Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Epizod
Epizod (yun. επεισόδιον – əlavə) – Süjeti böyük və mürəkkəb əsərin (roman, poema, dram) müəyyən bitkin hissəsi. Ədəbi əsərin (epik, lirik-epik və dramatik) süjetinin, həmçinin kinofilmin nisbətən müstəqil məna daşıyan bitkin hissəsi. Homerin “İliada” əsərində Hektor və Andromaxanın vidalaşması, Nizaminin “İsgəndərnamə” poemasında İsgəndərin Bərdəyə gəlişi klassik Epizodlardandır. Hadisələrin dinamik inkişaf qanunlarına ciddi surətdə tabe olan dram əsərlərində Epizoda yer verilmir, lakin əxlaq komediyalarında bu mümkündür. “Epizod” termini müasir anlamda öz mənasını genişləndirmişdir. Məsələn, “Ulduz müharibələri” filmin də ayrı-ayrı seriyalar “Epizod” adlanır. 1)əhvalat, hadisə, vaqiə, təsadüf, ittifaq; 2)ədəbi-bədii əsərin az-çox bitmiş, müstəqil olan bir parçası; Məsələn, romandan bir epizod danışdı; 3)təsadüfi bir əlamət, vəziyyət və ya hadisə. Epizodik – 1)sistematik xarakter daşımayan, təsadüfdən-təsadüfə olan. Məsələn, epizodik kömək, işin gedişinin epizodik yoxlanması; 2)yalnız ayrı-ayrı səhnələrdə, epizodlarda görünən, daimi olmayan.
Epizod rol
Epizodik rol (ing. Cameo episode) və ya kameo (ing. cameo) — tamaşalar, filmlər, video oyunlar və televiziya kimi səhnə sənətlərində insanlar tərəfindən yaxşı tanınan birinin qısa müddətli görünməsinə deyilir. == Haqqında == Kinofilmlərdə Alfred Hitchcock epizod rollarının birincilərindən olub. Son dövr rejissorlarından olan Quentin Tarantino da epizod rollarında adları çəkilən rejissorlardandır. Cameo sözünün ingiliscə mənası bəzəməkdir. Üstəlik, bəzi rejissorlar öz filmlərində qısa olaraq özləri də oynayırlar. Frank Coraci rejissorluq etdiyi "Around the world in 80 days" və "The waterboy" filmlərində özü də oynamışdı. M. Night Shayamalan "The village", Alfred Hitchcock "Murder" filmlərində özləri də qısa olaraq görünürlər. Bundan əlavə, bəzən rejissorun dostları rejissorun filmlərində qısametrajlı rollar alırlar.
Ulduz müharibələri: I Epizod – Gizli təhlükə
Ulduz müharibələri: I Epizod – Gizli Təhlükə (ing. Star Wars: Episode I – The Phantom Menace) — 1999-cu ildə istehsal olunmuş ABŞ filmidir. Filmin ilk baxış tarixi 19 may 1999-cu ildə, yenidən baxış tarixi isə 2012-ci ildə göstərilmişdir. Filmin əvvəlində iki cadey cəngavərləri usta Kvay-Qon Cinn və Obi-Van Kenobi Ticarət Federasiyası ilə Nabu planeti arasında baş verən vergi anlaşılmazlığını həll etmək üçün bura braışçı kimi göndərilirlər. Lakin Ticarət Federasiyası tərəfindən gələn Nut Hanrey başçısı Dart Sidiusun sözlərinə itaət edərək cadeylərin gəmilərini atəşə tutur. Xoşbəxtlikdən cadeylər sağ qalırlar və Nabu planetinin C-9979 Dederasiyasının transportuna qaçmağı bacarırlar. Planetin yuxarı hissəsində cadeyləri həmkarları tərəfindən nadinclik səbəbindən qovlanılan qunqan Ca-Ca Vinks ilə görüşürlər. Ca-Ca Vinks onları su altı qunqan şəhəri olan Oto-Qunqa aparır ki, cadeylər buranın başçısı Boss Nass ilə görüşsünlər. Boss Nass cəngavər cadeylərə su altı qayıq verir ki, planetin paytaxtı Tidə çata bilsinlər. Bu zaman onları Ca-Ca Vinks müşahidə edəcəkdir.
