Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mayski
Mayski adaları
Mayski adaları
Mayski adaları — Şimal Torpağı arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. == Yerləşməsi == Starokadomski adasından şimalda yerləşir. Sahillərini Laptevlər dənizinin suları yuyur. Cənubdan şimala doğru 4 km məsafədə uzanır. == Təsviri == Arxipelaq 9 adadan ibarətdir: iki ada dili Styaq dili və Krılataya dili, Vesennıy adası və 6 adsız ada. Böyük hissəsi buzla örtülüdür. Aralarında qumlu saylar mövcuddur. Seçilən yüksəklik yoxdur.
Mayski adasları
Mayski adaları — Şimal Torpağı arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. == Yerləşməsi == Starokadomski adasından şimalda yerləşir. Sahillərini Laptevlər dənizinin suları yuyur. Cənubdan şimala doğru 4 km məsafədə uzanır. == Təsviri == Arxipelaq 9 adadan ibarətdir: iki ada dili Styaq dili və Krılataya dili, Vesennıy adası və 6 adsız ada. Böyük hissəsi buzla örtülüdür. Aralarında qumlu saylar mövcuddur. Seçilən yüksəklik yoxdur.
Mayski (Kabarda-Balkariya)
Mayski (kab.-çərk. Майскэ) — Rusiya Federasiyası, Kabarda-Balkariyanın ərazisində yerləşən şəhər. Mayski şəhər dairəsinin və Mayski rayonunun inzibati mərkəzidir. == Coğrafiya == Mayski şəhəri eyni adlı rayonun mərkəzi hissəsində, Çerek və Terek çayları arasında yerləşir. Respublikanın paytaxtı Nalçikdən 45 km şimal-şərqdə, Proxladnı şəhərindən 12 km cənubdadır. Aşağıdakı yaşayış məntəqələri ilə həmsərhəddir: cənubda Kotlyarevskaya, cənub-qərbdə Psıkod, qərbdə Novo-İvanovo, şimal-qərbdə Oktyabrski, şimalda Sarskoye, şərqdə Krasnoarmeyskoe və Djulat. Şəhər respublikanın düzənlik zonasında, Kabardın malli düzənliyində yerləşir Şəhərdəki orta hündürlük dəniz səviyyəsindən 217 metrdir. Şəhərdəki hidroqrafik şəbəkəsi Çerek, Terek və Demenyuk çayları ilə təmsil olunur. Həmçinin şəhərdə bir çox süni su tutarları mövcuddur. Ərazisi yeraltı mənbələrlə və şirin su ehtiyatları ilə zəngindir.
Mayski (Şimali Osetiya)
Mayski (oset. Майскæй, inquş. Майски, Бекъи-Юрт) kəndi Şimali Osetiya Respublikasının Priqorodnı rayonunda yerləşir . Eyni adlı kəndin inzibati mərkəzidir. == Coğrafiya == Mayski kəndi İnquşetiya ilə sərhəddə, Kambileyevka çayının sağ sahilində, nisbətən aşağı axarda Alxançurt kanalı ilə kəsişdiyi yerdə yerləşir. Kəndə ən yaxın yaşayış məntəqələri: cənubda Çermen kəndi, şimal-şərqdə Nazran şəhəri (İnquşetiya), qərbdə Beslan şəhəri. Kəndin şərq kənarında, yeni qurulmuş Novoye kəndi yerləşir. == Tarix == 19-cu əsrin əvvəllərində, müasir bir kəndin yerində, Kambileyevka çayının sahilində rus sənədlərində və 19-cu əsrin xəritələrində qeyd olunan bir kənd qurulmuşdur. Bu kənd Bekaya ya da Bekaya Xişilqova (İnquş. Бекъи-Юрт) adlandırılmışdı.
