Aslan Elman oğlu Əliyev (23 sentyabr 2001; Hacıalılı, Göyçay, Azərbaycan — 7 noyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgər'i, İkinci Qarabağ müharibəsi şəhidi.[1][2]
Aslan Əliyev | |
---|---|
Aslan Elman oğlu Əliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Hacıalılı, Göyçay, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Xocavənd, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Göyçay |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2020, 2021 |
Aslan Əliyev 23 sentyabr 2001-ci ildə Göyçay rayonunun Hacıalılı kəndində dünyaya gəlib.[3]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Aslan Əliyev Hadrutun azad edilməsində savaşıb. 7 noyabr 2020-ci ildə Xocavənd istiqamətində qəlpə yarasından həlak olmuşdur. Göyçayda dəfn edilib.[4]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aslan Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Aslan Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[6]