Dəmir yığanın həyatından bir epizod (film, 2013)
Dəmir yığanın həyatından bir epizod (bosn. Epizoda u životu berača željeza) ― 2013-cü il Bosniya istehsalı dram filmi, rejissor və ssenarist Danis Tanoviçdir. Film 63-cü Berlin Beynəlxalq Film Festivalı müsabiqəsində ilk dəfə göstərildi və orada "Münsiflər Qran Prisi"ni qazandı, Nazif Muyiç isə "Ən Yaxşı Aktyor" nominasiyasında "Gümüş Ayı"ya layiq görüldü. Film 2013 Toronto Beynəlxalq Film Festivalında "Müasir Dünya Kinosu" bölməsində nümayiş olunmuşdur. Film 86-cı Akademiya Mükafatlarında Ən Yaxşı Xarici Dildə Film nominasiyasında Bosniyanı təmsil etdi və qısa siyahıya düşdü. == Ssenari == Roma cəmiyyətindən olan ailə Bosniya və Herseqovinanın kənd yaşayış məntəqəsində yaşayır. Nazif köhnə avtomobillərdən metal yığır, onu metal qırıntıları satan şəxsə satır. Onun yoldaşı Senada onların iki kiçik qızını böyüdən ev xanımıdır. Bir gün o, kəskin mədə ağrısı hiss edir. Xəstəxanada bətnindəki uşağının öldüyü və septisemiyanın qarşısını almaq üçün təcili olaraq əməliyyat olunmalı olduğu bildirilir.
Ulduz müharibələri. Epizod 1: Fantom təhlükəsi (film, 1999)
Ulduz müharibələri: I Epizod – Gizli Təhlükə (ing. Star Wars: Episode I – The Phantom Menace) — 1999-cu ildə istehsal olunmuş ABŞ filmidir. Filmin ilk baxış tarixi 19 may 1999-cu ildə, yenidən baxış tarixi isə 2012-ci ildə göstərilmişdir. Filmin əvvəlində iki cadey cəngavərləri usta Kvay-Qon Cinn və Obi-Van Kenobi Ticarət Federasiyası ilə Nabu planeti arasında baş verən vergi anlaşılmazlığını həll etmək üçün bura braışçı kimi göndərilirlər. Lakin Ticarət Federasiyası tərəfindən gələn Nut Hanrey başçısı Dart Sidiusun sözlərinə itaət edərək cadeylərin gəmilərini atəşə tutur. Xoşbəxtlikdən cadeylər sağ qalırlar və Nabu planetinin C-9979 Dederasiyasının transportuna qaçmağı bacarırlar. Planetin yuxarı hissəsində cadeyləri həmkarları tərəfindən nadinclik səbəbindən qovlanılan qunqan Ca-Ca Vinks ilə görüşürlər. Ca-Ca Vinks onları su altı qunqan şəhəri olan Oto-Qunqa aparır ki, cadeylər buranın başçısı Boss Nass ilə görüşsünlər. Boss Nass cəngavər cadeylərə su altı qayıq verir ki, planetin paytaxtı Tidə çata bilsinlər. Bu zaman onları Ca-Ca Vinks müşahidə edəcəkdir.
Ulduz müharibələri. I Epizod: Fantom təhlükəsi (film, 1999)
Ulduz müharibələri: I Epizod – Gizli Təhlükə (ing. Star Wars: Episode I – The Phantom Menace) — 1999-cu ildə istehsal olunmuş ABŞ filmidir. Filmin ilk baxış tarixi 19 may 1999-cu ildə, yenidən baxış tarixi isə 2012-ci ildə göstərilmişdir. Filmin əvvəlində iki cadey cəngavərləri usta Kvay-Qon Cinn və Obi-Van Kenobi Ticarət Federasiyası ilə Nabu planeti arasında baş verən vergi anlaşılmazlığını həll etmək üçün bura braışçı kimi göndərilirlər. Lakin Ticarət Federasiyası tərəfindən gələn Nut Hanrey başçısı Dart Sidiusun sözlərinə itaət edərək cadeylərin gəmilərini atəşə tutur. Xoşbəxtlikdən cadeylər sağ qalırlar və Nabu planetinin C-9979 Dederasiyasının transportuna qaçmağı bacarırlar. Planetin yuxarı hissəsində cadeyləri həmkarları tərəfindən nadinclik səbəbindən qovlanılan qunqan Ca-Ca Vinks ilə görüşürlər. Ca-Ca Vinks onları su altı qunqan şəhəri olan Oto-Qunqa aparır ki, cadeylər buranın başçısı Boss Nass ilə görüşsünlər. Boss Nass cəngavər cadeylərə su altı qayıq verir ki, planetin paytaxtı Tidə çata bilsinlər. Bu zaman onları Ca-Ca Vinks müşahidə edəcəkdir.
