Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əmrulla Saleh
Əmrulla Saleh (dəri və puşt. امرالله صالح; 15 oktyabr, 1972-ci il, Pəncşir vilayəti) — Əfqanıstan dövlət xadimi, siyasətçi, Əfqanıstanın Birinci Vitse-prezidenti (2020-2021), Əfqanıstan Daxili İşlər Naziri (2018-2019), Milli Təhlükəsizlik İdarəsinin rəisi (2004-2010). 17 Avqust 2021-ci ildə keçmiş prezident Əşrəf Qəni ölkədən qaçdıqdan sonra Əmrulla Saleh özünü prezident vəzifəsini icra edən elan etdi və Taliban yaraqlılarına müqavimət göstərməyə çağırdı. Əhməd Məsudla birlikdə Pəncşir Müqavimətini təşkil etmişdir. == Həyatı == Əmrulla Saleh 15 oktyabr 1972-ci ildə Pəncşir vilayətidə anadan olub. Milliyətcə tacikdir. Siyasətçinin uşaqlıq və gənclik illəri haqqında demək olar ki, heç nə məlum deyil. 1980-ci illərdə Pakistanda yaşamış və təhsil almışdır. 1990-cı ildə Əfqanıstan müxalif qüvvələrinə qoşulmuş, Pakistanda hərbi təlim keçmişdir. O, Mücahidlərin səhra komandiri Əhməd Şah Məsudun başçılığı ilə müharibələrdə iştirak etmişdir.
Hacı Əmrulla hamamı
Hacı Əmrulla hamamı — günbəzli hamam olub, Sumqayıt şəhərinin Corat qəsəbəsi mərkəzindən keçən Sülh küçəsində, Corat cümə məscidinin qarşı tərəfində yerləşir. Günbəzşəkilli olan bu hamam dövlət tərəfindən mühafizə edilir. == Tarixi == Corat sakini Hacı Əmrulla bəyin sifarişi ilə XVII əsrdə tikilməsi qeyd olunur. Qəsəbə sakinləri arasında təzə hamam olaraq tanınır. Corat qəsəbəsində mövcud olmuş iki hamamdan biridir.
Əmrullah (Bostanabad)
Əmrullah (fars. امرالله‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 389 nəfər yaşayır (63 ailə).
Emin Əmrullayev
Emin Eldar oğlu Əmrullayev (30 dekabr 1982, Bakı) — Azərbaycan Respublikasının elm və təhsil naziri (2022-ci ildən), Neftçi PFK Müşahidə Şurasının üzvü (2022-ci ildən), Azərbaycan Respublikasının təhsil naziri (2020–2022), Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru (yanvar–iyul 2020), Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri (2015–2020). == Həyatı == Əmrullayev Emin 1982-ci il 30 dekabr tarixində Bakı şəhərində anadan olmuşdur. 1999–2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsində təhsil alıb, 2003-cü ildə bu ali təhsil müəssisəni fərqlənmə diplomu ilə bitirmişdir. 2003–2004-cü illərdə Mərkəzi Avropa Universitetində Siyasi Elmlər üzrə magistr pilləsində təhsil alıb. 2010–2012-ci illərdə "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və "Fulbright" proqramının birgə dəstəyi ilə Kolumbiya Universitetində İctimai (İnzibati) İdarəetmə ixtisası üzrə magistr pilləsində təhsil alıb. == Əmək fəaliyyəti == 2005–2009-cu illərdə Qafqaz Universiteti, Beynəlxalq münasibətlər fakültəsində müəllim kimi çalışıb. 2009–2010-cu illərdə "Kaspi Education" MMC-də Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. 2011-ci ildə Cenevrə şəhərində BMT-nin Avropa üzrə İqtisadi Komissiyasında (UNECE) təcrübə keçmişdir. 2012-ci ildə Azərbaycan Diplomatik Akademiyasında (indiki ADA Universiteti) Enerji və Ətraf Mühit Mərkəzinin icraçı direktoru vəzifəsində çalışıb. 2013-cü ildə "Kaspi Education" MMC-də Təhsilin keyfiyyətinə nəzarət üzrə direktor müavini vəzifəsində çalışıb.
Əmdulla Mehrabov
Əmdulla Mehrabov (tam adı Əmdulla Oruc oğlu Mehrabov; doğulub - 15.04.1952) — fizik, fizika-riyaziyyat elmlər doktoru. == Həyatı == Əmdulla Mehrabov 1952-ci il aprel ayının 15-də Gürcüstan Respublikası Bolnisi rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirmişdir. Hal-hazırda Türkiyə Cümhuriyyətinin paytaxt şəhəri olan Ankarada yaşayır. Orta Doğu Texniki Universiteti, Metallurgiya və Materiallar Mühəndisliyi Departamentində fəaliyyət göstərir. == Fəaliyyəti == === Əsas elmi nailiyyətləri === Müdafiə və mülkü sənayenin müxtəlif sahələrində istifadə olunmaq üçün çox-komponentli kristal-, amorf- ve nano-strukturlu yeni yüksək texnologiya materiallarının nəzəri ve kompüter hesaplama metodlarıyla dizaynı, sintezi ve inkişaf etdirilməsi. === Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat === 1974 – Bakı Dövlət Universiteti, Bərk cisimlər fizikası (BCF) ixtisası; Həmin ildə Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) fizika fakültəsinə BCF ixtisası üzrə məqsədli aspiranturaya qəbul olub; 1978 – MDU-da dissertasiya işini müdafiə edib və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb; 1978-ci ildən – BDU-nun "Optika və Molekulyar fizika" kafedrasında əvvəlcə assistent, sonra baş müəllim, dosent, professor və kafedra müdiri vəzifələrinə qədər yüksəlmişdir; 1984 –1 il müddətində Yaponiyanın Tokyo Universitetindəki "Materiallar Elmi və Mühəndisliyi" departamentinə ezam edilmişdir; 1989 –Tbilisi Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmlər doktoru alimlik dərəcəsini almışdır; 1991 – 4 ay müddətinə ABŞ-nin Kaliforniya Universitetindəki "Nüvə və Kimya Mühəndisliyi" departamentinə ezam olunmuşdur; 1992 – Türkiyənin Ankara şəhərindəki Orta Doğu Texniki Universiteti (ODTU), mühəndislik fakültəsindəki "Metallurgiya və Materiallar Mühəndisliyi" departamentinə ezam olunmuşdur; 1998 – türk həmkarları ilə bərabər "Metallurgiya və Materiallar Mühəndisliyi" departamentində "Yüksək Texnalogiya Materiallarının Dizaynı və İnkişaf Etdirilməsi" (NOVALAB) laboratoriyasını qurmuşdur; ODTU-da çalışdığı 25 ildən yuxarı müddət ərzində BCF və materiallar elmi və mühəndisliyinin həm nəzəri, həm də praktiki cəhətdən ən aktual problemlərinin həlli ilə məşğul olmaqdadır; Dünyanın tanınmış jurnallarında və beynəlxalq konfransların materiallarında çap olunmuş 200-dən çox elmi məqaləsinə 500-dən artıq istinad verilmişdir; Türkiyənin bir çox dövlət və özəl şirkətlərində məsləhətçi olaraq da fəaliyyət göstərməkdədir; 2000 – İslam Dünyası Elmlər Akademiyasına həqiqi üzv; 2009 – Akademiyanın illik toplantısında İdarə Heyətinin üzvü seçilmişdir; Həyat və fəaliyyəti, ABŞ-də çap olunan "Marquis Who’s Who" biblioqrafik ensiklapediyasının "Elm və mühəndislikdə kim kimdir" kitabının 8-ci (2005-2006) çapında yer almışdır. Hal hazırda ODTU-da "Metallurgiya və Materiallar Mühəndisliyi" departamentində professor və laboratoriya müdiridir.
