Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avdal
Avdalar — İrəvan quberniyasının İrəvan qəzasında kənd, türk mənşəli toponim. Avdal (Tovuz) — Tovuz rayonunda kənd.
Aval
Aval (fr. aval, ehtimala görə ərəb. حوالة‎) — vekseli imzalamış şəxsin və ya veksel üzrə öhdəlik daşıyan digər şəxslərin öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürən şəxsin veksel zəmanəti. Avalist vərəqçi ilə bərabər məsuliyyət daşıyır və onun öhdəliyi, hətta onun zəmanət verdiyi öhdəlik forma qüsurundan başqa hər hansı səbəbdən etibarsız olduğu halda da etibarlıdır. Bu baxımdan aval əsas öhdəliyə münasibətdə əlavə (aksesuar) olan təminata deyil, bank təminatına tam bərabərdir. Avalistin məsuliyyəti onun zəmanət verdiyi şəxslə birgə və bir sıra məsuliyyət daşıyır. Aval vekselə və ya çekə yazmaqla həyata keçirilir; o, öz adını ödəyicinin adına aid edir, bunun üzərinə “aval başına” (yaxud “aval üçün hesab” və ya hər hansı ekvivalent düstur) sözlərini əlavə edir və aval verənlərə imza qoyur. Lakin avalın etibarlılığı üçün vekselin və ya çekin üz tərəfində yalnız avalistin imzası kifayətdir, əgər bu imza ödəyici və ya veksel sahibi tərəfindən qoyulmursa. Aval kimin üçün verildiyini göstərməlidir. Belə bir əlamət olmadıqda çekin siyirtməsi və ya çekmecesi üçün verilmiş sayılır.
Arval qardaşları
Arval qardaşları (ing. Arval Brethren; lat. Fratres Arvales) - Qədim Romada aqrar kultu həyata keçirən 12 nəfərdən ibarət kahinlər kollegiyası; üzvləri ömürlük seçilirdi Arval qardaşlarının fəaliyyəti qismən qorunub saxlanmış protokollardan məlumdur; Oktavian Avqust dövründən onları mərmər lövhələrə yazırdılar. Arval qardaşlarının əsas vəzifəsi məhsulun yetişməsinə yardım edən bayramların keçirilməsi idi. Bayramlar Tiber çayının sağ sahilində, mayın sonu - iyunun əvvəllərində 3 gün ərzində keçirilirdi. Yalnız imperator Vespasianın dövründə Arval qardaşlarına yığıncaqlarını keçirmək üçün Forumda ilahə Konkordiyanın məbədində yer verilmişdi. Bayram mərasimləri ciddi nizama salınmış, vacib dua və andlar xüsusi kitablara yazılmışdı. Günlərə bölüşdürülmüş mərasim hərəkətləri şərabın, qurbanlıq heyvanların (donuz, öküz, qoyun) içalatının qurban gətirilməsindən, mərasim ləvazimatının, fetiş-küpələrin tullanmasından, sıyığın, çörəklərin yeyilməsindən ibarət idi. Arval qardaşlarının zahiri əlaməti ağ lentlə hörülmüş sünbül çələngi sayılırdı. Rəvayətə görə, kollegiya ilk dəfə Romulun süd anası Akka Larensiyanın 12 oğlundan təsis olunmuşdu; onlardan biri öldükdən sonra yerini süd qardaşı Romul tutmuşdu.
Avdal (Tovuz)
Avdal — Azərbaycan Respublikasının Tovuz rayonunun Əhmədabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Avdal kəndi Yanıqlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Əhmədabad kəndi olmaqla Əhmədabad kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Oykonim abdal tayfasının adı ilə bağlıdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Çınqıldağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Avram Herşko
Avram Herşko və ya Ferens Herşko (ivr. ‏אברהם הרשקו‏‎, 31 dekabr 1937, Karçaq[d], Yas-Nadkun-Solnok[d]) — yəhudi əsilli macar həkim və biokimyaçı. == Həyatı == Avram Herşko 1937-ci ilin dekabr ayının 31-də Macarıstanın Karçaq şəhərində anadan olmuşdur. 1950-ci ildə ailəsi ilə birgə İsrailə köçmüş və günümüzdə də burada yaşamaqdadır. Avram Herşko 1965-ci ildə Qüds Universitetində tibb təhsili aldıqdan sonra 1969-cu ildə doktorluq dissertasiyasını müdafiə etdi. Hal-hazırda Hayfada İsrail Texnologiya İnstutunun tibb fakültəsinin professorudur. 2004-cü ildə "uvikvitin protein deqredasiya"sının kəşfinə görə Aaron Çexanover və İrvin Rozla birlikdə Nobel Kimya Mükafatına layiq görülmüşdür.