Ulduz müharibələri: IV Epizod – Yeni ümid (film, 1977)
Ulduz müharibələri (ing. Star Wars; daha sonra Ulduz müharibələri: IV Epizod – Yeni ümid (ing. Star Wars: Episode IV – A New Hope) adı ilə buraxılmışdır) — Corc Lukasın ssenaristliyi və rejissorluğu ilə 1977-ci ildə çəkilmiş, "Lucasfilm" tərəfindən istehsal olunmuş və "20th Century Fox" tərəfindən yayımlanan ABŞ epik kosmik operası. Rollarda Mark Hamill, Harrison Ford, Kerri Fişer, Piter Kuşinq, Alek Ginness, Devid Prouz, Ceyms Erl Cons, Entoni Deniels, Kenni Beyker və Piter Mehyü var. Bu, "Ulduz müharibələri" film seriyasındakı birinci epizod və "Skayuolker saqası"nın dördüncü xronoloji epizodudur. Corc Lukas 1974-cü ildə Fleş Qordon kimi kosmik operalardan, Edqar Berrouzun Con Karter romanlarından, Akira Kurosavanın samuray filmləri və Cozef Kempbellin "Min üzlü qəhrəman" kitabından ilhamlanaraq "Ulduz müharibələri" üzərində işləməyə başlamışdır. Büdcəsi 11 milyon dollar olan film 25 may 1977-ci ildə nümayiş olunmuşdur və o dövrdə ən populyar filmlərdən birinə çerilmişdir. Film təkcə kinoteatrlarda nümayişi zamanı ABŞ-də 215 milyon dollar, dünya üzrə isə 337 milyon dollardan çox gəlir əldə etmişdir. Bundan əlavə, film 6 Oskar mükafatına layiq görülmüşdür. Film bir neçə dəfə əhəmiyyətli düzəlişlərlə yenidən buraxılmışdır.
Ulduz müharibələri: IX Epizod – Skayvolkerin yüksəlişi (film, 2019)
Ulduz müharibələri: I Epizod – Fantom təhlükəsi (film, 1999)
Ulduz müharibələri: I Epizod – Gizli Təhlükə (ing. Star Wars: Episode I – The Phantom Menace) — 1999-cu ildə istehsal olunmuş ABŞ filmidir. Filmin ilk baxış tarixi 19 may 1999-cu ildə, yenidən baxış tarixi isə 2012-ci ildə göstərilmişdir. Filmin əvvəlində iki cadey cəngavərləri usta Kvay-Qon Cinn və Obi-Van Kenobi Ticarət Federasiyası ilə Nabu planeti arasında baş verən vergi anlaşılmazlığını həll etmək üçün bura braışçı kimi göndərilirlər. Lakin Ticarət Federasiyası tərəfindən gələn Nut Hanrey başçısı Dart Sidiusun sözlərinə itaət edərək cadeylərin gəmilərini atəşə tutur. Xoşbəxtlikdən cadeylər sağ qalırlar və Nabu planetinin C-9979 Dederasiyasının transportuna qaçmağı bacarırlar. Planetin yuxarı hissəsində cadeyləri həmkarları tərəfindən nadinclik səbəbindən qovlanılan qunqan Ca-Ca Vinks ilə görüşürlər. Ca-Ca Vinks onları su altı qunqan şəhəri olan Oto-Qunqa aparır ki, cadeylər buranın başçısı Boss Nass ilə görüşsünlər. Boss Nass cəngavər cadeylərə su altı qayıq verir ki, planetin paytaxtı Tidə çata bilsinlər. Bu zaman onları Ca-Ca Vinks müşahidə edəcəkdir.
Ulduz müharibələri: VIII Epizod – Sonuncu ceday (film, 2017)
Ulduz müharibələri: Sonuncu ceday və ya Ulduz müharibələri: VIII Epizod – Sonuncu ceday (ing. Star Wars: Episode VIII – The Last Jedi) — Rayan Consonun ssenaristliyi və rejissorluğu ilə 2017-ci ildə çəkilmiş, "Lucasfilm" tərəfindən istehsal olunmuş və "Walt Disney Pictures" tərəfindən yayımlanan ABŞ epik kosmik operası. Bu, "Ulduz müharibələri" film seriyası və "Skayvolker saqası"nın səkkizinci epizodu, "Gücün oyanması" (2015) filminin sikvelidir. "Sonuncu ceday"ın mövzusu Reyin ceday ustası Lyuk Skayvolkeri taparaq onu Müqavimətin Kaylo Ren və Birinci ordenə qarşı mübarizəsinə kömək etməyə çağırması və general Leya Orqana, Finn və Po Demeronun Birinci ordenin hücumlarından qaçması haqqındadır. Film 2016-cı ilin dekabrında vəfat edən Kerri Fişerə həsr edilmişdir və onun buradakı rolu ölümündən sonra ilk rolu olmuşdur. Rollarda Mark Hamill, Kerri Fişer, Adam Drayver, Deyzi Ridli, Con Boyeqa, Oskar Ayzek, Lupita Nionqo, Endi Serkis, Domhnall Qlison, Entoni Deniels, Qvendolin Kristi, Kelli Mari Tren, Lora Dern və Benisio del Toro var. starwars.com/films/star-wars-episode-viii-the-last-jedi — Star Wars: The Last Jedi rəsmi saytı at StarWars.com lucasfilm.com/productions/star-wars-the-last-jedi — Star Wars: The Last Jedi rəsmi saytı at Lucasfilm.com Ulduz müharibələri: Sonuncu ceday — Internet Movie Database saytında. Ulduz müharibələri: Sonuncu ceday AllMovie saytında Star Wars: The Last Jedi — Vukipediya saytında.