Əmirulla Məmmədov
Əmirulla Məmmədəli oğlu Məmmədov (24 iyul 1946, Fatmayı) — fizika-riyaziyyat elmləri doktoru (1986), professor (1988), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (1988), Azərbaycan Respublikasının əməkdar elm xadimi (2016), Bilkənd Universiteti Nanotexnologiya Elmi Mərkəzinin Emeritus Professoru və Baş Elmi İşçisi, Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Xeyriyyə Cəmiyyətinin Qəyyumlar Şurası və İdarə Heyətinin üzvü. == Həyatı == Məmmədov Əmirulla 24 iyul 1946-cı ildə Azərbaycanın Bakı şəhərinin Fatmayı kəndində anadan olmuşdur. 1953-cü ildə Bakı 44 nömrəli orta məktəbində təhsilinə başlamışdır. Orta məktəbi 1963-cü ilində bitirmişdir. Daha sonra Ali təhsilini 1968-ci ilində tamamlamışdır. 1968-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirəndən sonra Sovet Ordusu sıralarına çağrılmışdır. == Fəaliyyəti == Hərbi xidmətdən tərxis olduqdan sonra 1991-ci ilinə qədər Bakı Dövlət Universitetinin Yarımkeçiricilər Fizikası Elmi Tədqiqat Mərkəzində işləmişdir. 1973-cü ildə fizika riyaziyyat elmləri namizədi (bərk cisimlər fizikası ixtisası üzrə) dissertasiyasını müdafiə etmişdir. 1977-ci ildə bərk cisimlər fizikası ixtisası üzrə baş elmi işçi alimlik ünvanını və sonrasında da Dosent alimlik ünvanını almışdır. 1982-ci ildən Elmi Mərkəzin Qeyri-xətti Optika Bölümünün müdiri olaraq işinə davam etmişdir.
Əmirulla Əliyev
Əmirulla Vahid oğlu Əliyev (7 oktyabr 1996; Şamaxı, Azərbaycan — 28 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əmirulla Əliyev 1996-cı il oktyabrın 7-də Şamaxı şəhərində anadan olub. 2003-2011-ci illərdə Sabunçu rayonunun 67 nömrəli tam orta məktəbində, 2011-2014-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Əmirulla Əliyev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Əmirulla Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əmirulla Əliyev sentyabrın 28-də Madagizin azad edilməsi zamanı şəhid olub. Suraxanı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmirulla Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmirulla Əliyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Nəsrulla
Nəsrulla — kişi adı. Nəsrulla xan — hökmdar Nəsrulla Nəsrullayev — Azərbaycanın görkəmli ictimai xadimi Nəsrulla Şeyxov — maarifçi, teatr xadimi. Nəsrulla İmanquliyev — Azərbaycan jurnalisti, elm xadimi və ictimai xadim. Mirzə Nəsrulla xan — Müşirəddövlə Mirzə Nəsrulla Əmirov — Molla Nəsrulla Vaqif — XVI əsr Azərbaycan şairi.
Həmdulla Abdullayev
Həmdulla Aslan oğlu Abdullayev (19 mart 1994; Bəhrəmtəpə, İmişli rayonu — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həmdulla Abdullayev 1994-cü il martın 19-da İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. 2000–2011-ci illərdə K. Əsədov adına Hacıbabalı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Həmdulla Abdullayev 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Həmdulla Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Zəngilan, Qubadlı, Xocavənd və Şuşa rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Həmdulla Abdullayev noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmdulla Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Həmdulla Aslanov
Həmdulla Aslanov (tam adı:Həmdulla İsrafil oğlu Aslanov; 16 fevral 1950, Şamaxı rayonu) — Azərbaycan riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA Riyaziyyat və Mexanika İnstitutunun "Funksional analiz" şöbəsinin müdiri. [1] [2] == Həyatı == Aslanov Həmdulla İsrafil oğlu, Funksiyalar nəzəriyyəsi və funksional analiz sahəsi üzrə mütəxəssis, 16 fevral 1950-ci ildə Şamaxı rayonunun Cəyirli kəndində anadan olmuşdur.1957-ci ildə Şamaxı rayonunun Cəyirli kəndində birinci sinifə getmiş, 1967-ci ildə rayonun Nərimankənd orta məktəbini bitirmişdir. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1972-ci ildə Azərbaycan SSR Elmər Akademiyasının Riyaziyyat və Mexanika institutnun aspiranturasına daxil olmuş, 1975-ci ildə aspiranturanı bitirmiş və 23 iyun 1976-cı ildə Riyaziyyat və Mexanika İnstitutunda akademik Mirabbas Qasımov və professor Məmməd Bayramoğlunun rəhbərliyi ilə "Bəzi öz-özünə qoşma olan və öz-özünə qoşma olmayan diferensial operatorların məxsusi ədədlərinin asimptotik paylanması (01.01.01)" mövzusunda namizədlik, 1996-cı ildə "Hilbert fəzasında xüsusi törəməli operator-diferensial tənliklər üçün, həllolunma, tamlıq və spektrin asimptotikası" mövzusunda doktorluq dissertasi müdafiə etmişdir. O, əmək fəaliyyətinə 1975-ci ildə Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi kimi başlamış, 1978–1988-ci illərdə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzində Sovet Azərbaycanının 60 illiyi adına Stepanakert Pedaqoji İnstitutunda baş müəllim, dosent və "Riyazi analiz" kafedrasının müdiri işləmişdir. 1988-ci ildə Dağlıq Qarabağda baş verən qanlı hadisələrlə əlaqədar olaraq Stepanakert Pedaqoji İnstitutu öz fəaliyyətini dayandırmış və o, həmin ildə Çingiz İldırım adına Azərbaycan Politexnik insitutunun "Ali riyaziyyat" kafedrasına dosent vəziəsinə keçirilmişdir. 1997-ci ildə Azərbaycan Texniki Universitetinin "Ali riyaziyyat" kafedrasının professoru vəzifəsinə seçilmişdir. Professor Həmidulla Aslanov 170-elmi, tədris-metodiki, elmi-populyar məqalələrin, tədris proqramlarının və 6 dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi ilə 3 nəfər namizədlik disserasiyası müdafiə etmişdir. Hazırda 3 nəfər doktranta elmi rəhbərlik edir.2006-cı ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçidir.2013-cü ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda "Funksional analiz" şöbəsinin müdiridir.
