Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zахu
Zaxo (kürd. زاخۆ,süry. ܙܵܟ݂ܘܿ,erm. Զախո,ərəb. زاخو‎) — İraqın şimal bölgəsində iştirak edən Kürdüstan Regional Hökumətinə bağlı şəhər. Dəhuk mühafazasında yerləşir. Zaxo şəhərin əhalisi təxminən 350 min nəfərdir. Əhalinin əksəriyyətini kürdlər təşkil edir. Zaxo Türkiyə sərhədinə ən yaxın İraq şəhəridir. Habur və Mosul yolunun üstündə və bütün ticarət trafiki Zaxodan keçir.
Zaha Hadid
Zaha Hadid (ərəb. زها حديد‎; 31 oktyabr 1950[…], Bağdad[…] – 31 mart 2016[…], Mayami, Florida[…]) — İraq ərəb əsilli Britaniyalı, dekonstruktivist memar. 2004-cü ildə Hadid Pritsker Memarlıq mükafatına layiq görülən ilk qadın-memar olmuşdur. Zaha Hadid 1950-ci ildə Bağdadda, doğulub. Londonda Arxitektura Assosiasiya Məktəbində oxuyub. 1980-ci illərdə, Arxitektura Assosiasiya Məktəbində dərs deyib. Həmçinin dünyada nüfuzlu təşkilatlarda dərs demişdir. Bundan əlavə, o Amerikan İncəsənət İnstitutunun Fəxri Üzvüdür. Avstriyada Vyanada Tətbiqi İncəsənətlər Universitetində professor olmuşdur. Çoxlu beynəlxalq yarışın qalibidir, Honkonqda (1983-cü il) Peak Klub və Uelsdə (1994) Cardiff Bay Opera House onun işlərindəndir.
Kaha
Kaha (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu Daşlı kənd inzibati ərazi dairəsində kənd. Kaha (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Kahaçay — Sədərək rayonu ərazisində çay.
Naha
Naha (yap. 那覇市; okin. Naafa) — Yaponiyanın Kyuşu regionunda yerləşən Okinava prefekturasının paytaxtı. Okinavada sosial hərəkat lideri olan Kameciro Senaqa 1957-cı ildə Naha şəhərinin meri olmuşdu.
Zada
Zara
Zara — ad. Zara Yılmaz — Türkiyəli müğənni. Zara Larsson — İsveçli müğənni. ZARA — İspaniya brendi.
Zaza
Zazalar və ya Dımli - əsasən Türkiyədə , İranda , İraqda və Suriyada çox az sayda Azərbaycanda yaşayan xalq. Hazırda əsasən Türkiyədə (milliyyətçi zaza kəsiminin iddiasına əsasən Türkiyə əhalisinin 3,33%-i) , qismən İranda , İraqda və Suriyada , müəyyən səbəblərdən doğan miqrasiya nəticəsində isə az sayda toplumlar şəklində dünyanın bir çox ölkəsində məskunlaşmış zazaların sayına dair dəqiq statistik - elmi məlumatlar yoxdur . Milliyyətçi zaza qeyri-dövlət təşkilatlarının iddialarına görə dünya üzrə zazaların ümumi sayı 4 - 6 milyon nəfər civarındadır . Zazalar Türkiyədə türklərdən və kürdlərdən sonra ən böyük üçüncü etnik toplumu təşkil edirlər . Bingöl və Tunceli vilayətində əhalinin çoxluğunu təşkil etsələr də Türkiyənin digər vilayətlərində azlıqdadırlar . Zaza-Talış toplumu bir-biri ilə yaxın bir neçə qrupa etnik qrupa bölünür : Zaza Deylemi Çarojlar Dimili bacalan şəbək sarlı avroman Abas • Abdalan • Ağuçan • Alan • Ali • Ali Abas • Alxan • Alz • Arê • Aslan • Aşur • Az • Badil • Balaban • Balçık • Bali • Bamasur • Beyit • Bêx • Bêxtiyar • Bılêçık • Birm • Butk • Cafer • Çarek • Çekel • Çin • Demen • Derık • Dewrêscemal • Dersimli • Ferat • Fınd • Gınic • Gulabi • Hadik • Heciyan • Hemoçık • Hesn • Heyder • Heyr • Holik • Hoş • İbık • İksor • İzol • Karsan • Keçel • Kem • Khal • Khew • Khud • Khurêş • Kılawus • Kırdaşi • Kımsorçık • Kulik • Laçin • Lol • Nemremu • Nenik • Okçı • Phezgewr • Pilvank • Pirsultan • Qerebali • Qırğ • Qoçgiri • Reşık • Rut • Sandalan • Sarısaltuğ • Sefılçık • Semk • Sewdax • Seydan • Seydal • Seysabun • Seykemal • Sıl(êman) • Sis • Sur • Şad • Şawel • Şemk • Şêlm • Şêxmamed • Şeyx Hasanlı • Şırtık • Tanriverdi • Taw • Titenik • Usıv • Xıd • Xırançık • Xormeçık • Zeng • Zerkhewık • Zıkte Türkiyə Respublikasında Tunceli yaşayış məntəqəsinin keçmiş adı Dersim olmuşdur . Eyniadlı vilayətin əhalisinin əksəriyyətini hazırda zazalar təşkil edir . Vilayətdəki zaza əhalisi Şeyx Hasanlı və Dersimli tayfalarının ayrılıqda əmələ gətirdikləri tayfa konfederasyonunda birləşmişdir . Şeyx Hasanlı tayfası Oğuz türklərinin Bayat boyuna mənsubdurlar . XIII əsrdə Xorasandan köç edərək Andoluya gəlmiş öncə Malatyada sonralar isə indiki Tünceli (keçmiş Dersim) bölgəsində məskunlaşmışdırlar .
Zağa
Zağə
Baha Tofiq
Baha Tofiq (türk. Bahâ Tevfik; 13 aprel 1884, İzmir, Aydın vilayəti – 15 may 1914, Konstantinopol) — Osmanlı mütəfəkkiri, yazıçısı, fərdiyyətçi (individualist) anarxisti. Baha Tofiq 1884-cü ildə Osmanlı imperiyasının Aydın vilayəti ərazisinə daxil olan İzmir şəhərində anadan olmuşdur. O, ibtidai və orta təhsilini burada almışdır. Tofiq Məktəb-i Mülküyədə ali təhsil almış, 1907-ci ildə oradan məzun olmuşdur. O, İkinci Məşrutiyyətdən sonra vilayət maiyyət məmurluğu ilə qısa bir müddət Məclis-i Əyan katibliyində çalışmışdır. Rəhbər-i İttihad-i Osmani Məktəbində fəlsəfə üzrə dərs deməyə başlamış, vəfatına qədər bu vəzifədə çalışmışdır. Tofiq yazıçı Ömər Seyfəddinin fransız dili müəllimi olmuşdur. Baha Tofiq appendisitdən əziyyət çəkirdi. O, 15 may 1914-cü il tarixində, 30 yaşında vəfat etmişdir.
Ervin Taha
Ervin Taha (14 mart 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Bordo klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Ervin Taha Bordo klubu ilə inkişaf etmişdir. O, Liqa 1-də debütünü 28 noyabr 2017-ci ildə Sent-Etyen klubuna qarşı oyunda etmişdir. O, 81-ci dəqiqədə Conatan Kafunu əvəz etmişdir. Həmin görüşdə Bordo rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. Taha Fransanın gənclər millilərində çıxış etmişdir.
Kaha (Kəlbəcər)
Kaha — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Keşdək kənd Sovetindən Kaha kəndi Yellicə kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Kəndin ərazisi əvvəllər Keşdək kəndinin binəsi olmuşdur. Sonralar həmin kənddən ayrılmış ailələr burada daimi məskunlaşmışlar. Kənd öz adını ərazisindəki qədim kahadan (zağadan) almışdır. Kənd dağətəyi ərazidə yerləşir.
Kaha (Laçın)
Kaha — Azərbaycan Respublikasının Laçın rayonu Daşlı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Laçın rayonunun Daşlı inzibati ərazi vahidində olan kənd Çalbayır silsiləsinin ətəyindədir. Keçmiş adı İsgəndər kahası olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə qarabayramlı tirəsinə mənsub ailələrin özlərinə məxsus qışlaqlardan birində məskunlaşması nəticəsində yaranmışdır. Oykonim kəndin ərazisindəki qədim kaha qalıqları ilə əlaqədardır. Əsas təsərrüfatı heyvandarlıq idi. 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 200 nəfər olmuşdur. Əhalisinin milli tərkibi isə tamamilə azərbaycanlılardan ibarətdir.
