Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi, ikinci şəxs. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum. Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir.
Əli Əsğər Əli oğlu
Erməni silahlılarının Azəbaycanın dinc əhalisinə hücumları
== Ermənilərin Azəbaycanın dinc əhalisinə hücumları == === 1988 (6 ölü) === 15 may 1988-ci ildə Kəlbəcər rayonunun Kapalı yaşayış məntəqəsində X. İsmayılovanın evi partladılmış, nəticədə 3 nəfər həyatını itirmişdir. 1988-ci ilin yayında Xankəndi şəhərində uşaq xəstəxanasında rentgenoloq işləyən əslən ağdamlı şəxs erməni milliyyətindən olan iş yoldaşı tərəfindən xəstəxananın həyətində döyülmüş, nəticədə həyatını itirmişdir. iyul 1988-ci ildə Xocavənd rayonunda yaşayan azərbaycanlıların həyətyanı sahəsinə əl qumbarası atılması nəticəsində 2 partlayış hadisəsi baş vermiş, nəticədə 2 nəfər həyatını itirmişdir. === 1989 (12 ölü və 7 yaralı) === 28 iyun 1989-cu ildə Xocalı rayonunun Bədərə yaşayış məntəqəsindən eyni rayonun Meşəli yaşayış məntəqəsinə gedən şosse yoluna qoyulmuş partlayıcı qurğu işə düşmüş, nəticəsində maşında olan 6 nəfər ağır yaralanmışlar. 16 oktyabr 1989-cu ildə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində 2 nəfər evə qayıdan zaman hücuma məruz qalmış, nəticədə 2-sidə qətlə yetirilmişdir. 19 oktyabr 1989-cu ildə Culfa rayonunun Ərəfsə yaşayış məntəqəsi yaxınlığında 2 nəfər — Q. Bayramov və İ. Qafarov qətlə yetirilmişdir. 14 noyabr 1989-cu ildə Qubadlı rayonunun Seytas yaşayış məntəqəsi yaxınlığında 1 nəfər — Babaşov qətlə yetirilmiş, azyaşlı X. Əliyev isə yaralanmışdır. 17 noyabr 1989-cu ildə Hadrut rayonunun Tuğ yaşayış məntəqəsində IX sinif şagirdi T. Süleymanov qətlə yetirilmişdir. 24 noyabr 1989-cu ildə Xocavənd rayonunun Qaradağlı yaşayış məntəqəsində 3 nəfər qətlə yetirilmişdir. 29 noyabr 1989-cu ildə Qubadlı rayonunda 3 nəfər — Q. Ələsgərov, T. Hümbətəliyev və Mehdiyev qətlə yetirilmişlər.
Akif Əli
Akif Əli — Azərbaycan yazıçısı, filoloq alim, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri (1994–2019). Əməkdar jurnalist, 2-ci dərəcə Dövlət müşaviri. == Həyatı == ƏLİ Akif Əli oğlu — 22 fevral 1952-ci ildə Azərbaycanın Şuşa şəhərində doğulub. Atası – hüquqşünas Əli Məhərrəmov (1924–1977) uzun illər respublikanın prokurorluq və məhkəmə sistemində çalışıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü olub. Anası – Şəhla Məhərrəmova (1928–2008) evdar qadın olub. Akif ƏLİ Bakı ş. 16 №-li orta məktəbi (1970), M. F. Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu (1974), "Azərbaycanfilm" k/st nəzdində Kinoaktyorluq kurlarını (1974) və Bakı Ali Partiya Məktəbini (1989) bitirib. == Yaradıcılıq fəaliyyəti == Uzun illər ədəbi-bədii yaradıcılıqla məşğul olaraq, kino, radio, televiziya, elm, təhsil, mətbuat, həmçinin Dövlət qulluğu sahələrində işləyib. İlk əmək fəaliyyətinə "Azərbaycanfilm"də dahi sənətkar Rəşid Behbudovun iştirakı ilə çəkilən "1001-ci qastrol" filmində rejissor assistenti kimi başlayıb. Sonra kinoaktyor kimi bədii filmlərdə baş rollara dəvət olunaraq, kinoda yaddaqalan obrazlar yaradıb: Rüstəm — "Uzun müharibədə qısa görüşlər" ("Tacikfilm" — "Lenfilm"), Tapdıq — "Tütək səsi", Fazil müəllim — "Arxadan vurulan zərbə", Məmməd — "Əgər biz biryerdəyiksə" ("Azərbaycanfilm"); və b.
Aşıq Əli
Aşıq Əli İmamquliyev
Bürhan Əli
Bürhan Əli (Bakı – 1549, Bakı) — Şirvanşahlar taxtına iddiaçı şahzadə. == Hakimiyyət üçün mübarizə == Şahruxun əmisi oğlu Bürhanəddin uzun müddət Dağıstanda qaytaqlı qohumlarının yanında qaldıqdan sonra böyük qoşun toplayaraq 1544-cü ildə Əlqas mirzə Səfəvi ilə mübarizə aparmaq üçün Şirvana doğru hərəkət etmişdi. Lakin Əlqas Mirzə onu məğlub edərək Osmanlıya mühacirət etməsinə səbəb oldu. Bürhan Əlinin köməyilə öz düşməni Səfəvilərlə mübarizə aparmağa və Şirvanı tutmağa ümid edən sultan onu böyük ehtiramla qarşıladı. Sultan Süleyman ona silahlı qüvvə verdi. Lakin Bürhanəli Şirvana yaxınlaşarkən bəylərbəyinin böyük orduya malik olması haqda xəbər aldı. Buna görə də, o, sultanın qoşunlarını Osmanlıya qaytardı, özü isə Dağıstana gedərək Şirvana yenidən yürüş etmək üçün məqam gözləməyə başladı. 1548-ci ildə Sultan Süleyman Qanuni böyük ordu ilə Azərbaycana, I Təhmasibin üzərinə yürüş etdi. Təhmasib ölkənin içərilərinə çəkildi. Bürhanəli Dağıstandan hərəkət edərək sultan qoşunları ilə birləşdirdi.
Ceyhun Əli
Ceyhun Yusif oğlu Əliyev və ya Ceyhun Əli (16 fevral 1984, Salyan rayonu) — azərbaycanlı aparıcı, spiker, moderator, telejurnalist, dövlət qulluğunun kiçik müşaviri, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis. == Həyatı == Ceyhun Əli 1984-cü ildə fevralın 16-da Salyan rayonunda anadan olub. 1991–1995-ci illərdə Bakı şəhərinin 20 saylı liseydə, 1995–2001-ci illərdə Respublika İncəsənət Gimnaziyasında Səhnə danışığı — Nitq mədəniyyəti ixtisası üzrə təhsil alıb. Ali təhsilini 2001–2006-cı illərdə Bakı Slavyan Universitetinin Filologiya fakültəsində alıb. Rus, ingilis, türk dillərində sərbəst danışır. 2009-cu ildə Almaniyanın Deutsche Welle Akademie / akademiyasının "Konflikt-sensetiv jurnalistika" üzrə beynəlxalq sertifikatını alıb. == Fəaliyyəti == Əmək fəaliyyətinə 2004-cü ildə başlayıb. 2004–2006-cı illərdə ANS Müstəqil Teleradio Şirkətində diktor, aparıcı, reportyor, xüsusi müxbir vəzifələrində çalışıb. 2006-cı ildən Azad Azərbaycan Müstəqil Teleradio Yayım Şirkətində diktor, aparıcı, reportyor, xüsusi müxbir, İctimai-Siyasi Proqramlar Departamentinin redaktor assistenti, redaktoru vəzifələrində çalışmağa başlayıb. Televiziya sahəsində biliklərini artırmaq məqsədi ilə xarici telekanallarda (RTR, Ekspert TV) təcrübə keçmək üçün 2008-ci ildə əmək fəaliyyətinə ara verib.
Dev Əli
Dev Əli – Malazgird döyüşündən sonra Anadoluya köçüb, bu bölgəyə yerləşən türkmən obasının rəisi olaraq bilinir. == Həyatı == Kayseri ilinə bağlı olan Devəli ilçəsinin adı Dev Əlidən qaynaqlanmaqdadır. Türbəsi bu ilçənin Yuxarı Devəli məhəlləsində yerləşir. Sultan Alparslanın qohumu olduğu bilinən Dev Əlinin soyundan gələnlər Devəlioğlu olaraq adlandırılmışdır. Əfsanəyə görə, Dev Əli adı ilə Xıdırellezdən Qala dağına atlanmağı düşünmüş və atlanarkən atınınayaq izləri dağda qalmışdır. Səlcuqlu sülaləsinin mənsub olduğu Oğuzların Qınıq boyundan olmuşdur.
Div Əli
Dev Əli – Malazgird döyüşündən sonra Anadoluya köçüb, bu bölgəyə yerləşən türkmən obasının rəisi olaraq bilinir. == Həyatı == Kayseri ilinə bağlı olan Devəli ilçəsinin adı Dev Əlidən qaynaqlanmaqdadır. Türbəsi bu ilçənin Yuxarı Devəli məhəlləsində yerləşir. Sultan Alparslanın qohumu olduğu bilinən Dev Əlinin soyundan gələnlər Devəlioğlu olaraq adlandırılmışdır. Əfsanəyə görə, Dev Əli adı ilə Xıdırellezdən Qala dağına atlanmağı düşünmüş və atlanarkən atınınayaq izləri dağda qalmışdır. Səlcuqlu sülaləsinin mənsub olduğu Oğuzların Qınıq boyundan olmuşdur.