Sikorski-Mayski müqaviləsi
Sikorski-Mayski müqaviləsi — SSRİ ilə Polşa arasında 30 iyul 1941-ci ildə Londonda imzalanmış müqavilə. Müqavilə öz adını onu imzalayan iki məşhur şəxsdən götürür: Polşanın Baş naziri Vladislav Sikorski və SSRİ-nin Londondakı səfiri İvan Mayski. == Tarixi == 1939-cu ildə Nasist Almaniyası və SSRİ arasında Molotov-Ribbentrop paktı bağlandıqdan sonra, SSRİ Polşanın işğalına və sonrakı bölüşdürməyə qoşuldu. SSRİ Polşanın mövcud olmadığını elan etdi və ələ keçirdiyi bölgədəki polşalıları öz vətəndaşları olaraq dəyərləndirməyə başladı. Nəticədə 2 milyon polyak NKVD tərəfindən həbs olundu və sürgünlərə məruz qaldı. 1941-ci ildə Nasist Almaniyası ilə SSRİ müharibəyə başladığı zaman SSRİ-nin beynəlxalq vəziyyəti dəyişdi. Bu zaman, Stalin Almaniyaya qarşı olan dövlətlərlə əlaqələr qurmağa başladı. Böyük Britaniyanın Xarici işlər Naziri Entoni İdenin vasitəçiliyi ilə Londonda yerləşən mühacir Polşa hökuməti ilə SSRİ-nin səfiri İvan Mayski arasında diplomatik münasibətlər başladı. Nəticədə 30 iyul 1941-ci ildə Londonda müqavilə imzalandı. Daha sonra Moskvada 14 avqust 1941-ci ildə daha bir hərbi ittifaq müqaviləsi bağlanıldı.
Mayski rayonu (Kabarda-Balkariya)
Mayski rayonu (kab.-çərk. Май куей, qaraç.-balk. Май район) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Mayski qəsəbəsidir. == Coğrafiyası == Mayski rayonu Kabarda-Balkariya Respublikasının şərq hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: cənub-qərbdə Leskenski rayonu, qərbdə Urvan rayonu, şərqdə Terek rayonu, şimalda Proxladnenski rayonu və şəhər dairəsi, həmçinin cənubdan isə Şimali Osetiyanın Kirov rayonu. Rayonun sahəsi 384.80 km²-dir. Rayonu ərazisini relyef xüsusiyyətlərinə görə iki hissəyə bölünür: dağətəyi və dağlıq. Rayonun əsas hissəsi respublikanın dağətəyi zonasında, cənub hissəsi isə dağlıq zonada yerləşir. Rayonda yüksəklik göstəriciləri cənubda 5642 metr, şimalda 550 metr arasında dəyişir.
Abşeron mayakı
Abşeron mayakı — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədi ilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili. Azərbaycandakı yerli mayaklardan ən irisidir. == Tarixi == 1859-cu ildə Pirallahı adası ilə üzbəüz dağda tikilmişdir. Mayak 23 oktyabr 1860-cı ildə istifadəyə verilmişdir. == Texniki göstəriciləri == === Quruluşu === Mayak 25 metrlik, lövbərlər şəklində pəncərələr və tağlı giriş ilə orijinal konstruksiyalı daş qüllədən ibarətdir. Tikilinin zirvəsinə 102 pilləli dolanbac pilləkan aparır. === İşıqlandırılması === İstifadəyə verildiyi vaxtdan etibarən işığın 38 km uzaqlıqdan görünməsinə malik olmuş, gəmilərin materik və Pirallahı adası arasındakı Abşeron boğazına təhlükəsiz daxil olmasını təmin etmişdir. 1912-ci ilə qədər mayak kerosin lampası ilə işıqlandırılırdı. 1912-ci ildən mayakın işıqlandırılması kerosin-kürə qurğusu, 1956-cı ildən isə elektrikləşmə ilə əvəz edilmişdir. Hal-hazırda mayakın işıqlandırılmasını 500 vt-lıq elektrik lampası və xüsusi linzalar təmin edir.
Amburan mayakı
Amburan mayakı — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədi ilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili. == Poçt markası üzərində == 2013-cü ilin may ayında Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Abşeron arxipelaqının mayaklarına həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 50 qəpik olan həmin markalardan biri Amburan mayakına həsr olunmuşdur.
Ank Marsiy
Ank Marsi (lat. Ancus Marcius) — Qədim Romanın IV çarı. == Haqqında == Tull Hostilidən sonra Romada Ank Marsiy çar seçilmişdi. O, həm də baş pontifik (pontifex maximus) idi. Ölkənin iqtisadi inkişafı üçün o, çox iş görmüşdü. Tibr çayı üzərində körpü tikdirmiş, Osti adlı liman saldırmışdı. == Mənbə == Y. Həsənov. Qədim Roma tarixi. Bakı, 1975.
