Zərgərli

ZərgərliAzərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Qəbələ rayonunun faktiki mövcud olan Zərgərli kəndi dəqiqləşdirmə qaydasında Bum kənd inzibati ərazi vahidi tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[1] 15 aprel 2005-ci ildə Zərgərli kəndi Bum kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Zərgərli kənd inzibati ərazi vahidi yaradılmışdır[2].

Zərgərli
41°00′51″ şm. e. 47°46′41″ ş. u.HGYO
Ölkə
Region Qəbələ rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 510 nəf. (2009)
Xəritəni göstər/gizlə
Zərgərli xəritədə
Zərgərli
Zərgərli
Zərgərli xəritədə
Zərgərli
Zərgərli

Deyilənə görə burada yaşayan əhali arasında varlı insanlar, xüsusən qır-qızıllı camaat çox imiş, elə ta əvvəldən zərgərlərin, əli dürrlə oynayan sənətkarların adı ilə kənd belə adlanıb. Bu varidat, miras əhaliyə heç də xoşbəxtlik gətirməyib. Sovet hakimiyyəti qurulandan sonra camaatın nəyi varsa əlindən alınıb və kəndin yarısı repressiyanın qurbanı olub.[3]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kəndin rayon mərkəzi ilə arası 17 km-dır.

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 510 nəfər əhali yaşayır.[4]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhali əsasən qoyunçuluqla məşğul olur. Bu köçəri camaatın ət, süd, yun istehsalında birincilər sırasında adı çəkilir. Qəbələ-Oğuz yolu ilə arası 1 km olan zərgərlilər Nic bazarından alış-veriş edir, tədarük etdiyi məhsullarını da burada satırlar.[3] Kəndin əhalisi artezian suyu ilə təmin edilib.

Kənddə ibtidai təhsili bitirənlər Nic qəsəbəsinin orta məktəblərində təhsilini davam etdirirlər. Zərgərlidə 11 illik məktəbin tikintisi planlaşdırılır. Belə ki, 2009-2013-cü illərdə bu ərazidə də təhsil ocağının inşası nəzərdə tutulub.[3]

  1. "Azərbaycan Respublikasının Qazax, Qəbələ, Zərdab, Neftçala, Samux və Şəmkir rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-01.
  2. "15.04.2005 Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli, 892-IIQ saylı Qanunu — meclis.gov.az saytı". 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-24.
  3. 1 2 3 Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629