Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.
Əmir
Əmir—Ərəbcə başçı, şah. Ərəblər ölkəni işğal etdikdə burada rast gəldikləri inzibati və idarəetmə aparatına toxunmadilar. Onlar bizanslılar və sasanilərdən görkəmli qoşun başçılarının idarəsinə verilən canişinlik sisteminə yiyələnib geniş istifadə etməyə başladilar. Canişinlər əmir (ilk zamanlar: amil) ,canişinlik isə əmirlik adlanırdı. Xilafət əmiri onun hakimiyyətinə verilən torpaqları xəlifənin fərmanı ilə ,ixtiyarında olan orduya arxalanaraq idarə edirdi. Əməvilərin hökmranlığı illərində 5-9 , Abbasilərin hökmranlığı illərində isə 14 canişinlik yaradılmışdı. Hər bir əmirlik fəth olunmuş bir sıra ölkənin torpaqlarını əhatə edən geniş ərazini birləşdirir, bu birləşik ərazi əyalət adlanırdı. Əmirəlüməra—Əmirlər əmiri.
Emir Kusturitsa
Emir Kusturitsa (serb.: Емир Кустурица; d. 24 noyabr 1954-cü il, Sarayevo, Yuqoslaviya) serb rejissorudur. == Həyatı == 24 Noyabr 1954-cü ildə Yuqoslaviya'da, Bosniya və Herseqovina SRnın paytaxtı Sarayevoda Boşnak müsəlman bir ailədə dünyaya gəlmişdir. Atası Murat Kusturitsa Sarayevo Məlumatlandırma Bürosunda jurnalist, anası Senka Numankadiç məhkəmə katibi idi. 2005-ci iıdə atası həyatda olmadığı bir zamanda verdiyi bir müsahibədə atasının özünü serb hesab etdiyini və ateist olduğunu bildirmişdir. 2001-ci ildə sənədli film yaratmağa başlamışdır. 1986-cı ildən etibarən gitara çaldığı qaraçı texno-rok qrupu 'No Smoking' orkestrasının turlarında yaşadıqlarını nəql etdiyi Super 8 Stories / Super 8 tarixçəsi (film, 2001) ilə Çikaqo Film Festivalında 'Ən yaxşı sənədli film' nominasiyasında 'Gümüş Plaket' qazanmışdır. Life is a Miracle / Həyat möcüzədir (film, 2004) isə Kann kinofestivalının nominasiya verilən filmləri arasında yer almışdır. == Musiqi == 1986-1988-ci illər arasında Sarayevodan olan rok qrupu "Zabranjeno Pušenje"-də bass gitara çaldı. Kusturitsa qrupda əhəmiyyətli bir rol oynamamasına baxmayaraq qrupun adı Emir Kusturica & No Smoking Orchestra olaraq dəyişdirilmişdir.
Emir Kusturiça
Emir Kusturitsa (serb.: Емир Кустурица; d. 24 noyabr 1954-cü il, Sarayevo, Yuqoslaviya) serb rejissorudur. == Həyatı == 24 Noyabr 1954-cü ildə Yuqoslaviya'da, Bosniya və Herseqovina SRnın paytaxtı Sarayevoda Boşnak müsəlman bir ailədə dünyaya gəlmişdir. Atası Murat Kusturitsa Sarayevo Məlumatlandırma Bürosunda jurnalist, anası Senka Numankadiç məhkəmə katibi idi. 2005-ci iıdə atası həyatda olmadığı bir zamanda verdiyi bir müsahibədə atasının özünü serb hesab etdiyini və ateist olduğunu bildirmişdir. 2001-ci ildə sənədli film yaratmağa başlamışdır. 1986-cı ildən etibarən gitara çaldığı qaraçı texno-rok qrupu 'No Smoking' orkestrasının turlarında yaşadıqlarını nəql etdiyi Super 8 Stories / Super 8 tarixçəsi (film, 2001) ilə Çikaqo Film Festivalında 'Ən yaxşı sənədli film' nominasiyasında 'Gümüş Plaket' qazanmışdır. Life is a Miracle / Həyat möcüzədir (film, 2004) isə Kann kinofestivalının nominasiya verilən filmləri arasında yer almışdır. == Musiqi == 1986-1988-ci illər arasında Sarayevodan olan rok qrupu "Zabranjeno Pušenje"-də bass gitara çaldı. Kusturitsa qrupda əhəmiyyətli bir rol oynamamasına baxmayaraq qrupun adı Emir Kusturica & No Smoking Orchestra olaraq dəyişdirilmişdir.