Fəxrəddin Əli
Fəxrəddin Əli Vəli oğlu (10 may 1938, Nüvədi, Meğri rayonu – 8 fevral 2022, Bakı) — Əlyazmalar İnstitutunun baş rəssamı, miniatür sənətinin peşəkar davamçısı, Əməkdar rəssam. == Həyatı == Fəxrəddin Əli Vəli oğlu 10 may 1938-ci ildə Zəngəzur mahalının Mehri rayonun Nüvədi kəndində sənətkar ailəsində doğulub. 1952-ci ildə yeddiillik kənd məktəbini bitirdikdən sonra Ordubad şəhəri Pedaqoji Məktəbində təhsilini davam etdirib. Əmək fəaliyyətinə İmişli rayonunun Cəfəri kənd orta məktəbində müəllim kimi başlayıb. 1958-ci ildə Bakı Rəssamlıq Məktəbinə, oranı bitirib hərbi xidməti başa vurduqdan sonra isə Rəssamlıq İnstitutuna daxil olub. 1969-cu ildə institutu bitirən gənc rəssamın "Babək" qobeleni diplom işi Moskva XTN sərgisində qızıl medala layiq görülüb. 8 fevral 2022-ci ildə axşam saatlarında vəfat edib. == Rəssamlıq fəaliyyəti == 1970-ci ildə "Həyatın gözəlliyi" adlı tablo ilə respublika sərgisində iştirak edib. Onlarla yağlı boya ilə çəkilmiş əsərləri respublikada və xarici ölkələrdə nümayiş etdirilib. M.Şəhriyarın "Heydərbabaya salam", "Dədə Qorqud", Nizami Gəncəvinin "Xəmsə"si, Saib Təbrizinin "Mehr və müştəri", Nəsrəddin Tusi, Füzuli, Aşıq Veysəl, Yunus Əmrə, M.F.Axundov, M.P.Vaqif, Əliağa Vahid və b.
Hz. Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi, ikinci şəxs. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum. Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir.
Həsən Əli
Həsənəli — Azərbaycanda kişi adı. Bu adı olan tanınmış insanlar Həsənəli Qaraqoyunlu — Qaraqoyunlu dövlətinin sonuncu sultanı və Cahanşah Həqiqinin oğlu. Həsənəli xan Ziyadlı-Qacar — İrəvan xanı Həsənəli bəy Əsgərxanov — şair, polis pristavı, "Georgi" xaçı kavaleri. Həsənəli bəy Vəlibəyov — Qarabağda quberniya katibi, dövlət məmuru. Həsənəli xan Qaradaği — görkəmli Azərbaycan maarifpərvəri, şair, pedaqoq.
Həzrət Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi, ikinci şəxs. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum. Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir.
Həzrəti Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi, ikinci şəxs. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum. Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir.
Kürd Əli
Kürdalı, Kürd Əli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Abaran çayının sahilində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. 1728-ci ilə aid türkcə mənbədə Kürd Əli, lakin həmin vaxta aid ermənicə mənbədə Kurdali kimidir. Kəndin adı ya Əli adlı bir kürd (feodalın), ya da "Kürd eli", yə’ni "Kürd tayfası" mə’nasındadır. == Əhalisi == Kənddə 1873-cü ildə 132 nəfər, 1886-cı ildə 102 nəfər, 1897-ci ildə 143 nəfər, 1908-ci ildə 135 nəfər, 1914-cü ildə 260 nəfər, 1916-cı ildə 249 nəfər, 1918-ci ildə 135 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Leyla Əli
Leyla Əli (30 dekabr 1977) — təqaüdçü Amerikalı peşəkar boksçudur. O, Məhəmməd Əli, əfsanəvi Amerika boksçusunun üçüncü həyat yoldaşı Veronika Porş Əlidən qızıdır. == Həyatı == == İstinadlar == == Qaynaqlar == http://www.eastsideboxing.com/news.php?p=522&more=1 http://forums.doghouseboxing.com/lofiversion/index.php/t112741.html Arxivləşdirilib 2011-07-25 at the Wayback Machine http://www.womenboxing.com/news062204commentsaliwolfe.htm Arxivləşdirilib 2006-11-12 at the Wayback Machine http://www.wban.org/biog/awolfe.htm Arxivləşdirilib 2015-05-07 at the Wayback Machine http://www.talkingboxing.com/interviews/2005/vondawardinterview.html http://www.imdb.com/name/nm0000738/bio http://www.netglimse.com/celebs/pages/laila_ali/index.shtml Arxivləşdirilib 2010-11-18 at the Wayback Machine http://findarticles.com/p/articles/mi_m1355/is_21_95/ai_54727854/ Arxivləşdirilib 2012-01-20 at the Wayback Machine http://proxy.mbc.edu:2380/hottopics/lnacademic/? http://proxy.mbc.edu:2572/entry/blackfirsts/boxing http://www.amazon.com/REACH-FINDING-STRENGTH-SPIRIT-PERSONAL/dp/0786887362 NetGlimse.com (2009). Laila Ali — Biography . Retrieved October 8, 2010 from http://www.netglimse.com/celebs/pages/laila_ali/index.shtml Arxivləşdirilib 2010-11-18 at the Wayback Machine CBS Interactive (2010). Laila Ali FOLLOWS BOXING CAREER OF LEGENDARY FATHER MUHAMMAD ALI. Retrieved October 10, 2010 from http://findarticles.com/p/articles/mi_m1355/is_21_95/ai_54727854/ Arxivləşdirilib 2012-01-20 at the Wayback Machine Andrew Rooney. (2003). Years of Minutes. New York: Essay Productions.
Mirzə Əli
Mirzə Əli (təq. 1510, Təbriz – ən geci 1576) — illüminator, rəssam. == Həyatı == Mirzə Əli 1510-cu ildə Təbrizdə doğulub. 1576-cı ildə vəfat edib. == İstinadlar == == Ədəbiyyat == Welch, S. C. Persian Paintings: Five Royal Safavid Manuscripts of the Sixteenth Century. N-Y. 1976 Dickson M.B./Welch S.C. The Houghton Shahnameh. vol. 1—2, Cambridge, Mass. 1981.
Məhəmməd Əli
Məhəmməd Əli (ing. Muhammad Ali; doğum adı Kassius Marsellus Kley, ing. Cassius Marcellus Clay) — boks tarixçiləri, idman mütəxəssisləri, keçmiş və indiki boksçular və boks azarkeşləri tərəfindən "Bütün zamanların ən böyük boksçusu" olaraq qəbul edilən, ağır çəkidə çıxış etmiş afro-amerikan və irland əsilli əfsanəvi peşəkar ABŞ boksçusu. Dünya Boks Federasiyasının rəsmi səhifəsində bu sözlər yazılmışdır:"Səs birliyi ilə Məhəmməd Əli bütün zamanların gəlmiş keçmiş və gələcək ən böyük boksçusudur". Həmçinin, Məhəmməd Əli dünyada ikonlaşmış xarakterdir. İnsan hüquqları müdafiəçisi və ABŞ-də ilk İslam Təşkilatının liderlərindən biri olmuşdur, eyni zamanda şairdir. O, 1960-cı ildə Romada keçirilən XVII Yay Olimpiya Oyunlarında orta ağır çəkidə (81 kq) boks yarışlarının qalibi olmuşdur. TIME jurnalının açıqladığı "Tarixin ən dahi 100 şəxsiyyəti" arasında adı olan yeganə idmançıdır. Məşhur BBC kanalının apardığı sorğulara və araşdırmalara əsasən Məhəmməd Əli Adolf Hitler, Albert Eynşteyn və Makedoniyalı İsgəndər kimi şəxsiyyətləri geridə qoyaraq bəşər tarixinin ən çox tanınan və bilinən insanı seçilmişdir. Belə ki, Məhəmməd Əlini dünyanın ən inkişaf etmiş ölkələrindən, Afrikanın ən geridə qalmış yerlərinədək hər kəs tanıyır və sevir.
Pir Əli
Pirəli (Urmiya)
Qabar Əli
Qabarəli - İrəvan xanlığının Dərəçiçək mahalında kənd adı. == Tarixi == 1830-cu ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Əsli Kabar eli yə'ni Kabar tayfası. == Toponimi == Mənşəcə Xəzərlərin Kabar (Kəbər) tayfasının adını əks etdirir. Azərbaycanda Kəbirli və Kəlbəcər rayonunda Havarlı (Qabarlıdan təhrif) kənd adları ilə mənşəcə eynidir.
Qara Əli
Qara Əli (türk. Kara Ali) — Osmanlı İmperiyasında yaşamış ən məşhur cəllad. Qara Əlinin yeniyetməlik və gənclik illəri haqqında məlumat yoxdur. XVII əsrin ortalarında yaşadığı və dövrünün ən məşhur cəlladı olduğu məlumdur. Qara Əli özündən əvvəl Osmanlı İmperiyasında cəlladbaşı olmuş cəllad Süleymanın yanında şagird vəzifəsində çalışmışdır. Həmin dövrdə yaşamış cəlladlar bir qayda olaraq qaraçılardan seçilirdi. Qara Əlinin də əslən qaraçı olduğu ehtimal edilir. Qara Əlinin görünüşü haqqında osmanlı mənbələridə bir sıra qeydlər vardır. Onun iri bədənli olduğu söylənilir. Edam zamanı istifadə etdiyi alətləri üstündə gəzirdiyi və Osmanlı sarayında xidmətçilərin görkəminə görə ondan qorxduqları qeyd edilmişdir.
