Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zabit
Zabit (alm. Offizier‎) — əsasən hərbçi məmurlara verilən bir vəzifə növü. Polis və başqa xidmət orqanlarında da istifadə olunur. Zabit vəzifəsi rütbələrinə görə iki yerə bölünür: Kiçik zabit heyəti və Ali zabit heyəti.
Şor Göl
Şorgöl (Bünab) Şorgöl (Biləsuvar) Şor Göl (Salmas) Şorgöl — Ağcabədi rayonu ərazisində süni təpə. Hündürlüyü 10 m. Şorgöl — Ağcabədi rayonu ərazisində göl. Mil düzündədir; Şorgöl — Bakı şəhəri Suraxanı rayonu ərazisində göl.
Zabit Allahverdiyev
Zabit Məhəmmədşərifov
Zabit Əhmədoviç Məhəmmədşərifov (rus. Забит Ахмедович Магомедшарипов; 1 mart 1970) — Avar əsilli Rusiya qarışıq döyüş sənətkarı, hal-hazırda Ultimate Fight Çempionatının (UFC) yüngül çəki divizionunda yarışır. 30 İyul 2020 tarixinə görə, UFC yarım-yüngül çəki (featherweight) dərəcələrində 3-cü yerdədir. Dağıstanda Xasavyurt şəhərində anadan olub. Əslən avardır. 10 yaşında sərbəst güləşlə məşğul olmağa başladı. Bir müddət kikboksinq və futbol ilə məşğul oldu. 2003-cü ildən etibarən Uşhu Sanda məşqlərinə başladı. 2012-ci ildən qarışıq döyüş sənətlərində yarışmağa başladı. Ailəli deyil.
Zabit Nəbizadə
Zabit Nəbizadə (1 may 1965, Şıxzahırlı, Şamaxı rayonu) — Azərbaycan Respublikasının Xalq Artisti Zabit Nəbizadə 1965-ci ildə Şamaxı rayonunun Şıxzahırlı kəndində doğulub. Zabit Nəbizadə 1991-1995-ci illərdə A.Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunun "Solo oxuma" (xanəndəlik) şöbəsində, 1996-2000-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr kollektivinin rejissoru" fakültəsində təhsil almışdır. 2000-ci ildən Bakı Musiqi Kollecində müəllim kimi fəaliyyət göstərən Zabit Nəbizadə, 2003-cü ildən Azərbaycan Milli Konservatoriyasının muğam şöbəsində pedaqoq kimi çalışır. Sənətçi dəfələrlə xarici ölkələrdə qastrol səfərlərində Azərbaycanı layiqincə təmsil etmişdir. 2005-ci ildə Əməkdar Artist fəxri adına layiq görülmüşdür. 2011-ci ildə isə Xalq artisti fəxri adına layiq görülmüşdür. 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür.
Zabit Quliyev
Zabit Adil oğlu Quliyev (6 iyun 1975, Ərəbxana, Kürdəmir rayonu) — Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı. 6 iyun 1975-ci il Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olmuşdur. 1992-ci il Ərəbxana kənd orta məktəbini bitirdikdən sonra rayonda təsərrüfat işlərində çalışır. 1993-cü ildə isə Milli Orduya çağırılıb. Zabit Quliyev cəbhə bölgəsində xidmətə başlayır. Füzuli, Ağdam, Ağdərə, Tərtər cəbhələrində fərqlənir.Dəfələrlə düşmənin zirehli texnikalarını sıradan çıxarır. Təkcə Seysulan kəndində gedən döyüşlər zamanı ermənilərin dörd tankını məhv edib. Ailəlidir, bir övladı var. Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Zabit Adil oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Vüqar Əsgərov.
Zabit Səmədov
Zabit Mübariz oğlu Səmədov (belar. Забіт Самедаў; 21 iyun 1984, Candar, Qardabani rayonu) — Gürcüstanda azərbaycanlı ailəsində anadan olmuş, Azərbaycan idmançısıdır. Zabit Səmədov Gürcüstanda azərbaycanlı ailəsində anadan olub və 10 yaşında Minskə köçmüşdür. O, 9 yaşından idmanla məşğul olmağa başlamışdır. Əvvəllər o, Əziz Dursunovun təlimi altında 6 ay karate ilə məşğul olmuşdur. Sonra o Muay tay idman növü ilə məşğul olmağa başlayır. 1998-ci ildən etibarən o, Minskdə məşhur klub olan Chinuk GYM-də idmanını davam etdirir. O (en:Alexey Ignashov) və (en:Sergei Gur) ilə birlikdə məşqçi Dmitry Pioçeski təlimi altında məşqini sürdürür. Zabit Səmədov həvəskar karyerasında bir neçə dəfə dünya və avropa çempionu olmuşdur. Sonradan Zabit Səmədov peşakar döyüşlərə üz tutmuşdur.
