övladı var. == Hərbi xidməti == 2013-2014-cü illərdə Naxçıvanın Quru Qoşunlarında xidmətdə olub.
Məmmədəli Rəhimli
Rəhimli Məmmədəli Paşasadıq oğlu (10.4.1899, Tiflis -?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Tiflis gimnaziyasını bitirmişdir (1918). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini maşınqayırma sahəsində davam etdirmək üçün Darmştadt İnstitutuna (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 1 il qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Orxan Rəhimli
Orxan Rəhimli (əsgər, 1992) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Orxan Rəhimli (əsgər, 1994) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Rafiq Rəhimli
Rafiq Rəhimli — Azərbaycan yazıçısı, ssenarist, dramaturq,Azərbaycanın əməkdar mədəniyyət işçisi (2019) Azərbaycan Jurnalistlər Birliyi, Teatr Xadimləri İttifaqının üzvü == Həyatı == Rafiq Səfər oğlu Rəhimli 1956-cı il yanvar ayının 3-də Lənkəran şəhərində dünyaya göz açıb. Hələ ali təhsil almadan 1978-ci ildə “Leninçi” rayon qəzetinə işə dəvət edilib. 1989-cu ildə Bakı Dövlət Universitetini, 1994-cü ildə isə “Müstəqil.Rs” nəzdində fəaliyyət göstərən ali rejissorluq kursunu bitirib. Hələ şagird ikən yerli radio və yerli qəzetlə əməkdaşlıq edən Rafiq Rəhimli ilk müxbir vəsiqəsini 1974-cü ildə almışdır. İlk qələm təcrübələri orta məktəb illərindən başlayıb. Tələbəlik illərində müxtəlif müsabiqələrin qalibi kimi bir sıra mükafatlara layiq görülüb. 1976-1978-ci illərdə balıq konservi zavodunda fəhlə, 1978-1984-cü illərdə “Leninçi” qəzetində korrektor, 1984-1993-cü illərdə Azərbaycan radiosunda, 1994-2000-ci illərdə Azərbaycan Dövlət Televiziyasında müxbir və redaktor, 2000-2002-ci illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrında ədəbi-dram hissəsinin rəhbəri vəzifələrində çalışıb. 2002-ci ilin dekabr ayından isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ədəbi-dram hissəsinin müdiri vəzifəsini icra edir. “Rəfiq” ədəbi məcmuəsinin təsisçisi və baş redaktorudur. O, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, Teatr Xadimləri İttifaqının üzvüdür.
Rəhim Rəhimli
Rəhim Rəhimli (28 dekabr 1976, Ağdam – 30 sentyabr 2022, Bakı) — azərbaycanlı müğənni, bəstəkar, aktyor. == Həyatı == Rəhim Rəhimli 28 dekabr 1976-cı ildə Ağdam şəhərində anadan olmuşdur. == Vəfatı == 2022-ci il sentyabrın 30-da ürək tutmasından dünyasını dəyişib. Bülbülə qəbiristanlığında dəfn olunub. == Fəaliyyəti == Ekstravaqant tərzi ilə daima diqqət çəkmişdir. Çoxsaylı klipləri və mahnıları ilə tanınırdı. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi "MTV Azərbaycan" kanalının direktoru işləyib.Daha çox bəstəkarlıq fəaliyyəti ilə məşğul olub. == Kliplər == == Həmçinin bax == Sevərsənmi (albom) == İstinadlar == == Xarici keçidlər == Azərbaycanı tərk etdi, insanlardan gizləndi, heç vaxt ailə qurmadı – O, hansı müğənnimizlə sevgi yaşadı?
Rəhimli (Ağsu)
Rəhimli — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd.
Rəhimli (Germi)
Rəhimli (fars. رحيملو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 108 nəfər yaşayır (21 ailə).