Həmdulla Cəfərov
Həmdulla Yunis oğlu Cəfərov (d. 15 iyun 1962; Quba, Azərbaycan SSR) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü. == Həyatı == Həmdulla Cəfərov 1962-ci il iyunun 15-də Quba şəhərində anadan olub. St. Peterburq Maliyyə-İqtisad İnstitutunda sənayenin planlaşdırılması üzrə ali təhsil alıb. Rus dilini bilir. Bitərəfdir. Həmdulla Cəfərov ailəlidir, 2 övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 63 nömrəli Quba dairəsindən bitərəf namizəd olan Həmdulla Cəfərov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Həmdulla Cəfərov Milli Məclisin Büdcə məsələləri Daimi Komissiyasının və Azərbaycan—Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Həmdulla Mehrabov
Həmdulla Oruc oğlu Mehrabov — fizik, fizika-riyaziyyat elmləri doktoru, Orta Doğu Teknik Universitetinin professoru. Həmdulla Oruc oğlu Mehrabov 1952-ci ildə Gürcüstanın qədim Borçalı mahalındakı Bolus rayonunun Saraçlı kəndində anadan olmuşdur. 1969-cu ildə Saraçlı orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olunmuşdur. ADU-nun fizika fakültəsindən 1974-cü ildə əla qiymətlərlə məzun olmuş və həmin il müvəffəqiyyətlə imtahan verərək Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) fizika fakültəsində "Bərk Cisimlər Fizikası" (BCF) ixtisası üzrə aspiranturaya qəbul olunmuşdur. MDU-nun professoru, dünya şöhrətli alim doktor, professor A.A. Kaçnelsonun rəhbərliyi ilə "İkiqat metal ərintilərində atomların yaxın nizamlı düzülüşünün nəzəri və təcrübi metodlarla tədqiqi" mövzusu üzərində çalışmağa başlamış ve MDU-nun tarixində ilk dəfə olaraq dissertasiyasını vaxtından əvvəl yazaraq MDU-nun Elmi Şurasına təqdim etmişdir. 1978-ci ildə MDU-da dissetasiya işini yüksək səviyyədə müdafiə edərək, BCF ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 1978-ci ildə MDU-dan Azərbaycan Dövlət Universitetinə fizika-riyaziyyat elmləri namizədi kimi qayıdan Həmdulla Mehrabov, o vaxtdan bəri ADU-nun "Optika və Molekulyar Fizika" kafedrasında əvvəlcə assistent, sonra baş müəllim, dosent, professor və kafedra müdiri vəzifələrinə qədər yüksəlmişdir. 1984-cü ildə, Həmdulla Mehrabov o zamankı Sovet Sosialist Respublikaları İttifaqında keçirilməkdə olan ağır imtahanlar və seçmə etaplarını başarı ilə keçərək, Yaponiyada 10 aylıq elmi-tədqiqat işləri aparmaq və dərs vermək üçün ezam olunmaq haqqı qazandı. Qeyd edək ki, Həmdulla Mehrabov fizika sahəsində Yaponiyaya uzunmüddətli ezam olunan ilk və tək azərbaycanlı alimdir. Həmdulla Mehrabovun Yaponiya səfəri çox uğurlu keçdi.
Həmdulla Qəzvini
Həmdullah Mustovfi Qəzvini (fars. حمدالله مستوفى قزوینی‎; 1281, Qəzvin, Elxanilər dövləti – ≥ 1339, Qəzvin) — İran məmuru, tarixçisi, coğrafiyaşünası və şairi. O, monqol Elxanilər dövlətinin son dövründə və ondan sonrakı fətrət dövründə yaşamışdır. Əslən Qəzvindən olan Həmdullah mustovfilər (maliyyə mühasibləri) ailəsində anadan olmuş, ona görə də bu adı almışdır. O, onu tarixi-coğrafi əsərlər yazmağa ruhlandırmış, dövrün qabaqcıl vəziri və tarixçisi Rəşidəddin Həmədaninin yaxın yoldaşı olmuşdur. Qəzvini üç əsərin müəllifidir: "Tarix-i güzidə" (Seçilmiş tarix), "Zəfərnamə" və "Nüzhət əl-qulub" (Qəlblərin əyləncəsi). Böyük nüfuzlu şəxsiyyət olmuş Qəzvininin İran tarixini və coğrafiyasını konseptuallaşdırmaq üsulu XIII əsrdən bəri digər tarixçilər tərəfindən istifadə edilmişdir. O, doğulduğu Qəzvin şəhərində, Uzun Günbəz türbəsində dəfn olunmuşdur. == Həyatı == Həmdullah Mustovfi Qəzvini 1281-ci ildə İranın qərbində, Əcəm İraqında yerləşən Qəzvin şəhərində anadan olmuşdur. Onun ailəsi IX–X əsrlərdə şəhər valisi vəzifəsində və sonralar Qəznəvilərin yüksəlişi dövründə mustovfi (yüksək rütbəli maliyyə mühasibləri) vəzifəsində çalışmış ərəblərin nəslindəndir.