Astara mayakı
Astara mayakı — Azərbaycanın Astara şəhərinin ərazisində yerləşən, fəaliyyətdə olan mayan. Mayak hündürlüyü 25 m olan bir dəmir konsrtruksiyasının üzərində quraşdırılmışdır. Astara mayakı Astara çayının sağ sahilində, Azərbaycan-İran dövlət sərhəddindən sərhədi 400 m (1/4 mil) şimalda, Xəzər dənizi sahilindən isə 250 m (820 ft) aralıda yerləşir. 1900-cü ildə Astara reydini və ora girişi göstərmək üçün işıqlanan stvor nişanlar quraşdırılıb. Hər iki nişan 2,5 mil məsafədə daimi qırmızı işıq ilə işıqlanır. Stvor nişanları şərq-qərb istiqamətində yerləşir.
Dərbənd mayakı
Dərbənd mayakı — Rusiya Federasiyasının ən cənub mayakıdır. Mayak Dağıstanın Dərbənd şəhərində yerləşir. Mayak Rusiyanın qorunan abidələri və UNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Tarixi == Dərbənd qədim zamanlarlar liman şəhəri olmasına baxmayaraq, burada XIX əsrə qədər limanların əsas atributlarından sayılan mayakın olması barədə məlumat yoxdur. Rusiya imperiyasına məxsus gəmilər Dərbənd qalası rayonuna XVI əsrin 60-cı illərində yan almışlar. Bu zaman ruslar Xəzər dənizinin qərb sahillərinə gərbi yürüşlər təşkil edirdilər. I Pyotr Xəzər dənizində Rusiyanın təsir dairəsini artırmaq və Baltik-Xəzər dəniz yolunu inkişaf etdirməklə Avropa-Şərq arasında ticarət əlaqələrini qurmaq məqsədi ilə 1722—1723-cü illərdə Rusiya imperator donanamasının köməyi ilə Xəzəryanı bölgələrə hərbi yürüşünü təşkil etmişdir. Bunun nəticəsində Dərbənd və Bakı kimi tratüji əhəmiyyəti olan şəhərlər ələ keçirilir. 1826—1828-ci illərdə baş vermiş Rusiya-İran müharibəsi sonrası Rusiya Xəzər dənizində yeganə hərbi gücə çevrildi. rus və fars ticarət gəmiləri isə dənizdə sərbəst dolaşma hüququ əldə etdi.
Genuya mayakı
Genuya mayakı (it. faro di Genova, ancaq sadəcə Lanterna adlandırılır)— Genuya limanının əsas mayaklarından biri. Ətraf ərazilərdə gecə dənizçiliyi üçün mühüm yardımı olmaqla yanaşı, mayak Genuya şəhərinin tarixi simvolu rolunu oynayır. 76 metr hündürlüyə malik olan bu mayak dünyanın beşinci ən hündür mayakı olmaqla bərabər, daş hörgüsü ilə tikilmiş ikinci ən hündür mayakdır. 1902-ci ildə İle Viergedə mayakın tikilməsinə qədər 1543-cü ildən bəri dünyada ən hündür mayak idi. Üzərində inşa edildiyi təbii qaya ilə birlikdə ümumi hündürlüyü 117 metrdir. Mayak hər biri terraslarla bağlanmış iki kvadrat hissədən inşa edilib. Bütün bu struktur işıq saçan fənərlə tamamlanır. Keçmiş mayakın 1543-cü ildə dəyişdirilməsi ilə özünün indiki formasında yenidən qurulub və İspaniyanın La Korunya şəhərində yerləşən Herkules qülləsi və Estoniyanın Hiyumaa adasında yerləşən Kıpu mayakından sonra dünyanın ən qədim üçüncü mayakıdır.
Hamiqot mayakı
Hamiqot mayakı (kor. 호미곶등대) — Cənubi Koreyanın Pohanq şəhərində yerləşən və hal-hazırda da fəaliyyət göstərən mayak. 26,4 metr hündürlüyü ilə Cənubi Koreyanın ən hündür mayakıdır. == Tarixi == 1901-ci ildə Yaponiyaya məxsus gəminin yaxınlıqda batmasından sonra 1903-cü ildə tikilib. Cənubi Koreyanın ən hündür mayakı fransız memar tərəfindən layihə edilib, Çin podratçıları tərəfindən tikilib və 1903 -cü ilin dekabrında tamamlanıb. Hündürlüyünə baxmayaraq, mayak armaturdan istifadə olunmayaraq, kərpicdən tikilmişdir. Daxildən altı-mərtəbəyə bölünüb və hər bir tavan Coson sülaləsinin şərəfinə armud ağacının çiçəyi ilə bəzədilib. Mayak hal-hazırda da fəaliyyətini davam etdirir.
