Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ölkələrin əhaliyə görə sıralanması
Bu, əhalisinə görə ölkələrin siyahısıdır. == Ölkələrin əhalisinə görə sıralanması == Qeyd: Bütün asılı ərazilər italiklə göstərilmişdir.
Ermənilərin türk əhaliyə qarşı soyqırımı
Şərqi Anadoluda ermənilərin türk-müsəlman əhaliyə qarşı qırğınları – erməni-daşnak silahlı quldur dəstələrinin türk-müsəlman əhaliyə qarşı törətdikləri kütləvi qırğınlar. == Həmçinin bax == Anadolu Erməni millətçilərinin terrorizmi Yaşılyayla qətliamı == Mənbə == H a c ı y e v S., Osmanlı dövləti 1870–1918 illərdə, B., 2002; Erməniler tarafından yapılan katliam belgeleri, c.1 (1914–1991); c.2 (1919–1921), Ankara, 2001; Ko n u k ç u Enver , Ermenilerin Yeşilyayladakı türk soykırımı (mart 1918), Ankara 1990.
Ermənilərin türk-müsəlman əhaliyə qarşı soyqırımı
Şərqi Anadoluda ermənilərin türk-müsəlman əhaliyə qarşı qırğınları – erməni-daşnak silahlı quldur dəstələrinin türk-müsəlman əhaliyə qarşı törətdikləri kütləvi qırğınlar. == Həmçinin bax == Anadolu Erməni millətçilərinin terrorizmi Yaşılyayla qətliamı == Mənbə == H a c ı y e v S., Osmanlı dövləti 1870–1918 illərdə, B., 2002; Erməniler tarafından yapılan katliam belgeleri, c.1 (1914–1991); c.2 (1919–1921), Ankara, 2001; Ko n u k ç u Enver , Ermenilerin Yeşilyayladakı türk soykırımı (mart 1918), Ankara 1990.
Şərqi Anadoluda ermənilərin türk-müsəlman əhaliyə qarşı soyqırımı
Şərqi Anadoluda ermənilərin türk-müsəlman əhaliyə qarşı qırğınları – erməni-daşnak silahlı quldur dəstələrinin türk-müsəlman əhaliyə qarşı törətdikləri kütləvi qırğınlar. == Həmçinin bax == Anadolu Erməni millətçilərinin terrorizmi Yaşılyayla qətliamı == Mənbə == H a c ı y e v S., Osmanlı dövləti 1870–1918 illərdə, B., 2002; Erməniler tarafından yapılan katliam belgeleri, c.1 (1914–1991); c.2 (1919–1921), Ankara, 2001; Ko n u k ç u Enver , Ermenilerin Yeşilyayladakı türk soykırımı (mart 1918), Ankara 1990.
Zəngəzur qəzasında türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1918-1920).
Zəngəzur qəzasında soyqırımlar (1918–20) — erməni-daşnak quldur dəstələrinin 1918-ci ildən 1920-ci ilin aprelinə qədər Zəngəzurda azərbaycanlılara qarşı törətdiyi soyqırımları. == Soyqırımları təsdiq edən arxiv materialları == Əhalisi soyqırım və deportasiyalara məruz qalmış tarixi Azərbaycan ərazilərindən biri də qədim Zəngəzur torpağıdır. Bu soyqırımları sübut edən qiymətli sənədlər bu gün Azərbaycan Respublikası Milli Arxiv İdarəsində qorunan Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində, Türkiyə Cumhuriyyətinin “Genelkurmay Askeri Tarih ve Stratejik Etüt Başkanlığı Arşivi”, “Başbakanlık Osmanlı Arşivi” və Almaniya Federativ Respublikasının Berlin şəhərindəki “Almaniya Xarici İşlər Nazirliyinin Siyasi arxivi”nin (Politischen Archiv den Auswätrigen) Birinci Dünya Harbi (BDH) və İstiklal Savaş Harbi (İSH) fondlarında qorunub saxlanılır. Həmin arxiv sənədlərindəki faktiki materiallar sübut edir ki, 1918-ci ilin mayından 1920-ci ilin aprelinə qədər ermənilər Azərbaycanın Zəngəzur qəzasında on minlərlə dinc, silahsız türk-müsəlman əhalini etnik mənsubiyyətinə görə amansızcasına qətlə yetirmişdir. == Türk-müsəlman əhaliyə qarşı erməni soyqırımları == 1917-ci ilə aid statistik məlumatlara görə, Zəngəzur qəzasında türk-müsəlman əhali 123.085 (və ya 99.073), yəni 55,0%, ermənilər isə 99.257 (və ya 82976), yəni 44,3% təşkil edirdi. Kütləvi terror və zorakılıqlardan istifadə edən erməni şovinistləri təkcə 1917-ci ildə Zəngəzur qəzasında 109 kəndi dağıtmışdılar. Əgər 1918-ci ilin mayına qədər türk-müsəlman əhaliyə qarşı kütləvi talanlar və vəhşiliklər I Dünya müharibəsində iştirak etmiş erməni hərbi hissələri və yerli ermənilərin quldur dəstələri tərəfindən həyata keçirilirdisə, Ararat Respublikasının yaranmasından sonra türk-müsəlman əhalisinin soyqırımı rəsmi İrəvanın dövlət siyasətinə çevrildi və bu işdə dövlətin nizami silahlı qüvvələrdən fəal istifadə olunmağa başlandı. Dağlıq bölgədə yerləşən Zəngəzur qəzasının əlaqələri Şuşa qəzası ilə tamamilə, Cəbrayıl qəzası ilə isə qismən kəsildi. Azərbaycan kəndləri erməni kəndlərinin arasında qaldığından, bir-birləri ilə yalnız həmin kəndlər vasitəsilə əlaqə saxlaya bilirdilər. Qəzanın müsəlman əhalisinin vəziyyəti Azərbaycanın başqa əyalətlərinə nisbətən bir də ona görə ağır idi ki, erməni kəndlərindəki silahlı quldur dəstələri ilə yanaşı, bu qəzada Andronikin mütəşəkkil erməni əsgər və zabitlərindən ibarət nizami qoşunları da var idi.
Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi
Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар коммунал вә әһалијә мәишәт хидмәти ишчиси) — Azərbaycan SSR-də kommunal təsərrüfatı və əhaliyə məişət xidməti sahəsində fərqlənmiş şəxslərə 1977–1983-cü illərdə verilən fəxri ad. == Tarixi və əsasnaməsi == "Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 20 iyul 1977-ci il tarixli Fərmanı ilə təsis edilmişdir. Fəxri ad Azərbaycanın kommunal təsərrüfatı və əhaliyə məişət xidməti sistemi müəssisələrinin və birliklərinin, elmi-tədqiqat və layihə-konstruktor təşkilatlarının bu sahədə azı 15 il işləmiş, istehsal tapşırıqlarının, sosialist öhdəliklərinin yerinə yetirilməsində, yeni xidmət növlərinin, əhaliyə xidmətin mütərəqqi forma və metodlarının tətbiq edilməsində xüsusilə fərqlənmiş, habelə yüksək ixtisaslı kadrlar hazırlanması işində böyük xidmətləri olan yüksək ixtisaslı işçilərə verilirdi. 26 avqust 1983-cü ildə "Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi" fəxri adı ləğv edilmiş və mahiyyətcə oxşar olan "Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" fəxri adı təsis edilmişdir.