Qul Əli
Qul Əli (tatar. قل علی, Кол Гали, Qol Ğali, çuvaş Кул Али, 1183, İdil Bulqar xanlığı – 1236 və ya 1234, Bilyarsk, Tatarıstan) — XIII əsr şairi, "Qisseyi-Yusif" dastanının müəllifi. == Həyatı == Şair Əlinin şəxsiyyəti, doğulduğu və yaşadığı yer haqqında dəqiq məlumat yoxdur. Şair Qisseyi-Yusif adlı əsərinin sonunda özü haqqında belə yazır "Bunu düzən zəif bəndə, adı Əli Yarlığağıl, əya rəhim, asi qul Yigirmi dörd rəqəm içrə saldı yılı Rəhmətindən mehribanlıq umar imdi." Bu misralardan şairin adının Əli olduğu aydın olur. Lakin təxəllüsü və harda doğulması bilinmir. Diqqətsizlik səbəbindən şair yanlışlıqla "Qul Əli" adlandırılıb. Bu səhv fikir şairin xatırlanan bəndindəki "asi quli", yəni "günahkar bəndəni" ifadələrinə istinadən söylənilib. Əslində buradakı "Qul" elementi sənətkarın ləqəbi və ya təxəllüsü, daha doğrusu, ad-titul komponenti olmayıb Allahın "bəndəsi, qulu" mənasındadır. Digər tərəfdən ədəbiyyatşünaslıqda onun milli mənsubiyyəti, yaşadığı ədəbi mühit və məkan barədə fərqli mülahizələr mövcuddur. Məsələn, "Qisseyi-Yusif"i tədqiqatçı alimlərdən X. Fleyşeir tatar-oğuz, M, Xautsma, H. Həziz Orta Asiya, K. Brokkelman qədim osmanlı, M. F. Köprülüzadə, Е. Bertels və Əmir Nəcib Xarəzm, Ş. Mərcani, B. Yafarov, Y. Aqişev və X. Usm""anov bulqar, B. Perc tatar abidəsi hesab edirlər.
Qurban Əli
Qurban Əli (bilinmir – 1550, Nargin adası, Abşeron rayonu) — Şirvanşah şahzadəsi. == Hakimiyyət uğrunda mübarizə == Haqqında çox məlumat yoxdur. Abdulla xan tezliklə Şirvanlıların yeni bir üsyanını yatırmalı oldu. Şirvan zadəganları Mehrabın qohumu Qurbanəlinin başçılığı ilə üsyan qaldıraraq, Xəzər dənizi adalarından birindəki Derov kəndinə qaçdılar. Abdulla xan çoxlu qızılbaş döyüşçüsü ilə üzərək adaya çatmış, onlara hücum edərək Qurbanəlinin və üsyançıların əksəriyyətini öldürmüş, onların mallarını ələ keçirib Şamaxıya qayıtmışdır.
Səbahəddin Əli
Səbahəddin Əli (25 fevral 1907[…] – 2 aprel 1948[…], Kırklareli) — Türkiyə şairi və yazıçısı. == Həyatı == Səbahəddin Əli (1907–1948) hekayə və roman yazarı kimi tanınır. Hazırda Bolqarıstan ərazisində qalan Eğridere qəsəbəsində əsgər ailəsində anadan olub. Atası ilə Çanaqqala döyüşü zamanı Edremitə köçür. Burada 1918–1921 illəri arası ibtidai təhsil alır. Atası yunan işğalı dövrü burada ticarətlə məşgul olur. Gənc yaşında içinə düşdüyü bu Anadolu kənd və qəsəbələri ilk romanı Kuyucaklı Yusif üçün qaynaq olur. 1922-ci ildə Balıkesir Müəllim Məktəbinə girir. Burada şeir və hekayələr yazır. Sinif yoldaşları ilə bir sinif qəzeti çıxarırlar.
Səhranın əli
Səhranın əli (isp. Mano del desierto) — Antofaqasta bölgəsində (Çili) Pan-Amerika magistralının 5-ci şossesindən 400 metr məsafədə, Atakama səhrasında heykəldir. Heykəl insanın sol ovcunun sanki torpaqdan çıxmış vəziyyətini əks etdirir. Heykəlin hündürlüyü 11 metrdir. Müəllifi çilili Mario İrarrasabaldır. Müəllifin fikrində onun əsəri insan haqsızlığını, tənhalığını, dərd və əzabını və belə nəzərə çarpan ölçüdə olası — acizliyi və köməksizliyi ifadə etməlidir. Tikinti materialı polad karkasüzərində betondur. Açılış 1992-ci il martın 28-də baş tutmuşdur. Heykəl çəkilişlər üçün məşhur yerdir və bir çox reklam roliklərində və musiqi kliplərində çəkilib. "Əl" tez-tez qraffiti ilə boyanır, buna görə də səlahiyyətlilər onu müntəzəm olaraq təmizləyirlər, xüsusən də 2013-cü ildə Ümumdünya Turizm Gününün qeyd edilməsi çərçivəsində Antofaqastanın səlahiyyətliləri və ölkənin Turizm Nazirliyi 20 könüllünün köməyi ilə onun təmizlənməsini təşkil etdilər.
Ding
Ding — çəltiyi qılafdan təmizləmək üçün nisbətən geniş yayılmış döyüm alətlərdən biri. Azərbaycanda tarixən dingin ayaq və əl dingi olmaqla iki əsas növü yayılmışdır. Ding yerli ustalar tərəfindən palıd, qoz, şabalıd və möhkəm oduncaqlı ağac növlərindən hazırlanırdı. Ayaq dinginin qabaq hissəsində girdə çala, arxa hissəsində bir cüt qol olurdu. Ding ağacı ox vasitəsilə həmin qolların arasına salınır və təpmə yolu ilə qaldırılıb-endirilirdi. Dibəyin dişli dimdiyi çalaya doldurulmuş çəltiyə dəydikcə onu qılafdan ayırıb təmizləyirdi. Çəltiyi vaxtı ilə su dingi vasitəsilə də döyüb təmizləmişlər. Bu tip dinglər Azərbaycanın bütün çəltikçilik bölgələrində geniş yayılmışdı. Quruluşuna və istehsal gücünə görə su dingi ayaq dingindən fərqlənirdi. Su dingi nov, pər (su çarxı), şapalaqlı ox, ding qolu, döyəc və 5-6 ədəd girdə çaladan ibarət düzəldilirdi.
Linc
Linç mühakiməsi — linç heç bir ədalətli mühakimə olmadan insanlara verilən cəzadır. Heç bir məhkəmə falan olmadan insanlara cəza verilir ya da öldürülür. Bu cəza üsulu ilk dəfə XVIII əsrdə ABŞ-də tətbiq olunub. ABŞ-də adətən zəncilərə və inqilabçı fəhlələrə vəhşicəsinə divan tutulur, məhkəməsiz cəza verilirdi. Söz olaraq həmin əsrdə yaşamış Çarlz Linç`in adından götürülüb. Ən çox Şərq ölkələrində tətbiq olunur.
Dina
Dina — qadın adı. Dina Qorina — Azərbaycanı təmsil edən bədii gimnast. Dina Ulyanova — Azərbaycanı təmsil edən basketbolçu. Dina Lebo Falula — Cənubi Afrika Respublikasını təmsil edən marafonçu. Dina Tumarkina — Azərbaycan teatr aktrisası Dina Qəhrəmanova — azərbaycanəsilli, Kanada qadın şahmatçısı. Dina Qaripova — Tatarıstan Respublikasının əməkdar artisti.
Din
Din – üzvlərinə bir bağlılıq məqsədi, fərdlərin hərəkətlərinin fərdi və ictimai nəticələrini mühakimə edə biləcəkləri bir davranış qaydaları bütün və fərdlərin qruplarını və kainatı açıqlaya biləcəkləri bir düşüncə çərçivəsi verən bir sistemidir. Din – Din mütləq yaradıcıya ibadət sistemi deyil, daha çox həyat tərzidir. Tanrısız dinlər də vardır. Buddizm onlardan biridir. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. "Sivilizasiyalar toqquşmasının" hökm sürdüyü müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir. Dünya birliyi tərəfindən hər bir dinə hörmət bəsləmək kimi önəmli bir dəyər cəmiyyətin bütövlüyünün əsas şərtlərindən biri olaraq qəbul edilməklə yanaşı, praktikada bu dəyərin heç də hər zaman nəzərə alınmadığı görünməkdədir. Amma mövcud şəraiti düzəltmək, insanlara dini dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı dövlətlərin, eləcə də beynəlxalq təşkilatların vəzifələrindən birinə çevrilmişdir. Din Allah tərəfindən insanları dünya və axirət səadətinə qovuşduran ilahi inanc sistemidir.