Nurulla Əliyev
Nurulla Arif oğlu Əliyev (25 sentyabr 1962, Dərbənd, Dağıstan MSSR) — ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru, professor. == Həyatı == Əliyev Nurulla Arif oğlu 1962-ci ilin sentyabr ayının 25-də RF-nın Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olub. "Dərbənd" xeyriyyə cəmiyyətinin sədridir. Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun Humanitar elmlər şöbəsinin professoru. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının "Adyunktura və elm" şöbəsinin hərb tarixi üzrə professoru. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə akademiyanın həqiqi (akademik) üzvü seçilib və onun fəxri üzvü statusu ilə təltif olunub. Türk dünyası hərb tarixi elminə verdiyi böyük töhfələrə və yüksəkixtisaslı zabit kadrların hazırlanması sahəsindəki xidmətlərimə görə akademiyanın "Beynəlxalq qızıl ulduz" medalına layiq görülüb. 1 ensiklopediya, 10 monoqrafiya, 45 kitab, 13 tədris proqramları və metodik vəsaitləri, 200-ə yaxın elmi məqalənin müəllifi. Akademiyanın Leybnic "Fəxri medalı"na layiq görülüb. == Foto qalereya == == Elmi fəaliyyəti == 1969-cu il tarixində 1977-ci il tarixədək Bakı şəhərinin 68 saylı orta məktəbdə oxuyub.
Nəsrulla Babayev
Babayev Nəsrulla Xanbaba oğlu - texnika elmləri doktoru, professor,I dərəcəli SSRİ Dövlət mükafatı və Azərbaycanıən Dövlət mükafatı laureatı, həmçinin "Azərbaycanın əməkdar mühəndisi", "SSRİ fəxri neftçisi" adlarına layiq görülüb. O, iki dəfə Qırmızı Əmək Bayrağı, Lenin və "Şərəf Nişanı" ordenləri və s. ordenlərlə təltiv olunub. == Həyatı == Babayev Nəsrulla Xanbaba oğlu Bakı şəhərində anadan olmuşdur. 1942-ci ildə Neft-mədən işi ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini fərqlənmə ilə bitirərək, Azneft İB-nin Molotovneft trestinin qazıma kontorunda qazıma üzrə mühəndis işləyib. Böyük Vətən Müharibəsi iştirakçısıdır. Cəbhədən qayıtdıqdan sonra Kaqanoviçneft trestinin quyuların əsaslı təmiri kontorunda böyük mühəndis, sex rəisi işləmişdir. 1945-1946-cı illərdə Kaqanoviçneft trestinin qazıma kontorunun direktoru əvəzi, İdarə Texniki Birliyinin (ПТО) rəhbəri olub. 1946-1949-cu illərdə Azərneft İB-nin dənizdə qazma trestinin Gürgan-dəniz qazıma kontorunun direktoru, Azərneftkəşfiyyat İB-nin Jiloy adasında qazıma kontorunun direktoru işləyib. 1949-1954-cü illərdə Azərdənizneft birliyinin dənizdə kəşfiyyat qazıması trestinin baş mühəndisi olmuşdur.
Nəsrulla Kəngərli
Nəsrulla Kəngərli (25 noyabr 1913 – 25 fevral 1991) — XX əsr Azərbaycan memarlığının görkəmli nümayəndələrindən biri, Bakının, Gəncənin, Sumqayıtın simasını gözəlləşdirən nadir tikililərin müəllifi, II Dünya müharibəsinin iştirakçısı, “Qırmızı Ulduz“ ordeni ilə təltif edilmiş, Azərbaycan Respublikasının “Əməkdar inşaatçısı” fəxri adına layiq görülmüş, memar, pedaqoq. == Həyatı və yaradıcılığı == Nəsrulla Yaqub oğlu Kəngərli 1913-cü il noyabr ayının 25-də Naxçıvanda anadan olmuşdur. Babası İsmayıl ağa rus-türk müharibəsində hünər göstərmiş 200 nəfərlik süvari döyüşçüyə rəhbərlik etmiş, şücaətinə görə çar hökuməti ona poruçik rütbəsi və Naxçıvanda mülk vermişdir. Atası Yaqub Paşa cəmi dörd sinif oxusa da, elmlərə bələd, siyasətdən baş çıxaran bir adam kimi tanınmış, ərəb, fars, rus dillərini və osmanlıcanı bilməsi ilə seçilmişdi. İran və Osmanlı ziyalıları ilə əlaqələr saxlayan, zəngin kitabxana yaradan Yaqub Paşa Kəngərli rus şərqşünası Konstantin Smirnova “Naxçıvan elinin tarixi və etnoqrafiyasına dair materiallar” kitabını yazmaqda kömək göstərmişdir. 1918-ci ilin qanlı erməni basqınlarının qarşısının alınmasında ağıl və hünəri ilə fərqlənmişdi. Belə bir mühitdə və huşyar ailədə böyüyən Nəsrulla sovet dovrünün ilk illərində məktəb təhsili almış, 1929-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu və 1939-cu ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) memarlıq-inşaat fakültəsini bitirdikdən sonra muxtar respublikanın kəndlərində dərs demişdi. Yaqub Paşa isə sovet quruculuğunda fəal iştirak etsə də İran vəTürkiyə ilə əlaqə saxlamaqda şərlənib 1939-cu ildə güllələnmişdi. Ailə Qazaxıstana sürgün olunmuş, yalnız 1964-cü ildə vətənə qayıda bilmişdi. Təhsil alması ilə bağlı Naxçıvandan kənarda olması Nəsrullanı bu sürgün və cəzadan xilas etmişdi.