Azərbaycan Respublikasının əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi
Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар мәнзил-коммунал тәсәррүфаты вә әһалијә мәишәт хидмәти ишчиси) — Azərbaycan SSR-də mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti sahəsində fərqlənmiş şəxslərə 1983-cü ildən verilən fəxri ad. == Tarixi və əsasnaməsi == "Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 avqust 1983-cü il tarixli Fərmanı ilə təsis edilmişdir. Fəxri ad mənzil-kommunal təsərrüfatı və məişət xidməti sistemi müəssisələrinin, birlik və idarələrinin, elmi-tədqiqat və digər təşkilatlarının bu sahədə azı 15 il işləmiş fəhlələrinə, mühəndis-texnik və digər işçilərinə verilirdi. "Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" fəxri adının təsis edilməsi ilə mahiyyətcə oxşar olan "Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi" fəxri adı ləğv olunmuşdur. 5 fevral 1991-ci ildə Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılmasından, daha sonra isə Azərbaycanın müstəqillik əldə etməsindən sonra "Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" fəxri adı heç bir hüquqi sənəd qəbul olunmadan 1993-cü ilədək "Azərbaycan Respublikasının əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" adı ilə verilmişdir.
Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi
Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар мәнзил-коммунал тәсәррүфаты вә әһалијә мәишәт хидмәти ишчиси) — Azərbaycan SSR-də mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti sahəsində fərqlənmiş şəxslərə 1983-cü ildən verilən fəxri ad. == Tarixi və əsasnaməsi == "Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 avqust 1983-cü il tarixli Fərmanı ilə təsis edilmişdir. Fəxri ad mənzil-kommunal təsərrüfatı və məişət xidməti sistemi müəssisələrinin, birlik və idarələrinin, elmi-tədqiqat və digər təşkilatlarının bu sahədə azı 15 il işləmiş fəhlələrinə, mühəndis-texnik və digər işçilərinə verilirdi. "Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" fəxri adının təsis edilməsi ilə mahiyyətcə oxşar olan "Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi" fəxri adı ləğv olunmuşdur. 5 fevral 1991-ci ildə Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılmasından, daha sonra isə Azərbaycanın müstəqillik əldə etməsindən sonra "Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" fəxri adı heç bir hüquqi sənəd qəbul olunmadan 1993-cü ilədək "Azərbaycan Respublikasının əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" adı ilə verilmişdir.
Azərbaycan Respublikasının əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçilərinin siyahısı
== 1991 ==
Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçilərinin siyahısı
== 1991 ==
Həlilə
Həlilə və ya Heleyle İranın cənubunda yerləşən Buşehr ostanının kəndlərindəndir ki Buşehr şəhərindən 20 km cənub-qərdə yerləşir. Buşehr atom elektrik stansiyası bu kəndin yaxınlığındadır. 2006-cı ilin siyahıya alınması əsasında bu kənd 1986 nəfər və 468 ailədən ibarət idi.
Təhkiyə
Təhkiyə — Bədii əsərin, təsvir və mükalimədən fərqli olan, hərəkət, iş, hadisə haqqında izahdan ibarət hissəsidir. Təhkiyənin üç tipini səciyələndirmək olar. == Lirik təhkiyə == Lirik təhkiyənin əsas əlamətləri olan ritm, ovqat və qafiya qədim mərasim formalarında ibtidai şəkildə yaranmışdır. Poeziyada mövcud olan ritm və ahəng mərasimlərə məxsus sinkretizmin, daha dəqiq musiqili, rəqsli ifanın folklor mətnlərində qalığıdır. Ona görə poeziyasının ən qədim mənşə əlamətini göstərmək lazım gəlsə, musiqilik demək olar. Müasir poetika termini ilə isə indi buna şeirin ritmikliyi deyirik. Ritmiklik bütün ədəbiyyatlarda və bütün dillərdə poetizmin ilk ünsürüdür. == Epik təhkiyə == Ədəbiyyatşünaslıqda "danışmaq", "nəql etmək" əvəzinə əksər hallarda təhkiyə sözü işlənir. Epik əsərlər süjetli olur və onların məzmunu hadisə və ya əhvalatla bağlı olur. Epik əsərlərdə əhvalat "kənardan" nağıl olunur.
Ədliyyə
Ədalət — mücərrəd mənalı sözlərdəndir. İnsanlar arasında mübahisəli məsələlərdə düzgün, qərəzsiz qərar verənlər ədalətli adlanırlar. Əxlaqi-hüquqi, həmçinin sosial-siyasi şüur kateqoriyası. Ədalət "Ədl" sözündən olub, ərəb dilində bərabərlik və insaflı mənalarını daşıyır. Gündəlik həyatımızda ədalət və zülmkarlığa aid çoxlu nümunələrlə rastlaşırıq. Məsələn, imtahanda qiyməti 3 olan şagirdə yersiz yerə 5 vermək, həmçinin cinayətkarı azad edib günahsızı zindana salmaq və s… buna misal ola bilər. == Ümumi məlumat == Ədalət anlayışı cəmiyyətdə ayrı-ayrı fərdlərin (sosial qrupların) praktiki rolu ilə onların sosial mövqeyi, hüquq və təəhhüdləri, əməl və əcri, əmək və mükafatlandırılması, cinayət və cəzası, insanın xidmətləri və bunların cəmiyyət tərəfindən qəbul edilməsi arasında uyğunluq tələbini ifadə edir. Bu nisbətin pozulması ədalətsizlik kimi qiymətləndirilir. Ədalət şəxsiyyət, cəmiyyət və dövlətin, həmçinin hüquqi münasibətlərdə iştirak edənlərin maraqları arasındakı tarazlığı müəyyənləşdirir, bərabərlik və azadlıq ideyalarını əks etdirir. İctimai şüur tarixində Ədalətin ilk anlamı ibtidai-icma quruluşu normalarına, ümumi qəbul olunmuş qaydalara danışıqsız riayət edilməsinin qəbulu ilə bağlı idi.
Bəhriyə Üçox
Bahriyə Üçox (1919, Trabzon – 6 oktyabr 1990, Ankara) Türk tarixçi və siyasətşünası, ehtiyat kadrdan senator, Ordu millət vəkili və Sosial-demokrat Xalqçı Partiya Məclis üzvü. == Həyatı == Hamit Ataçın qızıdır. Ankara Universiteti Hüquq fakültəsinin müəllimi Coşqun Üçox ilə evlənmiş və Qumru adlı bir qızı olmuşdur. İlk və orta məktəbi Orduda oxuyan Üçox, İstanbul Kandilli qız liseyini bitirdi. Ali təhsilini Ankara Universiteti Dil və tarix-coğrafiya fakültəsi orta əsr türk-islam tarixi ixtisası üzrən alıb. O, eyni zamanda Ankara Dövlət Konservatoriyasının Opera bölümündə də təhsil almışdır. Samsun və Ankarada on bir il müəllimlik etdikdən sonra, 1953-cü ildə Ankara Universiteti İlahiyat fakültəsində müəllim kimi çalışdı. O, bu fakültənin ilk qadın müəllimidir. 1957-ci ildə doktor, 1964-cü ildə "İslam Dövlətlərində Qadın Hökmdarlar" adlı dissertasiyası ilə də dosent olmuştur. Farsca və ərəbcəni yaxşı dərəcədə bilirdi.
