Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Doğan Öz
Doğan Öz (1934, Sultandağı, Afyonqarahisar ili – 24 mart 1978, Ankara) - türk prokuror. Dövlət daxilindəki əks-partizan qruplaşmalar barəsindəki tədqiqatları ilə tanınmışdır. 1978-ci ilin mart ayının 24-də evindən çıxıb işə gedərkən, naməlum şəxslər tərəfindən avtomobilinə açılan atəş nəticəsində vəfat etmişdir.
Erdal Öz
Ərdal Öz (26 mart 1935 - 6 may 2006) — türk yazıçısı və naşiri. == Həyatı == Ərdal Öz 1935-ci ildə Sivasın Yıldızeli bölgəsində doğulmuşdur. 1953-cü ildə Tokat Litseyini, 1969-cu ildə Ankara Üniversitetinin hüquq fakültəsini bitirmişdir. Türk Dil Qurumu Yayın Qolunda işə başlamış, Türk Sinematek Dərnəyinin Ankara şöbəsində çalışmışdır. 12 mart 1971-ci il tarixindən etibarən üç dəfə həbs olunmuşdur. Məhkəmə istintaqı nəticəsində azad edilmişdir. Məhbədə olduğu müddətdə Dəniz Gəzmiş və Yusuf Aslan kimi inqilabçı gənclərlə tanış olmuş və onlar haqqında hekayələr yazmışdır. "Cem Yayınevi"nin uşaq kitabları seriyasını redaktə etmişdir. 1980-ci ildə Can Yayınlarını yaratmışdır. Uzun müddət müalicə olunduğu xəstəxanada, ağciyər xərçəngi xəstəliyindən qurtula bilməyib 2006-cı il mayın 6-da saat 17:22-də vəfat etmişdir.
Mehmet Öz
Mehmet Cengiz Öz (türk: [mehˈmet dʒeɲˈɟiz øz]; 11 iyun 1960, Klivlend, Ohayo)[1] həmçinin Dr. Oz kimi tanınan, türk-amerikan aparıcısıdır, müəllif, fəxri professor və təqaüdçü kardiotorakal cərrahdır.[3][4][5] O, Pensilvaniyada 2022-ci ildə ABŞ Senatına seçkilər üçün Respublikaçılar Partiyasından namizəddir və ABŞ Senatına hər iki böyük partiya tərəfindən namizədliyini irəli sürülmüş ilk müsəlmandır.[6] Türk mühacirlərinin oğlu olan Öz Delaver ştatının Vilmington şəhərində böyüyüb, Harvard Universiteti və Pensilvaniya Universitetini bitirib. ABŞ və Türkiyənin ikili vətəndaşı olan Öz türk vətəndaşlığını saxlamaq üçün 1980-ci illərdə Türkiyə ordusunda xidmət edib. Daha sonra 1986-cı ildə Kolumbiya Universitetinin İrvinq Tibb Mərkəzində cərrahiyyə üzrə rezidenturasına başladı. 2001-ci ildə Kolumbiya Universitetində cərrahiyyə professoru oldu və daha sonra 2018-ci ildə fəxri professor kimi təqaüdə çıxdı.[3][5] == Erkən həyat və təhsil == Oz 1960-cı ildə Ohayo ştatının Klivlend şəhərində Türkiyənin Konya vilayətindən mühacirət etmiş Suna və Mustafa Özün ailəsində anadan olub.[17][18][17] Mustafa Türkiyənin cənubundakı kiçik bir şəhər olan Bozkırda anadan olub və 1950-ci ildə Cerrahpaşa Tibb Fakültəsini ən yüksək nəticə ilə bitirib və Mehmetin anadan olduğu Klivlend şəhərindəki Case Western Reserve Universitetində ümumi rezidentura proqramına qoşulmaq üçün ABŞ-yə köçüb. O, Atlantadakı Emori Universitetində kardiotorakal cərrahiyyə üzrə təhsil alıb və Türkiyəyə qayıtmazdan əvvəl bir neçə il Delaver Tibb Mərkəzində torakal cərrahiyyə şöbəsinin müdiri olub.
Ərdal Öz
Ərdal Öz (26 mart 1935 - 6 may 2006) — türk yazıçısı və naşiri. == Həyatı == Ərdal Öz 1935-ci ildə Sivasın Yıldızeli bölgəsində doğulmuşdur. 1953-cü ildə Tokat Litseyini, 1969-cu ildə Ankara Üniversitetinin hüquq fakültəsini bitirmişdir. Türk Dil Qurumu Yayın Qolunda işə başlamış, Türk Sinematek Dərnəyinin Ankara şöbəsində çalışmışdır. 12 mart 1971-ci il tarixindən etibarən üç dəfə həbs olunmuşdur. Məhkəmə istintaqı nəticəsində azad edilmişdir. Məhbədə olduğu müddətdə Dəniz Gəzmiş və Yusuf Aslan kimi inqilabçı gənclərlə tanış olmuş və onlar haqqında hekayələr yazmışdır. "Cem Yayınevi"nin uşaq kitabları seriyasını redaktə etmişdir. 1980-ci ildə Can Yayınlarını yaratmışdır. Uzun müddət müalicə olunduğu xəstəxanada, ağciyər xərçəngi xəstəliyindən qurtula bilməyib 2006-cı il mayın 6-da saat 17:22-də vəfat etmişdir.
Doğan Öz cinayəti
Doğan Öz (1934, Sultandağı, Afyonqarahisar ili – 24 mart 1978, Ankara) - türk prokuror. Dövlət daxilindəki əks-partizan qruplaşmalar barəsindəki tədqiqatları ilə tanınmışdır. 1978-ci ilin mart ayının 24-də evindən çıxıb işə gedərkən, naməlum şəxslər tərəfindən avtomobilinə açılan atəş nəticəsində vəfat etmişdir.
Öz-özünə tozlanma
Bir çiçəkdə olan erkəkcik tozcuğunun həmin çiçəkdəki dişicik ağızcığına düşməsi prosesi öz-özünə tozlanma adlanır. Öz-özünə tozlanan bitkilərdə həm dişiciyi, həm də erkəkciyi olan ikicinsli çiçəklər olur. Bu bitkilərin çiçəklərində erkəkcik və dişiciklərin yetişməsi eyni zamanda baş verir. Erkəkciklər, əsasən, dişicikdən yuxarıda yerləşir. Öz-özünə tozlanan bitkilərin çiçəkləri əsasən ətirsiz, görkəmsiz və nektarsız olur. Buğda, arpa, darı, çəltik, vələmir, noxud kimi öz-özünə tozlanan bitkilərdə tozlanma çiçək açılmazdan əvvəl — qapalı çiçəkdə gedir. Pambıq, çətənə, kətanda isə tozlanma çiçək açıldıqdan sonra baş verir.