Maha Eyssa
Maha Vaçiralonqkorn
Maha Vaçıralonqkorn (tay มหาวชิราลงกรณ, d. 28 iyul 1952) — Tailandın Çakri sülaləsindən olan şahzadə, Tailand kralı Pxumilon Adulyadetin yeganə oğlu, yaxın zamanlarda taxt-taca sahib olacağı gözlənilir. 1972-ci ildən tam titulu — Somdet Pxra Boromma Orasatxirat Çao Fan MahaVaçıralonqkorn Sayam Makutraçakuman tay สมเด็จพระบรมโอรสาธิราช เจ้าฟ้ามหาวชิราลงกรณ สยามมกุฎราชกุมาร . Atası kral Pxumilon Adulyadet yeganə oğlu kimi onu 28 dekabr 1972-ci il dekreti ilə özünün varisi elan etdi. O 1935-ci ildən sonra Tailandda anadan olan ilk Tailand kralı olacaqdır. Atası ABŞ-də, Ananda Mahidol isə (hakimiyyət illəri 1935—1946) Almaniyada anadan olub. Atası Pxumpion Adulyadetin 13 oktyabr 2016-cı ildə vəfatından sonra onun kral olacağı gözlənilir.. Ancaq o kədərdən çıxmaq üçün bir qədər vaxt istəyib.
Saha (İcrud)
Saha (fars. سها‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 601 nəfər yaşayır (15 ailə).
Taha Akgül
Taha Akgül (22 noyabr 1990, Sivas) — olimpiyaçı, 125 kiloluq divizionda yarışan türkiyəli sərbəst güləşçi, Dünya və Avropa çempionudur. O, Karamanda Karamanoğlu Mehmetbey Universitetində bədən tərbiyəsi və idman üzrə təhsil almışdır. Atası və qardaşının ardından Taha Akgül də 2003-cü ildə güləşə başlayıb. 2012-ci ildə təşkil edilən Yaşar Şərqi Beynəlxalq Güləş Turniri çərçivəsində 40 qızıl medal qazanıb. Serbiyanın Belqrad şəhərində keçirilən 2012 Avropa Güləş Çempionatında Taha Akgül ağırlıq kateqoriyasında çempion olub. O, 2012-ci ildə baş tutmuş Olimpiadaya qatılıb. Lakin, 16-cı turda rəqibi Rusiyadan Bilyay Makhova məğlub olduqdan sonra dörddəbir finala çıxa bilməyib. 2012-ci ildə Dünya Kubokunda keçirilən güləş üzrə Dünya Çempionatında Finlandiyanın Kuortane şəhərində ağırlıq kateqoriyasında qızıl medal qazanıb. Taha Akgül, Gürcüstanın Tbilisi şəhərində keçirilən 2013 Avropa Güləş Çempionatında Avropa çempionu ünvanını qazanıb. Macarıstanın Budapeşt şəhərində keçirilən 2013 Dünya Güləş Çempionatında bürünc medal qazanıb.
Taha Akyol
Taha Ağyol - 1946-cı ildə Yozğadda anadan olub. Atası Mustafa, anası Fatma Ağyoldur. Yozğadda orta təhsil alandan sonra İstanbul Universitetinin Hüquq fakültəsinə daxil olub və bu fakültəni bitirib. İlk məqalələri 1977-ci ildə "Hər gün" qəzetində çap olunub. 1980-ci il iyul çevrilişinə qədər Milliyətçi Hərəkat Partiyasınin (MHP) rəhbərliyində olub. Çevrilişdən sonra həbs olunub və uzun müddət Mamak Həbsxanada yatıb. Əsgəri məhkəmədə mühakimə olunub, bəraət alıb. "Yanki" jurnalında, "Tərcüma" və "Meydan" qəzetlərində işləyib. Keçən əsrin 80-ci illərinin ortalarından etibarən Türk milliyyətçisi xəttindən uzaqlaşaraq mühafizəkar-liberalizmə meyllənib, bu sahədə böyük bir boşluğu doldurub. Siyasi və iqtisadi olaraq özü tam bir klassik liberal ikən, mədəniyyət və xarici siyasət sahəsində sağ-qanad yanaşmasnı mənimsəməkdədir.