Rəhimli (Goranboy)
Rəhimli — Azərbaycan Respublikasının Goranboy rayonunun Rəhimli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Rəhimli kəndi Goran çayı dərəsinin yamacındadır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini vaxtilə Qazax qəzasından köçüb gəlmiş Ağqoca oğlu Rəhim saldığı üçün kənd onun adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1107 nəfər əhali yaşayır.
Rəhimli (Gədəbəy)
Rəhimli — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd XVIII əsrin əvvəllərundə salınıb. Yerli əhalinin məlumatına görə, Rəhimli kəndini Sərdarlı nəslindən olan Qara Rəhim salmışdır. Kəndə 1993-cü ildə Düz Rəsullu inzibati ərazi vahidiyinin tərkibində Rəhimli kəndi statusu verilmişdir. == Toponimikası == Gədəbəy rayonunun Düz Rəsullu i.ə.v.-də kənd. Şahdağ silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatma görə, yaşayış məntəqəsini vaxtilə Qazax mahalının Qıraq Kəsəmən kəndindən köçüb gəlmiş Qara Rəhim adlı şəxs saldığı üçün kənd onun adı ilə adlandırılmışdır; == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 207 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Rəhimli (Kəlbəcər)
Rəhimli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çaykənd kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == Bu kəndin bünövrəsini bir neçə ailə qoyub. Həmin ailələr heyvandarlıqla məşğul olurmuşlar. Onlar dağın dibində yerləşən Aşağı arxac adlanan ərazidə yaşayırmışlar. Buradan da Aşağı arxac sözü yaranmışdır. 1992-ci ildə kəndin adı dəyişdirilərək onun bünövrəsini qoyan Alxanov Rəhim Ocaqverdi oğlu şərəfinə Rəhimli adlandırılmışdır. Oğlu Alxanov Köçəri isə Kəlbəcərdə sayılıb-seçilən adamlardan olub. kənd Əhalisi Albanlara mənsubdur. == Yaylaqlar == Behbudbəyin ağqayasının yurdu, Alagöllər yaylağı, Sudəyənqaya yurdu, Söyüdlü yaylağı, Qara Nəsibin yurdu, Mustafanın yurdu, Alıqulu ağanın yurdu, Taxtadüz yurdu, Sarıbulaq yurdu, Ketilərdüşən yurd, Əsəd bəyin yurdu, Mədinəli dərəsinin yurdu, Novruzdüşən göl yurdu. == Bulaqlar == Zeynalın bulağı, Novlu bulaq, Bərk bulaq, Nəcəfölən bulaq, Korca bulaq, Lazımın bulağı, Gölmə bulaq.
Rəhimli (Şabran)
Rəhimli — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Şabran rayonun tanınmış kəndlərindəndir. Bu kəndin evlərinə çatmaq üçün yolun bir qədərini piyada və ya minklə getmək lazımdır. Dəmir yoluna qədər olan ərazilərdə heç kim yaşamır. Ona görədə kəndin başından dəmir yoluna qədər olan məsafəni qət etmək lazımdır. Bu kənddə hər bir şəxsin özünə aid heyvanı və sahəsi olur. Kəndin başında yeni hotel, əyləncə mərkəzi və futbol oynamaq üçün geniş sahə yaradılıb.Burada yerləşən fermada yarışlar keçirilir. Bu kəndin özünə layiq bir məktəbi və bələdiyyəsi var.Bəzən suların gəlmədiyi vaxtda insanlar baza adlanan yerə gedir paltar yuyur və su gətirirlər. Bu kənddə köhnə bir hamamda vardır. == Əhalisi == Kəndin əhalisi 1.363 nəfər təşkil edir.
Rəhimli bələdiyyəsi
Rəhimli bələdiyyəsi (Ağsu) — Ağsu rayonunda bələdiyyə. Rəhimli bələdiyyəsi (Şabran) — Şabran rayonunda bələdiyyə. Rəhimli bələdiyyəsi (Goranboy) — Goranboy rayonunda bələdiyyə.