Gur-Əmir
Əmiri-Gur və ya Gur-Əmir – Orta Asiyanın görkəmli abidələrindən biri. Səmərqənddə XV əsrin əvvəllərinə aid türbə. Teymurun əmrilə tikilmişdir. 1420-ci illərdə Uluqbəy tərəfindən genişləndirilmişdir. Teymur, Uluqbəy və b. Teymurilər burada dəfn olunmuşlar.
Əmir Həbibzadə
Əmir Şamil oğlu Həbibzadə — fizika-riyaziyyat elmləri doktoru, professor 23 yanvar 1916-cı ildə anadan olmuşdur. 1941-ci ildə BDU-nun Fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1944-1947-ci illərdə Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunda aspirant olmuşdur. 1948-ci ildə namizədlik, 1970-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 1948-ci ildən Bakı Dövlət Universitetində baş müəllim, dosent, professor vəzifələrini tutmuş, 1965-1992-ci illərdə isə funksiyalar nəzəriyyəsi və Funksional analiz kafedrasına rəhbərlik etmişdir. Onun rəhbərliyi altında 54 nəfər elmlər namizədi elmi dərəcəsi almışdır. Onlardan bir çoxu Özbəkistan, Türkmənistan, Dağıstan, Misir, Kuba vətəndaşlarıdır. Sonralar 7 yetirməsi elmlər doktoru olmuşdur. Funksional analiz və kompleks analiz üzrə mütəxəssisdir. Xətti normallaşmış fəzalarda operator sinqulyar inteqral tənliklərin tədqiqi sahəsində mühüm nəticələr almışdır.
Əmir Həmzə
Usmi Əmir Həmzə (d. 1751 – ö. 1788) — XVIII əsrdə Qaytağın (cənub qumuqlarının) ən siyasi fəal usmisi, Ulu Əhməd xan usminin oğlu Əmir Həmzə idi. Onu haqlı olaraq Qaytağın, sonuncu nüfuzlu usmisi hesab etmək olar. "Qaytaq usmiləri şəcərəsinə" görə Əhmədxanın ölümündən sonra onun oğlu Xan Məhəmməd yox, nəvəsi, Xan Məhəmmədin oğlu Əmir Həmzə usmi oldu. A.A. Bakıxanov Gülüstani-İrəm əsərində yazırdı: "…Usmi Əhməd xan tezliklə öldü. Onun nəvəsi, Xan Məhəmmədin oğlu , tədbirli və cəsur adam Əmir Həmzə oldu. Əmir Həmzə haqqında ən erkən məlumat, Osmanlı sultanının, Dərbənd xanı, Qumuq Şamxalı Xaspoladın, Quba xanı Hüseyn Əlinin və usmi Əmir Həmzənin, onun təbəəliyinə hansı şərtlərlə daxil olmalarını aydınlaşdırmaq üçün, onlar "xeyli hədiyyə" göndərdiyi 1751-ci ilə aiddir. Əmir Həmzənin dönəmində Qaytaqın xarici siyasəti xeyli fəallaşdı. Бакиханов.
Əmir Kazımov
Əmir Kır
Əmir Kır (17 oktyabr 1968, Şarlerua, Eno) — Türk əsilli belçikalı siyasətçi, Brüsselin 19 bələdiyyəsindən biri olan Sen-Joss-ten-Nodenin bələdiyyə sədri. 2000-ci ildə Brüsselin Sen-Joss-ten-Node bələdiyyəsinin sədr müavini vəzifəsinə seçilmişdir. Təhsil sahəsində əsasən əcnəbilərin dil öyrənməsinə əsaslanan işlər görmüşdür. 2003-cü ildə federal seçkilərə qatılmış, lakin, 220 səs fərqi ilə federal parlamentə seçilməmişdir. 13 iyul 2004-cü ildə keçirilən bölgə seçkilərinə qatılmış və Brüssel Bölgəsindən 7409 səs toplayaraq partiyasının ən çox səs toplayan ikinci namizədi kimi bölgə məclisinə seçilmişdir. 6 partiyalı koalisiyada frankofonların (Fransızca danışanların) qurduğu Sosialist Partiyanın tutacağı iki nazir mandatından biri Əmir Kıra verilmişdir. 2012-ci ilin oktyabrında keçirilən bələdiyyə seçkilərində Brüssel Hökuməti Dövlət Naziri və Sen-Joss-ten-Node bələdiyyə sədrliyinə namizəd olmuş və o dövrdə sədr olan Yan Demannezi keçmişdir. Əmir Kır 1916 səs toplarkən, Demannəz yalnız 1215 səs toplaya bilmişdir. Bu nəticə daha öncə bələdiyyə sədri ilə əldə edilən razılığa əsasən 2013-cü ildə Əmir Kırın bələdiyyə sədri kimi vəzifəsinin icrasına başlamağa şərait yaratmışdır.
