Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zanuri
Zan dilləri, Zanuri (gürc. ზანური ენები) və ya Kolxida dili — kartvel dillərinin qolu. Zanuri meqrel və laz dillərindən təşkil olunmuşdur. Bəzi dilşünaslar hesab edirlər ki, bu dillərin hər ikisi də zan dilinin ləhçələridir. Buna baxmayaraq, meqrel və laz dilləri qarşılıqlı olaraq, tam şəkildə anlaşıqlı deyil, ancaq bir dillərdən birini danışanlar o biri dildəki çox sözü tanıya bilir. Zanuri gürcü, svan və Acara dilləri ilə qohumdur. Zan termini Kolxida tayfalarının birinin yunan-Roma dilindəki adından gəlir, hansı ki, demək olar ki, meqrel və svanlara verilən ad ilə eynidir. Gürcüstan dilşünası Akaki Şanidze Kolxida terminin zan dili üçün uyğun olacağını irəli sürmüşdür. == Tarix == Kartvel dilləri üzrə ixtisaslaşmış Rusiya dilşünası Georgi Klimov tərəfindən aparılan bir qlottoxronoloji analizə görə, zan dilləri adi kartvel dil qrupundan e.ə. VIII əsrdə ayrılmışdır.
Zaruhi Batoyan
Zaruhi Batoyan (erm. Զարուհի Բաթոյան, 29 sentyabr 1979, İrəvan) — erməni ictimai və dövlət xadimi, jurnalist və əlillərin hüquqlarının müdafiəçisi. O, ikinci Paşinyan hökumətində keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Ermənistan Respublikasının Milli Məclisinin 8-ci çağırış deputatı, "Mülki müqavilə" fraksiyasının üzvü, əmək və sosial məsələlər üzrə daimi komissiyasının üzvüdür. == Həyatı == Zaruhi Batoyan 1979-cu ildə İrəvanda anadan olub. İrəvandakı 44 saylı orta məktəbdə oxuyub. 2008-ci ildə İrəvan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 2008–2009-cu illərdə "Gənc Liderlər Məktəbi"ndə təhsil alıb. 2012-ci ildə Oreqon ştatının Yevgeniya şəhərində Mobility International USA tərəfindən təklif olunan Qadın Liderlik və Əlillik İnstitutunun (WILD) təlim proqramında iştirak etmişdir. 1999–2014-cü illərdə "Günəbaxan" uşaq aylıq jurnalının baş redaktoru olub. 2007-ci ildən "Ümid Körpüsü" adlı QHT-də əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə məsul vəzifədə çalışır.
Saleh əl-Aruri
Saleh əl-Aruri (ərəb. صالح العاروري‎; həmçinin də Salah əl-Aruri adı ilə tanınır; 19 avqust 1966, Arura[d] – 2 yanvar 2024, Daxie[d], Cəbəl Lübnan mühafəzəsi[d]) — fələstinli əsgər və siyasətçidir. == Həyatı == Əl-Aruri 1966-cı il avqust ayının 19-da Fələstinin Ramallah şəhərində anadan olmuşdur. Hebron Universitetində (Şəriət Hüququ) təhsil almışdır. O, 2017-ci ildən 2024-cü ildəki ölümünə qədər üzvü olduğu Həmas Siyasi Bürosunun Rəhbərinin müavini və 1993-cü ildən 2024-cü ildəki ölümünə qədər İzzəddin əl-Qəssam Briqadalarının Yaradıcısı və Komandiri vəzifələrində işləmişdir. O, həyatının çox hissəsini Livanda keçirmişdir. == Ölümü == Əl-Aruri 2 yanvar 2024-cü ildə Livanın Beyrut şəhərindəki iqamətgahında İsrail Müdafiə Qüvvələrinin bombardmanı nəticəsində 58 yaşında vəfat etmişdir.
