Ramin Əzizov (8 fevral 1988, Lənkəran) — Azərbaycanı təmsil edən taekvondoçu.[1]
Ramin Əzizov | |||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||
Tam adı | Ramin Qulam oğlu Əzizov | ||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||||||||
Doğum tarixi | 8 fevral 1988 (36 yaş) | ||||||||||||||||
Doğum yeri | |||||||||||||||||
Boyu | 176 sm. (5 ft 6 in) | ||||||||||||||||
İdman növü | Taekvondo | ||||||||||||||||
Medallar
|
|||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Karyerasının birinci uğuruna Ramin Əzizov 2005-ci ildə Azərbaycanda baş tutan yeniyetmələr arasında Avropa Çempionatında bürünc medala sahib olmaqla imza atdı.
Daha sonra Ramin Əzizov 2006-cı ildə İsveçdə Trelleborg Open və Azərbaycanda Azerbaijan Open beynəlxalq turnirlərində bürünc medallara sahib oldu. 2010-cu ildə Fransada French Open beynəlxalq turnirinin qalibi olan Ramin Əzizov mayda Cənubi Koreyanın Kyoncu şəhərində baş tutan Dünya Çempionatını bürünc medalla başa vurdu. Həmin il Ramin Əzizov həm də Dünya Olimpiya Təsnifat Turnirinin qalibi olaraq olimpiya lisenziyasına sahib oldu.
2012-ci ildə Birləşmiş Ştatlarda US Open və İspaniyada Spanish Open beynəlxalq turnirlərində müvafiq olaraq gümüş və qızıl medallara sahib olan Ramin Əzizov mayda İngiltərənin Mançester şəhərində Avropa Çempionatını gümüş medalla başa vurdu.
Həmin ilin avqustunda Ramin Əzizov Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi. Ramin Əzizovun 1/8 final mərhələsində rəqibi beş dəfə Dünya Çempionatlarının qalibi, həmçinin 2000-ci il Sidney və 2004-cü il Afina olimpiadalarının çempionu olan Birləşmiş Ştatlar nümayəndəsi Steven Lopez oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ramin Əzizov təcrübəli və titullu rəqibinə 3:2 hesabı ilə qalib gəldi və olimpiadanın 1/4 final mərhələsinə adladı.[2] Bu mərhələdə onun rəqibi son olimpiadanın finalçısı İtaliya nümayəndəsi Mauro Sarmiento oldu.[2] Bu görüşdə gərgin idman mübarizəsi şəraitində baş tutdu.[2] Nəticədə Ramin Əzizov rəqibinə 1:2 hesabı ilə məğlub oldu və London Olimpiadasını doqquzuncu pillədə başa vurdu.[2]
Olimpiadadan sonra Ramin Əzizov 2013-cü ildə Misirdə Alexandria Open və Almaniyada German Open beynəlxalq turnirlərinin qalibi oldu. 2014-cü ildə isə Ramin Əzizov Azərbaycanda baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu, ümumi olaraq il ərzində isə Misirdə Egypt Open, Rusiyada Russian Open və Türkiyədə Turkish Open beynəlxalq turnirlərində bürünc medallara sahib oldu.
Daha sonra Ramin Əzizov ciddi zədə alması və əməliyyat olunmasına səbəbilə uzun müddət beynəlxalq turnirlərdə mübarizə apara bilmədi. 2015-2016-cı illərdə Ramin Əzizov ümumiyyətlə beynəlxalq turnirlərdə medala sahib ola bilmədi.
2017-ci ildə Ramin Əzizov Niderlandın Eyndhoven şəhərində Dutch Open beynəlxalq turnirinun qalibi oldu. Bu onun dörd ildən sonra beynəlxalq turnirlərdə birinci zəfəri idi. Həmin ilin mayında Ramin Əzizov Azərbaycanda baş tutan IV İslam Həmrəyliyi Oyunlarının da qızıl medalına sahib oldu. Həmin il Ramin Əzizov uzun fasilədən sonra Dünya Çempionatında mübarizə apardı və turniri beşinci pillədə başa vurdu.
2018-2020-ci illərdə Ramin Əzizov mübarizə apardığı 11 beynəlxalq turniri bir qızıl və beş bürünc medalla başa vursa belə əvvəl sahib olduğu idman formasını bərpa edə bilmədi. Ramin Əzizov 2020-ci ildə idmanla vidalaşdı.