Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zərgərlik
Zərgərlik — metal işləmə sənətinin başlıca sahəsi. Zinət istehsal edən zərgərlik sənəti sırf şəhər sənətkarlığıdır və şəhərlərdə cəmləşmişdir. Bakı, Şabran, Qəbələ, Beyləqan şəhərlərinin arxeoloji qazıntılarından zərgərlik sənəti ilə bağlı faktiki materiallar: gil putalar, qəliblər, metalı süzmək üçün qab, istifadə olunmuş məhək daşları, zərgər qaşığı, çəkici, kəsici alət və s. tapılmışdır Qəbələnin Qala sahəsində, III qazıntıdan tapılmış, serpantindən hazırlanmış qəlibdə tökmə üsulu ilə möhür üzük, qəlibin arxa tərəfi isə çaxmaq üsulu ilə kəmər üçün pilək hazırlamağa xidmət etmişdir . Arxeoloji materiallardan bəlli olur ki, orta əsr Azərbaycan zərgərləri bəzək əşyaları istehsal edərkən qiymətli metallarla – qızıl və gümüşlə yanaşı, həm də mis və tuncdan istifadə etmişdilər. Bu xüsusiyyət Azərbaycan şəhərlərinin məhəlli xüsusiyyəti olmayıb Müsəlman Şərqinin zərgərlik sənətinin səciyyəvi xüsusiyyətlərindən biri idi. Arxeoloji qazıntıların nəticələri zərgərlik məmulatı arasında baş, qol-bilək, barmaq, sinə, bel bəzəklərinin üstünlük təşkil etdiyini göstərir. Bəzək əşyaları məmulatın növündən, bədii məziyyətlərindən asılı olaraq istehsal texnikasına görə sadə və ya mürəkkəb quruluşda hazırlanmışdır. Yerli zərgərlər iş prosesində əritmə, döymə, burma, oyma, cızma, yonma, lehimləmə kimi texniki üsullardan geniş istifadə edirdilər . Məmulatın növündən asılı olaraq bəzək əşyaları həndəsi, nəbati və ya zoomorf motivli naxış elementləri ilə bəzədilirdi.
Basma (zərgərlik)
Basma — zərgərlikdə üsul. XVIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri əsas etibarı ilə basma üsulu ilə hazırlanırdı. Basma üsulunda istənilən ölçüdə qızıl, gümüş və qiymətli metal parçasını hündür naxışlı və yaxud rəsmli qəlib üstə qoyurlar. Sonra bu qiymətli metal parçasının üstündən də elə bu ölçüdə qurğuşun parçası qoyaraq, taxta çəkiclə döyməyə başlayırlar və beləliklə, qiymətli metal istənilən rəsmin formasını alır. Basma üsul daha çox kəmər, düymə, qolbaq və s. şeylərin düzəltməsində işlədilirdi.
Qarasavad (zərgərlik)
Qarasavad — zərgərlikdə üsul. XVIII əsrdə Azərbaycanda gümüşdən hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri çox zaman bu üsulla bəzədilirdi. Qarasavad əsas etibarı ilə gümüş üzərində işlənirdi, çünki gümüş qara yerlikdə (tonda) daha təmiz və ağ xətlər verir. Döyülmüş hamar gümüş səthinin üzərində cızma üsulu ilə rəsm çəkilir, sonra onun ətrafı qara məhsulla örtülürdü. Qarasavad üsulu ilə daha çox zinət şeyləri (kəmər, xəncər, tapança, barut qabı və s.) bəzədilirdi.
Şəbəkə (zərgərlik)
Şəbəkə — zərgərlikdə üsul. VIII əsrdə Azərbaycanda qızıl və gümüşdən hazırlanmış zinət şeyləri əsas etibarı şəbəkə üsulu ilə hazırlanırdı. Şəbəkə zərgərlikdə nazik dolama simdən düzəldilmiş rəsmə və yaxud naxışlara deyilir. Şəbəkə əsasən iki şəkildə olur: qızıl və gümüş tellərlə zərgərlik əşyasının özü hazırlanır, qızıl və gümüş tellərlə zərgərlik əşyasının üzəri bəzənir.