Bakı Şəhər Rəisi yanında zəruri ərzaqların ucuzlaşdırılması komitəsi
Bakı şəhər rəisliyi — Bakı şəhərində və onun ətrafındakı mədən və fabrik-zavod rayonlarında qayda-qanunu və təhlükəsizliyi qoruyan hakimiyyət orqanı. == Tarixi == Bakı şəhər rəisliyi 1906-cı il oktyabrın 28-də Rusiya senatının qərarı ilə yaradılmışdı. Ərazisi Bakı qubernatorunun tabeçiliyindən çıxarılmış və qubernatorun idarəçilik hüquqları şəhər rəisinə verilmişdi. Bakı şəhər rəisliyinə aid işlərin müxtəlif quberniya idarələrində müzakirəsində şəhər rəisi sədrlik edirdi. Şəhər rəisliyi yanında iki idarə -inzibati işlər və neft işləri idarələri vardı. Bakı Xalq Komissarları Sovetinin dekreti ilə 1918-ci ilin mayında Bakı şəhər rəisliyi ləğv olunmuşdu. Bakı şəhər və onun ətrafındakı mədən rayonunda (bütün Abşeron yarımadasında və Bakı yaxınlığındakı adalarda) Bakı qubernatorunun funksiyalarını eyni səlahiyyətlə, əvvəllər olduğu kimi, yenə Bakı şəhər rəisi icra edirdi. Şəhər rəisi vəzifəsi Bakıda və mədən rayonunda mövcud olaan xüsusi şərait nəzərə alınaraq təsis olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı olaraq Bakı şəhərindəki real şərait burada ictimai asayişi və təhlükəsizliyi qorumaq üçün qubernator hüququna malik ayrıca hakimiyyət orqanının olmasını tələb edirdi. Şəhər rəisinin müavini vardı.
Süruri
Süruri və ya Süruriyi-Şərqi, Süruriyi-Əcəm (XV əsr, Ağqoyunlu dövləti – 1520) — XV əsrin sonu və XVI əsrin əvəllərində yaşamış Azərbaycan şairi. Nəsiminin ardıcılı olan Süruri hürufiliyi təbliğ edən bir çox şeirin müəllifidir. == Həyatı == Süruri XV əsrin sonunda Ağqoyunlular dövlətinin ərazisində dünyaya gəlib. Əsasən Təbrizdə fəaliyyət göstərən o, 1515-ci ildə şəhər Osmanlılar tərəfindən işğal edildikdən sonra digər yazıçı və alimlər kimi Osmanlı İmperiyasına aparılıb. Ömrünün son günlərinə qədər burada yaşayıb, 1520-ci ildə dünyasını dəyişib. == Yaradıcılığı == Əsasən Azərbaycan türkcəsində yazıb-yaradan Süruri Nəsimi ədəbi məktəbinin davamçısı olub. Hürufiliyi təbliğ edən şair Şah İsmayıl Xətai hakimiyyətə gəldikdən sonra daha rahat fəaliyyət göstərib. Sürurinin 192 səhifəlik əlyazma divanı Fərid Ələkbərli tərəfindən 2013-cü ildə Vatikanın Apostol Kitabxanasında aşkarlanaraq Azərbaycana gətirilib və Əlyazmalar İnstitutuna təhvil verilib. Yaşadığı dövrdə "Süruri" təxəllüsündan istifadə edən bir neçə şair olduğuna görə onu fərqləndirmək üçün "Süruriyi-Şərqi", "Süruriyi-Əcəm" adlandırıblar. Vatikanın Apostol Kitabxanasında və Peterburq Universitetinin məcmuəsində şair "Süruriyi-Əcəm" kimi qeyd olunub.
Xaşuri
Xaşuri (gürc. ხაშური; azərbaycandilli mənbələrdəki köhnə adı: Bəytaxtı) — Gürcüstanda şəhər, Xaşuri bələdiyyəsinin inzibati mərkəzi. Şida Kartli düzənlikdə, Suramula çayının sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşir. XIX əsrdə Poti-Tbilisi dəmir yolu açılandan sonra, Xaşuri tədricən əsas nəqliyyat mərkəzi olmuşdur. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, X cild, səh.
Zabuli
Mehristan və ya Zabuli- İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Mehristan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,672 nəfər və 1,560 ailədən ibarət idi.
Sayuri
Sayuri — Yapon adı. Sayuri Suqimoto — Yaponiyanı təmsil edən bədii gimnast. Sayuri Yamaquçi — keçmiş Yaponiya qadın futbolçusu.
