Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səmimə Laçın
Səmimə Laçın — Tanınmış Azərbaycan aktrisası. Səmimə Sabir qızı Səlimova 30 iyun 1972-ci ildə Laçın şəhərində anadan olub. Bərdə şəhər 3 saylı orta məktəbini bitirib. 1990-1995-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissorluğu fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2014-cü ildən "Turan" teatr- studiyasının yaradıcısı və rəhbəridir. Geniş tamaşaçı kütləsinə Məhkumlar (film, 2012) serialındakı Tünzalə obrazı ilə tanışdır. Ailəlidir, üç övladı var. Məhkumlar (film, 2012) – Tünzalə Toy gecəsi (film, 2013) - Cəvahir Göyçək fatimə (film, 2014 – Xavər Sevgi naminə (film, 2015) - Nara. Taksi parkı (film, 2014 –Zinyət Tək olanda qorxma...
Zəminə Aslanova
Zəminə Sərdar qızı Aslanova (20 iyun 1940, Qalaqayın, Sabirabad rayonu – 23 iyun 2019, Qalaqayın, Sabirabad rayonu) — Azərbaycan-sovet pambıqçısı, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycan SSR pambıq ustası (1973), SSRİ Dövlət mükafatı laureatı (1976). Zəminə Aslanova 1960-cı ildən Sabirabad rayonundakı 26 Bakı komissarı adına kolxozun üzvü, 1963-cü ildən həmin kolxozda briqadir işləmişdir. 1976-cı ildə pambıqçılıq sahəsində yüksək əmək göstəriciləri əldə etmişdir. Kolxozçuların 3-cü Ümumittifaq qurultayının (1969, Moskva), həmçinin Sov.İKP 24 və Azərbaycan KP 28 və 29-cu qurultaylarının nümayəndəsi olmuşdur. Azərbaycan KP MK təftiş komissiyasının üzvü olmuşdur (1976). Azərbaycan SSR Ali Sovetinin (7, 8 və 9-cu çağırış) deputatı olmuşdur. 2 dəfə Lenin ordeni və medallarla təltif edilmişdir. Zəminə Aslanova 23 iyun 2019-cu ildə vəfat etmişdir. Зәминә Сәрдар гызы Асланова // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш.
Zəminə Cavanşir
Zəminə Rəşid ağa qızı Cavanşir – Rəşid ağa Cavanşirin qızı.“Gənclik” nəşriyyatında redaktor Rəşid ağanın birinci qızı Zəminə bəyim 1933-cü il fevralın 18-də Bakı şəhərində doğulmuş, Azərbaycan Dövlət Universitetinin (İndiki BDU) filologiya fakultəsini bitirmiĢdi. Uzun illər “Gənclik” nəşriyyatında redaktor işləmişdir. Zəminə bəyim tanınmış şair Rasim Kərimli (1932-1996) ilə ailə qurmuşdu... Zəminə xanım hazırda Bakıda yaşayır.
Zəminə Dünyamalıyeva
Zəminə Dünyamalı qızı Dünyamalıyeva (1957, Şelli, Ağdam rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı. Zəminə Dünyamalıyeva 1957-ci il mayın 1-də Ağdam rayonunun Şelli qəsəbəsində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda aqronomluq üzrə ali təhsil alıb. Zəminə Dünyamalıyeva ailəlidir, üç övladı var. 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində Yeni Azərbaycan Partiyasının (YAP) siyahısı üzrə 10-cu sırada olan Zəminə Dünyamalıyeva I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Zəminə Dünyamalıyeva Milli Məclisin İnsan hüquqları Daimi Komissiyasının və Azərbaycan—Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub. 1995–1998-ci illərdə Yeni Azərbaycan Partiyasının (YAP) üzvü və YAP Ağdam Rayon Şöbəsinin sədri olub. 1998-ci ildə YAP-dan istefa verərək Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur. 1998-ci ildən 2007-ci illədək Azərbaycan Demokrat Partiyasının (ADP), 2007-ci ildən 2009-cu illədək Açıq Cəmiyyət Partiyasının (ACP) (dövlət qeydiyyatı yoxdur) üzvü olmuşdur. Həmin partiyanın Ali Məclisinin sədri olan Zəminı Dünyamalıyeva həmçinin bir müddət Demokratik Qüvvələrin Milli Şurasında da təmsil olunmuşdur.