Ulduz müharibələri: VII Epizod – Gücün oyanması (film, 2015)
Ulduz müharibələri: Gücün oyanması və ya Ulduz müharibələri: VII Epizod – Gücün oyanması (ing. Star Wars: Episode VII – The Force Awakens) — Cey Cey Abramsın prodüserliyi, ssenaristliyi və rejissorluğu ilə 2015-ci ildə çəkilmiş, "Lucasfilm" tərəfindən istehsal olunmuş və "Walt Disney Pictures" tərəfindən yayımlanan ABŞ epik kosmik operası. Bu, "Ulduz müharibələri" film seriyası və "Skayvolker saqası"nın yeddinci epizodu, "Cedayın qayıdışı" (1983) filminin sikvelidir. "Cedayın qayıdışı"nın hadisələrindən 30 il sonra baş verən "Gücün oyanması"nın mövzusu Rey, Finn, Po Demeron və Han Solonun Lyuk Skayvalkeri axtarması, eləcə də general Leya Orqana rəhbərliyindəki Müqavimətin Kaylo Ren və Qalaktik imperiyanın varisi Birinci ordenə qarşı mübarizəsidir. Rollarda Harrison Ford, Mark Hamill, Kerri Fişer, Adam Drayver, Deyzi Ridli, Con Boyeqa, Oskar Ayzek, Lupita Nionqo, Endi Serkis, Domhnall Qlison, Entoni Deniels, Piter Meyhyu və Maks fon Südov var. Hidalgo, Pablo. Star Wars: The Force Awakens: The Visual Dictionary. New York: DK Publishing. 2015. ISBN 978-1-4654-3816-4.
Epidot
Epidot — Ca2 Fe Al2O [SiO4] [Si2O7] (OH) - Monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Növ müxtəliflikləri == Pyemontit, tamavit, muxinit və başqaları. == Xassələri == Rəng – adətən müxtəlif intensivlikli yaşıl: sarımtıl-yaşıl, püstəyi-yaşıl, otu-yaşıl, tünd-yaşıl, bəzən çəhrayı, boz, qara, rəngsiz; Mineralın cizgisinin rəngi – ağdan püstəyi-yaşıladək; Parıltı – güclü şüşə, qatranı, ayrılma müstəvilərində–sədəfi; Şəffaflıq – yarımşəffaf, nadir hallarda şəffaf; Sıxlıq – 3,38-3,49; Sərtlik – 6-7; Ayrılma – {001} üzrə mükəmməl, {100} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvari, qeyri-hamar; Morfologiya – kristallar: prizmatikdən iynəvariyədək, çox vaxt izununa istiqamətli kəskin cizgilərlə örtülü olur; İkiləşmə: çox zaman {100}, bəzən {001} üzrə; Mineral aqreqatları: druzalar, radial-şüalı, çubuq - və kolvari, sıx massiv əmələgəlmələr. == Mənşəyi və yayılması == Tipik kontakt-metasomatik mineral olub, skarnlarda geniş yayılmışdır. Hidrotermal epidot adətən müxtəlif püskürmə süxurlarda olan piroksenlərin, amfibolların və plagioklazların hidrotermal dəyişilmələri zamanı əmələ gəlir. Epidota habelə hidrotermal damarlarda, effuziv süxurların badamcıqlarında və terrigen mineral kimi qumlu-gilli çöküntülərdə rast gəlinir. Metamorfik epidot yaşıl şistlərdə, qneyslərdə, kristallik şistlərdə, amfibolitlərdə qeyd olunur. Birlikdə rast gəldiyi minerallar: qranat, vezuvian, diopsid, xlorit, skapolit, albit, kvars və b. Mineralın tapıldığı yerlər: Knappenvand (Avstriya); Sen-Qotard (İsveçrə); Katsna-Yama, Polyakov (Rusiya) və b.
Epiloq
Epiloq (yun. έπίλογος — sözdən sonra) — sonuncu hissə, bitmiş əsərə əlavə olunan və əlavə olunması mütləq olmayan hissə. Proloq kimi əvvəlcə əsərdə bəhs olunan şəxslər haqqında məlumat verir və ya oxucunu şəxsin əvvəlki həyatı haqqında məlumatlandırır. Epiloq ondan fərqlənir ki, düşüncə ola bilər, onda epiloq — həmişə hekayə kimi olur. Tipik epiloq — bəzən hər hansı bir başlığı olmadan — Dostoyevski və Turqanov kimi əsəri bitirirlər. Epiloqlar ümumiyyətlə gələcəkdə, əsas süjet bitdikdən sonra baş verir. Bəzi janrlarda, bir sıra əsərlərdə növbəti hissəyə işarə etmək üçün istifadə edilə bilər. Oxucuların marağını təmin etmək və hekayənin bitməmiş hissələrini gizlətmək üçün də istifadə olunur .