Qafqaz Xalqları Ali Dini Şurası
Qafqaz Xalqları Ali Dini Şurası (rus. Высший религиозный совет народов Кавказа, ing. Supreme Religious Council of the Peoples of the Caucasus) ― dini təşkilat. 1992-ci ilin sentyabrında Qroznı şəhərində keçirilən din xadimlərinin ümumi toplantısında təsis olunmuş və onun mərkəzi iqamətgahının Bakıda yerləşməsi ilə bağlı qərar qəbul edilmişdir. Şuranın sədri vəzifəsinə Azərbaycan, Gürcüstan, Dağıstan, Kabarda-Balkar, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz və Adıge Respublikasının din xadimləri tərəfindən yekdilliklə Şeyxülislam Allahşükür Paşazadə seçilmişdir. 2003-cü ilin 28 iyulunda Qafqaz Xalqlarının Ali Dini Şurasının Bakıda keçirilən iclasında isə Şeyxülislam Allahşükür Paşazadə Ali Dini Şuranın ömürlük sədri seçilmişdi. == Tarixi == Qafqaz Xalqları Ali Dini Şurası 1992-ci ilin sentyabrında Qroznı şəhərində keçirilən din xadimlərinin ümumi toplantısında təsis olunmuş və onun mərkəzi iqamətgahının Bakıda yerləşməsi ilə bağlı qərar qəbul edilmişdir. Şuranın sədri vəzifəsinə Azərbaycan, Gürcüstan, Dağıstan, Kabarda-Balkar, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz və Adıge Respublikasının din xadimləri tərəfindən yekdilliklə Şeyxülislam Allahşükür Paşazadə seçilmişdir. 2003-cü ilin 28 iyulunda Qafqaz Xalqlarının Ali Dini Şurasının Bakıda keçirilən iclasında isə Şeyxülislam Allahşükür Paşazadə Ali Dini Şuranın ömürlük sədri seçilmişdi. Qafqaz Xalqları Ali Dini Şurası özündə Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Şurasını, Rusiya Federasiyasının Qaraçay-Çərkəz, Çeçenistan, Dağıstan, Kabardin-Balkar, Şimali Osetiya (Alaniya) Kalmıkiya, Adıgey və Krasnodar Respublikalarını habelə xristian və yəhudi icmalarını birləşdirir.
Mirzə Əli Ləli
Mirzə Əli Ləli və ya Mirzə Əlixan İrəvani (1845, Təbriz və ya İrəvan, Gürcüstan-İmeretiya quberniyası – 1907, Tiflis və ya Təbriz) — azərbaycanlı şair, həkim. == Həyatı == Mirzə Əli Ləli 1845-ci ildə Təbrizdə dünyaya gəlib. Ata-anası əslən irəvanlı olub. Təbriz mədrəsələrində təlim-tərbiyə alıb. Ərəb və fars dillərini öyrənib. Təbrizdə əttarlıq dükanı açıb və bir müddət ticarətlə məşğul olub. Sonra o dövrün məşhur həkimlərindən təbabət elmini öyrənib. Bu sahədə biliklərini təkmilləşdirmək üçün Tehrana gedib. Sonra Təbrizə qayıdaraq həkimlik etməyə başlayıb. Öz bilik və təcrübəsini artırmaq üçün Misirə, İstanbula, hətta Avropanın bəzi şəhərlərinə səfərlər edib.
Abidin Dino
Abidin Dino (23 mart 1913, Konstantinopol, Osmanlı imperiyası – 7 dekabr 1993, Paris) — rəssam, yazıçı və siyasətçi. == Həyatı == Abidin Dino 1913-cü ildə İstanbulda doğulub. Uzun müddət xaricdə yaşayan Abidin paralel olaraq yazıçı və siyasətçi kimi də tanınırdı. Birinci Dünya müharibəsi başlayan zaman Avropada səyahətdə olan Abidinin ailəsi Cenevrə şəhərinə gedir. Sənətsevər bir ailənin və çevrənin içində böyüyən rəssamın sənətə olan həvəsi erkən yaşlarında başlamışdı. Ailəsi ilə bir müddət Fransada yaşadıqdan sonra 1925-ci ildə İstanbula qayıdan Dino Robert Kollecinə qəbul olur. Amma dərs oxumağa o qədər də həvəsli deyildi. Belə ki, rəsm, karikatura çəkməyə dərslərindən daha çox vaxt ayırırdı. Get-gedə oxumağı ataraq karikatura və rəsmlərinin sayını artırır və ədəbiyyatla dərindən məşğul olur. Abidinin ədəbiyyata olan marağı, rəssamlığa olan sevgisindən fərqli deyildi.
Aton dini
Aton dini və ya Atonizm – tarixdə məlum olan ilk monoteist din. Qədim Misirdə 18-ci sülalənin hakimiyyəti dövründə sonradan özünü Exnaton adlandırmış firon IV Amenhotep tərəfindən yaradılmışdır. Bu din e.ə. XIV əsrdə təxminən 20 il müddətinə Qədim Misir dövlətinin rəsmi dini olmuşdur. "Tanrı uludur, birdir, təkdir. Ondan başqası yoxdur. Odur hər varlığı Yaradan. Bir ruhdur Tanrı, görünməyən bir ruh. Ta əzəldən var idi Tanrı. Heç bir şey yox ikən O vardı.
Bəhai dini
Bəhai Dini — bütün bəşəriyyətin birliyi prinsipini vurğulayan müstəqil monoteist dindir. Bu dinin təməlini üç əsas prinsip təşkil edir: Allahın birliyi — Allah bütün yaradılışın yeganə mənbəyi və ilkin səbəbidir; İlahi dinlərin birliyi — tək Allahın tək bir dini var və o minilliklər ərzində təkamül etmişdir; bəşəriyyətin birliyi — bütün insanlar eyni Allah tərəfindən bərabər yaradılmışdır, insanlar arasındakı irqi, milli, mədəni müxtəlifliklər bəşəriyyətin zənginliyidir və müxtəliflikdə birlik təqdirəlayiq və alqışlanandır. Bəhai dini təlimlərinə görə insanın məqsədi Allahı, tək yaradanı, Həqiqi dostu tanımaq və Ona sevgi bəsləməkdir, hansı ki, bu özünü gündəlik fəaliyyətdə, insanlığa xidmətdə və fərdi ibadətdə göstərməlidir. Bəhai dini 19-cu əsrdə İranda meydana gəlib, bu dinin peyğəmbəri Bəhaullahdır. Bəhaullah öz fikirlərinə və yaydığı təlimə görə İrandan Osmanlıya sürgün olunub və demək olar ki, həyatının sonunadək burada məhbus həyatı yaşayıb. Bəhaullahın vəfatından sonra onun böyük oğlu Əbdül-Bəha bu təlimləri inkişaf etdirməkdə davam edir, onun dövründə Bəhai dini İran və Osmanlının sərhədlərini aşır, Avropa və Amerikaya yayılmağa başlayır, həmçinin İranda getdikcə daha da möhkəmlənir və eyni zamanda güclü təqiblərə məruz qalır. Əbdül-Bəhanın vəfatından sonra Bəhai dininin inkişafı yeni mərhələyə qədəm qoyur, Bəhai dini tarixində Şəhadət dövrü başa çatır və Quruculuq əsri (1921–2021) başlayır, hansı ki son nəticədə Bəhaullahın öngördüyü Ümumdünya Ədalət Evinin yaranması və Dinin dünyanın bütün məntəqələrinə yayılması ilə nəticələnməli idi. Hal-hazırda dünyanın 200 ölkə və vilayətində təqribən 5 milyonadək bəhai var. Bu dini qəbul etmiş şəxslərin nüməyəndəsi olduğu millətlərin, xalqların və etnik qrupların sayı 2100-ü keçmiş, Bəhai dini ədəbiyyatı 800-dən çox dilə tərcümə edilmişdir. Bəhai dininə görə, ruhani tarixi silsilə Allah Elçilərinin gəlişi ilə formalaşır, bu Peyğəmbərlərin dini təlimi zamanın tələbinə və insanlığın qabiliyyətinə uyğun vəhy olunur.
Compact Disc
Sıxılmış Disk (ing. Compact Disc-CD) — 1980-ci illərin əvvəlində musiqinin rəqəmli formada saxlanmasını təmin etmək üçün Phillips, PolyGramm və Bayer şirkətlərinin birgə iştirakı ilə yaradılmış optik informasiya daşıyıcısıdır. Sonralar CD-nin formatı genişləndirilərək başqa verilənləri də saxlamağa şərait yaradılır. Ondan bəri CD. ROM kimi bu disklər kompüterlərdə də verilənləri saxlamaq və nəql etmək çünü tətbiq olunur. == Tarixi haqqında == 7 iyul 1964-cü ildə dünyada ilk multimedialı kompakt-disk işıq üzü görmüşdür. Bu diskə "The Beatles" qrupunun "Ağır günün gecəsi" (A Hard Day’s Night) adlı tam metrajlı filmi yazılmışdı. Kompakt disk 1979-cu ildə Phillips və Sonz tərəfindən işlənmişdir. Phillips özünün öncədən sahib olduğu lazer disklərinin əsasında yeni istehsal prosesi işləyir. Sony öz sırasında rəqəmli profesional maqnitafonlarda işlədilən informasiyanın yazılma formatını — PCM-i (Pulse Code Modulation) daxil edir. 1982-ci ildə Hannover yaxınlığındakı zavodda kompakt disklərin kütləvi istehsalına başlanır.