Avril Lavin
Avril Lavin (ing. Avril Ramona Lavigne; 27 sentyabr 1984[…]) — kanadalı məşhur müğənni, musiqiçi, bəstəkar, aktrisa və model. Onun ailəsi franko-kanada mənşəlidir. Adı isə fransızcadan tərcümədə Avril-aprel və la vigne-üzüm deməkdir. Rok və pop janrlarında ifa edir. Müğənnilik fəaliyyətinə 2002-ci ildən başlayan Avril Sum 41, The Black List Club, Avril Lavigne kollektivlərində çıxış edib. == İlk illər == Avril Belvill şəhərində katolik təriqətli Con və Cudi Lavinin ailəsində dünyaya göz açıb. 5 yaşından Napanee şəhərində böyüyən Avril orada kilsə xorunda oxuyub, həmçinin gitarada çalmağı öyrənib. Sonralar kantri stilində mahnılar ifa etməyə başlayıb. 16 yaşında olarkən Avrili görən Arista Records kompaniyasının üzvü Ken Kronqardöz bossu Antonio Reid-ə Avrili Nyu-Yorkdakı studiyada dinləməyi məsləhət görür.
Aral Qaraqumu
Aral Qaraqumu - qumlu səhra, Qazaxıstanın ön Aral regionunda yerləşir. Şimal-şərqdən Aral dənizi, cənubdan isə Sırdərya ilə əhatələnir. == Təbiəti == Ərazi əsasən düzənlik olsa da, Aral gölünə doğru səthin enişi müşahidə edilir. Səthin hündürlüyü 55–118 m təşkil edir. Ərazi əsasən qumluq sahələrdən ibarətdir. Burada səthi əsasə yarımkol bitkiləri üstünlük təşkil edir. Qumlar hətta 5–25 m hündürlüyə malik olan təpəçiklər əmələ gətirirlər. Burada bitkilərin kökləri hətta 3-8 metr dərinliyə qədər gedə bilirlər. Ümumi boyunca hövzəsində şoranlıqlar mövcuddur. Takırlar ərazini bütünlüklə örtür.
Aral dənizi
Aral dənizi və ya Aral gölü (qaz. Арал теңізі, özb. Orol dengizi, Орол денгизи, qaraq. Aral ten'izi, Арал теңизи)— Mərkəzi Asiyada, Qazaxıstan və Özbəkistan sərhədində, Turan ovalığında axarsız şor göl. XX əsrin 60-cı illərindən dənizin əsas qida mənbəyi Amudərya və Sırdərya çayları suyunun kənd təsərrüfatı ehtiyaclarına daha çox işlədilməsi nəticəsində Aral dənizinin səviyyəsi intensiv surətdə aşağı düşməyə başlamışdır. Artıq 200 ilədək səviyyə 19 m aşağı düşmüş, səthinin sah. 24,4 min km2 -ə, həcmi 175 km3-ə, duzluluğu 46–59%-ə çatmış, sahil xətti onlarla km geriyə çəkilmişdir. Amudərya və Sırdərya çaylarının suyu bəzi illərdə Aral dənizinə gəlib çatmır. 1989-cu ildə dəniz iki hissəyə parçalandı — Şimali (Kiçik), Cənubi (Böyük) Aral dənizi. Aral dənizinin şimal sahilləri bəzi yerlərdə hündür, bəzi yerlərdə alçaq, şərq sahilləri qumluqdur; cənub sahilini, əsasən, Amudəryanın deltası, qərb sahilini Üstyurd platosunun uçurumu (hünd.
Aral gölü
Aral dənizi və ya Aral gölü (qaz. Арал теңізі, özb. Orol dengizi, Орол денгизи, qaraq. Aral ten'izi, Арал теңизи)— Mərkəzi Asiyada, Qazaxıstan və Özbəkistan sərhədində, Turan ovalığında axarsız şor göl. XX əsrin 60-cı illərindən dənizin əsas qida mənbəyi Amudərya və Sırdərya çayları suyunun kənd təsərrüfatı ehtiyaclarına daha çox işlədilməsi nəticəsində Aral dənizinin səviyyəsi intensiv surətdə aşağı düşməyə başlamışdır. Artıq 200 ilədək səviyyə 19 m aşağı düşmüş, səthinin sah. 24,4 min km2 -ə, həcmi 175 km3-ə, duzluluğu 46–59%-ə çatmış, sahil xətti onlarla km geriyə çəkilmişdir. Amudərya və Sırdərya çaylarının suyu bəzi illərdə Aral dənizinə gəlib çatmır. 1989-cu ildə dəniz iki hissəyə parçalandı — Şimali (Kiçik), Cənubi (Böyük) Aral dənizi. Aral dənizinin şimal sahilləri bəzi yerlərdə hündür, bəzi yerlərdə alçaq, şərq sahilləri qumluqdur; cənub sahilini, əsasən, Amudəryanın deltası, qərb sahilini Üstyurd platosunun uçurumu (hünd.