Əmir Kəbir
Mirzə Tağı xan Kərbəlayı Qurban oğlu Əmir Kəbir (təq. 1807 və ya 9 yanvar 1807 – 9 yanvar 1852 və ya 10 yanvar 1852, Kaşan, İsfahan ostanı) — Nəsrəddin şah Qacarın (1848–1896) dövründə İranın baş naziri (1847–1851), dövlət xadimi O adlı-sanlı nəsildən deyildi. Atası, Kərbəlayı Mahmud Qurban, İraq Əcəmin hakimi Mirzə İsa xan Fərəhaninin ailəsinin aşpazı, Mirzə İsa xan Fərəhaninin vəliəhd Abbas mirzənin yanında qayem-məqam vəzifəsinə təyin olunması ilə əlaqədar Təbrizə köçür. Sonralar Mahmud Qurban Fərəhaninin evində inzibatçı olur. Məhəmməd Tağının doğum tarixi naməlumdur. Onun 1795–1800-cü illər arasında doğulduğu ehtimal edilir, bəzi tətqiqatçılar isə, məsələn A. Bağban bir şeirin mətnini deşifrə edərək bu tarixi 1807/08-ci il hesab edir.Məhəmməd Tağı qayemməqamın uşaqları ilə birlikdə tərbiyə alırdı. Uşaqlıqdan Abbas mirzənin və Fərəhani kimi, dövlətin istənilən məsələsini ən yuxarı səviyədə müzakirə edən adamların evində böyüməsi, onun savadına və siyasi səriştəsinə çox böyük təsir etmişdir. Çox guman ki Məhəmməd Tağı, Xosrov-Mirzənin Peterburqa, Qriboyedovun öldürülməsi üzrhahlığı məqsədilə göndərilən, səfirliyində də iştirak etmişdir. 1829-cu ildə Rusiyaya göndərilən diplomatik missiyada iştirak etmişdi. Mirzə Tağı xan Təbrizdə hərbi-siyasi fəaliyyəti illərində (1829–1848) dəqiq elmlərə aid tərcümə və nəşrə təşəbbüs göstərmişdir.
Əmir Mustafayev
Əmir Mustafayev Gülbala oğlu (12 mart 1936, Qusar, Xuluq — 27 iyul, 2007, Bakı) ― Prezident təqaüdçüsü, yazıçı-jurnalist. Əmir Mustafayev 12 mart 1936-cı ildə Qusar rayonunun Xuluq kəndində anadan olmuşdur. Rayonda Maksim Qorki adına 4 saylı beynəlmiləl orta məktəbi bitirmişdir. Daha sonra 1953-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. 1958-ci ildə universiteti bitirən Əmir Mustafayev Moskva Mərkəzi Komsomol Məktəbində təhsilini davam etdirmişdir. Daha sonra Bakı Ali Partiya Məktəbində təhsil almışdır. Əmir Mustafayevin 1954-cü ildə, universitetin ikinci kursunda oxuyarkən "Azərbaycan gəncləri" qəzetində "O gəldi" adlı ilk hekayəsi çap olunmuşdur. Həmin vaxtdan mətbuatda müntəzəm çıxış edən yazıçının "Xəcalətli baxışlar", "Qonşu", "Sonuncu kürsü" və başqa hekayələri ölkənin nüfuzlu mətbu orqanlarında işıq üzü görmüşdür. Gənc yazıçı bundan sonra Əmir Qaraçəmənli təxəllüsü ilə hekayə, oçerk və publisistik yazıları ilə dövri mətbuatda çıxış etmişdir. 1957-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çap olunan "Zolaqlı adam" hekayəsi Əmir Mustafayevi ədəbi aləmdə daha çox tanınmasına səbəb olmuşdur.