Öz müqəddəratını təyin etmə
Öz müqəddəratını təyin etmə ya Özərklik (ing. self-determination) haqqa görə dünyada bütün xalqlar özgə və əcnəbi güclərdən asılı olmayaraq, müstəqillik durumları və siyasi vəziyyətlərini azadlıqla təyin edə bilərlər.
Hərənin öz payı+tayı
== Məzmun == Film adidən də adi bir məişət əhvalatı üzərində qurulub: Mayılla (Rafael İsgəndərov) Qəndab (Samirə Əliyeva) bir ildir ki, nişanlıdırlar. Bakıya oxumağa getmiş Qəndab geri qayıdanda valideynlərindən nişan üzüyünü qaytarmağı tələb edir. Hadisələrin gedişatında məlum olur ki, Qəndab Bakıda Fəqan (Coşqun Rəhimov) adlı bir gənclə tanış olub və onlar bir-birilərini sevirlər. Fəqan da sevgilisinin arxasınca kəndə gəlir və bundan sonra hadisələr daha da mürəkkəbləşir... == Film haqqında == Film İsi Məlikzadənin xatirəsinə həsr edilmişdir.
Sevməkdən qorxmaq lazım deyil (film, 1998)
Sevməkdən qorxmaq lazım deyil (hind: प्यार किया तो डरना क्या, Rom: Pyaar Kiya To Darna Kya) — Hindistan melodramıdır. Hind dilində çəkilmiş olan bu film 27 mart 1999-cu ildə yayımlanmışdır. == Süjet xətti == Muskan (Kajol) və qardaşı Vişal (Arbaz Xan) valideynlərinin ölümündən sonra əmiləri Thakur Ajay Singh (Dharmendra) ilə birlikdə yaşayırlar. Gözəl Muskanın pərəstişkarlarının, aşiqlərinin sayı-hesabı yoxdur, lakin Vişal bacısının yanında güclü bir kişini görmək istədiyi üçün bir-birinin ardınca gələn taliblərdən imtina edir. Muskan kollec üçün Mumbaya getməyə qərar verəndə, qardaşı istəmədən və yalnız valideynlərinə onun arzusunu yerinə yetirəcəyinə söz verdiyi üçün onu kollecə buraxır. Kollecdə qız zəngin bir iş adamının oğlu Surac Khanna (Salman Khan) ilə tanış olur. Suracın atası ilə olan münasibətləri çox gərgindir və ona nifrət edən ögey anası ucbatından evi tərk etmək məcburiyyətində qalmışdır. O, Muskana aşiq olur, lakin Muskanın yanına gələn Vişalla görüşəndən sonra onu Muskanın sevgilisi zənn etdiyinə görə onu özünə rəqib kimi görür və onunla arasında mübahisə və dava-dalaş yaranır. Potensial qohumların arasındakı münasibətlər ümidsiz bir formada getdikcə pozulur və bundan sonra Suracın inadkar Vişalı bacısı üçün uyğun bəy olduğuna inandırması üçün hələ çox iş görməsi lazım gəlir.
Məni öz adınla çağır (film)
"Məni öz adınla çağır" (ing. Call Me by Your Name) — 2017-ci ildə Andre Asimanın eyni adlı romanı əsasında Ceyms İvorinin ssenarisinə uyğun olaraq Luka Quadanino tərəfindən çəkilmiş romantik dram filmidir. Film, Quadaninonun “İstək” (ing. Desire) adlı tematik trilogiyasına daxil olan üçüncü filmdir. Trilogiyanın əvvəlki iki filmi isə “Mən sevgiyəm” (2009) və “Böyük qığılcım” (2015) adlanır. Hadisələrin 1983-cü ildə Şimali İtaliyada cərəyan etdiyi “Məni öz adınla çağır” filmində 17 yaşlı Elio (Timoti Şalame) və ABŞ-dən olan aspirant Oliver (Armi Hammer) arasındakı romantik münasibətdən bəhs edilir. Filmdə həmçinin Maykl Stalberq, Amira Kazar, Ester Qarrel və Viktuar Du Boys rol almışlar. “Məni öz adınla çağır” filmi üzərində işlərə 2007-ci ildə, prodüserlər Piter Spirs və Hovard Rozenmanın Asimanın romanının ekranlaşdırılması hüququnu almalarından sonra başlanılmışdır. İvori film üzərində birgə işləməyə razılaşmış, həm ssenari yazmış, həm də prodüserlik etmişdir. Yer seçimində məsləhətçi kimi layihəyə qoşulmuş Quadanino isə nəticədə hm prodüser kimi layihyə töhvəsini vermiş, həm də rejissor kürsüsünə əyləşmişdir.
Rəqəmsal öz müqəddəratını təyin etmə
Rəqəmsal öz müqəddəratını təyin etmə — cəmiyyətin və gündəlik həyatın bir çox aspektlərinin rəqəmsallaşmasının artması ilə ortaya çıxan fərdi və kollektiv agentlik və muxtariyyət qarşısındakı unikal problemləri həll etmək üçün öz müqəddəratını təyin etmənin hüquqi konsepsiyasından irəli gələn və rəqəmsal sferaya tətbiq edilən fənnlərarası konsepsiya. == Mənşəyi == Rəqəmsal öz müqəddəratını təyinetmənin fəlsəfi və ya hüquqi cəhətdən razılaşdırılmış konsepsiyası hələ mövcud deyil. Bu termin ümumi çərçivədə insanın öz müqəddəratını təyin etmə modelini rəqəmsal əsrə hərtərəfli layihələndirmə cəhdini təsvir edir. Konsepsiya ilk dəfə olaraq Fransada telekommunikasiya tənzimləyicisi olan ARCEP tərəfindən "İnternetin vəziyyətinə dair 2021-ci il üzrə hesabat"ının professor Luka Belli tərəfindən aparılmış "Şəbəkənin öz müqəddəratını təyin etmə" başlıqlı işində daxil edilmişdir. == Praktik elementləri == Qanunvericilərdən və siyasətçilərdən tutmuş ictimai təşkilatlara və alimlərə, fəallara və vətəndaş cəmiyyətinin üzvlərinə qədər cəmiyyətin müxtəlif sektorları fərdlərin öz müqəddəratını təyin etmə hüququnu qoruyan və təşviq edən rəqəmsal infrastrukturun, alətlərin və sistemlərin tətbiqinə, o cümlədən bərabərhüquqlu ödənişsiz girişə, insan mərkəzli dizayna, məxfiliyin daha yaxşı qorunması və məlumatlara nəzarətə çağırış etmişdir. Bu elementlər bir-biri ilə sıx bağlıdır və bir-birini tamamlayır. Mövcud rəqəmsal uçurumların müxtəlif formalarının aradan qaldırılması və rəqəmsal texnologiyalara və internetə bərabər və ədalətli çıxışın təmin edilməsi bütün fərdlərin rəqəmsal dövrdən, o cümlədən məlumat, xidmətlər və irəliləyiş imkanlarından faydalana bilməsini təmin etmək üçün mühüm əhəmiyyət kəsb edir. Rəqəmsal savadlılıq və media savadlılığı fərdlərə rəqəmsal vasitələrdən istifadə etmək, eləcə də onlayn qarşılaşdıqları məzmunu tənqidi qiymətləndirmək, öz məzmunlarını yaratmaq və istifadə olunan rəqəmsal texnologiyanın xüsusiyyətlərini və nəticələrini anlamaq üçün lazımi bilik və bacarıqlar əldə etmək üçün təklif edilmişdir.