Əzizov
Əzizov — Azərbaycanda daha çox işlədilən soyad. Elçin Əzizov — azərbaycanlı bariton opera müşənnisi. Azərbaycanın əməkdar artisti, Eldar Əzizov — Bakı şəhəri İcra hakimiyyətinin başçısı Əziz Əzizov — Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Akif Əzizov — kimya elmləri doktoru Habil Əzizov — 20 yanvar şəhidi. Elbrus Əzizov — Azərbaycan dilçisi, dialektoloq, türkoloq. Əlican Əzizov — Aktyor. Filmlərdə iştirak edən. Əzizağa Əzizov — aktyor.
Elbrus Əzizov
Elbrus Əzizov — Azərbaycan dilçisi, dialektoloq, türkoloq. == Həyatı == Elbrus Əzizov 1947-ci il noyabrın 25 –də Azərbaycan Respublikası Bərdə rayonunun Lənbəran kəndində anadan olub. 1954-1957-ci illərdə Ağdam rayonunun Mahrızlı kənd orta məktəbində oxuyub. 1957-1963-cü illərdə Yevlax şəhərində M.Ə.Sabir adına 2 saylı orta məktəbdə oxuyub. 1963-1965-ci illərdə Yevlax şəhərində M.F.Axundov adına 1 saylı onbirillik orta məktəbdə oxuyub və həmin məktəbi qızıl medalla bitirib. 1965-1970-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1971-1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin türkologiya kafedrasının aspirantı olub. 1974-cü ildə "Azərbaycan dili dialekt və şivələrində saitlər ahəngi" mövzusunda namizədlik, 1990-cı ildə "Azərbaycan dilinin tarixi dialektologiyası (Dialekt sisteminin təşəkkülü və inkişafı)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Pedaqoji fəaliyyəti == 1974-cü ildən Bakı Dövlət Universitetində işləyir. 1994-cü ildən Türkologiya kafedrasının professorudur.
Eldar Əzizov
Eldar Əziz oğlu Əzizov (28 iyun 1957, Bakı) — Bakı Şəhər İcra Hakimiyyətinin başçısı. == Həyatı == Əzizov Eldar Əziz oğlu 28 iyun 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1979-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışmışdır. 1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun komsomol komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilmişdir. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləmişdir. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə xalq deputatı seçilmişdir. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləmişdir. 1990-cı illərin ortasında Eldar Əzizov Azərbaycan Demokratik Sahibkarlar Partiyası sədrinin birinci müavini olmuş və bir müddət partiyanın sədr əvəzi vəzifəsini yerinə yetirmişdir.
Elgün Əzizov
Elvin Əzizov
Elçin Əzizov
Elçin Yaşar oğlu Əzizov (13 avqust 1975, Bakı) — azərbaycanlı bariton opera müğənnisi, Azərbaycanın xalq artisti (2018), Dövlət Akademik Böyük Teatrın solisti (2008-ci ildən). == Həyatı == Elçin Əzizov 1975-ci ildə Bakıda anadan olub. İlk dəfə 4 aprel 1992-ci ildə məktəblərarası ŞHK yarışında çıxış edib.Bununla o, "Parni iz Baku" komandası ilə tanış olur və onlara qoşulur.Həmin il "Bakılı oğlanlar" KVN çempionu oldu və 1993-cü ildə finala yüksəldi. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti-nin rejissorluq fakültəsinə daxil olub.2000-ci ildə Elçin Əzizov "Parni iz Baku" ilə Kuboku və "XX əsrin ən yaxşı komandası" ünvanını qazandı. 2005-ci ildə ona Filarmoniyadan oxumaq təklif gəlir və onun konsert proqramı ilə çıxış edir. Filarmoniyada Murad Adıgözəlzadə ilə təqdimat keçirib. Həmin ilin yayında Türkiyəyə dəvət olunub. 2005-ci ildə Avstriyada Motsareum Universitetinin yay akademiyasında təhsil alıb. 2005-2007-ci ildə isə Azad Əliyevin rəhbərliyi altında Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsilini davam etdirib. 2007-ci ildən Qalina Vişnevskayanın opera studiyasında çalışıb.
Emin Əzizov
Emin Əzizov (29 dekabr 1984, İmişli) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Karyerası == Emin Əzizov 2006-cı ildə Rusiyada Avropa Çempionatını 12-ci, 2007-ci ildə Bolqarıstanda Avropa Çempionatını isə 5-ci pillələrdə başa vurdu. 2008-ci ildə Emin Əzizov Finlandiyanın Tampere şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. Həmin ilin iyununda Qızıl Qran-Pri beynəlxalq turnirini gümüş medalla başa vuran Emin Əzizov avqustda olimpiadada mübarizə apardı. Emin Əzizov Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil etdi. Olimpiadanın təsnifat mərhələsində Emin Əzizov İsveçrə nümayəndəsi Gregori Sarrasin ilə üz-üzə gəldi. Həmin görüşün birinci hissəsində rəqibinə 1:0 hesabı ilə qalib gələn Emin Əzizov növbəti hissədə rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazandı və olimpiadanın 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Qazaxıstan nümayəndəsi Leonid Spiridonov oldu. Həmin görüşdə Emin Əzizov rəqibinə 0:2 (0:2, 0:2) hesabı ilə məğlub oldu. Rəqibi final görüşünə vəsiqə qazanmadığına görə Emin Əzizov təsəlliverici qrupda da mübarizə aparmadı və olimpiadanı 12-ci pillədə başa vurdu.