Nəsrulla xan
Seyid Nəsrullah Bahadur xan ibn Heydər xan Manqıt(1806 — 1860) — Manqıtlar sülaləsindən Buxara əmirliyinin hökmdarı. == Həyatı == Seyid Nəsrullah Bahadur xan ibn Heydər xan Manqıt 1806-cı ildə Buxara şəhərində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi almışdı. 15 yaşından başlayaraq hakimiyyət uğrunda mübarizə başlamışdı.1821-ci ilin yazından başlayaraq Buxara əmirliyinin ordusuna başçılıq etmişdi.Miyanqala üsyanının yatırılmasında iştirak etmişdi. Özbək tayfaları tərəfindən tutulmuş Kattakurqan şəhərini azad etmişdi. Onun əmri ilə 400 nəfərdən 700 nəfərədək adamın başı vurulmuşdu. Gizli olaraq hazırladıqları bu girişimdən nəticə ala bilməyən Kokand xanlığının müxalifləri, Buxara Əmiri Nasrullaha xəbər göndərərək, Onu Kokandı ələ keçirməsi üçün təşviq ətməyə başlamışdılar. Müxaliflərin yardımı ilə Kokand hakimi Məhəmmədəli xanın məmləkəti idarə edərkən zalımca tövr sərgiləməsi, atasının nikahlısını alması və səfihliği propaqandası aparan Əmir Nasrullah, Kokand xalqında hüzursuzluğun ortaya çıxmasına səbəbiyət vermişdir. Kokand daxilində uyğun ortamı hazırlayan Əmir Nasrulla, 18.000 əsgərdən ibarət olan bir orduyla hərəkətə keçmiş və Kokanda təqribən 25 km² uzaqda ordusunu əyləşdirmişdi. Buxaralıların üzərinə gəldiyini duyan Məhəmmədəli xan, müxaliflərin planı nəticəsində Əmir Nasrulla ilə qarşı-qarşıya gəlməkdən çəkinmiş, Kokandı tərk edərək Oşa çəkilmək məcburiyyətində qalmışdır.
Nəsrulla İmanquliyev
Nəsrulla Əsədulla oğlu İmanquliyev (22 dekabr 1911, Bakı – 7 mart 1998, Bakı) — azərbaycanlı jurnalist, elm xadimi və ictimai xadim, Azərbaycan SSR Əməkdar jurnalisti (1990), Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1976). == Həyatı == Nəsirulla Əsədulla oğlu İmanquliyev 22 dekabr 1911-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1925-1926-cı illərdə Bakı şəhərində peşə məktəbini bitirmişdir. 1926-cı ildə Komsomol sıralarına qəbul edilmişdir. 1934-cü ildə Bakı şəhərində Lassal adına Neft Texnikumuna daxil olaraq təhsilini davam etdirmişdir. Dövri mətbuatda ilk yazıları tələbəlik illərində, yəni 1934-1952-ci illərdə çap olunmağa başlayır. Həmin illərdə o, "Kommunist", "Yeni yol", "Gənc işçi", "Vətənin səs" qəzetlərində ədəbi işçi, ədəbi şöbənin müdir müavini, şöbə müdiri, məsul katib, redaktor vəzifəsində çalışmışdır. İkinci dünya müharibəsi zamanı, 1942-ci ildə Nəsir İmanquliyev siyasi işçi kimi Krım cəbhəsinə göndərilmiş, orada o, "Vuruşan Krım" qəzetinin məsul katibi kimi fəaliyyət göstərmiş, eyni zamanda hərbi hissədə tərcüməçi kimi çalışmışdır. Bir il sonra, 1943-cü ildə Nəsir İmanquliyev "Kommunist" qəzetinə məsul katib təyin edilmiş, bu qəzetdə onun vətənpərvərlik mövzusuna həsr edilmiş bir çox məqalələri işıq üzü görmüşdür. O, 1944-cü ildə Sovet İttifaqı Kommunist Partiyası sıralarına qəbul olunmuşdur.
Nəsrulla Şeyxov
Nəsrulla Əsəd oğlu Şeyxov (1863, Naxçıvan ş. – 1921, İran, Rəşt ş.) – maarifçi, teatr xadimi. == Həyatı == Uşaqlığı "Məddah" təxəllüsü ilə şeirlər yazan atası ilə birlikdə Naxçıvan da və Kərbəlada (İraq) keçmişdir. XIX əsrin 80–90-cı illərində C. Məmmədquluzadə ilə birlikdə Naxçıvanın teatr həyatında iştirak etmiş, M. F. Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasında Hatəmxan ağa, E. Sultanovun "Azərbaycan qızı" pyesində Pəri rollarında oynamışdır. İran məşrutə hərəkatında yaxından iştirak etmiş, məşrutəçi kimi "Cəmşid" ləqəbi ilə tanınmışdır. Tiflis şəhərində "Hümmət" təşkilatı Naxçıvan şöbəsinin yaradılmasında mühüm rol oynamışdır. İranda, Həştərxanda həbsdə olmuşdur. İranın Rəşt şəhərində kommunist firqəsinin məsul katibi olan Ş. müxalif qüvvələrlə gedən vuruşmalarda faciəli surətdə həlak olmuşdur. == Mənbə == Xəlilov Ə., Naxçıvan teatrının tarixi, B., 1964; Həbibbəyli İ., Cəlil Məmmədquluzadə: Mühiti və müasirləri, B., 1997.
Nəsrulla Nəsrullayev
Nəsrulla Hidayət oğlu Nəsrullayev (24 oktyabr 1920, Bakı – 26 aprel 1978, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi və alimi, Azərbaycan SSR yüngül sənaye naziri (1975–1978) və Azərbaycan SSR rabitə naziri (1969–1975). == Həyatı == Nəsrulla Nəsrullayev 1920-ci ildə anadan olmuşdur. 1927-ci ildə təhsilinə başlayaraq əvvəlcə Bakı şəhərində 9 nömrəli məktəbdə, sonra isə Azərbaycan Sənaye Politexnikumunun elektrik texnikası şöbəsində, Azərbaycan Sənaye İnstitutunun energetika şöbəsində təhsil almış və buranı 1941-ci ildə bitirmişdir. Texnika elmləri namizədi, dosent olmuşdur. Nəsrulla Nəsrullayev əmək fəaliyyətinə 1936-cı ildə tələbə olarkən başlamış, Azərbaycan Energetika İdarəsi sistemində növbətçi texnik vəzifəsində işləmişdir. Xəzər Neftdaşıma Gəmiçiliyi İdarəsinin fabrik-zavod məktəbində və Bakı Neft Maşınqayırma texnikumunda pedaqoji fəaliyyət göstərmiş, müəllimlik etmişdir. 1941–1944-cü illərdə zavodda mühəndis, sex rəisi, baş energetik vəzifələrində işləmişdir. 1945–1947-ci illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin əvvəlcə elektrik stansiyaları və elektrik sənayesi şöbəsində, sonra isə neft sənayesi şöbəsində təlimatçı olmuşdur. 1947–1960-cı illərdə Nəsrulla Nəsrullayev Bakı elektrik maşınqayırma zavodunun direktoru olmuşdur. 1960–1961-ci ildə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının Elektrotexnika Sənayesi İdarəsinin rəisi təyin edilmiş, 1961–1966-cı illərdə Azərbaycan KP Bakı Şəhər Komitəsinin birinci katibi işləmişdir.