Zərgərlik məmulatları
Zərgərlik məmulatları (lat. jocellum - zərgərlik; lat. iocus - zarafat, əyləncə, bəzək) — zərgərlik sənəti ilə bağlı olan məhsullar. Geniş mənada zərgərlik dekorativ-tətbiqi sənət növü, qiymətli materialların emalı və zərgərlik məmulatlarının hazırlanması sənətidir. Lakin bu tərif zərgərlik sənətinin mahiyyətini tam açmır, onun bədii mənası ən bahalı materialları zərgərin iradəsi, istedadı və bacarığı ilə daha da bahalı və gözəl olana çevirməkdir. Qiymətli materialların klassik tərifi 1912-ci ildə görkəmli ingilis alimi və zərgəri Herbert Smit tərəfindən verilmişdir. Qiymətli materiallar üç əsas tələbi ən yaxşı şəkildə ödəməlidir: gözəllik, nadirlik, uzunömürlülük. Bununla belə, materialların qiymətli (və ya nəcib), yarı qiymətli (“bəzək”) və adi kateqoriyalara bölünməsi şərti və axıcıdır. Onların arasındakı sərhədlər əsrlər boyu dəyişmiş və müxtəlif mədəniyyətlərdə fərqli qiymətləndirilmişdir. Buna uyğun olaraq, ustad zərgərin peşəsi, fəaliyyət sahəsi və cəmiyyətdəki mövqeyi fərqli qiymətləndirilirdi.
Zərgərli
Zərgərli — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Qəbələ rayonunun faktiki mövcud olan Zərgərli kəndi dəqiqləşdirmə qaydasında Bum kənd inzibati ərazi vahidi tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 15 aprel 2005-ci ildə Zərgərli kəndi Bum kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Zərgərli kənd inzibati ərazi vahidi yaradılmışdır. Deyilənə görə burada yaşayan əhali arasında varlı insanlar, xüsusən qır-qızıllı camaat çox imiş, elə ta əvvəldən zərgərlərin, əli dürrlə oynayan sənətkarların adı ilə kənd belə adlanıb. Bu varidat, miras əhaliyə heç də xoşbəxtlik gətirməyib. Sovet hakimiyyəti qurulandan sonra camaatın nəyi varsa əlindən alınıb və kəndin yarısı repressiyanın qurbanı olub. Kəndin rayon mərkəzi ilə arası 17 km-dır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 510 nəfər əhali yaşayır. Əhali əsasən qoyunçuluqla məşğul olur. Bu köçəri camaatın ət, süd, yun istehsalında birincilər sırasında adı çəkilir.
Fikrət Zərgərli
Fikrət İsmayıl oğlu Zərgərli (8 dekabr 1929, Bakı – 27 iyul 1984, Bakı) — tibb elmləri doktoru, professor. Respublikamızın tibb sahəsi milli kardiocərrahiyyənin banisi, Azərbaycanda ilk ürək cərrahiyyəsi məktəbinin yaradıcısı. == Həyatı == F. Zərgərli 1929-cu ildə Bakı şəhərində anadan olub. Qısamüddətli xəstəlikdın sonra 1984-cü ildə vəfat edib. == Təhsili == 1947-ci ildə 6 №-li məktəbi gümüş medalla bitirib N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub, 1949-cu ildə isə İ. M. Seçenov adına Moskva Tibb İnstitutuna keçib və həmin tibb müəssisəsini fərqlənmə ilə bitirib. == Karyerası == Bilik və savadına görə F. Zərgərlini Moskva Tibb İnstitutunun hospital cərrahiyyə kafedrasına dəvət etmişlər. Müvəffəqiyyətlə aspiranturanı bitirdikdən sonra o, 53 №-li Moskva şəhər xəstəxanasında təcili cərrahiyyə üzrə növbətçi cərrah kimi çalışırdı. Daha sonra isə 1967-ci ildə F. Zərgərli öz fəaliyyətini A. L. Myasnikov adına Elmi Tədqiqatlar İnstitutunda ürək cərrahiyyəsi bölməsi rəhbəri vəzifəsində davam etdirdi. 1966-cı ildə bir qrup cərrahlarla könüllü olaraq zəlzələnin nəticələrini aradan qaldırmaq məqsədilə Daşkəndə yola düşmüşdü. 1968-ci ildə "Fallo kompleksinin cərrahiyyə müalicəsi" mövzusunda doktor dissertasiyasını müdafiə etdi.
