Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kamal Bani Hani
Kamal Bani Hani (ərəb. كمال الدين بني هاني‎; d. 5 dekabr 1958, İrbid, İordaniya) — İordaniyanın Haşimi Universitetinin prezidenti. Mədə-bağırsaq cərrahıdır. == Həyatı == Kamal Bani Hani 5 dekabr 1958-ci ildə İordaniyanın İrbid şəhərində anadan olmuşdur. O, 1984-cü ildə İraqın Bağdad Tibb Universitetinin Kollecini, 1992-ci ildə Birləşmiş Krallıqda Qlazqo Kral Kollecini bitirmişdir. 2002-ci ildə Lids Universitetində doktorluq dərəcəsini almışdır. 2008-ci ilin sentyabrından 2010-cu ilin oktyabrına qədər İordaniya Elm və Texnologiya Universitetinin Tibb fakültəsinin dekanı olmuşdur. 2011-ci ildən İordaniyanın Haşimi Universitetinin prezidentidir.
Zarı-zarı
Zarı–zarı - Azərbaycan xalqına məxsus bu rəqs Şərur mahalında, xüsusən Havuş və Şahbulaq kəndlərində geniş yayılmışdır. İndi çox az oynanılan "Zarı-zarı" rəqsini toy şənliklərində, xınayaxdı mərasimlərində əsasən qadınlar oynayırlar. Kişi və uşaqların da ifasında təsadüf olunur.
Kani
Məhəmməd Kabuli və ya təxəllüsü ilə Kani (1898, Mərivan, Kürdüstan ostanı – 1965) — kürd şairi. Qacar dövlətində, Mərivan ətrafındakı Rişen kəndində anadan olmuşdur. O, doğulduqdan az sonra valideynlərini itirmişdir. Poeziyasının böyük hissəsini məzlum insanlara həsr etmişdir. Onun poeziyasının əsas mövzuları azadlıq, kürd mübarizəsi, qadın hüquqları, təbiət və sevgidir.
Mani
Mani – “Şur” ladında qurulan zərbi muğamlardan biridir. Xalq – peşəkar musiqiçilər bu muğamı “Osmanı” da adlandırırlar. Marşvari ritm (4/2 ölçüsündə) bu muğamın sonuna qədər davam edir. Mani zərbi muğamı bir qayda olaraq təsniflə tamamlanır. Bu zərbi muğamda cəmi bir təsnif oxunur.
Nani
Luiş Nani (17 noyabr 1986, Praya) — (Port. Luís Carlos Almeida da Cunha) Portuqaliyalı futbolçu. Valensiya klubunda oynayır.
Vani
Vani (gürc. ვანი) — Gürcüstanın İmereti diyarında, Sulori çayının sahilində (Rioni çayının qolu), Kutaisi şəhərinin 41 km cənub-qərbində yerləşən şəhər. 2014-cü ilin siyahıalmasına görə şəhərin əhalisi 3744 nəfərdir. Vani şəhəri 40 kənddən ibarət Vani bələdiyyəsinin (sahəsi 557 km2, əhalisi 24.512 (2014)) mərkəzidir. == Tarixi == 1947-ci ildə Vani şəhəri ətrafında aparılan arxeoloji qazıntı işləri zamanı (N. Xoştariya və O. Lortkifanidze) qədim Kolxida şəhərinə aid yaşayış məntəqəsi ilə bağlı artifaktlar tapılmışdır. Bu şəhərin adı məlum olmasa da, tarixi 4 dövrə ayrılır. E.ə. VII–VIII əsrlərdə Vani şəhərinin mədəni mərkəz olduğu fərz edilir. Vanin e.ə VII–VI əsrlərdəki tarixi qədim mədni qatlarla, taxta məmulatlarla, qurbangahlarla, qəbiristanlıqlarla təmsil olunur. Vaninin Kolxida şəhərinin siyasi mərkəzi olduğu güman olunur.
Xanı
Xanı (lat. Perca) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinə aid heyvan cinsi.