Zəminə Həsənova
Zəminə Həsən qızı Həsənova (10 may 1922, Corat, Bakı qəzası – 2006, Sumqayıt) — Azərbaycanın ilk qadın metallurqu, Sosialist Əməyi Qəhrəmanı (1960), Sumqayıtın fəxri vətəndaşı. Zəminə Həsən qızı Həsənova 1922-ci ilin mayın 10-da Sumqayıtda, indiki Corat qəsəbəsində anadan olub. O əmək fəaliyyətinə Sumqayıt Elektrik Stansiyasında başlayıb. Sovet dövründə Energetika Birliyinin sədri vəzifəsində çalışıb və yaşayış binalarının bünövrəsinin qoyulması ilə məşğul olub. Böyük Vətən Müharibəsi illərində Bakının vətəndaş müdafiəsi sistemində fəaliyyət göstərib. Müharibədən sonra əmək fəaliyyətini "Boruprokat" zavodunda operator kimi davam etdirib. Daha sonra briqadir vəzifəsində çalışıb. Həsənova 1970-ci ildə isə baş briqadir olub və həmin zavodda 4 briqadaya rəhbərlik edib. Z. Həsənova Azərbaycanın ictimai həyatında da fəal iştirak edib. Məktəbli uşaqlar üçün yaradılan "Horizont 8" klubunun təşkilatçılarından biri olub.
Zəminə Orucova
Zəminə Xınalı
Zəminə Xınalı - şairə, Əməkdar mədəniyyət işçisi, qadın hərbçi, H.Aslanov adına Mərkəzi Zabitlər Evində muzey müdiri, Azərbaycanda fəaliyyət göstərən ali hərbi məktəbləri – H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin, Dünya Azərbaycanlılarının Həmrəylik marşının və Azərbaycan Sülhməramlı Qüvvələrinin Sülh marşının sözlərinini müəllifidir. “Azərbaycan Silahlı Qüvvələrinini 90 illiyi” yubiley medalı, “Qüsursuz Xidmətə görə” medalı ilə təltif edilmişdir. 1964-cü il martın 21-də Qazax rayonunun Aslanbəyli kəndində doğulmuşdur. Kənddə orta məktəbi bitirdikdən sonra Sumqayıt Kimya Texnologiya Texnikumunun analitik kimya fakültəsində təhsil almışdır (1981-1984). Əmək fəaliyyətinə Sumqayıt Kimya İstehsalat Birliyində laborant kimi başlamışdır(1984-1986). Sonralar Bakıdakı 25 saylı texniki peşə məktəbində istehsalat təlim ustası (1986-1990), 240 saylı orta məktəbdə əmək və rəsm müəllimi (1990-1996) işləmişdir. Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində təhsilini davam etdirmiş, hərbi jurnalistika fakültəsini bitirmişdir (1996-1998). Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində uzun müddət Qadınlar Şurasının sədri, eyni zamanda Azərbaycan Ordusu qəzetində ştatdankənar müxbir işləmişdir (1996-2001). 2013- cü ilə qədər H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi qulluqçu kimi xidmət etmiş və həmin ildən ehtiyata buraxılmışdır.Hal- hazırda MN H.Aslanov adına Mərkəzi Zabitlər Evində muzey müdiridi. 2007-ci ildən Qazax Müəllimlər İnstitutunun filologiya fakültəsinin məzunudur.2015- ci ildə Əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür.
Cəmilə
Cəmilə (ərəb. جميلة‎; gözəl, göyçək, cəzbedici) — qadın adı, ərəb mənşəli düzəltmə söz. Ərəbcə sözün kökü "cəmil" şəklindədir.
Cərimə
Cərimə (alm. Strafe‎ — cəza) — cəza növü; cinayət törədildiyinə görə hüquq normalarına əsasən dövlətin nəfinə keçirilən pul vəsaiti. == Cinayət cəzası kimi == Böyük Britaniya və ABŞ-də cərimə cinayət cəzaları içərisində ən geniş yayılmış növdür.