Hədiyə Dəvlətşina
Hədiyə Dəvlətşina (tam adı: Hədiyə Dəvlətşina, başq. Дәүләтшина Һәҙиә Лотфулла ҡыҙы; 5 mart 1905, Samara quberniyası[d] – 5 dekabr 1954, Birsk, Başqırd MSSR) — başqırd şairəsi, yazıçısı və dramaturqu. == Həyatı == Hədiyə Dəvlətşina 5 mart 1905-ci ildə Samara quberniyasının Puqaçov rayonunun Həsənovo kəndində kasıb kəndli ailəsində anadan olmuşdur. 1920-ci ildə Samara quberniyasının Dengizbaevo kəndində müəllim işləmişdir. Elə həmin ildən Samarada Tatar-Başqırd Pedaqoji Kollecində təhsil almağa başlamışdır. 1932-ci ildə redaktorların hazırlığı üzrə Moskva İnstitutunda təhsilini davam etdirmişdir. 1935-1937-ci illərdə Başqırdıstan Dövlət Universitetində oxumuşdur. 1933-cü ildə həyat yoldaşı, yazıçı və sonralar Başqırd Muxtar Sovet Sosialist Respublikasının təhsil komissarı olmuş Qubay Dəvlətşinlə birlikdə BMSSR-in Baymak rayonunda qəzetin redaksiya heyətində çalışmağa başlamışdır. 1937-1942-ci illərdə repressiyaya məruz qalıb həbs olunmuş şəxsin həyat yoldaşı olduğundan sürgün edilmiş və elə dünyasını dəyişənədək Börüdə sürgündə yaşamışdır. == Xatirəsi == Yazıçının xatirəsinə Ufa şəhərində bir bulvara, Baymak rayonunun Urqaza küçəsində bir küçəyə Hədiyə Dəvlətşinanın adı verilmiş və Sibay şəhərində bir abidə ucaldılmışdır.
Həlimə Abdullayeva
Abdullayeva Həlimə Yusif qızı (1928, Sərdarabad rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1950). 1950-ci ildə Şəmkir rayonunda üzümçülük sahəsində yüksək nailiyyətlər əldə etmişdir. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuşdur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. I cild. Bakı, 2009, səh.39.
Həlimə Nəsirova
Həlimə Nəsirova (21 dekabr 1913, Kokand qəzası[d], Fərqanə vilayəti – 3 yanvar 2003, Daşkənd)—opera müğənnisi, SSRİ xalq artisti. == Həyatı == Həlimə Nəsirova 1925-ci ildə bir qrup özbək tələbəsi Bakı teatr texnikumunda təhsil almaq üçün Azərbaycana göndərilmişdir. Tələbələrdən biri gələcəkdə Özbəkistanın məşhur opera müğənnisi, SSRİ xalq artisti olan Həlimə Nəsirova idi. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyinin eksponatları arasında özbək milli xalatı — çapan və araxçını Üzeyir bəyə xalq yazıçısı Aybek və xalq artisti Həlimə Nəsirova bağışlamışlar. == Fəaliyyəti == Həlimə Nəsirova yazırdı: "Mən bərəkətli Daşkənddə doğulmuşam, ancaq incəsənət əlifbasını Odlar Yurdunun günəşli paytaxtı — gözəl Bakıda öyrənmişəm".
Həlimə Sultan
Həlimə Validə Sultan (Abxaziya – 1623, Konstantinopol) — I Mustafanın anası. Bəzi qaynaqlarda adı bilinmədiyi üçün Füldânə Sultan olaraq qeyd edilir. Validə sultanlıq dövrü az olmuş, oğlunun ikinci dəfə taxtdan endirilib sürgün edilməsi səbəbi ilə kədərdən vəfat etmişdir. == Həyatı == III Mehmedin hasəki qadınlarından biridir. Oğlu əqli cəhətdən zəif olduğu üçün sarayda önəmli rol oynamışdır. I. Mustafa taxta keçəndə nənəsi Safiyə Sultan hələ də sağ idi. Safiyə Sultan həm əri III. Murad, həm də oğlu III. Mehmed zamanında sarayda çox təsirli olmuş bir Validə Sultan idi. İki nəvəsinin də səltənətini gördü. Osmanlı adətlərinə görə padşahın nənəsi yox, anası Validə Sultan olaraq dövlətin ən qüdrətli qadını olmalı idi. Ancaq Safiyə Sultanın əri və oğlu dönəmində iqtidardakı gücü nəvələrinin dönəmində gəlinlərinin gücünə kölgə salırdı.
Həlimə Xatun
Həlimə Xatun (Osmanlı türkcəsi: حلیمہ خاتون) (XIII əsr – XIII əsr, əl-Cübeyl) — Qayı boyunun başçısı Ərtoğrul Qazinin xanımı və Osmanlı İmperiyasının qurucusu Osman Qazinin anasıdır. == Həyatı == Həlimə Xatun türk nəslindən olub türkmən bir ailəyə mənsub idi. Savcı Bəy (ö. 1287), Gündüz Alp (ö. 1306) və Osman Qazi adlarında üç oğlu vardı. 1281-ci ildə vəfat edən Həlimə Xatunun məzarı Söğütdə əri Ərtoğrul Qazinin türbəsinin yanındadır.
Həlimə Yaqub
Həlimə bin Yaqub (Cavi: حاليمه بنت ياچوب) (23 avqust 1954, Sinqapur) Malay mənşəli Sinqapur siyasətçisi. Həlimə Yaqub, 13 sentyabr 2017-ci il tarixindən Asiya ölkəsi Sinqapurun səkkizinci prezidenti kimi dövlət başçısı vəzifəsinə seçilmişdir. 2001-ci ildən bəri siyasətdə olan Həlimə Yaqub 2013-cü ildən bəri Sinqapurda parlamentin sədri vəzifəsini icra etmişdir. 7 avqust 2017-ci ildə qarşıdakı prezident seçkilərində iştirak etmək üçün vəzifəsindən istefa vermiş, 23 sentyabr 2017-ci il tarixində keçiriləcək seçkilərdəki namizədliyini açıqlamışdır. 2017-ci il prezident seçkiləri namizədləri arasında yeganə müvafiq namizəd olduğu elan edildikdən sonra seçkilərə ehtiyac olmadan 11 sentyabr 2017-ci il tarixində ölkənin yeni prezidenti elan edilmişdir.
Həlimə Əliyeva
Həlimə Əliyeva (1952, Kələki, Ordubad rayonu – 14 iyun 2019, İstanbul) — Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı. == Həyatı == Əbülfəz Elçibəy Həlimə xanımla 1979-cu ildə ailə həyatı qurub. Onların bir qızı, bir oğlu var. Həlimə Əliyeva Elçibəyin prezidentliyi dövründə onun yanında görünmürdü. Səbəb həmin vaxt Həlimə Əliyevanın azyaşlı uşaqlarına baxması ilə bağlı olub. Həlimə Əliyeva 2019-cu il iyunun 14-ü 67 yaşında Türkiyədə vəfat edib. Kələki kəndində dəfn olunub.