Birinci Aral
Birinci Aral — Azərbaycan Respublikasının Ağdaş rayonunun Birinci Aral kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şirvan düzündədir. Yaşayış məntəqəsi XIX əsrin ikinci yarısında yaxınlıqdakı İəmsabad kəndindən ayrılmış ailələrin xəzinə (dövlət) torpağı sayılan Aral adlı torpaq sahəsində məskunlaşması nəticəsində yaranmışdır. Əvvəllər Təzəkənd, bir qədər sonra Təzə İəmsabad adlandırılan bu kənd yerli əhalinin dilində Aral Bir (yeni Birinci Aral) də adlanır. Aral sözü türkdilli xalqların toponimiyasında "bitkili torpaq sahəsi", "quru", "ada" və s. mənalarda işlənmışdir. Sözün "ayrılmış", "kənar" mənaları da vardır. Qazaxıstan və Özbəkistan ərazisində yerləşən dəniz və Amudərya çayının mənsəbindəki adalı sahə də Aral adlanır.
Böyük Aral
Böyük Aral gölü — Göl Aral dənizinin quruması nəticəsində 1989-cu ildə meydana gəlmişdir. 2003-cü ildə Böyük Aral dənizi öz növbəsində iki hissəyə bölünmüşdür. Şərqi və qərbi adlandırılan hissələr Uzun-Aral boğazı ilə birləşirdi. Göl dəniz səviyyəsindən 29 metr yüksəklikdə yerləşirdi. Bu tip yerləşmə sayəsində hissələr arasında aktiv əlaqə mövcud idi. 2005-ci ildə isə Kiçik Aral gölü Böyük Araldan Kokoral bəndi inşa edilmişdir. Artıq isə 2009-cu ildə Şərqi Aral tamamən qurumuşdur. 2010-cu ildə göl Amudəryadan gələn suyun hesabına yenidən dolmuşdur. Bununla belə göl yenidən dörd il sonra tamamən quyumuşdur. Qərbi Aral isə qrunt suları ilə dolduğundan quruması gecikir.
Kiçik Aral
Kiçil Aral, Şimali Aral (qaz. Солтүстік Арал теңізі) — Qazaxıstanın Qızıl Orda vilayətində yerləşən duzlu göl. Qurumuş Aral dənizinin şimal hissəsini təşkil edir. Gölə Sırdərya çayı tökülür. Göl 1987-ci ildə Aralın quruması ilə meydana gəlmişdir. == Coğrafiyası == Kiçik Aralın tərkibinə daxil olan körfəzlər: Şevçenko körfəzi, Butakov körfəzi, Böyük Sarışıqanak (keçmiş sahilində Aralsk şəhəri yerləşirdi), Paskeviç buxtası, Jalanaş buxtası (2010-cu ildə tamamən qurumuşdur. Sahilində Jalanaş şəhəri yerləşirdi. Üstəlik gölün tərkibinə Berqa boğazı daxildir. Onun qarşısına Kokaaral bəndi atılmışdır. 2009-cu ildə gölün dərinliyi 42 metr təşkil etmişdir.
Uzun-Aral
Uzun-Aral — boğaz Aral dənizinin şərq və qərb hissələrini birləşdirir. Uzun-Aral boğazı 1989-cu ildə Aral dənizinin səviyyəsinin enməsi ilə yaranmışdır. Boğaz Kulandı yarımadasını Vozrajdeniya adasından ayırır. 2000-ci ildə Böyük Aral dənizi şərqi və qərbi olmaqla iki yerə bölünmüşdür. 2008-ci ildən iki hissə yalnız kiçik boğazla birləşmişdir. Bu boğaz sayəsində hər iki göllə əlaqə təmin edilir. Axın əsasən şərqdən qərbədir. 2009-cu ildə şərqi göl tamamən qurumuşdur. Bir il sonra isə göl Amudəryanın hesabına yenidən dolmuşdur. Yay ayı şərq gölü tamamən qurusa da yenidən dolur.
İkinci Aral
İkinci Aral — Azərbaycan Respublikasının Ağdaş rayonunun Birinci Aral kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsi XIX əsrdə İəmsabad kəndindən çıxmış ailələrin Aral adlanan torpaq ərazisində məskunlaşması nəticəsində yaranmışdır. Bu torpaq sahəsi xəzinə torpağı olduğundan Aral (yəni "fərqli, ayrılmış") adlanırdı. Oykonimin birinci komponenti kəndi eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirməyə xidmət edir. Kəndin adının ilk dəfə hallandırılması XX əsrin əvvəllərinə təsadüf edir. 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Göyçay qəzasının Ağdaş dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda bu kəndin də daxil olduğu Şəmsabad kənd şurası yaradılmışdır. 1961-ci ilin İnzibati bölgüsünə əsasən Ərəbşəki kəndi Azərbaycan SSR Ağdaş rayonunun Şəmsabad kənd sovetinə, 1977-ci ilin İnzibati bölgüsünə əsasən isə Ağdaş rayonunun Xosrov kənd sovetinə daxil idi. 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və bu kəndin də daxil olduğu Ağdaş rayonunun Xosrov bələdiyyəsi təsis edilmişdir.