Roza Zərgərli
Roza Zərgərli (27 mart 1979, RSFSR) — Azərbaycanlı rejissor, müğənni, aktrisa, yazıçı və televziya aparıcısı. Roza Zərgər qızı Allahverdiyeva 1979-cu ildə Rusiyanın Tümen vilayətinin Labıtnangi şəhərində hərbçi ailəsində anadan olmuşdur. Orta ixtisas musiqi məktəbində və Musiqi Texnikumunda akkordeon və fortepiano ixtisasları üzrə təhsilini uğurla başa çatdırandan sonra, 2001-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kütləvi tədbirlər rejissorluğu ixtisasında təhsil alıb, 2015-ci ildə isə magistr səviyyəsinin “Rejissor sənətinin tarixi və nəzəriyyəsi” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2000-ci ildən indiyə qədər 20 il ərzində Roza Zərgər qızı Allahverdiyeva öz ixtisası üzrə Mingəçevir Dövlət Dram Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib (2014-2015), “İki yetimin taleyi”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran” “Aydın”, “Solğun çiçəklər”, “Haray”, “Ölülər” və s. kimi tamaşaların baş quruluşçu rejissoru olmuşdur, həmin tamaşaların bir çoxunda aktrisa kimi müxtəlif obrazlarda çıxış etmişdir. Bununla yanaşı, gözəl səsə, ifaçılıq məharətinə malik olduğundan o, estrada müğənnisi kimi fəaliyyət göstərmiş, bir çox beynəlxalq musiqi festivallarında münsif kimi Azərbaycanı təmsil etmiş, bu günə qədər Azərbaycandan namizədliyi irəli sürülən iştirakçılarının bir qismi laureat olmuşdur. (“Serta Avrazisi”, “Ural mono”, “Vostoçnıy bazar”, “Türk pop estrada etnik musiqi festivalı”, “Abakan” musiqi festivalı, “Meykin Aziya”, özü isə “Sarı Arka” jaz festivalının laureatı olub). Roza Zərgər qızı Allahverdiyeva rejissor kimi yaradıcılığını daima təkmilləşdirərək bir sıra sənədli filmlərə quruluş vermişdir. 2002-ci ildə çəkdiyi “Qarabağnamə” filmi YUNESKO-nun dəstəyi ilə Fransada keçirilən festivalda I yerə layiq görülmüşdür. 2005-ci ildə o, “Zülmətlər övladı”, “Talelər”, “Leyli və Məcnun”, “Atəş”, “İstanbul qızı”, “Eşqimin köləsi” və s.
Yunis Zərgərli
Yunis Süleyman oğlu Zərgərli (1908, Salyan, Cavad qəzası – 1990, Salyan, Salyan rayonu) — Azərbaycanlı Pedaqoq Yunis Zərgərli 1908-ci ildə Salyan şəhərində qulluqçu ailəsində anadan olmuşdur. O, 1916-cı ildə Salyan rus ibtidai məktəbinin birinci sinfinə getmişdir. 1921-ci ildə atası vəfat etsə də, anası Seyidtamam oğlunun təhsilinə xüsusi diqqət göstərmişdir. 1922-ci ildən Yunis Zərgərli Bakı şəhərindəki pedaqoji təmayüllü nümunəvi orta məktəbdə oxumuşdur. Həmin təhsil ocağında Abdulla Şaiq, Hüseyn Sadiq, Ağa bəy İsrafilbəyli, Qafur Rəşad kimi nüfuzlu müəllimlərdən dərs almışdır. Məktəbin riyaziyyat müəllimi Ağaəli Qasımov yeniyetmə Yunisin qeyri-adi istedada malik olduğunu görüb onunla daha ciddi məşğul olmuşdur. 1926-cı ildə "Şaiq Nümunə məktəbi"ni fərqlənmə attestatı ilə bitirən 19 yaşlı Yunis Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Çətin maddi vəziyyətə görə axşamlar fəhlə fakültələrində dərs deyən gənc həm də ilkin peşə vərdişlərinə yiyələnmişdir. 1931-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra o, Bakı şəhərində inspektor-metodist vəzifəsində işləyib. 1933-cü ildə Salyana qayıdır və bütün fəaliyyətini məktəb işinə istiqamətləndirir.
