Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zахu
Zaxo (kürd. زاخۆ,süry. ܙܵܟ݂ܘܿ,erm. Զախո,ərəb. زاخو‎) — İraqın şimal bölgəsində iştirak edən Kürdüstan Regional Hökumətinə bağlı şəhər. Dəhuk mühafazasında yerləşir. Zaxo şəhərin əhalisi təxminən 350 min nəfərdir. Əhalinin əksəriyyətini kürdlər təşkil edir. Zaxo Türkiyə sərhədinə ən yaxın İraq şəhəridir. Habur və Mosul yolunun üstündə və bütün ticarət trafiki Zaxodan keçir.
Zaha Hadid
Zaha Hadid (ərəb. زها حديد‎; 31 oktyabr 1950[…], Bağdad[…] – 31 mart 2016[…], Mayami, Florida[…]) — İraq ərəb əsilli Britaniyalı, dekonstruktivist memar. 2004-cü ildə Hadid Pritsker Memarlıq mükafatına layiq görülən ilk qadın-memar olmuşdur. Zaha Hadid 1950-ci ildə Bağdadda, doğulub. Londonda Arxitektura Assosiasiya Məktəbində oxuyub. 1980-ci illərdə, Arxitektura Assosiasiya Məktəbində dərs deyib. Həmçinin dünyada nüfuzlu təşkilatlarda dərs demişdir. Bundan əlavə, o Amerikan İncəsənət İnstitutunun Fəxri Üzvüdür. Avstriyada Vyanada Tətbiqi İncəsənətlər Universitetində professor olmuşdur. Çoxlu beynəlxalq yarışın qalibidir, Honkonqda (1983-cü il) Peak Klub və Uelsdə (1994) Cardiff Bay Opera House onun işlərindəndir.
Kaha
Kaha (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu Daşlı kənd inzibati ərazi dairəsində kənd. Kaha (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Kahaçay — Sədərək rayonu ərazisində çay.
Naha
Naha (yap. 那覇市; okin. Naafa) — Yaponiyanın Kyuşu regionunda yerləşən Okinava prefekturasının paytaxtı. Okinavada sosial hərəkat lideri olan Kameciro Senaqa 1957-cı ildə Naha şəhərinin meri olmuşdu.
Zada
Zara
Zara — ad. Zara Yılmaz — Türkiyəli müğənni. Zara Larsson — İsveçli müğənni. ZARA — İspaniya brendi.
Zaza
Zazalar və ya Dımli - əsasən Türkiyədə , İranda , İraqda və Suriyada çox az sayda Azərbaycanda yaşayan xalq. Hazırda əsasən Türkiyədə (milliyyətçi zaza kəsiminin iddiasına əsasən Türkiyə əhalisinin 3,33%-i) , qismən İranda , İraqda və Suriyada , müəyyən səbəblərdən doğan miqrasiya nəticəsində isə az sayda toplumlar şəklində dünyanın bir çox ölkəsində məskunlaşmış zazaların sayına dair dəqiq statistik - elmi məlumatlar yoxdur . Milliyyətçi zaza qeyri-dövlət təşkilatlarının iddialarına görə dünya üzrə zazaların ümumi sayı 4 - 6 milyon nəfər civarındadır . Zazalar Türkiyədə türklərdən və kürdlərdən sonra ən böyük üçüncü etnik toplumu təşkil edirlər . Bingöl və Tunceli vilayətində əhalinin çoxluğunu təşkil etsələr də Türkiyənin digər vilayətlərində azlıqdadırlar . Zaza-Talış toplumu bir-biri ilə yaxın bir neçə qrupa etnik qrupa bölünür : Zaza Deylemi Çarojlar Dimili bacalan şəbək sarlı avroman Abas • Abdalan • Ağuçan • Alan • Ali • Ali Abas • Alxan • Alz • Arê • Aslan • Aşur • Az • Badil • Balaban • Balçık • Bali • Bamasur • Beyit • Bêx • Bêxtiyar • Bılêçık • Birm • Butk • Cafer • Çarek • Çekel • Çin • Demen • Derık • Dewrêscemal • Dersimli • Ferat • Fınd • Gınic • Gulabi • Hadik • Heciyan • Hemoçık • Hesn • Heyder • Heyr • Holik • Hoş • İbık • İksor • İzol • Karsan • Keçel • Kem • Khal • Khew • Khud • Khurêş • Kılawus • Kırdaşi • Kımsorçık • Kulik • Laçin • Lol • Nemremu • Nenik • Okçı • Phezgewr • Pilvank • Pirsultan • Qerebali • Qırğ • Qoçgiri • Reşık • Rut • Sandalan • Sarısaltuğ • Sefılçık • Semk • Sewdax • Seydan • Seydal • Seysabun • Seykemal • Sıl(êman) • Sis • Sur • Şad • Şawel • Şemk • Şêlm • Şêxmamed • Şeyx Hasanlı • Şırtık • Tanriverdi • Taw • Titenik • Usıv • Xıd • Xırançık • Xormeçık • Zeng • Zerkhewık • Zıkte Türkiyə Respublikasında Tunceli yaşayış məntəqəsinin keçmiş adı Dersim olmuşdur . Eyniadlı vilayətin əhalisinin əksəriyyətini hazırda zazalar təşkil edir . Vilayətdəki zaza əhalisi Şeyx Hasanlı və Dersimli tayfalarının ayrılıqda əmələ gətirdikləri tayfa konfederasyonunda birləşmişdir . Şeyx Hasanlı tayfası Oğuz türklərinin Bayat boyuna mənsubdurlar . XIII əsrdə Xorasandan köç edərək Andoluya gəlmiş öncə Malatyada sonralar isə indiki Tünceli (keçmiş Dersim) bölgəsində məskunlaşmışdırlar .
Zağa
Zağə
Ervin Taha
Ervin Taha (14 mart 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Bordo klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Ervin Taha Bordo klubu ilə inkişaf etmişdir. O, Liqa 1-də debütünü 28 noyabr 2017-ci ildə Sent-Etyen klubuna qarşı oyunda etmişdir. O, 81-ci dəqiqədə Conatan Kafunu əvəz etmişdir. Həmin görüşdə Bordo rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Taha Fransanın gənclər millilərində çıxış etmişdir.
Kaha (Kəlbəcər)
Kaha — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Keşdək kənd Sovetindən Kaha kəndi Yellicə kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Toponimikası == Kəndin ərazisi əvvəllər Keşdək kəndinin binəsi olmuşdur. Sonralar həmin kənddən ayrılmış ailələr burada daimi məskunlaşmışlar. Kənd öz adını ərazisindəki qədim kahadan (zağadan) almışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Kaha (Laçın)
Kaha — Azərbaycan Respublikasının Laçın rayonu Daşlı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Laçın rayonunun Daşlı inzibati ərazi vahidində olan kənd Çalbayır silsiləsinin ətəyindədir. Keçmiş adı İsgəndər kahası olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə qarabayramlı tirəsinə mənsub ailələrin özlərinə məxsus qışlaqlardan birində məskunlaşması nəticəsində yaranmışdır. Oykonim kəndin ərazisindəki qədim kaha qalıqları ilə əlaqədardır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 200 nəfər olmuşdur. Əhalisinin milli tərkibi isə tamamilə azərbaycanlılardan ibarətdir.