Avra Teodoropulu
Avra Teodoropulu (yun. Αύρα Θεοδωροπούλου; 3 noyabr 1880, Ədirnə – 20 yanvar 1963, Afina) — Yunanıstan pianoçusu, musiqi müəllimi, sufrajist və qadın hüquqları müdafiəçisi. O, 1920-ci ildə Yunanıstan Qadın Hüquqları Liqasının əsasını qoymuş və 1920-ci ildən 1957-ci ilədək həmin təşkilatın sədri kimi fəaliyyət göstərmişdir. == Həyatı == Avra Drakopulu 3 noyabr 1880-ci ildə Osmanlı imperiyasının Ədirnə şəhərində Eleni və Aristomenis Drakopulosun ailəsində anadan olub. Atası Aristomenis Yunanıstanın Osmanlı imperiyasındakı konsulluğunda çalışırdı. Bacısı Teoni Drakopulu isə sonralar öz ölkəsində tanınmış şairə və aktrisa olmuşdu. Onların uşaqlığı indiki Türkiyədə, Kritdə və Afinada keçib. Orta məktəbi bitirib ingilis, fransız və alman dillərini öyrənən Avra 1897-ci ildə könüllü şəkildə Osmanlı–Yunanıstan müharibəsinə qoşulmuş və tibb bacısı kimi fəaliyyət göstərmişdi. O, 1900-cü ildə Afina Konservatoriyasından məzun olarkən gələcək həyat yoldaşı, sonralar Agis Teros təxəllüsü ilə əsərlər yazan siyasətçi və yazıçı Spiros Teodoropulos ilə tanış olmuşdu. Atasının etirazına baxmayaraq, Avra onu yola gətirmiş, 1906-cı ildə Spiros ilə ailə həyatı qurmuş və soyadını Teodoropulu olaraq dəyişmişdi.
Eduar Anri Avril
Edouard Henri Avril (fr. Édouard-Henri Avril, adətən Paul Avril imzasından istifadə etmişdir) (21 may 1849, Əlcəzair, Fransa – 28 iyul 1928) — erotik ədəbiyyat illüstrasiyaları ilə tanınan fransız rəssamıdır. == Bioqrafiyası == Eduard Henri Avril 21 may 1849-cu ildə Əlcəzairdə anadan olub. Atası jandarm polkovniki idi. Gəncliyində atasının yolu ilə getmək istəmiş, 51-ci xətti piyada alayının tərkibində Fransa-Prussiya müharibəsi döyüşlərində iştirak etmiş, kiçik leytenant rütbəsinə qədər yüksəlmiş, 31 may 1871-ci ildə müharibə zamanı aldığı xəsarətlərə görə Fəxri Legion ordeni ilə təltif edilmişdir. 1872-ci il yanvarın 23-də aldığı yaraların ağırlaşmasına görə hərbi xidmətdən getməli olmuşdur. 22 yaşında təqaüdə çıxdıqdan sonra yeni bir peşə axtarışında olmuş, müxtəlif Paris seks salonlarında incəsənət sahəsini öyrənməyə başlamışdır. İşinin qeyri-etik olmasına və Paul Avril təxəllüsü ilə əsərlərini hazırladığı üçün onun tərcümeyi-halı haqqında çox az şey məlumdur. Onun Pol-Viktor Avril olan təxəllüs adı həm rəssam, həm də oymaçı kimi işləyən qardaşı ilə səhv salınmamalıdır. 1874–1878-ci illərdə Parisdə Gözəl Sənətlər Məktəbində təhsil almışdır.
Jan-Jak Avril
Jan-Jak Avril (fr. Jean-Jacques Avril; 16 dekabr 1744[…], Paris – 26 noyabr 1831[…] və ya 1823, Paris) — fransız rəssam və oymaçı. == Həyatı == Jan-Jak Avril 1744-cü ildə Parisdə anadan olmuşdur. Bəziləri böyük ölçülərdə olan təxminən 540 qravüranın müəllifidir. O, İohan Georq Villenin şagirdidir. Avril 1831-ci ildə Parisdə vəfat edib. Onun əsərləri Rue de la Huchette və Rue du Petit Bourbomda saxlanılır. == Əsərləri == Onun qravürlarına daxildir: La Vierge au linge; Rafaeldən sonra. Mars Döyüşə gedir; Piter Paul Rubensdən sonra. Mars Döyüşdən qayıdır; Peter Paul Rubensdən sonra.
