ÇÖRƏK [Əsgər bəy:] Yolda qamın tutunca biz sənə çörək verrik (M.F.Axundzadə); LOĞMA Yemə namərd loğmasın, Seyyid (S.Ə.Şirvani); ƏKMƏK Qaldı əynimdə əski bir köynək; Tapmadım gündə bir yavan əkmək (M.S.Ordubadi); ƏPPƏK Ziba xanım: Sənin bacın xəsislikdən pendiri şüşəyə qoyub çöldən əppək batırır, elə oldu ki, əlli-altmış tümənlik nimtənə sənin arvadına sovqat göndərdi? (M.F.Axundzadə); ƏTMƏK (köhn.) Azər: Hər əməkdən çıxıyorkən ətmək; Böylə arsızca dilənmək nə demək? (H.Cavid); NAN (arx.) Vətənim verdi mənə namü-nəmək; Vətəni, məncə, unutmaq nə demək? (A.Səhhət); PƏPƏ/ PƏPƏŞ (uşaq dilində).