Maha Eyssa
Maha Vaçiralonqkorn
Maha Vaçıralonqkorn (tay มหาวชิราลงกรณ, d. 28 iyul 1952) — Tailandın Çakri sülaləsindən olan şahzadə, Tailand kralı Pxumilon Adulyadetin yeganə oğlu, yaxın zamanlarda taxt-taca sahib olacağı gözlənilir. == Tərcümeyi-halı == 1972-ci ildən tam titulu — Somdet Pxra Boromma Orasatxirat Çao Fan MahaVaçıralonqkorn Sayam Makutraçakuman tay สมเด็จพระบรมโอรสาธิราช เจ้าฟ้ามหาวชิราลงกรณ สยามมกุฎราชกุมาร . == Tailand kralı == Atası kral Pxumilon Adulyadet yeganə oğlu kimi onu 28 dekabr 1972-ci il dekreti ilə özünün varisi elan etdi. O 1935-ci ildən sonra Tailandda anadan olan ilk Tailand kralı olacaqdır. Atası ABŞ-də, Ananda Mahidol isə (hakimiyyət illəri 1935—1946) Almaniyada anadan olub. Atası Pxumpion Adulyadetin 13 oktyabr 2016-cı ildə vəfatından sonra onun kral olacağı gözlənilir.. Ancaq o kədərdən çıxmaq üçün bir qədər vaxt istəyib.
Saha (İcrud)
Saha (fars. سها‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 601 nəfər yaşayır (15 ailə).
Taha Akgül
Taha Akgül (22 noyabr 1990, Sivas) — olimpiyaçı, 125 kiloluq divizionda yarışan türkiyəli sərbəst güləşçi, Dünya və Avropa çempionudur. O, Karamanda Karamanoğlu Mehmetbey Universitetində bədən tərbiyəsi və idman üzrə təhsil almışdır. Atası və qardaşının ardından Taha Akgül də 2003-cü ildə güləşə başlayıb. 2012-ci ildə təşkil edilən Yaşar Şərqi Beynəlxalq Güləş Turniri çərçivəsində 40 qızıl medal qazanıb. Serbiyanın Belqrad şəhərində keçirilən 2012 Avropa Güləş Çempionatında Taha Akgül ağırlıq kateqoriyasında çempion olub. O, 2012-ci ildə baş tutmuş Olimpiadaya qatılıb. Lakin, 16-cı turda rəqibi Rusiyadan Bilyay Makhova məğlub olduqdan sonra dörddəbir finala çıxa bilməyib. 2012-ci ildə Dünya Kubokunda keçirilən güləş üzrə Dünya Çempionatında Finlandiyanın Kuortane şəhərində ağırlıq kateqoriyasında qızıl medal qazanıb. Taha Akgül, Gürcüstanın Tbilisi şəhərində keçirilən 2013 Avropa Güləş Çempionatında Avropa çempionu ünvanını qazanıb. Macarıstanın Budapeşt şəhərində keçirilən 2013 Dünya Güləş Çempionatında bürünc medal qazanıb.
Taha Akyol
Taha Ağyol - 1946-cı ildə Yozğadda anadan olub. Atası Mustafa, anası Fatma Ağyoldur. Yozğadda orta təhsil alandan sonra İstanbul Universitetinin Hüquq fakültəsinə daxil olub və bu fakültəni bitirib. İlk məqalələri 1977-ci ildə "Hər gün" qəzetində çap olunub. 1980-ci il iyul çevrilişinə qədər Milliyətçi Hərəkat Partiyasınin (MHP) rəhbərliyində olub. Çevrilişdən sonra həbs olunub və uzun müddət Mamak Həbsxanada yatıb. Əsgəri məhkəmədə mühakimə olunub, bəraət alıb. "Yanki" jurnalında, "Tərcüma" və "Meydan" qəzetlərində işləyib. Keçən əsrin 80-ci illərinin ortalarından etibarən Türk milliyyətçisi xəttindən uzaqlaşaraq mühafizəkar-liberalizmə meyllənib, bu sahədə böyük bir boşluğu doldurub. Siyasi və iqtisadi olaraq özü tam bir klassik liberal ikən, mədəniyyət və xarici siyasət sahəsində sağ-qanad yanaşmasnı mənimsəməkdədir.