Ani
Ani (erm: Անի, yun: Ανίον, lat: Abnicum) — Türkiyə Cümhuriyyətinin Şərqində, Anadolunun qədim mədəniyyət mərkəzlərindən biri, şəhərlər şəhəri, yalnız şəhər, min bir kilsəli şəhər kimi tanınmış qədim erməni şəhəri. Bu möhtəşəm şəhərin dövrümüzə yalnız xarabalıqları çatmışdır. 961–1045 ilərdə Erməni Ani çarlığının paytaxtı olub. 1064-cü ildə şəhər səlcuqlu türklərinin əlinə keçib. 1072-ci ildən şəhər Şəddadilərin hakimiyyəti altında olub. 1236-cı ildə şəhər monqollar tərəfindən işğal edilib. 1319-cu ildə zəlzələ zamanı şəhərin xeyli hissəsi dağılıb və tədricən şəhər xarabalığa çevrilib.1878-ci ildə Rusiya ərazini işğal etsə də 1914–1918-ci illərdə türklər ərazini yenidən geri qaytarıblar. Şəhərin adını indi Ermənistan Respublikasında bir rayona veriblər. Akademik Nikolay Marr 1892-ci ildən başlayaraq kiçik fasilələrlə 14 il bu ərazidə arxeoloji qazıntılar aparıb. == Tarixi == Şəhərlə bağlı əfsanədə qeyd edilir ki, bir zaman Ani şəhərində Urum baba adlı bir qoca yaşayırmış.
Hüseyn Sanı
Hüseyn Paşa oğlu Hüseynov (1900, Göyərçin, Qazax qəzası – 1970, Salah, İcevan rayonu) — Azərbaycan el şairi, pedaqoq. == Həyatı == Hüseyn Hüseynov 1900-cü ildə Qazax qəzasının Göyərçin kəndində (sonradan Dilican rayonu) Paşalar nəslində anadan olmuşdur. Ulu babası Təbrizin Dəvəçilər məhəlləsindən olub. İlk təhsilini mollaxanada alan Hüseyn Dilicanda Pedaqoji Seminariyanı qurtardıqdan sonra Tovuz və Gədəbəyin müxtəlif kəndlərində müəllimlik etmiş və qəzet redaksiyalarında çalışmışdır. O 1930-cu illərdə lüğət də hazırlamışdır. Səməd Vurğun və tanınmış folklorşünas alim Hümmət Əlizadə ilə birlikdə Çəmbərəkəndi və Göyçəni kəndbəkənd gəzərək, ağsaqqallardan, el bayatı və nağıl bilicilərindən bildikləri bu mənəvi sərvəti toplayaraq onları xalqın ümumi istifadəsinə vermişlər. Onun ilk şeiri 1925-ci ildən qəzetlərdə nəşr olunmağa başlamışdır. 1937-ci ildə çap olunan "Aşıqlar" kitabında, 1949–1951-ci illərdə isə orta məktəblər üçün "Ədəbiyyat müntəxəbatı" dərsliyində şeirləri çap olunmuşdur. Hüseyn Hüseynov şeirlərini əsasən Hüseyn Mayıl təxəllüsü ilə yazmışdır. Bəzi kitablarda isə səhvən Aşıq Hüseyn Mayıl kimi təqdim olunmuşdur.
Kani (dəqiqləşdirmə)
Kani — şair. Kani Bərdə (Nəqədə) — İranda kənd. Kani Mam Seyid (Nəqədə) — İranda kənd. Kani sur — Kürdüstan ostanının Banə şəhristanının Nəmşir bəxşində şəhər və bu bəxşin mərkəzidir. Kani dinar — İranın Kürdüstan ostanının Mərivan şəhristanının Mərkəzi bəxşində şəhər.
Kani Sur
Kani sur- İranın Kürdüstan ostanının Banə şəhristanının Nəmşir bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,131 nəfər və 239 ailədən ibarət idi.