Əmir Nacib
Əmir Nəciboviç Nəcib (tatar. Әмир Нәҗип улы Нәҗип; 10 mart 1899 və ya 1899, Urcar rayonu[d] – 28 mart 1991 və ya 1991, Moskva)— Sovet şərqşünası, türkoloqu. Əmir Nacib 1899-cu ildə Qazaxıstanın keçmiş Semey vilayətinin Baktı kəndində anadan olub. Öncə kənd axundundan, sonra isə Çinin Şaueşek qəsəbəsində Rusiya konsulluğunun nəzdindəki məktəbdə ilk təhsilini alıb. O, daha sonra Semeydəki Müəllimlər məktəbində təhsilini davam etdirib. Ə.Nacib dünya dillərinin sirlərinə yiyələnərək rus, ərəb və fars dillərini öyrənib. 20-dən çox türk dil və ləhcəsində sərbəst danışıb yazan Ə.Nacib filologiya elmləri doktoru, professor, Sovet Türkoloqlar Komitəsinin və Türk Dil Qurumunun üzvü olub. Əmir Nacib 1991-ci ildə vəfat edib. Благова Г. Ф. Эмир Наджипович Наджип (к 80-летию со дня рождения) // Советская тюркология. — 1979.
Əmir Nizam
Həsənəli xan Məhəmmədsadıq oğlu Gərrusi (1820-1900), (حسنعلی خان امیر نظام گروسی) — Əmir Nizam, dövlət xadimi, ədib, xəttat, dilçi. Həsənəli xan Məhəmmədsadıq oğlu Gərrusi 1820-ci ildə Urmiya vilayəti Gərrus şəhərində anadan olmuşdu. Kəbudvənd tayfasındandır. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. 1871-ci ildə İstanbulda səfir, Sonra Kürdüstanda vali, 1883-cü ildən 1892-ci ilədək Cənubi Azərbaycanın valisi olmuşdu. Mirzə Fətəli Axundovla tanış idi. Gözəl xətti vardı. Xəttatlıq sənətinin genişlənməsinə çalışırdı. Həsənəli xan Gərrusi 1900-cü ildə vəfat edib.
Əmir Ohana
Əmir Ohana (ivr. ‏אָמִיר אוֹחָנָה‏‎; 15 mart 1976, Beer-Şeva) — İsrailli hüquqşünas, keçmiş Şin Betin rəsmisi və hal-hazırda Likud üçün Knesset üzvü və İctimai Təhlükəsizlik Naziri olaraq çalışan siyasətçidir. Əvvəllər Ədliyyə naziri vəzifəsini tuturdu. Knessetin ilk açıq gey sağçı üzvü və Likuddan Knessetdə xidmət edən ilk açıq gey adamdır. O, eyni zamanda İsrail hökumətində nazir təyin edilən ilk açıq gey şəxsdir.
Əmir Pazevari
Əmir Pazivari — Mazandaranlı şairdir ki ehtimal olunur XVII əsridə yaşayıb və Mazandaran dilində şer yazıbdır. Onun çoxlu şerləri İmam Əli mədhi və həmdi dir.Bu gün, Pazivarinin şerləri bir növ oxuma formasında ki Əmiri mahnısi adlanır Mazandaran xalqı arasında yayılmışdır.Onun şerlərinin çoxu kuplet(dörd misrali) şəklindədir və "Əmir gote(Əmir deyib)" ibarəsi ilə başlanır və çox hallarda şerlər sual-cavab şəklində dir.
Əmir Pazivari
Əmir Pazivari — Mazandaranlı şairdir ki ehtimal olunur XVII əsridə yaşayıb və Mazandaran dilində şer yazıbdır. Onun çoxlu şerləri İmam Əli mədhi və həmdi dir.Bu gün, Pazivarinin şerləri bir növ oxuma formasında ki Əmiri mahnısi adlanır Mazandaran xalqı arasında yayılmışdır.Onun şerlərinin çoxu kuplet(dörd misrali) şəklindədir və "Əmir gote(Əmir deyib)" ibarəsi ilə başlanır və çox hallarda şerlər sual-cavab şəklində dir.