Fərid Əzizov
Habil Əzizov
Mail Əzizov
Mehman Əzizov
Mehman Əzizov (1 yanvar 1976, Bakı) — Azərbaycanı təmsil edən cüdoçu və məşqçi. == Karyerası == Karyerasının birinci uğuruna Mehman Əzizov 1996-cı ilin noyabrında Monte-Karlo şəhərində yeniyetmələr arasında Avropa Çempionatının bürünc medalına sahib olmaqla imza atdı. 1998-cı ilin mayında isə Mehman Əzizov Oviedo şəhərində Avropa Çempionatının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu. 2000-ci ildə Mehman Əzizov Azərbaycanı Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi. Mehman Əzizov olimpiadanın təsnifat mərhələsində Argentina cüdoçusu Qaston Qarsiya ilə üz-üzə gəldi. Nəticədə Mehman Əzizov həmin görüşdə rəqibinə ipponla məğlub olaraq olimpiada da mübarizəsini başa vurdu. 1998-2001-ci illərdə bir sıra beynəlxalq turnirlərin qalibi olan Mehman Əzizov 2001-ci ildə Çində baş tutan Universiada Oyunlarını gümüş medalla başa vurdu. Mehman Əzizov 2004-cü ilin mayında Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında bürünc medal uğrunda görüşdə məğlub olaraq turniri beşinci pillədə başa vurdu. Mehman Əzizov həmin ilin avqustunda Azərbaycanı Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi. Turnirin 1/16 final mərhələsində Mehman Əzizovun rəqibi Niderland nümayəndəsi Qillaum Elmont oldu.
Nəzər Əzizov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Qüdrət Əzizov
Raqib Əzizov
Soltan Əzizov
Soltan Hümmət oğlu Əzizov (18 dekabr 1920, Nuxa qəzası – 2009) — Azərbaycan dövlət xadimi. 1959-cu il avqust ayının 18-də Ağdam Rayon Partiya Komitəsinin plenumunda Hümbət Mustafayev kənd təsərrüfatında rəhbərlik sahəsində və partiya siyasi işində ciddi nöqsanlara və səhvlərə yolverdiyindən tutduğu vəzifədən azad edilmiş, Soltan Hümmət oğlu Əzizov birinci katib seçilmişdi. 1962-ci ilin iyul ayında Ağdam RPK-nın növbəti plenumunda Soltan Əzizov işdən azad edilir və Tapdıq Mustafayevin bu vəzifəyə seçilir. Meyvə, Tərəvəz, Çay Subtropik Bitkilər üzrə Dövlət Komitəsinin sədri, sonralar sovxozlar naziri, tədarük naziri vəzifələrində işləmişdir. Qeyd olunub ki, S. Əzizovun xidmətləri yüksək qiymətləndirilmişdir. O, Lenin ordeni, üç dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, "Şərəf Nişanı" ordeni, bir çox medallarla, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanları ilə təltif olunmuş, dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP MK-nın üzvü seçilmişdir. Şəki şəhərində küçələrdən birinə S. Əzizovun adı verilmişdir.
Əyyub Əzizov
Əzizov Əyyub Teymur oğlu (12 avqust 1934, Şöllü Mehmandar) — kimya elmləri namizədi, professor, kafedra müdiri, Respublikanın əməkdar müəllimi. Əyyub Əzizov 12 avqust 1934-cü ildə Ermənistanın Zəngibasar rayonu Mehmandar kəndində anadan olub. 1948-ci ildən Azərbaycanın Ağcabədi rayonuna departasiya olunub. 1953–1957-ci illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetində Təbiət və Kimya fakültəsində tələbə olmuşdur.1957–1961-ci illərdə Ağcabədi rayonu Xəlfərəddin orta məktəbində müəllim işləmişdir.1961–1964-cü illərdə BDU-da aspirant olmuşdur.1961–1969-illərdə AMEA Qeyri-üzvi və Fiziki kimya institutunda baş elmi işçi işləmişdir. 1969-cu ildə BDU-da Qeyri-üzvi kimya kafedrasında müəllim. 1971–1987, BDU Qeyri-üzvi kimya kafedrası, dosent. 1987-ci ildən BDU "Kimyanın tədrisi metodikası" kafedrasına k.e.n., prof. Ə. T. Əzizov rəhbərlik edir. Kimyanın tədrisi metodikasının aktual problemləri Əzizov Ə. T., Haqverdiyev K. N. Kimyaçı bakalavr ixtisası üzröə dövlət universitetləri üçün fənn proqramları, 2003. Ə. T. Əzizov, R. Ə. Azadəliyev, Ə. V. Məhərrəmov, T. N. Abdullayeva, Kimya tədrisinin müasir problemləri, "Renessans" elmi-istehsalat mərkəzi.