Şəmsulla Əliyev
Əliyev Şəmsulla Feyzulla oğlu (4 (17) aprel 1915, Dərbənd, Dağıstan vilayəti – 19 noyabr 1943, Kerç, Krım MSSR) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Dərbənd şəhərində anadan olmuş və Almaniya faşizmi ordusuna qarşı müharibənin fəal iştirakçısıdır. Batalyon komandirinin siyasi hissə üzrə müavini kapitan Ş.Əliyev Şimali Qafqazda, Tamanda və Krımda keçirilən ağır döyüşlərdə iştirak etmişdir. Şəmsulla Əliyev 1943-cü ilin payızında 309-cü atıcı diviziyanın tərkibində batalyon komandirinin siyasi hissə üzrə müavini idi. 1943-cü ilin noyabrında Kerç şəhərinin girəcəyində, iki zavodun ətrafında gedən döyüşlərdə "İrəli, Qafqazın qartalları!" çağırışı ilə döyüşün önündə gedirdi. Noyabrın 11-də batalyon beş dəfə hücuma qalxaraq düşmənin iki müdafiə xəttini yarmışdı. Belə ağır döyüşlərin biri də noyabrın 19-da oldu və kapitan Ş.Əliyev bu döyüşdə qəhrəmancasına həlak oldu. Sovet İttifaqı Qəhrəmanı adı ona ölümündən sonra verilmişdir. == İstinadlar == == Mənbə == 9may.az. Qəhrəmanlar.
Həmdulla Sübhi Tanrıövərin
Həmdullah Sübhi Tanrıövər (1 yanvar 1885 – 10 iyun 1966, İstanbul) — Türk ədəbiyyatçı, yazar, pedaqoq, millət vəkili, siyasətçi. == Həyatı == "Türk Ocaqları"na uzun müddət başçılıq edib, Antalya millət vəkili olub. Mətbuat və İstihbarat Ümumi Müdirliyi və Milli Təhsil naziri vəzifələrində çalışıb, Türkiyənin Rumıniyada Böyükelçisi olub. Məhəmməd Əmin Rəsulzadə ilə yaxın dostluq münasibətləri olub. == Fəaliyyəti == Həmdullah Sübhi bəy Ocaq qurulduğu zaman Tibbiyyəli tələbələrin Müvəqqəti İdarə Heyəti üzvlüyünə namizəd göstərdiyi 20 nəfərlik siyahıya daxil idi; lakin o zamanlar (1911) Həmdullah bəyi lazımi səviyyədə tanıyanlar az olduğundan Müvəqqəti İdarə Heyəti üzvlüyünə seçilə bilməmişdi. Ocaq qurulub, Divan Yolunun Mərcan ağa məscidinə yaxın hissəsində özünəməxsus bir neçə otaq da təmin etdikdən sonra Həmdullah bəy öz ifadəsinə görə, Akçuraoğlu Yusufun vasitəsi ilə 25 yanvar 1328-ci ildə (1912) 776-cı nömrə ilə Ocağa üzv yazıldıqdan sonra, çox tez gerçək yerinə yüksəldi; yəni idarə heyəti başqanı oldu. Həmdullah bəyin Ocağa alındığı zaman idarə heyətində başkan Əhməd Fərid bəy, ikinci başqan Akçuraoğlu Yusuf idi. Ümumi katib bu gün Bükrəş elçisi olan Hüseyn Rağib bəydi. Həmdullah bəyin ocağa girməsini təqibən toplanan qurultayın seçimində başkanlığa Həmdullah Sübhi bəy keçdi, ikinci başkanlıqda yenə Akçuraoğlu Yusuf qaldı.
Həmdulla əfəndi Əfəndiyev
Həmdulla əfəndi Əfəndizadə (1870, Qələgah, Quba qəzası – 3 iyul 1929, Nargin adası, Abşeron rayonu) — Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri; Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü; Sovet dönəmində Quba üsyanının başçılarından biri. Həmdulla əfəndi məşhur alim və övliya şeyx İbrahim əfəndinin (Əfəndi baba) nəvəsi, İsmayıl əfəndinin oğludur. == Həyatı == 1870-ci ildə Quba qəzasında (indiki Şabran rayonu, Qələgah kəndində) anadan olub. İlk təhsilini kənd mollaxanasında və Qubadakı mədrəsədə almışdır. Daha sonra ikisinifli rus məktəbini bitirmiş (1906), ərəb, fars və rus dillərini öyrənmişdir. Dəvəçi nahiyəsinin Qələgəh kəndindəki ata-baba mülkündə yaşayan Həmdulla Əfəndi bütün mahalda böyük nüfuza malik olan məşhur ruhani ailəsinə mənsub idi. Əfəndilər nəslinin tanınmış nümayəndələrindən biri olan Həmdulla əfəndinin babası İbrahim əfəndinin məzarı müsəlman əhalinin ziyarət yeri olmuş, atası İsmayıl əfəndi və əmisi Əbdülvəhhab əfəndi hələ 1880-ci ildə, "müridizmi qızışdıranlar" kimi Sibirə, "azad" məskunlaşmaya sürgün edilmişdilər. İsmayıl əfəndi orada vəfat etmiş, Əbdülvəhhab əfəndi isə yalnız 17 ildən sonra vətənə qayıtmışdı. Həmdulla əfəndi özü bütün qəzada ictimai xadim, şərəfli və ədalətli insan kimi tanınırdı. Bu da ona yalnız müsəlmanlar arasında deyil, bütün əhali arasında böyük nüfuz qazandırmışdı.