Mark Avrel Steyn
Mark Avrel Steyn (26 noyabr 1862[…], Peşt[d], Peşt medyesi – 26 oktyabr 1943[…], Kabil) — macar əsilli ingilis etnoqrafı. == Həyatı == Hindistanın Pəncab əyalətindəki Lahorda olan Oriental Collegeın (Şərq kolleci)nin (bugünkü Pakistanda) müdiri ikən (1888-99) 1892-ci ildə, Kəşmirli Brahman Kalhananın XII yüzildə yazdığı mənzum Hindistan tarixi Racataranginini sanskrit dilində çap etdi. Bunu 1900-cü ildə ingiliscə tərcüməsi olan A Chronicle of the Kings of Kasmir (Kəşmir krallarının bir Vakayinaməsi) nəşrini izlədi. == Ekspedisiyaları == Macar mənşəli ingilis məmuru Mark Avrel Steynin (1906-1908), F.Berqmanın (1928-1934) ekspedisiyaları, Qərbi Türkistanda (Türkmənistanda) 1904-cü ildən başlayaraq R.Pampellinin başçılığı ilə qazıntılar aparan amerikan arxeoloji ekspedisiyası, uzun müddət S.P.Tolstovun rəhbərliyi ilə fəaliyyət gostərən Xarəzm arxeoloji ekspedisiyası, M.E. Massonun və V.M.Massonun başçılıq etdikləri Cənubi Türkmənistan arxeoloji ekspedisiyası, A.P.Okladnikov və onun həmkarlarının Sibir, Şərqi Türkistan və Monqolustan ərazilərindəki arxeoloji tədqiqatları və b. xüsusilə mühüm tapıntılarla nəticələnmişdir. Daş dövrünün müxtəlif mərhələlərinə aid coxlu insan düşərgələri və antropoloji materiallar, Ceytun ve Anau erkən əkinçilik məskənləri, Altun-Təpə və Namazgah-Təpə kimi şəhər tipli yaşayış yerləri, bina qalıqları, təsərrüfat və məişət əşyaları, heykəltəraşlıq nümunələri, qaya rəsmləri, bitki toxumları və b. belə tapıntılardandır. Bu tapıntılar əsasında Türkistanın qədim əhalisinin təsərrüfatı, ictimai quruluşu, mədəniyyəti, ideologiyası, qonşu xalqlarla mədəni-siyasi əlaqələri, etno-dil mənsubiyyəti, adət-ənənələri araşdırılmış, onların müasir türk xalqları ilə etnik və mədəni bağlılığına aid çoxlu faktlar aşkar edilmişdir. Türkistan tarixinə aid arxeoloji abidələr içərisində e.ə.I minillikdə Avrasiyanın geniş ərazisində yayılan skif kurqanları (Arjan, Pazınk, Kul-oba, Çertomlık, Tolstaya moqila və b.) mühüm yer tuturlar. Skif kurqanlarında qazıntılar XIX əsrin ortalarından başlamış, XX əsrin ortalarından isə geniş miqyas almışdır.
Édouard-Henri Avril
Edouard Henri Avril (fr. Édouard-Henri Avril, adətən Paul Avril imzasından istifadə etmişdir) (21 may 1849, Əlcəzair, Fransa Əlcəzairi[d] – 28 iyul 1928) — erotik ədəbiyyat illüstrasiyaları ilə tanınan fransız rəssamıdır. Eduard Henri Avril 21 may 1849-cu ildə Əlcəzairdə anadan olub. Atası jandarm polkovniki idi. Gəncliyində atasının yolu ilə getmək istəmiş, 51-ci xətti piyada alayının tərkibində Fransa-Prussiya müharibəsi döyüşlərində iştirak etmiş, kiçik leytenant rütbəsinə qədər yüksəlmiş, 31 may 1871-ci ildə müharibə zamanı aldığı xəsarətlərə görə Fəxri Legion ordeni ilə təltif edilmişdir. 1872-ci il yanvarın 23-də aldığı yaraların ağırlaşmasına görə hərbi xidmətdən getməli olmuşdur. 22 yaşında təqaüdə çıxdıqdan sonra yeni bir peşə axtarışında olmuş, müxtəlif Paris seks salonlarında incəsənət sahəsini öyrənməyə başlamışdır. İşinin qeyri-etik olmasına və Paul Avril təxəllüsü ilə əsərlərini hazırladığı üçün onun tərcümeyi-halı haqqında çox az şey məlumdur. Onun Pol-Viktor Avril olan təxəllüs adı həm rəssam, həm də oymaçı kimi işləyən qardaşı ilə səhv salınmamalıdır. 1874–1878-ci illərdə Parisdə Gözəl Sənətlər Məktəbində təhsil almışdır.