Hərənin öz payı+tayı (film, 2006)
== Məzmun == Film adidən də adi bir məişət əhvalatı üzərində qurulub: Mayılla (Rafael İsgəndərov) Qəndab (Samirə Əliyeva) bir ildir ki, nişanlıdırlar. Bakıya oxumağa getmiş Qəndab geri qayıdanda valideynlərindən nişan üzüyünü qaytarmağı tələb edir. Hadisələrin gedişatında məlum olur ki, Qəndab Bakıda Fəqan (Coşqun Rəhimov) adlı bir gənclə tanış olub və onlar bir-birilərini sevirlər. Fəqan da sevgilisinin arxasınca kəndə gəlir və bundan sonra hadisələr daha da mürəkkəbləşir... == Film haqqında == Film İsi Məlikzadənin xatirəsinə həsr edilmişdir.
Məni öz adınla çağır (film, 2017)
"Məni öz adınla çağır" (ing. Call Me by Your Name) — 2017-ci ildə Andre Asimanın eyni adlı romanı əsasında Ceyms İvorinin ssenarisinə uyğun olaraq Luka Quadanino tərəfindən çəkilmiş romantik dram filmidir. Film, Quadaninonun “İstək” (ing. Desire) adlı tematik trilogiyasına daxil olan üçüncü filmdir. Trilogiyanın əvvəlki iki filmi isə “Mən sevgiyəm” (2009) və “Böyük qığılcım” (2015) adlanır. Hadisələrin 1983-cü ildə Şimali İtaliyada cərəyan etdiyi “Məni öz adınla çağır” filmində 17 yaşlı Elio (Timoti Şalame) və ABŞ-dən olan aspirant Oliver (Armi Hammer) arasındakı romantik münasibətdən bəhs edilir. Filmdə həmçinin Maykl Stalberq, Amira Kazar, Ester Qarrel və Viktuar Du Boys rol almışlar. “Məni öz adınla çağır” filmi üzərində işlərə 2007-ci ildə, prodüserlər Piter Spirs və Hovard Rozenmanın Asimanın romanının ekranlaşdırılması hüququnu almalarından sonra başlanılmışdır. İvori film üzərində birgə işləməyə razılaşmış, həm ssenari yazmış, həm də prodüserlik etmişdir. Yer seçimində məsləhətçi kimi layihəyə qoşulmuş Quadanino isə nəticədə hm prodüser kimi layihyə töhvəsini vermiş, həm də rejissor kürsüsünə əyləşmişdir.
Məni öz adınla çağır (film musiqisi)
Call Me by Your Name: Original Motion Picture Soundtrack — 2017-ci ildə çıxarılmış eyni adlı filmin musiqi albomudur. == Hazırlanması == Bir qayda olaraq, Luka Quadanino çəkdiyi filmlərin musiqisini özü seçir. Rejissor musiqi vasitəsiylə film üçün səs və ya sözdən daha "hissiyyatlı, yüngül, az müasir və zərif hekayəçi" tapmaq istəyirdi. O, "Barri Lindon" (1975), "Məsumluq dövrü" (1993) və "Möhtəşəm Embersonlar" (1942) filmlərindən ilhamlanmışdır. Quadanino, musiqinin, Oliverə yaxın olmaq üçün əsərləri uyğunlaşdıran Elio ilə əlaqəli olmasını istəyirdi. Musiqi zamanı əks etdirmək, peronajların ailəsi, təhsil səviyyəsi və "tərkibi olduqları kanonları" göstərmək üçün istifadə olunur. Zamanın nəbzini tutmaq üçün, rejissor həm də həmin il radiolarda hansı musiqilərə üstünlük verildiyini araşdırmışdır. Quadanino Sufyan Stivensin lirisizminin onunla rezonans təşkil etdiyini görür. Rejissor Stivensdən Elionun prespektivindən hadisələri nəql edəcək "Məni öz adınla çağır" adlı mahnı yazmağı xahiş edir. Stiven səs rolundan imtina etsə də, film üçün üç musiqi yazır: "Mystery of Love", "Visions of Gideon" və "Futile Devices" mahnısının fortepiano ilə ifa edilmiş yeni versiyası.
Ağac kölgəsində
Ağac kölgəsində (pyes) — Əbdürrəhimbəy Haqverdiyev pyesi 1921-ci ildə yazmışdır. Bu əsərdə yazıçı sosialist inqilabının yaratdığı və yeni insanların ilk bədii surətlərini təsvir edə bilmişdir, lakin ədibə görə köhnə quruluşun əsas ziddiyyəti guya təkcə kəndlilərlə bəy, xan arasında olan ixtilafdır. Əbdürrəhimbəy Haqverdiyev də digər məsləkdaşları kimi cəmiyyətin dəyişdirilməsində əsas rolu sənətkarlara, onların yaratdığı əsərlərə verirdi. O, sənətkarlar qarşısında mühüm vəzifələri qoyur və onu vətəndaşlıq qeyrəti ilə, ürəkdən yerinə yetirməyə çağırırdı. "Ağac kölgəsində" (1921) pyesində Mustafa bəylə kasıb kəndli Cəfər kişi arasındakı konflikt həyatın özündəki konfliktdir. Əsərin əsas qəhrəmanlarından müəllim Kərim acı həqiqətləri izləyə-izləyə kənddə nahaq öldürülən yoxsul Cəfər kişinin meyitini mustafabəylərə göstərərək, kinayə ilə deyir: 1921-ci ildə qələmə alınmış "Ağac kölgəsində" pyesinə illüstrasiya çəkən Xalq rəssamı Yusif Hüseynov yerli bəylə kasıb kəndli arasındakı konfliktin yekununu düşündürücü kompozisiyanın başlıca mövzusu seçmişdir. Budaqdan bir ucu açılmış ipin sallanması və kənd müəllimi Kərimin üzünü camaata tutaraq Cəfərin ölümündə suçlu olanları ittiham etməsi süjetin məna-məzmun daşıyıcılığını təşkil edir. Bir qədər arxada belində xəncər olan Mustafa bəyin qorxmuş vəziyyət almış durumu onun baş verənlərdə günahı olduğunu hiss etməyə imkan verir. Əsər 1960-cı ildə sulu boya ilə ərsəyə gətirilmişdir.