Həmdulla əfəndi Əfəndizadə
Həmdulla əfəndi Əfəndizadə (1870, Qələgah, Quba qəzası – 3 iyul 1929, Nargin adası, Abşeron rayonu) — Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri; Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü; Sovet dönəmində Quba üsyanının başçılarından biri. Həmdulla əfəndi məşhur alim və övliya şeyx İbrahim əfəndinin (Əfəndi baba) nəvəsi, İsmayıl əfəndinin oğludur. == Həyatı == 1870-ci ildə Quba qəzasında (indiki Şabran rayonu, Qələgah kəndində) anadan olub. İlk təhsilini kənd mollaxanasında və Qubadakı mədrəsədə almışdır. Daha sonra ikisinifli rus məktəbini bitirmiş (1906), ərəb, fars və rus dillərini öyrənmişdir. Dəvəçi nahiyəsinin Qələgəh kəndindəki ata-baba mülkündə yaşayan Həmdulla Əfəndi bütün mahalda böyük nüfuza malik olan məşhur ruhani ailəsinə mənsub idi. Əfəndilər nəslinin tanınmış nümayəndələrindən biri olan Həmdulla əfəndinin babası İbrahim əfəndinin məzarı müsəlman əhalinin ziyarət yeri olmuş, atası İsmayıl əfəndi və əmisi Əbdülvəhhab əfəndi hələ 1880-ci ildə, "müridizmi qızışdıranlar" kimi Sibirə, "azad" məskunlaşmaya sürgün edilmişdilər. İsmayıl əfəndi orada vəfat etmiş, Əbdülvəhhab əfəndi isə yalnız 17 ildən sonra vətənə qayıtmışdı. Həmdulla əfəndi özü bütün qəzada ictimai xadim, şərəfli və ədalətli insan kimi tanınırdı. Bu da ona yalnız müsəlmanlar arasında deyil, bütün əhali arasında böyük nüfuz qazandırmışdı.
Mirzə Nəsrulla xan
Mirzə Nəsrulla xan Naini (17 oktyabr 1840, Nayin, İran - 13 sentyabr 1907, Tehran, İran) (fars. میرزا نصرالله خان نایینی‎), Müşirəddövlə, İranın Qacar xanədanının baş naziri == Həyatı == Mirzə Nəsrulla xan 17 oktyabr 1840-cı ildə Nayində anadan olmuşdu. Mirzə Nəsrulla xan 13 sentyabr 1907-ci ildə Tehranda vəfat edib.
Mirzə Nəsrulla Əmirov
Mirzə Nəsrulla Əmirov (d.1873, Naxçıvan – ö.1937 Naxçıvan) — Müsəlman Milli Komitəsinin sədri, Naxçıvan Milli Şurasının sədri, repressiya qurbanı. == Həyat və fəaliyyəti == Mirzə Nəsrulla 1873-cü ildə Naxçıvanda anadan olmuşdur. 1886-cı ildə peşəsi mülkədar və yerli həkim olan Mirzə Nəsrulla Əmirov 1917-ci ildə ticarətlə məşğul olmuşdur. 1919-cu ildə Mirzə Nəsrulla Müsavat hakimiyyəti dövründə təşkil olunmuş Milli Məclisin sədri (Naxçıvan Milli Komitəsinin sədri) seçilmişdir. === Ailəsi === Oğulları: Cabbar Əmirov Cəlil Əmirov Kazım Əmirov Kərim Əmirov Qızları: Tovuz Əmirova Tərlan Əmirova Nusrət Əmirova Xurşud Əmirova Ürfət Əmrova Nigar Helmi Abbasbəyli (nəticəsi) Ilham Mustafayev (nəticəsi) == Repressiya qurbanı == Mirzə Nəsrulla Əmirov 1937-ci ildə repressiya qurbanlarından biri olmuşdur. == Həmçinin bax == Cəlil Əmirov Cabbar Əmirov Nigar Helmi Abbasbəyli == Xarici keçidlər == Görkəmli şəxsiyyətin layiqli davamçısı Maarif fədaisi,... == Mənbə == Aslan Kənan. "XX əsrdə repressiyalara məruz qalanlar". Bakı, ― Azərnəşr‖, 2011 – 296 s.
Eynulla Ağayev
Ağayev Eynulla Xankişi oğlu – nasir, 1955-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Eynulla Ağayev 1907-ci il dekabrın 31-də Bakının Ramana kəndində, neftçi ailəsində doğulmuşdur. İbtidai təhsilini kənd məktəbində almışdır. 1926-cı ildə Sabir adına 23 saylı ikinci dərəcəli məktəbdə təhsilini davam etdirmişdir. Hərbi xidmət illərində Nuxa və Dağlıq Qarabağda cinayətkarlara qarşı mübarizədə iştirak etmişdir. Sonra Suraxanı neft mədənlərində fəhləlik etmişdir. Hələ orta məktəbdə oxuduğu vaxtdan ədəbiyyata güclü meyl göstərirdi. İlk şerlərini, məqalə və qeydlərini "Gənc işçi", "Kommunist", "Yeni yol" qəzeti redaksiyalarına göndərirdi. İlk hekayəsi "Balıqçı Kamil" 1928-ci ildə Tiflisdə buraxılan "Qızıl şəfəq" jurnalının 12-ci sayında çap olunmuşdur. Bundan sonra o ədəbi dərnəklərdə müntəzəm iştirak etmiş, 1931-ci ilin noyabnnda "Kommunist" qəzetinin partiya şöbəsinə ədəbi işçi qəbul olunmuşdur.
Eynulla Cəbrayılov
Eynulla Eynulla oğlu Cəbrayılov (8 aprel 1935–14 sentyabr 1992) — xanəndə. == Həyatı == E.Cəbrayılov 1952-ci ildən ömrünün sonuna kimi Kürdəmir rayonu Mədəniyyət İdarəsində çalışmış, eyni zamanda, respublikanın musiqi həyatında yaxından iştirak etmişdir. 1956 və 1957-ci illərdə Azərbaycan gənclərinin birinci və ikinci festivallarının laureatı olmuşdur. == Yaradıcılığı == Şirvan musiqi mühitində yetişən Eynulla Cəbrayılov bu bölgənin ustad sənətkarlarının ənənələrindən bəhrələnir, muğam və aşıq sənətinin sirlərinə yiyələnir. O, ifaçılığında bu iki sənətin xüsusiyyətlərini qovuşdurmağa nail olur. Gənc yaşlarından peşəkar xanəndə kimi respublikada tanınan E.Cəbrayılovun Aşıq Şakir və nəfəs alətləri ifaçısı Həsrət Hüseynovla birgə çıxışları xüsusilə əlamətdar olmuşdur. E.Cəbrayılov aşıq havalarını ("Nazlana-nazlana", "Bala nərgiz", "Kimə yalvarım" və s.) böyük şövqlə oxuyan xanəndə kimi məşhurlaşmışdır. Bu havalar bu gün xanəndələrin repertuarında kök salmışdır. E.Cəbrayılov geniş diapazonlu, rəngarəng tembrli güclü səsə malik xanəndə olmuşdur. Onun ifasında "Rast", "Segah-Zabul", "Mirzə Hüseyn Segahı", "Çahargah" və başqa muğamlar AzRT Fondunda saxlanılır.