Gəmidə
Gəmidə (film, 1998) — film. Gəmidə (hekayə, 1949) — Cerom Selincerin hekayəsi.
Zərifə
Zərifə — qadın adı. Zərifə Əliyeva — tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki. Zərifə Salahova — Miniatür kitab muzeyinin təsisçisi və rəhbəri. Zərifə Cəbrayılova — texnika elmləri doktoru, dosent . Zərifə Ağayeva — Azərbaycanın qadın jurnalisti. Zərifə Budaqova — AMEA­-nın müxbir üzvü.
Zəviyə
Zaviyə
Əminə
Əminə (ərəb. أمينة‎) — qadınlara verilmiş bir ərəbcə addır.
Ərimə
Ərimə və ya termal birləşmə, bərk maddənin istilik qəbul edərək maye vəziyyətə keçməsidir. Bu fiziki hadisənin baş verdiyi temperatura ərimə temperaturu deyilir. Ərimə donmanın əksi olaraq da ifadə edilə bilər; Çünki donma zamanı maddə istilik verir, ərimədə isə maddə istilik alır. == Ərimə temperaturu == Ərimə temperaturu bərk cisimlərdə fərqləndirici xüsusiyyətdir. Ərimə temperaturu maddədən maddəyə dəyişir. Bu təzyiq və saflıqdan asılı olaraq dəyişir. Eyni tipli saf maddələrin ərimə və donma temperaturları bərabərdir. Saf maddələrdə ərimə baş verərkən temperatur sabit olsa da, eyni zamanda istilik artımı davam edir və bu temperatur artımı bərk maddə tam əriyənə qədər davam edir. Daha sonra tamamilə ərimiş maddənin istilik və temperatur artımı növbəti vəziyyət dəyişikliyinə qədər davamlı olaraq artır.
Fəhimə Sultan
Fəhimə Sultan (2 avqust 1875, Konstantinopol – 15 sentyabr 1929, Nitsa) — 33. Osmanlı sultanı V Muradın qızıdır. == Həyatı == Fəhimə Sultan 2 avqust 1875-ci ildə atasının Kadıköydəki köşkündə dünyaya gəldi. Atası Sultan Əbdüləziz dönəminin vəliəhdi Murad Əfəndi, anası isə onun dördüncü xanımı Meylisərvət Qadınəfəndidir. Ancaq saray ənənələrinə görə, vəliəhdin yalnız bir övladının olmasına icazə verilirdi. Şahzadə Muradın isə artıq bir oğlu və gizli saxlanılan bir qızı dünyaya gəlmişdi (Səlahəddin Əfəndi və Xədicə Sultan). Bu səbəblə Fəhimə Sultan doğulduğu köşkdə gizlicə böyüdüldü. Ancaq çox keçmədən Sultan Əbdüləziz taxtdan endirildi və atası Sultan Murad taxta çıxdı. Beləcə, atasının digər ailə üzvləriylə birlikdə Fəhimə Sultan da Dolmabağça sarayına köçürüldü. Ancaq cəmi 3 aylıq səltənətinin ardından Sultan Murad taxtdan endirildi və bütün ailə üzvləriylə birlikdə Çırağan sarayına həbs olundu.
Həkimə Bülluri
Billuri Hökumə (Həkimə) İbrahim qızı (3 mart 1926, Zəncan – 22 noyabr 2000, Bakı) — Azərbaycan şairi, ədəbiyyatşünas, filolologiya elmləri namizədi (1963), Azərbaycan Respublikasının xalq şairi (1998), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1984). Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi olmuşdur. == Həyatı == Hökumə İbrahim qızı Billuri Zəncan şəhərində anadan olub. Bütün uşaqlar kimi, o da qayğısız, xoşbəxt böyümüşdü. Yeniyetmə yaşına çatanda isə hissləri, duyğuları onun düşüncəsini dəyişər, təfəkküründə haqqa, ədalətə tapınmaq kimi fikirlər oyanardı. Əlbəttə, bunlar hələ tam formalaşmamışdı. 10–15 yaşında qız bilmirdi ki, nə üçün Təbrizdən, Zəncandan qohumları, qonşuları, qardaşları Araz çayının o biri səmtinə can atır, Cənubdan Şimala baş götürüb gedirlər. Hökumə orta məktəbi yüksək qiymətlərlə bitirdiyi üçün ona təklif etdilər ki, elə orada qalıb müəllim işləsin. O bu təklifdən fərəhləndi. İlk gündən etimadı doğrultmağa çalışdı.