Əmir Peretz
Əmir Peretz (ivr. ‏עָמִיר פֶּרֶץ‏‎) — hazırda İşçi Partiyasının lideri və partiyanın Knesset üzvü olaraq çalışan bir İsrail siyasətçisidir. Hal hazırda İsrailin İqtisadiyyat Naziri vəzifəsini icra edir. 1988-ci ildən bəri demək olar ki, fasiləsiz Knesset üzvü olmaqla yanaşı, Müdafiə naziri və Ətraf Mühitin Mühafizəsi Naziri vəzifələrini icra etdi, 1995-2006-cı illər arasında Histadrut həmkarlar ittifaqı federasiyasına rəhbərlik etdi. 1999-cu ildə 2004-cü ildə yenidən İşə birləşdirilməyə qədər rəhbərlik etdiyi öz partiyası olan Bir Millət qurmaq üçün Əməkdən ayrıldı.
Əmir Pəhləvan
Əmir Pəhləvan — Azərbaycan dramaturqu, Qazaxıstan və Qırğızıstan Respublikalarının Dövlət Mükafatları Laureatı. Müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndələrindən olan Əmir Pəhləvan (Hacılı Əmir Pəhlivan oğlu) 1959-cu ildə Naxçıvan MR-in Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub. Cəlil Məmmədquluzadə adına Şahbuz rayon orta məktəbini bitirib (1976), Rusiyanin Novosibirsk vilayətində əsgəri xidmətdə olub (1977-1979), Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb (1980-1985). Eyni zamanda Azərbaycan radiosunun Cənub verilişləri redaksiyasında "Gəncliyin səsi" proqramının yaradıcısı kimi fəaliyyətə başlayıb (1981), "Baku", "Bakı" axşam qəzetlərində (1985-1988), "Azərbaycan müəllimi" qəzetində (1988-1990) müxbir işləyib, "İlham" qəzetinin təsisçisi və baş redaktoru olub (1990). 1985-ci ildə Əmir ali məktəbin sonuncu kursunu bitirməmiş "Bakı", "Baku" axşam qəzetlərinə müxbir kimi işə götürülür. Buradan o, "Azərbaycan müəllimi" qəzetinə dəvət olunur. Həmin illərdə Azərbaycan mətbuatında təcrübəli publisist kimi tanınan Əmir Pəhləvanın "O ay bir də doğmayacaq" adlı ilk kitabı çapdan çıxır. 1990-cı ildə "İlham" mədəniyyət qəzetini təsis edərək baş redaktoru olur. Ölkəmizin ağır və çaxnaşmalarla dolu olan bu dövründə Əmirin bütün yazılarında xalqın sərt və dönümsüz "alın yazısı", "qisməti" diqqət mərkəzinə çəkilir. Adamlar əziyyət və biganəlik içərisində çırpınaraq qismətə boyun əyməkdən qaçırlar.
Əmir Qalanoyi
Əmir (Ərdəşir) Qalanoyi (fars. امیر (اردشیر) قلعه‌نویی‎; 9 iyul 1964, Tehran, İran) — İranın tanınmış futbol məşqçisi. O keçmişdə İran milli futbol komandasının və Tehranın İstiqlal klubunun yarımmüdafiəçisi olmuşdur. Peşəkar futbolçu karyerasını bitirdikdən sonra İran milli futbol komandasının, İstiqlal, Sepahan klublarının baş məşqçi olmuşdur. Hazırda Təbrizin Traktor Sazi klubunun baş məşqçisidir. İran futbol çempionatının ən ünlü baş məşqçilərindəndir. Qalanoyi İstiqlal ilə uğur qazandıqdan sonra, Sepahan klubunu da iki dəfə ardıcıl olaraq çempion etmişdir. Traktor Sazi klubu 2009-cu ildə İran futbol çempionatının yüksək liqasına qayıdan sonra iki il Fəraz Kəmalvəndin məşqçiliyi ilə 7-ci və 5-ci yerləri tutmuşdur. İkinci il klubun Asiya klublararası çempionata düşə bilməməsi azarkeşlərin narazılığına səbəb oldu. Bu vaxt Traktor Sazi artıq İranın ən çox azarkeşi olan futbol klubu idi.