Taha Hüseyn
Taha Hüseyn (ərəb. طه حسين‎; 14 noyabr 1889[…], əl-Minya mühafəzəsi[d] – 28 oktyabr 1973[…], Qahirə) — Misir yazıçısı, ədibi və filosofu. O, 1889-cu ildə Nilin sol sahilində yerləşən Məğağə şəhəri yaxınlığındakı kəndlərdən birində dünyaya gəlmişdir. Atası şəkər istehsal edən müəssisədə kiçik məmur vəzifəsində işləyirdi. Ailə çox böyük, dolanışıqları ağır olmuşdur. Taha ailənin yeddinci övladı idi. O, üç yaşında olarkən görmə qabiliyyətini itirmişdir. Buna baxmayaraq, dərin zəkaya malik olması özünü erkən büruzə vermişdir. O, hələ uşaq vaxtından elmə, ədəbiyyata böyük maraq göstərmişdir. Kor uşaq üçün Quran hafizi olmaqdan yaxşı bir sənət bilməyən valideynləri onu kuttəbə göndərirlər.
Taha surəsi
20-ci surə
Zara (Sivas)
Zara (türk. Zara) — Sivas ilinin ilçəsi.
Zara (brend)
"Zara" — İspaniyanın geyim və aksesuar markalarından biri. "Zara" brendinin sahibi Amansio Orteqadır. Dünya üzrə 88 ölkədə 2000-dən çox "Zara" mağazası vardır.
Zuha Surəsi
93-cü surə
Leyla Zana
Leyla Zana (3 may 1961, Silvan, Diyarbəkir ili) — kürd əsilli Türkiyə siyasətçisi. O, Türkiyə məhkəmələri tərəfindən ölkənin birliyinə zidd hesab edilən siyasi fəallığına görə on il müddətinə həbs edilmişdir. Zana 1995-ci ildə Avropa Parlamenti tərəfindən "Saxarov" mükafatına layiq görülmüş, lakin 2004-cü ildə azadlığa çıxana qədər mükafatı əldə edə bilməmişdir. O, Türkiyə və qonşu ölkələrdəki kürd xalqının insan hüquqları uğrunda dinc mübarizəsinə görə həbs olunduğu üçün Rafto Fondu tərəfindən tanınmış, ardınca 1994-cü ildə "Rafto" mükafatına layiq görülmüşdür. == Erkən həyatı == Leyla Zana 1961-ci ilin mayında Türkiyənin cənub-şərqində, Diyarbəkir vilayətinin Silvan şəhərində kürd ailəsində anadan olmuşdur. O, 14 yaşında ikən əmisioğlu Mehdi Zana ilə ailə həyatı qurmuşdur. Mehdi 1977-ci ildən hərbi çevrilişə qədər Diyarbəkir bələdiyyə sədri kimi xidmət etmiş və ondan sonra siyasi məhbus olmuşdur. == Siyasi fəaliyyəti == Həyat yoldaşı Mehdi Zana həbs olunduqdan sonra o və digər məhbus yaxınları məhbusların vəziyyəti ilə bağlı maarifləndirməyə çalışmışdılar. Mehdi Zanaya qarşı kürd dilində şeirlər nəşr etdiyi üçün ittihamlar irəli sürülmüşdü. 1987-ci ildə Leyla Zana ilk dəfə işgəncələrə qarşı mitinqdə iştirak etdiyi üçün iki ay müddətinə həbs edilmişdir.