Karri
Karri - Pakistan mətbəxdə Karri adətən ətirli ədviyyat qarışığı ilə qarışdırılır və bir qayda olaraq süfrəyə düyü ilə verilir. Karriyə əlavə olunan qarışıqlar da karri adlanır. Bu söz "sous" mənasını verən Tamil mənşəli sözdən (tam. கறி) yaranmışdır. Demək olar ki, Cənubi Asiya üslubunda sous əsasında və ədviyyatlarla hazırlanmış hər hansı bir yeməyi Qərb dünyasında karri kimi adlandırmaq olar. Hindistanın cənubunda yayılmış müxtəlif növ pörtlədilmiş tərəvəzdən, paxlalılar və ya ətdən hazırlanmış ətirli duru, qatı maye yeməklər. Avropa mətbəxində "karri" termini, bir qayda olaraq, karri ədviyyatlarını sousa əlavə etməklə hazırlanmış quru halda, tavada və yaxud qrildə qızardılmış yeməklərə aiddir.
Ali (Xaşuri)
Ali (gürc. ალი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. Xaşuridan 25 km uzaqda yerləşir. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 1 375 nəfər idi. 2014-cü ildə 1 068 nəfər yaşayırdı, 549 kişi və 519 qadın. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, I cild, səh. 308, Tbilisi, 1975 T. Latsabidze, Xaşuri tarixi toponimləri, 2000.
Amblyseius zaheri
Amblyseius zaheri (lat. Amblyseius zaheri) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius zaheri Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Axalsopeli (Xaşuri)
Axalsopeli (gürc. ახალსოფელი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. Kür çayın sağ tərəfində, Xaşuridan 6,5 km uzaqda yerləşir. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 190 nəfər idi. 2014-cü ildə 137 nəfər yaşayırdı, 71 kişi və 66 qadın. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, II cild, səh.
Axalubani (Xaşuri)
Axalubani (Xaşuri) (gürc. ახალუბანი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 84 nəfər idi. 2014-cü ildə 72 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, II cild, səh.
Axalşeni (Xaşuri)
Axalşeni (Xaşuri) (gürc. ახალშენი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 87 nəfər idi. 2014-cü ildə 61 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, II cild, səh.
Ağababa Zühuri
Ağababa Məşədi Abdulla oğlu Zühuri (d. 6 yanvar 1849; Şamaxı, Şamaxı uyezdi, Bakı quberniyası, Rus imperiyası - ö. 1910; Bakı, Bakı quberniyası, Rus imperiyası) — XIX əsrdə yaşamış Azərbaycan şairi, dönəmin məşhur ədəbi cəmiyyəti olan Beytüs-səfanın üzvü. == Həyatı == 6 yanvar 1849-cu ildə Şamaxı şəhərində tacir Məşhədu Abdülün ailəsində dünyaya gəlmişdir. Təhsilini Şamaxı şəhərində tamamlayan Ağababa, ərəb və fars dillərini öyrənmiş, xüsusilə fars ədəbiyyatını dərindən bilmişdir. O, məşhur ədəbi cəmiyyəti olan Beytüs-səfanın üzvü olmuşdur. 1892-ci ildə Bakı şəhərinə köçmüş və orada iki il müəllim kimi işləmişdir. 1910-cu ildə Bakı şəhərində vəfat etmişdir. Öldüyü zaman divanını bitirmiş olsa da, divan çap edilmədiyi üçün zamanla itmişdir. Firudin bəy Köçərli onun barədə bunları yazmışdır: Mərhum Zühuri həmçinin "Beytüs-Səfa" calislərindən ziyadə üftadə və batəvazö bir şəxs imiş.
Baburi adası
Babur adası — Azərbaycanda bir ada. Bakı şəhərindən 70 kilometr cənub-qərbdə, ölkənin şərq hissəsində yerləşir.
Bexleti (Xaşuri)
Bexleti (Xaşuri) (gürc. ბეღლეთი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Toponimkası == Beqli — Tiflis quberniyasının Qori qəzasında (indi Xaşur rayonunda) kənd adı. Beqle toponimindən və gürcücə yer, məkan bildirən "eti" şəkilçisindən ibarətdir. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 22 nəfər idi. 2014-cü ildə 22 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, II cild, səh.