Kani dinar
Kani dinar- İranın Kürdüstan ostanının Mərivan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,127 nəfər və 1,232 ailədən ibarət idi.
Lani Kabrera
Lani Kabrera (22 aprel 1993) — Barbadoslu üzgüçü. Lani Kabrera Barbadosu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Lani Kabrera birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 400 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 4:28.95 saniyəlik nəticəsi ilə 30-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Ley Zanq
Ley Zanq – Çinli qadın voleybolçu. 2013-cü ildən İqtisadçının şərəfini qoruyur. == Karyerası == Zanq voleybol həyatına məktəb səviyyəsində başlamışdır. 2001-ci ildən Şanxay voleybol klubunun A komandasında oynamışdır. Karyerasına uzun müddət doğma vətənində davam edən voleybolçunun legioner həyatı 2013-cü ildə başlayır. Belə ki, o, 2013–14 mövsümündə Bakının İqtisadçı klubuna transfer olunur. 2010-cu ildə isə ilk dəfə milliyə dəvət olunur. Voleybolçu milli komanda da ilk matçını İsveçrə millisinə qarşı oynayır. O milli komanda ilə birlikdə 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında da iştirak edir. Həmin il Zanq komandası ilə birlikdə Asiya kubokunun da sahibi olmuşdur.
Maher Zain
Mahir Zeyn (ing. Maher Zain; ərəb. ماهر زين‎ 16 iyul; 1981, Tərabülüs əş-Şam, Livan) — Livan əsilli İsveçli R&B musiqiçisi, bəstəkar və musiqi prodüseri. Facebook sevərləri və bir çox sənətçilər tərəfindən müasir İslam musiqisinin ulduzu olaraq qəbul edilir. Mahir Zeynin 2009-cu ildə Awakening Records prodakşn etiketi ilə çıxan ilk albomu Thank You Allah beynəlxalq bir uğur əldə etmişdir. Sənətçinin növbəti-ikinci albomu Forgive Me isə eyni prodakşn etiketi ilə 2 aprel 2012-ci ildə çıxmışdır. == Karyerası == === Əsas === Mahir Zeyn səkkiz yaşında ikən ailəsilə birlikdə İsveçə köçmüşdür. Orada Aviasiya və Kosmos Mühəndisliyi fakültəsini bitirmişdir. Universitetdən sonra musiqi sahəsində iştirak etmiş və 2005-ci ildə Mərakeş təvəllüdlü İsveç prodüseri Nadir Xayat (səhnə adı ilə RedOne) ilə ünsiyyətə keçmişdir. 2006-cı ildə Nadir Xayat Nyu-Yorka köçdüyü zaman, Mahir də musiqi karyerasını davam etdirmək üçün onun ardınca getmiş və Kat DeLuna kimi sənətkarlarla işləməyə başlamışdır.
Mani yarımadası
Mani yarımadası (yun. Μάνη) — Yunanıstanda yerləşən yarımada. Peloponnes yarımadasının cənubunda yerləşən üç yarımadadan biridir. Sahillərini qərbdən Aralıq dənizi və onun körfəzləri olan Mesiniakos və Lakonikos yuyur. Maniu yarımadası iki hissədən ibarətdir:Daxili və Xarici Mani. Xarici Mani təbiət baxımından zəngindir. Çimərliklərə sahibdir. Tayqet dağı turistlər və alpinistlər arasında məşhurdur. == Tarixi == Mani yarımadasında antik dövrdə Spartalır aid kəndlər olmuşdur. Burada sərt qanunlar hökm sürmüş, hərbi qaydalar tətbiq olunmuşdur.
Misere Mani
Misere Mani – Eric Levinin Era musiqi layihəsi adından çıxardığı Era 2 albomundan olan üçüncü və sonuncu sinql. Sinql 2000-ci ildə Birləşmiş Krallıq və Avropada satışa çıxarılmışdır. Mahnıya həmçinin klip də çəkilmişdir.