İnzibati ədliyyə
İnzibati ədalət — dövlət idarəetmə sistemində hüququn aliliyinə riayət olunmasına nəzarət edən ixtisaslaşmış orqanlar və ya xüsusi məhkəmələr sistemi. Dar mənada bir tərəfdən vətəndaş və ya təşkilatla digər tərəfdən dövlət orqanı arasında olan inzibati-hüquqi mübahisələrin həlli üçün xüsusi prosessual prosedurdur. Dünyanın bir çox ölkələrində belə bir sistem yaradılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Десницкий, Семён Ефимович. Представление об учреждении законодательной, судительной и наказательной власти в Российской империи.// Избранные произведения русских мыслителей второй половины XVIII века. М.,1952. -Т.1.- С.300-311. Куплеваский, Николай Осипович. Административная юстиция в Западной Европе. Харьков, Куплеваский, Николай Осипович.
İsmail Həniyə
İsmail Həniyə (29 yanvar 1963, Əl-Şati[d], Qəzzə zolağı) — Fələstinin Həmas təşkilatının siyasi bürosunun 2017-ci ildən bəri rəhbəri. O, bu vəzifədə 1996-cı ildən təşkilata sədrlik edən İsmayıl Məşəli əvəz edib. İsmayıl Həniyə 1962-ci ildə Qəzzə zolağında, Şati qaçqın düşərgəsində anadan olub. 1987-ci ilə Qəzzə İslam Universitetinin ərəb dili ədəbiyyatı fakültəsini bitirib. O, 2006–2016-cı illərdə Qəzzadakı hökumətə başçılıq edib.
Ədliyyə Nazirliyi
Ədliyyə Nazirliyi (Azərbaycan)
Aliyə (serial)
Aliyə (türk. Aliye) — Türkiyə serialı. == Baş rollar == Sənəm Çəlik (Aliyə)‚ Nejat İşlər (Dəniz)‚ və Xalid Ərgənc (Sinan). Canlandırır. İki uşağı arasında qalan gənc gözəl bir qadının dramını və həyatla mübarizəsindən bəhs edən televiziya serialıdır. == Məzmun == Aliyə evli və iki uşaqlı varlı bir ailənin qızıdır. Böyük bir evdə qaynanası və baldızı ilə birlikdə yaşayır. Ailədə axtardığı xoşbəxtliyi tapa bilməyən Aliyə, əri Sinanın gənc bir qızla onu aldatdığını təsadüfən öyrənir. İki uşağını da götürərək evdən ayrılan Aliyə İstanbulda yaşayan, diş həkimliyi edən dayısı Fəyyazın yanına qaçmağa çalışır. Qatar vağzalında Sinan Aliyəni tapır.
Aliyə Moldaqulova
Aliyə Nurmuhambetovna Moldaqulova (qaz. Әлия Нұрмухамбетқызы Молдағұлова, 25 oktyabr 1925–4 yanvar 1944) — Sovet İttifaqı qəhrəmanı, snayper. == Həyatı == Aliyə Moldaqulova 1925-ci ilin oktyabrın 25-də Qazaxıstanın Xodbinsk rayonunun Bulak aulunda anadan olub. Hələ uşaq ikən valideynlərini itirən qızcığaz 8 yaşından əmisi Əbubəkrin ailəsində yaşayıb. Anası aclıq illərində kolxoz tarlasında qeyri qanuni buğda yığımı zamanı güllələnib, atası isə bəy nəslindən olub. 1935-ci ildə qızın əmisi Əbubəkr Hərbi Nəqliyyat Akademiyasına qəbul oldu. Bu səbəbdən ailənin bütün üzvləri Aliyə da başda olmaqla, Moskvaya köçdülər. Bir neçə ildən sonra isə Akademiya Leninqrada köçürüldü, buna görə də ailə bu şəhərə gəlmək məcburiyyətində qaldı. Aliyənin Leninqrad həyatı başlayır… Az keçmir ki, qızcığazın əmi sarıdan da bəxti gətirmir, doğma ocaqdan uzaqlaşmalı olur. Belə ki, 1939-cu ilin payızında əmisi ailə vəziyyətinə görə 14 yaşlı Aliyəni 46 №-li uşaq evinə qoyur.
Aliyə Qarayeva
Aliyə Qarayeva (1 yanvar 1988, Yekaterinburq) — Azərbaycanı təmsil edən bədii gimnast, 2007-ci il Avropa Çempionatının qalibi. == Karyerası == Aliyə Qarayeva 2005-ci ilə qədər Rusiya yığmasında çıxış edirdi. Komanda da rəqabət səbəbilə "bir nömrə" ola bilməyəcəyini başa düşən Aliyə Qarayeva 2006-cı ildə Azərbaycan vətəndaşlığını qəbul elədi və Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə apardı. 2006-cı ildə Aliyə Qarayeva Azərbaycan Çempionatının qalibi oldu. Həmin ilin sentyabrında Rusiyada Avropa Çempionatında çıxış edən Aliyə Qarayeva turniri altıncı pillədə başa vurdu. Karyerası ərzində Aliyə Qarayeva birinci uğurlarına isə 2007-ci ildə imza atdı. Həmin ilin iyununda Azərbaycanda baş tutan Avropa Çempionatında Aliyə Qarayeva, Anna Qurbanova və Dinarə Gimatovadan ibarət Azərbaycan yığması turnirinin nəticələrinə əsasən bürünc medalların sahibi oldu. İplə turnirdə isə Aliyə Qarayeva 18.150 bal topladı və Avropa Çempionatının qalibi oldu. Bununla da Aliyə Qarayeva Azərbaycan idmanı tarixində Avropa çempionu olan birinci bədii gimnast oldu. Sentyabrda isə Aliyə Qarayeva, Anna Qurbanova və Dinarə Gimatovadan ibarət Azərbaycan yığması bu səfər Yunanıstanın Patras şəhərində baş tutan Dünya Çempionatının bürünc medallarına sahib oldu.
Aliyə Ramazanova
Aliyə Allahqulu qızı Ramazanova (7 fevral 1941, Qusar və ya Piral, Qusar rayonu – 1 sentyabr 2023, Bakı) — Azərbaycan rəqqasəsi, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti, Azərbaycan SSR əməkdar artisti (1982). == Həyat və yaradıcılığı == Aliyə Ramazanova Qusar rayonunun Piral kəndində anadan olub. II Dünya Müharibəsi həm atasını, həm də anasını əlindən alıb. Üç-dörd yaşı olanda onu Qusardan Bakıya — 11 saylı uşaq evinə gətiriblər. 16 yaşında səhnəyə gəlib və ömrünü rəqs sənətinə bağlayıb. 1958–1983-cü illərdə rəqqasəlik fəaliyyəti ilə məşğul olan Aliyə Ramazanova Azərbaycan rəqqaslıq sənətinin görkəmli nümayəndələrindən biri hesab olunub. Onun "Uzundərə", "Sarı gəlin" və digər bu kimi rəqs nümunələri rəqqaslıq sənətinin ən uğurlu nümunələrindəndir. O, səhnə və mədəni fəaliyyətinə görə, 1982-ci ildə Azərbaycan SSR əməkdar artisti adına layiq görülüb. Aliyə Ramazanova Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti idi. Aliyə Ramazanova 1 sentyabr 2023-cü ildə 82 yaşında vəfat edib.