Brili (Xaşuri)
Brili (Xaşuri) (gürc. ბრილი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 470 nəfər idi. 2014-cü ildə 313 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, II cild, səh.
Cavad Fakuri
Cavad Fakuri (d. 1938, Təbriz, İran - ö. 30.09.1981) — əslən azərbaycanlı, İran İslam Respublikasının hərbi hava qüvvələrinin komandiri. General-mayor. 1980-1981-ci illər arası İran İslam Respublikasının 4-cü Müdafiə Naziri. == Əmək Fəaliyyəti == Cavad Fakuri: 1958-ci ildə "F-100" tipli qırıcı təyyarə pilotu olaraq İran Hərbi Hava Qüvvələrinə hərbi xidmətə daxil olub; 1967-ci ildə "F-4" tipli qırıcı-bombardmançı təyyarə pilotu olma vəsiqəsi qazanıb; Pəhləvi rejimi dövründə uçuş, eskadron, qanad və bir qrup "F-4" təyyarələrində uçuşlara rəhbərlik edib; 1978-ci ildə polkovnik rütbəsi alıb və Tehranda qərargah zabiti vəzifəsinə təyin olunub. Əmisi oğullarından biri MEK-in aparıcı üzvü olmasına və 1980-ci ildə İsveçdən siyasi sığınacaq istəməsinə baxmayaraq, Cavad Fakuri Xomeyninin və Rəfsəncaninin etibarını qazanaraq, Xomeyninin razılığı ilə o zamankı prezident Abolhassan Banisadr tərəfindən 1980-ci ilin iyununda yüksək vəzifəyə təyin edilib. C. Fakuri İran-İraq müharibəsində İran Hərbi Hava Qüvvələrinin komandiri kimi iştirak edib. Eyni zamanda, 1981-ci ilin yazından 1981-ci ilin sentyabrına qədər İİR-in Müdafiə Naziri vəzifəsində çalışıb. Bu zaman o əvvəlki müdafiə naziri Mustafa Kamranın İran–İraq müharibəsi zamanı təyyarə qəzasında öldükdən sonra bu vəzifəni tutmuşdur.
Coruri məbədi
Coruri məbədi (浄瑠璃寺, Coruri-ci) və ya Kutay məbədi (九体寺, Kutay-ci) – Yaponiyanın Kioto prefekturasının Kamo qəsəbəsində yerləşən buddist məbədi. Buddizmin Şinqon Ritsu sektasına aiddir. XII əsr memarlığını əks etdirən əsas zal və paqodasına, heykəltəraşlıq elementlərinə, eləcə də, yerləşdiyi yerin mənzərəsinə görə tanınır. == Tarixi == Təsdiqlənməmiş əfsanələrə görə məbəd 739 və ya 982-ci ildə tikilmişdir. Lakin XIV əsrdə aid bir əlyazmada məbədin əsas zalının 1047-ci ildə keşiş Qimyo tərəfindən tikildiyi qeyd olunur və bu tarix məbədin tikilmə tarixi kimi qəbul olunur. Amidanın 9 surətinə ev sahibliyi etməsi üçün əsas zal 1108-ci ildə yenidən tikilmişdir. Məbədin adı yapon dilindən tərcümədə "təmiz lazurit məbədi" mənasını verir. Belə ki, əsas zal ilk öncə budda Yakuşini müqəddəsləşdirmək üçün nəzərdə tutulmuşdur və Yakuşinin torpağı lazuritlə əlaqələndirilmişdir. == Memarlığı == Əsas zal hazırkı yerinə 1157-ci ildə köçürülmüşdür. Bu zal Heyan dövrünün məbəd memarlığının sağ qalmış yeganə nümunəsidir və "Doqquz Amida buddasının zalı" kimi tanınır.
Diasperus niruri
Phyllanthus niruri (lat. Phyllanthus niruri) — fillantkimilər fəsiləsinin fillantus cinsinə aid bitki növü.
Gomi (Xaşuri)
Gomi (Xaşuri) (gürc. გომი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 1410 nəfər idi. 2014-cü ildə 1128 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, III cild, səh.