Aral-Xəzər depressiyası
Aral-Xəzər depresiyası Avropa və Asiya arasında ən alçaq depresiyadır. Bu depresiya Aral dənizi və Şimali Xəzərin arasında yerləşir. Şimal hissəsi Xəzər depresiyası adlanır. Xəzər depresiyasının şərqində yerləşir Turan depresiyası adlanır. Azərbaycanda Aral-Xəzər depresiyasının ən alçaq hissəsi Kür-Araz ovalığıdır. Bu depresiya Azərbaycan, Rusiya, Qazaxıstanın, Özbəkistanın və Türkmənistanın ən alçaq hissəsi sayılır.
Aral Tipli Sahil
Aral Tipli Sahil — Eol relyef formalarını örtən dəniz inqressiyası nəticəsində ənələ gələn dəniz sahil tipi. Sahil xətti çoxlu miqdarda adalar, yarımadalar, körfəz və limanlarla kəsilərək, girintili-çıxıntılıdır.
Aral dənizinin quruması
Aral dənizinin səviyyəsinin aşağı düşməsi— 20-ci əsrin ikinci yarısında Aral dənizinin su həcminin 90%-nin itirilməsi və onun yerində Aralqum səhrasının yaranması ilə bağlı antropogen-təbii ekoloji fəlakətdir. Müasir alimlərin hesablamalarına görə, Aral dənizinin səviyyəsinin azalmasına antropogen amillərin təsiri 70%-dən çoxdur. Aral bölgəsində kənd təsərrüfatının inkişafı, ilk növbədə suvarılan sahələrdə pambıqçılığın intensiv becərilməsi ilə əlaqədar kəskin tənəzzül başlandı. Əkin sahələrini suvarmaq üçün 1960-cı illərə qədər Aral dənizini qidalandıran Amudərya və Sırdərya çaylarının bütün su ehtiyatı paylanmışdı, çoxsaylı su anbarları və kanallar su təchizatı və buxarlanma arasında balansı pozdu. 1985-1986-cı illərdə dəniz səviyyəsi 53 m-dən 41 m-ə (Baltik dənizinin səviyyəsinə nisbətən) düşdü, Berq boğazı qurudu, Aral iki müstəqil su anbarına - Böyük və Kiçik su anbarına bölündü. 2002-ci ilə qədər səviyyə daha 10 m aşağı düşdü, 2006-cı ildə Böyük Aral dənizindən dərin su hissəsi - keçmiş Tşe-Bas körfəzi ayrıldı. 1960-2009-cu illər arası Aral dənizinin sahəsi 67,499 km²-dən 6,700 km²-ə qədər azaldı. Ümumdünya Meteorologiya Assosiasiyasının məlumatına görə, Aral dənizinin quruması 20-ci ən böyük antropogen ekoloji böhranlarından biridir. Dənizin keçmiş sərhədlərindən 100 km-ə qədər radiusda iqlim kəskin kontinental xarakter almış, yağıntıların miqdarı bir neçə dəfə azalmış, tuqay meşələri məhv olmuş, 130-dan çox heyvan və 30 növ balıq yox olmuşdur. Toz fırtınaları quru dəniz yatağından qumu və orada yığılmış kimyəvi çirkləndiriciləri uzun məsafələrə aparır.
Birinci Aral bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Jeyan Mahfi Ayral Tözüm
Jeyan Mahfi Ayral (Tözüm) (6 avqust 1928, Konstantinopol – 29 oktyabr 2023, İstanbul) — Türk kino aktrisası. Aktyor Necdet Mahfi Ayralın qızıdır.
Alice (Avril Lavin mahnısı)
"Alice" (azərb. Alis‎) — Kanadalı söz yazarı-bəstəkar Avril Ramona Lavinə məxsus, gitara və piano müşayiətində, G major miqyaslı rok balladası. Mahnı 2010-cu ildə ekranlaşdırılan "Alis möcüzələr diyarında" filminin əsas saundtreki olaraq musiqi tənqidçiləri tərəfindən müsbət rəğbətlə qarşılanmışdır. == Mahnı == "Alice" mahnısının sözləri və bəstəsi, ifaçısı Avril Lavinə məxsusdur. Buç Valker əsərin musiqi prodüseri vəzifəsinə üstlənmişdir. Mahnının musiqi videosu, 2010-cu ildə ekranlaşdırılan "Alis möcüzələr diyarında" filminin süjet xətti ətrafında qurulmuşdur. İfaçı adi bir gündə, bəyaz dovşanın iziylə meşəyə tərəf yollanır və qəfil diqqətsizlik səbəbilə böyük çuxura yıxılır. Bu çuxur "Möcüzələr ölkəsinin qapısı"dır. O, çuxurdan xilas olmağa çalışarkən özünü möcüzələr diyarında tapır və onu ilk olaraq Papaqçı(Conni Deppin canlandırdığı) çay süfrəsində qarşılayır. Ona verilən mühüm vəzifə, təhlükədə olan "Möcüzələr ölkəsini" eybəcərlər ordusundan xilas etmək və düşmənlərə qalib gəlməkdir.