Məni öz adınla çağır filminin qazandığı mükafatların siyahısı
“Məni öz adınla çağır” – 2017-ci ildə Luka Quadaninonun rejissorluğu ilə çəkilmiş yeniyetmə dövrü drama filmi. Filmin ssenarisini Ceyms İvori Andre Asimanın 2007-ci ildə nəşr edilmiş eyni adlı romanı əsasında yazmışdır. Hadisələrin 1983-cü ildə İtaliyada baş verdiyi filmdə, yəhudi mənşəli amerikan-italyan yeniyetmə oğlan Elio (Timoti Şalame) və yəhudi mənşəli amerikan tədqiqatçı Oliver (Armi Hammer) arasındakı romantik münasibətdən bəhs edilir. Maykl Stalberq, Amira Kazar, Ester Qarrel və Viktuar Du Boys filmdə ikinci plan rolları ifa etmişlər. Saypmbhu Mukdiprom operator, Sufyan Stivens isə bəstəkar kimi filmin istehsalında iştirak etmişlər. Filmin premyerası 22 yanvar 2017-ci ildə Sandens Film Festivalında baş tutmuşdur. 29 yanvar 2018-ci ildə geniş çıxışından əvvəl, “Sony Pictures Classics” 24 noyabr 2017-ci ildə filmə limitli çıxış vermişdir. $3.5 milyon büdcəsi olan film hər teatrdan $101,219 olmaqla, ilin ən böyük açılışı, beynəlxalq gəliri isə $40 milyon olmuşdur. “Məni öz adınla çağır” filmi rejissor, operator işi, ssenarisi, film musiqisi və aktyorların ifasında görə tənqidçilər tərəfindən alqışla qarşılanmışdır. Rəy aqqreqatoru Rotten Tomatoesda toplanmış 272 rəyin 96%-I müsbət xarakterlidir.
Ağac kölgəsində (pyes)
Ağac kölgəsində (pyes) — Əbdürrəhimbəy Haqverdiyev pyesi 1921-ci ildə yazmışdır. Bu əsərdə yazıçı sosialist inqilabının yaratdığı və yeni insanların ilk bədii surətlərini təsvir edə bilmişdir, lakin ədibə görə köhnə quruluşun əsas ziddiyyəti guya təkcə kəndlilərlə bəy, xan arasında olan ixtilafdır. Əbdürrəhimbəy Haqverdiyev də digər məsləkdaşları kimi cəmiyyətin dəyişdirilməsində əsas rolu sənətkarlara, onların yaratdığı əsərlərə verirdi. O, sənətkarlar qarşısında mühüm vəzifələri qoyur və onu vətəndaşlıq qeyrəti ilə, ürəkdən yerinə yetirməyə çağırırdı. "Ağac kölgəsində" (1921) pyesində Mustafa bəylə kasıb kəndli Cəfər kişi arasındakı konflikt həyatın özündəki konfliktdir. Əsərin əsas qəhrəmanlarından müəllim Kərim acı həqiqətləri izləyə-izləyə kənddə nahaq öldürülən yoxsul Cəfər kişinin meyitini mustafabəylərə göstərərək, kinayə ilə deyir: 1921-ci ildə qələmə alınmış "Ağac kölgəsində" pyesinə illüstrasiya çəkən Xalq rəssamı Yusif Hüseynov yerli bəylə kasıb kəndli arasındakı konfliktin yekununu düşündürücü kompozisiyanın başlıca mövzusu seçmişdir. Budaqdan bir ucu açılmış ipin sallanması və kənd müəllimi Kərimin üzünü camaata tutaraq Cəfərin ölümündə suçlu olanları ittiham etməsi süjetin məna-məzmun daşıyıcılığını təşkil edir. Bir qədər arxada belində xəncər olan Mustafa bəyin qorxmuş vəziyyət almış durumu onun baş verənlərdə günahı olduğunu hiss etməyə imkan verir. Əsər 1960-cı ildə sulu boya ilə ərsəyə gətirilmişdir.
Alp Qorxmaz
Alp Qorxmaz (d. 2 mart 1981, Ankara), Türk kinoteatr və serial aktyorudur. İlk təhsilini İstanbulda tamamlamışdır, orta təhsilini isə Çanaqqalada Tamamlamışdır. Amerikada Universitet həyatına başladı. University of South Florida Radio Televiziya bölməsindən məzun olduqdan sonra Nyu-Yorka aktyorluq təhsili almağa getdi. Nyu-Yorkun ən lazımlı Broadvay muzikal məktəblərindən Neighborhood Playhouse School of Theatre də təhsilini tamamladıqdan sonra 2006-cı ildə Türkiyəyə qayıtdı. Gəldiyi hələ 1 ay olmamış Türkər İnanoğlu tərəfindən kəşf edilən Qorxmaz, Erler Filmin istehsalı olan Arxa Küçələr adlı serialda "Ali" obrazını canlandırmaqdadır. 2010-cu il Aprel ayının 2-ci həftəsində əsgərlik səbəbi ilə serialdan bir müddətliyinə ayrılmışdır. Vətənə olan borcunu qaytarıb, qısa dönəm olaraq aprel 2010-cu ildə başlayıb sentyabr 2010-cu ildə Bingöldə tamamlamışfır. İndi də Erler Filmin istehsalıı olan Arxa Küçələr serialında "Ali" roluna davam etməkdedir.
Furkan Qorxmaz
Furkan Qorxmaz peşəkar türk basketbolçu. Hazırda NBA-də Filadelfiya Seventi Siksers komndasında çıxış edir. == İlk vaxtlar == QKoxkmaz Bakırköy, İstanbulda 1997-ci ildə anadan olub. O, 9 yaşında olarkən oxuduğu məktəbin basketbol komandasına daxil olub. 2012-ci ildə 15 yaşında ikən Efes Uşaq komandasından Anadolu Efesə 250 000 $ qarşılığında transfer edildi. == Peşəkar karyera == === Anadolu Efes === Buradakı birinci ilində Qorxmaz Efesin gənclər komandasında oynayır. 2013-2014 sezonunda isə o, Türkiyə Basketbol 2-ci Liqasında Efesin pilot komandası Pertevniyala keçdi və burada liqa çempionu olur.. 2014-cü ilin yayında Qorxmaz Anadolu Efesin əsas komandasına daxil olur. 14 dekabr 2014-cü ildə Əskişəhir Basket ilə oynanılan oyunda 17 xal qazanaraq sezonun ən yüksək nəticəsini topladı. === NBA draft === 13 iyun, 2016-cı ildə Qorxmaz NBA seçməsində iştirak edən 13 xarici vətəndaşdan biri idi.