Lənkəran mayakı
Lənkəran mayakı — Azərbaycanın Lənkəran şəhərinin şimal-şərqində yerləşən, fəaliyyətdə olan mayan. Mayak hündürlüyü 30,5 m olan bir tikilinin üzərində 2,9 metrlik fanarın quraşdırılması ilə meydana gəlmişdir. İlk əvvəllər mayak dəniz sahilində yerləşirdi. Hazırda isə Xəzər səviyyəsinin enməsi ilə dənizdən xeyli aralıda yerləşir. == Tarixi == 1747-1786-cı illərdə tikildiyi ehtimal olunur. Lənkəran qalasının dayaq məntəqələrindən biri olmuşdur. 1869-cu ildə hazır ki, mayakda fəaliyyət göstərək həsxana ləğv edilir. Binanın başına fanar qoymaqla mayak kimi istifadə edilməyə başlanılır. Mayak Rusiya İmperiyasının Xəzər dəniz donanmasına verilir. 1957-ci ildə mayak təmir edilir.
Mahaçqala mayakı
Mahaçqala mayakı və ya Petrovski mayakı — Dağıstan Respublikasının paytaxtı Mahaçqalada fəaliyyət göstərən mayak. Mayak binası 1862-ci ildə istismara verilmişdir. Hazırda mayak Kirovski rayonu, Əmirxanova küçəsi, 20 ünvanında yerləşir. Mayakın binası şəhərin ən görməli binalarında sayılır. Bina Rusiya Federasiyası xalqlarının regional əhəmiyyətli mədəni irs obyekti olaraq qorunur. }}</ref> == Tarixi == Xəzərdə mayakların inşasının təşəbbüskarı Qafqaz canişini Mixail Vorontsov olmuşdur. Petrovski qalasındakı ilk mayak, 1852-ci ildə Tarkovskaya Gorada da, əfsanəyə görə, Rusiya imperatoru I Pyotrun Port-Petrovsk qalasının təməlinə ilk daşı qoyduğu yerdə inşa edilmişdir. Mayak əvvəlcə ağ bir qüllə idi. O, dəniz səviyyəsindən 75 metr yüksəklikdə yerləşirdi. Onun üzərində səkkiz lampanın işığını reflektorlar tərəfindən gücləndirilərək, işığın görünmə məsafəsini 18 milə çatdıran müxanizm qurulmuşdu.
Nargin mayakı
Böyük Zirə mayakı (əvvəlki adı Nargin mayakı) — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədi ilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili. == Tarixi == Böyük Zirə mayakı 1884-cü ildə Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədilə fəaliyyətə başlamışdır. Böyük Vətən müharibəsinin əvvəlində alman aviasiyasının diqqətini çəkməmək üçün partladılıb. 1958-ci ildə bərpa olunub və həmin vaxtdan indiyədək fəaliyyət göstərir. == Göstəriciləri == Mayak gecələr Bakı buxtasına daxil olan gəmilərin yolunu işıqlandırır və dənizçilər üçün əsas bələdçi rolunu oynayır. Hündürlüyü 18 metrdir. Mürəkkəb optik-naviqasiya sistemi ilə təchiz edilib. Mayak günəş batareyaları ilə təmin edilir. == Poçt markası üzərində == 2013-cü ilin may ayında Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Abşeron arxipelaqının mayaklarına həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 50 qəpik olan həmin markalardan biri Böyük Zirə mayakına həsr olunmuşdur.
Qaradağ mayakı
Qaradağ mayakı — Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən mayak. Mayak 12 m (40 ft) hündürlüyə malik dairəvi formaya malik bir tikilidir. Bakı şəhərindən təxminən 20 km cənub-qərbindəki bir təpənin üstündə yerləşir. Mayak dənizdən 200 metrlik bir məsafədədir. Hazırda fəaliyyət göstərmir.