Həlimə Abdullayeva
Abdullayeva Həlimə Yusif qızı (1928, Sərdarabad rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1950). 1950-ci ildə Şəmkir rayonunda üzümçülük sahəsində yüksək nailiyyətlər əldə etmişdir. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuşdur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. I cild. Bakı, 2009, səh.39.
Həlimə Nəsirova
Həlimə Nəsirova (21 dekabr 1913, Kokand qəzası[d], Fərqanə vilayəti – 3 yanvar 2003, Daşkənd)—opera müğənnisi, SSRİ xalq artisti. == Həyatı == Həlimə Nəsirova 1925-ci ildə bir qrup özbək tələbəsi Bakı teatr texnikumunda təhsil almaq üçün Azərbaycana göndərilmişdir. Tələbələrdən biri gələcəkdə Özbəkistanın məşhur opera müğənnisi, SSRİ xalq artisti olan Həlimə Nəsirova idi. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyinin eksponatları arasında özbək milli xalatı — çapan və araxçını Üzeyir bəyə xalq yazıçısı Aybek və xalq artisti Həlimə Nəsirova bağışlamışlar. == Fəaliyyəti == Həlimə Nəsirova yazırdı: "Mən bərəkətli Daşkənddə doğulmuşam, ancaq incəsənət əlifbasını Odlar Yurdunun günəşli paytaxtı — gözəl Bakıda öyrənmişəm".
Həlimə Sultan
Həlimə Validə Sultan (1576, Abxaziya – ən tezi 1623, Konstantinopol) — I Mustafanın anası. Bəzi qaynaqlarda adı bilinmədiyi üçün Füldânə Sultan olaraq qeyd edilir. Validə sultanlıq dövrü az olmuş, oğlunun ikinci dəfə taxtdan endirilib sürgün edilməsi səbəbi ilə kədərdən vəfat etmişdir. == Həyatı == III Mehmedin hasəki qadınlarından biridir. Oğlu əqli cəhətdən zəif olduğu üçün sarayda önəmli rol oynamışdır. I. Mustafa taxta keçəndə nənəsi Safiyə Sultan hələ də sağ idi. Safiyə Sultan həm əri III. Murad, həm də oğlu III. Mehmed zamanında sarayda çox təsirli olmuş bir Validə Sultan idi. İki nəvəsinin də səltənətini gördü. Osmanlı adətlərinə görə padşahın nənəsi yox, anası Validə Sultan olaraq dövlətin ən qüdrətli qadını olmalı idi. Ancaq Safiyə Sultanın əri və oğlu dönəmində iqtidardakı gücü nəvələrinin dönəmində gəlinlərinin gücünə kölgə salırdı.
Həlimə Xatun
Həlimə Xatun (Osmanlı türkcəsi: حلیمہ خاتون) (XIII əsr – XIII əsr, Söğüt, Biləcik ili) — Qayı boyunun başçısı Ərtoğrul Qazinin xanımı və Osmanlı İmperiyasının qurucusu Osman Qazinin anasıdır. == Həyatı == Həlimə Xatun türk nəslindən olub türkmən bir ailəyə mənsub idi. Savcı Bəy (ö. 1287), Gündüz Alp (ö. 1306) və Osman Qazi adlarında üç oğlu vardı. 1281-ci ildə vəfat edən Həlimə Xatunun məzarı Söğütdə əri Ərtoğrul Qazinin türbəsinin yanındadır.