Qorxmaz Abdurəşidov
Qorxmaz Atakişiyev
Atakişiyev Qorxmaz Ələkbər oğlu — azərbaycanlı pedaqoq. == Həyatı == Qorxmaz Atakişiyev 1940-cı ildə anadan olub. Məşhur Azərbaycan filmi olan "Uşaqlığın son gecəsi" filmində Zaur rolunu oynayıb. Ömrünün son illərini ağır maddi durumda və evsiz keçirən Qorxmaz Atakişiyev metronun "Ulduz" stansiyası yaxınlığında yerləşən Elçin İsaqzadə küçəsində kirayə tutduğu otaqda yaşayırmış. Qonşuların bildirdiyinə görə, o yeriməkdə çətinlik çəkirmiş və son 10 gündə ümumiyyətlə ayaqları tutulub. Bir neçə gündür Q.Atakişiyevin qapısının açılmadığını görən sakinlər xilasetməyə müraciət ediblər və xüsusi üsullarla qapını açmaq mümkün olub. Məlum olub ki, 79 yaşlı kişi uzandığı divandan yıxılıb və yerindəcə keçinib. Qeyd edək ki, Qorxmaz Atakişiyev aktyor olmayıb və yalnız bir dəfə — "Uşaqlığın son gecəsi" filmində Zaur obrazını yaradıb. O, elmi fəaliyyətlə məşğul olub və bir neçə universitetdə dərs deyib.
Qorxmaz Eyvazov
Qorxmaz Eyvazov (1 aprel 1967, Güləbird, Laçın rayonu – 10 fevral 1994, Cocuq Mərcanlı, Cəbrayıl rayonu) — polis starşinası, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qorxmaz Eyvazov 1 aprel 1967-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. 1974-cü ildə Laçın rayon Güləbird kənd orta məktəbinə birinci sinfə getmiş, 1984-cü ildə onuncu sinfi bitirərək Laçın rayon 127 saylı texniki peşə məktəbinə daxil olmuşdur. Hazırda 127 saylı texniki peşə məktəb Qorxmaz Eyvazovun adını daşıyır. 1985-ci ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidmətini Ukraynada Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında keçmişdir. Hərbi xidmət zamanı 6 aylıq serjant kursunu bitirmişdir. O, xidmət müddətində dəfələrlə fəxri fərmanlar, tərifnamələrlə yanaşı birinci dərəcəli idmançı vəsiqəsi almış və döş nişanı ilə təltif edilmişdir. Qorxmaz 1987-ci ildə Hərbi xidmətini başa vurub doğma yurda dönür. == Ailəsi == Ailəli idi.
Qorxmaz Hüseynov
Qorxmaz Cavanşir oğlu Hüseynov — "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri (2011–2021). == Həyatı == Hüseynov Qorxmaz Cavanşir oğlu 1965-ci ildə Cəbrayıl rayonunun İsaqlı kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1983–1985-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. 1989-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Əmək fəaliyyətinə 1989-cu ildə "Neft daşları" NQÇİ-də iqtisadçı-mühasib vəzifəsində başlayıb. 1990-cı ildə "28 May" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsində mühəndis, 1991–1992-ci illərdə şöbə rəisinin müavini, 1992–1995-ci illərdə şöbə rəisi, 1995–1997-ci illərdə "Qum adası" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsinin rəisi, 1997–2003-cü illərdə "Xəzərdənizneftqaztikinti" trestinin müdir müavini, 2003–2006-cı illərdə trestin müdiri, 2006–2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəisi vəzifələrində çalışıb. 27 dekabr 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti təyin edilmişdir. 16 fevral 2011-ci il tarixində həmin vəzifədən azad edilərək "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 may 2021-ci il imzaladığı sərəncama əsasən, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilmişdir.
Qorxmaz Quliyev
Qorxmaz Həsi oğlu Quliyev (d. 9 iyun 1941) — Azərbaycan ədəbiyyatı tarixçisi, filologiya elmləri doktoru (1990), professor (1992), Azərbaycan Dövlət Dillər İnstitutunun rektoru (1993–2001). == Haqqında == Qorxmaz Həsi oğlu Quliyev 1941-ci ildə anadan olmuşdur. O, 1970-ci ildə Azərbaycan Dövlət Dillər İnstitutunun fransız dili fakultəsini bitirmişdir. Keçən əsrin 70-80-ci illərdə Əlcəzairdə fransız-rus dili tərcüməçisi, Strasburq Universitetində mühazirəçi kimi fəaliyyət göstərən, 90-cı illərdə Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsində işləyən Qorxmaz Quliyev 1999-cu ildən Azərbaycan Universitetinin professorudur. Q.Quliyevin "Azərbaycan ədəbiyyatının poetikası" (1992) monoqrafiyasında Cəlil Məmmədquluzadənin "Ölülər", "Dəli yığıncağı", "Poçt qutusu" əsərləri təhlil olunmuşdur. "Statistikadan dinamikaya" adlı məqaləsində o, Azərbaycan ədəbiyyatında fərdi daxili xarakterin ilk dəfə C.Məmmədquluzadənin yaradıcılığında meydana gəldiyini dəlillər və elmi təhlil yolu ilə sübut edir. "Dəlidən doğru xəbər" (1999) kitabındakı "Absurd teatr. Məmmədquluzadənin "Dəli yığıncağı" faciəvi komediyası Ö.İoneskonun "Kərgədanlar" komik faciəsi işığında" məqaləsində C.Məmmədquluzadənin yaradıcılığı XX əsrin 50-ci illərində təşəkkül tapmış və bu gün Avropa dramaturgiyasında aparıcı meyllərdən biri olan absurd teatr konsepsiyası kontekstində araşdırılır. Professor Qorxmaz Quliyev eyni zamanda XX əsrin əvvəllərində Qərb ədəbiyyatşünaslığında hakim mövqe tutan ədəbi-estetik konsepsiya və cərəyanları ilk dəfə Azərbaycan ədəbiyyatşünaslığına təqdim edən alimlərdən biri, Qərb ədəbiyyatının Azərbaycandakı ən məşhur tədqiqatçılarındandır.