Smolls mayakı
Smolls mayakı (ing. Smalls Lighthouse) — Birləşmiş Krallıq daxilindəki Uelsin Pembrukşir qraflığındakı Marlus yarımadasından 32 kilometr (20 mil) qərbdə, Qrassholm adasından 13 kilometr (8.1 mil) qərbdəki Smolls adasında yerləşən mayak. Mayakın yerləşdiyi Smolls adası dalğalar tərəfindən yuyulmuş bazalt və dolerit qayalar qrupunun ən böyüyüdür. İndiki mayak 1776-cı ildə ucaldılmış köhnə mayakı əvəzləmək üçün 1861-ci ildə mühəndis Ceyms Duqlas tərəfindən ucaldılmışdı. Bu, "Trinity House" təşkilatının əməliyyatda olan ən ucqar mayakıdır. == Əvvəlki mayak == İlkin Smolls mayakı Liverpul şəhərindən olan musiqi instrumenti istehsalçısı Henri Uaytsaydın planları əsasında 1775–1776-cı illərdə ucaldılmışdır. Mayak palıddan hazırlanmış doqquz sütun üzərində dayanırdı. Mayakın yırğalanmadan əziyyət çəkməsinə baxmayaraq, 80 il dayanmışdır. Bu 80 il ərzində mayaka əlavə sütunlar da yerləşdirilmişdir. Uaytsayd mayakı 1777-ci ildə ziyarət edən zaman o, fırtınaya görə adada düz bir ay ilişib qalmışdı.
Taqanroq mayakı
Taqanroq mayakı — Rostov vilayəti Taqanroq şəhəri ərazisində 1878-ci ildə inşa edilmişdir. Bina bir əsrindən az bir müddətdə öz fəaliyyət göstərmişdir. 1970-ci ildə qəzalı vəziyyətdə olması ilə əlaqədar fəaliyyətini tayandırmış və tamamən sökülmüşdür. == Tarixi == Taqanroqda ilk mayak 1770-ci ildə inşa edilmişdir. Ancaq bir müddət sonra mayak bilinməyən səbəblərdən fəaliyyətini dayandırmışdır. 1877-ci ildə verilən iki qərarla burada msyakın inşa edilməsi qərarlaşdırılırdı. 5 iyul və 24 oktyabr tarixli qərarla mayak üçün 625 sajen torpaq sahəsi ayrılmışdır. Üslək əlavə olaraq mayak ərazisinə 750 sajen torpaq sahəsi ayrılırdı. Bu mayak ətrafında əlavə əkin yerinin salınması ilə əlaqədar idi. Ancaq bircə şərq qoyulurdu.
Çeçen mayakı
Çeçen mayakı — Xəzər dənizinin şimal-qərb hissəsində yerləşən Çeçen adasında mayak. Mayak 1863-cü ildə İngilis inşaatçılar tərəfindən inşa edilmişdir. Çeçen adasının yeganə tarixi abidəsidir. Mayak strateji obyekt statusuna malikdir. == Tarixi == Çeçenistan adasının qərb ucunda, Xəzər dənizinin qərb sahilində, Aqraxan yarımadasından üç mil şimalda, Çeçen mayak ucaldılıb. Çeçen adasındakı mayak haqqında ilk məlumatlar, Rusiyaya səyahət edən və 1636-1638-ci illərdə Səfəvilər dövlətinə yollanan Şlezviq-Holşteyn səfirliyinin tərkibində olan alman səyyahı Adam Olearinin "Moskva səfərinin təsviri" əsərində qeyd edilmişdir Adam Oleari, bu adanın uclarından birində dörd dirəyin bir-birinə bağlandığını və onların üzərinin budaqları ilə örtüldüyünü bildirirdi. Адам Олеарий сообщал, что на Onların yanında gecə alovlandırılan iki böyük çuxur da vardı. Məlumdur ki, "dəniz gəmilərinin keçməsi üçün" adadakı alov haqqında 1723-cü ildə "dənizçilərin qeydlərində bir növ mayak təsvir edilirdi". Yerli diyarşünasların məlumatına görə, indiki mayakın yerində kiçik bir taxta mayak mövcud olmuşdur. Qeyd edək ki, hazırkı mayak Çeçen adasının yeganə tarixi abidəsidir.