Abdal
Qafqaz Albaniyasında hələ eradan əvvəl yaşaması ehtimal olunan abdalıların (heftal/heptal/eftal) adına qazax, qaraqalpaq, türkmən və türk toponimiyasında da rast gəlmək mümkündür. Abdal dağı — Ordubad rayonu ərazisində dağ. Abdalçay — Tovuz rayonu ərazisində çay. Abdal tayfası — qədim türk tayfası. Abdal (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Abdalı — Əfqanıstanda puştun tayfalarından biri.
Ammal
Ammal (ərəb. عمال‎)— Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 102 metr yüksəklikdə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 62 kilometr (39 mil) şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 28 kilometr (17 mil) cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 8505 nəfər idi.
Aprel
Aprel — Qriqori təqvimi ilə ilin dördüncü ayıdır. 30 gündən ibarətdir. Yaz fəslinin ikinci ayıdır. Aprel ayı gözəllik və bahar ilahəsi olan Afroditanın adı ilə bağlıdı.r XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə neysan (نئی‌سان) adlandırılmışdır.
Aqrar
Aqrar-sənaye kompleksi —Bir-biri ilə əlaqədar olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birliyi. Sıralarında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emal edilməsi, saxlanması və istehlakçıya çatdıran 10-a qədər iqtisadi sahəni birləşdirir. Bu sahələr hazır məhsulu istehlakçıya çatdırmaq üçün birgə fəaliyyət göstərirlər. Aqrar-sənaye kompleksi 4 sahəni əhatə edir: Kənd təsərrüfatı — kompleksin əsasını təşkil edir. Bitkiçiliyi, heyvandarlığı, fermer təsərrüfatlarını, şəxsi təsərrüfüatları əhatə edir. Kənd təsərrüfatını maşın və mexanizmlərlə və mareial ehiyatları ilə təmin edən xidmət sahələri: traktor və kənd təsərrüfatı maşınqayırması sənayesi, mineral gübrə və kimyəvi kənd təsərrüfatı dərmanları istehsalı və s. Kənd təsərrüfatı məhsullarını emal edən sahələr: yeyinti sənayesi, yüngül sənaye üçün ilkin xammal hazırlayan sahələr. Xidmət və nəqliyyat sahələri : məhsulun çatdırılması, nəqli, kadr hazırlığı, aqrar-tkinkinti və s. Aqrar-sənaye kompleksinin fasiləsiz şəkildə su və enerji ilə təmin edilməsi də vacib problemlərindən hesab edilir. Aqrar-sənaye kompleksinin aşağıdakı sahələri bir-biri ilə sıx bağlıdır: Gübrə istehsalı.
Arali
Arali Tiflis quberniyasının Axalsix qəzasında (indi Adıgün rayonunda) kənd adı. == Toponimkası == Arali - Tiflis quberniyasının Axalsix qəzasında (indi Adıgün rayonunda) kənd adı. Axısqa türklərindən ibarət əhalisi 1944-cü ildə deportasiya olunmuşdur.Azərbaycanda Ərəş qəzasında Aral kənd, Şimali Qafqazda Kaytak-Tabasaran dairəsində Arallar - Göytəpə kənd, Dağıstan dairəsinin Kürə nahiyəsində Aral (Yenkicə) kənd və Teymurxan şura dairəsində Aral dağ və kənd adları ilə mənaca eynidir. XVII əsrdə Tiflis əyalətinin Ağcaqala nahiyəsində Aral tayfasının adı çəkilir. Mənşəcə Afşar tayfasının bir qoludur. Azərbaycanda Aral kəndi (Ağdaş rayonu), qaraqalpaqlarda isə Aral tayfası vardır.
Areal
Areal (lat. area — sahə) – hər hansı bir bitki və ya heyvan növünün yer səthində (akvatoriya) təbii yayıldığı sahə. Növün yarandığı yer onun ilkin arealı sayılır. İlkin areal növün təbii surətdə və insan tərəfindən yayılması ilə genişlənə və ya onun məhv edilməsi nəticəsində darala bilər. Bütün dünyada yayıla bilən növlər və orqanizm qrupları kosmopolit areala malikdir, hər hansı növ Yerin məhdud ərazisində rast gəlinirsə o, endemik areala malikdir. Qədimdə yaranıb geniş yayılan növlərin qalıqları relikt areal sayılır. Əgər növ ona müvafiq ərazilərin hamısında yayılarsa ona başdan-başa areal, əgər növ bir-birindən aralı sahələrdə yayılarsa ona kəsilən areal deyilir. Arealı öyrənmək üçün onun xəritəsini tərtib etmək lazımdır. Arealın müqayisəli öyrənilməsi flora və faunanın tədqiqində böyük əhəmiyyətə malikdir. == Növləri == Törəmə areal – digər sistematik qrupun müəyyən sahədə yaratdığı areal.