Bərbərlik
Bərbər — Saçların kəsilməsi, yuyulması ilə məşğul olan peşə sahibi. Bərbərlər saç kəsimi ilə yanaşı üzün təraş edilməsi və dəriyə qulluq ilədə məşğul olurlar.
Zərərli proqram
Ziyankar proqram, ziyanverici proqram, zərərli proqram (rus. вредоносная программа, ing. malware - malicious — "pisniyyətli" и software — "proqram təminatı") — kompüter sistemlərində informasiya təhlükəsizliyinə təhdidlərin əsas, mənbələrindən biridir, icazəsiz və əksər hallarda ziyankar əməllərin həyata keçirilməsi üçün yaradılan və istifadə edilən bütün proqramları birləşdirir. Təsir mexanizmindən asılı olaraq ziyankar proqramların növləri: məntiqi bombalar - kompüterdə daimi yerləşən və yalnız müəyyən şərtlər ödəndikdə yerinə yetirilən proqramlardır. Belə şərtlərə misal: verilmiş tarixin başlaması, kompüter sisteminin müəyyən iş rejiminə keçməsi, bəzi hadisələrin müəyyən dəfə baş verməsi və s. ola bilər. kompüter virusları - digər proqramlara yeridilmə yolu ilə müstəqil yayılan, müəyyən şərtlər yerinə yetirildikdə kompüter sisteminə mənfi təsir göstərən kiçik proqramlardır. soxulcanlar - müstəqil, yəni başqa proqramlara yeridilmədən öz surətlərini kompüter sistemlərində yaymağa və onları işə salmağa qabil olan proqramlardır (virusun aktivləşməsi üçün yoluxmuş proqramın işə salınması tələb olunur). Soxulcanların axın kimi yayılması rabitə kanallarının, yaddaşın həddən artıq yüklənməsinə və son nəticədə sistemin iflic olmasına gətirib çıxarır. Troyan proqramı - funksional cəhətdən faydalı proqram kimi görünən ziyankar proqramlardır.
Zərərli istehsal amili
Zərərli istehsal amili — müəyyən şərtlər altında (intensivlik, müddət və s.) işçiyə təsiri peşə xəstəliyinə, başqa bir sağlamlıq pozğunluğuna, iş qabiliyyətinin müvəqqəti və ya qalıcı azalmasına səbəb ola bilən ətraf mühitin və əmək prosesinin bir amili nəslin sağlamlığına. Ekoloji amillər şərti olaraq aşağıdakılara bölünür: fiziki faktorlar (buna bəzən əsasən fibrogen təsir göstərən aerozollar (toz) da daxildir); bioloji təbiətdəki bəzi maddələr (antibiotiklər, vitaminlər, hormonlar, fermentlər, protein preparatları) daxil olmaqla kimyəvi amillər; bioloji amillər - istehsalçı mikroorqanizmlər, canlı hüceyrələr və preparatlar, patogen mikroorqanizmlər, helmintlər və s. əmək prosesinin amilləri — əmək prosesini təyin edən hallar, şərtlər: əməyin ağırlığı və əmək intensivliyi [2]. Bəzi təsnifatlarda bunlar psixofizioloji amillər və ya erqonomik amillərdir. Digər daha mürəkkəb təsnifatlar var. İşlərin böyük əksəriyyətində bir insan iş mühitinin bir neçə fərqli amilindən təsirlənir ki, bu da bir neçə kimyəvi birləşmənin eyni vaxtda və ya ardıcıl olması (kombinə təsir) və ya kimyəvi və fiziki amillərin təsiri (qarışıq hərəkət) ilə əlaqəli ola bilər. , eyni zamanda eyni kimyəvi maddənin (kompleks hərəkət) bir neçə yolla (hava, su, qida ilə) bədənə nüfuz etmə ehtimalı . Təhlükəli istehsal faktoru konsepsiyası da mövcuddur, lakin kəskin patologiyanı peşə xəstəlikləri və ya xəsarət kimi təsnif etmək məsələsi kimi, mənası da birmənalı deyil. GOST 12.0.002-2014 Əməyin Təhlükəsizliyi Standartları Sistemi (SSBT). Terminlər və təriflər (dövlətlərarası standart) ”zərərli istehsal faktorunu dərhal və ya sonradan bir xəstəliyə, o cümlədən ölümcül bir xəstəliyə yol aça biləcək bir faktor olaraq qəbul edir, bu da təhlükəli istehsal faktoru termininin kəskin inkişafla əlaqəli istifadəsini istisna edir patoloji.