Harari xalqı
Harari - Efiopiya ərazisində yaşayan iri xalqlardan biri. Hararilərin sayı təxminən 40 min nəfərə yaxındır. Onların əksəriyyəti dini baxışlarına görə sünni müsəlmandırlar. Etnik cəhətdən Arqobba xalqına yaxındırlar. == Dil == Hararilər arasında harari, ərəb və amhar dilləri geniş yayılmışdır. Hararilər əsas etibarı ilə Afraziya dil ailəsinin sami qrupuna aiddirlər. == Həyat tərzi == Hararilərin əksəriyyəti, demək olar ki, şəhərlərdə yaşayırlar. Onların məskunlaşdıqları əsas yaşayış məntəqələri aşağıdakılardır. Harar, Əddis-Əbəbə, Dıre-Daua və sair. Əhalinin əksəriyyətinin əsas məşğuliyyəti sənətkarlıq və ticarətdir.
Haruki Murakami
Haruki Murakami (yap. 村上 春樹; 12 yanvar, 1949 Kioto) — müasir yapon tərcüməçi və yazıçısı. == Həyatı == Haruki Murakami 12 yanvar 1949-cu ildə Kioto şəhərində dünyaya gəlmişdir. Atası bütpərəst keşiş, anası isə ədəbiyyat müəlliməsi olan Haruki hələ gənc yaşlarından bəri ədəbiyyata meyl göstərmişdir. Uşaqlıq dövrünü öz əsərlərində tez-tez əks etdirən yazıçı bir çox müsahibələrində uşaqlıqda valideynlərindən öyrəndiyi faktların onun üçün əvəzsiz olduğunu bəyan etmişdir. Gənc Haruki gəncliyinin böyük bir hissəsini Kobe şəhərində keçirmişdir. Tokiyonun Vaseda Universitetinin ədəbiyyat fakültəsini bitirmiş yazıçı universitet illərində üslubiyyatın dərin sirlərini öyrənmiş, müxtəlif doğma və xarici əsərlərdən rəngarəng təəssüratlar almışdır. Yazıçı gənc yaşlarından kitablara, xüsusən də qərb ədəbiyyatına xüsusi meyl göstərmişdir. Bir çox əsərlərində bu marağı diqqət mərkəzinə çevirmiş yazıçı, tələbə olarkən Truman Kapote, Kurt Vonnequt, Frans Kafka, Kenzaburo Oe, Yasunari Kavabata kimi dahilərin əsərlərinə daha çox meyl göstərmişdir. Taleyin yollarında nicat ümidi ilə yaşayan Murakami əsərlərinin qəhrəmanları sanki daimi axtarışdadırlar.
III Sarduri
III Sarduri e.ə. 639-635 ci illərdə hökm sürmüş Urartu kralı idi. Urartu Kralı , Van qayalıqlarındakı otaqların divarlarında səltənətinin on dört illik qeydini buraxmışdır. bırakırken, III Sardurinin zəfərləri, Van Qalasındakı "Xəzinə Qapısı" adı verilən bir abidəyə yazılmışdır. O zamanlar qərbdə Hititlər ilə yaxın təmasda olan Urartular, şərqdə, Urmiya hövzasinin cənub kəsimində, Manna dövləti ilə qonşu idilər. Zəfər qeydləri həmdə şimaldan, Sevan Gölü sahilinə, Gümrü və Erzurumda da yazılı olaraq qalmaqdadır.
II Sarduri
II Sarduri (e. ə. VIII əsr – e.ə. 735) — Urartu hökmdarı (E.ə. 764 – 735) I Argiştinin oğlu. == II Sardurinin hakimiyyəti == I Argiştinin oğlu II Sarduri (e.ə. 764–735-ci illər) hakimiyyətə gələn zaman Urartunun çiçəklənməsini təmin edən beynəlxalq şərait dəyişməmişdi. Assuriya hələ siyasi böhrandan çıxmamışdı. Buna baxmayaraq II Sarduri bütün istiqamətlərdə müharibə aparmalı olurdu. II Sardurinin şimal yürüşləri daha uğurlu keçirdi.