Səbuhi Rəhimli
Səbuhi Kamal oğlu Rəhimli (d. 22 mart 1970, Mirbəşir rayonu) — Qoroskop qəzetinin baş redaktoru, tədqiqatçı-jurnalist, avestaşünas, astroloq, Qarabağ müharibəsinin iştirakçısı. == Həyatı == Səbuhi Kamal oğlu Rəhimli 1970-ci il, martın 22-də Mirbəşir rayonunun (hazırkı Tərtər rayonu) Seydimli kəndində, müəllim ailəsində dünyaya gəlib. 1988–1990-cı illərdə Rusiyanın Xabarovsk diyarının Amur şəhərində hərbi xidməti keçib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib (1990–1995). Tələbəlik illərində könüllü olaraq Qarabağ müharibəsində iştirak edib, 1992-ci ildə aparılan döyüşlərdə ağır yaralanıb. 1990-cı illərdən ölkənin aparıcı qəzetlərində jurnalist kimi fəaliyyət göstərib, şöbə müdiri, redaktor vəzifələrində çalışıb. Elə həmin dövrdə özünü astrologiya sahəsində də sınayıb. 1999-cu ildən "Qoroskop" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərir. Qəzet 2018-ci ildə fəaliyyətini dayandırıb.
Səmra Rəhimli
Səmra Rəhimli və ya Səmra (20 oktyabr 1994, Bakı)— Azərbaycan müğənnisi. Səmra "O Səs Türkiyə" və "Səs Azərbaycan" layihələrinin iştirakçı olmuşdur. Azərbaycanı 2016-cı ildə Stokholm şəhərində keçirilən 61-ci Avroviziya Mahnı Müsabiqəsində "Miracle" mahnısı ilə təmsil etmişdir və final mərhələsində ölkəyə 17-ci yeri qazandırmışdır. == Həyatı == Səmra Rəhimli 20 oktyabr 1994-cü ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi olan Səmra xanım uşaq yaşlarından musiqi ilə məşğul olmağa başlamışdır. == "O Səs Türkiyə" == Səmra Rəhimli 2014-cü ildə Türkiyənin "TV 8 Televiziyası"nda yayımlanan "O Səs Türkiyə" layihəsində iştirak etmişdir. O ilk mərhələdə "Kör Seçmeler" mərhələsində "Simply The Best" mahnısını ifa etmişdir və 2 münsif Səmra xanım tərəfə çönmüşdür. Səmra xanım isə Hadisənin komandasında yarışmağı seçmişdir. Daha sonra növbəti mərhələdə – "Düellolar" mərhələsində Səmra Rəhimli Ayda Eravcı ilə birgə "I Who Have Nothing" mahnısını ifa etmişdir. Hadisə isə Səmra ilə Ayda arasında seçim etmiş və Səmra Rəhimlini komandasında saxlamışdır.
Tural Rəhimli
Tural Gəray oğlu Rəhimli (27 oktyabr 2001; Xırdalan, Azərbaycan — 2 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Rəhimli 2001-ci il oktyabrın 27-də Xırdalan şəhərində anadan olub. Əslən Laçın rayonunda idi. Subay idi. == Hərbi xidməti == Tural Rəhimli 2019-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Tural Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Rəhimli oktyabrın 2-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Rəhimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Rəhimli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəyal Rəhimli
Xəyal Rahil oğlu Rəhimli (9 iyun 1992; Əlinəzərli, Beyləqan rayonu, Azərbaycan — 7 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyal Rəhimli 1992-ci il iyunun 9-da Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. 1999-2008-ci illərdə K. Əliyev adına Orta Əlinəzərli kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Xəyal Rəhimli 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Xəyal Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə döyüşlərdə savaşıb. Xəyal Rəhimli oktyabrın 7-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Beyləqan şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Rəhimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Rəhimli ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Ömər Rəhimli
Ömər Rəşad oğlu Rəhimli (1 fevral 2002, Hindarx, Ağcabədi rayonu – 22 noyabr 2020, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ömər Rəhimli 2002-ci il fevralın 1-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olmuşdur. 2008-2019-cu illərdə Ağcabədi rayon Hindarx qəsəbə tam orta məktəbində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Ömər Rəhimli 2020-ci ilin fevral ayından sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. O, Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Ömər Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində topçu olaraq oktyabrın 6-dan iştirak etmişdir. Cəbrayılın, Qubadlının, Laçının, Zəngilanın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şuşa rayonunun Daşaltı kəndi istiqamətində başlayan əməliyyatlarda fərqlənmişdir. Ömər Rəhimli 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı ağır yaralanmış və Bakı şəhərində yerləşən Hərbi Hospitala yerləşmişdir.