Zabit Xəlilov
Zabit Cəmşid oğlu Xəlilov — 1-ci dərəcəli dövlət qulluqçusu, publisist, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" və "H. Zərdabi" mukafatçısı. Zabit (Dolğun) Xəlilov 30 mart 1959-cu ildə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olmuşdur. 1981-ci ildə Gəncə Dövlət Pedoqoji İnstitutunu, 1991-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan KP MK-nin yanında Ali Partiya məktəbinin "partiya quruculuğu" fakultəsini "FƏRQLƏNMƏ" diplomları ilə bitirmişdir. 1981-1982-ci illərdə Daşkəsən Partiya Komitəsinin orqanı olan "Daşkəsən" qəzetinin nəzdində iki illik "Gənc muxbirlər" məktəbini bitirmişdir. 1981-1991-ci illərdə Daşkəsən Rayon Komsomol Komitəsində, Gəncə Şəhər Komsomol Komitəsində, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin Beynəlxalq Gənclər Turizm bürosunda şöbə müdiri işləmişdir. 1991-1995-ci illərdə Gəncə İqtisadiyyat Mərkəzində şöbə müdiri vəzifəsində çalışmışdır. 1995-2013-ci illərdə Gəncə Şəhəri, Nizami Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar və Mülki Müdafiə Qərargahının rəisi vəzifəsində işləmişdir. Birinci dərəcəli dövlət qulluqçusudur. İşlədiyi müddətdə Gəncə Şəhər İcra Hakimiyyətinin, Nizami Rayon İcra Hakimiyyətinin və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional şöbəsinin "Fəxri Fərman"ları və qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır. 07 yanvar 2013-ci ildən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi "Respublika" qəzeti redaksiyasının bölgə müxbiridir.
Sabit
Sabit — Daimi mənasını bildirən şəxs adı. Bu adı olan şəxslər Sabit Rəhman — Sabit Bağırov — Sabit Orucov — Sabit Abbasəliyev — Sabit Kərimov — Sabit Dönentayev — qazax şairi, satira yazarı, esse yazarı və ictimai fiqur.
Son söz (albom)
Son söz – Azərbaycan müğənnisi Aygün Kazımovanın studiya albomu. Alboma 12 mahnı daxildir. Aygün Kazımovanın 2004-cü ildə "Melodiya Azərbaycan" şirkətinin logosu ilə satışa çıxardığı audio-kaset və CD formatındakı albomudur. Albomdakı "Son söz" və "Ayağıma dəyən daşlar" mahnılarına gürcüstanlı rejissor Basa Potskhishvili Gürcüstanda lentə almışdır. Aygün Kazımova albomdakı Bir söz yetər mahnısına çəkilən klipin rejissorluğunu özü etmişdir. Albomdakı Siqara mahnısına rejissor Nailə Əkbərova Türkiyədə klip çəkmişdir. Albomdakı Sevgilim, Süz mahnısına Aqil M. Quliyev klip çəkmişdir. Albomdakı Mən Aygünəm mahnısına Fuad Əlişov klip çəkmişdir. Aygün Kazımovanın albomdakı yeganə dueti olan Sevdi Ürək mahnısını meyxanaçı-müğənni Namiq Qaraçuxurlu ilə duet şəklində ifa etmişdir. Aygün Kazımovanın albomundakı ən son ifası Uçacaksın mahnısıdır.
Şor Göl (Salmas)
Şor Göl (fars. شورگل‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. Kənd salmasdan 18 kilometr güneydə, dağlıq ərazidə yerləşir. 2006-cı il məlumatına görə kənddə 430 nəfər yaşayır (119 ailə). Burada yaşayanlar tamamı ilə şiə inanclı Azərbaycan türklərindən ibarətdir. Şor Göllülərin arasında qurdqoyun oyunu və ayran aşı və küftə kimin yeməklərin bişirib hazırlaması çox yayğındır. Buranın yaxınlığında bir çox mineral su bulağları vardır ki onların ən önəmlisi Tamtama gölüdür.