Qorxmaz Salamov
Qorxmaz Bayram oğlu Salamov (22 aprel 1996, Baş Göynük, Şəki rayonu – 14 oktyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. İtkin. == Həyatı == Qorxmaz Salamov 1996-cı il aprelin 22-də Şəki rayonunun Baş Göynük kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Qorxmaz Salamov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qorxmaz Salamov oktyabrın 14-də Madagizin azad edilməsi zamanı itkin düşüb. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur və onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülmüşdür, lakin uzun müddətli axtarışlar nəticə vermədiyindən Qorxmaz Salamova "şəhid" statusu verilmişdir. Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-ci il tarixli Sərəncamına əsasən Qorxmaz Salamov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-cü il tarixli Sərəncamına əsasən Qorxmaz Salamov ​ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Qorxmaz Sücəddinov
Sücəddinov (Əsgərbəyli) Qorxmaz Məmməd Tağı oğlu (16 aprel 1932, Gəncə – 22 aprel 2010, Bakı) — azərbaycanlı, sovet heykəltaraşı, Azərbaycan SSR əməkdar rəssamı (1982). == Bioqrafiya == Qorxmaz Sücəddinov 16 aprel 1932-ci ildə Azərbaycan SSR Gəncə şəhərində, Kənd Təsərrüfatı İnstitutunun torpaqşünaslıq kafedrasının professoru Tağı Əsgərbəylinin ailəsində anadan olmuşdur. 1937-ci ildə Qorxmazın atası yalan donos əsasında repressiyaya uğramış və sonradan Komi MSSR-də düşərgədə həlak olmuşdur. Stalin öldükdən sonra Xruşovun "mülayim hava" dövründə ölümündən sonra ona bəraət verilmişdir. Nənəsi, "vətən xaini"nin oğlunun həmişə "təcrid" olunacağından qorxaraq, nəvəsinə öz "Sücəddinov" soyadını vermiş və onu Bakıya gətirmişdir. Burada o, dayısı Yaqub Sücəddinovun ailəsində böyümüş və tərbiyə almışdır. Müharibədən sonrakı çətin həyat şəraitinə baxmayaraq, oğlanda rəsmə həvəs yaranır və o, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumağa başlayır. Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Qorxmaz Lvovdakı Tətbiqi və Dekorativ Sənət İnstitutuna qəbul olunur, oradan Tbilisi Dövlət Rəssamlıq Akademiyasına köçürülür və burada onun mentoru məşhur heykəltaraş Konstantin Mixayloviç Merabişvili olur. Qorxmaz Sücəddinovun ilk peşəkar işi bu gün Bakı şəhərinin simvollarından biri sayılan "Bəhram Gur" dekorativ fəvvarəsidir. Son işlərindən biri isə – Azərbaycanın xalq artisti, məşhur "qayınana" Nəsibə Zeynalovanın qəbirüstü abidəsi və xatirə lövhəsidir.
Qorxmaz İmanov
İmanov Qorxmaz Cahangir oğlu (17 aprel 1941, Bakı şəhəri) — AMEA-nın müxbir üzvü (2017), iqtisad elmləri doktoru, professor, İspaniya Kral Akademiyasının akademiki. == Həyatı == Qorxmaz İmanov 1941-ci il aprelin 17-də Bakı şəhərində anadan olub. 1958-ci ildə Bakı şəhər 199 saylı orta məktəbi bitirmişdir. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsini bitirib, iqtisadçı diplomu almışdır. 1964–1967-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Mərkəzi iqtisadi-riyaziyyat institunun aspiranturasında təhsil alıb, 1968-ci ildə həmin institutda iqtisad elmləri namizədi alimlik dissertasiyası müdafiə etmişdir. 1968-ci ilin yanvar ayından 1969-cu ilin mart ayına qədər Azərbaycan SSR EA Kibernetika institutunda kiçik elmi işçi işləmişdir. 1969–1971-ci illərdə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunda baş müəllim və dosent vəzifələrində çalışmışdır. 1971-ci ilin sentyabrında yenidən Azərbaycan EA Kibernetika institutuna baş elmi işçi vəzifəsinə gəlmişdir. 1975-ci ildə SSRİ EA Mərkəzi iqtisadi-riyaziyyat institunda iqtisad elmləri doktorluq dissertasiyasını müdafiə etmişdir. 1974-cü ilin avqust ayından 1987-ci ilin dekabrına qədər Kibernetika institutunda laboratoriya və sonra şöbə müdiri vəzifəsində çalışmışdır.
Qorxmaz İsgəndərov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Qorxmaz Əlili
Qorxmaz Əlilicanzadə (15 oktyabr 1958, Bakı) — Azərbaycanın tanınmış şoumeni, aktyor və müğənni, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar artisti (2019). == Həyatı == Qorxmaz Məmməd oğlu Əlilicanzadə 1958-ci il oktyabrın 15-də Bakının Maştağa kəndində anadan olmuşdur. Kiçik yaşlarında onda teatr sənətinə böyük maraq yarandığına görə, öz həyatını bütünlüklə Azərbaycan incəsənətinə bağlamışdır. 1979-cu ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin) "Kino və Dram Teatrı Aktyoru" fakültəsini, SSRİ xalq artisti Adil İsgəndərovun kursunu bitirmişdir. == Yaradıcılığı == 1970-1980-cı illərdə Qorxmaz Əlilicanzadənin estrada sahəsində oynadığı rollar ona böyük şöhrət gətirmişdir. Təsadüf deyildir ki, o 1983-cü ildə respublikamızda keçirilən estrada artistləri müsabiqəsinin laureatı olmuşdur. Qorxmaz Əlilicanzadə sonrakı illərdə də bu müsabiqələrin qalibi adını qazanmışdır. 1985 və 1987-ci illərdə o beynəlxalq estrada artislərinin müsabiqələrində iştirak etmiş və bu müsabiqələrin laureatı olmuşdur. Qorzmaz Əlilicanzadə 1985-ci ildə Miniatür teatrını yaratmşdır. Tamaşaçılar bu teatrda oynanılan duzlu, məzəli tamaşaları bu gün də xatırlayırlar.
Qorxmaz Əlilicanzadə
Qorxmaz Əlilicanzadə (15 oktyabr 1958, Bakı) — Azərbaycanın tanınmış şoumeni, aktyor və müğənni, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar artisti (2019). == Həyatı == Qorxmaz Məmməd oğlu Əlilicanzadə 1958-ci il oktyabrın 15-də Bakının Maştağa kəndində anadan olmuşdur. Kiçik yaşlarında onda teatr sənətinə böyük maraq yarandığına görə, öz həyatını bütünlüklə Azərbaycan incəsənətinə bağlamışdır. 1979-cu ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin) "Kino və Dram Teatrı Aktyoru" fakültəsini, SSRİ xalq artisti Adil İsgəndərovun kursunu bitirmişdir. == Yaradıcılığı == 1970-1980-cı illərdə Qorxmaz Əlilicanzadənin estrada sahəsində oynadığı rollar ona böyük şöhrət gətirmişdir. Təsadüf deyildir ki, o 1983-cü ildə respublikamızda keçirilən estrada artistləri müsabiqəsinin laureatı olmuşdur. Qorxmaz Əlilicanzadə sonrakı illərdə də bu müsabiqələrin qalibi adını qazanmışdır. 1985 və 1987-ci illərdə o beynəlxalq estrada artislərinin müsabiqələrində iştirak etmiş və bu müsabiqələrin laureatı olmuşdur. Qorzmaz Əlilicanzadə 1985-ci ildə Miniatür teatrını yaratmşdır. Tamaşaçılar bu teatrda oynanılan duzlu, məzəli tamaşaları bu gün də xatırlayırlar.