Taha Hüseyn
Taha Hüseyn (ərəb. طه حسين‎; 14 noyabr 1889[…], əl-Minya mühafəzəsi[d] – 28 oktyabr 1973[…], Qahirə) — Misir yazıçısı, ədibi və filosofu. O, 1889-cu ildə Nilin sol sahilində yerləşən Məğağə şəhəri yaxınlığındakı kəndlərdən birində dünyaya gəlmişdir. Atası şəkər istehsal edən müəssisədə kiçik məmur vəzifəsində işləyirdi. Ailə çox böyük, dolanışıqları ağır olmuşdur. Taha ailənin yeddinci övladı idi. O, üç yaşında olarkən görmə qabiliyyətini itirmişdir. Buna baxmayaraq, dərin zəkaya malik olması özünü erkən büruzə vermişdir. O, hələ uşaq vaxtından elmə, ədəbiyyata böyük maraq göstərmişdir. Kor uşaq üçün Quran hafizi olmaqdan yaxşı bir sənət bilməyən valideynləri onu kuttəbə göndərirlər.
Taha surəsi
20-ci surə
Zahra Çihi
Zala (medye)
Zala (mac. Zala megye, xorv. Zalska županija; sloven. županija Zala) — Macarıstanın inzibati ərazi bölgüsü. Zala çayının adından götürülmüşdür. Xorvatiya və Sloveniya ilə, eləcə də, Macarıstanın Vaş, Vesprem və Şomod medyeləri ilə qonşudur. Zala medyesinin mərkəzi Zalaeqerseq şəhəridir. Sahəsi 3784 km²-dir. Balaton gölünün bir hissəsi medyenin ərazisindədir. 10-cu əsrdə macarların Nyek tayfası Balaton gölü ətrafındakı əraziləri işğal etdi.
Zala çayı
Zala çayı— cənub-qərbi Macarıstanda bir çay. Çayın mənbəyi Avstriya və Sloveniya ilə sərhəddəki dağlarda yerləşir. Zala çayının uzunluğu 139 kilometrdir və 2,622 km2 su sərf edir. Bir neçə kiçik çaylar- sağ tərəfdən Felső-Válicka, Szentmihályfalvai patak (kiçik çay), Szévíz csatorna (kanal), Foglár csatorna və sol tərəfdən Szentjakabi patak, Sarviz patak, Széplaki patak, Csörgető patak və Nádas patak çaya tökülərək onu qidalandırır. Zala çayı Keszthely yaxınlığında Zalaegerszeg şəhərindən keçir və Balaton gölünə tökülür. Çay Macarıstanın Vas və Zala əyalətlərindən axıb keçir.
Zama döyüşü
Zama döyüşü — Roma ilə Karfagen (Kartagen, Kartaq) arasında baş vermiş İkinci Pun müharibəsinin həlledici döyüşü. Romalıların Kartagen üzərində qələbəsi ilə nəticələnmişdir. Zama şəhəri Şimali Afrikada Karfagen şəhərindən 120 km cənub-şərqdə yerləşir. Eramızdan əvvəl 202-ci il 19 oktyabrda Şimali Afrikada burada Roma ilə Kartagen (Karfagen, Kartaq) arasında davam edən İkinci Pun müharibəsinin həlledici döyüşü baş vermişdi. Romalılara Ssipion, kartagenlilərə Hannibal başçılıq edirdi. Hannibal 50 min piyada, 4 min atlı, 80 döyüş fili, Ssipion isə 34 min piyada və 8 700 atlıdan ibarət ordunu idarə etməli idi. Çarpazvari fərqli göstəricilərə malik iki ordu üz-üzə gəlirdi. Ən ağıllı taktikanı seçmək qalibi müəyyən etməli idi. Hannibal Ssipionun arxadan həmləetmə taktikasını unutmadığı üçün ən təcrübəli əsgərlərini oraya yerləşdirmişdi. O, düşünürdü ki, fillərin və çoxsaylı piyadaların güclü irəliləyişi ilə romalıların ilk hücumunu dəf edəcək, sonra da cinahları döyüşə ataraq asanlıqla qalib gələcək, lakin Ssipion hamıda vahimə oyadan döyüş fillərini üzüyola qarşıladı.