Həlimə Yaqub
Həlimə bin Yaqub (Cavi: حاليمه بنت ياچوب) (23 avqust 1954, Sinqapur) Malay mənşəli Sinqapur siyasətçisi. Həlimə Yaqub, 13 sentyabr 2017-ci il tarixindən Asiya ölkəsi Sinqapurun səkkizinci prezidenti kimi dövlət başçısı vəzifəsinə seçilmişdir. 2001-ci ildən bəri siyasətdə olan Həlimə Yaqub 2013-cü ildən bəri Sinqapurda parlamentin sədri vəzifəsini icra etmişdir. 7 avqust 2017-ci ildə qarşıdakı prezident seçkilərində iştirak etmək üçün vəzifəsindən istefa vermiş, 23 sentyabr 2017-ci il tarixində keçiriləcək seçkilərdəki namizədliyini açıqlamışdır. 2017-ci il prezident seçkiləri namizədləri arasında yeganə müvafiq namizəd olduğu elan edildikdən sonra seçkilərə ehtiyac olmadan 11 sentyabr 2017-ci il tarixində ölkənin yeni prezidenti elan edilmişdir.
Həlimə Əliyeva
Həlimə Əliyeva (1952, Kələki, Ordubad rayonu – 14 iyun 2019, İstanbul) — Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı. == Həyatı == Əbülfəz Elçibəy Həlimə xanımla 1979-cu ildə ailə həyatı qurub. Onların bir qızı, bir oğlu var. Həlimə Əliyeva Elçibəyin prezidentliyi dövründə onun yanında görünmürdü. Səbəb həmin vaxt Həlimə Əliyevanın azyaşlı uşaqlarına baxması ilə bağlı olub. Həlimə Əliyeva 2019-cu il iyunun 14-ü 67 yaşında Türkiyədə vəfat edib. Kələki kəndində dəfn olunub.
Həmidə Məmmədquluzadə
Həmidə Məmmədquluzadə (19 yanvar 1873, Böyük Kəhrizli, Şuşa qəzası – 6 fevral 1955, Bakı) — Azərbaycanın ilk maarifçi qadınlarından biri, Cəlil Məmmədquluzadənin həyat yoldaşı, tarixçi Əhməd bəy Cavanşirin qızı, xeyriyyəçi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuş Qarabağın xeyirxah "Dəmir ledi"si. == Həyatı == Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı, tarixçi Əhməd bəyin ocağında dünyaya gəlmişdir. Kənddə daim yeniliyi, mədəniyyətin ən sivil formalarını yayan Əhməd bəy Cavanşir yeddi "Qarabağnamə"dən ən məşhurunu — "Qarabağ xanlığının siyasi vəziyyətinə dair" əsərini yazıb. Onun çoxsaylı şeirləri və tərcümələri 1906-cı ildə Tiflisdə "Qeyrət" mətbəəsində kitab kimi nəşr edilib. Tək Kəhrizlidə deyil, elə ətraf kəndlərdə də Əhməd bəy kasıbların böyük himayədarı olub. Belə bir nəcib insanın ailəsində dünyaya göz açan Həmidə xanımın Azərbaycan mədəniyyətinə və ədəbiyyatına həsr olunan böyük ömür yolu da məhz "ot kökü üstə bitər" məsəli ilə tam uyğun gəlir. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşə malik olmuşdu. İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə etmişdi. 1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəyə iki il sonra ərə gedərkən bu izdivac çoxlarına xoş getməmiş, nikah onun əsilzadə nəslinə yaraşdırılmamışdı. Lakin Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, "Molla Nəsrəddin"in isə xeyirxah himayədarı olmuşdu.