Missere Mani
Misere Mani – Eric Levinin Era musiqi layihəsi adından çıxardığı Era 2 albomundan olan üçüncü və sonuncu sinql. Sinql 2000-ci ildə Birləşmiş Krallıq və Avropada satışa çıxarılmışdır. Mahnıya həmçinin klip də çəkilmişdir.
Mülazimi sani
Mülazimi sani (osman. ملازم ثانی)) — Osmanlı imperiyasının son dövrlərində və Türkiyə Respublikasının ilk illərində istifadə edilmiş və müasir rütbələr arasında leytenant rütbəsinə bərabər olmuş hərbi rütbə. Mülazimi sani rütbəsi 26 noyabr 1934-cü il tarixli 2590 saylı Ləqəb və Adların Ləğvi Haqqında Qanunun üçüncü maddəsinə uyğun olaraq ləğv edilmişdir.
Nani Breqvadze
Nani Georgiyevna Breqvadze (gürc. ნანი გიორგის ასული ბრეგვაძე; 21 iyul 1936, Tbilisi, Gürcüstan SSR, SSRİ) — sovet və gürcü müğənnisi, pianoçu, pedaqoq. SSRİ xalq artisti (1983). == Həyatı == Nani Breqvadze 21 iyul 1936-cı ildə (digər mənbəyə əsasən, 1938-ci ildə) Tbilisidə anadan olmuşdur. Musiqiçi ailəsində böyüyüb. Hələ altı yaşı olarkən, qədim rus mahnı və romanslarını ifa edirdi. Əvvəlcə musiqi məktəbini, sonra isə musiqi texnikumunu bitirib. 1956-cı ildən Gürcüstan Politexnik İnstitutunun özfəaliyyət estrada orkestrində iştirak edib. 1957-ci ildə Moskvada "Mən şamı söndürdüm" (rus. Потушила я свечу) 6-cı Ümumdünya gənclər və tələbələr festivalının laureatı olub.
Nəcmi Sani
Əmir Yar Əhməd Xuzani İsfahani — Səfəvilər dövlətinin vəkili. Daha çox Nəcmi Sani (İkinci Nəcm) ləqəbi ilə tanınırdı. İsfahanda doğulmuşdu. Xuzanilər nəslindən idi. == Vəkilliyi == 1510-cu ildə vəkil təyin olunmuşdur. 1512-ci ildə Şeybanilərə hücuma keçmişdi. İsgəndər bəy Münşi bu hadisəni belə nəql edir:Bəlx hüduduna gəlib-çatan Əmir Nəcm Humayun şahın əmri və işarəsi olmadan Mavəraünnəhri tutmaq fikrinə düşdü, Herat hakimi Hüseyn bəy Lələ, Xorasanın əzəmətli əmirləri və Bəlx hakimi Bayram xanla Amuyə çayını keçdi. Hısar tərəfdən də Məhəmməd Babur Mirzə özünü ona çatdıraraq qızılbaş qoşununa qoşuldu. Onlar əvvəlcə Hərar, sonrasa Qərşi qalalarını aldılar. Qərşidə Əmir Nəcm qətliam hökmünü verdi və orada Şeyxəm Mirzə Özbək və on beş min nəfər əsgər və rəiyyət qətl olundu.
Qara Şanı
Qara Şanı — üzüm növü. Sort çox qədimdən becərildiyinə görə onun tarixi məlum deyil. Abşeronun yerli sortudur. Tək-tək kol da olsa, respublikanın hər yerində vardır. Ancaq, Abşeron kəndlərinin hamısında, Salyanda və Ordubadda geniş miqyasda becərilir. Həştərxan və Volqoqradda da yüz ildən çox müddətdir becərilir. Ağ şanıda olduğu kimi Qara şanıda da cavan zoğlar və yarpaqlar çox tükcüklü olduğundan ağa çalan rəngdədir. Ancaq, Qara şanıda zoğ tacı və ilk yarpaqlar zəif çəhrayı rənglidir. Kolları güclü böyüyəndir, kordon və kombinələşmiş formalar tələb edir. Çiçəkləri öz-özünü tozlayandır.