Əmir Qurbanov
Əmir Abakaroviç Qurbanov (rus. Амир Абакарович Курбанов; 23 dekabr 1909 (5 yanvar 1910), Buynaksk rayonu, Dağıstan MSSR – 1966, Mahaçqala) — qumuq dramaturqu, yazıçı, aktyor və teatr xadimi, Dağıstan MSSR Əməkdar İncəsənət xadimi (1955), Dağıstan MSSR Xalq artisti (1959), SSRİ Yazıçılar İttifaqının üzvü (1943). Əmir Qurbanov 23 dekabr 1909-cu ildə Rusiya İmperiyasının Dağıstan vilayəti, Teymurxanşura uyezdi, Teben Cenqutay aulunda yoxsul kəndli ailəsində doğulmuşdur. Milliyyətcə qumuq türküdür. 1916-cı ildə, yeddi yaşında olarkən anası Daqibatı itirmişdir. Bir qədər sonra Denikin ordusuna qarşı vətəndaş müharibəsinə qoşulan atası Abakar ağır yaralanmış və 1920-ci ildə vəfat etmişdir. Beləliklə, ailənin iki oğul və beş bacıdan ibarət yeddi üzvü yetim qalmışdır. 1921-ci ildə Əmir Teben Dequtay aulundakı uşaq evinə sığınmış, iki ildən sonra onu Buynaks uşaq evinə köçürmüşlər. 1925-ci ildə o, Buynaksk Pedaqoşi Məktəbinə daxil olmuş, az sonra Buynaksk Teatr Texnikumuna dəyişilmiş və 1930-cu ildə həmin məktəbi bitirmişdir. Daha sonra Leninqrad İncəsənət Akademiyasının nəzdində fəhlə bölməsini bitirmiş,məzun olduqdan sonra 1932-1937-ci illərdə Qumuq Musiqili Dram Teatrında rejissor kimi fəaliyyət göstərmişdir.
Əmir Rüstəmov
Əmir Məmməd oğlu Rüstəmov (10 (23) dekabr 1909, Şuşa – 13 aprel 1979, Bakı) — general-mayor. Əmir Məmməd oğlu Rüstəmov 5 dekabr 1909-cu ildə Şuşa şəhərində doğulmuşdu. Kiçik yaşlarından ailəsi ilə birlikdə Aşqabada köçmüşdü. İnşaat texnikumunu bitirdikdən sonra (1931) SSRİ Baş Pambıqçılıq Komitəsinin Tacikistan SSR tikinti trestində mühəndis işləmişdir. 1932-ci ildən Sovet Ordusunda xidmət etmişdir. 1937-ci ilə qədər Orta Asiyada müxtəlif hərbi dəstələrin tərkibində basmaçıların qalıqlarına qarşı mübarizə aparmışdır. 1941-ci ildə V. V. Kuybışev adına Hərbi Mühəndislik Akademiyasını bitirmişdir. 1942–1943-cü illərdə Rostov altında, Qafqaz uğrunda gedən vuruşlarda fəal iştirak etmişdir. Böyük Vətən müharibəsindən sonra Quru qoşunların mühəndis xidməti qərargahı əməliyyat söbəsinin rəisi təyin olunmuşdur. 1952-ci ildə K. J. Voroşilov adına Hərbi Akademiyanı bitirmişdir.
