Baxış İlqar oğlu Rəhimli (19 fevral 1996, Bala Qacar, Bərdə rayonu – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Baxış Rəhimli | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 fevral 1996(1996-02-19) |
Doğum yeri | |
Vəfat tarixi | 9 noyabr 2020(2020-11-09) (24 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019-cu ildən |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Şuşanın azad edilməsi |
Təltifləri | 2022 |
Baxış Rəhimli 19 fevral 1996-cı ildə Bərdə rayonunun Bala Qacar kəndində anadan olmuşdur.[1] 2002-ci ildə Bərdə rayon H. Xəliloğlu adına Qullar kənd tam orta məktəbinə daxil olmuş, 2004-cü ildən təhsilini Bərdə rayon Akademik Z. Əliyeva adına məktəb-liseydə davam etdirmişdir.
2013-cü ildə həmin məktəbin məzunu olan Baxış 2014-cü ildə Türkiyənin Kastamonu Universitetinə qəbul olmuş, 2019-cu ildə "İktisadi və İdari Bilimler" fakültəsindən həmin universitetin məzunu olmuşdur.[2]
2019-cu ildə ali təhsilini bitirən Baxış Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Baxış Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Baxış Rəhimli noyabrın 9-da, saat 17:00 radələrində Şuşanın azad edilməsi zamanı döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Baxış Rəhimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Baxış Rəhimli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Baxış Rəhimli ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Baxış Rəhimli Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[6]