Aliyə Rüstəmbəyova
Rüstəmbəyova Aliyə Fətulla qızı (1907; Şuşa, Rusiya imperiyası – 1942 iyun; Rusiya SSFR, SSRİ) — İkinci dünya müharibəsi qəhrəmanı, partizan hərəkatı iştirakçısı, həkim. == Erkən həyatı == Aliyə 1907-ci ildə Şuşa şəhərində doğulmuş, hələ kiçik ikən ailəsi ilə birlikdə Bakıya köçmüşdü. === Ailəsi === Atası Fətulla bəy Rüstəmbəyov Salyanın məşhur bəy nəsli olan Rüstəmbəyovlar nəslindəndir. Fətulla Rüstəmbəyov ilk azərbaycanlı mühəndis-texnoloq, Azərbaycanda neft sənayesinin bərpası və texniki cəhətdən yenidən qurulmasının təşkilatçılarından biri olmuşdur. O, Azərneftin Dəniz Komitəsinə başçılıq edərək, sualtı neft sahələrinin işlənilməsində, dəniz neft mədənlərinin inkişafında böyük əmək sərf etmişdir. Qardaşı Əsəd bəy Rüstəmbəyov alim, neft və qaz quyu qazıması sahəsində mütəxəssis olmuş, 1960-cı ildə Azərbaycan SSR əməkdar mühəndisi, 1971-ci ildə SSRİ-nin fəxri neftçisi, 1972-ci ildə texnika elmləri namizədi olmuşdur. Anası Turan xanım Mehmandarova Şuşanın məşhur Mehmandarovlar ailəsindən olan, həkim Kərim bəy Mehmandarovun qızı olmuşdur. Turan xanımın anası Qacar şahzadələrindən olan Bəhmən Mirzə Qocanlı Qacarın qızı Zəri xanım idi. === Təhsili === Aliyə Bakıdakı 3 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb İnstitutuna daxil olur və az sonra təhsilini 1-ci Leninqrad Tibb İnstitutunda davam etdirir. Həmin institutu fərqlənmə diplomu ilə bitirən Aliyə Rüstəmbəyovanı rektorluq Moskvaya göndərməyi nəzərdə tutmuşdu.
Aliyə Sultan
Aliyə Sultan (24 avqust 1880, Çırağan sarayı – 19 sentyabr 1903, Konstantinopol) — 33. Osmanlı sultanı V Muradın qızı. == Həyatı == Aliyə Sultan 24 avqust 1880-ci ildə atası Sultan Muradın taxtdan endirilişinin ardından həbs tutulduğu Çırağan sarayında dünyaya gəldi. Anası isə onun gürcü əsilli xanımı Rəzan Qadınəfəndidir. Uşaqlıq illəri ailəsiylə birlikdə Çırağan sarayında keçən Aliyə Sultanın sağlamlığı olduqca həssas idi. 1903-cü ildə tutulduğu soyuqdəymənin ardından səhhəti bir daha düzəlmədi. Sahilsarayı olan Çırağan sarayının rütubətli divarları arasında getdikcə zəifləyən Aliyə Sultan, əmisi Sultan Əbdülhəmidə yazılan xahiş məktubunun ardından Ulduz sarayına aparıldı. Burada bir müddət müalicə olunsa da, çox keçmədən 19 sentyabr 1903-cü ildə burada vəfat etdi. Cənazəsi atasının bibisi Adilə Sultanın Əyyubsultandakı türbəsinə dəfn edildi. == Mənbə == Adra, Jamil (2005).
Aliyə Tahirova
Aliyə Əziz qızı Tahirova (5 avqust 1917, Aşqabad, Rusiya Türkistanı general-qubernatorluğu – bilinmir) — Azərbaycan balerinası, pedaqoq, Bakı Xoreoqrafiya Məktəbinin direktoru (1947–1978), Azərbaycan SSR əməkdar artisti (1960). == Həyatı == Aliyə Əziz qızı Tahirova 5 avqust 1917-ci ildə Aşqabad şəhərində anadan olmuşdur. 1939-cu ildə Bakı Xoreoqrafiya Məktəbini bitirdikdən sonra Moskva Xoreoqrafiya Məktəbinin pedaqoji şöbəsində təhsilini davam etdirmişdir. Aliyə Tahirova yaradıcılıq fəaliyyətinə Azərbaycan Dövlət Dram Teatrında balerina kimi başlamış və 1934–1937-ci illərdə burada işləmişdir. Daha sonra Azərbaycan Dövlət Opera və Balet Teatrında kordebaletdə çalışmış, balet tamaşalarında solo rəqslər ifa etmişdir. 1942-ci ildə Aliyə Tahirova pedaqoji fəaliyyətə başlamış və 1945–1947-ci illərdə Bakı Xoreoqrafiya Məktəbinin bölmə rəhbəri, 1947–1978-ci illərdə isə məktəbin direktoru vəzifələrində işləmişdir. 1945-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Aliyə Tahirova 24 may 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına görülmüşdür.
Aliyə Terequlova
Aliyə Ramazan qızı Terequlova (13 may 1913, Tiflis – 13 mart 1968, Moskva) — azərbaycanlı aktrisa. Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Aliyə Ramazan qızı Terequlova 13 may 1913-cü ildə Tiflisdə anadan olub. Məşhur Terequlovlar (Tanrıqulovlar) nəslindəndir. Məlahətli və cazibəli səhnə görkəmi, yaraşıqlı qədd-qaməti olub. Mürəkkəb mizanlarda, hərəkət edə-edə ariya və duet oxumağı ustalıqla bacarıb. Qəhrəman sevgililərin partiyalarının ifasını quruluqdan çıxaran, onlara romantizm, lirizm, səmimiyyət gətirən ilkin aktrisalardandır. Aliyə Ramazan qızı Terequlova 1913-cü ildə Bakıda doğulub. On yaşından musiqi ilə müntəzəm məşğul olub və orta təhsil aldıqdan sonra Azərbaycan Dövlət konservatoriyasında oxuyub. Oranın vokal şöbəsini 1937-ci ildə bitirib və Opera və Balet Teatrına solist götürülüb.
Aliyə Təhmasib
Təhmasib Aliyə Mehdi qızı (13 mart 1947, Bakı – 31 iyul 2022) — Azərbaycanın Əməkdar müəllimi. == Həyatı == Aliyə Təhmasib 1947-ci il martın 13-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 1954-cü ildə hazırda Hüseyn Cavidin adını daşıyan 132 nömrəli məktəbin I sinfinə gedib və 1965-ci ildə həmin təhsil ocağını "əla" qiymətlərlə bitirib. 1966–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsində təhsil alıb. 1967-ci ildə 132 nömrəli məktəbdə əmək fəaliyyətinə qədəm qoyan Aliyə xanım burada kitabxanaçı, pioner baş dəstə rəhbəri işləyib və 1970-ci ildən həmin təhsil ocağında bir müəllim kimi Azərbaycan dili və ədəbiyyat fənnini tədris etməyə başlayıb. Yaxşı işinə, qabaqcıl pedaqoji fəaliyyətinə görə 1985-ci ildə bu tədris müəssisəsinə direktor təyin edilib. Aliyə Təhmasib 1985, 1989-cu illərdə SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı kimi respublikanın ictimai həyatında mühüm rol oynayıb, təhsilin inkişafı üçün xüsusi xidmətlər göstərib. 1989 və 1990-cı illərin məlum hadisələri ilə əlaqədar respublika Qadınlar Şurasının sədr müavini kimi Moskvada SSRİ Qadınlar Cəmiyyətinin geniş yığıncağında erməni qəsbkarlarının Azərbaycanda törətdikləri vəhşiliklər barədə məruzə edib, Ali Sovetin sessiyalarında cəsarətlə öz mövqeyini bildirib. 1992-ci ildə Türkiyənin Ankara şəhərində keçirilən təhsil işçilərinin həmkarlar təşkilatının qurultayında Xocalı faciəsini törədən erməni vəhşiliklərini müxtəlif ölkələrdən gəlmiş nümayəndələrin diqqətinə çatdırıb, fotoşəkillər, sənədlər nümayiş etdirib. 1995-ci ildə İzmirdə keçirilən türk xalqlarının Dostluq, Qardaşlıq qurultayının nümayəndəsi olub.