Qorxmaz Əlizadə
Qorxmaz Arif oğlu Əlizadə (27 yanvar 1995; Qax rayonu, Azərbaycan — 17 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qorxmaz Əlizadə 1995-ci il yanvarın 27-də Qax rayonunun Cəlayir kəndində anadan olub. 2002-2010-cu illərdə R. İbrahimov adına Cəlayir kənd orta məktəbində, 2010-2013-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Kəşfiyyat və Quru Qoşunları" ixtisası üzrə ali hərbi təhsil alaraq "leytenant" hərbi rütbəsi aldı və 2017-ci ildən hərbi xidmətə başladı. Ailəli idi. Bir qızı və bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Qorxmaz Əlizadə 2017-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başladı. 2019-cu ildə Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini başa vurdu və təyinat əsasında Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsinə göndərildi. 2020-ci il iyunun 26-da "baş leytenant" hərbi rütbəsi aldı. Azərbaycan Ordusunun baş leytenantı olan Qorxmaz Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Ramazan Qorxmaz
Ramazan Qorxmaz (tam adı: Ramazan Qorxmaz, türk. Ramazan Korkmaz; 1962, Çıldır, Qars ili) — Ərdəhan Universitetinin rektoru, Qırğızıstan-Türkiyə Manas Universiteti Qəyyumluq Şurasının üzvü, Qafqaz Universitetlər Birliyinin sədri. == Həyatı == 1962-ci ildə Ərdahanın Çıldır rayonunun Qayabəyi kəndində anadan olmuşdur. İbtidai təhsilini Ərdahanda, orta təhsilini Ərzurum Yavuz Səlim Müəllim liseyində (1978) alan Ramazan Qorxmaz ali təhsilini Atatürk Universitetinin dil-ədəbiyyat fakültəsinin türk dili və ədəbiyyatı ixtisasında başa vurmuşdur (1985). Elə həmin il Fırat Universitetində imtahandan keçərək elmi tədqiqatlara başlayır. === Elmi fəaliyyəti === Fırat Universiteti Sosial Elmlər İnstitutunda Keçəcizadə İzzət Molla və Mihnət Keşan haqqında tədqiqatı (VI+ 447 s.) ilə magistr (1988); "Səbahəddin Əli - İnsan və əsər" (XII+403 s.) adlı elmi işi ilə isə doktorantura təhsilini 1991-ci ildə tamamlayan Qorxmaz 1996-cı ildə Yeni türk ədəbiyyatı fundamental elmi sahəsində dosent və 2001-ci ildə professor oldu. 2009-cu ilədək Fırat Universitetinin əməkdaşı olan Ramazan Qorxmaz həm də Şərqi Aralıq Dənizi Universitetində "qonaq müəllim" kimi 4 il (2000-2002 və 2004-2006-cı illərdə) işləmişdir. O, 2001-ci ildə Bişkek Elmlər Akademiyasında Aytmatov ilə əlaqədar tədqiqatlar aparmış və Bilkənd Universitetinin Türk dili və ədəbiyyatı fakültəsi ilə birlikdə müəllifi və redaktoru olduğu "Türk ədəbiyyatının tarixi layihəsi"ni (4 cild) tamamlamışdır. Ramazan Qorxmazın həm ölkə daxilində, həm də ABŞ, Ukrayna, Rusiya, Azərbaycan, Qırğızıstan və ŞKTR kimi ölkələrdə öz sahəsi üzrə 60-dan çox elmi məqaləsi dərc edilmişdir. Dekan müavini, kafedra müdiri və idarə heyətinin üzvü kimi vəzifələrdə çalışmış Ramazan Qorxmaz rəsmi qəzetdə yayımlanan xəbərə görə Qırğızıstan-Türkiyə Manas Universitetinin Qəyyumluq Şurasının üzvü təyin edilmişdi.
İnessa Qorxmaz
İnessa Qorxmaz (17 yanvar 1972, Saratov) — Azərbaycan voleybolçusu. == Karyerası == İnessa Qormaz, 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasına 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu. İnessa Qormaz daha sonra, 2006-cı ildə Yaponiyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışlarda, 4 dəfə qalib gələn, 5 dəfə isə məğlub olan Azərbaycan yığması, Dünya Çempionatını 24 yığma sırasında 13-cü yerdə başa vurdu. İnessa Qormaz bir ildən sonra, 2007-ci ildə Belçika və Lüksemburqda baş tutan Avropa Çempionatına qatıldı. Yarışlarda, 1 dəfə qalib gələn, 7 dəfə isə məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 12-ci yerdə başa vurdu.
Qorumaq öhdəliyi
Qorumaq öhdəliyi (ing. The responsibility to protect (RtoP or R2P) — soyqırım, müharibə cinayətləri, etnik təmizləmə və insanlığa qarşı cinayətlərin qarşısının alınması ilə bağlı dörd əsas narahatlığı həll etmək üçün 2005-ci il Ümumdünya Sammitində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsdiq edilmiş qlobal siyasi öhdəlik. Doktrina son iki onillikdə yekdil və əsaslı beynəlxalq norma kimi qəbul edilir. Qorumaq öhdəliyi prinsipi suverenliyin bütün əhalini kütləvi vəhşilik cinayətlərindən və insan hüquqlarının pozulmasından qorumaq məsuliyyətini daşıdığı əsas müddəaya əsaslanır. Prinsip beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusən də suverenlik, sülh və təhlükəsizlik, insan hüquqları və silahlı münaqişə ilə bağlı hüququn əsas prinsiplərinə hörmətə əsaslanır. R2P-nin üç sütunu var: Sütun I: Dövlətin müdafiə öhdəlikləri – "Hər bir dövlət öz əhalisini soyqırımdan, müharibə cinayətlərindən, etnik təmizləmədən və insanlığa qarşı cinayətlərdən qorumağa borcludur" Sütun II: Beynəlxalq yardım və potensialın gücləndirilməsi – Dövlətlər bir-birinə müdafiə öhdəliklərində köməklik göstərəcəklərini öhdələrinə götürürlər. Sütun III: Vaxtında və qətiyyətli kollektiv reaksiya - Əgər hər hansı bir dövlət öz müdafiə öhdəliklərində "açıq-aşkar uğursuzluğa düçar olarsa", o zaman dövlətlər əhalini qorumaq üçün kollektiv tədbirlər görməlidir. Dövlətlər arasında Qorumaq öhdəliyi ilə bağlı razılaşma olsa da, üçüncü sütunun praktikada tətbiqi ilə bağlı davamlı mübahisələr var. Qorumqa öhdəliyi vəhşi cinayətlərin qarşısını almaq və mülki şəxsləri onların baş verməsindən qorumaq üçün artıq mövcud olan tədbirlərin (məs, vasitəçilik, erkən xəbərdarlıq mexanizmləri, iqtisadi sanksiyalar və VII fəsil səlahiyyətləri) tətbiqi üçün çərçivə təmin edir. Qorumaq öhdəliyi çərçivəsində gücdən istifadə etmək səlahiyyəti yalnız Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına aiddir və son həll yolu hesab olunur.