Eynulla Fətullayev
Fətullayev Eynulla Emin oğlu — tanınmış azərbaycanlı jurnalist, "haqqın.az" və "virtualaz.org" saytlarının baş redaktoru,"Gündəlik Azərbaycan" qəzetinin (2005–2007) baş redaktoru. Tənqidi yazılarına görə Azərbaycan hökuməti tərəfindən təqib olunmuşdur. Azərbaycan Respublikasının əməkdar jurnalisti. == Həyatı == Eynulla Fətullayev 1976-cı il sentyabrın 25-də Bakıda anadan olub. Jurnalistikaya gənc sosial demokrat, "İstiqlal" qəzetinin yazarı kimi gəlmişdir. 1990-cı illərin ortalarında Yeni Azərbaycan Partiyasına üzv olub, bir müddət əmək və əhalinin sosial müdafiəsi nazirinin köməkçisi işləyib. YAP-dan istefa verəndən sonra müstəqil yazarlığa başlayıb. Azərbaycan Silahlı Qüvvələrində xidmət edənədək bir müddət ANS televiziyasında analitik proqramların aparıcısı olan E. Fətullayev sonradan Elmar Hüseynovun nəşr etdiyi "Monitor" jurnalında çalışıb. 2005-ci ildə E. Hüseynovun qətlindən sonra "Monitor" bağlananda E. Fətullayev "Realnı Azerbaydjan", "Gündəlik Azərbaycan" qəzetlərini və "Azerbaydjan v mire" jurnallarını yaradıb. 2006-cı ilin oktyabrında o, davamlı təzyiqləri əsas gətirərək nəşrlərini bağladığını elan edib.
Eynulla Lətifov
Eynulla Niyətulla oğlu Lətifov (8 sentyabr 2001, İkinci Nügədi, Quba rayonu – 20 oktyabr 2020, Xocavənd) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Lətifov Eynulla Niyətulla oğlu — 8 sentyabr 2001-ci ildə Quba rayonu İkinci Nügədi kəndində doğulub. Uşaq yaşlarından hərbi sahəyə böyük maraq göstərib. == Hərbi xidməti == Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 44 günlük müharibədə Füzuli və Cəbrayıl rayonlarındakı döyüşlərdə iştirak edib. Xocavənd uğrunda gedən döyüşlərdə həlak olub. == Təltifləri == Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 05 noyabr 2022, 17:28 Sərəncamı ilə III dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilmişdir.
Eynulla Mədətli
Eynulla Mədətli (tam adı: Eynulla Yadulla oğlu Mədətli; 18 aprel 1954, Naxçıvan) — 1990–1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı. Azərbaycanın İran İslam Respublikasının Təbriz şəhərində Baş konsulu və Azərbaycan səfirliyinin müşaviri (Tehran,1996–2001). Azərbaycan Xarici İşlər Nazirliyinin müşaviri (2001–2002). Azərbaycanın Pakistan İslam Respublikasında və Əfqanıstanda (iqamətqahı İslamabad olmaqla) Fövqəladə və Səlahiyyətli səfiri (2002–2010). Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri (2010–2015). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda aparıcı elmi işçi (2016–2017), 2017-ci ildən Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru. == Həyatı == == Elmi əsərlər == "Azərbaycan həqiqətləri İran tarixşünaslığında" Bakı, 2011, "XX əsrin əvvəllərində Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında" Bakı, 2017, "İranda Azərbaycan tarixi məsələləri" Bakı, 2020, "Bir millət-iki dövlət: fəlsəfi-tarixi təhlili" Həmmüəllif, Bakı, 2020. "Heydər Əliyev-İlham Əliyev: Azərbaycançılığın zəfər yolu" Bakı, 2021, "Tarix və tarixşünaslıq məsələləri" Bakı, 2022. == Mükafatları == Azərbaycan Respublikası diplomatik xidmətinin 90 illiyi yubiley medalı (2009). 2014-cü ildə Azərbaycan ilə Ukrayna arasında humanitar münasibətlərin inkişaf etdirilməsi, dərinləşdirilməsi və genişləndirilməsində xidmətlərinə görə "İlin adamı" proqramının Ali Akademik Şurasının qərarına əsasən diplomatiya sahəsində beynəlxalq mükafata layiq görülüb.
Eynulla Əliyev
Eynulla Əliyev (tam adı: Əliyev Eynulla Dadaş oğlu; d. 1937, Bilgəh, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 2001, Özbəkistan) — Azərbaycan əsilli Özbəkistan rəssamı və heykəltaraşı. == Həyatı == Eynulla Əliyev 1937-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərinin Bilgəh kəndində anadan olmuşdur. Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində oxumuş, xalq rəssamı Tokay Məmmədovun sinfində təhsil almışdır. Daha sonra Daşkəndə getmiş və ali təhsilini 1960-1966-cı illərdə A.N.Ostrovski adına Daşkənd Teatr İncəsənəti İnstitutunda almış, Heykəltaraşlıq fakültəsini bitirmişdir. Təyinatla Səmərqənd şəhərində işləməyə göndərilmiş, ömrünün sonunadək burada yaşamış və yaratmışdır. 2001-ci ildə Özbəkistan Respublikasında vəfat etmişdir. == Yaradıcılığı == Eynulla Əliyev Özbəkistanda keçirilmiş bir sıra sərgilərdə fəal iştirak emiş, 1968-ci ildə Özbəkistan Rəssamlar İttifaqının üzvü, 1969-cu ildə isə Özbəkistan Rəssamlar İttifaqının Səmərqənd filialının sədri seçilmiş və 1986-cı ilə qədər ona rəhbərlik etmişdir. Heykəltaraş Eynulla Əliyev daş, mis, bürünc və ağacdan bir sıra unikal heykəllər yaratmışdır.
Sehrulla Quliyev
Sehrulla Xeyrulla oğlu Quliyev (2 oktyabr 1999; Birinci Şahsevən, Beyləqan rayonu, Azərbaycan — 21 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sehrulla Quliyev 2 oktyabr 1999-cu ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuşdur. == Hərbi xidməti == Sehrulla Quliyev Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra mülki işdə çalışmışdır. Azərbaycan Ordusunun əsgəri olan Sehrulla Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sehrulla Quliyev 21 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sehrulla Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Sehrulla Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.