QƏVVAS

is. [ ər. ] köhn. Batmış şeyləri və s. çıxarmaq üçün dənizin dibinə dalıb çıxan üzgüçü; dalğıc.
// Klassik şeirdə və folklorda məcazi mənada işlənmişdir.
Ayrılıq gölündə, qəm dəryasında; Təzə qəvvas olub üzən necoldu? (Qoşma).
Atı minmişəm gəzməyə; Düşmən bağrını əzməyə; Tona çayını üzməyə; Qırat bir qəvvas olaydı. Koroğlu”.
Əgər qəvvas isən, üz arasına; Bir gör axır ondan gözlər, nə gözlər! Nəbati.
Şayəd götürəm damənə ol dürri-yetimi; Qəvvasə dönüb eşqlə dəryalərə düşdüm. S.Ə.Şirvani.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QƏVVAS qəvvas bax üzgüçü
  • QƏVVAS üzgüçü — dalğıc
QƏVİ
QƏYUR

Digər lüğətlərdə