Ön söz
Ön söz — ədəbi və ya elmi əsərin əsas mətndən əvvəl olan hissəsi. Ön sözdə müəllifin özünün, redaktorun, naşirin və ya əsərlə bağlı başqa şəxslərin izahatları və şərhləri olur. Ön söz sadəcə ədəbi əsərin bütövündən yox, həmçinin onun ayrıca bir hissəsindən əvvəl də gələr bilər. "Yevgeni Onegin"in son fəsli buna nümunədir.
Amos Oz
Amos Oz yaxud Amos Klausner (4 may 1939[…], Qüds, Britaniya Fələstini[d] – 28 dekabr 2018[…], Petah-Tikva, Mərkəz dairəsi) — İsrailli yazar, jurnalist və sülhsevər fəaldır. Müasir İsrail ədəbiyatının önəmli yazarıdır. Həyatı boyunca İsrailin əsas yazarlarından biri olarak qəbul edilirdi. Tələbəlik illərindən İsrail-Fələstin problemində sülhsevər və pozitiv mövqeyi ilə tanınır. İsraildəki sülh təşkilatı olan İndi Barış (Peace Now) hərəkatınin qurucularındandır. 2005-ci ildən bu yana Ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilməkdədir. 2008-ci ildə "Keçmişin Yaradıcı Tərcüməsi"nə görə Dan David mükafatına layiq görülmüşdür. Sionist solçu olduğunu bəyan edən Amos Oz, İsraildəki sionist olmayan sol hərəkata qarşı tənqidləri ilə də tanınır. 2008-ci ilin dekabrında, Qəzzə müharibəsindən bir neçə gün əvvəl Yediot Aharonot qəzetində nümayiş olunan və Həmasa qarşı İsrail hökümətini hərbi hərakata çağıran bir bəyanatı imzalayanlardan olsa da, iki həftədən sonra yenə Yediot Aharonotda Həmas ilə atəşkəsi dəstəkləyən yazı qələmə almışdır. == Həyatı == 1939-cu ildə Qüdsdə doğulub.
Qorşaq
Oz (İzer)
Oz (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Bur-d'Uazan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38289. Kommunanın 2007-ci il üçün əhalisi 206 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 716 ilə 3 320 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 26 km şimal-qərbdə yerləşir.
Qoxmuq
Qoxmuq — Azərbaycan Respublikasının Şəki rayonunun Qoxmuq kənd inzibati ərazi dairəsində kənd. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 838 nəfər əhali yaşayırdı. Kəndin əhalisi 4853 nəfər təşkil edir ki, onun da 2470 nəfəri kişi, 2383 nəfəri isə qadındır. == Təhsil == Qoxmuq kənd tam orta məktəbinin binası 1967-ci ildə inşa edilmişdi. O vaxtdan təmir olunmayan bina tədris üçün yararsız vəziyyətdə düşmüşdü. 2013-cü ilin oktyabrında Şəki Şəhər İcra Hakimiyyətinin sifarişi ilə dövlət büdcəsi vəsaiti hesabına 840 şagird yerlik Qoxmuq kənd tam orta məktəbi üçün yeni binanın inşasına başlanmışdır. 4 noyabr 2015-ci ildə Prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində Qoxmuq kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi mərasimində iştirak etmişdir. Yüksək keyfiyyətlə tikilən binada təlim-tədris üçün bütün zəruri şərait yaradılmışdır. Sahəsi 5.277 kvadratmetr olan bina üçmərtəbəlidir. 108 müəllimin çalışdığı məktəbdə 42 sinif otağı yaradılıb, müasir standartlara cavab verən və əyani vasitələrlə təchiz olunan fənn laboratoriyaları qurulub.
Qarabağ bölgəsində qətliamlar
== Soyqırımı təsdiq edən arxiv sənədləri == Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi yanında İctimai-Siyasi Sənədlər Arxivinin (bundan sonra: ARPİİİSSA) və Azərbaycan Respublikasının Dövlət Arxivinin (bundan sonra: ARDA) fondlarında bu barədə kifayət qədər sənədlər qorunub saxlanılır. Xüsusilə də ARPİİİSSA-nın 268, 276 və 277-ci fondlarını, ARDA-nın isə 100, 894, 897, 970, 1061-ci fondlarını qeyd edə bilərik. == Qarabağda soyqırım və nəticələri == Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətinin ilk günlərindən öz istiqlalı və ərazi bütövlüyü uğrunda mübarizə aparmağa məcbur oldu. Ən böyük problem Azərbaycan Xalq Cümhuriyyəti ilə eyni vaxtda, özü də tarixi Azərbaycan torpaqlarında yaranan Ermənistan (Ararat) Respublikasının təcavüzündən ibarət idi. Ermənistan Respublikası adlanan qurum Azərbaycan xalqına qarşı əsl soyqırım siyasətini həyata keçirirdi. Bu siyasətin əsas hədəflərindən biri əzəli Azərbaycan torpağı olan Qarabağın türk-müsəlman əhalisi idi. 1918-ci ilin iyulunda Dağlıq Qarabağın erməni icması Ermənistan Respublikasının hərbi-siyasi dəstəyinə arxalanaraq öz müstəqilliyini elan etdi. Erməni quldur dəstələrinin başçısı Andranik Azərbaycanın əzəli torpağı olan Zəngəzuru erməni qubernatorluğu elan etdikdən sonra Şuşanı işğal etmək istiqamətində cəhdlər göstərməyə başladı. 1918-ci il dekabrın 19-da Azərbaycan parlamentinin üzvü Qarabəy Əliverdiyev Şuşadan xəbər verirdi: "Mən Qarabağın nümayəndəsi olaraq buradakı vəziyyət barədə məlumatlandırıram ki, Andranik Zəngəzuru atəşə məruz qoyduqdan sonra təhlükəli vəziyyət Qarabağda, Ordubadda, Cavanşirdə də yaranmışdır. Andranik saysız-hesabsız müsəlman kəndlərini məhv edərək dinc əhalini qırmış, sağ qalanları isə doğma yerlərindən qovmuşdur.