Qarabağ azanı
Qazi Qarabağ azanı — Qarabağ müharibəsi dövründə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasından əvvəl Ağdam və Şuşadakı "Cümə" məscidlərində səsləndirilən son azandır. == Hafiz Sədrzadə == Bu azanı sonuncu dəfə işğaldan əvvəl Ağdam və Şuşadakı "Cümə" məscidlərində Hafiz Sədrzadə səsləndirmiş və lentə köçürülmüşdür. Əslən şuşalı olan Hafiz Sədrzadə Qarabağın məşhur Seyid Ağa nəslindəndir. 1939-cu ildə Ağdamda doğulmuşdur. Atası Məhəmməd Mürşidzadə Ağa Şuşanın müctəhidi olub, 1875-ci ildə doğulub, 1958-ci dünyasını dəyişib. Öz dövründə savadlı ruhani kimi tanınıb. 1918-ci ildə erməni qırğını zamanı Qarabağ bölgəsindən özü ilə bir neçə hörmətli şəxsi də götürüb Türkiyəyə pənah aparıb, orada Atatürklə, Nuru Paşa və Ənvər Paşa ilə görüşüblər. Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsində onların bu səfərinin də rolu olub. == 20 ildən sonra == 20 ildən sonra Azərbaycandakı dini icmaların irəli sürdüyü təşəbbüslə bu azanın cəhbə bölgəsində səsləndirilməsi Dövlət Komitəsi tərəfindən dəstəklənmişdir. 2013-cü ilin fevral ayının 22-də Ağdamın Çəmənli kəndində, cəbhə bölgəsinin 2 kilometrliyində yerləşən "Cümşüd" məscidində keçirilən mitinqdə səsləndirilmişdir.
Qazi azanı
Qazi Qarabağ azanı — Qarabağ müharibəsi dövründə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasından əvvəl Ağdam və Şuşadakı "Cümə" məscidlərində səsləndirilən son azandır. == Hafiz Sədrzadə == Bu azanı sonuncu dəfə işğaldan əvvəl Ağdam və Şuşadakı "Cümə" məscidlərində Hafiz Sədrzadə səsləndirmiş və lentə köçürülmüşdür. Əslən şuşalı olan Hafiz Sədrzadə Qarabağın məşhur Seyid Ağa nəslindəndir. 1939-cu ildə Ağdamda doğulmuşdur. Atası Məhəmməd Mürşidzadə Ağa Şuşanın müctəhidi olub, 1875-ci ildə doğulub, 1958-ci dünyasını dəyişib. Öz dövründə savadlı ruhani kimi tanınıb. 1918-ci ildə erməni qırğını zamanı Qarabağ bölgəsindən özü ilə bir neçə hörmətli şəxsi də götürüb Türkiyəyə pənah aparıb, orada Atatürklə, Nuru Paşa və Ənvər Paşa ilə görüşüblər. Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsində onların bu səfərinin də rolu olub. == 20 ildən sonra == 20 ildən sonra Azərbaycandakı dini icmaların irəli sürdüyü təşəbbüslə bu azanın cəhbə bölgəsində səsləndirilməsi Dövlət Komitəsi tərəfindən dəstəklənmişdir. 2013-cü ilin fevral ayının 22-də Ağdamın Çəmənli kəndində, cəbhə bölgəsinin 2 kilometrliyində yerləşən "Cümşüd" məscidində keçirilən mitinqdə səsləndirilmişdir.
Qustav Yani
Qustav Yani (mac. Jány Gusztáv; d. 21 oktyabr 1883, Rayka — ö. 26 noyabr 1947, Budapeşt) — İkinci dünya müharibəsi ərzində baş verən Stalinqrad döyüşündə 2-ci Macar Ordusuna rəhbərlik etmiş macar hərbi xadim.