Dina Qaripova
Dinə Fəhim qızı Qaripova (tatar. Динә Фәһим кызы Гарипова; 25 mart 1991, Zelenodolsk, Tatarıstan) — tatar Rusiya müğənnisi, Rusiya "Birinci" kanaldakı "Голос" (azərb. «Səs»‎) müsabiqəsin qalibi, Tatarıstan Respublikasının əməkdar artisti. Dina 2013 Avroviziya Mahnı Müsabiqəsində Rusiyanı "What If" mahnısı ilə təmsil edib və Rusiyaya 5-ci yeri qazandırıb.
Dina Qorina
Dina Qorina (1 noyabr 1987, Bakı) — Azərbaycanı təmsil edən bədii gimnast. == Karyerası == Dina Qorinanın da olduğu Azərbaycan qrupu 2007-ci ildə Patras şəhərində (Yunanıstan) baş tutan Dünya Çempionatını onuncu pillədə başa vurdu və olimpiya lisenziyasına sahib oldu. Dina Qorina Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovada ibarət qrup beş iplə turnirdə 15.575 balla 8-ci pillədə qərarlaşdı. Avqustun 22-də 3 halqa/2 gürzlə turnirdə çıxış edən qrup turniri 15.875 balla 7-ci pillədə başa vurdu. Ümumi nəticədə isə Azərbaycan qrupu 31.450 balla 12 qrup sırasında 8-ci pillədə qərarlaşdı və olimpiadanın final mərhələsinə vəsiqə qazandı. Final mərhələsində qrup əvvəl beş iplə turnirdə mübarizə apardı. Nəticədə Azərbaycan gimnastları 16.075 balla turniri altıncı pillədə başa vurdu. 3 halqa/2 gürzlə turnirdə Azərbaycan qrupu 15.500 balla turniri yeddinci pillədə başa vurdu. Ümumi nəticədə isə Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovadan ibarət qrup Olimpiya Oyunlarında 31.575 balla yeddinci pillənin sahibi oldu.
Dina Tumarkina
Dina İosifovna Tumarkina (16 avqust 1932, Odessa) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1981), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972). == Həyatı == Dina Tumarkina 16 avqust 1932-ci ildə Odessada anadan olmuşdur. O, Odessa Texnologiya İnstitutunda və M. E. Tilker adına Odessa teatr studiyasında təhsil almışdır. 1955-ci ildə Bakıya köçmüş, yarım il Gənc Tamaşaçılar Teatrının, 1956-cı ildən isə Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olmuşdur. Dina Tumarkina bu teatrdakı 34 illik yaradıcılıq fəaliyyəti ərzində 150-dən artıq rol ifa etmişdir. Aktrisa 1990-cı ilin əvvəlindən İsraildə yaşayır. O, buradakı müxtəlif teatrlarda 6-ı ivrit dilində olmaqla, 11 rol ifa etmişdir. == Təltif və mükafatları == "Azərbaycan SSR xalq artisti" fəxri adı — 10 aprel 1981 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 7 fevral 1972 Azərbaycan SSR Dövlət mükafatı — 1972 (S. Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında "Komandorun addımları" tamaşası üçün) SSRİ Mədəniyyət Nazirliyinin fəxri fərmanı ("Dairəni genişləndirin" tamaşasında qadın rolunun ifasına görə) == İfa etdiyi əsas rollar == Dina Tumarkinanın repertuarında iradəli və işgüzar qadın obrazları yer tutmuşdur. Onun ifa etdiyi əsas rollar: === Filmoqrafiya === O qızı tapın (film, 1970) Ən vacib müsahibə (film, 1971) Əgər bir yerdəyiksə (film, 1975) == İstinadlar == == Xarici keçidlər == "Дина Тумаркина". kino-teatr.ru (rus).
Naci əl-Əli
Naci əl-Əli (ərəb. ناجي سليم العلي ‎; təq. 1937 – 29 avqust 1987, London) — Fələstinli karikaturist. Ərəb ölkələrinin apardığı siyasəti və İsraili tənqid edən karikaturaları ilə məşhurlaşmışdır. Fələstinli və ərəb siyasi xadimləri ilə bağlı sərt üslublu karikaturaları ilə tanınan Naci əl-Əli fəaliyyəti dövründə topamda 40.000 dən çox karikatura çəkmişdir. Naci əl-Əli daha çox Hanzala adlı karikatura personajının yaradıcısı kimi xatırlanır. Hanzala qısa zamanda məşhurlaşaraq, Fələstin Azadlıq Hərəkatının simvollarından birinə çevrilmişdir. Naci əl-Əli Londonda işlədiyi və Küveytə aid olan Əl-Qabas qəzetinin ofisindən çıxarkən silahlı hücuma məruz qalmış və ağır yaralanmışdır. Sui-qəsd cəhdi 1987-ci ilin 22 iyun tarixində baş vermişdi. Karikaturist üzündən ağır yaralandığından 5 həftə reanimasiyada saxlanılsada həmin ilin 29 avqust tarixində vəfat etmişdir.
Əli Əl Qrari
Əli Əl Qrari (31 yanvar 1997) — Liviyalı oxatan. Əli Əl Qrari Liviyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Əli Əl Qrari birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Bredi Ellison ilə üz-üzə gəldi. Həmin görüşdə Əli Əl Qrari rəqibinə 0:6 hesabı ilə uduzdu.
Əli əl-Əkbər
Əli əl-Əkbər (ərəb. علي الأكبر بن حسين‎‎) — İmam Hüseyn və Ümmü Leylanın oğlu. Kərbəla döyüşündə şəhid olub.
Əli əl-Əsğər
Əli əl-Əsğər (ərəb. ‎عبدالله بن حسین علی الأصغر‎‎) — İmam Hüseynin (ə) kiçik oğlu. Kərbəla döyüşündə şəhid olmuş ən azyaşlı şəhid. == Həyatı == Əli əl-Əsğər ibn Hüseyn 680-ci ildə anadan olmuşdur. == Vəfatı == Aşura günü İmam Hüseyn düşmən müqabilində dayanıb oğlu Əli Əsğəri əlinə alıb düşmənə su üçün müraciət etdi:"Ey düşmən! Siz mənim yaxınlarımı, qardaşlarımı, övladlarımı öldürdünüz. Onların arasında tək 6 aylıq körpəm qalıb. Susuzluqdan quş kimi ləhləyir. Bu körpənin heç bir günahı yoxdur. Ona görə sizin yanınıza gətirdim ki, ona su verəsiniz.
Mirzə Əli Xan Ləli
Mirzə Əli Ləli və ya Mirzə Əlixan İrəvani (1845, Təbriz və ya İrəvan, Gürcüstan-İmeretiya quberniyası – 1907, Tiflis və ya Təbriz) — azərbaycanlı şair, həkim. == Həyatı == Mirzə Əli Ləli 1845-ci ildə Təbrizdə dünyaya gəlib. Ata-anası əslən irəvanlı olub. Təbriz mədrəsələrində təlim-tərbiyə alıb. Ərəb və fars dillərini öyrənib. Təbrizdə əttarlıq dükanı açıb və bir müddət ticarətlə məşğul olub. Sonra o dövrün məşhur həkimlərindən təbabət elmini öyrənib. Bu sahədə biliklərini təkmilləşdirmək üçün Tehrana gedib. Sonra Təbrizə qayıdaraq həkimlik etməyə başlayıb. Öz bilik və təcrübəsini artırmaq üçün Misirə, İstanbula, hətta Avropanın bəzi şəhərlərinə səfərlər edib.
Dina Ulyanova
Dino Jelusic
Dino Jelusic (4 İyun 1992) - Xorvatiya müğənnisi. İlk dəfə keçirilən Avroviziya Uşaq Mahnı Müsabiqəsində Xorvatiyanı "Ti si moja prva ljubav" mahnısı ilə təmsil etmiş qalibi olmuşdur.
Dino Merlin
Dino Merlin (12 sentyabr 1962) — Bosniya və Herseqovina müğənnisi. 2011 Avroviziya Mahnı Müsabiqəsində Bosniya və Herseqovinanın təmsilçisi. == Həyatı == 12 sentyabr 1962-ci ildə anadan olmuşdur.
Əl-Vəli
Əl-Vəliyy (ər. الولي) — Allahın adlarından biri.
Əli bin əl-Hüseyn
Əli bin əl-Hüseyn (ərəb. الأمير علي بن الحسين‎; 23 dekabr 1975) — İordaniya kralı Hüseynin üçüncü oğlu və kralın üçüncü arvadı olan kraliça Aliyədən ikinci uşağı. O, həmçinin İorodaniya kralı II Abullanın ögey qardaşıdır. O, 1921-ci ildən İordaniyaya başçılıq edən və Məhəmməd peyğəmbərin nəslindən gəldiyi iddia edilən Haşimilər sülaləsinin üzvüdür. 2015-ci ilin sentyabr ayında şahzadə Əli Zepp Blatterin istefasından sonra FİFA-nın prezident seçkilərində namizədliyini irəli sürmüşdü. == Bioqrafiyası == Şahzadə Əli ilk təhsilini Əmmanda yerləşən İslam Təhsil kollecində almağa başlayıb. Sonradan Böyük Britaniyada və Birləşmiş Ştatlarda təhsilini davam etdirib və Konnektikut ştatında olan Solsberi məktəbini 1993-cü ildə bitirib, orada, ilk növbədə güləşdə olmaqla, idman sahəsində müvəffəqiyyət qazanıb. O, Böyük Britaniyanın Sandherst kral hərbi akademiyasına qəbul olmuşdur. 1999-cu ildə Prinston Universitetində bakalavr təhsilini başa vurdu. Şahzadə Əli ərəb, ingilis, və adıq dillərini mükəmməl bilir.