İlham Rəhimli
İlham Əziz oğlu Rəhimli (8 sentyabr 1949, Malbinəsi, Yevlax rayonu) — Azərbaycan teatrşünas-tənqidçisi, jurnalist, Azərbaycanın əməkdar incəsənət xadimi (1989), sənətşünaslıq doktoru, professor, Prezident təqaüdçüsü (2019). == Həyatı == İlham Rəhimli 1949-cu il sentyabrın 8-də Yevlax rayonunun Malbinəsi kəndində doğulub. Yevlaxdakı 1 saylı orta məktəbin on birinci sinifini 1966-cı ildə bitirib. Bir il Yevlaxdakı 4 saylı avtobazada çilingər işləyib. 1967-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsinə daxil olub. Bu ali məktəbi fərqlənmə diplomu ilə bitirib (1972). Hələ institutun son kursunda oxuyanda "Kommunist" (indiki "Xalq qəzeti") qəzeti redaksiyasına təcrübə keçməyə göndərilib. Təcrübə zamanı bir neçə məqaləsi çap olunub. Redaksiyanın yazılı məktub-tələbnaməsinə əsasən təyinatla "Kommunist" (indiki "Xalq qəzeti") qəzetinə işə göndərilib. Hərbi xidmətdən sonra (may 1973 - may 1974) yenə redaksiyaya qayıdıb.
Bəyimli
Bəyimli (Ağsu) — Ağsu rayonunda kənd. Bəyimli (Zərdab) — Zərdab rayonunda qəsəbə. == Dağlar == Bəyimli (dağ) — İsmayıllı rayonu ərazisində dağ.
Kərimli
Kərimli — Soyad və təxəllüs. Bu soyadı olan tanınmış şəxslərMətin Kərimli — Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin sabiq müavini. Əli Kərimli — Azərbaycan ictimai-siyasi xadimi Orxan Kərimli — İsmayıl Kərimli — Yusif Kərimli — azərbaycanlı jurnalist, tanınmış teleaparıcı. Teymur Kərimli — Tahir Kərimli —Yaşayış məntəqələriKərimli (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Kərimli (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd.
Məsimli
Məsimli — İrəvan xanlığının Qarnibasar mahalında, sonra İrəvan quberniyasının İrəvan qəzasında kənd adı.Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. == Tarixi == 1590-cı ildən mə’lumdur İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.1728-ci ilə aid mənbədə Məsumlu kimidir "İrəvan əyalətinin icmal dəftəri"ndə Məsumlu formasında qeyd edilmişdir.1949-cu ildə kənd ermənicə Haykaşen adlandırılmışdır. 1948-ci ildə əhali Azərbaycana köçürülmüşdür. 1949-cu ildə kənd ermənicə Ayqеpat adlandırılmışdır. == Toponimi == Toponim məsimli nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 01.12.1949-cu il fərmanı ilə adı dəyişdirilərək Aykepat qoyulmuşdur. Ermənilər bu kəndə XX əsrin əvvəllərində İranın Xoy və Salmast rayonlarından köçürülmüşlər.