Zana Maryanoviç
Zana Maryanoviç (bosn. Zana Marjanović 31 may 1983, Sarayevo) — kino sənayesində, televiziyada və teatrda çalışan bir Bosniya aktrisası; Bosniya Parlamentinin üzvü. Sarayevodakı "Kamera Teatrı 55"-in daimi üzvü, eyni zamanda «Magacin Kabarea» (Sarayevo) qeyri-kommersiya peşə təşkilatının yaradıcısı və prezidentidir. Zana Maryanoviç 31 may 1983-cü ildə Sarayevoda adadan olmuşdur. Həmin illərdə keçmiş Yuqoslaviya Sosialist Federal Respublikasının altı respublikasından biri olan Bosniya və Herseqovina Sosialist Respublikasının paytaxtı idi. Atası - Goran, bu gün məşhur Sarayevo restoratorudur və anası - Elis 1987-ci ildə bütün ailəni Nyu Yorka köçürmək qərarında iştirak etmişdir. Amerikanın bir ingilis dili müəllimi tərəfindən Zananın istedadının fərqinə vardığı və onun təkidi ilə Fiorello La Guardia Liseyinə - musiqi və ifaçılıq sənət məktəbinə getdiyi haqda bir versiya var. Sonra Zana doğma şəhərində, keçmiş Yuqoslaviya ölkələrində ən qədim ali təhsil müəssisəsi olan Sarayevo Universitetinin bir fakültəsi olan İncəsənət Akademiyasında təhsil alır. Maryanoviç 2008-ci ildə "Qar" filmindəki Alma rolundan sonra məşhurlaşır. 2010-cu ildə Ancelina Colinin rejissorluq debütündə aparıcı aktrisa oldu - "Qan və bal ölkəsində" (2011) filmi.
Zaya boğazı
Zarya boğazı (rus. Заря пролив- Şimal Buzlu okeanına daxil olan Laptevlər dənizi akvatoriyasına aid olan Kotelnı adası ilə Belkovski (qərb) adalalını ayırır. Uzunluğu 65 km, ən ensiz yeri 22 km, ən dərin yeri 23 m təşkil edir. Sahilləri parçalı və bataqlıqdır. Qərb sahillərində Plotski, Laqernıy (Belkovski), Domaşnıy, Zapadnıy, Durnoy, Severnıy, Valtera (Moqilnıy) və Pozovıy (Valtera) burunları vardır. Boğaza çoxlu çaylar axır. Misal olaraq Mixaylov, Odnokiy və Pateryannıy və s göstərmək olar. Şərq sahillərində Tas-Arı və Mixaylov yarımadaları vardır. Burada Mixaylov, Nerpiçaya, Straxonosev, Arxtina və Staraya körfəzləri vardır. Boğaz daxilində Uzuk-Karqa adası yerləşir.
Yuха
Lavaş — su, un və duzla emal edilən çörək növü. Kövrək çörəkdən qalın, pidedən nazikdir. Dürmək üçün də istifadə edilir. Türkiyə, Azərbaycan, Gürcüstan və İranda geniş şəkildə yeyilir. Dilçinin sözlərinə görə, "lavaş" sözünün mənşəyi iki hissədən ibarətdir: "lav" və ya "lay" "qat" deməkdir, "aş" isə bütün türk dillərində "qida" anlamı verir. Beləliklə, "lavaş" "qat-qat qida" anlamına gəlir. Lavaş çörəyinin bəzi növlərini quru halda həftələrlə, aylarla saxlamaq mümkündür. Hərbi yürüşlər, səyahət zamanı o cümlədən qışlaq-yaylaq təsərrüfat həyatı sürən çobanlar üçün yola belə çörəyi götürmək əlverişli idi. Quru lavaşı azca nəm etməklə yeməyə hazır vəziyyətə gətirmək olur. Ona bükülmüş pendiri, şoru, qaymağı, yağı atdan enmədən rahatlıqla yemək mümkündür.