Faruk Dinç
Faruk Dinç (1985, Diyarbəkir ili) — əczaçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Faruk Dinç 1985-ci ildə Diyarbəkir ilinin Dicle ilçəsində anadan olub. İbtidai və orta təhsilini Diyarbəkir ilində alıb. Malatya İnönü Universiteti Əczaçılıq Bölməsindən məzun olub. Tələbə illərində İhya Təhsil-Mədəniyyət Dayanışma Dərnəyinin (İHYA-DER) üzvü olub. Dərnəyin “Başsağlığı və Dəfn Komissiyası”nda çalışıb. 2009-cu ildə İHYA-DER üzvü olduğu səbəbilə həbs edilib və 2 ay yarım həbsxanada saxlanılıb. Azadlığa çıxandan sonra universiteti bitirib və 2010-cu ildə bəraət alıb. Siyasi fəaliyyəti ərzində Hürr Dava Partiyasında gənclər qanadının sədri, Diyarbəkir il şöbəsinin sədri, İdarə Heyətinin üzvü və sədr müavini vəzifələrində çalışıb. 2023-cü il mayın 14-də Hürr Dava Partiyasının namizədi olaraq Ədalət və İnkişaf Partiyası siyahısından Mərsin ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.
Dəli Alı
Dəli Alı (tam adı: Dəli Alı Məhərrəm oğlu, 1857, Annenfeld – 1917) — Azərbaycanın xalq qəhrəmanı. == Həyatı == Dəli Alı Məhərrəm oğlu 1857-ci ildə Şəmkirin Keçili kəndində anadan olub. Həyatının gənc çağlarından çobanlıq etməyə başlayıb. Alı və qardaşı Aslan Qovlarasarı kəndində çobanlıq edirdi. Çar məmuru Alının atası Məhərrəm kişini vergi ödəmədiyinə görə qətlə yetirir və bu səbəbdən Alı məmurdan atasının qisasını alır. Ondan sonra Alıgilin Keçilidə yaşamı çətinləşir və onlar Goranboyun Qarasuçu kəndinə köçürlər. Goranboyda yaşadıqları zaman Gəncənin Bağmanlar qəsəbəsindən olan İbrahim adlı bir nəfərin sürülərini otarırdılar. Yay qabağı Göyçənin Canəhmədli yaylağına heyvanları aparardılar. Göyçəyə gedəndə erməni pristavı onların qarşısını kəsir və atışma başlayır. Nəticədə Alı pristavı öldürür.
Elm və Din
Elm və Din münasibətləri — "Elm" termini "bilik" mənasına gəlir. Din isə burada ümumi olaraq səmavi dinləri nəzərdə tutur. == Elm və Din münasibətiləri haqqında == Bu mövzu "Din fəlsəfəsi" sahəsinin əsas mövzularındandır. Bəşəriyyət dünəndən bu günə varlıq, insan, Uca Yaradan Allah və bunların bir-biri ilə qarşılıqlı münasibətləri haqqında həmişə düşünmüş, aralarındakı sirli əlaqələri anlamağa çalışmışdır. Varlıq (Kainat) Cənabi-Allahın qüdrət və iradəsi ilə yazdığı bir kitabdır. Bu kitab Allahın müəyyən plan, proqram, ölçü və tarazlığa görə tənzimlədiyi əşya və hadisələr kitabıdır. Bununla yanaşı, Allahın bir də Kəlam sifətindən gələn Quran kitabı vardır. Allah bu Kitabı ilə insanlara kainatı izah edir, kainatdakı əşya və hadisələrə işıq tutur. Allah-Təala Quranda Kainatı nizam-intizamla yaratdığını bəyan edir.. Quran, kainat və insan Allahın isim və sifətlərinin müxtəlif şəkillərdə təcəlli etdiyi bir kitabdır.
Eli
Eli — ad. Eli Vizel — Nobel Sülh mükafatı laureatı, ədəbiyyatçı. Eli Dükommen — isveçrəli jurnalist, pasifist. Eli Puje — ABŞ aktrisası. Eli Qlader — Norveç rəssamı.
Əli Nuriyev (elm xadimi)
Əli Xudu oğlu Nuriyev (26 iyun 1939, Qaryagin rayonu) — Yeni Azərbaycan Partiyasının üzvü (2005), İqtisad elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (30.06.2001). == Həyatı == 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. == Təhsil, elmi dərəcə və elmi adları == Əli Nuriyev 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakultəsini "Maliyyə-kredit" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1969-cu ildə Akademik Asəf Nadirovun rəhbərliyi altında "Aşağı Kür-Araz sənaye kompleksi və onun gələcək inkişaf yolları" mövzusunda dissertasiya müdafiə edərək "Məhsuldar qüvvələrin yerləşməsi, SSRİ rayonlarının iqtisadiyyat ixtisası (08.00.04) üzrə i.e.namizədi alimlik dərəcəsi almışdır, 1977-ci ildə ona həmin ixtisas üzrə "böyük elmi işçi" elmi adı verilmişdir. Əli Nuriyev 1991-ci ildə SSRİ Ali attestasiya komitəsi tərəfindən təşkil olunmuş birdəfəlik şürada "Yeni təsərrüfatçılıq şəraitində müttəfiq Respublikanın xalq təsərrüfatının ərazi quruluşunun təkmilləşməsi" Azərbaycan Respublikasının timsalında mövzusunda dissertasiya müdafiə edərək 08.00.05 - Xalq təsərrüfatı və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarə olunmasının təşkili (sənaye); 08-00-04 - SSRİ rayonlarının iqtisadiyyatı, məhsuldar qüvvələrin yerləşməsi ixtisasları üzrə i.e.d. alimlik dərəcəsi almışdır. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmiş, 2005-ci ildə ona "Dövlət İdarəetməsi və menecment" kafedrası üzrə professor elmi adı verilmişdir. == İcra etdiyi vəzifələr == 1963-cü ildə Naxçıvan şəhər Maliyyə şöbəsində böyük iqtisadçı, 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin "Siyasi iqtisad" kafedrasında baş laborant, 1965-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, 1966-1968-ci illərdə əyani aspirant, 1969-1972-ci illərdə həmin institutda kiçik elmi işçi, böyük elmi işçi, 1972-1979-cu illərdə Naxçıvan Elm mərkəzində İqtisadiyyat şöbəsinin müdürü, 1974-1979-cu illərdə ictimai əsaslarla həm də tarix şöbəsinin müdürü, 1980-1981-ci illərdə ÜİKT Elmi-Tətqiqat İnstitutunun Azərbaycan filialında elmi hissə üzrə direktor müavini, 1982-1989-cu illərdə Sumqayıt Sənaye İnstitutunda dosent, 1989-1991-ci illərdəAMEA-nın İqtisadiyyat İnstitutunda baş elmi işçi, şöbə müdirinin müavini, 1992-2002-ci illərdə şöbə müdiri, 2002-2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Geostrateji Araşdırmalar Mərkəzinin direktoru vəzifələrində işləmişdir. 2012-ci il iyul ayından həmin Akademiyada "Regional iqtisadi və sosial araşdırmalar" institutunun direktoru vəzifəsində işləyir. == Yaradıcılığı == Əli Nuriyev geniş profilli alimdir.
Ağaca dırmaşmaq
Ağaclara dırmaşmaq — ağaclara dırmaşmaq və bayırda oynamaqla keçirilən saatlar. Ancaq müasir dövrün uşaqları daha çox qapalı yerlərdə vaxt keçirməyə üstünlük verir və bu da onların gözlərini zəiflədir. == Faydaları == Amerikalı elm adamları bu yararın daha çox yaddaş və şüuri fəaliyyətlər üzərində güclü təsirə malik olduğunu bildirirlər. Ağaca dırmaşmaq şüurlu davranışları böyük miqdarda gücləndirir. Araşdırmaçılara görə, oynaqların boşluqdakı mövqeyini, hərəkətini qəbulla bağlı “proprioseptif” adı verilən duyğunu tətikləyən fəaliyyətlər idrak qabiliyyətini artırır. Bunu ABŞ-dəki Şimali Florida Univerisitetinin psixologiya Bölümünün araşdırmaçılar bildiriblər. Araşdırmaçlar 18-59 yaşındakı könüllülərin yaddaşını test etdikdən sonra, onların ağaca dırmaşmaq, taxta üzərində tarazlığı qoruyaraq gəzmək, bəzi nəsnələri yerə salmadan qaşımaq kimi fiziki fəaliyyətlərini yoxlayıblar. Bu cür fəaliyyətlərdən 2 saat sonra iştirakçılarla təkrar yaddaş testi keçirilib. Onların yarısı yaddaş testini daha uğurla başa vurublar. Araşdırmaçı Ross Allovay, düşündürən fəaliyyətlərin həm beyin, həm də bədəni çalışdırdığını vurğulayıb.