Nuevo sol
Yeni (Nuevo) sol (isp. Nuevo sol) — Perunun valyutası. Yeni Peru solu, (İspanca: nuevo sol peruano) Perunun milli pul vahdidir. S/. işarəsi ilə göstərilir. Yeni Peru solunun beynəlxalq kodu "PEN"dir. 1 yeni sol 100 sentimoya bərabərdir. Yeni solun çoxluğuna yeni soles, sentimonun çoxluğuna isə sentimos deyilir. Perunun milli pul vahidinə "Sol" yəni, ispanca "Günəş" adının verilməsi təsadüfi deyil, beləki bu perunun yerli xalqları üçün Günəşin müqəddəsliyi ilə bağlıdır. Peru valyutasının tarixi 1985-ci ildən başlanır.
Sol-İletsk
Sol-İletsk — Rusiya Federasiyasında yerləşən şəhər Orenburq vilayətinə daxildir
Sol Bellou
Sol Bellou (ing. Saul Bellow; 10 iyun 1915[…] – 5 aprel 2005[…]) — Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1976). Əsl adı və soyadı Solomon Belous olan Sol Bellou Kanada doğumlu amerikan yazıçısıdır. O, Peterburqdan Kanadaya köçmüş yəhudi mühacirlərin ailəsində dünyaya gəlmişdi. Özünün etirafına görə uşaqlıq illəri "bir az xaric, bir az polyak gettosu, bir az da orta əsr" kimi keçmişdi. Ticarətlə məşğul olan atası ilə dindar anası onu sırf yəhudi ənənələri ruhunda tərbiyə etmişdilər. Kiçik yaşlarından dörd xarici dildə danışır, rus və ingilis klassikasını oxuyurdu. Yazıçı olmağa qərar verən Sol Bellou 1933-cü ildə Çikaqo universitetinin ingilis filologiyası bölümündə təhsilə başlamışdı. Lakin üzləşdiyi antisemitizm onu Nort-Vestern universitetinin sosiologiya və antropologiya şöbəsinə dəyişilməyə məcbur etmişdi. Antropologiya bakalavrı diplomu ilə Çikaqoya qayıtdıqdan sonra pedaqoji institutda müəllim, "Britannika" ensiklopediyasında redaktor işləmişdi.
Sol Perlmutter
Sol Perlmutter (22 sentyabr 1959, Şampeyn, İllinoys) — Lawrance Berkeley milli laboratoriyasında bir astronom olub, UC Berkeleydə Fizika sahəsinin professorudur. Brayn Şmidt və Adam Rays ilə birlikdə 2011-ci ildə Fizika üzrə Nobel mükafatını qazanmışdır. Perlmutter Amerika Elm və İncəsənət Akademiyasının bir üzvüdür və 2003-cü ildə AAASa (Amerika elmi inkişaf təşkilatı) seçilmişdir. Eyni zamanda Amerika Milli Elm Akademiyasının fizika bölməsinin üzvüdür. Sol Perlmutter bir Aşkinaz yəhudisi olan Daniel D. Perlmutterin 3 uşağından biri olaraq dünyaya gəlmişdir. Atası Pensilvaniya Universitetində kimyəvi və Biomolekulyar mühəndisliyindən, anası Felice isə Temple Universitetindən təqaüdçüdür. Anası tərəfindən babası müəllim Samuel Davidson 1919-cu ildə Besarabyanın qəsəbəsi olan Floreştidən Kanadaya köç etmiştir. Sonra arvadı Çayka ilə birlikdə Nyu-Yorka köç etmişdir. Perlmutter uşaqlığını Filadelfiyanının qonşusu olan Mount Airydə keçirmişdir. İbtidai məktəbə Germantaun yaxınlığında olan Greene Street Friends Schools məktəbinə getmişdir.
Sol mədəcik
Sol mədəcik (lat. Ventriculus sinister) — ürəyin sol və arxa hissəsini tutaraq sivriləşmiş ellipsə bənzəyir; sağ mədəcikdən uzun və ensizdir; divarlari təxminən üç dəfə qalındır, daxili səthində olan ətli atmaların miqdarı çox, ensiz həm də bir-birinə sıxdır. Məməyəbənzər əzələlər — (lat. mm. papillares anterior et posterior) mədəciyin ön və arxa divarlarında olurlar. Mədəciklərarası arakəsmənin — (lat. septum interventriculare) çıxıq səthi sağ mədəciyə tərəf olduğu üçün sol mədəciyin eninə kəsiyi ovala bənzəyir; bu arakəsmənin yuxarı hissəsində əzələ elementləri yoxdur; odur ki, buna zarlı hissə — (lat. pars membranacea (septum membranaceum ventriculorim - BNA)) və mədəciklərarası arakəsmənin yerdə qalan hissəsinə əzələvi hissə — (lat. pars muscularis (septum musculare ventriculorum - BNA)) deyilir. Sol qulaqcıq-mədəcik dəliyi sol qulaqcıq-mədəcik qapağı, ya ikitaylı qapaq (mitral qapaq) — (lat.