Əmir Rrəhmani
Əmir Rrəhmani (24 fevral 1994, Priştina) — Kosovalı peşəkar futbolçu. İtaliyanın "Napoli" klubunun və Kosovo milli futbol komandasının mərkəz müdafiəçisi və Kosovo milli futbol komandasının kapitanı. Əmir Rrahmani futbolçu karyerasına Kosovo Superliqasında çıxış edən "Drenica" klubunda başlayıb. Buradakı gözəl oyunundan sonra bir sıra Alban klubları onunla maraqlanıb, nəticədə Rrahmani 2013-cü ilin iyulunda Tirananın "Partizani" klubu ilə müqavilə imzalayıb. 2014–2015 mövsümundə "Albaniya Superliqası"nda mövsümun istedadlı oyunçusu seçilir. Albaniyada 2 mövsüm oynadıqdan sonra Rrahmani 2015-ci ilin yayında Xorvatiyanın "Split" klubuna keçdi. 2016-cı ildə futbolçu Xorvatiyanın digər klubu "Dinamo Zaqreb" klubuna keçir. "Dinamo Zaqreb"in bu transfer üçun 1,6 milyon avro transfer haqqı ödədiyi bildirilir. "Dinamo Zaqreb"ə transfer olunduqdan səkkiz gün sonra Rrahmani bir mövsümlük icarə əsasında Xorvatiyanın Birinci Futbol Liqasının digər komandası "Lokomotiva" klubuna qoşuldu. 26 iyun 2019-cu ildə Rrahmani, 2 milyon avroya, dörd illik müqavilə əsasında İtaliyanın "Hellas Verona" komandasına qoşuldu.
Əmir Tətəlu
Əmirhüseyn Maqsudlu (az-əbcəd. امیر حسین ماقسودلو‎; fars. امیرحسین مقصودلو‎) və ya Əmir Tətəlu (az-əbcəd. امیر تاتالو‎; fars. امیر تتلو‎) — İran azərbaycanlılarından olan müğənni, repper və mahnı müəllifi. O, İran anderqraund hip hop səhnəsinin ilk generasiyasının bir hissəsidir və ilk farsdilli R&B müğənnilərindən biridir. 2011-ci ildə "Zira Hamkaf" adlı debüt albomu çıxdı. O vaxtdan bəri 16 albom buraxdı. Tətəlu İranda yaşadığı dövrdə İslam Respublikası səlahiyyətliləri tərəfindən bir neçə dəfə həbs edilmişdir. O, 2021-ci ildə "Universal Music Group" vasitəsilə "Fereshteh" albomunu buraxmışdır.
Emir Teymur
Teymur (çağatay. تیمور; 9 aprel 1336[…] və ya 8 aprel 1336, Şəhrisəbz, Cığatay xanlığı – 19 fevral 1405 və ya 18 fevral 1405, Otrar, Teymurilər dövləti) — türk sərkərdə, Mərkəzi, Qərbi və Şərqi Asiyanın, habelə Qafqazın, Rusun və Volqaətrafı bölgələrin tarixində böyük rol oynamış şəxsiyyət, Teymurilər dövlətinin banisi. 1370-ci ildə Əmir titulu almış Teymurun adı Azərbaycan dilində olan tarixi ədəbiyyatlarda daha çox Əmir Teymur kimi qeyd olunur. == Adı və şəxsiyyəti == === Teymurun adı === Ərəb ad qoymasına əsasən Teymurun tam adı Teymur ibn Tarağay Barlas (Tīmūr ibn Taraġay Barlas — Barlaslı Tarağayın oğlu Teymur) olub. Çağatay və monqol dilində Temür və ya Temir sözləri "dəmir" mənasını verir. Orta əsr rus mənbələrində Teymurun adı "Topal Teymur" kimi də qeyd olunub. Çingizlilər sülaləsindən olmadığı üçün Teymur formal olaraq böyük xan titulu daşıya bilməzdi. Elə buna görə də o, özünə əmir (tayfa başçısı) titulunu götürür. 1370-ci ildə Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur özünə Gürkan (fars. Timūr Gurkānī, تيموﺭ گوركانی‎) titulunu götürür.
Əmir (ad)
Əmir — kişi adı. Əmir Hüseyn Sadiqi — İran futbolçusu, müdafiəçi. Əmir Kır — Türk əsilli belçikalı siyasətçi. Əmir Rüstəmov — general-mayor.
Əmir Əbülafiya
Əmir Əbülafiya (ivr. ‏אמיר אבולעפיה‏‎; 13 may 1968, Tiberiya, İsrail şimal dairəsi) — İsrail hərbçisi, İsrail Müdafiə Qüvvələrinin aluf (general-mayor) rütbəsi olan ehtiyatda olan zabiti. Planlaşdırma Müdirliyinin rəisi, Polad dəstəsinin komandiri, Planlaşdırma Müdirliyində Planlama Şöbəsinin rəisi, İdan dəstəsinin komandiri və Nahal briqadasının komandiri vəzifələrində çalışmışdır.