Ağaclara dırmaşmaq
Ağaclara dırmaşmaq — ağaclara dırmaşmaq və bayırda oynamaqla keçirilən saatlar. Ancaq müasir dövrün uşaqları daha çox qapalı yerlərdə vaxt keçirməyə üstünlük verir və bu da onların gözlərini zəiflədir. == Faydaları == Amerikalı elm adamları bu yararın daha çox yaddaş və şüuri fəaliyyətlər üzərində güclü təsirə malik olduğunu bildirirlər. Ağaca dırmaşmaq şüurlu davranışları böyük miqdarda gücləndirir. Araşdırmaçılara görə, oynaqların boşluqdakı mövqeyini, hərəkətini qəbulla bağlı “proprioseptif” adı verilən duyğunu tətikləyən fəaliyyətlər idrak qabiliyyətini artırır. Bunu ABŞ-dəki Şimali Florida Univerisitetinin psixologiya Bölümünün araşdırmaçılar bildiriblər. Araşdırmaçlar 18-59 yaşındakı könüllülərin yaddaşını test etdikdən sonra, onların ağaca dırmaşmaq, taxta üzərində tarazlığı qoruyaraq gəzmək, bəzi nəsnələri yerə salmadan qaşımaq kimi fiziki fəaliyyətlərini yoxlayıblar. Bu cür fəaliyyətlərdən 2 saat sonra iştirakçılarla təkrar yaddaş testi keçirilib. Onların yarısı yaddaş testini daha uğurla başa vurublar. Araşdırmaçı Ross Allovay, düşündürən fəaliyyətlərin həm beyin, həm də bədəni çalışdırdığını vurğulayıb.
Daymamaq (Vərziqan)
Daymamaq (fars. دايممق‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 52 nəfər yaşayır (13 ailə).
Devid Linç
Devid Kit Linç (ing. David Keith Lynch; 20 yanvar 1946[…]) — amerikalı rejissor, musiqiçi və aktyor. 20 yanvar 1946-cı ildə ABŞ-də doğulan Linç eyni zamanda tanınmış bir rəssamdır. Hətta çox nadir hallarda mebel dizaynerliyi ilə də məşğul olur. Pensilvaniya İncəsənət Akademiyası və Amerika Film İnstitutunda təhsil alıb. 1977-ci il istehsalı olan ağ-qara filmi "Eraserhead" ilə tanınmışdır. "Dune" və "Blue Velvet" ilə çoxalan uğuru 90-cı illərin sonunda çəkdiyi "Lost Highway" filmi ilə zirvəyə çatmışdır. Bundan sonra "Mulholland Dr." və yoxlama xarakterli qısa filmlər çəkdi. Filmlərində alçaq səsli gurultular, çürümüş əşyalar, pozulmuş personajlar və polyarlaşdırılmış qaranlıq dünyalar yaratması ilə film dünyasının diqqətini üzərinə yönəltmişdir.
Dino Qrandi
Dino Qrandi ingiliscə oxunuş: "Dino Grandi " (4 iyun 1895 – 21 may 1988, Boloniya, İtaliya), 1-ci Konte di Mordano, İtalyan faşist siyasətçisi, ədliyyə naziri, xarici işlər naziri və parlamentin prezidenti idi. Hüquqşünas kimi təhsil alan Qrandi Birinci Dünya Müharibəsində (1914-18) vuruşdu, bundan sonra faşist eskadristilərinə (kənddə terror törədən silahlı dəstələrə) qoşuldu. Faşistlərin milli konqresində (7 noyabr 1921) Qrandi Benito Mussoliniyə uduzaraq, liderlik üçün uğursuz bir təklif etdi. Qrandi Mussolinini hökumətin başçısı təyin edən Romaya yürüşdə iştirak etdi (1922-ci il oktyabr). 1924-cü ildə daxili işlər nazirinin müavini təyin edildi, 1929-cu ilin sentyabrında isə xarici işlər nazirliyinin rəisi oldu. Böyük Britaniyada səfir təyin edildi (iyul 1932) və İtaliyaya ədliyyə naziri və Fasces və Korporasiyalar Palatasının prezidenti olmaq üçün geri çağırılmadan əvvəl İngiltərə-İtaliya müqaviləsi (1938) bağladı. O, İtaliyanın İkinci Dünya Müharibəsində iştirakına qarşı idi. Qrandi 1943-cü ilin fevralında Nazirlər Kabinetində əvəz olundu, lakin Faşizm Böyük Şurasının sədri olaraq qaldı. Məhz 1943-cü il iyulun 24-dən 25-nə keçən gecə bu qurumun iclasında Qrandi Mussoliniyə hücum etdi və ona etimadsızlıq təklifi irəli sürdü; Şuranın bu qətnaməni qəbul etməsi Mussolinini faktiki olaraq devirdi. Tezliklə Qrandi Lissabona qaçdı və 1944-cü ildə Veronadakı faşist tribunalı tərəfindən qiyabi ölümə məhkum edildi.
Dinq Liren
Dinq Liren (çin 丁立人, pinyin Dīng Lìrén; 24 oktyabr 1992, Vençjou[d], Çin) — Çin şahmatçısı, qrosmeyster (2009), Şahmat üzrə 17-ci Dünya Çempionu (2023-cü ildən). Dörd yaşından şahmat oynayır. O, tarixdə ən yüksək reytinqli Çin şahmatçısı və eyni zamanda üçqat Çin çempionudur. Şahmat üzrə dünya çempionu olan ilk çinli. == Şahmat karyerası == 6 iyun 2009-cu ildə, 16 yaşı olarkən o, kişilər arasında ən gənc Çin çempionu adını qazandı. 2011-ci ilin aprelində Dinq Liren yenidən ölkə çempionu adını qazanır və bir il sonra bu qələbəni təkrarlayır. 2011-ci il Dünya Kubokunun ilk raundunda Uesli Soya məğlub olaraq mübarizəni dayandırıb. 2015-ci il Tata Steel Şahmat turnirində Dinq Liren Maqnus Karlsenlə heç-heçə edərək yalnız yarım xal fərqi ilə Karlsendən sonra yarışın ikincisi olur. == İstinadlar == == Xarici keçidlər == FIDE Chess profili Liren Ding. Chess-DB.com Arxivləşdirilib 2016-03-25 at the Wayback Machine (ing.) Liren Ding .
İmam Əli adına Cümə məscidi
İmam Əli adına Ağstafa Cümə məscidi — Ağstafa şəhərində (mərkəzində) yerləşən bu məscid 1996-cı ildən inşa olunub. Həyətyanı sahəsi 6500 kv. metr, daxili sahəsi 17x17 metrdir. Əli ibn Əbu Talib məscidinin binası, eləcədə qoşa minarələri mişar daşı ilə inşa edilmişdir. Məscid düzbucaqlı formada olub, döşəmədən tavana qədər hündürlüyü 5 metr, yerdən günbəzədək hündürlüyü isə 9 metrdir. Məsciddə qadınlar şöbəsi ikinci mərtəbədə yerləşmişdir. Onun sahəsi 34 kv.metrdir. İbadət zalında 10 tağvari formada pəncərə qoyulmuşdur. Mehrabın hündürlüyü 2,5 metrdir. Məscidin iç divarları ağ rəngdə işlənmişdir.
Əli Bayramov adına Qadın Klubu
Əli Bayramov adına Qadın Klubu — Bakıda yaradılmış ilk qadın klubu. == Tarixi == === Yaradılması === 1920-ci ilin may ayının 20-də Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun təşəbbüsü ildə milyonçu Murtuza Muxtarovun evində, indiki Səadət Sarayının binasında Bakı və onun rayonlarının qadınları üçün Əli Bayramov adına Qadın Klubu açıldı. Kluba Ceyran Bayramova rəhbərlik edirdi. Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin göstərişi ilə 1921-ci ilin may ayının 30-da xalq maarifi komissarı Dadaş Bünyadzadə müvafiq sərəncam verdi: === Son dövrü === 1933-cü ilin əvvəllərində Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi qeyd edirdi ki, mədəni təbliğat işinə zəif rəhbərlik nəticəsində Əli Bayramov adına qadınlar klubunun fəaliyyəti 1932-ci ildən zəifləmiş, türk qadınlarının tələbələrinə cavab verməmiş, öz işini köhnə metodlarla qurmuş, zəhmətkeş qadınların sosialist tərbiyələnməsində kütlələrin şəxsi təşəbbüsünün əsas baza olmasına və yeni türk qadın kadrların sosialist yenidənqurmasının şüurlu qurucuları kimi yetişdirilməsinə əsaslanmamışdır. Bu səbəbdən klubun direktoru Gülarə Qədirbəyova təyin olundu və ona siyasi maarif işinə rəhbərlik də həvalə olundu. 1936-cı ildə Əli Bayramov adına Qadın Klubunun 15 illiyi ilə əlaqədar Gülarə Qədirbəyova "Bir sarayın tarixi" adlı kitab yazmışdır. Bu kitab millətçilik ruhunda yazılmış əsər kimi ciddi tənqid edilmiş və onun antisovet fəaliyyətdə iştirak edən, əksinqilabi təşkilatın üzvü kimi təqib edilməsinə zəmin yaratmışdır. Gülarə Qədirbəyova 1937-ci ilədək kluba rəhbərlik etmiş, 1938-ci ildə həbs edilmişdir. == Fəaliyyəti == 1920-ci ildə Əli Bayramov adına Qadın Klubunda 7 qadının öz çadrasını çıxararaq Azərbaycanda çadranın atılması kampaniyası başlatmışdır. Ceyran Bayramova və onun köməkçiləri Mina xanım, Məsmə Məmmədova, Hökumə Məmmədova, Mələknisə Məlikova başda olmaqla, klubun Rəyasət Heyətinin bir neçə fəalı qadınları kluba cəlb etmək üçün onları tikiş emalatxanasının işinə geniş şəkildə cəlb edilməsi qərarına gəldilər.