Çilov mayakı
Çilov mayakı — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədi ilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili. == Poçt markası üzərində == 2013-cü ilin may ayında Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Abşeron arxipelaqının mayaklarına həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 50 qəpik olan həmin markalardan biri Çilov mayakına həsr olunmuşdur.
İsgəndəriyyə Mayakı
İsgəndəriyyə mayakı — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılırdı. E.ə. təqribən 280-ci ildə Nil çayının mənsəbindəki Faros adasında (İsgəndəriyyə şəhərinin kənarında) memar Knidli Sostrat tərəfindən inşa edilən Qədim Yunanıstanın ən böyük mayakı. Üçyaruslu bu qüllənin hündürlüyü 120 metrə çatıb. Onun zirvəsindəki daş köşkdə gəmilərə yol göstərmək üçün tonqal qalanırmış. Roma İmperiyasının süqutundan sonra mayakdan artıq istifadə olunmayıb. XIV əsrdə baş verən zəlzələdən sonra isə mayakın yerində xarabalıq qalıb. == Şəkillər == == Həmçinin bax == Dünyanın yeddi möcüzəsi İsgəndəriyyə Misir ehramları Rodoslu Koloss Halikarnas mavzoleyi == Xarici keçidlər == Oktay Talıstanlı. Qədim Şərqin möcüzələri. Bakı: "Adiloğlu", 2007.
Şabla mayakı
Şabla mayakı — Bolqarıstanın Dobriç vilayətində, Şabla icması ərazisində yerləşir. Mayak eyni adlı burun ərazisində, Şabla şəhərindən 4 km şərqdədir. Bu Bolqarıstanın Qara dəniz sahilində yerləşən ən hündür və ən qədim mayakıdır. Bolqarıstanın Hərbi Dəniz qüvvələrinin balansındadır. == Tarixi == Burunda ilk mayak XVIII əsrdə inşa edilmişdir. Ən əhəmiyyətli Qara dəniz marşrutlarından biri olan Dunay-Bosfor xətinin mərkəzində yerləşir. Mayak fənərinin əsas məqsədi gəmiləri mayak ilə Tyulenovo kəndi arasında olan qumlu dayazlıq barədə məlumat verməkdir. Bu səbəbdən "Qum fənəri" və ya "Qum mayakı" adlandırılır. Həmçinin mayak yaxınlığında uzunluğu 2 km olan rif vardır. Bəzi tarixçilər burun ərazisində mayak tikililərinin hələ Roma və Bizans imperiyaları dönəmində olmasını qeyd edirlər.
Keri mayakı
Keri mayakı (est. Keri tuletorn) — Kokşer mayakı kimi də tanınır. Fin körfəzindəki Keri adasında Estoniyaya aid mayak. Mayak binası iki hissədən ibarətdir. Üst yarısı polad qüllə, aşağı yarısı daşdan hazırlanmış güclü silindrik binadır. Mayakın ümumi hündürlüyü 28 metrdir, məşəl dəniz səviyyəsindən 31 metr yüksəklikdə mütləq işarədə yerləşir. İl boyu işləyir. Günəş panelləri ilə fəaliyyət göstərir, iki saniyəlik ağ işıq 15 saniyəlik fasilələrlə kəsişir. Mayak 11 mil məsafədə görünür. == Tarix == Keri adasındakı ilk taxta mayak 1724-cü ildə fəaliyyətə başlamışdır.
Kıpu mayakı
Kıpu mayakı (est. Kõpu tuletorn) və ya Daqerortski mayakı (isv. Övre Dagerort, alm. Leuchtturm von Dagerort‎) — Estoniyanın Hiyumaa adasındakı mayak. Baltikyanı ölkələrin ən qədim mayakı (əvvəllər Rusiya İmperiyası və SSRİ) və dünyanın ən qədimlərindən biridir. Dəniz səviyyəsindən mayak zirvəsinə qədər ümumi hündürlüyü 102 metrdir. 1490-cı illərdə Hansa Liqası Yepiskopu III Oesel İohanna gəmiləri bədnam Neckmansqrund rifinə yaxınlaşmaq barədə xəbərdar etmək üçün mayak tikmək tapşırığı verir. Mayak 1504-1540-cı illər arasında Daqo adasının qərb hissəsindəki təpənin üstündə tikilmişdir. Bu dörd dayaqlı nəhəng bir daş qüllədir. Quruluşun hündürlüyü təxminən 20-24 metr idi.