Əzizağa Əzizov
Əzizağa Ağayar oğlu Əzizov (20 oktyabr 1960, Hacıqabul, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı aktyor, Azərbaycanın əməkdar artisti (2015). 20 oktyabr 1960-cı ildə Hacıqabul rayonunda anadan olmuşdur. Hərbi dənizçilik sahəsinə üz tutmaq istəsə də, təsadüf nəticəsində incəsənət sahəsinə gəlmişdir. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya aktyoru fakültəsini bitirib. İş fəaliyyətinə 1985-ci ildə Gəncə Dövlət Dram teatrına II kateqoriyalı aktyor kimi başlayıb. 1986-cı ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında işləyib. 1999-cu ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyor vəzifəsində çalışır. Teatrda çalışdığı illərdə Ə.Əzizov özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib. Azərbaycan dramaturqlarının eləcə də, xarici ölkə yazıçılarının əsərlərində onlarla yadda qalan surətlər yaradıb. "O olmasın, bu olsun"da Qoçu, "Bankir adaxlı"da Zaur, "Əlin cibində olsun"da 1-ci adam, "Volqalı canan"da Doymarov, "Səhnədə məhəbbət"də Şvartseneger, "Aldın payını, çağır dayını"da Məzarov, "Bir günlük xəlifəlik"də şah və s.
Ramin Əzizov
Ramin Əzizova (8 fevral 1988, Lənkəran) — Azərbaycanı təmsil edən taekvondoçu. Karyerasının birinci uğuruna Ramin Əzizov 2005-ci ildə Azərbaycanda baş tutan yeniyetmələr arasında Avropa Çempionatında bürünc medala sahib olmaqla imza atdı. Daha sonra Ramin Əzizov 2006-cı ildə İsveçdə Trelleborg Open və Azərbaycanda Azerbaijan Open beynəlxalq turnirlərində bürünc medallara sahib oldu. 2010-cu ildə Fransada French Open beynəlxalq turnirinin qalibi olan Ramin Əzizov mayda Cənubi Koreyanın Kyoncu şəhərində baş tutan Dünya Çempionatını bürünc medalla başa vurdu. Həmin il Ramin Əzizov həm də Dünya Olimpiya Təsnifat Turnirinin qalibi olaraq olimpiya lisenziyasına sahib oldu. 2012-ci ildə Birləşmiş Ştatlarda US Open və İspaniyada Spanish Open beynəlxalq turnirlərində müvafiq olaraq gümüş və qızıl medallara sahib olan Ramin Əzizov mayda İngiltərənin Mançester şəhərində Avropa Çempionatını gümüş medalla başa vurdu. Həmin ilin avqustunda Ramin Əzizov Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi. Ramin Əzizovun 1/8 final mərhələsində rəqibi beş dəfə Dünya Çempionatlarının qalibi, həmçinin 2000-ci il Sidney və 2004-cü il Afina olimpiadalarının çempionu olan Birləşmiş Ştatlar nümayəndəsi Steven Lopez oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ramin Əzizov təcrübəli və titullu rəqibinə 3:2 hesabı ilə qalib gəldi və olimpiadanın 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi son olimpiadanın finalçısı İtaliya nümayəndəsi Mauro Sarmiento oldu.
Rüfət Əzizov
Rüfət Eyvaz oğlu Əzizov (7 aprel 1980, Bakı) — Azərbaycanlı alim, kimya elmləri üzrə fəlsəfə doktoru, Sumqayıt Dövlət Universitetinin rektoru (2023), Azərbaycan Respublikasının Təhsil İnstitutunun keçmiş direktoru (2021–2023). Rüfət Əzizov 7 aprel 1980-ci ildə Bakı şəhərində anadan olub. Əslən Masallı rayonunundandır. O, 1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadası qalibi kimi Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinə imtahansız olaraq-müsabiqədən kənar qəbul olmuş və 2003-cü ildə kimya ixtisası üzrə məzun olduqdan sonra həmin ali məktəbdə elmi-işçi vəzifəsində çalışaraq, biokorroziya üzrə araşdırma və inkişaf proqramlarında iştirak etməklə universitetdə aspirantura təhsilini davam etdirib və 2006-cı ildə dissertasiya işini müdafiə edərək kimya elmləri üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini alıb. 2008-ci ildə London Materiallar İnstitutunun peşəkar üzvlüyünə qəbul olub və Böyük Britaniya elmi cəmiyyəti tərəfindən "Chartered Scientist" elmi adına layiq görülüb. 2014–2016-cı illərdə ADA və Maastrixt Universitetinin birgə MBA proqramını və 2018–2020-ci illərdə isə Oksford Universitetinin Said Biznes məktəbində ali biznes idarəçiliyi, "Executive MBA" proqramını bitirib. Kornell Universitetinin ali idarəetmə, Corc Vaşinqton Universitetinin layihələrin idarə olunması və Oksford Universitetinin süni intellekt proqramı da daxil olmaqla bir çox kurs və təlimlərdə iştirak edib. Ailəlidir, iki övladı var. Rüfət Əzizov 2005–2012-ci illərdə BP şirkətində mühəndis kimi beynəlxalq neft-qaz layihələrində təcrübə qazanmış, material-korroziya mühəndisliyi və texnoloji bütövlüyün idarə olunması meneceri vəzifələrini icra edib. Bu dövr ərzində baş mühəndis və korroziya-inspeksiya mühəndislik sahəsi üzrə qrup rəhbəri vəzifələrinə qədər yüksəlib.