Avşar eli
Əfşarlar — 24 oğuz boyundan biri. Tarixi əfşarlar qədim oğuzlar, müasir əfşarlar isə azərbaycanlıların subetnosu hesab edilir. Oğuz türkləri olan əfşarlar Azərbaycan, İran, Türkiyə və Əfqanıstanda müxtəlif qruplar halında yaşamaqdadırlar. Bu boyun adı Qaşqarlı Mahmud (XI əsr) və Fəxrəddin Mübarəkşahın (XIII əsrin əvvəlləri) yazılarında Əfşar, Rəşidəddin (XIV əsrin əvvəlləri) ilə ona istinad edən Yazıcıoğlu (XV əsr) və Əbülqazi (XVII əsr) əsərlərində Avşar deyə keçməkdədir. Monqol işğallarından əvvəlki əsərlərdə QAşqarlı Mahmud və Fəxrəddin Mübarəkşahın yazılarına uyğun olaraq Əfşar deyə keçməkdədir. XIV-XVII əsrlərdə Anadoluda daha çox Avşar ifadəsi məşhur olsa da, Səfəvi coğrafiyasında sadəcə Əfşar deyə anılmaqdadırlar. Hal-hazırda İranda bu boya aid kəndlərdə və ya obalarda yaşayanlar özlərini hələ də bu şəkildə adlandırmaqdadırlar. Qaşqarlı və Rəşidəddin digər Oğuz boyları kimi əfşarların da damğalarını vermişdir. Bundan başqa, Rəşidəddin Əfşar boyunun özlərinə ən yaxın olan digər üç boy (Qızık, Bəydili və Qarqın) ilə ortaq olan totemlərinin yırtıcı quş, toy ülüşlerinin (qoyunun yemələri üçün onlara törə gərəyi verilən qismi) qoyunun sağ hissəsi olduğunu bildirmişdir. Eyni müəllif boyun adının mənasının "çevik, ova maraqlı" olduğunu bildirmişdir.
Ağacəri eli
Ağacəri eli — İranda yaşayan türkdilli tayfa. Səlcuqlar. monqollar və qaraqoyunlular dövründəki hadisələrdə fəal iştirak etmişlər. V əsrdə Azərbaycana gəldikləri məlumdur. Tarixçi Rəşidəddin ağacərilər haqqında məlumat vermişdir. == Tarixçə == Beşinci əsrdə Ağacəri eli, Volqa çayının ətrafında və Qıpçaq düzənliklərində yaşayırdılar. Mahmud Qaşqarlı, "Divanü Lüğat-it-Türk"də onları 24 Oğuz Türk qəbilələrindən biri bildirib.Onlar, sonra İran, Anadolu və Qara dənizin şimalına köçüblər. İranda onlar Şərqi Azərbaycan, Zəncan, Həmədan və Xuzistan ostanlarında yaşayırlar. “Ağacəri” adı (“ağac ərləri”, “orman insanları”) özü özlüyündə tarixi qədim olan bir etnonimdir. Türkiyə tarixçisi Zəki Vəlidi Toğanın yazdığına görə, 460-cı ildə Xəzər ölkəsində Azərbaycana Ağacəri adında bir boy gəlmişdir.
Baseri eli
Basiri eli — İranın Fars ostanının Fars dilli Xəmsə ellərindən biridir ki Abadə, İqlid, Mərvdəşt, Cəhrom, Şiraz və Larda yaşayırlar. == Oymaqlar == Külümbey Ləbu Musa Əlqulu Zöhrabi Eli Xas Əli Qənbari Kərəmi Əli Şahqulu Hənnayi Mir Cövçin Əbdüli (Abdullahi) Fərhadi Nənə Ərəb Hüseynəhmədi, İqlidin Aspas kəndi və Sərvistanın Çahəncir kəndində, == İstinadlar == == Mənbə == Nomads Of South Persia — The Basseri Tribe Of The Khamseh Confederacy. — Frederik Barth.
Basiri eli
Basiri eli — İranın Fars ostanının Fars dilli Xəmsə ellərindən biridir ki Abadə, İqlid, Mərvdəşt, Cəhrom, Şiraz və Larda yaşayırlar. == Oymaqlar == Külümbey Ləbu Musa Əlqulu Zöhrabi Eli Xas Əli Qənbari Kərəmi Əli Şahqulu Hənnayi Mir Cövçin Əbdüli (Abdullahi) Fərhadi Nənə Ərəb Hüseynəhmədi, İqlidin Aspas kəndi və Sərvistanın Çahəncir kəndində, == İstinadlar == == Mənbə == Nomads Of South Persia — The Basseri Tribe Of The Khamseh Confederacy. — Frederik Barth.
Bayandur eli
== Bayandur adının mənası == Bayandur adının oğuz-Azərbaycan mənşəli еtnonim olması haqqında oğuz mənbələri tutarlı məlumat vеrir. Məşhur türkoloq M.Qaşğarinin "Divani lüğət-it-türk" əsərində oğüzların 22 boyu göstərilir. Bayandur tayfası da damğası ilə birlikdə adı çəkilir. Bayandur tayfasının adı həm ümümtürk abidələrində, M. Qaşğari, Rəşidəddin, Yazıcıoğlu Əli, Əbdülqazi xan Xivəlinin əsərlərində, həm də Azərbaycan xalqının ən qədim dil-tarix abidəsi olan "Kitadi-Dədə Qorqud" dastanlarında çəkilir. Yazıçı oğlu Əli Rəşidəddinə əsaslanaraq oğuzları 24 boya bölmüş və mənalarını səciyyələndirmişdir. Ona görə, Bayandur sözünün mənası nеmətli dеməkdir. F.Rəşidəddin Bayanduru üçoq tayfasına aid еdir və Göyxanın birinci oğlu olduğunu göstərir. Azərbaycan xalqının qədim tarixi abidəsi olan "Kitabi-Dədə Qorqud" da Bayandur xan xanlar xanıdır, "Oğuz еli" dövlət quruluşunun başında durur. Göründüyü kimi, Azərbaycan-türk yazılı abidələrində Bayandırın adı antroponim, gah da еtnonim kimi qеyd olunur. == Bayandur adının yayılması == "Dədə-Qorqud" toponimikası Azərbaycanla (ümumən Qafqazla) bağlı olduğu kimi, еtnonimiya da Azərbaycan-türk dili və xalqının formalaşmasında bilavasitə iştirak еdən tayfalardan ibarətdir.
Bıçaqçı eli
Bıçaqçı eli — Kirmanda yaşayan türk eli. Tayfanın bir hissəsi Azərbaycanda da məskunlaşmışdır. Bu tayfanın adını daşıyan yer adları hələ də qalmaqdadır (məsələn: Bıçaqçı (Zərdab)). Azərbaycan türklərini təşkil edən qruplardan biri olan Bıçaqçı tayfası mənsublarının ana dili Azərbaycan türkcəsinin cənub dialektində danışırlar. Pierre Oberling Bıçaqçı xalçalarında Azərbaycan və Anadoluya xas xüsusiyyətlər olduğunu bildirərək, bunun onların nə zamansa bu bölgələrdən indi yaşadıqları yerlərə köç etdiklərini göstərdiyini bildirir. == Tarixi == Kermanın Sircan bölgəsində yaşamaqdadırlar. Tayfanın adı türk dilində bıçaq düzəldən mənasına gəlir, lakin Nemethin bildirdiyinə görə, həm də dalaşqan, qəzəbli mənasını da bildirməkdədir. Belə adda türk tayfa adları vaxtilə geniş yayılmışdı. Tayfanın erkən tarixi və haradan gəlməsi barədə çox az məlumat bilinməkdədir. İbn Bətutə Sivas bölgəsində yaşayan əsilzadələrdən biri olaraq Əhməd Bıçaqçı adında birini qeyd etməkdədir.
Bəkəki eli
Bəkəki eli İranın Fars ostanında Şiraz şəhərinin Kuhmərə Sorxi məntəqəsinin Mərvək dağında yaşayan eldir.Bəkəkilər Kuhmərə dilinin Bəkəki dialektində danışırlar və şiədirlər. == Oymaqlar == Rəyisi == Mənbə == Abdulla Şəhbazi, Naməlum el:Frasın Sorxi dağ sakinləri barədə araşdırma, Tehran:Ney nəşri,1986. Abdulla Şəhbazi,Ellər və köçərilər tanıdılması üçün müqəddimə,Tehran:Ney nəşri,1989.