Aliyə Şövkət
Aliyə Martin Şövkət (18 aprel 1989, Riversayd[d], Kaliforniya) — aktrisa. == Həyatı == Aliyə Şövkət 18 aprel 1989-cu ildə Kaliforniya Ştatının Riversayd şəhərində anadan olmuşdur. Aliyə ata tərəfdən İraq ərəblərindən, ana tərəfdən irland mənşəlidir. Aliyəninin babası məşhur ABŞ aktyoru Pol Brukun anası irland əsilli olmuşdur .
Əliyev
Əliyev — Azərbaycanda daha çox işlədilən soyad. === A === Adil Əliyev Adil Əliyev (siyasətçi) — Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı. Adil Əliyev (zooloq) — AMEA Zoologiya İnstitutu, Hidrobiologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru. Adil Əliyev (geoloq) — professor, Azərbaycan Respublikası Dövlət Mükafatının ilk laureatı. Aqil Əliyev — Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor. Arif Əliyev — jurnalist, ictimai əlaqələr sahəsi üzrə mütəxəssis. === B === Baba Əliyev Baba Əliyev (rəssam) — Azərbaycan rəngkarı, Azərbaycan SSR xalq rəssamı (1982). Baba Əliyev (repressiya qurbanı) — Az. ÇK sədri . Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri.
Ejiyə
İjiyə — İranın İsfahan ostanının İsfahan şəhristanının Cülgə bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,309 nəfər və 948 ailədən ibarət idi.
Eqlie
Eqlie (fr. Eygliers, oks. Aigliers) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Qiyestr kantonuna daxildir. INSEE kodu — 05052. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 749 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 488 nəfər (15-64 yaş) arasında 342 nəfər iqtisadi cəhətdən, 146 nəfər hərəkətsiz (fəaliyyət göstərici 70.1%, 1999-cu ildə 69.4%) idi. Fəal olan 342 nəfərdən 330 nəfəri (175 kişi və 155 qadın), 12 nəfəri işsizdir (5 kişi və 7 qadın).
Abbas Əliyev
Abbas Salam oğlu Əliyev (9 yanvar 1988, Ramana – 4 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abbas Əliyev 1988-ci il yanvarın 9-da Sabunçu rayonunun Ramana qəsəbəsində anadan olub. 1992–2003-cü illərdə R. Zorge adına 90 nömrəli tam orta məktəbdə təhsil alıb. == Hərbi xidməti == 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Abbas Əliyev də səfərbər olunmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Abbas Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abbas Əliyev noyabrın 2-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Ramana qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbas Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbas Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Abbas Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Adallo Əliyev
Adallo Əliyev (avar. Гӏалиязул Гӏадалло Мухӏаммадил вас; 15 fevral 1932 – 30 avqust 2015, Mahaçqala) — Avar şairi, yazıçı, publisist, Şamil Basayevin İçkeriya və Dağıstan xalqları qurultayında müavinlərindən biri. == Bioqrafiya == Avar şeirinin klassiki və Dağıstanda mövcud siyasi sistemin ən sərt tənqidçilərindən biri, dağıstanlıların millətçilikdən və İslamdan kənarlaşdırılması istiqamətində bir kurs aparan şəxs. Kaxib orta məktəbini bitirdikdən sonra (1949) Dağıstan Pedaqoji İnstitutunun qiyabi şöbəsinə daxil olur. Doğulduğu kənddə ibtidai sinif müəllimi işləyir. O, ağır bədən xəsarəti yerinə yetirmək ittihamı ilə 5 il həbs cəzasına məhkum edilir. Amnistiya ilə (Stalinin ölümü ilə əlaqədar) tezliklə sərbəst buraxılır. Məktəb yaşında şeir yazır və dərc olunmağa başlayır. Respublika "Baqlarab bayrax" ("Qırmızı Bayraq") qəzetində işləməyə dəvət edilir. 1957-ci ildə Maksim Qorki adın Ədəbiyyat İnstitutuna daxil olur.
Adil Əliyev
Adil Abış oğlu Əliyev (25 sentyabr 1969, Maxta, İliç rayonu) — Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı, Milli Məclisin sədr müavini (2020). == Həyatı == Adil Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. 1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 1992-ci ildən İdman Ustasıdır. 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M. V. Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib. 1998-ci ildə [https://www.pa.edu.az/ Daxili İşlər Nazirliyinin Polis Akademiyasını] bitirib. 2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir. 2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını bitirib. 2010-cu ildə BDU-nun aspiranturasını bitirib. 2009-cu ildə Kikboksinq üzrə veteranlar arası dünya çempionu olub.
Adəm Əliyev
Adəm İlqar oğlu Əliyev (19 noyabr 2000, Ağdam rayonu – 28 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Adəm Əliyev 2000-ci il noyabrın 19-da Ağdam rayonunun Üçoğlan kəndində anadan olub. 2002-ci ildə ailəsi ilə birgə Kürdəmirə köçüb. Tofiq İsmayılov adına 1-saylı tam orta məktəbdə təhsil alıb. Kinqboks və karate ilə məşğul olub. 2019-cu ildə Bakıda əczaçılıq kursunu bitirib. == Hərbi xidməti == Adəm Əliyev 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Gəncədə yerləşən "N"-saylı hərbi hissədə sonra isə Daşkəsəndə xidmət edib. Hərbi xidməti bitdikdən sonra eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. Adəm Əliyev 2020-ci ilin avqust ayından Daşkəsən rayonu Xoşbulaq kəndindəki "N"-saylı hərbi hissədə MAHXHQ kimi xidmətə davam edib.
Akif Əliyev
Akif Əliyev (kimyaçı) — Kimyaçı, elektrokimya ixtisası üzrə kimya elmləri doktoru, professor. Akif Əliyev (şəhid) — şəhid. Akif Əliyev (geoloq) — geologiya-minerologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Mükafatı laureatı.
Aleksandr Əliyev
Aleksandr Əliyev (3 fevral 1985[…], Xabarovsk) — çeçen köklü ukraynalı futbolçu.