Tofiq Əzizov
Tofiq Müseyib oğlu Əzizov (18 yanvar 1932, Bakı – 3 dekabr 1998, Bakı) — Azərbaycan mühəndis-konstruktoru və dövlət xadimi, Azərbaycan Respublikası Baş nazirinin müavini (1995–1998), Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sədri (1995–1996), Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimi (1992), Azərbaycan SSR əməkdar mühəndisi (1981). Tofiq Müseyib oğlu Əzizov 1932-ci il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. 1952-ci ildə Bakı Rabitə Texnikumunu bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunda baş laborant kimi əmək fəaliyyətinə başlamış, 1953–1954-cü illərdə Bakı radio zavodunda tənzimləyici, sex ustası vəzifələrində çalışmışdır. 1955-ci ildə Bonç-Bruyeviç adına Leninqrad Radiotexnika və Rabitə İnstitutuna daxil olmuş və 1958-ci ildə buranı bitirmişdir. Tofiq Əzizov 1958–1961-ci illərdə Leninqrad Xüsusi Konstruktor Bürosunda aparıcı konstruktor, 1961-ci ildən 1969-cu ilədək Bakıda "Neftkimyacihaz" Xüsusi Konstruktor Bürosunda baş layihə konstruktoru olmuş, 1969–1974-cü illərdə Bakı "Mikrosxemtexnika" xüsusi konstruktor bürosunda və "Neftsənayegeofizika" Elmi-Tədqiqat İnstitutunda müxtəlif vəzifələrdə çalışmışdır. 1974-cü ildən SSRİ Gəmiqayırma Sənayesi Nazirliyi "Nord" Elm-İstehsalat İnstitutunun direktoru, 1983-cü ildən onun bazasında yaradılan "Nord" Elm-İstehsalat Birliyinin baş direktoru olmuşdur. Tofiq Əzizov 1995-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin edilmiş, 1995–1996-cı illərdə paralel olaraq Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sədri vəzifəsində çalışmışdır. Tofiq Əzizov Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Dəfələrlə Bakı Şəhər Xalq Deputatları Sovetinin, eləcə də 1990-cı ildə Azərbaycan Ali Sovetinin XII çağırış deputatı seçilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komissiyasının sədri olmuşdur. Azərbaycan Milli Yaradacılıq Akademiyasının texnika doktoru (1990), professor (1994) adlarına layiq görülmüşdür.
Xətayi Əzizov
Xətayi Kamal oğlu Əzizov (12 mart 1963, Qalınçaq, İsmayıllı rayonu) – Azərbaycanlı jurnalist, Gürcüstanın əməkdar jurnalisti, Tərəqqi medalı və "Qızıl qələm" mükafatı laureatı. 1963-cü il martın 12-də İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olub. 1970–1980-ci illərdə Qalınçaq kənd orta məktəbində oxuyub. 1981–83-cü illərdə Sovet ordu sıralarında hərbi xidmətdə olub. 1983-cü ildə Bakı Yeyinti Sənayesi Texnikumuna qəbul olub və 1986-cı ildə həmin məktəbi texnik-texnoloq ixtisası üzrə bitirib. 1986–87-ci illərdə Rusiyanın Kuybışev şəhərində Yağ-Piy Kombinatında müxtəlif vəzifələrdə işləyib. 1987-ci ilin sonlarından 1989-cu ilin avqust ayına qədər İsmayıllı rayonunda Yağ-Pendir Zavodunda çalışıb. 1989-cu ildə seçki yolu ilə Qalınçaq kənd azad komsomol komitə katibi seçilib və 1991-ci ilədək azad komsomol katibi işləyib. 1991-ci ildə Bakı Sosial İdarətemə və Politologiya İnstitutuna daxil olub və 1996-cı ildə institutu "Politoloq, ali və orta ixtisas məktəblərində humanitar fənlər müəllimi" ixtisası üzrə bitirib. Eyni zamanda, 1992-ci ildə könüllü olaraq Birinci Qarabağ döyüşlərində iştirak edib.