Arran
Arran və ya Aran — antik dövr və orta əsrlərdə Cənubi Qafqazın bütün şərq hissəsini, sonralar isə tədricən yalnız Kür və Araz çaylarının qovuşduğu ərazini, Qarabağ (dağlıq hissəsi də daxil olmaqla), Mil düzü və Muğan düzünün bir hissəsini əhatə etmiş tarixi-coğrafi bölgə. Keçmişdə Arran adlanan ərazinin çox hissəsi hazırda Azərbaycan Respublikası ərazisinin bir hissəsidir. Müasir dövrdə Azərbaycan Respublikasında 7 iyul 2021-ci ilədək bu bölgənin adını daşıyan Aran iqtisadi rayonu mövcud idi. Onun ərazisinə Mingəçevir və Şirvan (keçmiş Əli-Bayramlı) şəhərləri, habelə Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Yevlax və Zərdab rayonları daxil idi. 7 iyul 2021-ci ildə isə qeyd olunmuş iqtisadi rayonun yerinə Mərkəzi Aran iqtisadi rayonu yaradıldı. Bu iqtisadi rayonun ərazisinə Mingəçevir şəhəri, habelə Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları daxildir. Keçmiş Aran iqtisadi rayonunun tərkibində olan Ağcabədi və Bərdə rayonları keçmiş Yuxarı Qarabağ iqtisadi rayonunun yerinə yaradılmış Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edildilər. Bundan əlavə, Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarının ərazisində yeni Mil–Muğan iqtisadi rayonu, Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonlarının ərazisində isə yeni Şirvan–Salyan iqtisadi rayonu yaradıldı. == Etimologiyası == Bəzi rəvayət və qədim tarixi mənbələr (Musa Kalankatlı) Arran sözünün Qafqaz Albaniyasının banisi Arranın adından götürüldüyü qeyd edilir. Bəzi rəvayətlərə görə bu şəxs Nuh peyğəmbərin oğlu Yafət olmuşdur.
Arras
Arras fr. Arras [aʁɑːs], pikard Aro, tar. nid. Atrecht) — Fransanın departamenti olan Pa-de-Kalenin əsas şəhəri və keçmiş Artois əyaləti. Arras şəhəri O-de-Frans regionunda yerləşir. Əhalisi (2014) — 40 970 nəfər. == Coğrafiyası == Arras, Krenşon və Skarp çaylarının, Esko qolunun və burada yerləşən Kale və Due gedən Şimali Dəmiryolunun birləşməsində Lill şəhərindən 160 km və Paris şəhərindən isə 160 km məsafədə yerləşir. A1 "Nor" və A26 "İngiltərə" avtomobil yolları şəhərdən 7 km məsafədədir. == Demoqrafiya == Əhali dinamikası, nəf.
Airalo
Airalo eSIM kartları platformasıdır. O, dünyanın 200-dən çox ölkə və regionunda səyahətsevərlər üçün eSIM kartları təmin edərək onlara xaricdə dərhal internetə çıxış imkanı verir. 31 mart 2024-cü il tarixinə olan məlumata görə, Airalo tətbiqinin 10 milyondan artıq istifadəçisi mövcuddur və o, App Store və Google Play Store mağazalarından 53 dildə əldə edilə bilər. == Tarix == Airalo 2019-cu ildə Avraam Burak və Bahadır Özdemir tərəfindən təsis edilmiş ABŞ startapıdır. Startapın məqsədi eSIM texnologiyası vasitəsilə səyahətçilər üçün ani, münasibqiymətli qlobal bağlantı təmin etməkdir. Avraam və Bahadır səyahət zamanı bağlantı məhdudiyyətlərini şəxsən yaşamış, rəqəmsal köçəri həyatı yaşayan sahibkarlardırlar. eSIM texnologiyası səyahətçilərə daha münasibqiymətli və əlçatan alternativ təqdim etmək imkanı yaratdı. 2019-cu ildə Airalo Antler və Sequoia Capital India şirkətinin "Surge" fondundan 1,9 milyon ABŞ dolları toxum maliyyələşdirməsi təmin etdi. 2021-ci ildə A mərhələsi maliyyələşdirməsində 5 milyon ABŞ dolları sərmayə əldə etdi. 2023-cü ildə B mərhələsində isə 60 milyon ABŞ dolları sərmayə təmin edə bildi.
Amvrak
Amvrak (q.yun. Άμβρακας; Άμβραξ) — qədim yunan mifologiyasında fesprotiyalıların əcdadı Fesprotun oğlu. Ambrax öz adını qədim Amvrakiya, o da öz növbəsində Amvrakikos körfəzinə vermişdir. Qədim dövrlərdə Amvrak bu şəhərdə mövcud olan Afrodita ilahəsinin məbədinin, eləcə də Eneyə həsr olunmuş Heronun banisi hesab olunurdu.