Sol qulaqcıq
Sol qulaqcıq – (lat. Atrium sinistrum) ürəyin ən dal hissəsini işğal edib arxa tərəfdən qida borusuna və öndən aortaya söykənmişdir. Bunun ön hissəsi sol seyvan – (lat. auricula sinistra) arxadan ınə doğru gedərək ağciyər kötüyünü sol tərəfdən əhatə edir. Sol qulaqcığa yuxarı tərəfdən ağciyər venalarının dəlikləri (iki cüt) – (lat. ostia venarum pulmonalis) açılır; Embrional dövrdə ağciyər venası tək olur, bu damar həər ağciyərdən bir şaxə qəbul edir. Bunların da hər biri iki şaxədən təşkil olunur. Sonradan ağciyərin ümumi venası yavaş-yavaş genələrək sol qulaqcığın divarını əmələ gətirir, on görə onun kökləri qulaqcığa yaxınlaşır və nəticədə sol qulaqcığa açılan damarların miqdarı çoxalır (dördə çatır). aşağı tərəfdə o, sol qulaqcıq-mədəcik dəliyi – (lat. ostium atrioventriculare sinistrum) vasitəsilə sol mədəciklə birləşir.
Yeni sol
Yeni sol (ing. New Left) — 1960–1970-ci illərdə Qərb dünyasında vətəndaş və siyasi hüquqlar, feminizm, LGBT hüquqları, abort hüquqları, cinsiyyət rolları və narkotik siyasəti kimi geniş ictimai problemlərin təşviq üçün fəallardan ibarət olan geniş siyasi hərəkat.
Sol libertarianizm
Sol libertarianizm və ya sol libertarizm fərdi azadlıq və sosial ədalətə əsaslanan müxtəlif yanaşmaları ehtiva edir. Sol libertarizm şəxsi mülkiyyət ideyasını qəbul edir, lakin təbii sərvətlərin şəxsi və ya dövlət mülkiyyətləşdirilməsi ilə qəti şəkildə razılaşmır. Sol libertarianlar iddia edirlər ki, demək olar ki, bütün təbii ehtiyatlar; torpaq, neft, qızıl və ya meşələr hamı üçün ortaq olan kollektiv mülkiyyətdir. Sol liberterlərin fikrincə, sadəcə olaraq sözügedən təbii sərvətləri kəşf edən və ya onu emal edən şəxs olmaq bu təbii sərvət üzərində tam şəxsi mülkiyyət hüququ qazanmağa əsas vermir. Sol libertarizm və ya libertar sol, Roderik Lonq tərəfindən "libertarizmin ənənəvi olaraq solun anlayışları kimi qəbul edilənlərlə birləşməsi, reinteqrasiyası kimi başa düşülür. Buraya işçilərin səlahiyyətlərinin artırılması, plutokratiyaya qayğı, feminizm, sosial bərabərliyin müxtəlif formaları və s. daxildir" Sol libertarizm tez-tez üst-üstə düşən üç əlaqəli düşüncə məktəbinə istinad etmək üçün istifadə olunur: geolibertarizm, Ştayner-Vallentin məktəbi və sol bazar anarxizmi .
Sol milliyətçilik
Sol milliyətçilik və ya solçu milliyətçilik — bərabərlik, xalq suverenliyi və milli öz müqəddəratını təyinetmə ideyalarına əsaslanan milliyətçilik forması. Onun mənşəyi Fransa inqilabının yakobinizminə gedib çıxır. Sol milliyətçilik ümumiyyətlə antiimperializmə sadiqdir. Bu, mühafizəkar milliyətçilikdən fərqlənir, çox vaxt ifrat milliyətçilik və faşizmi rədd edir, baxmayaraq ki, bəzi sol milliyətçi hərəkatlar öz paradiqmalarına milli dözümsüzlük və irqi xurafatı daxil edir. Sa'adah, Anne. 1987 [2003]. Contemporary France: a democratic education. Lanham: Rowman Littlefield & Publishers. Smith, Angel; Berger, Stefan. 1999.