Zaza Napoli
Vladimir Vladimiroviç Kazantsev (14 aprel 1973 Yarovoye, SSRİ), daha çox Zaza Napoli səhnə adı ilə tanınan rus pop müğənnisi, artist və teleaparıcısıdır. Vladimir Kazantsev 14 aprel 1973-cü ildə Yarovoe şəhərində anadan olub. 1991-ci ildə Vladim kolleci bitirərək ibtidai sinif müəllimi diplomu aldı. Daha sonra məktəbdə ixtisasına uyğun çalışmağa başladı. Orada bir il işlədikdən sonra işini tərk edərək Şərqi Sibir Dövlət Mədəniyyət İnstitutunun teatr sənəti fakültəsinin teatr və kino aktyoru ixtisasına daxil oldu. Paytaxta köçməzdən əvvəl Ulan-Udedə yaşamış, yerli Dövlət Televiziya və Radio Verilişləri Şirkətində çalışmış, teatrda oynamış və rəsmi konsertlər vermişdir . 2004-cü ildən 2020-ci ilə qədər Tatyana Sumçenko ilə evli olub, boşanıb . 1997-ci ildə Moskvaya köçdü və 1998-ci ildə Cənnət quşları travesti teatrını təsis etdi. 2002-ci ildə "Buz dövrü" adlı kriminal filmdə, 2006-cı ildə isə Zaza Napoli obrazında "Gözəl doğulma" serialında rol alıb. Həmçinin "Lənətlənmiş Cənnət" trillerində və "Oyun Kralları" komediyasında və başqa filmlərdə çəkilib.
Baha Səid
Baha Səid (türk. Baha Sait; 1882, Konstantinopol – 1939) — Türkiyə hərbçisi. O, Türkiyə İstiqlaliyyət müharibəsi iştirakçısı olmuşdur. == Həyatı == Baha Səid Qafqazdan Anadoluya köçmüş qumuq ailəsində anadan olmuşdur.O, bəzi mənbələrə görə 1882-ci ildə Biqada, bəzilərinə görə isə Dağıstanda doğulmuş və 16 yaşında Türkiyəyə gəlmişdir. Baha Səid müharibə zamanı İstanbuldan Anadoluya sursat və döyüşçülərin qaçaqmalçılıq yolu ilə gətirilməsini, müharibəyə qarşı plan və yazışmaların öyrənilərək Ankaraya çatdırılmasını təmin edən Karakol cəmiyyətinin qurucularından biridir. O, həm də ələvilik ilə bağlı araşdırmaları ilə tanınır. Baha Səid Azərbaycanın sovetləşdirilməsində müəyyən rol oynamışdır. Baha Səid 16 oktyabr 1939-cu ildə ürək tutmasından vəfat etmişdir. Mərkəzəfəndi qəbiristanlığında dəfn olunmuşdur.
Zala medyesi
Zala (mac. Zala megye, xorv. Zalska županija; sloven. županija Zala) — Macarıstanın inzibati ərazi bölgüsü. Zala çayının adından götürülmüşdür. Xorvatiya və Sloveniya ilə, eləcə də, Macarıstanın Vaş, Vesprem və Şomod medyeləri ilə qonşudur. Zala medyesinin mərkəzi Zalaeqerseq şəhəridir. Sahəsi 3784 km²-dir. Balaton gölünün bir hissəsi medyenin ərazisindədir. 10-cu əsrdə macarların Nyek tayfası Balaton gölü ətrafındakı əraziləri işğal etdi.
Yuха
Lavaş — su, un və duzla emal edilən çörək növü. Kövrək çörəkdən qalın, pidedən nazikdir. Dürmək üçün də istifadə edilir. Türkiyə, Azərbaycan, Gürcüstan və İranda geniş şəkildə yeyilir. Dilçinin sözlərinə görə, "lavaş" sözünün mənşəyi iki hissədən ibarətdir: "lav" və ya "lay" "qat" deməkdir, "aş" isə bütün türk dillərində "qida" anlamı verir. Beləliklə, "lavaş" "qat-qat qida" anlamına gəlir. Lavaş çörəyinin bəzi növlərini quru halda həftələrlə, aylarla saxlamaq mümkündür. Hərbi yürüşlər, səyahət zamanı o cümlədən qışlaq-yaylaq təsərrüfat həyatı sürən çobanlar üçün yola belə çörəyi götürmək əlverişli idi. Quru lavaşı azca nəm etməklə yeməyə hazır vəziyyətə gətirmək olur. Ona bükülmüş pendiri, şoru, qaymağı, yağı atdan enmədən rahatlıqla yemək mümkündür.
«Кара-коюнлу» (ковёр)