Həmidə Qayıbova
Həmidə Davud qızı Qayıbova — AMEA Zoologiya İnstitutunun böyük elmi işçisi, biologiya elmləri doktoru. == Həyatı == Həmidə Davud qızı Qayıbova 23 yanvar 1944-cü il Bakı şəhərində anadan olmuşdur. 1967-ci ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətini 1967-ci ildə AMEA Zoologiya İnstitutunda başlamışdır. O, 1969-cu ildə AMEA Zoologiya İnstitutunun əyani aspiranturasına daxil olmuş və aspirantura müddətini, keçmiş SSRİ EA Sitologiya İnstitutu birhüceyrəli orqanizmlərin sitologiyası laboratoriyasında keçmək üçün Sanrt-Peterburq şəhərinə (keçmiş Leninqrada) göndərilmişdir. O, burada "Əsas sahibləri Azərbaycanın müxtəlif ekoloji şəraitində yaşayan bəzi gəmiricilər olan koksidilərin həyat tsiklinin müqayisəli sitikimyəvi tədqiqi" mövzusunda dissertasiya işi üzərində işləmişdir. Aspirantura dövrünü başa vurduqdan və 1973-cü ildə namizədlik dissertasiyasını müvəffəqiyətlə müdafiə etdikdən sonra o, biologiya elmləri namizədi kimi Azərbaycan MEA Zoologiya İnstitutunda işə başlamışdır. Əsas tədqiqat obyekti parazit birhüceyrəıi koksidilərdir. 1995 –ildə aparıcı elmi işçi vəzifəsinə təyin edilmişdir. 2005-ci ildə "Azərbaycanda heyvanların koksidiləri (Coccidia, Sporozoa) və onların həyat dövriyyələrinin morfofunksional xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və 2006-cı ildə isə AAK tərəfindən təsdiqini almışdır.
Həmidə kəhrizi
Həmidə kəhrizi-hidronimi Ağcabədi rayonunun Kəhrizli kəndi ərazisində qeydə alınıb. == Tarixi == Həmidə kəhrizi hidronimi Ağcabədi rayonu Kəhrizli kəndi ərazisində qeydə alınıb. Bu kıhrizi dövrünün görkəmli ziyalısı, maarifçisi,xeyriyyəçi Həmidə xanım Cəlil Məmmədquluzadə (1873-1955) çəkdirdiyi üçün kəhriz də onun adı ilə adlandırılmışdır. Həmidə xanım görkəmli maarifçi, yazıçı, publisist Mirzə Cəlil Məmmədquluzadənin həyat yoldaşıdır.
Gemile
Gemile (türk. Gemile) — Türkiyənin sahilində, Fəthiyə şəhəri yaxınlığında yerləşən adadır. Adada IV və VI əsrlər arasında tikilmiş kilsələrin və tikililərin bir neçə xarabalığı yerləşir. Arxeoloqlar güman edirlər ki, ada müqəddəs Nikolay Çudotvoreçin ilkin basdırılma yeri ola bilər. == Coğrafiyası == Kiçik ada təxminən Fəthiyə şəhərindən 9 kilometr cənubda yerləşmişdir. Türkiyə sahilindən 200 metr məsafədə yerləşir. Gemile adası insan yaşamayan qayalıq adadır. Adanın şimal sahili boyunca kiçik liman yerləşir. Qalan sahil xətti qayalıqdır və sıldırımlıdır. == Görməli yerləri == Adada IV və VI əsrlər aralığında Bizans İmperiyası dövründə tikilmiş beş kilsənin xarabalıqları yerləşir.
Tecime
Tecime (手締め) və ya teuçi (手打ち) – Yaponiyada tədbirin sonunda ritmik əl çalmaq adəti. Tədbirin problemsiz başa çatdığını bildirmək üçün yerinə yetirilir. Festivallarda, mərasimlərdə, işgüzar görüşlərdə və ümumi görüşlərdə istifadə olunur. Tecime adətinin əsas məqsədi tədbirin uğurla başa çatmasından ötrü iştirakçılara təşəkkür etməkdir. Ona görə də tecimeni tədbiri təşkil edən şəxs aparır. Bu adətin şintoizmdə mövcud olan kaşivade adətindən yarandığı güman olunur. Kansay regionunda tecime əvəzinə teuçi sözü daha çox işlədilir. Tecime səsi "şan-şan" ilə ifadə olunur. Soğrusuz-sualsız və qısa müddətdə başa çatan şirkət görüşlərini lağa qoymaq üçün "şan-şan görüşü" ifadəsindən istifadə olunur. Tecimenin bir neçə üslubu var.
Zembise
Zembise - Polşada kiçik şəhər.