Son söz (film, 1981)
Film alkoqolun insan psixikasına məhvedici təsirindən, çox vaxt cinayətlə qurtaran alkoqolizmin faciəli nəticələrindən danışır. Rejissor: Cahangir Zeynallı Ssenari müəllifi: Rüstəm İbrahimbəyov Operator: Şərif Şərifov Bəstəkar: Firəngiz Əlizadə Səs operatoru: Marat İsgəndərov Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Sənan Axundov (zabit)
Zabit və Centilmen
Zabit və Centilmen, orijinal adı "An Officer and a Gentleman" olan 1982 tarixli klassik filmdir. Baş rollarda Richard Gere ve Debra Winger oynamışdırlar. Filmin rejissoru Taylor Hackforddur.
Hələb
Hələb (ərəb. حلب‎‎ ḥalab; q.yun. Βέροια Béroia; yun. Χαλέπι Chalépi; osman. حلب haleb; türk. Halep; ing. Aleppo) — Suriya Ərəb Respublikasının şimal-qərbində yerləşən şəhər. Hələb vilayətinin mərkəzi sayılan bu şəhər həm də Suriyanın əhali baxımından ən böyük şəhəridir. Ümumi ərazisi 16,000 km² olan Hələbdə 4,393,000 əhali yaşayır. Hələb dünyanın ən qədim insan məskənlərindən biridir.
Əli Məhərrəmov (zabit)
Məhərrəmov Əli Əmirxan oğlu (30 oktyabr 1975, Daşkənd, Vardenis rayonu) — Azərbaycan hərbçisi, baş leytenant; İkinci Qarabağ müharibəsinin iştirakçısı. Əli Məhərrəmov 30 oktyabr 1975-ci ildə Göyçə mahalının Daşkənd kəndində doğulub. 1983–1988-ci illərdə Vardenis rayonunun Daşkənd kənd orta məktəbində, 1988–1993-cü illərdə isə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbində oxumuşdur. 1995-ci ildə Bakı Rabitə Kollecinin "Mühasibat uçotu" şöbəsinini, 1999-cu ildə isə S. Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının "İqtisadiyyat" fakültəsinin "Aqrar istehsalatın iqtisadiyyatı və idarə edilməsi" ixtisasını bitirmişdir. 1988-ci ildə ailəsi ilə birlikdə Göyçə mahalından məcburi köçərək Bərdə rayonunun Yeni Daşkənd kəndində məskunlaşmışdır. 2000–2002-ci illərdə "Uşaqları Qoruyun" (ing. Save Childrens) təşkilatında provoyder, 2002–2003-cü illərdə KOSİA-SMEDA təşkilatında məsləhətçi vəzifələrində işləmişdir. 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Əli Məhərrəmov 2003–2005-ci illərdə Baş leytenant rütbəsində Qazax rayonundakı N saylı hərbi hissədə artilleriyanın taqım komandiri olmuşdur. 27 sentyabr 2020-ci ildə başlayan Azərbaycanın əks-hücum əməliyyatlarından sonra ehtiyatda olan artilleriya zabiti qismində xidmətə çağırılmışdır.
Çöl-Ərəb
Çöl Ərəb — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Muradxan inzibati ərazi dairəsinə daxildir. Çöl Ərəb oyk. Kürdəmir r-nunun Muradxan i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim çöl (düzənlik) və Ərəb (etnotoponim komponentlərindən düzəlib, "düzənlikdə yerləşən Ərəb kəndi" mənasındadır. Toponimin tərkibindəki birinci komponent yaşayış məntəqəsini keçmişdə bu ərazidə mövcud olmuş çoxsaylı ərəb komponentli (Ərəb Qaradağ, Ərəb Çəltikçi, Ərəb Sarvan, Ərəb Mehdibəy və b.) kəndlərdən fərqləndirməyə xidmət edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 526 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çöl Ərəb
Çöl Ərəb — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Muradxan inzibati ərazi dairəsinə daxildir. Çöl Ərəb oyk. Kürdəmir r-nunun Muradxan i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim çöl (düzənlik) və Ərəb (etnotoponim komponentlərindən düzəlib, "düzənlikdə yerləşən Ərəb kəndi" mənasındadır. Toponimin tərkibindəki birinci komponent yaşayış məntəqəsini keçmişdə bu ərazidə mövcud olmuş çoxsaylı ərəb komponentli (Ərəb Qaradağ, Ərəb Çəltikçi, Ərəb Sarvan, Ərəb Mehdibəy və b.) kəndlərdən fərqləndirməyə xidmət edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 526 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.