Altay Əliyev
Altay Surxay oğlu Əliyev — jurnalist, idman şərhçisi. == Həyatı == Altay Əliyev 1978-ci il may ayının 14-də Ağdam şəhərində anadan olub. 1994-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki DİA) "Beynəlxalq münasibətlər" fakültəsinə daxil olub. 1998-ci ildə bakalavr dərəcəsini bitirən Əliyev 2000-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının "dünya siyasəti və beynəlxalq münasibətlər" ixtisası üzrə magistr təhsilini alıb. Jurnalist fəaliyyətinə 1995-ci ildə 525-ci qəzetdə başlayıb. Altay Əliyev 1996-cı ildən AzTV-də fəaliyyətə başlayıb. O, dövlət televiziyasında 14 illik fəaliyyəti dövründə yalnız 2002-ci ildə ATV-də çalışıb. Altay Əliyev bir sıra tarixi oyunların, o cümlədən Neftçi Bakı klubunun 2006-cı ildə "MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku"nun finalında Litvanın Kaunas klubunu 4:2, həmin il UEFA Çempionlar Liqasında Belçika "Anderlext"ini 1:0, "Qarabağ" klubunu 2009-cu ildə Avropa Liqasında "Rusenborq" və "Honka" üzərində 1:0 və 2:1 hesablı qələbələr qazandığı qarşılaşmaları, eləcə də 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan yığmasının Rusiya ilə 1:1 hesabı ilə nəticələnən görüşünü televiziya vasitəsilə canlı şərh edib. 2010-cu ilin 4 aprelində TV karyerasını bitirib. Altay Əliyev 2012-ci ilin 1 fevralından NETBET MMC-nin baş direktoru təyin olunub.
Alı Əliyev
Alı Allahverən oğlu Əliyev (1922, İkinci Şıxlı, Qazax qəzası – 1998, Bakı) — alim, tarix elmləri doktoru, professor, Azərb. Kp MK yanında olan Bakı Ali Partiya Məktəbində rektorun tədris və elmi hissə üzrə müavini (1956–1961), İnşaat Mühəndisləri Universitetində Tarix kafedrasının müdiri (1957-ci ildən). "Qırmızı Ulduz" (2 dəfə), "Vətən müharibəsi" (2 dəfə) ordenləri ilə, bir çox medallarla təltif edilmişdir. == Həyatı və elmi fəaliyyəti == Alı Əliyev 1922-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 1939-cu ildə Qazax Pedaqoji Texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. İkinci dünya müharibəsində (1941–1945) iştirak etmişdir. "Qırmızı Ulduz" (2 dəfə), "Vətən müharibəsi" (2 dəfə) ordenləri ilə, bir çox medallarla təltif edilmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1950-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işə qəbul olunmuşdur. 1954-cü ildə Sov.
Amid Əliyev
Amid İbrahim oğlu Əliyev (3 dekabr 1999, Çaylı, Biləsuvar rayonu – 1 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amid Əliyev 1999-cu il dekabrın 3-də Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. 2005-2016-cı illərdə Çaylı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Amid Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amid Əliyev sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. O, 1 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Anar Əliyev
Anar Əliyev (hüquqşünas) — Hüquqşünas, Azərbaycan Respublikası Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini. Anar Əliyev (film sənətçisi) — Azərbaycanlı aktyor, rejissor, prodüser. Anar Əliyev (polkovnik-leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Arzu Əliyev (şəhid) — Qarabağ müharibəsində Oğuz rayonunun ilk şəhidi. Anar Əliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2-ci Qarabağ müharibəsinin şəhidi. == Oxşar == Anar Əlizadə — Azərbaycanlı iş adamı, Socar Trading-nin təsisçisi və keçmiş prezidenti.
Aqil Əliyev
Aqil Əlirza oğlu Əliyev (10 dekabr 1926, Naxçıvan – 7 mart 2006, Bakı) — Azərbaycan iqtisadçısı, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor. == Həyatı == Aqil Əliyev 1926-cı il dekabrın 10-da Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi Naxçıvan şəhərində bitirdikdən sonra, 1946-cı ildə Bakı Dövlət Universitetinə daxil olmuş və 1951-ci ildə oranı bitirmişdir. Sonra 1953-cü ilə qədər Azərbaycan SSRİ EA Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. İqtisad elminə böyük marağı olduğundan 1953-cü ilin may ayından Azərbaycan Tibb İnstitutunun "Siyasi iqtisad" kafedrasında işləməyə başlamışdır. 1970-ci ildə iqtisad elmləri namizədi, 1973-cü ildə dosent, 1979-cu ildə professor elmi adlarına layiq görülmüşdür, 1983-cü ildən iqtisad elmləri doktorudur. Professor A.Ə.Əliyev yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasında xidmətlərinə görə 1982-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, bir neçə orden və medallarla, "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif olunmuşdur. A.Ə.ƏIiyevin rəhbərliyi altında bu illər ərzində kafedrada görülən işlər sayəsində böyük inkişafın təməli qoyulmuşdur. ATU-nun "Siyasi iqtisad" kafedrası uzun illər "Ən yaxşı kafedra" fəxri adına layiq görülmüş, kollektivin işi əsl nümunə məktəbinə çevrilmişdir. Aqil Əliyev həyat səviyyəsi, istehlak, sosial sahələrin iqtisadiyyatı problemlərinə dair sanballı elmi araşdırmaları, kitabları ilə tanınan, uzun illər respublikamızın ali təhsil sistemində məhsuldar və səmərəli fəaliyyət göstərən görkəmli iqtisadçı alimlərdəndir.
Araz Əliyev
Araz Əliyev (kiçik çavuş)
Arif Əliyev
Əliyev Arif Aslan oğlu (31 avqust 1960, Qazax) — jurnalist, ictimai əlaqələr sahəsi üzrə mütəxəssis. == Həyatı == Arif Əliyev 31 avqust 1960-cı ildə anadan olmuşdur. 1983 — Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunmuşdur; 1996–2005 — ABŞ-də, İngiltərədə, Niderlandda, Almaniyada, Fransada bacarıqları yaxşılaşdırmaq üçün xüsusi seminarlar və proqramlar hazırlamışdır; 1983–1986 — Azərinformun xüsusi müxbiri; 1986–1988 — "Azərbaycan gəncləri" qəzetinin bölmə müdiri; 1989–1991 — "Azadlıq"ın baş redaktor müavini, "Xəzər" jurnalının baş redaktoru; 1991–1992 – "TURAN"ın məlumat-nəşriyyat müəssisənin baş müdiri; 1992–1993 – Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi; 1994–1995 – Xəzər Universitetinin müəllimi; 1995 – "Yeni Nəsil" Azərbaycan Jurnalistlər İttifaqının sədri; 1998 – Bakı Mətbuat Klubunun prezidenti; 2005 – "Gün" qəzeti idarə heyətinin sədri; Bakı Mətbuat Klubunun və Azərbaycan Mətbuat Sovetinin yaradılması üzrə layihənin müəllifidir. "Media açarı" Jurnalist mükafatının təsisçisidir. Qəzet və jurnallarda 800-dən artıq publisistik məqaləsi çap olunub, televiziya və radio verilişlərinin, sənədli filmlərin müəllifidir. 9 kitabın müəllifi və tərtibatçısıdır. 2017-ci ildən Ayna TV-nin "Aynada" verilişinin iştirakçılarından biridir.
Asif Əliyev
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.