Zərərli qida əlavələri
Məlumdur ki, çoxlu sayda qida əlavələri var və onlar dünya üzrə xüsusi kodlara malikdirlər. Lakin elə qida əlavələri var ki, onlar müxtəlif təhlükələr yaradırlar. Həmin qida əlavələrini bilmək və ehtiyatlı olmaq məsləhətdir. Onların siyahısını diqqətinizə çatdırırıq. Olduqca təhlükəli: E123; E 510; E 513 E; E 527. Təhlükəli qida əlavələri: E 102; E 110; E 120; E 124; E 127; E 129; E 155; E 180; E 201; E 220; E 222; E 223; E 224; E 228; E 233; E 242; E 400; E 401; E 402; E 403; E 404; E 405; E 501; E 502; E 503; E 620; E 636; E 637. Kanserogen qida əlavələri E 154; E 626; E 627; E 628; E 629; E 630; E 631; E 632; E 131; E 142; E 153; E 210; E 212; E 213; E 214; E 215; E 283; E 310; E 954. Mədə pozulmasına səbəb olan qida əlavələri: E 338; E 339; E 340; E 341; E 343; E 450; E 461; E 462; E 463; E 465; E 466. Dəri xəstəlikləri yaradan qida əlavələri: E 151; E 160; E 231; E 232; E 239; E 311; E 312; E 320; E 907; E 951; E 1105. Bağırsaq pozğunluğu yaradan qida əlavələri: E 154; E 626; E 627; E 628; E 629; E 630; E 631; E 632; E 633; E 634; E 635.
Təsviri İncəsənət Bərbərlik İnstitutu
Barber Təsviri İncəsənət İnstitutu (ing. Barber Institute of Fine Arts) — Birmingem Universitetinin təhsil müəssisələrindən biri. İnstitut 1939-cu ildə Robert Atkinson tərəfindən yaradılmışdır. Binası Birmingem Universitetinin memarlıq üslubuna görə seçilən tikililərindən biridir.
Zərərli Proqramların Testləşdirilməsi Standartları Təşkilatı
Zərərli Proqramların Testləşdirilməsi Standartları Təşkilatı (Anti-Malware Testing Standards Organization) — zərərli proqramların test edilməsi metodologiyalarının keyfiyyətini, uyğunluğunu və obyektivliyini yüksəltmək məqsədilə 2008-ci ildə yaradılmış beynəlxalq qeyri-kommersiya təşkilatıdır. Təşkilat hazırda AMTSO saytına əsasən aşağıdakı vəzifələri göstərir: Zərərli proqramlar və əlaqədar məhsulların sınaqdan keçirilməsi ilə bağlı müzakirələr üçün formun təmin olunması Zərərli proqramlar və əlaqədar məhsulların sınaqdan keçirilməsi üçün obyektiv standartlar və ən yaxşı təcrübələri inkişaf etdirmək və dərc etmək. Zərərli proqramlar və əlaqədar məhsulların sınaqdan keçirilməsi ilə bağlı məsələlərin öyrənilməsi və məlumatlandırılmasının təşviqi. Standartlara əsaslanan test metodologiyalarına yardım etmək üçün alətlər və resursların təmin edilməsi. Təşkilat, AMTSO -nun xaricində müvafiq sənədləri birbaşa geniş saxlanılmasını təmin edən bir səhifə də daxil olmaqla, test üçün bəzi potensial faydalı resurslar yaratmışdır. AMTSO main site Twitter account AMTSO blog Arxivləşdirilib 2013-07-03 at Archive.today Facebook page İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.