Aslan Əliyev
Aslan Elman oğlu Əliyev (23 sentyabr 2001; Hacıalılı, Göyçay, Azərbaycan — 7 noyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgər'i, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aslan Əliyev 23 sentyabr 2001-ci ildə Göyçay rayonunun Hacıalılı kəndində dünyaya gəlib. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Aslan Əliyev Hadrutun azad edilməsində savaşıb. 7 noyabr 2020-ci ildə Xocavənd istiqamətində qəlpə yarasından həlak olmuşdur. Göyçayda dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aslan Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Aslan Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Aypara Əliyev
Aypara Nəsrəddin oğlu Əliyev (1958 və ya 1959 – 25 noyabr 1995, Bakı) — Azərbaycan tarixçisi, Azərbaycan Sosial Demokrat Partiyası sədrinin sabiq müavini, qiyamçı Surət Hüseynovun mətbuat katibi və köməkçisi. == Həyatı == Aypara Əliyev ixtisasca tarixçi olmuş, Azərbaycan Dövlət Aqrar Universitetində dosent kimi çalışmışdır. Əliyev 7 oktyabr 1994-cü il tarixində Surət Hüseynovun başçılıq etdiyi oktyabr hadisələrində iştirakına görə həbs edilmişdir. O, qiyamla bağlı dövlətə xəyanətdə, "xüsusən təhlükəli dövlət cinayətlərinin törədilməsinə yönəlmiş təşkilatlanma" fəaliyyətində, o cümlədən qanunsuz silahlı birləşmələr yaratmaqda ittiham olunmuşdur. Əliyevə qarşı mənimsəmə və sənədləri saxtalaşdırma maddələri ilə də, o cümlədən "Nicat" xeyriyyə fondunu qeydiyyata almaq üçün saxta sənədlər hazırlamaqda və cəmiyyətdən külli miqdarda pul oğurlamaqda da ittiham olunmuşdur. İddia olunur ki, o, prokurorluğun və Gəncə Şəhər Sovetinin icazəsi olmadan həbs edilmişdir. Əliyev sonda Gəncədən Bakıdakı istintaq təcridxanasına köçürülmüşdür. O, həbsxanada sağlamlıqdakı problemlər səbəbindən 22 oktyabr 1995-ci il tarixində komaya düşmüşdür. Əliyev 25 noyabr 1995-ci tarixində, 36 yaşında Penitensiar xidmətin Müalicə Müəssisəsində vəfat etmişdir. Qeyri-rəsmi mənbələrə görə, o, qaraciyər serrozundan, böyrək çatışmazlığından, ayaq və qarnında şişkinlikdən əziyyət çəkirmiş.
Ağadadaş Əliyev
Ağadadaş Əliyev (16 oktyabr 1940, Bakı) — Azərbaycan kimyaçısı, texnika elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki. == Həyatı == Ağadadaş Əliyev 1963-cü ildə Azərbaycan Sənaye İnstitutunun mexanika fakültəsini bitirmiş, 1969-cu ildə namizədlik, 1985-ci ildə isə "Qeyri stasionar katalitik proseslərin modelləşdirilməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Professor A. Əliyev kimyəvi kinetika və kataliz, kimya texnologiyasının proses və aparatları ixtisasları üzrə görkəmli alimdir. Professor A. Əliyevin elmi-tədqiqat işləri 678-ə qədər elmi əsərdə, o cümlədən 60 müəlliflik şəhadətnaməsində və patentdə öz əksini tapmışdır. Onun rəhbərliyi ilə 45 fəlsəfə doktoru,4 elmlər doktoru hazırlanmışdır. Azərbaycan AMEA-nın həqiqi üzvüdür. == Fəaliyyəti == === Əsas elmi nailiyyətləri === Qeyri–stasionar aktivliyə malik katalizatorların iştirakı ilə gedən proseslərin modelləşdirilməsi, intensivləşdirilməsi və optimal layihələşdirilməsinin nəzəri əsasları yaradılmışdır. Alifatik spirtlərin, kiçik molekula çəkili olefin və parafin karbohidrogenlərin məqsədyönlü selektiv oksidləşməsi reaksiyaları üçün metalseolit katalizatorlarının seçilməsinin elmi əsasları işlənib hazırlanmışdır. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı — 690dir. Onlardan bəziləri: A. M. Aliyev, Z. A. Shabanova, U. M. Najaf-Guliyev.
Bahadur Əliyev
Bahadur Atabala oğlu Əliyev (24 fevral 1933, Sığıncaq, Masallı rayonu – 16 sentyabr 2002, Sumqayıt) — Azərbaycan aktyoru. == Həyatı == Bahadur Əliyev 24 fevral 1933-cü ildə Masallı rayonunun Sığıncaq kəndində anadan olub. 1956-cı ildə İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsini bitirib. 1957–1959-cu illərdə "Kölgələr sürünür", "Bir məhəllədən iki nəfər", "Onun böyük ürəyi" və "Onu bağışlamaq olarmı?" filmlərində kiçikplanlı rollarda çəkilib. "Mozalan" satirik kinojurnalının bir çox bədii süjetlərində rol alıb. 2002-ci il sentyabrın 16-da günorta radələrində Sumqayıt şəhərində yolda ürək çatışmazlığından infarkt keçirərək vəfat etmişdir. == Filmoqrafiya == Alıcının sərgüzəşti (film, 1976) Arzu (film, 1972) Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) – rol: Eyvaz Babək (film, 1979) Bağ mövsümü (film, 1985) Bakıda küləklər əsir (film, 1974) Bəyin oğurlanması (film, 1985) Bir cənub şəhərində (film, 1969) Bir məhəllədən iki nəfər (film, 1957) Bizim Cəbiş müəllim (film, 1969) Bizim küçə (film, 1961) Bizim küçənin oğlanları (film, 1973) Böyük dayaq (film, 1962) Buyruq və quyruq (film, 1972) Çarə (film, 1981) Cazibə qüvvəsi (film, 1964) Zirvə (film, 1964) Dağlarda döyüş (film, 1967) Dairə (film, 1985) Dərviş Parisi partladır (film, 1976) Əla kəsici (film, 1975) Əmək və qızılgül (film, 1962) Ən vacib müsahibə (film, 1971) Əsl dost (film, 1959) Evlənmək istəyirəm (film, 1983) Firəngiz (film, 1975) General (film, 1970) Gözbağlıcılar (film, 1973) Gözlə məni (film, 1980) Həyat bizi sınayır (film, 1972) İşgüzar səfər (film, 1982) İstintaq davam edir (film, 1966) İyirmialtılar (film, 1966) Jonqlyor (film, 1986) Kontor (film, 1978) Kölgələr sürünür (film, 1958) Qanun naminə (film, 1968) Qatır Məmməd (film, 1974) Qəribə əhvalat (film, 1960) Qoy dolanaq… (film, 1972) Leylək gözləyir (film, 1977) Maqarıç (film, 1973) Mən ki gözəl deyildim (film, 1968) Məşədi İbad-80, yaxud köhnə tanışlar (film, 1980) Möcüzələr adası (film, 1963) Mühazirə (film, 1986) Nizami (film, 1982) O qızı tapın (film, 1970) Ömrün ilk saatı (film, 1973) Onu bağışlamaq olarmı? (film, 1959) Onun böyük ürəyi (film, 1958) Özgə ömür (film, 1987) Rəqiblər Romeo mənim qonşumdur (film, 1963) Səhər (film, 1960) Sehrli xalat (film, 1964) Səmt küləyi (film, 1973) Şerəli və Aybərçin (film, 1989) Şir evdən getdi (film, 1977) Sevinc buxtası (film, 1977) Sizi dünyalar qədər sevirdim (film, 1985) Sizi, kiçik toy məclisinə dəvət edirik. (film, 1979) Skripkanın Sərgüzəşti (1972) Telefonçu qız (film, 1962) Təxribat (film, 1989) Torpaq. Dəniz.
Bulbophyllum elliae
Bulbophyllum elliae (lat. Bulbophyllum elliae) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.